Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-102/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 03 fevral 2024-cü il tarixidə,səhər saat 07 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi,Ş.Allahverdiyev küçəsi,ev 4,mənzil 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus və idarə etdiyi “Hundai Elantra” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını yumaq adı ilə alıb ələ keçirərək, həmin ünvanda avtomobil üzərində sərəncam hüququnu ələ keçirmiş, sonra da avtomobili idarə edib ünvan 3 ünvanda yerləşən təkər təmiri köşkünün qarşısına gətirərək, orada həmin “Hundai Elantra” markalı avtomobilin üzərində istifadə olunan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 150 manat olan cəmi 600 manat dəyərində 04 ədəd “Winda” markalı, 205/55R16 ölçülü disk-təkərləri-özgənin əmlakını gizli yolla talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə yerləşən avtoyuma məntəqəsində yuyucu işləmiş, təxminən iki ay olar ki, həmin məntəqədən işdən çıxmış, həmin məntəqədə işləyərkən yaxınlıqda yaşayan və ağ rəngli dövlət qeydiyyat nömrəsini xatırlamadığı “Hyundai-Elantra” markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs tanımış, həmin xanımın avtomobilini mütəmadi olaraq o, yumuşdur. Zərərçəkmiş şəxs onun xidmətindən istifadə edərkən, məntəqədə avtomobili ona təhvil verərək evinə getmiş, o, da avtomobili yuyub qurtardıqdan sonra, avtomobili idarə edib ünvanına aparıb təhvil verərək zəhmət haqqını almışdır. Hərdən də Zərərçəkmiş şəxs zəng edib xahiş etdikdə, o, gedib sonuncunun yaşadığı ünvanından yəni evinin qarşısından avtomobilini götürüb yuma məntəqəsinə gətirib yuduqdan sonra, yenə aparıb avtomobili sahibinə təhvil vermiş, Zərərçəkmiş şəxs həmişə onun avtomobilini yumasından razı qalmışdır. Zərərçəkmiş şəxs mobil telefon nömrəsi onun telefonunda qaldığından, 2024-cü ilin fevral ayının əvvələrində o, işsiz və pula ehtiyacı olduğundan Zərifənin mobil telefonuna zəng edərək avtomobilini yumasını təklif etmiş, hətta sonuncunu cəlb etmək üçün avtomobili yumaq üçün yeni dərmanlar gətirdiyini bildirmiş, Zərərçəkmiş şəxs ona səhəri günü tez saatlarında evlərinə gəlib avtomobilini götürüb yumasını demişdir. 03 fevral 2024-cü il tarixdə səhər saat 07 radələrində o, Zərifənin yaşadığı ünvana getmiş, sonuncu yaşadığı evin qarşısında təklikdə ona avtomobilin açarlarını vermiş, o, da avtomobilə əyləşib sürüb getmişdir. Sonra pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs avtomobilin müəyyən ehtiyat hissələrini satıb pul əldə etsin, həmin avtomobili sürüb Binəqədi rayonu, Biləcəri qəsəbəsinə yol kənarında yerləşən təkər təmiri məntəqəsinin qarşına gəlmiş, orada işləyən təkər təmiri ilə məşğul olan şəxsə avtomobilin təkərlərini açmasını, yeniləri ilə təzələcəyini bildirərək, avtomobilin təkərlərini disklə birlikdə açıb çıxardıqdan sonra, yol keçən taksi avtomobili saxlayıb disk-təkəri həmin taksiyə yükləmiş və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarına gətirmişdir. Bazarda o, təkət satışı ilə məşğul olan şəxsə dörd ədəd işlənmiş lakin yaxşı vəziyyətdə olan disk-təkərləri cəmi 280 manata razılaşaraq satmış, əldə etdiyi puldan 20 manat taksi sürücüsünə verib yola salmış, pulun qalan hissəsini isə sonralar özü üçün xərcləmişdir. Əlavə olaraq avtomobilin disk-təkərləri satdığı şəxsə həmin disk-təkərlər özünün olmasını, pula ehtiyacı olduğundan satdığını, Zərərçəkmiş şəxs avtomobilini götürdüyü yeri, disk vətəkərləri sökdüyü yeri və disktəkərləri satdığı yeri əyani olaraq göstərə biləcəyini, Zərifənin avtomobili elə disk-təkərləri sökdürdüyü məntəqəsinin qarşısında qalmasını, Zərifə onun mobil telefonuna zəng edib polisə şikayət edəcəyini bildirdikdə, o, Zərifəyə avtomobilin yerini deməsini, etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını bildirərək, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını bildirərək, barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, ev 4, mənzil 6-da yaşayır və Bakı şəhəri, 150 sayllı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir, eyni zamanda atası İlqar Dadaşovun adına olan etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. O, idarə etdiyi avtomobili axşamlar yaşadığı evin qarşısında saxlayır, eyni zamanda həmin avtomobili uzun müddət yəni təxminən bir ilə yaxın, yaşadığı evin yaxınlığında yerləşən avto-yuma məntəqəsində orada yuyucu işləyən Anar adı ilə tanıdığı şəxsə yuduzdurur. Hərdən o, Anarın istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb, sonunucunu evinə çağıraraq yumaq üçün avtomobilini vermiş, Anar da işini görüb qurtardıqdan sonra gətirib evinin qapısında avtomobili ona təhvl vermiş, o, da müvafiq ödəniş etmişdir. 02 fevral 2024-cü il tarixdə avtoyuma məntəqədə işləyən Anar ona zəng edib avtomobili yumaq üçün yeni dərmanlar gətirməsini bildirməklə xidmətini təklif etmiş, o,da Anarla razılaşaraq səhər üstü gəlib avtomobilini evinin qarşısından sürüb apararaq yuyub gətirməsini bildirmişdir. Səhəri günü yəni 03 fevral 2024-cü il tarixdə səhər saat 07:18 dəqiqədə, Anar ona zəng edib evin önündə, avtomobilin yanında olmasını demiş, o, da qapıya çıxıb avtomobilin açarlarını Anara vermiş, sonuncu avtomobilini evindən təxminən 100 metr aralıqda yerləşən avtoyuma məntəqəsinə sürərək aparıb yuyaraq geri sürüb gətirməlimiş, o, da həmişə olduğu kimi Anarın yuduğu avtomobilə görə 10 və ya 15 manat verməli idi. Halbu ki, Anar digər şəxslərin eyni modelli minik avtomobillərini 06 manata yuyurmuş, o, Anara avtomobilini təmiz yuması üçün artıq pul verirmiş. Anar avtomobilini götürüb apardıqdan təxminən saat yarım sonra, Anar avtomobili gətirmədiyi görüb, o, narahat olaraq istifadəsində olan mobil nömrəyə zəng etdikdə sonuncu cavab verməmiş, bir neçə dəqiqən Anar özü ona zəng edib avtomobilə dəman vurmasını, birazdan işini yekunlaşdırıb gətirib avtomobili təhvil verəcəyini demişdir. Eyni zamanda Anar ona avtomobilin arxasınca yuma məntəqəsinə gəlməməsini deməsini, onu şübhəyə salmış, o, evinin pəncərəsindən bir neçə dəfə məntəqənin qarşısına baxdıqda, həmişə olduğu kimi avtomobilini yuma məntəqəsinin qarşısında görməyib narahat olmuş və həmin yuma məntəqəsinə getmişdir. O, məntəqəd avtomobilini görmədikdə,orada işləyən tanımadığı işçidən, Anarı və özünə məxsus avtomobili soruşmuş, həmin şəxs Anarın həmin məntəqədən çoxdan işdən çıxmasını və ona məxsus “Hyundai Elantra” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin məntəqəyə gətirilməməsini bildirmişdir. Bundan sonra o, Anara bir neçə dəfə zəng vurmuş, Anar onun zənglərinə cavab vermədiyi üçün avtomobilimi qaçırmasını başa düşüb, bu barədə DİNnin 102-xidmətinə zəng edərək məlumat, sonra isə Səbail RPİ-nin 8-ci PB-nə gedib şikayət ərizəsini vermiş, 03 fevral 2024-cü il tarixdə, saat 15:30 radələrində, ona polis əməkdaşlarından, “Hyundai Elantra” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində aşkar edilməsi, avtomobilim üzərində olan dörd ədəd disk və təkərləri çıxarılaraq oğurlanması məlum olmuşdur. O, avtomobilinin bir ədəd disk-təkərlə birlikdə qiyməti təxminən 200 manat olmasını, oğurluq nəticəsində cəmi 800 manat maddi ziyan vurulmasını, Anar adlı şəxsin məsuliyyətə cəlb edilməsini tələb etməsini, istintaq dövründə avtomobilinə aid 04 ədəd disk-təkərləri özünə qaytarılmasını göstərilmişdir. Zərərçəkmiş şəxs teleqram ilə məhkəməyə müraciət edərək, ona vurulmuş ziyanın ödənilməsini, ona qarşı şikayət və tələblərinin olmamasını göstərmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin əvvələrindən başlayaraq təxminən iyun ayına kimi ünvan 3 ünvanında yerləşən təkər-təmiri köşkündə təkər təmiri ustası kimi işləmiş, həmin köşkdə hər gün səhər saat 09 radələrində işə başlayıb axşam saat 18 radələrinə bağlamışdır. 03 fevral 2024-cü il tarixdə səhər saat 10 radələrində o, iş yerində olduğu zaman oraya hazırda dövlət nömrə nişanını xatırlamadığı ağ rəngli “Hyundai Elantra” markalı avtomobillə sonradan adı Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs gələrək, idarə etdiyi özünə məxsus olan avtomobilin dörd ədəd disk və təkərlərini yenisi ilə əvəz etmək istədiyini, avtomobilin üzərində olan dörd ədəd təkərləri söküb yenilərini bağlamasına nə qədər pul alacağını soruşmuş, o, da bu işə 20 manat alacağını demişdir. Anar həmin qiymətlə razılaşdıqda, o,avtomobilin üzərində olan dörd ədəd disk-təkərləri söküb çıxarmış, sonra Anar yol keçən markasını hazırda xatırlamadığı taksi avtomobilini saxladıb, sökdüyü dörd ədəd disk-təkərləri həmin avtomobilə qoyub, yenilərini alıb qayıdacağını bildirərək çıxıb getmişdir. Bundan təxminən 2-3 saat keçmiş onun iş yerinə polis əməkdaşları gəlib, orada üzərində dörd ədəd disk-təkərləri olmayan Anar tərəfindən saxladılmış ağ rəngli “Hyundai Elantra” markalı avtomobillə maraqlanda.o, avtomobili sahibi tərəfindən saxlanılıb təkərlkərini çıxardaraq yenilərini almaq üçün getdiyini bildirmişdir. Sonra ona həmin polis əməkdaşlarından, həmin avtomobil Anara məxsus olmamasını, oraya müəyyən vaxtdan gəlmiş adını bilmədiyi bir nəfər xanıma məxsus olmasını, Anar həmin avtomobili xanımdan yumaq adı ilə götürməsini və sonra da üzərində olan disk-təkərləri söküb çıxararaq oğurlaması məlum olmuşdur. Sonra polis əməkdaşları ilə gəlmiş avtomobilin sahibi xanım haradansa tapıb gətirdiyi dörd ədəd təkətləri avtomobilin üzərinə bağlamış və polis əməkdaşlarının razılığı ilə avtomobili sürüb getmiş, o, bir daha həmin xanımı görməmişdir. Bun dan bir neçə gün keçmiş o, iş yerində olduğu zaman oraya polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs gəlmiş,onun işlədiyi köşkün yerini göstərək,avtomobilin təkərlərini sökdürüb apararaq avtomobil bazarında satmasını bildirdikdə, o, Anarın polis əməkdaşları tərəfindən yaxalandığı başa düşmüşdür. Əlavə olaraq o, Anarın tapşırı ilə sonuncunun idarə edib işlədiyi köşkə gətirdiyi avtomobilin disk-təkərlərini sökdüyü zaman həmin avtomobilin Anara məxsus olmasını bilməsini, həmin avtomobilin başqa şəxsə məxsus olmasını bilməməsini, həmin vaxt avtomobilin sənədlərinə kimə məxsus olmasına baxmamasını bildirmişdir. Məhkəməyədək icraat zamanı ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, fərdi olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarında işlənmiş müxtəlif markalı avtomobillərin disk və təkərlərin pərakəndə alqı-satqısı ilə məşğul olur. 03 fevral 2024-cü il tarixdə səhər saat 11 radələrində o, istifadə edilmiş disk və təkərlərin satışı ilə məşğul olduğu köşkdə olduğu zaman, oraya bir nəfər əvvəllər tanımadığı şəxs tünd rəngi, dövlət qeydiyyat nişanına fikir vermədiyi “Toyota- Prius” markalı taksi avtomobili ilə gələrək, həmin avtomobilin baqaj hissəsində olan dörd ədəd “Hyundai” markalı avtomobilin az işlənmiş disk və təkərlərini göstərərək,özünə məxsus olmasını və satmaq istədiyini bildirərək,həmin disk təkərləri hansı qiymətə ala biləcəyini soruşmuş,o,da həmin disk və təkərlərə baxıb hər birini 70 manata olmaqla cəmi 280 manat verə biləcəyini demiş, həmin şəxsdə onun təklif etdiyi qiymətlə razılaşmış, o, da nağd şəkildə həmin 280 manatı tanımadığı şəxsə verib 04 ədəd disk və təkərləri qəbul etmişdir. Bundan sonra həmin təkərlərdən bir ədədini satmaq üçün köşkün qarşısında satış üçün düzdüyü digər təkərlərlə yanına qoyub sərgiləmişdir. Bundan bir neçə gün keçmiş saat 12 radələrində o, yenə alver etdiyi köşkün qarşısında olduğu zaman, işlədiyi bazara yanına dörd ədəd disk və təkərlkəri satmış tanımadığı şəxs yanında Səbail rayon polis İdarəsinin əməkdaşları ilə birlikdə gəlmiş, bu zaman polis əməkdaşlarından o, 04 ədəd disk və təkər satmış sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin, ona satdığı disk və təkərləri tanışının avtomobilinin üzərindən çıxararaq oğurlaması və pul əldə etmək üçün gətirib ona satması məlum olmuşdur. O da polisin tələbi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd disk və təkərləri aldığı vəziyyətdə polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin disk və təkərləri protokolla götürmüşlər. Bundan sonra o, Təqsirləndirilən şəxs bir daha görməmişdir. O, Təqsirləndirilən şəxs 04 ədəd disk və təkərləri alarkən oğurluq olmasını bilməməsini, istintaq dövründə ondan disk və dəkərlərə görə verilmiş 280 manat Təqsirləndirilən şəxs tərəfindən qaytarılması göstərilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri eləcə də digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli protokolundan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs məxsus avtomobili yumaq adı ilə “Hundai Elantra” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil aldığı ünvan 4 ünvanını, həmçinin ünvandan təxminən 100 metr aralıqda yerləşən əvvəllər yuyucu işlədiyi Səbail rayonu, Badamdar yolu 28 ünvanında yerləşən “Avto-yuma” məntəqəsini, təhvil aldığı “Hundai Elantra” markalı avtomobili sürüb gətirdiyi və məntəqədə işləyən şəxsə dörd ədəd disk-təkərləri avtomobilin üzərindən sökdülərək götürdüyü ünvan 7 ünvanda yerləşən “Təkər-təmiri” adlanan təkər-təmiri köşkünün qarşısını, “Hundai Elantra”markalı avtomobilin üzərindən söküb götürülmüş dörd ədəd disk-təkərləri aparıb satdığı Bakı şəhəri, Xətai rayonu, Babək prospektindəki, “Avtomobil bazarı”-nda yerləşən disk-təkərlərin satışı məşğul olan məntəqəni əyani olaraq göstərmiş, həmin məntəqədə işləyən Təqsirləndirilən şəxs 04 ədəd disk-təkərləri almış Şahid2 Audın oğlu həmin 04 ədəd disk-təkərləri könüllü olaraq istinta təqdim etdiyindən protokolla götürülmüşdür. İş üzrə 12 fevral 2024-cü il tarixli götürmə protokolu ilə baxış keçirilərək götürülmüş, dörd ədəd “Winda” markalı, 205/55/R16 ölçülü disk-təkərlər, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2024-cü il tarixli 9/1202 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, “Hyundai” markalı avtomobilə məxsus 04 ədəd “Winda”markalı, 205/55/R16 ölçülü disk-təkərin istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 600,0 manat (4 ədəd x150 man) müəyyən olunur. Ekspertizanın rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı etiraf edici ifadələri, zərərçəkmiş və şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun özgənin əmlakını gizli yolla talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, özgənin əmlakını gizli yolla talamaqla oğurluq etməsini, nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını, böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Axtarışda olan şəxsin tutulması haqqında protokola əsasən, 20 may 2024-cü il tarixdə, Bakı şəhəri,Səbail RPİ-nin CAŞ-dən daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılaraq Səbail RPİ-nun MSY-yə təhvil verilmiş, həmin tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3 maddəsinə əsasən iş üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. İş üzrə dayanmış icraatın təzələnməsi, təqsirləndirilən şəxs qismində cəlb etmək və təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və barəsində həbs qətimkan tədbirinin seilməsi haqqında qərarlara əsasən 22 may 2024-cü il tarixdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə əməl həmin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 185.1 maddələrinə tövsif edilərək ibtidai istintaq davam etdirilmişdir. 22 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokola əsasən, 05 dekabr 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs yeri müəyyən edilib saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verildiyindən, həmin tarixdə iş üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. İş üzrə dayanmış icraatın təzələnməsi, sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxsin və MSYdən azad edilməsi haqqında qərarlara əsasən 07 dekabr 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs yeni məzmunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmaqla həbsdən azad edilmişdir. 08 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut-dörd ədəd “Winda”markalı, 205/55/R16 ölçülü disk-təkərlər Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmənin 06 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmənin 28 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-24/2025 saylı, 11 mart 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 24-26 noyabr 2023-cü il tarixlərində tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, ona qəti olaraq 03 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 24 dekabr 2024-cü ildən hesablanmışdır və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Bu səbəbdən, məhkəmə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 mart 2025ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsini məqəsəduyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Bu səbəbədən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, onun hazırki cinayət işi üzrə 20 may 2024cü il tarixindən 22 may 2024-cü il tarixinədək, 05 dekabr 2025-ci il tarixindən 07 dekabr 2025-ci il tarixədək, əvvəlki iş üzrə 24 noyabr 2023cü il tarixindən 26 noyabr 2023cü il tarixinədək tutulduğu müddətlərin təyin olunmuş cəzadan çıxılmasını və ona qəti cəza təyin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli hökmü ilə ilə cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının nəzərə alınmasını, cəzacəkmə müddətinin əvvəlinin isə həmin hökmə əsasən 24 dekabr 2024cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 50 (əlli) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınmış hər birinin qiyməti 150 manat olan cəmi 600 manat dəyərində 04 ədəd “Winda”markalı,205/55R16 ölçülü disk-təkərlərin zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-24/2025 saylı, 11 mart 2025-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki cinayət işi üzrə 20 may 2024cü il tarixindən 22 may 2024-cü il tarixinədək, 05 dekabr 2025-ci il tarixindən 07 dekabr 2025-ci il tarixədək, əvvəlki iş üzrə 24 noyabr 2023cü il tarixindən 26 noyabr 2023cü il tarixinədək tutulduğu müddətlərin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-24/2025 saylı, 11 mart 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış hər birinin qiyməti 150 manat olan cəmi 600 manat dəyərində 04 ədəd “Winda”markalı,205/55R16 ölçülü disk-təkərlərinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 476 (dörd yüz yetmiş altı) manat dövlət büdcəsindən tutularaq “Kapital Bank”-ın 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-102/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-102/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver