Məhkəmə qərarları › İş №1(009)-102/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-102/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-102/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs X7 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 (beş) ay 06 (altı) gün vaxtından əvvəl şərti azad edilmiş, Cəlilabad şəhəri, Sabir küçəsi, ev 23-də qeydiyyatda olan, Bakı şəhəri, ünvan 4, nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Beyləqan rayonu, Beyləqan şəhəri ünvanında yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 05 iyul 2023-cü il tarixdə saat 12.00-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 iyul 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən Şıxov çimərliyindəki “Qağayı” adlı istirahət mərkəzində Zərərçəkmiş şəxs3 məxsus, üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə olan 1 ədəd 340 manat dəyərində “İphone 6” markalı, üzərində 5 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** mobil nömrələr olan 1 ədəd 290 manat dəyərində “Redmi 9” markalı mobil telefonları vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 650 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən çimərlikdəki masanın üstündə olan Zərərçəkmiş şəxs4 məxsus üzərində 6 manat dəyərində ***-***-**-** mobil nömrə və 5 manat dəyərində keys (kobra) olan 1 ədəd 1700 manat dəyərində “İphone 11” markalı, X12 məxsus üzərində 50 manat dəyərində ***-***-**-** mobil nömrə və 5 manat dəyərində keys (kobra) olan 1 ədəd 500 manat dəyərində “Xiaomi POCO М3” markalı və Zərərçəkmiş şəxs6 məxsus üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrə, 8 manat dəyərində keys (kobra) və keysin içəri hissəsində 25 manat pul olan 1 ədəd 200 manat dəyərində “Samsung A12” markalı mobil telefonları vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 ümumilikdə 1711 manat, X12 ümumilikdə 555 manat və Zərərçəkmiş şəxs6 ümumilikdə 243 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında park edilmiş vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 məxsus «Mercedes Benz C 240» markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək məqsədi ilə həmin avtomobilin yanına gəlmiş, Elçin Nərimanlı onun qeyri-qanuni hərəkətlərini sığortalamaq üçün ətrafa nəzarət etdikdən sonra həmin avtomobilin arxa sağ pəncərəsini cinayətin aləti kimi istifadə etdiyi alışdırma şamı ilə sındırdıqdan sonra avtomobilin arxa sağ qapısını açıb salona daxil olmuş və arxa oturacağın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 15 manat dəyərində çantanı, içərisində olan 1 ədəd 15 manat dəyərində “Versace” markalı ətir, 1 ədəd 10 manat dəyərində “Oriflame” markalı dırnaq boyasını taladıqdan sonra avtomobilin qoltuqaltı hissəsindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 40 manat dəyərində Hindistan istehsalı olan “Tommy Hilfıger” markalı, qara rəngli, dəri materialından olan, 10x8 ölçülü pul kisəsini, içərisində olan 1400 manatla birlikdə vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 1440 manat, Zərərçəkmiş şəxs2 ümumilikdə 40 manat ziyan vurmaqla təkrar oğurluq etmişdir. İttiham aktına əsasən X15 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, X15 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında park edilmiş vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 məxsus «Mercedes Benz C 240» markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq etmək məqsədi ilə həmin avtomobilin yanma gəlmiş, Təqsirləndirilən şəxs1 qeyri-qanuni hərəkətlərini sığortalamaq üçün ətrafa nəzarət etdikdən sonra sonuncu həmin avtomobilin arxa sağ pəncərəsini cinayətin aləti kimi istifadə etdiyi alışdırma şamı ilə sındırdıqdan sonra avtomobilin arxa sağ qapısını açıb salona daxil olmuş və arxa oturacağın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 15 manat dəyərində çantanı, içərisində olan 1 ədəd 15 manat dəyərində “Versace” markalı ətir, 1 ədəd 10 manat dəyərində “Oriflame” markalı dırnaq boyasını taladıqdan sonra avtomobilin qoltuqaltı hissəsindən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 40 manat dəyərində Hindistan istehsalı olan “Tommy Hilfıger” markalı, qara rəngli, dəri materialından olan, 10x8 ölçülü pul kisəsini, içərisində olan 1400 manatla birlikdə vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 1440 manat, Zərərçəkmiş şəxs2 ümumilikdə 40 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ilk dəfə 2015-ci ildə oğurluq etmiş, həmin oğurluq hadisəsinə görə tutulmuş və 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Daha sonra 2019-cu ildə oğurluq etmiş və 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın bitməsinə 05 ay qalmış vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. 12 iyul 2022-ci il tarixdə saat 17 radələrində tək olaraq Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çimərliyə getmişdir. Pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş və çimərlikdə olan zaman orada olan söhbətgahın birində masanın üzərində iki ədəd mobil telefonu görüb söhbətgaha daxil olaraq masanın üzərində olan “Redmi 9” və “İphone 6” markalı mobil telefonları oğurlayıb uzaqlaşmışdır. Bundan sonra mobil telefonların üzərində olan nömrələri çıxardıb atmış, 20 Yanvar dairəsində yerləşən mobil telefonların satışı yerinə gedib orada Hüseyn adlı şəxsə oğurladığı “İphone 6” markalı mobil telefonu 95 manata, “Redmi 9” markalı mobil telefonu isə 135 manata satmışdır. Həmin vaxtı mobil telefonların özünə məxsus olduğunu və maddi vəziyyəti zəif olduğu üçün satdığını demişdir. Mobil telefonları satan zaman özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxardıb həmin müddətdə istifadəsində olan mobil telefon nömrələrini yazmışdır. Telefonları Hüseyn adlı şəxsə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Mobil telefonları oğurlamağı ilə bağlı olaraq əvvəldən kiməsə satmağı haqqında vəd verməmişdir. Bundan başqa, 13 iyul 2022-ci il tarixdə saat 16 radələrində hava isti olduğundan dənizə getmək qərarına gəlmiş və sərnişin avtobusu ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsinə getmişdir. Dənizkənarı yerdə sərnişin dayanacağında düşdükdən sonra piyada çimərliyə getmiş və adını bilmədiyi çimərliklərdən birinə daxil olmuşdur. Daha sonra bir qədər dənizdə çimdikdən sonra kənarda uzanıb istirahət etmişdir. Çimərlikdən çıxarkən orada olan üstü taxta ilə bağlanmış masalardan birinin üzərində mobil telefonların olduğunu görmüşdür. Həmin vaxt masada heç kim olmadığından həmin mobil telefonları masanın üzərindən oğurlamaq qərarına gəlmişdir. Ətrafa bir qədər nəzər yetirmiş və heç kimin masaya yaxınlaşmadığına əmin olduqdan sonra masanın üzərində olan 3 mobil telefonu götürüb sürətlə çimərlikdən çıxmışdır. Avtobusa əyləşmiş və 20 Yanvar metrostansiyasının yaxınlığında avtobusdan düşmüşdür. “İphone 11”, “Xiaomi POCO M3” və “Samsung A12” markalı mobil telefonların üzərlərində olan sim nömrələri çıxarmış və tullamışdır. Bundan sonra əvvəllər tanıdığı Hüseyn adlı şəxsin işlətdiyi telefon alqı-satqısı və təmiri mağazasına getmişdir. Hüseynlə görüşdükdən sonra ona özünə məxsus olan 3 ədəd mobil telefonların kodda olduğundan istifadə edə bilmədiyini demiş və satmaq istədiyini bildirmişdir. Hüseyn ondan həmin mobil telefonların oğurluq olub-olmamasını soruşmuş, lakin özünə məxsus olduğunu demiş və kodda olduğundan istifadə edə bilmədiyi üçün satmaq qərarına gəlmişdir. Hüseyn 3 telefonu ümumilikdə 230 manata almışdır. Bundan başqa 24 iyul 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında “Mercedes Benz” markalı avtomobilin açıq qapısından daxil olmaqla saxlanc yerində olan pul qabından 516 manat oğurlamışdır. Bundan başqa, 24 iyul 2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan dostu Elçinlə görüşüb birlikdə istirahət etmək üçün onun idarə etdiyi “Opel” markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən çimərliyə getmişlər. Biraz istirahət etdikdən sonra birlikdə Elçinin avtomobili saxladığı yerə qayıdan zaman yolun kənarında saxlanılmış qara rəngli “Mercedes Benz C klass” markalı avtomobilin yanından keçən anda görmüşdür ki, həmin avtomobilin arxa oturacağında qadın çantası var. Elçinə bu barədə demiş və həmin çantanın içərisində pul və ya digər qiymətli əşyaların olmasını güman edib qərara gəlmişdir ki, həmin maşının şüşəsini qırıb avtomobildə nə olarsa götürsünlər. Sövdələşmişlər ki, Elçin kənara nəzarət etsin, gələn olarsa ona xəbər etsin, özü isə maşının şüşəsini sındırıb salonda qiymətli nəsə olarsa, həmin şeyləri oğurlasın. Elçin həmin avtomobilin yanında dayanmış və ətrafı nəzarətdə saxlamağa başlamış, özü isə “Mercedes-Benz” markalı avtomobilin arxa sağ şüşəsini sındırmış və arxa oturacaqda olan qadın çantasını götürmüşdür. Sonra sürücünün yanındakı qoltuqaltı qutunu açaraq orada dəridən olan qara rəngli pul kisəsini götürüb həmin avtomobildən bir qədər aralıda arxada dayanan Elçinin avtomobilinə əyləşib Xocasən yoluna çıxmışlar və oradan yaşadığı evə tərəf yola düşmüşlər. Çantada ətir, dırnaq boyası və açar olmuş, başqa heç bir şey olmamışdır. Sonra pul kisəsini açmış və içərisində 516 manat, sənədlər və bank kartları aşkar etmişdir. Ona görə özünü qismən təqsirli bilir ki, pul kisəsinin içərisində 516 manat olmuş, 1400 manat olmamışdır. Elçin məhəlləyə çatdıqda nağd pulu götürmüş, qalan şeyləri zibilliyə atmışdır. Əldə etdikləri pulu bərabər, yəni 250 manat olmaqla bölmüş, qalan 16 manat pula isə özlərinə siqaret və su almışlar. Qadının çantasının içərisində isə ümumiyyətlə pul olmamışdır. Əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X15 özünü elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Vasiflə tanışlığı avtomobil təmiri sexində olmuşdur. Özünə məxsus “Opel Astra” markalı avtomobili qeyd etdiyi təmir yerinə gətirən zaman Vasif də orada olmuşdur. Bir müddət keçdikdən sonra maddi vəziyyətləri yaxşı olmadığından, çoxlu borcları olduğu üçün birlikdə oğurluq etmək qərarına gəlmişlər. 24 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində Vasiflə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən çimərliyə gəlmişlər. Çimərlikdən qayıdarkən Vasif çimərlikdə park edilmiş “Mercedes Benz C klass” markalı qara rəngli avtomobilin arxa oturacağının üzərində çanta olduğunu bildirmiş və həmin çantanı birlikdə oğurlamaq qərarına gəlmişlər, o isə ətrafa nəzarət edəcəyini bildirmişdir. Vasif bundan sonra həmin avtomobilə tərəf getmişdir və təxminən 3-4 dəqiqə sonra Vasif əlində bir ədəd boz rəngli çantası ilə qayıtmışdır. Vasif çantanı açdıqda içərisində bir ədəd qara rəngli pul kisəsi olmuş, bir ədəd dırnaq boyası və bir ədəd markasını dəqiq xatırlamadığı ətir olmuşdur. Bundan başqa həmin pul kisəsinə baxdıqda orada 516 manat, 02 şəxsiyyət vəsiqəsi, bank kartları olmuşdur. Ona görə özünü qismən təqsirli bilir ki, pul kisəsinin içərisində 516 manat olmuş, 1400 manat olmamışdır. Məqsədləri nağd pulu talamaq olduğu üçün bank kartları və şəxsiyyət vəsiqələri onlara lazım olmadığından həmin kart və vəsiqələri Vasifin yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə çatdıqda həmin evin çölündə yerləşən zibil qabına atmışlar, 516 manat puldan 250 manatı özü, qalan hissəsini isə Vasif götürmüş, 16 manat pula isə su və siqaretlər almışlar. 26 iyul 2022-ci il tarixdə saat 16 radələrində Vasiflə çimərliyə gələn zaman Bibiheybət qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmış və 41-ci Polis Bölməsinə aparılmışlar. Əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 12 iyul 2022-ci il tarixdə günorta vaxtı oğlu Rail və qaynı Ümidlə birlikdə Şıxov çimərliyinə getmişlər. Həmin vaxt orada müştərilər üçün nəzərdə tutulmuş söhbətgahda əyləşmişlər. Həmin zaman üzərində iki ədəd mobil telefon olmuşdur. Onlardan biri “İphone 6” markalı mobil telefon, digəri isə “Redmi-9” markalı mobil telefon olmuşdur. Dənizə girib çimən vaxtlarda telefonları masanın üzərində olmuşdur. Həmin gün saat 18 radələrində qaynı Ümid və bacanağının oğlu Orxan evə getmişlər. Bundan sonra oğlu Rail və bacanağı Elxan ilə birlikdə dənizdə istirahət etməyə davam etmişlər. Sonuncu dəfə çimmək üçün üçü birlikdə dənizə getmişlər. Saat 20 radələrində sahilə çıxıb sifarişlə tutduqları söhbətgaha gəlmişlər. Bu zaman “Redmi-9” və “İphone 6” markalı mobil telefonların yerində olmadığını görmüşdür. Şəxsiyyət vəsiqəsi telefonun örtüyünün arxa hissəsində olmuşdur. Bu barədə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin vaxt Elxanın mobil telefonu papağın altında olduğu üçün onu oğurlamamışlar. Həmin hadisədən sonra şəxsiyyət vəsiqəsi orada olan yanacaqdoldurma məntəqəsinin yanından tapılmışdır. “İphone 6” markalı mobil telefonu 2018-ci ildə 1200 manata almışdır. Oğlurluq hadisısi zamanı “İphone 6” markalı mobil telefonun dəyəri 350 manat olmuşdur. Ondan əlavə oğurlanmış “Redmi 9” markalı mobil telefonun da işlənmiş vəziyyətdə olmaqla dəyəri nömrələrlə birlikdə 300 manat olmuşdur. Oğurlanmış özünə məxsus “İphone 6” markalı mobil telefonu 2018-ci ildə 1200 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 650 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında Bibiheybət məscidinə çatmamış özünə məxsus “Mercedes Benz” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayıb dənizdən balıq tutmaq qərarına gəlmişlər. Avtomobildən enən zaman özünə məxsus üzərində “Tommy Hilfiger” yazıları olan pul kisəsini avtomobilin ön hissəsində yerləşən qoltuqaltı qutusuna qoymuşdur. Tanışı Lalə isə özünə məxsus çantasını avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. Təxminən 3 saat balıq tutmaqla məşğul olmuşlar. Dənizdən balıq tutduqları yerdən avtomobili görünməmişdir. Həmin günü saat 20:30 radələrində avtomobilə tərəf qayıdıb əyləşmək istəyən zaman arxa sağ şüşşənin sındırıldığını görmüşdür. Bundan sonra avtomobildə ön hissədə yerləşən qoltuqaltını açıb baxdıqda məlum olmuşdur ki, özünə məxsus qara rəngli dəri üzərində “Tommy Hilfıger“ yazıları olan içərisində 1400 manat pul, evin açarları və bloka daxil olmaq üçün nəzərdə tutulmuş jeton, iki ədəd "xxxx" ASC-yə məxsus bank kartları, bir ədəd “YapıKredi” banka məxsus bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, sosial kart olan pul kisəsi oğurlanmışdır. Tanışı Lalə də özünə məxsus çantanın içərisində dəqiq bilmədiyi bir sıra əşyaların olmadığını demişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Bir neçə dəqiqə sonra isə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə yaxınlaşıb baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. O, göstərmişdir ki, özünə məxsus oğurlanmış qara rəngli üzərində “Tommy Hilfıger” yazısı olan dəri pul kisəsinin dəyəri təxminən 150 manat olmuşdur. Avtomobilin şüşəsini bərpa etdirmək üçün 100 manat pul xərcləmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli 9/5935 saylı rəyində göstərilən məbləğlə razıdır. Belə ki, özünə məxsus oğurlanmış pul kisəsindən xeyli müddətdir ki, istifadə etmişdir. Həmin pul kisəsinin köhnəlməsini nəzərə almaqla dəyəri təxminən 40 manat təşkil edir. Bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir. Bununla bağlı təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığı barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə istirahət etmək məqsədilə tanışları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilə Novxanı çimərliyinə getmişlər. Oraya gedib çatdıqdan sonra dənizin kənarında olan masalardan birində əyləşib birlikdə yeyib-içdikdən sonra dənizin sahilində gəzmək qərarına gəlmişlər. Masadan qalxıb gedən zaman özünə məxsus “İphone 11” markalı mobil telefon və qol saatını orada qoymuşdur. Həmin günü saat 20 radələrində sahildə gəzdikdən sonra masanın ətrafına geri qayıtdığında qol saatı orada olsa da, özünə məxsus “İphone 11” markalı mobil telefonun yerində olmadığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. O, göstərmişdir ki, hadisə baş verən zaman orada tanışları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məxsus mobil telefonlar da oğurlanmışdır. Baş vermiş hadisə zamanı oğurlanmış “İphone 11” markalı mobil telefonun qiyməti 1700 manat, üzərində olan keysin qiyməti 5 manat və telefonda olan ***-***-**-** mobil GSM nömrəsinin qiyməti 6 manat olmuşdur. Ümumilikdə ona 1711 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində tanışları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ilə Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən çimərliyə getmişlər. Orada dənizin kənarında olan masalardan birində əyləşib yeyib-içdikdən sonra dənizin sahilində gəzməyə qərar vermişlər. Masadan qalxıb gedən zaman özünə məxsus “Xiomi Poco M3” markalı mobil telefonunu orada qoymuşdur. Təxminən saat 20 radələrində masanın ətrafına geri qayıtdıqda ona məxsus mobil telefonun yerində olmadığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə baş verən zaman orada tanışları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 olmuşlar. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 məxsus mobil telefonlar da oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi zamanı oğurlanmış “Xiomi Poco M3” markalı mobil telefonun qiyməti 500 manat, üzərində olan örtüyün qiyməti 5 manat və telefonda olan ***-***-**-** mobil GSM nömrəsinin qiyməti 50 manat olmuş, ona ümumilikdə 555 manat ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi X22 məhkəməyə ərizə ünvanlayaraq qızı Zərərçəkmiş şəxs6 səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə istirahət etmək məqsədilə tanışları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 ilə Novxanı çimərliyinə getmişlər. Oraya gedib çatdıqdan sonra dənizin kənarında olan masalardan birində əyləşmişdir. Birlikdə yeyib-içdikdən sonra dənizin sahilində gəzmək qərarına gəlmişlər. Fərid və Tacirə ilə birlikdə masadan qalxıb gedən zaman özünə məxsus “Samsung Al2” markalı mobil telefonu masanın üzərində qoymuşdur. Birlikdə sahildə gəzişmişlər və dənizdə çimmişlər. Həmin gün saat 20 radələrində birlikdə masanın ətrafına geri qayıtdıqda özünə məxsus, təxminən 2 il əvvəl 350 manata aldığı “Samsung Al2” markalı mobil telefonunun yerində olmadığını aşkar etmiş və naməlum şəxs tərəfindən oğurlandığını bilmişdir. Oğurlanmış mobil telefonunun üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə, 8 manat dəyərində keys və həmin keysin içərisində 25 manat pul olmuşdur. Həmin vaxt Fərid və Tacirəyə məxsus mobil telefonlar da naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişlər. O, göstərmişdir ki, baş vermiş yuxarıda qeyd etdiyi oğurluq hadisəsi 13 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən çimərlikdə baş vermişdir. Baş vermiş hadisə nəticəsində ona 243 manat maddi ziyan dəymişdir. Belə ki, təxminən 2 il bundan əvvəl 350 manata aldığı “Samsung Al2” markalı mobil telefonunun istifadədə olması nəzərə alınmaqla hazırkı dəyəri 200 manatdır, mobil telefonunun üzərində olmuş 077-707-17- 02 saylı mobil nömrənin dəyəri 10 manat, mobil telefonun üzərində olmuş keysin (kobra) dəyəri 8 manatdır. Bundan başqa keysin içərisində olan ona məxsus 25 manat pul da oğurlanmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 dəymiş ziyan 40 (qırx) manat təşkil etdiyindən və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratmadığından məhkəmənin 24 yanvar 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Zərərçəkmiş şəxs2 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 9/5935 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Hindistan istehsalı olan “Tommy Hilfiger” markalı, qara rəngli, dəri materialından olan, 10x8 ölçülü pul kisəsi istifadədə olmasını nəzərə alaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 40,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 27 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus əmlakın oğurlanması faktı əsasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində toplanmış material üzrə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. 27 iyul 2022-ci il tarixdə X3 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. 28 iyul 2022-ci il tarixli Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 28 iyul 2022-ci il tarixli Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 29 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 29 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. 29 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 29 iyul 2022-ci il tarixdə X15 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 29 iyul 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X7 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. 29 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs X15 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 21 avqust 2022-ci il tarixdə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Zərərçəkmiş şəxs4 məxsus əmlakın oğurlanması faktı əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 21 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 21 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 21 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail rayon prokurorunun qərarı ilə 16 sentyabr 2022-ci il tarixli ilə Zərərçəkmiş şəxs3 məxsus əmlakın oğurlanması faktı əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın aparılması üçün aidiyyatı üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 22 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində icraata qəbul edilmişdir. 03 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 19 oktyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. 19 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 21 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 26 oktyabr 2022-ci il tarixli qərarla Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaqın ********* nömrəsi ilə aparılması qərara alınmışdır. 04 noyabr 2022-ci il tarixdə işinin Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. 10 noyabr tarixdə Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 10 noyabr tarixdə X6 Xədicə Şamil qızının qanuni nümayəndəsi qismində tanınmışdır. 12 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd Hindistan istehsalı olan “Tommy Hilfiger” markalı, qara rəngli, dəri materialından olan, 10x8 ölçülü pul kisəsi maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. 12 noyabr 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. 14 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək ona həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X15 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 himayəsində iki azyaşlı övladı var – xx.xx.2015-ci il təvəllüdlü X16 və xx.xx.2021-ci il təvəllüdlü X18. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2, 177.2.2, 177.2.4, 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 29, 177.2.1, 29, 177.2.2 maddələri hökmdən xaric edilmiş, hökmlə təyin edilmiş cəza müddəti 06 ay azaldılaraq 03 il 03 aya endirilmişdir. xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 1(012)-55/2020 saylı, 31 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli 23 may 2018-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxslərin ifadəsi və iş materiallarına əlavə edilmiş işin digər halları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi, X7 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X7 özlərini onlara elan edilmiş ittihamda qismən təqsirli bilmələri, yəni üzərində “Tommy Hilfiger“ yazıları olan Zərərçəkmiş şəxs1 məxsus pul kisəsinin içərisində 1400 manat olması iş materiallarında olan sənədlər, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünümüdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin belə məzmunda ifadə verməsini və özlərini onlara qarşı elan olunmuş ittiham üzrə qsimən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 səmimi peşmançılıq çəkməsini, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, ziyanın qismən aradan qaldırılmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Əsədov X14 Rayon Məhkəməsinin 1(012)-55/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 05 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Lakin məhkumluğu ödənilməmiş, iki il keçmədən 2022-ci ilin iyul ayında yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək, 21 avqust 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək və 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 06 may 2023cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Məhkəmə, X1 peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, dəymiş ziyanın ödənilməsini, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X7 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X7 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. X7 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – Beyləqan rayonu, Beyləqan şəhərində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Hindistan istehsalı olan “Tommy Hilfiger” markalı, qara rəngli, dəri materialından olan, 10x8 ölçülü pul kisəsi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 9/5935 nömrəli rəyi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X11 münasibətdə verildiyindən məhkəmə ekspertizası tədqiqatının xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs1 və X5 müştərək qaydada (hər bir şəxsdən 25,00 (iyirmi beş) manat ) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək, 21 avqust 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixədək və 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X7 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – Beyləqan rayonu, Beyləqan şəhərində fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli X7 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Hindistan istehsalı olan “Tommy Hilfiger” markalı, qara rəngli, dəri materialından olan, 10x8 ölçülü pul kisəsi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 9/5935 nömrəli rəyi üzrə tədqiqatı xərcinin 50,00 (əlli) manat hissəsi Təqsirləndirilən şəxs1 və X5 müştərək qaydada (hər bir şəxsdən 25,00 (iyirmi beş) manat ) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 520 (beş yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 520 (beş yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar