Məhkəmə qərarları › İş №1(009)-103/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-103/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-103/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, işləməyən, subay, orta təhsilli, Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, İnteqral, bina 9, mənzil 7 ünvanında faktiki yaşayan, barəsində “polisin nəzarəti” altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 20 dekabr 2021-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 40 ünvanında yerləşən AMEA-nın Nəqliyyat və təsərrüfat şöbəsinin avtomobil təmiri qarajının həyətində əvvəllər həmin qarajda rəngsaz işləmiş tanışı Şahid1 ilə həmin qarajın nəzdində fəailiyyət göstərən "xxxx" MMC-nin direktoru Şahid4 arasında sonuncunun təşəbbüsü ilə başlanmış mübahisə zamanı həmin mübahisəyə müdaxilə etmiş Zərərçəkmiş şəxs qəsdən vurub sonuncuya burun sümüyünün repozisiyası ilə (cərrahi müdaxilə) nəticələnmiş burun sümüklərinin yerini dəyişən qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşaiyət edilən və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa AZ AĞİR zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona AR CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 tanyır, onunla dostluq münasibətləri var və onun işlədiyi AMEA-nın Nəqliyyat və təsərrüfat şöbəsinin avtomobil təmiri qarajına gedib gəlmiş və orada maşın təmir elətdirmişdir. 20 dekabr 2021-ci il tarixdə saat 19:20 radələrində Fiqarın idarə etdiyi avtomobillə digər dostu Həmid ilə birlikdə çay içmək üçün şəhərə gedərkən və həmin avtomobil təmiri qarajının yanından keçəndə Fiqar xahiş etmişdir ki, 5 dəqiqə qaraja girib boya püskürdən alətini götürsün sonra getsinlər. Qarajının həyətində sexin qarşısında Fiqar avtomaşından düşüb hərəkət etməyə başlamış və həmin vaxt ona tərəf iki nəfər hərəkət etməyə başlamışdır. Həmin vaxt o Həmidlə birlikdə maşından düşüb maşının yanında dayanaraq söhbət etmişlər. Bu vaxt eşitmişdir ki, Fiqara tərəf gələn iki nəfər şəxsdən biri Fiqarla söhbət edərkən ona “Sən kişi deyilsən, söz verdin etmədin" deyəndə Fiqar bir dəfə yumruqla onun sifətinin sol tərəfindən vurmuşdur. Həmin vaxt ikinci şəxs Fiqarın üstünə cumaraq ona yumruq, təpik atmışdır. O, həmin iki nəfər şəxsin Fiqarın üstünə hücum edib onu vurmalarını gördükdə onlara yaxınlaşaraq Fiqara təpik, yumruq atan şəxsi kənara dartıb bir dəfə əli ilə onun üzündən vurmuş və həmin şəxs yerə yıxılmışdır. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından AMEA-nın Nəqliyyat və təsərrüfat şöbəsinin avtomobil təmiri qarajında rəngsaz işləmiş və noyabr ayında işdən çıxmışdır. O, işdən çıxdıqdan sonra rəngsaz alətlərini götürmək üçün bir neçə dəfə həmin qaraja getmiş, lakin direktor Pərviz alətlərini götürməyə icazə verməmişdir. 20 dekabr 2021-ci il tarixdə saat 19:20 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə tanışı Mehman və onun yanındakı şəxslə birlikdə çay içmək üçün şəhərə gedərkən həmin avtomobil təmiri qarajının yanından keçəndə onlara bildirmişdir ki, 5 dəqiqə qaraja girib, boya püskürdən alətini götürsün sonra getsinlər. Qarajın həyətinə girib, əvvəl işlədiyi sexin qarşısına gəlmiş, avtomobildən enib Pərvizin oturduğu otağa tərəf gedərkən Pərviz Azadla birlikdə ona yaxınlaşmışlar. Pərviz ondan nə məqsədlə qaraja gəldiyini soruşanda o, rəngsaz alətini götürməyə gəldiyini demiş və ondan sexi açmasını xahiş etmişdir. Pərviz isə etirazını bildirib ona “Sən kişi deyilsən, söz verdin etmədin” deyəndə onun bu sözündən əsəbiləşib yumruqla onun sifətinin sol tərəfindən vurmuşdur. Həmin vaxt Azad aralarına girib, ona yumruq, təpik atmışdır. Bu zaman avtomobildə olan Mehman və onun tanışı avtomobildən enərək onları ayırmışlar. Ona təpik yumruq atan Azadı Mehman kənara dartıb bir dəfə əli ilə onun üzündən vurmuş və o yerə yıxılmışdır. Sonra onlar avtomobilə əyləşib qarajı tərk etmişlər. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci madddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan 20 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 40 ünvanında yerləşən AMEA-nın Nəqliyyat və təsərrüfat şöbəsinin avtomobil təmiri qarajdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 08 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2022-ci il tarixli 836 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-burun sümüyünün repozisiyası ilə (cərrahi müdaxilə) nəticələnmiş burun sümüklərinin yerini dəyişən qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20 dekabr 2021-ci il tarixində kənar şəxs tərəfindən zərərçəkənin burun nahiyyəsinə yumruq ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümuilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 10 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 127.1-ci maddəsinə tövsif edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 10 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 127.1 -ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, şahidin ifadəsi və ekspertiza rəyi həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43.1.2, 344-348, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar