Məhkəmə qərarları › İş №1(009)-102/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-102/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-102/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Femida vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 718 ünvanda qeydiyyatda olan, ünvan 2an və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tanışı Şahid1 üstündə aylıq faiz gəliri verməklə 50.000 manat borc istəməsi müqabilində razılaşmalarına əsasən 29 oktyabr 2019-cu il tarixdə sonuncuya məxsus ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,9 kv/m olan mənzili ünvan 4poteka müqaviləsi əsasında verilmiş borc 79.000 manat qiymətləndirilməklə tanışı Şahid2 adına rəsmiləşdirmiş, bundan sonra mənzil artıq Şahid2 adına sənədləşdirilmiş olduğundan Şahid1 ondan daha 7000 ABŞ dolları borc almış, sonradan Şahid1 əlavə pul lazım olduğundan özünə məxsus “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşını alqı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirməklə yenidən 15.000 manat borc almış və üzərinə götürmüş öhdəliklərə əsasən 2019-cu ilin oktyabr ayından etibarən 2020-ci ilin may ayına qədər olan müddət ərzində hər ay 3080 manat faiz gəliri ödəmiş, lakin sonradan üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirə bilməyəcəyi üçün tanışı Zərərçəkmiş şəxs müraciət etmiş və sonuncu onunla görüşərək Şahid1 girov olaraq qoyulmuş mənzil və avtomobilinin dəyərini ödəyərək həmin əmlakların öz adına keçirilməsini təklif etdikdə, o, Zərərçəkmiş şəxs 79.000 manat ödənildiyi halda ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,9 kv/m olan mənzilin və “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşının sonuncunun adına rəsmiləşdiriləcəyinə dair vəd vermiş, Zərərçəkmiş şəxs onun hesabına 79.000 manat pulu 01 may 2020-ci il tarixdə "xxxx" ASC-nin “Səbail” filialına ödədikdən sonra, o, Bakı şəhəri 46 saylı notariat kontorunda 29 oktyabr 2019-cu il tarixdə Şahid1 ilə Şahid2 arasında bağlanmış ipoteka müqaviləsi ləğv edilərək ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,9 kv/m olan mənzil AN-İ№0810914 nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsi əsasında Zərərçəkmiş şəxs adına rəsmiləşdirsə də, verdiyi vədə əməl etməyib “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs adına rəsmiləşdirməkdən imtina edərək sonuncunu aldatmaqla 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Zərərçəkmiş şəxs o, əvvəllər şəxsən tanımamış Şahid1 isə təxminən 20 il olar ki, tanıyır, belə ki, Səbuhinin həyat yoldaşının qohumu onun qonşusu olmuş və həmin vaxtdan da aralarında yaxşı münasibətləri olmuşdur. Şahid2 da həmçinin təxminən 5 il olar ki, tanıyır, belə ki, o Səbail rayonu, 20-ci sahədə yerləşən və onun tərəfindən idarə olunan kafeyə gəlib getmişdir, daha sonra isə Səbuhi və Təyyar onun vasitəsilə bir-birilərini tanımışlar. Səbuhi əvvəllər dəfələrlə ondan borc pul alaraq ticarətlə məşğul olmuş və aldığı pulu da vaxtında qaytarmışdır. 2019-cu ilin təxminən oktyabr ayının sonlarında ona məlum olmuşdur ki, Səbuhi Təyyarla danışıb ondan pul borc götürərək özünə məxsus ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,9 kv/m olan mənzili ipoteka müqaviləsi ilə Şahid2 adına sənədləşdirmişdir. Həmin vaxtdan bir müddət sonra Səbuhi ona da müraciət edərək ondan 10000 ABŞ dolları borc istəmiş, lakin o ona 7500 ABŞ dolları verə biləcəyini bildirmiş və ona 7500 ABŞ dolları vermişdir. Təxminən 2020-ci ilin yanvar ayında isə Səbuhi bir daha ona müraciət edərək 6 ay ərzində qaytarmaq adı ilə ondan 15000 manat borc istəmiş və o ona pul müqabilində girov qoymasını istədikdə o özünə məxsus “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşını alqı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirməklə ondan 15.000 manat almış, lakin maşın onda qalmaqla o ona avtomaşını idarə etməyə etibarnamə vermişdir. Səbuhinin pulu götürərkən vəd verdiyi müddət başa çatdıqda o ondan pulunu istədikdə Səbuhi pulunun olmamasını bildirmiş və belə olan halda o ondan maşını ona verməsini tələb etmişdir. Həmin vaxt maşını ona verməkdən imtina etdiyindən o ona vermiş olduğu etibarnaməni ləğv elətdirmiş və yol polis əməkdaşları həmin maşını saxlayaraq cərimə meydançasına qoymuşlar və o maşını cərimə meydançasından çıxardaraq başqa bir şəxsə 15.000 manata satmış və təxminən 1000 manata yaxın həmin maşının cərimələrini ödəmişdir. Bundan sonra Səbuhi bir nəfər Zərərçəkmiş şəxs adlı şəxslə birləşərək onun və yoldaşı barədə müxtəlif instansiyalara şikayət etməyə başlamışlar ki, guya o Səbuhinin mənzilinə görə ona 64000 manat pul verməklə Təyyarın adına sənədləşdirmiş və daha sonra Zərərçəkmiş şəxs ona təklif etdikdə ki, 79.000 manat ödəməklə o evin və Səbuhinin avtomaşının onun adına sənədləşdirilməsinə vəd vermiş və Zərərçəkmiş şəxs pulu ödədikdən sonra mənzil Zərərçəkmiş şəxs adına rəsmiləşdirilsə də o, maşını onun adına sənədləşdirməmişdir. Zaur və Səbuhinin göstərdikləri hamısı yalandır Səbuhi ona qarşı qərəzli olduğu üçün Zaurla birləşərək ona qarşı şikayət etmişlər. Belə ki, Səbuhi onun məlumatı olmadan onun keçmiş həyat yoldaşı X4 80.000 ABŞ dolları borc almış və onu qaytarmamışdır. Bununla bağlı Şahid1 barəsində Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılmış və Yasamal Rayon Məhkəməsi tərəfindən 80.000 ABŞ dolları borc pul və 1911,10 ABŞ dolları faiz dərəcəsi hesablanmaqla Səbuhi X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Zərərçəkmiş şəxs və Şahid1 onun təziqi nəticəsidə Şahid1 Cəmilə Mirzəyevaya 80.000 ABŞ dolları borclu olması barədə qəbz yazması yalandır, belə ki, Şahid1 həqiqətən də borclu olduğu üçün həmin qəbzi yazıb vermişdir. Evin və maşının Zaurun adına sənədləşdirilməsi barədə aralarında heç bir danışıq olmamışdır. Təqsirləndirilən şəxs son sözündə özünün təqsirli bilməyərək ona bəraət verilməsini və buna uyğun olaraq mülki iddianının rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 o 2-3 il olar ki, tanyır və aralarında həmişə normal münasibətlər olub. Təqsirləndirilən şəxs və Şahid2 isə o 2020-ci ilin aprel ayından etibarən tanımışdır. Belə ki, 28 aprel 2020-ci il tarixdə Şahid1 ona müraciət edərək bildirmişdir ki, o özünə məxsus Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyatzadə küçəsi ev 15, mənzil 461-də yerləşən 2 otaqlı mənzilini və ona məxsus olan “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşını Təqsirləndirilən şəxs və Şahid2 adlı şəxslərə girov qoyaraq, mənzilə görə 50000 manat, avtomaşına görə isə 13000 manat pul götürmüş, mənzili ünvan 4poteka müqaviləsi əsasında 79.000 manat müqabilində Təqsirləndirilən şəxs Ağəli oğlunun tanışı Şahid2 adına rəsmiləşdirmiş, “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşını isə alqı-satqı müqaviləsi əsasında Təqsirləndirilən şəxs Ağəli oğlunun adına rəsmiləşdirmişdir, götürmüş olduğu ümumilikdə 63000 manat pula görə isə hər ay faiz ödəmiş, lakin hazırda ödəmədiyi üçün evinin və maşınının onlarda batmaması üçün borc götürdüyü pulu onun ödəməyini və evlə birlikdə maşını öz adına rəsmiləşdirməyini xahiş etmişdir. O, fikirləşdikdən sonra qazancı olacağını düşünərək bu barədə Səbuhi ilə razılaşaraq Kamil və Təyyarla görüşüb dəqiqləşdirmək istədiyini bildirmiş və Səbuhiyə demişdir ki, onları görüşə dəvət etsin. Bir-neçə gündən sonra onlar 20 yanvar metrosunun yaxınlığında görüşmüşlər, lakin həmin vaxt Kamil görüşə gəlməmiş, Təyyar tək gəlmişdir. O, Təyyarla görüşüb onunla tanış olmuş və bildirmişdir ki, Səbuhi ona belə bir təklif etmişdir ki, onlarda girovda olan maşını və evi alsın. Səbuhi bildirib ki, 50000 manat evə görə və 13000 manat maşına görə ödənilməlidir. Təyyar bildirmişdir ki, Səbuhinin əlavə olaraq 7500 ABŞ dolları borcu vardır, girovda olan maşını və ya evi almalı olsa 7500 ABŞ dollarını da ödəməlidir. O, Səbuhi ilə razılaşmış və səhəri günə Kamilin yaşadığı Nərimanov rayonunda “X16”nin yaxınlığında görüşməyi qərar almışlar ki, Kamil ilə də görüşüb bir daha razılaşdırsınlar. Səhəri gün Təyyar yenə də tək gəlmiş, Kamil isə gəlməmiş, lakin Təyyar onların yanından Kamil ilə telefonla danışıb bildirmişdir ki, o razıdır və növbəti günə 46 saylı notariat kontorunda görüş təyin etmişlər. Daha sonra onlar Səbuhi o və qohumu Fuad Şirinov görüşüb brlikdə 46 saylı notariat kontoruna getmişlər və Kamilin arvadı notarius Şahid3 ilə görüşmüşlər. Görüş zamanı onlar həmin mənzili almaq barədə fikirilərini Tamillaya bildirmişlər və evin səndlərini ondan istəmişlər ki, sənədlərlə də tanış olsunlar. Tamilla evin çıxarışını onlara təqdim etmiş və onlar çıxarışla tanış olduqdan sonra o Səbuhi və Fuad birlikdə gedib Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyatzadə küçəsi ev 15, mənzil 461-də yerləşən 2 otaqlı mənzilə baxmışlar. Onlar Tamillaya bildirəndə ki, maşını və mənzili 63000 manat və 7500 ABŞ dollarına alırlar Tamilla onlara bildirməmişdir ki, mənzilin ipoteka müqaviləsində məbləğ 79000 manat göstərilib. 01 may 2021-ci il tarixdə saat 10:00-da o, Səbuhi və qohumu Fuad Şirinov ilə birlikdə 46 saylı notariat kontoruna getmişlər. Təxminən 1 saat gözlədikdən sonra Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 hər üçü Təyyarın idarə etdiyi avtomaşınla gəlmişlər. Onlar birinci mərtəbədə görüşmüşlər, Tamilla ikinci mərtəbəyə öz iş otağına qalxmış, o, Kamil, Təyyar, Səbuhi və Fuad isə bir daha alqı-satqı barədə danışıb razılaşmışlar və Kamil bildirmişdir ki, heçə bir problem yoxdur. Daha sonra onlar qalxmışlar Tamillanın iş otağına və otağa daxil olduqdan sonra Tamilla Səbuhi və Təyyar arasında 79000 manata bağlanmış borc müqaviləsini çıxardaraq bildirmişdir ki, evin alqısatqı edilməsi üçün ilk əvvəl həmin müqavilə ləğv edilməli sonra ev alqı-satqı edilə bilər. O, bildirmişdir ki, o evin pulunu ayrı ödəyir, ev alqı-satqı olduqdan sonra gedib maşını adına sənədləşdirəcək. Tamilla isə demişdir ki, hazırda bank hesabına 79000 manat köçürülməlidir, həmin pulu ya onlar ya da Kamilgil ödəməlidir. O, ona deyəndə ki, o hazırda 64250 manat pul ödəyəcək, maşının pulunu isə ayrı ödəyəcək, Tamilla demişdir ki, Siz narahat olmayın o, onlara zamin durur ki, heç bir problem olmayacaq, maşına görə ödədikləri pulu da burda ödəsinlər sonra gedib maşını sənədləşdirərlər. Həmin vaxt Kamil demişdir ki, Səbuhi ondan aldığı pula görə əlavə olaraq 1500 manat faiz pulu da ödənilməlidir. Həmin vaxt qohumu Fuad özü vəkil olduğundan özünü Tamillaya təqdim edərək bildirmişdir ki, o da hüquqşünasdır və əgər bu işdə zərrə qədər problem olacaqsa onlar bu işə girməsinlər, lakin Tamilla bir daha heç bir problem olmayacağını bildirmişdir. Bundan sonra o, Tamillanın verdiyi məktub əsasında "xxxx" ASC-nin “Səbail” filialına gedərək 79502 manat 20 qəpik pulu ödəmiş və təkrarən notariat kontoruna gəlmişdir. Ev alqı-satqısı baş tutduqdan sonra Tamilla evin girovdan çıxarılması üçün Daşınmaz Əmlakın Dövlət reysteri xidmətinə təqdim edilməsi üçün məktub vermiş, onlar məktubu götürdükdən sonra razılaşmışlar ki, Təyyar və o Dövlət Reyster Xidmətinə getsinlər, Səbuhi Fuad və Kamil isə Baş X21 İdarəsinə getsinlər ki, maşını onun adına alqı-satqı etsinlər. O, öz maşını ilə Dövlət Resyster Xidmətinə getmiş, bir müddət orada gözlədikdən sonra Təyyarın gəlmədiyini görüb ona zəng etmiş və Təyyar yolda olduğunu bildirmiş, daha sonra isə ona Fuad və Səbuhi məlumat vermişlər ki, onlar da Kamilin şəxsiyyət vəsiqəsini götürmək üçün Kamilin evinə gediblər. O, bir müddət də gözlədikdən sonra Səbuhigilin yanına Kamilin yaşadığı evin yaxınlığına getmiş və o çatandan sonra Kamil evdən çıxıb onlara yaxınlaşaraq bildirmişdir ki, Səbuhinin onun birinci arvadı Cəmiləyə 80000 ABŞ dolları borcu var, o həmin pulu ödəməsə o maşını onun adına rəsmiləşdirməyəcək. O kamilə demişdir ki, onun Səbuhi ilə aralarında problemləri varsa evi keçirtsin öz adına və onun pulunu qaytarsın, onu oyuna salmasın, lakin Kamil demişdir ki, onun arvadının 80000 ABş dolları ödənilməsə o maşını onun adına keçirtməyəcək. Həmin vaxt onların arasında artıq mübahisə yarandığından onlar Tamillaya zəng etmişlər və Fuad ona bildirmişdir ki, onları arxayın etdiyi halda və zamin durduğu halda Kamilin onları aldatdığını bildirərək alqı-satqı müqaviləsinin ləğvini tələb etmiş, Tamilla isə onun yanına notariat kontoruna qayıtmaqlarını demişdir. Onlar təkrarən o, Səbuhi və Fuad birlikdə qayıtmışlar notariata, orada o, Tamilladan alqı-satqı müqaviləsinin ləğv etməsini və pulunu geri götürmək istədiyini bildirmişdir. Həmin vaxt Tamilla görünüş yaradaraq banka zəng etmiş və sonra bildirmişdir ki, pul hesabdan çıxarılmışdır. O, həmin vaxt əsəbiləşib özündən çıxmış, lakin Tamilla onu sakitləşdirərək demişdir ki, narahat olmayın o çox kişidən qeyrətlidir və ona söz verir ki, bu məsələni həll edəcək. Tamilla bildirmişdir ki, Səbuhi gedib Kamilin birinci arvadı Cəmilə ilə aralarında razılaşıb qəbz yazsınlar ondan sonra o ya onun ödədiyi pulu qaytartdıracaq ya da maşını adlarına keçirəcək. Həmin vaxt Səbuhi demişdir ki, onun Cəmiləyə heç bir borcu yoxdur və hətta o Cəmilə ilə aralarında belə bir razılaşmayalarına dair qəbz rətib etsələr də heç nə dəyişməyəcək. Daha sonra Tamilla Səbuhinin otaqdan çıxarılmasını xahiş etmiş və Səbuhi çıxdıqdan sonra Tamilla bildirmişdir ki, o nə olursa olsun Səbuhini aparsın Cəmilənin yanına və o qəbz yazdıqdan sonra o onun pulunu qaytaracaq və ya maşını cnun adına sənədləşdirilməsini təmin edəcək. Daha sonra o otaqdan çıxmış və Səbuhiyə demişdir ki, o Kamil ilə birlikdə əlbir olub onu aldadıb və onlar barəsində hüquq mühafizə orqanlarına şikayət edəcək. Səbuhi bildirəndə ki, Kamil ilə əlbir deyil və Kamil onu da aldadıb, onda ona demişdir ki, Kamil ilə əlbir olmadığını sübut etmək üçün onunla birlikdə Cəmilənin yanına gedib onların istədiyi qəbzi yazsın. Son nəticədə Səbuhi onunla razılaşmış və o Tamillaya bu barədə dedikdən sonra Tamilla Təyyara zəng edərək ona tapşırmışdır ki, Dövlət Reystr Xidmətinə gedib evin sənədləşməsi ilə bağlı sənədləri imzalasın, o isə Səbuhi və Fuad ilə birlikdə Cəmilənin evinə Buzovna qəsəbəsinə getmişlər. X13 evinə girmiş və bir müddətdən sonra çıxaraq bildirmişdir ki, məcburi qaydada borcu olmadığı halda ona Kamil ilə əlbir olmadığını sübut etmək üçün onların istədiyi qəbzi yazıb vermişdir. Onlar Buzovna qəsəbəsindən çıxaraq şəhər istiqamətində hərəkət etməyə başlamışlar və Koroğlu metrosunun yaxınlığına çatarkən Fuad Tamillaya zəng edib ona bildirmişdir ki, onlar onun dediklərini eləmişlər və ondan onlara pullarını qaytaracağını və ya maşını adlarına sənədləşdirəcəyəni soruşmuş və Tamilla bildirmişdir ki, artıq gecdir o işdən çıxır, səhər saat 10-da gələrək ya pulu ya da maşını verəcək. Onlar ona inanaraq evə getmişlər və səhər saat 10-da o 46 saylı notariat kontoruna getmişlər, Tamilla ona irad bildirmişdir ki, Sizə demişdim ki, gedin evdə oturun, lakin Səbuhi dünən axşam arvadı ilə birlikdə bizim evə hücum edib, məni qonşular arasında biyabır edib, mən də buna görə Kamili razı sala bilməmişəm, mənim öz aylıq gəlirim 5000 manatdır, lakin buna baxmayaraq maşının pulunu mənə aylıq olaraq hissə-hissə ödəyər. Belə olan halda o ondan tələb etmişdir ki, bu haqda ona yazılı qəbz versin, lakin o qəbz verməkdən imtina etmişdir. O, başa düşmüşdür ki, Tamilla da onu aldadır. Belə ki, onun 79.000 manat məbləğində pulu ödəməkdə səbəbkar məhz Tamilla olmuşdur, belə ki, o evə görə yalnız 64250 manat pul ödəmək istəmiş, Tamilla onu arxayın etdiyi üçün o həmin məbləğdə pulu ödəmiş və Tamillanın sözünə görə Səbuhinin Cəmiləyə borcu olmadığı halda məcburi qaydada qəbz yazdırmasını tələb etmişdir. Zərərçəkmiş şəxs çıxışı zamanı onuntərəfindən verilmiş mülki iddianının təmin olunmasını, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmiş, Təqsirləndirilən şəxs cəzalandırılmasını, ona təyin edilmiş cəza ilə yanaşı vurulmuş 15000 manat məbləğində maddi, 3000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 144 manat dövlət rüsumunun tutularaq xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o 2-3 il olar ki, tanyır və aralarında həmişə normal münasibətlər olmuşdur. Təqsirləndirilən şəxs isə təxminən 20 il olar ki, tanıyır, belə ki, Kamil onun həyat yoldaşının nənəsigilin qonşusu olub və həmin vaxtdan da aralarında münasibətləri olmuşdur. Şahid2 isə təxminən iki il olar ki, Kamilin üzünə tanımış və onunla aralarında yaxın münasibətləri olmamışdır, Kamil onu ona öz şəriki kimi təqdim etmişdir. Onun şəxsi işləri ilə bağlı ona pul lazım olduğundan Təqsirləndirilən şəxs Ağəli oğlundan borc almaq qərarına gəlmiş və o ona aldığı pulu üstündə ona birinci dəfəyə 2000 manat “şapka” olaraq və hər ay aylıq 1500 manat faiz ödəmək şərti ilə və girova mənzil qoymaq şərti ilə pul verəcəyi barədə razılaşmışlar. O da, onun şərtləri ilə razılaşdığından o Kamil və Təyyarı ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,9 kv/m olan mənzili onlara göstərmişdir. Kamil onun özünün banklarla bağlı problem ola biləcəyindən onun mənzilini Təyyarın adına sənədləşdirəcəyini bildirmiş və o da ona etiraz etməmişdir. Daha sonra 29 oktyabr 2019-cu il tarixdə özünə məxsus olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,9 kv/m olan mənzilini ünvan 4poteka müqaviləsi əsasında 79.000 manat müqabilində Şahid2 adına ipoteka müqaviləsi əsasında rəsmiləşdirmişjir. Notariat kontorunda olarkən o 50000 manat borc aldığı halda nə üçün ipoteka müqaviləsində 79000 manat göstərildiyini soruşduqda Kamil bildirmişdir ki, o evin pulunu tam hesablaya bilməz və evin dəyərindən aşağı məbləğdə ona pul verir və o, götürmüş olduğu pulun faizini ödəmədiyi halda bir ildən sonra o məhkəməyə müraciət edərək avtomatik olaraq mənzili öz adına keçirdəcək. O, artıq məcburiyyət qarşısında qalaraq onunla razılaşmış, həm də Kamil söz vermişdir ki, qısa müddətlik də pul lazım olduğu halda o ona gələcəkdə də borc verə biləcək. Bir müddətdən sonra o Kamilə müraciət edərək ondan əlavə olaraq 10000 ABŞ dolları borc istəmiş, lakin Kamil ona 7500 ABŞ dolları verə biləcəyini bildirmişdir. Onun mənzili artıq Şahid2 adına sənədləşdirilmiş olduğundan Kamil etiraz etmədən ona 7500 ABŞ dolları vermiş və həmin pul ilə bağlı onların arasında hər hansı bir sənədləşmə aparılmamış, belə ki, həmin pulun evə aidiyyəti yox idi. Bir müddət sonra isə ona yenə də pul lazım olduğundan o Kamildən 15000 manat borc istəyərək özünə məxsus “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşını alqı-satqı müqaviləsi əsasında Təqsirləndirilən şəxs Ağəli oğlunun adına rəsmiləşdirməklə ona 13000 manat pul almış, lakin Kamil ilkin olaraq 6 % yəni 780 manat “Şapka” almış və 6 % yəni 780 manat birinci ayın ödənişini üstündən götürərək ona 11440 manat pul vermişdir. Maşın Kamilin adına sənədləşdirilsə də Kamil həmin maşının idarə edilməsi üçün ona etibarnamə vermiş və maşın onda qalmaqla o idarə etmişdir. Bundan sonra o üzərinə götürmüş öhdəliklərə əsasən 2019-cu ilin oktyabr ayından etibarən 2020-ci ilin may ayına qədər olan müddət ərzində Kamilə hər ay 3080 manat faiz gəliri ödəmiş, lakin sonradan üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirə bilməyəcəyi üçün tanışı Zərərçəkmiş şəxs müraciət edib ona bildirmişdir ki, özünə məxsus Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyatzadə küçəsi ev 15, mənzil 461-də yerləşən 2 otaqlı mənzili və ona məxsus olan “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşını Təqsirləndirilən şəxs və Şahid2 adlı şəxslərə girov qoyaraq, mənzilə görə 50000 manat, avtomaşına görə isə 13000 manat pul götürmüş, mənzili ünvan 4poteka müqaviləsi əsasında 79.000 manat müqabilində Təqsirləndirilən şəxs Ağəli oğlunun tanışı Şahid2 adına rəsmiləşdirmiş və “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşını isə alqı-satqı müqaviləsi əsasında Təqsirləndirilən şəxs Ağəli oğlunun adına rəsmiləşdirmiş, hazırda isə götürmüş olduğu ümumilikdə 63000 manat pula görə isə hər ay faiz ödəmiş, lakin hazırda ödəmədiyi üçün ev və maşının Kamil və Təyyarda batmaması üçün borc götürdüyü pulu onun ödəməsini və evlə birlikdə maşını öz adına rəsmiləşdirməyini xahiş etmiş və Zaur qazancı olacağını fikirləşərək onunla razılaşmış və Kamil və Təyyarla görüşüb dəqiqləşdirmək istədiyini bildirmişdir. O, Kamilə zəng edib bu barədə demiş bir-neçə gündən sonra onlar 20 yanvar metrosunun yaxınlığında görüşmüş, lakin həmin vaxt Kamil görüşə gəlməmiş, Təyyar tək gəlmişdir. Zaur Təyyarla görüşüb onunla tanış olmuş və bildirmişdir ki, o ona belə bir təklif etmişdir ki, Kamil və Təyyarda girovda olan maşını və evi alsın və o ona bildirib ki, 50000 manat evə görə və 13000 manat maşına görə ödənilməlidir, bundan başqa borcları yoxdur. Həmin vaxt Təyyar bildirmişdir ki, onun əlavə olaraq 7500 ABŞ dolları borcu vardır, girovda olan maşını və ya evi Zaur almalı olsa 7500 ABŞ dollarını da ödəməlidir. Zaur onun təklifi ilə və Təyyarın dediyi şərtlərlə razılaşaraq səhəri gün Kamilin yaşadığı Nərimanov rayonunda “X16”nin yaxınlığında görüşməyi qərara almışlar ki, Zaur Kamil ilə də görüşüb bir daha razılaşdırsınlar. Səhəri gün Təyyar yenə də tək gəlmiş, Kamil gəlməmiş, lakin Təyyar onların yanından Kamil ilə telefonla danışıb bildirmişdir ki, Zaur razıdır və növbəti günə 46 saylı notariat kontorunda görüş təyin etmişlər. Daha sonra onlar Zaur, o və Zaurun qohumu Fuad Şirinov görüşüb birlikdə 46 saylı notariat kontoruna getmişlər və Kamilin arvadı notarius Şahid3 ilə görüşmüşlər. Görüş zamanı Zaur həmin mənzili almaq barədə fikirilərini Tamillaya bildirmiş və evin sənədlərini ondan istəmişdir ki, sənədlərlə də tanış olsunlar. Tamilla evin çıxarışını onlara təqdim etmiş və Zaur çıxarışla tanış olduqdan sonra Zaur, o və Fuad birlikdə gedib Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyatzadə küçəsi ev 15, mənzil 461-də yerləşən 2 otaqlı mənzilinə baxmışlar. Zaur Tamillaya bildirəndə ki, maşını və mənzili 63000 manat və 7500 ABŞ dollarına alır. Tamilla Zaura bildirməmişdir ki, mənzilin ipoteka müqaviləsində məbləğ 79000 manat göstərlib. 01 may 2021 -ci il tarixdə saat 10:00-da mən, Zaur və onun qohumu Fuad Şirinov ilə birlikdə 46 saylı notariat kontoruna getmişlər, təxminən 1 saat gözlədikdən sonra Kamil Miirzəyev, Şahid2 və Şahid3 hər üçü Təyyarın idarə etdiyi avtomaşınla gəlmişər. Onlar birinci mərtəbədə görüşmüşlər, Tamilla ikinci mərtəbəyə öz iş otağına qalxmış, o, Kamil, Təyyar, Zaur və Fuad isə bir daha alqı-satqı barədə danışıb razılaşmışlar və Kamil bildirmişdir ki, heç bir problem yoxdu. Daha sonra onlar qalxmışlar Tamillanın iş otağına və otağa daxil olduqdan sonra Tamilla onunla Təyyar arasında 79000 manata bağlanmış borc müqaviləsini çıxardaraq bildirmişdir ki, evin alqı-satqı edilməsi üçün ilk əvvəl həmin müqavilə ləğv edilməli sonra ev alqı-satqı edilə bilər. Zaur bildirmişdir ki, o evin pulunu ayrı ödəyir, ev alqı-satqı olduqdan sonra gedib maşını adına sənədləşdirəcək. Tamilla isə demişdir ki, hazırda bank hesabına 79000 manat köçürülməlidir, həmin pulu ya onlar ya da Kamilgil ödəməlidir. Zaur ona deyəndə ki, o hazırda 64250 manat pul ödəyəcək, maşının pulunu isə ayrı ödəyəcək, Tamilla demişdir ki, Siz narahat olmayın mən Sizə zamin dururam ki, heç bir problem olmayacaq, maşına görə ödədiyiniz pulu da burda ödəyin sonra gedib maşını sənədləşdirərsiz. Həmin vaxt Kamil demişdir ki, onun ondan aldığı pula görə əlavə olaraq 1500 manat faiz pulu da ödənilməlidir. Həmin vaxt Zaurun qohumu Fuad özü vəkil olduğundan özünü Tamillaya təqdim edərək bildirmişdir ki, o da hüquqşünasdır və əgər bu işdə zərrə qədər problem olacaqsa onlar bu işə girməsinlər, lakin Tamilla bir daha heç bir problem olmayacağını bildirmişdir. Bundan sonra Zaur onunla birlikdə Tamillanın verdiyi məktub əsasında "xxxx" ASC-nin “Səbail” filialına gedərək 79502 manat 20 qəpik pulu ödəmişlər və təkrarən notariat kontoruna gəlmişlər. Həmin vaxt artıq Kamil orada olmamışdır. Ev alqı- satqısı baş tutduqdan sonra Tamilla evin girovdan çıxarılması üçün Daşınmaz Əmlakın Dövlət reysteri xidmətinə təqdim edilməsi üçün məktub vermiş, Zaur məktubu götürdükdən sonra razılaşmışlar ki, Təyyar və X18 Xidmətinə getsinlər o və Fuad isə Kamil ilə görüşüb birlikdə Baş X21 İdarəsinə getsinlər ki, maşını Zaurun adına alqı-satqı etsinlər. Zaur öz maşını ilə Dövlət Reyster Xidmətinə getmiş, o isə Kamilə zəng edib onunla “Şaxmat klubu”nun yaxınlığında görüşmüşlər. Həmin vaxt Kamil bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsi evdə qalıb və vəsiqəni götürmək üçün evlərinə getməyi bildirmişdir və o idarə etdiyi avtomaşınla Fuad il birlikdə onu evlərinə aparmışdır. Orada onlar maşında bir qədər gözlədikdən sonra Zaurla əlaqə saxlamışlar və o da bildirmişdir ki, Təyyar hələ onunla görüşməyib. Bir müddət sonra Zaur onların olduqları yerə gəlmiş və bu vaxt Kamil evdən çıxıb onlara yaxınlaşaraq bildirmişdir ki, onun Kamilin birinci arvadı Cəmiləyə 80000 ABŞ dolları borcu var, o həmin pulu ödəməsə o maşını Zaurun adına rəsmiləşdirməyəcək. Zaur ona demişdir ki, onun Səbuhi ilə aranızda probleminiz varsa evi keçirtsin öz adına və onun pulunu qaytarsın, onu oyuna salmasınlar, lakin Kamil demişdir ki, onun arvadının 80000 ABŞ dolları ödənilməsə o maşını Zaurun adına keçirtməyəcək. Həmin vaxt onların arasında və onunla Kamilin arasında mübahisə yaranmışdır ki, onun Kamilin arvadına heç bir borcu yoxdur və o Zaura verdiyi vədə əməl etməlidir. Artıq mübahisə yarandığından Fuad Tamillaya zəng etmiş və bildirmişdir ki, onları arxayın etdiyi halda və zamin durduğu halda Kamilin onların aldatdığını bildirərək alqı-satqı müqaviləsinin ləğvini tələb etmiş, Tamilla isə onun yanına notariat kontoruna qayıtmağı demişdir. Onlar təkrarən o, Zaur və Fuad birlikdə qayıtmışlar notariata, orada Zaur Tamilladan alqı-satqı müqaviləsinin ləğv etməsini və pulunu geri götürmək istədiyini bildirmiş, həmin vaxt Tamilla görünüş yaradaraq banka zəng etmiş və sonra bildirmişdir ki, pul hesabdan çıxarılmışdır. Zaur həmin vaxt əsəbiləşib özündən çıxmış, lakin Tamilla onu sakitləşdirərək demişdir ki, narahat olmasınlar o çox kişidən qeyrətlidir və söz verir ki, bu məsələni həll edəcək. Tamilla bildirmişdir ki, o gedib Kamilin birinci arvadı Cəmilə ilə aralarında razılaşıb qəbz yazsınlar, ondan sonra o Zaurun ödədiyi pulu qaytartdıracaq ya da maşını adına keçirəcək. Həmin vaxt o demişdir ki, onun Cəmiləyə heç bir borcu yoxdur və hətta o Cəmilə ilə aralarında belə bir razılaşmaqlarına dair qəbz tərtib etsələr də heç nə dəyişməyəcək. Daha sonra Tamilla onun otaqdan çıxmağını və Zaur və Fuadla təklikdə söhbət etmək istədiyini bildirdiyindən o, otaqdan çıxmışdır. Bir müddət sonra isə Zaur otaqdan çıxmış və ona demişdir ki, o Kamil ilə birlikdə əlbir olub onu aldatmışlar, bu səbəbdən də onların barəsində hüquq mühafizə orqanlarına şikayət edəcək. O, bildirəndə ki, Kamil ilə əlbir deyil və Kamil onu da aldadıb, onda Zaur ona demişdir ki, Kamil ilə əlbir olmadığını sübut etmək üçün onunla birlikdə Cəmilənin yanına gedib onların istədiyi qəbzi yazmalıdır. O, məcburiyyət qarşısında qalıb Zaurun dediyi və Kamil ilə Tamillanın qoyduğu şərtlə razılaşaraq Cəmilənin yaşadığı evə getmişlər. Orada o evə daxil olmuş, Zaur və Fuad isə onu küçədə gözləmişlər. O, orada Cəmilə ilə söhbət edərək ona deyəndə ki, onun ona heç bir borcu yoxdu, Cəmilə demişdir ki, onun ona ödəniləcək faizləri var. O, əvvəllər Cəmilədən faizə pul götürmüş və sonra tam şəkildə ödəmiş, hazırda isə Cəmilə biləndə ki, onun Kamildə girovu var Cəmilə ona təzyiq etməklə ona faiz borcu olduğunu bildirmişdir. O, məcburiyyət qarşısında qalıb məcburi qaydada borcu olmadığı halda Kamil ilə əlbir olmadığını Zaura sübut etmək üçün onların istədiyi qəbzi yazıb vermiş və çıxıb maşına oturmuşdur. Onlar Buzovna qəsəbəsindən çıxaraq şəhər istiqamətində hərəkət etməyə başlamışlar və Koroğlu metrosunun yaxınlığına çatarkən Fuad Tamillaya zəng edib ona bildirmişdir ki, onlar onun dediklərini eləmişlər və ondan pullarını qaytaracağını və ya maşını adlarına sənədləşdirəcəyəni soruşmuş Tamilla isə bildirmişdir ki, artıq gecdir o işdən çıxır, səhər saat 10-da gələrlər o ya pulu ya da maşını verəcək. Onlar ona inanaraq evə getmişlər. Bir müddət sonra isə o yoldaşını götürüb Kamil və Tamillanın yaşadığı evə getmiş, lakin Tamilla Kamilin evdə olmadığını, qapını onlara açmayacağını və çox gözlədiyikləri halda 102 xidmətinə zəng edəcəyini bildirmişdir. Həmin vaxt Kamilin qonşusu qapıya çıxıb nə baş verməsini soruşmuş və o baş vermiş hadisəni ona danışmış və çıxıb getmişdir. Gecə isə saat təxminən 2 radələrində o Təyyara zəng edərək onunla Nərimanov metrosu yaxınlığında görüşərək ona bildirmişdir ki, Kamil düz hərəkət eləmir və Təyyar da bildirmişdir ki, o da bu barədə Kamilə deyib ki, o haqsız iş görür. O, Təyyardan soruşanda ki, bəs necə oldu sən buna imkan verdin, Təyyar isə bildirmişdir ki, o Kamilin oyunlarını bilirdi, lakin inanmırdı ki, Kamil belə edər. Daha sonra o, Təyyar ilə sağollaşmış və sonra ona məlum olmuşdur ki, Zaur səhəri gün Tamillanın yanına gedərkən Tamilla yalandan onun onların evinə basqın etdiyini və Kamili də razı sala bilmədiyini bildirib. Həmin vaxtdan bir müddət sonra o özü Tamillanın yanına gedərək ondan Kamili razı salmağını xahiş etsəm də heç bir nəticəsi olmamış və o idarə etdiyi avtomaşınla “Prezident Apparatı”nın yanında keçərkən onu X21 İdarəsinin əməkdaşı saxlayaraq maşına dair verilmiş etibarnamə ləğv edildiyi üçün maşının cərimə meydançasına qoyulmasının vacibliyini bildirmiş və o da etiraz etmədən avtomaşını cərimə meydançasına qoymuşdur. Sonradan ona məlum olmuşdur ki, Kamil həmin maşını başqa şəxsə satmışdır. İfadəsinə əlavə olaraq Şahid1 göstərmişdir ki, onun Cəmiləyə heç bir borcu olmayıb, Kamil onu və Zauru aldatdığı üçün və son nəticədə Zaur ondan tələb etdiyi üçün, həmçinin o özü Kamil liə əlbir olmadığını Zaura sübut eləmək üçün borcu olmadığı halda məcburi qaydada Cəmiləyə 80000 ABŞ dolları borcu olmağı haqda qəbz yazıb vermiş və hazırda Cəmilə həmin qəbzi əsas götürərək ondan Nəsimi RPİ-nə və Yasamal rayon məhkəməsinə şikayətlər etmişdir ki, bu yolla ona təzyiq göstərilsin və o da öz növbəsində Zaurdan xahiş etsin ki, Zaur maşının pulu ilə bağlı Kamil və Tamilladan şikayət etməsin. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 zərərçəkmiş şəxs və qohumu Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid1 ilə məzmunlu ifadə verərərk onların bildirdiklərini təqdi etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir, uzun müddətdir ki, Təqsirləndirilən şəxs Ağəli oğlunu təxminən 5 il olar ki, tanıyır, belə ki, Kamil Səbail rayonu, 20-ci sahədə yerləşən kafeni işlədirdi. Tamilla Hüseynbala qızını isə Kamil Mizəyevin həyat yoldaşı kimi tanımış, belə ki, Kamil ilə münasibəti yaranandan sonra birneçə dəfə onları maşınla dedikləri ünvanlara aparmışdır. 28 oktyabr 2019-cu il tarixdə Kamil ona zəng edərək bildirmişdir ki, bir nəfər onun tanışı evini girov olaraq sənədləşdirmək şərti ilə borca pul istəyir və iş adamı olduğudan Səbuhi ilə razılaşmağı məsləhət görmüşdür. O, Kamili tanıdığı və həmin ərəfədə, daha doğrusu 18 oktyabr 2019cu il tarixdə öz evini satdığını və təminatlı kredit verməklə gəlir əldə edəcəyini düşünərək ona etiraz etməmişdir və 29 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda görüşərək Şahid1 ilə aralarında 79.000 manat məbləğində kredit müqaviləsi imzalanmış və ünvan 5 ünvanda yerləşən mənzil xeyrinə ipoteka ilə yüklənmişdir. Mənzilin öz xeyrinə yüklü edilməsindən əvvəl ona baxmış, hətta evin komendantı ilə qiymət bardə maqraqlanmışdır. 2020-ci ilin aprel ayının sonlarında isə Səbuhi ona zəng edərək görüşmək istədiyini bildirmiş, o onunla görüşərkən onun yanında bir nəfər də Zaur adlı şəxs də gəlmişdir. Görüş zamanı onlar girov qoyulmuş evin girovdan azad edilməsi üçün nə qədər pul ödənilməsini soruşduqda bildirmişdir ki, müqavilədə qeyd edilən məbləğ ödənilməlidir. 01 may 2020-ci il tarixdə 46 saylı notariat kontoruna kontoruna getmiş, notariat kontoruna gedərkən görmüşdür ki, Kamil, Səbuhi, Zaur və bir nəfər də onların Fuad adlı qohumları ordadırlar. O, orda tərtib edilmiş sənədlərə imza etmiş, daha sonra onlar Zaurla Dövlət reyestri xidmətinə getməli olduqlarından hərə öz maşını ilə çıxmış və o ilkiin olaraq banka gedib pulları çıxartmış və daha sonra Dövlət reyestri xidmətinə getmişdir, lakin Zauru orada görməmişdir. Zərərçəkmiş şəxs 79.000 manat pulu ödədiyi halda Təqsirləndirilən şəxs girova qoyulmuş maşını və evi qaytaracağına dair söhbətlər onun yanında olmayıb və bununla əlaqədar ibtidai istintaq zamanl verdiyi ifadəni təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2002-ci ilin may ayından hazırkı vaxta kimi 46 nömrəli notariat ofisinin notariusu işləyir. 30 aprel 2021-ci il tarixdə işdə olduğu vaxt saat təxminən 15 radələrində özünü Zərərçəkmiş şəxs kimi təqdim edən şəxs əvvəllər tanıdığı Şahid1 və özünü Zaurun qohumu kimi təqdim etdiyi Fuad adlı şəxslə birlikdə notariat ofisinə gələrək, Şahid1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsi 15 nömrəli evin 461-ci girişində yerləşən 6 nömrəli ipoteka yüklü mənzilin alqı-satqısını həyata keçirmək istədiklərini bildirmişlər. Belə ki, həmin mənzil Şahid1la Şahid2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-975 reyestrli müqaviləyə əsasən Səbuhinin Təyyardan aldığı 79.0 manat pul vəsaitinin təminatı olaraq xx.xx.2019-cu il tarixli, 3 M 976 reyestrlə rəsmiləşdirilmiş ipoteka müqaviləsinə əsasən həmin mənzil ipoteka ilə yüklü hesab edilmişdir. Belə olduğu təqdirdə o hər iki tərəfə izah etmişdir ki, qeyd olunan mənzillə bağlı alqı-satqı müqaviləsi yalnız ipoteka saxlayan Şahid2 razılığı əsasında rəsmiləşdirilə bilər. Həmin vaxt mənzilə dair çıxarışda mənzilin 57,9 kv metr olduğunu görəndə Zaur Səbuhiyə nə səbəbə görə mənzilin ümumi sahəsinin rəsmi sənəddə olduğundan artıq deməsinə izah verməsini deyəndə onlar mənzilin ölçülərini dəqiqləşdirmək üçün ünvana getmişlər. 01 may 2020-ci il tarixdə onlar yenidən notariat ofisinə gəlib alqı-satqının rəsmiləşdirilməsini xahiş edəndə, o Şahid2 alqı-satqı ilə bağlı razılığının olub-olmamasını soruşanda Şahid2 mənzilin satılmasına dair razılığını təsdiq edən xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etdikdən sonra mənzilin satılması üçün alıcı Zərərçəkmiş şəxs notariusun Beynəlxalq bankın Səbail filialında olan depozit hesabına 79.000 manatı yatırdıqdan sonra alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş və bunun nəticəsində də Səbuhinin Təyyara olan 79.000 manat borcunun sonuncu tərəfindən 46 nömrəli notariusun Beynəlxalq bankın Səbail filialında olan depozit hesabından götürülməsi barədə pul çeki Şahid2 adına tərtib olunaraq ona təqdim olunmuşdur. Bundan sonra Şahid2 mənzilin ipoteka yüklülüyündən azad olunması barədə xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın dövlət reyestri xidmətinə ünvanlanmış ərizə ilə notariat ofisinə müraciət etmiş, o da həmin ərizəni təsdiq etdikdən sonra alqı-satqı müqaviləsi ilə birlikdə alıcı Zərərçəkmiş şəxs təqdim edilmişdir. Sonradan ona məlum olmuşdur ki, təxminən 2020-ci ilin yanvar ayında əri Kamillə Səbuhi öz aralarında DYPİ-də Pajero markalı avtomaşının Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsini həyata keçirmiş, bunun müqabilində Səbuhi Kamildən 15.000 manat pul almış və yalnız pulu qaytaracağı təqdirdə Pajero markalı avtomaşının Səbuhiyə qaytarılacağı razılaşdırılmışdır. Lakin Kamilin dediyinə görə Səbuhi 15.000 manat pulu ona qaytarmadığından Kamil də həmin maşını eşitdiyinə görə başqa bir tanımadığı şəxsə satmışdır. Notariat ofisində aparılan alqı-satqı əməliyyatı zamanı tərəflərin aralarında hansısa bir avtomaşınla bağlı danışıqlar olmamış, bu barədə ona heç kim məlumat verməmişdir. Maşınla bağlı məsələləri isə o, sonradan eşitmişdir. Həmin vaxt Şahid2 olan 79.000 manat borcun bankdakı hesaba yerləşdirilməsi müqabilində yalnız mənzil tərəflərin razılığı əsasında 79.000 manata satılmışdır. Bununla da mənzilin alqı-satqısı ilə bağlı bütün əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun icra edilmişdir. İfadəsinə əlavə olaraq X5 göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 dedikləri tam yalandır, Belə ki, Kamillə Səbuhi uzun illərdir ki, bir-birlərini tanyırlar, onlar qonşu olmuşlar, ailəvi münasibətləri həmişə normal olmuşdur. Ancaq o onu hər hansı bir ərizəni yazması üçün Buzovna qəsəbəsinə gedib Kamilin birinci arvadı ilə görüşməsini təşkil etməmişdir. Onun bu məsələlərlə heç bir aidiyyatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Səbail RPİ-də quraşdırılmış VMAS-nın operatorundan götürülmüş portal məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində X9 adlı xx.xx.2009-cu il təvəllüdlü uşağı vardır. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Şahid2, ipoteka qoyan – borc alan Şahid1 müqavilənin tərəfləri olmuşlar. İpotekanın predmeti ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv/m olan mənzilin tam mülkiyyəti üzrə müəyyən edilmişdir. İpotekanın məbləği 79000 manat olmuşdur. Həmin müqaviləni adı çəkilən şəxslər öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında alan 29 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən Şahid2 borc alan Şahid1 79000 manat məbləğində pul verir. İş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, 01 may 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Şahid1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m. olan mənzili alıcı Zərərçəkmiş şəxs mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsi tərəfindən Səbail Rayon Polis İdarəsinə ünvanlanmış 17 fevral 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, DİN-in Baş X20 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan və qeydiyyatdan çıxarılan nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı göndərilmişdir. Müraciət əsasında hazırda Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vastələrinin aparılmasına məhdudiyyət qoyularaq saxlanılması ilə bağlı mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir. Etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə DİN-in Baş X20 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Məlumatların kompüter çıxarışından görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomobil etibarnamə ilə xx.xx.2020-ci il tarixdə Şahid1 verilmişdir. Daha sonra həmin çıxarışdan görünür ki, “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomobil alqı-satqı müqaviləsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Bundan başqa İstintaq zamanı Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən götürülmüş nömrələrin zənglər siyahısı, əhatə dairəsinə dair məlumatları özündə əks etdirən 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********00 saylı, Zərərçəkmiş şəxs istifadəsində olmuş **********25 saylı, Şahid1 istifadəsində olmuş **********88 və Şahid2 istifadəsində olan **********47 saylı mobil telefon nömrələrindən 01 may 2020-ci il tarixdə səhər saat 11:00-dan saat 18:00-a qədər telefon danışıqlarının hansı ərazilərdə aparılmasına dair məlumatların yerləşdirilməsi müəyyən olunmuşdur. Hər dörd şəxsin telefonları 01 may 2020-ci il tarixdə saat 11 radələrindən saat 13 radələrinə qədər ünvan 8 ünvana aid antenn dairələrinin əhatəsi altında olması müəyyən olunur. Eyni zamanda Şahid1 və Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonların saat 13 radələrində Baki şəhəri, Yasamal rayonu, ünvan 9 ünvana aid antenn dairələrinin əhatəsi altında olması müəyyən olunur. Bundan başqa Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid1 istifadəsində olan mobil telefonların saat 15-16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 4, Həsənoğlu küçəsi 6, Araz küçəsi 4 və A.Mola Cümə küçəsi 4 ünvana aid antenn dairələrinin əhatəsi altında olması müəyyən olunur. Zərərçəkmiş şəxs və Şahid1 istifadəsində olan mobil telefonların saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi və daha sonra Şahid1 istifadəsində olan nömrənin ünvan 10 ünvana aid antenn dairələrinin əhatəsi altında olması müəyyən olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsindən aydın görünür ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə görə, Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən ittiham - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa həmin qərarda məhkəmələrə tövsiyə edilir ki, dələduzluqla bağlı cinayət işlərinə baxarkən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırsınlar və belə araşdırma nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslə zərər çəkmiş kimi tanınmış şəxs arasında mübahisənin mülki münasibətlərdən irəli gələn mübahisə kimi mülki mühakimə icraatı qaydasında həll edilməli olmasını, bu səbəbdən şəxsin əsassız olaraq cinayət məsliyyətinə cəlb edilməsini, habelə dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin dələduzluq cinayətinin törədilməsinə səbəb olduğunu və şərait yaratdığını müəyyən etdikdə dövlət orqanlarının, o cümlədən cinayət təqibini həyata keçirmiş orqanların vəzifəli şəxsləri haqqında xüsusi qərarların çıxarılmasını və bu qərarların tabeçilik qaydasında müvafiq dövlət və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməsini təmin etsinlər. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui- istifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olumazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrilə müəyyən edilir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında birbaşa heç bir borc münasibəti, sövdələşmə olmamışdır. Ümumiyyətlə təqsirləndirilən şəxs üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Yaranmış mübahisə birmənalı olaraq mülki münasibətlərdən irəli gələn məsələdir və bu mülki mühakimə icraatı qaydasında araşdırıla bilər. Məhkmə bu qənaətə gələrkən nəzərə almışdır ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs evin alqı-satqısı barədə müqavilənin bağlanmasından əvvəl tanışlıqları olmamış, zərərçəkmiş şəxsə hər hansı bir vəd verməmişdir, onların arasında ev və avtomobil alqı-satqısı barədə söhbət edilməmiş, ona avtomobili almaq üçün Zərərçəkmiş şəxs tərəfindən 15000 manat pul verilməmişdir. Avomobillə bağlı danışıqlar Səbuhi ilə öz aralarında olmuş, mənzilin alqı-satqısı ilə bağlı isə məsələ isə Təyyar və Səbuhi arasında olmuşdur. Bununla belə sözügedən tərəflərin aralarında yaranmış münasibətlər mülki xarakter daşıyır və həmin münasibətlər məhz Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları ilə tənzimlənməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin təlləblərinə görə: 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən məlum oldu ki, istintaq ittihamı yalnız zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi üzərində qurmuş və dələduzluğu, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməni sübut edən heç bir digər sübut əldə etməmişdir. Məhkəmə ittiham tərəfinin sübutlarını aşağıdakı qaydada təhlil edərək qiymətləndirmişdir. Belə ki, yuxarıda qeyd edilənlərin sübut kimi qəbul edilib iş materiallarına əlavə edilməsinə dair məhkəmə qeyd edir ki, aşkar edilmiş məlumatlar iş üzrə əhəmiyyət kəsb etmir, belə ki, hər dörd şəxsin telefonlarının 01 may 2020-ci il tarixdə saat 11 radələrindən saat 13 radələrinə qədər ünvan 8 ünvana aid antenn dairələrinin əhatəsi altında olması Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaqla ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dəlalət etmir. İş üzrə maddi sübut olan 46 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini sübut kimi qiymət verib təhlil edən məhkəmə hesab edir ki, bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi bir daha ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m. olan mənzilin Şahid1 mülkiyyətində olduğunu və onun tərəfindən Zərərçəkmiş şəxs satıldığını, Təqsirləndirilən şəxs həmin mənzilə aidiyyətinin olmadığını təsdiq edir. Maşının alqı-satqısı ilə bağlı sözvdələşmə isə onunla Şahid1 arasında olmuşdur və sonuncu borcunu ona qaytarmadığından avtomobili üçüncü şəxsə özgəninkiləşdirmişdir. Göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs dələduzluq etmə faktına dair ittihamın əsasını açıqlamır, təhlil etmir, heç bir sübut toplamır, yoxlamır və qiymətləndirmir. Bundan başqa təqsirləndirilən və zərərçəkmiş şəxs arasında baş tutmuş telefon danışıqlarını və yazışmalarını əldə etmir. Verilmiş ittiham daha çox ehtimallar üzərində qurulmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki ittihamla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən,şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (X10rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 01 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X3 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X7 X3 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilirki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı).Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəlləsinin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə, həmçinin qanunla müəyyən olunmuş hüquq normalarına əsaslanaraq qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması anlamına gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, habelə istintaq materiallarını, zərərçəkmiş şəxsin, şahidlərin və təqsirləndirilən şəxsin ifadələrini müqayisəli şəkildə təhlil və tədqiq edərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə irəli sürülmüş ittiham üzrə sübut qismində təqdim edilmiş məlumatlar əsasında müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin sübutların ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindənona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində 02 mart 2022-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-cimaddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 74-cü hissəsinin ikinci abzasına görə bəraət hökmü Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırki cinayət işi üzrə cinayət hadisəsinin, yəni dələduzluq cinayətinin baş verməsi müəyyən olunmadığından, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur və bu baxımdan verilmiş mülki iddia cinayət mühakimə icraatında həll oluna bilməz. Buna görə də məhkəmə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasının baxılmamış saxlanılmalı və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun olması Zərərçəkmiş şəxs izah ediməldir. İş üzrə maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4, 344-350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxsn mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar