Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-101/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 Fəxəddin qızının, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu 2ci ünvan 2a yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Rafıq oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.368 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 3 ünvana daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində Səbail RPİ-nin NMB-nin və 8-ci PB nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 3 ünvanı qarşısında saxlanılaraq Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 2 saylı ünvanda yerləşən Səbail RPİ-nin 8 PB-nin inzibati binasına dəvət olunmuş, orada həmin tarixdə saat 18:35-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarınm sağ yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 01 ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.368 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərə götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir müddət psixotrop maddə metamfetamin istifadə etmiş, lakin saxlanılan zaman üzərində metamfetamin olmamışdır. Polis əməkdaşları tərəfindən öz evindən saxlanılıb polis bölməsinə aparılmışdır. Bölmədə psixotrop maddə boynuna qoyulmuş və o, psixolojı təziyiq altında o psixotrop maddəni boynuna götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs Səbail rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı bölməyə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu təşkil olunmuş və 30 oktyabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində Sbail RPİ-nin X2 əməliyyat müvəkkilli Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilmiş, nəticədə Bakı şəhəri Səbail rayonu 2-ci Salyan döngəsi 2 A nömrəli ünvanın yaxılığında Təqsirləndirilən şəxs Rafıq oğlu onların tərəfindən saxlanılmış və 8-ci Polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs Rafıq oğlu etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs Rafıq oğlunun üzərinə şəxsi axtarış götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs Rafıq oğlu əynində olan cins şalvarın cibindən bir ədəd şəffaf rəngli polietilen bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfındən həmin büküm açıldıqda içərisində psixotrop maddəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs Rafıq oğlu sorğu edilən zaman, həmin maddənin metamfetamin olmasını və şəxsi istifadəsi üçün Alatava adlanan ərazidə 5 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Rüstərn Dadaşovun üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və ekspertiza mərkəzinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə, saat 17:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Rafiıq oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf rəngli polietilen bükümün içərisindəki kütlənin metamfetamin olmasım və həmin tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində Alatava adlanan yerdən şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən 5 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasım bildirmişdir. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edimiş və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli 6/5808 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Rafiıq oğlundan götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0.368 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ-nin 08-ci PB-si tərəfindən 1 ədəd zərfdə 0.368 qram olmaqla psixotrop maddə-metamfetamin qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, 0.318 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, saxlanıldığı Səbail MSY-dən dərhal azad edilsin və Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşlarmm, 3 saylı vəkil bürosunun müdafiıəçisi Səyyarə Əliyevanm iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Rafiıq əynində olan göy rəngli cins şalvarm sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf rəngli polietilen bükümün içərisindəki kütlənin metamfetamin olmasım və həmin tarixdə saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində Alatava adlanan yerdən şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən 5 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasım bildirmişdir. İş materiallarında olan 07 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və təqsirləndirilən şəxsin Səbail RPİ-nin MSY-nə təqdim edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin 47/2-34114 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saxlanaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilməsi və Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail MSY-dən dərhal azad edilsin və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli 8041 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin ambulator məcburi- narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorlarm qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardınan görünür ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5808 nömrəli, məhkəmə narkoloji ekspertizasının 07 dekabr 2023-cü il tarixli 8041 nömrəli ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi protokolu və digər istintaq sənədləri sübut kimi qiymətləndirilməklə Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut kimi tanınmış 0.368 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqat və kimyəvi ekspertiza keçirildikdən sonra 0.318 qram çəkidə qalan hissəsinin RPİ-nin saxlanc yerinə verilməsi, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən üzərində “Verbatim” yazısı həkk olunmuş bir ədəd DVD-R modelli diskin maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-16/2024 hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023cü il tarixli, 1(010) 632/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il, 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(010)632/2023 saylı hökmü ilə təyin edilmiş çəkilmiş 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 08 (səkkiz) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasında nəzərə alınmaqla ona 02 (iki) il, 05 (beş) ay, 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(010)632/2023 saylı cinayət işi üzrə istintaq dövründə 31 iyul 2023-ci il tarixdən 02 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, cinayət işi üzrə 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək, tutulduğu 02 (iki) gün müddət, cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəza çəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs öhdəsində bir az yaşlı övladın və bir yetkinlik yaşına çatmayan övladın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(009)-16/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırkı iş üzrə cinayət əməlləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(009)-16/2024 hökmü çıxarılmazdan əvvəl, yəni 30 oktyabr 2023-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə cəzanın çəkilmiş hissəsi, yəni 08 (səkkiz) gün və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işləri ibtidai istinaq dövründə 31 iyul 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, hazırkı cinayət işi üzrə 30 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək 02 (iki) gün müddət, 06 dekabr 2023-cü il tarixdən 08 dekabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 16(on altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(009)-16/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.318 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(009)-16/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə cəzanın çəkilmiş hissəsi, yəni 08 (səkkiz) gün və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işləri ibtidai istinaq dövründə 31 iyul 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, hazırkı cinayət işi üzrə 30 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək 02 (iki) gün müddət, 06 dekabr 2023-cü il tarixdən 08 dekabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, cəmi 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 1(009)-16/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.318 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-101/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-101/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver