Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-103/2021 02.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilə şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1987-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 1(012)- 170/2020 saylı hökmü ilə 02 (iki) il islah işləri cəzasıns məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, döngə 1 ünvanında fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış, habelə soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan əldə etdiyi bir ədəd bükümdə təmiz çəkisi 3,347 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 5,321 qram və bir ədəd “Winston”markalı siqaret qutusunda 9(doqquz) ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,382 qram, 0,417 qram, 0,466 qram, 0,390 qram, 0,383 qram, 0,314 qram 0,318 qram, 0,354 qram, 0,402 qram, ümumilikdə təmiz çəkisi 8,747 qram olan tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Kia Optima” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ehtiyat təkər qoyulan hissədə saxlamaqla daşımış, 03 noyabr 2020-ci il tarixdə saat 00:30 radələrində Səbail rayonu, Salyan yolu 32 ünvanında yerləşən 1 saylı stasionar postda saxlanılaraq həmin avtomobilə baxış keçirilərkən qeyd edilən psixotrop maddə və narkotik vasitələr avtomobilin yük yerindən ehtiyat təkər qoyulan hissədən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən bir ədəd kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahı əldə edib idarə etdiyi “Kia Optima” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının üzərində olan qara rəngli əl çantasının içərisində gəzdirmiş, 03 noyabr 2020-ci il tarixdə saat 00:30 radələrində Səbail rayonu, Salyan yolu 32 ünvanında yerləşən 1 saylı stasionar postda saxlanılaraq həmin avtomobilə baxış keçirilərkən qeyd edilən soyuq silah avtomobilin sağ qabaq oturacağının üzərində olan qara rəngli əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən ailə həyatı qurmuş, həmin nikahdan onun üç övladı vardır. Böyük oğlunun 10 yaşı, kiçik oğlunun 7 yaşı, qızının isə 1 yaşı vardır. Özü fərdi əməklə məşğul olur. Yaşadığı ünvanın yaxınlığında icarə əsasında kafe işlətmişdir. Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də müharibə başlayandan o, hər həftəsonu cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrə gedərək əsgər və zabitlər üçün qida və geyim ləvazimatları aparır. O, hərbi hissələrə gedərkən dostlarına məxsus avtomobillərlə gedir. 01 noyabr 2020-ci il tarixdə o, dostu Quliyev Böyükağaya məxsus “Kia Optima” markalı **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşdür. Onun sürücülük vəsiqəsi vardır, lakin dostuna məxsus avtomobili etibarnamə olmadan idarə etmişdir. Bundan sonra o, 01 noyabr 2020-ci il tarixdə gündüz saat 12 radələrində həmin avtomobillə geyim və qida ləvazimatları götürərək Murov bölgəsində yerləşən “N” saylı hərbi hissəyə yollanmışdır. Murova çatana qədər o, yolütsü Tərtər, Goranboy rayonlarında yerləşən hərbi hissələrə də baş çəkmişdir. O, 01 noyabr 2020-ci il tarixdə gecə Tərtər rayonunda Bəyimsarov kəndində qohumugilin evində qalmışdır. Növbəti gün yəni 02.11.2020-ci il tarixdə o, Murova yollanmışdır. Orada hərbi hissədə əsgərlərə geyim və qida ləvazimatları payladıqdan sonra axşam saat 18 radələrində Murovdan Goranboya qayıtmaq üçün yola düşmüşdür. Həmin vaxt “N” saylı hərbi hissənin əsgəri Cəsarət adlı əsgər xəsarət aldığı üçün məzuniyyətə buraxılmış və Bakı şəhərinə gələcəkmiş. Buna görə o, Cəsarəti də özü ilə götürmüş ki, Gəncə şəhərinə gətirib oradan Bakıya yola salsın. O, Gəncəyə qayıtdıqda artıq gec olmuş, buna görə də Bakıya getmək üçün nəqliyyat vasitəsi tapa bilməmişlər. Buna görə də o, qərara gəlmişdir ki, həmin əsgəri özü Bakıya gətirsin. O, idarə etdiyi dostuna məxsus “Kia Optima” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə yola düşmüşdür. Artıq 03 noyabr 2020-ci il tarixdə gecə saat 00:30 radələrində Bakı şəhərinə çatmışdır. Həmin vaxt Səbail rayonunda yerləşən Salyan şossesində olan karantin postunda onu saxlamışlar. Bakıya çatana qədər də onu bir neçə dəfə postlarda saxlamışdılar. Lakin avtomobilində yaralı əsgər olduğu üçün ona hörmət edib buraxırdılar. Həmin postda isə onun idarə etdiyi avtomobili yoxlamaq üçün yaxınlaşmışlar. Avtomobildə sürücü tərəfdən qapının aşağı hissəsində ona rəhmətlik babasından yadigar qalmış bıçaq olmuşdur. Həmin bıçaq 1945-ci ildə istehsal edilmişdir. O, bıçağı xatirə kimi saxlamaq üçün Murovdan qayıdanda yolüstü Göygöl rayonunda yaşayan əmisigildən götürmüşdür. Məqsədi o olmuşdur ki, bıçağı gətirib Bakıda yaşadığı evdə xatirə olaraq saxlasın. Həmin bıçağı polis əməkdaşları gördükdə ona sərt reaksiya vermişlər. Bundan sonra onu saxlamışlar və həmin yerə əməliyyat qrupu dəvət edilmişdir. Bir qədər keçmiş əməliyyat qrupu və vəkil həmin yerə gəlmiş və postda olan polis əməkdaşlarının və vəkilin iştirakı ilə onun idarə etdiyi avtomobilə baxış keçirtmişlər. Baxış zamanı avtomobildə olan babasından yadigar qalan bıçağı götürmüşlər. Bundan başqa avtomobilin qabaq sağ qapısının aşağı hissəsində qara rəngli əl çantasının içərisində beşbarmaq aşkar edilmişdir. Daha sonra avtomobilin arxa yük yerində ehtiyat təkər olan yerdən bir ədəd siqaret qutusunun içərisində 9 ədəd bükümdə narkotik vasitə olan marixuana, bir ədəd sellofanda marixuana və bir ədəd sellofanda psixotrop maddə olan metafetamin aşkar edilmişdir. Daha sonra onu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparmışlar. Bölmədə olarkən vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı üzərindən dövriyyəsi qadağan edilmiş heç bir vasitə aşkar edilməmişdir. İdarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş bıçaq 1945ci ildə istehsal edilmişdir və onun rəhmətlik babasına məxsusdur. Həmin bıçaq Göygöl rayonunda yaşayan əmisigilin evində olmuşdur. O, Murovdan qayıdarkən yolüstü həmin bıçağı götürmüşdür ki, gətirib öz evində saxlasın. Bıçağı nəqliyyat vasitəsində gəzdirməkdə məqsədi xatirə olaraq evinə gətirmək olmuşdur. Beşbarmaq onun şalvarının kəmərinin başlıq hissəsi olmuş, o, beşmarmağı şalvarın kəmərindən çıxartmış və gəzdirməkdə məqsədi suvenir kimi saxlamaq olmuşdur. Onun bıçağı və beşbarmağı satmaq niyyəti olmamışdır. Aşkar olunmuş bıçaq və beşbarmaqdan hər hansı cinayətdə və ya şəxsi istifadəsi üçün istifadə etməmişdir. İdarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitə ilə bağlı bildirmişdir ki, həmin vaxt avtomobilin yük yerində ehtiyat təkər olan yerdə bir ədəd siqaret qutusunun içərisində 9 ədəd bükümdə narkotik vasitə olan marixuana, 1 ədəd sellofanda narkotik vasitə olan marixuana və 1 ədəd sellofanda psixotrop maddə metafetamin olmuşdur. O, oktyabr ayının sonlarında işdən yaşadığı evə gedərkən yolda bir ədəd siqaret qutusu tapmışdır. O, həmin qutuya baxdıqda içərisində iki ədəd sellofan olmuşdur. Həmin sellofanlardan birinin içərisinə baxdıqda içərisində olan otun marixuana olduğunu tanımışdır.Digər sellofanda isə ağ rəngli şüşə qırıntıları olmuşdur. Həmin şüşə qırıntılarının psixotrop maddə olan metafetamin olduğunu tanımışdır. Bundan sonra o, həmin siqaret qutusunu götürüb yaşadığı evə getmişdir. Evdə olarkən sellofanda olan marixuananın bir hissəsini götürüb xırda 10 ədəd gümüşü kağıza bükmüş və siqaret qutusunun içərisinə qoymuşdur. Bundan sonra cəbhə bölgəsinə gedərkən həmin siqaret qutusunu və iki ədəd sellofanı avtomobilin yük yerində ehtiyat təkər olan yerə qoymuşdur. Yolda olarkən o, gecə həmin bükümlərdən birini siqaret tütünü ilə qarışdırıb çəkmiş və qutuda 9 büküm qalmışdır. O, həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün saxlayaraq daşımışdır. Nəqliyyat vasitəsində saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddəni heç kimə satmamış və cəbhhə bölgəsinə gedərkən də nəqliyyat vasitəsinə qoymaqda məqsədi şəxsən istifadə etmək olmuşdur. Təxminən 5 il olar ki, o, narkotik vasitə olan marixuana qəbul edir. Son 2 il olar ki, psixotrop maddə metafetamin qəbul edir. Bəzi hallarda olanda qəbul edir. O, istifadə etdiyi narkotik vasitə və psixotrop maddəni tanımadığı, şəxsiyyətləri haqqında heç bir məlumatı olmayan şəxslərdən əldə etmişdir. Ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir, lakin 228.4cü maddə ilə elan olunmuş ittihamla özünü təqsirli bilmir. Çünki, çantadan aşkar olunan beşmarmaq kəmərin başlıq hissəsi olmuş və soyuq silah ola bilməz. Səmimi peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin polis sahə inspektoru Şahid10 ifadəsində bildirmişdir ki, 03 noyabr 2020-ci il tarixdə gecə saat 00:30 radələrində əməliyyat qrupunda olarkən 1 saylı komendant postunda şübhəli şəxsin saxlanılması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında o və əməliyyat qrupunun digər üzvləri baş təhqiqatçı Fərrux Tarverdiyev, cinayət axtarış üzrə kiçik inspektor Şahid9 və növbətçi sürücüsü Şahid8 hadisə yerinə getmişlər. Hadisə yerində təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş və saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vaitəsinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sol ön oturacağının yan tərəfindən bir ədəd bıçaq, avtomobilin sağ ön oturacağının üzərində olan qara rəngli əl çantasının içərisindən 1 ədəd beşbarmaq, avtomobilin arxa yük yerində olan ehtiyat təkər qoyulan hissədə 1 ədəd “Vinston” markalı siqaret qutusunun içərisində gümüşü kağıza bükülmüş halda 9 büküm spesifik iyə malik olan yaşıl rəngli ot mənşəli maddə, əlavə olaraq 1 ədəd sellofana bükülmüş spesifik iyə malik olan yaşıl rəngli bitki mənşəli maddə və 1 ədəd sellofana bükülmüş şəffaf rəngli kristal maddə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr zərfdə təhqiqatçı tərəfindən qablaşdırılmış və Təqsirləndirilən şəxs aidiyyəti üzrə 41-ci polis bölməsinə gətirilmişdir. Daha sonra bölmədə olarkən Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahidlər Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin növbətçi hissənin sürücüsü Şahid8 və Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41ci Polis Bölməsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid9 eyni məzmunlu ifadə verərək Şahid10 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid X13 Alayının 4-cü patrul bölüyünün polis nəfəri Qurbanov Rəşid Qurban oğlu ifadəsində bildirmişdir ki, 03 noyabr 2020-ci il tarixdə ölkə ərazisində tədbiq edilən hərbi vəziyyətlə əlaqədar olaraq Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1 saylı komendant postunda xidmətdə olarkən, təxminən saat 00:30 radələrində ağ rəngli “Kia Optima” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlanılmışdır. Avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olması və Təqsirləndirilən şəxs komendant saatı vaxtında çölə çıxmağa icazəsinin olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəbhə bölgəsindən gəldiyini və yanında sərnişin qismində əyləşmiş şəxsi göstərərək yaralı əsgər olduğunu və Bakıya gətirdiyini bildirmişdir. Sonra sürücünün avtomobildən düşməsini və avtomobilə baxış keçirilməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşərkən avtomobilin ön hissəsində bıçaq olduğunu görmüşlər. Həmçinin Təqsirləndirilən şəxs xarici görkəmindən narkotik vasitə istifadəçisi olması hiss olunmuşdur. Buna görə də avtomobilində narkotik vasitə olmasından şübhələnərək, Təqsirləndirilən şəxs avtomobildə olan bıçağı təqdim etməsini və polis bölməsinə getməli olduğunu bildirmişlər. Bundan sonra postun rəhbəri Şahid1 raportla məruzə etmiş və posta 41-ci Polis Bölməsindən əməliyyat qrupu gəlmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sol ön oturacağının yan tərəfindən bir ədəd bıçaq, avtomobilin sağ ön oturacağının üzərində olan qara rəngli əl çantasının içərisindən 1 ədəd beşbarmaq, avtomobilin arxa yük yerində olan ehtiyat təkər qoyulan hissədə 1 ədəd “Vinston” markalı siqaret qutusunun içərisində gümüşü kağıza bükülmüş halda 9 büküm spesifik iyə malik olan yaşıl rəngli ot mənşəli maddə, əlavə olaraq 1 ədəd sellofana bükülmüş spesifik iyə malik olan yaşıl rəngli bitki mənşəli maddə və 1 ədəd sellofana bükülmüş şəffaf rəngli kristal maddə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr zərfdə təhqiqatçı tərəfindən qablaşdırılmış və Təqsirləndirilən şəxs aidiyyəti üzrə 41-ci Polis Bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs xarici görkəmindən narkotik vasitə istifadəçisi olması hiss olunmuşdur. Buna görə də avtomobilində narkotik vasitə olmasından şübhələnmişlər. Eyni zamanda idarə etdiyi avtomobildə bıçaq olmuşdur. Buna görə də müvafiq yoxlamalardan keçməsi üçün polis bölməsinə getməli olduğunu və gözləməsini demişlər. Buna görə də o və xidmət yoldaşları Şahid2 və Şahid4 Əhmədi saxlamışlar. Həmin vaxt avtomobildə bir nəfər hərbi formada sərnişin əyləmiş və yaralı olmuşdur. Məhkəmə iclasında şahid X13 Alayının 4-cü patrul bölüyünün polis nəfəri Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Şahid7 ifadəsində göstərmişdir ki, 03 noyabr 2020-ci il tarixdə ölkə ərazisində tədbiq edilən hərbi vəziyyətlə əlaqədar olaraq Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1 saylı komendant postunda xidmətdə olarkən, təxminən saat 00:30 radələrində ağ rəngli “Kia Optima” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olması və Təqsirləndirilən şəxs komendant saatı vaxtı çölə çıxmağa icazəsinin olmadığı müəyyən edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs cəbhə bölgəsindən gəldiyini və yanında sərnişin qismində əyləşmiş şəxsi göstərərək yaralı əsgər olduğunu və Bakıya gətirdiyini bildirmişdir. Sonra sürücünün avtomobildən düşməsini və avtomobilə baxış keçirilməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşmüşdür. Avtomobildən düşərkən avtomobilin ön hissəsində bıçaq olduğunu görmüşlər. Həmçinin Təqsirləndirilən şəxs xarici görkəmindən narkotik vasitə istifadəçisi olması hiss olunmuşdur. Buna görə də avtomobilində narkotik vasitə olmasından şübhələnərək, Təqsirləndirilən şəxs avtomobildə olan bıçağı təqdim etməsini və polis bölməsinə getməli olduqlarını bildirmişlər. Həmin vaxt postda olan X13 alayının əməkdaşları Əhmədi saxlamışlar. Bundan sonra postun rəhbəri Şahid1 raportla məruzə etmiş və posta 41ci Polis Bölməsindən əməliyyat qrupu gəlmişdir. Daha sonra təhqiqatçı tərəfindən vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vaitəsinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sol ön oturacağının yan tərəfindən bir ədəd bıçaq, avtomobilin sağ ön oturacağının üzərində olan qara rəngli əl çantasının içərisindən 1 ədəd beşbarmaq, avtomobilin arxa yük yerində olan ehtiyat təkər qoyulan hissədə 1 ədəd “Vinston” markalı siqaret qutusunun içərisində gümüşü kağıza bükülmüş halda 9 büküm spesifik iyə malik olan yaşıl rəngli ot mənşəli maddə, əlavə olaraq 1 ədəd sellofana bükülmüş spesifik iyə malik olan yaşıl rəngli bitki mənşəli maddə və 1 ədəd sellofana bükülmüş şəffaf rəngli kristal maddə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr zərfdə təhqiqatçı tərəfindən qablaşdırılmış və Təqsirləndirilən şəxs aidiyyəti üzrə 41-ci Polis Bölməsinə aparılmışdır. Həmin vaxt avtomobildə bir nəfər hərbi formada sərnişin əyləmiş və yaralı olmuşdur. Təqsirləndirilən şəxs oğunun idarə etdiyi “Kia optima” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini əks etdirən DVD diskdəki videogörüntyüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail RPİ-nin 8-ci PB-nin rəis müavini Şahid1, Səbail RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru Şahid7, ƏÇPA-nın polis nəfərləri Şahid2, Şahid3, Şahid4, Səbail RPİ-nin DYPŞ-nin inspektoru Şahid11, DQ-nin hərbi qulluqçuları Şahid5 və Şahid6, Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru Şahid10, 41-ci PBnin kiçik əməliyyat müvəkkili Şahid9, 3 saylı Vəkil Bürosunun vəkili Səyyarə Əliyevanın işirakları ilə baxış keçirilir, baxış zamanı avtomobilin sol ön oturacağının yan tərəfindən bir ədəd bıçaq, avtomobilin sağ ön oturacağının üzərində olan qara rəngli əl çantasının içərisindən 1 ədəd dəmir beşbarmaq, avtomobilin yük yerində olan ehtiyat təkər qoyulan hissədə 1 ədəd “Vinston” markalı siqaret qutusunun içərisində gümüşü kağıza bükülmüş halda 9 büküm spesifik iyə malik olan yaşıl rəngli ot mənşəli maddə, əlavə olaraq 1 ədəd sellofana bükülmüş spesifik iyə malik olan yaşıl rəngli bitki mənşəli maddə və 1 ədəd sellofana bükülmüş şəffaf rəngli kristal maddə aşkar edilərək götürülür. Götürülmüş əşyalar zərfdə qablaşdırıldı. Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli 6/2374 saylı materiallarının məhkəmə ekspertizası rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 239” möhür əksi, “Kia Optima markalı **-BV-*** dövlət nömrə nişanlı avtomobildə aşkar edilmiş” və s. yazılar və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,347 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,297 qram. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 109,9 (bir yüz doqquz doxsan qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2020-ci il tarixli 7/781 saylı məhkəməbioloji ekspertizasının rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Kia Optima markalı **-BV-*** d.n.n-li avtomobildə aşkar olunan maddi sübut” yazılar və imzalar olan zərfdə 1(bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 5,321 qram və (bir) ədəd üzərində “Winston” yazısı olan siqaret qutusunda 9(doqquz) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,382 qram, 0,417 qram, 0,466 qram, 0,390 qram, 0,383 qram, 0,314 qram, 0,318 qram, 0,354 qram, 0,402 qram, birki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 8,747 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata sərf edildi 0,2 qram (hər obyektdən 0,02 qram), qalıq 8,547 qram. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2020-ci il tarixli 3/1819 saylı məhkəmə ballistik-trasoloji rəyinə əsasən: - tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat –məişət təyinatlı bıçaqdır, soyuq silah hesab edilmir. Üzərində təyinatı dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. - tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet- kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır. (Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 64 (altmış altı dörd) manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 11 yanvar 2021-ci il tarixli 69 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 yanvar 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Zamanov X6 Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir; Abşeron Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətdən azad edilmişdir. İşə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 1(012)- 170/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(012)-374/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətdən azad edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 29 iyun 2021-ci il tarixli arayışından görünür ki, Zamanov X6 Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 1(012)-170/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasının heç bir hissəsini çəkməmiş, çəkilməmiş qalan cəza müddəti 02 il təşkil edir. 03 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. 04 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. 04 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 4(009)-555/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 noyabr 2020-ci il tarixdən hesablanmışdır. 22 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarla Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1 və 228.4-cü maddələrinə tövsif edilmişdir. 23 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1 və 228.4-cü maddələrlə yenidən ittiham elan edilmişdir. 22 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalan çəkişi 8,547 qram narkotik vasitə qurudulmuş marixuana, 3,297 qram psixotrop maddə metafetamin və bir ədəd beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah maddi sübut hesab edilmiş və həmçinin bir ədəd bıçaq maddi sübut hesab edilmədən saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs üç azyaşlı uşağı vardır – 21.08.2010-cu il tarixli X10, 19.10.2013-cü il tarixli X8 və 04.07.2019-cu il tarixli X11. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun özünü qismən təqsirli bilməsini, yəni üzərindən aşkar edilərək götürülmüş beşmarmaq tipli predmetin kəmərinin başlıq hissəsi olduğunu bildirməsi, soyuq silah olması ilə razılaşmamasını işin halları və Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2020-ci il tarixli 3/1819 saylı məhkəmə ballistik-trasoloji rəyi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və qəti cəza təyin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 1(012)-170/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il islah işləri cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 04 (dörd) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 03 noyabr 2020ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının 11.01.2021-ci il tarixli 69 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkişi 8,547 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3,297 qram psixotrop maddə metafetamin və bir ədəd soyuq silah hesab edilən beşbarmaq (kastet) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmayan, lakin məhkəmənin hökmü çıxarılandək saxlanılması üçün Səbail Rayon Polis İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat –məişət təyinatlı bir ədəd bıçaq da hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə ekspertizasının xərci ümumilikdə 240,36 (iki yüz qırx manat otuz altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 1(012)-170/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il islah işləri cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 04 (dörd) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, üzərində qəti olaraq 01 (bir ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkişi 8,547 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3,297 qram psixotrop maddə metafetamin və bir ədəd soyuq silah hesab edilən beşbarmaq (kastet) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. iş üzrə maddi sübut kimi tanınmayan, lakin məhkəmənin hökmü çıxarılandək saxlanılması üçün Səbail Rayon Polis İdarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat –məişət təyinatlı bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 240,36 (iki yüz qırx manat otuz altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB**********3500216105, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-103/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-103/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver