Məhkəmə qərarları › İş №1(009)-104/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-104/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-104/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 01 iyul 2021-ci il tarixdə saat 12:45-də xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış,daşımış və soyuq silah əldə edib üzərində gəzdirməkdə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışı X8 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 oktyabr 2017-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsi 2A saylı binanın 7-ci mərtəbəsinin dəhlizində vət. Zərərçəkmiş şəxs3 məxsus 600 manat dəyərində “Kross-Evado” markalı velosipedi gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə təkrarən tanışı X8 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 oktyabr 2017-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsi 2A saylı binanın 8-ci mərtəbəsinin dəhlizində vət.Zərərçəkmiş şəxs2 qızma məxsus 900 manat dəyərində “Bianco” markalı velosipedi gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə təkrarən tanışı X8 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 oktyabr 2017-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsi 2A saylı binanın 9-cu mərtəbəsinin dəhlizində vət. Zərərçəkmiş şəxs1 məxsus 500 manat dəyərində “Salcano” markalı velosipedi gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, 25 oktyabr 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 6,409 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd açıq qəhvəyi rəngli üçgünc formalı həbin tərkibində psixotrop maddə olan 0,16 qram MDMA (metilendioksimetamfetamin) əldə edərək üzərində saxlamaqla daşımış, 25 oktyabr 2020-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsində quraşdırılmış stasionar postdan keçərkən özünü şübhəli apardığından Səbail RPİ-nin PPXB-ün əməkdaşı tərəfindən saxlanılaraq 39-cu PB-nə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində daşıdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 6,409 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, üzərində “Alyse... Pregabalin 150 mg” yazısı olan 03 blister kəsiyində ümumilikdə ağ rəngli 08 kapsula dərman preparatının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram (01 kapsula 0,5) olan güclü təsiredici maddə preqabalin və 01 ədəd açıq qəhvəyi rəngli üçgünc formalı həbin tərkibində psixotrop maddə olan 0,16 qram MDMA (metilendioksimetamfetamin) aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən bir ədəd ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gəzdirmiş, 25 oktyabr 2020-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri Səbail rayonu T.Elçin küçəsində quraşdırılmış stasionar postdan keçərkən özünü şübhəli apardığı üçün Səbail RPİ-si PPXB-ün əməkdaşı tərəfindən saxlanılaraq 39-cu PB-nə aparıldıqdan sonra orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman üzərində daşıdığı qara rəngli əl çantasının içərisindən soyuq silah hesab edilən bir ədəd ümumi təyinatlı ov bıçağı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan marixuana istifadə edir, əsəbi olduğu ücün hərdən bir ekstazi və lirika adlı dərmanları da qəbul edir. İstifadə etdiyi narkotik vasitələri “onlayn”, yəni “Votsap” vasitəsi ilə xarici nömrələrə internet şəbəkəsi vasitəsi ilə ələqə quraraq alır. O, həmin şəxsləri tanımır, onlar hesab göndərdikdən sonra pulu “peypoint” vasitəsi ilə həmin hesablara köçürür və bir neçə dəqiqədən sonra onlar ona narkotik vasitəni hara qoyduqları yer ilə bağlı işarə göndərirlər və o, həmin yerə qedərək sifariş etdiyi narkotiki götürür. Sonuncu dəfə, yəni 25 oktyabr 2020-ci il tarixdə təxminən saat 20:00 radələrində eyni qaydada bir qutu marixuana, 8-ədəd lirika və bir ədəd ekstazi sifariş etmiş və ona qələn hesaba 65 manat pul köçürmüşdür. Təxminən bir necə dəqiqədən sonra ona işarə qəlmiş, həmin yer Bayıl qəsəbəsi adlanan ərazi imiş. Həmin yerə qedib sifariş etdiyi narkotiki götürmüşdür.Narkotiki götürdükdən sonra özünə məxsus moped ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, “Dağüstü park” istiqamətində hərəkət edən zaman postda polis əməkdaşları onu saxlamışlar. O, dərhal moped ilə oradan uzaqlaşmışdır. Sonradan mopedi tərk edib qaçmaq istəyən zaman PPXB-nin əməkdaşı onu saxlamışdır. İçərisində narkotik vasitələr olan çantanı tullayan zaman polis əməkdaşı bıçaq çıxaracağını düşünüb onun gözünə gözyaşardıcı qaz vurmuş və onu götürərək posta gəlmişdir. Daha sonra digər əməkdaşlar gələrək onu bölməyə dəvət etmişlər. PB-də vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd bıçaq, içərisində marixuana olan bir ədəd sellofan və ümumilikdə 09 ədəd həb aşkarlanaraq götürülmüşdür. Əlavə etmək istəyir ki, üzərindən aşkar olunub götürülmüş bıçağı bir necə gün əvvəl Yasamal rayonunda yerləşən mağazaların birindən 1 manat 60 qəpiyə məişətdə istifadə etmək ücün almış və əlində gəzdirdiyi çantaya qoymuşdur. 25 oktyabr 2020-ci il tarixdə polis əməkdaşı tətəfındən tutularkən üzərində olan narkotikin aşkar olunduğundan qorxub içərisində narkotik vasitələr olan çantanı tullamaq istəyən zaman polis əməkdaşı ona imkan verməyib, gözlərinə gözyaşardıcı qaz vuraraq onu saxlamışdır. Bundan başqa X6 6-7 il bundan qabaq dostlarının vasitəsi ilə tanımış, onunla ədavəti və düşmənçiliyi yoxdur. Onlar həmişə görüşərək şəhərə gəzməyə gedirmişlər. 01 oktyabr 2017-ci il tarixdə yenidən X8 ilə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospektində yerləşən H.Cavid parkında görüşdükləri zaman o, X12 rayonu Qurban Xəlilov 2A küçəsində olan binanın içərisində çoxlu velosiped olduğunu və həmin velosipedləri satmaq və ya sürmək üçün götürə biləcəklərini demişdir. Fərid onun bu təklifi ilə razılaşmış və sonra ayrılıb evə getmişlər. Bundan sonra onlar 02 oktyabr 2017-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Yasamal rayonu H.Cavid parkının yanında görüşmüşlər. O, X13 küçəsində yerləşən binanın dəhlizlərində olan velosipedləri gedib götürməyi təklif etmişdir. Fərid onun təklifi ilə razılaşmış, onlar saat 18-19 radələrində ünvan 2 ünvanda yerləşən binanın içərisinə daxil olmuşlar. Binanın 7-ci mərtəbəsinin dəhlizində olan “Bianco” markalı velosipedi görüb ətrafa baxdılar, ətrafda heç kəsin olmadığını gördükdən sonra o, velosipedə yaxınlaşaraq onu götürmüşdü. Bundan sonra onlar götürdükləri velosipedi binanın 5-ci mərtəbəsinə aparıb qoymuşlar. Bundan sonra yenidən binanın 9-cu mərtəbəsinə qalxmışlar və orada “Salcano” markalı velosipedin olduğunu və ətrafda heç kəsin olmadığını görüb velosipedə Fərid yaxınlaşmış və onu götürüb binanın 5-ci mərtəbəsinə aparıb qoymuşdur. Bundan sonra yenidən binanın 8-ci mərtəbəsinə qalxmış, orada “Kross-Evado” markalı velosipedin olduğunu görmüş və onlar həmin velosipedi götürüb binanının 5-ci mərtəbəsinə düşdülər. Ogurladığıqları velosipedləri götürərək Fəridin yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi 535 məhəllə mənzil 32 saylı binanın blokuna qoydular və hərə öz yaşadığı mənzillərə getdilər. Həmin gün axşam saatlarında həyətdə olduğu zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib, onu polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birgə Yasamal RPİ-nin 26-cı polis bölməsinə getmişdir. Polis bölməsində tanışı X4 da olduğunu görmüşdür. O, velosipedləri Fəridlə birgə oğurladığını səmimi olaraq etiraf etmişdir. Oğurladıqları “Kross-Evado” markalı velosipedi, “Bianco” markalı velosipedi və “Salcano” markalı velosipedləri satmaq üçün Fəridlə birgə tanışları olan Adnan və Adnanın dostu Fəridə demişlər. Lakin həmin velosipedlərin oğurluq olmasını Adnana və onun dostu Fəridə deməmişlər. Adnanın dostu Fərid həmin velosipedləri “Tap.az” saytına satmaq üçün qoymuşdur. “Salcano” markalı velosipedi 350 manata, “Bianco” markalı velosipedi 350 manata və “Kross- Evado” markalı velosipedi 300 manata satmaq fikirləri olmuşdur. Polis əməkdaşları onu saxlayıb polis bölməsinə apararkən ona qarşı hər hansı bir zor tətbiq etməmişlər. Onun bədəni üzərində olan xəsarətləri yağış yağan zaman yağışdan qaçmaq və tez bir zamanda evə çatmağı üçün qaçdığı zaman yerə yığılaraq almışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunamasının, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının, gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 2A mənzil 22-də yaşayır. Mənzili binanın 8-ci mərtəbəsində yerləşir. Təxminən 3 ildir ki, həmin mərtəbənin dəhlizində özünə məxsus “Kross- Evado” markalı velosipedi saxlayır. Həmin velosipedi 2016-ci ilin mart ayında Xətai metrostansiyasının yaxınlığında yerləşən Xocalı prospektində olan mağazadan 790 manata almışdır. Hazırda həmin velosipedin işlənməsini nəzərə alaraq təxminən 600 manat dəyəri olar. 03 oktyabr 2017-ci il tarixdə saat 09:00 radələrində evdə olduğu zaman ebinın dəhlizinə çıxdıqda orada ona məxsus Kross-Evado” markalı velosipedin olmadığını görmüşdü. Dərhal əynini geyindikdən sonra aşağıdakı binaya nəzarət edən axrana yaxınlaşıb yaşadığı binanın 8-ci mərtəbəsində olan velosipedimin yerində olmadığını demişdir. Mühafizəçi ona yenidən binaya baxmağı demişdir. O, binanın 11-ci mərtəbəsindən aşağı düşərək bütün mərtəbələrə baxmışdır. 9cu mərtəbədə yaşayan qonşu Mustafanmda eyvanında olan velosipedin olmadığını görmüşdü. Başa düşmüşdü ki, həmin velosipedlər oğurlanmışdır. Bundan sonra X15 Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. 5-10 dəqiqə sonra polis əməkdaşları gələrək baxış çekirdilər şəkillər çəkilmiş və əl izləri götürülmüşdü. Bundan sonra polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gedərək orada ərizə və izahat vermişdir. Səfər-X10 ifadəsində həmçinin həmin velosipedi 2016-ci ilin mart ayında Xətai metrostansiyasmın yaxınlığında yerləşən Xocalı prospektində olan mağazadan 790 manata almışdım. Hazırda həmin velosipedin işlənməsini nəzərə alaraq təxminən 600 manat dəyəri olar. Ona 600 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciə edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanının tam olaraq ödənildiyinin, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 2A mənzil 17-də yaşayır. Mənzili binanın 7-ci mərtəbəsində yerləşir. Həmin mərtəbənin dəhlizində özünə məxsus “Bianco” markalı velosipedi saxlayırmış. Həmin velosipedi 2015-ci il tarixdə tanışından 900 manata almışdır. Hazırda həmin velosipedin işlənməsini nəzərə alaraq təxminən 900 manat dəyəri olar. 03 oktyabr 2017-ci il tarixdə saat 10:00 radələrində binadan çıxıb işləri ilə əlaqədar olaraq gedən zaman mühafizəçisi ona velosipedinin yerində olub- olmamasına baxmağını demişdir. Bundan sonra o, yaşadığı 7-ci mərtəbəyə qalxdıqda “Bianco” markalı velosipedin yerində olmadığını görmüş və X15 Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. 5-10 dəqiqə sonra polis əməkdaşları gələrək baxış çekirib şəkillər çəkmiş və əl izləri götürmüşlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gedərək orada ərizə və izahat vermişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, ona vurulmuş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi ev 2A mənzil 27-də yaşayır. Mənzili binanın 9-cu mərtəbəsində yerləşir. Təxminən 3 ildir ki, həmin mərtəbənin eyvanında yerləşən dolabda özünə məxsus “Salcano” markalı qara rəngli 29 təkər ölçüsü olan velosipedi saxlayırmış. Həmin velosipedi 2013-cü ildə Səbail rayonu ərazisində yerləşən mağazadan 600 manata almışdır. Hazırda həmin velosipedin işlənməsini nəzərə alaraq təxminən 500 manat dəyəri olar. Təxminən bir ay bundan qabaq yaşadığı binanın 9-cu mərtəbəsində yerləşən eyvanda olan dolaba baxdıqda velosipedin orada olduğunu görmüşdür. Lakin 03 oktyabr 2017-ci il tarixdə saat təxminən 09:50 radələrində binanın gözətçisi mobil telefonuma zəng edərək onun yaşadığı mərtəbənin eyvanında olan dolabın açıq olduğunu ona demişdir. Bundan sonra iş yerindən çıxaraq 09:30 radələrində yaşadığı binaya gəlmiş və yaşadığı 9-cu mərtəbənin eyvanında yerləşən dolaba baxdıqda oradan ona məxsus “Salcano” markalı qara rəngli 29 təkər ölçüsü olan velosipedin olmadığını görmüşdür. Bilmişdir ki, velosipedini naməlum şəxslər oğurlamışdır. X15 Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. 5- 10 dəqiqə sonra polis əməkdaşları gələrək həmin dolaba baxış çekirib şəkillər çəkmiş və əl izləri götürmüşlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gedərək orada ərizə və izahat vermişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciə edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanının tam olaraq ödənildiyinin, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid4, Təqsirləndirilən şəxs və X6 tanıyır, Fəridlə eyni İnstitutda oxumuşdur. Onunla həmin İnstitutdan tanış olmuşdur. Təqsirləndirilən şəxs Fəridin vasitəsi ilə tanımışdır. 02 oktyabr 2017-ci il tarixdə Fərid “whatsapp” vasitəsi ilə ona velosiped şəkilləri göndərmiş, bundan sonra mesaj yazaraq həmin velosipedləri satmaqda ona köməklik etməyimi bildirmişdir. Ondan həmin velosipedlərin qiymətlərini soruşduqda Fərid həmin velosipedləri 350 manata satmağını bildirmişdir, lakin həmin velosipedlərim oğurluq olduğunu ona deməmişdir. Bundan sonra o, Fəridin ona göndərdiyi velosiped şəkillərini “tap.az” saytına yükləmişdir. Lakin onu da qeyd edir ki, Fərid ona yalnız iki velosipedin şəkillərini göndərmişdir. Həmin velosipedlər “Bianco” markalı və “Salcano” markalı olmuşdur. O, “Bianco” markalı velosipedi 400 manata, “Salcano” markalı velosipedi isə 450 manata sayta şəkillərini qoyaraq özümə məxsus ***-***-**-** telefon nömrəsini qeyd etmişdir. Bundan bir neçə saat sonra ona bir iki şəxs zəng edərək həmin velosipedlərlə maraqlanmışlar. O, həmin şəxslərə sabah görüşə biləcəyini demişdir. Bundan sonra onun böyük qardaşı zəng edərək onunla Nərimanov rayonu ərazisində yerləşən “Macdonalds” kafesinin yanında görüşmək istədiyini və yaşadıqları mənzilə polis əməkdaşlarının gəldiyini demişdir. Qardaşı ilə görüşərək Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsinə getmişlər. Orada ona məlum olmuşdurki, Fəridin ona şəkillərini göndərdiyi velosipedlər oğurluq olmuşdur. Bundan sonra polis əməkdaşlarına həmin şəkilləri ona göndərənin adının Fərid olduğunu və onunla eyni İnstitutda oxuduğunu demişdir. Fərid ona velosipedlərin oğurluq olduğunu deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş hərbi vəziyyətlə əlaqədar Komendant saatı rejimi ilə bağlı Səbail rayonu Dağ-üstü parkda quraşdırılmış 6 saylı stasionar postda xidmətdə olarkən 25 oktyabr 2020-ci il tarixdə saat 22:15 radələrində bir nəfər əvvəllər tanımadığı şəxs idarə etdiyi mopedlə posta yaxınlaşmış, onlar həmin şəxsi saxlayaraq, yoxlayan zaman həmin şəxs geriyə dönüb qaçmağa başlamışdır. Bu zaman post rəhbəri ona həmin mopedin arxasından getməyi bildirmiş, o, avtopatrul avtomobili ilə həmin mopedi idarə edən şəxsin arxasından getmişdir. Postdan təxminən 200-300 mert aralıqda həmin şəxs mopedini saxlayaraq orada qoyub özü piyada qaçmağa başlamış, təxminən 50 metr qaçdıqdan sonra dayanmış və o, həmin şəxsin əlində olan çantasından bıçaq çıxardığını görmüşdür. Bu zaman o, xüsusi vasitə olan gözyaşardıcı qaz balonundan istifadə edərək həmin şəxsi zərərsizləşdirib sakitləşdirmiş və qoluna qandal bağlayaraq 6 saylı stasionar posta aparmışdır. Posta aparıldıqdan sonra həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra o, əlavə dəstək əməliyyat qrupu çağırmış və Təqsirləndirilən şəxs əməliyyat qrupuna təhvil vermişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və sonuncu ilə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs dayandıqda əlində olan çantadan bir ədəd bıçaq çıxarmış, lakin həmin bıçaqla heç bir hərəkət edə bilməmişdir, cünki o, dərhal xüsusi vasitə olan gözyaşardıcı qaz balonundan istifadə edib onu zərərsizləşdirib sakitləşdirmiş və qoluna qandal bağlayaraq 6 saylı stasionar posta aparmışdır. Təqsirləndirilən şəxs ona müqavimət göstərməmiş və hədə-qorxu gəlməmişdir. Bundan başqa onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin Post Patrul xidməti bölüyünün polis nəfəri polis serjantı Şahid1 25 oktyabr 2020-ci il tarixdə raportla müraciət edərək, Azərbaycan Respublikası ərazisində tətbiq olunan komendant saatı ilə əlaqədar, eyni tarixdə saat 22:15 radələrində Bakı şəhəri Səbail rayonu Dağ-üstü parkda quraşdırılmış 6 saylı postda xidmətdə olarkən sonradan şəxsiyyəti Təqsirləndirilən şəxs olduğu məlum olan şəxsin mopedlə posta yaxınlaşması, lakin yoxlanış zamanı geri qaçması, yolda dayanaraq polis serjantı Şahid1 bıçaq çıxarması və həmin şəxsin zərərsizləşdirilərək Postda aparılması barədə məlumat vermiş və əməliyyat qrupunun göndərilməsini xahiş etmişdir. Sonra yaradılmış əməliyyat qrupuna o da, daxil olmaqla, Bakı şəhəri Səbail rayonu Teymer Elçin küçəsi, Dağ-üstü parkda “40 Pilləkan” kimi tanınan ərazidə quraşdırılmış 6 saylı stasionar posta yollanmışlar və Təqsirləndirilən şəxs 9-cu Polis bölməsinə aparmışlar. Daha sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs paltarları, əşyaları və ya bədənində narkotik vasitələrin, dövriyyəsi qanunla qadağan olunmuş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan sonuncunun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bu barədə tərtib olunmuş qərarla tanış olmuş və şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bunun ardınca, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya varsa, könüllü təqdim etməsi təklif olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs üzərində dövriyyəti qadağan olunmuş əşya və predmet olduğunu bildirərək, 08 (səkkiz) ədəd ağ rəngli həb, içərisində 01 (bir) ədəd qəhvəyi rəngli həb və içərisində tünd yaşıl rəngli kütlə olan narkotik vasitə marixuanaya bənzər kütlə olan 01 ədəd sellofan paketi və 01 ədəd qatlanan tipli bıçağı təqdim edərək iş masasının üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin sonuncunun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa heç bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Sonda Təqsirləndirilən şəxs Səbail RPİnin MSY-nə təhvil verilmişdir. O, əməliyyat tədbirləri keçirilmədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiklərini bir daha təsdiqləmişlər. İş üzrə Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı polis kapitanı Aslan Qasımov tərəfindən tərtib edilmiş 04 oktyabr 2017-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X3 yaşadığı Bakı şəhəri Yeni Yasamal, Yaşayış Massiv-2 ünvanında özəl tikili yerləşir. Həmin həyətin giriş hissəsində yeddi pilləli pilləkanın alt hissəsində yarı zirzəmi vardır. Həmin zirzəminin göy rəngli dəmir tutacaqlı olan qapısının qarşısında “Salcano” və “Bianco” markalı velosipedlər müəyyən olunmuşdur. Ə.İ.İsmayılov bildirmişdir ki, həmin velosipedləri qonşuluqda yaşayan Kənan adlı şəxs 03.10.2017-ci il tarixdə saat 21 radələrində qoymuşdur. Baxış zamanı aşkar olunmuş “Salcano” və “Bianco” markalı velosipedlərin fotoşəkilləri çəkilmiş və velosipedlər polis əməkdaşları tərəfindən götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 oktyabr 2017-ci il tarixli protokoldan görünür ki, Səfər-X7 məxsus “Kross- Evado” markalı velosipedin saxlanıldığı yer ünvan 4 ünvanın 8-ci mərtəbəsinin dəhlizidir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 oktyabr 2017-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Salcano” markalı velosipedin saxlanıldığı yer ünvan 4 ünvanın 9-cu mərtəbəsinin eyvanında yerləşən dolabın alt hissəsidir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 oktyabr 2017-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 qızma məxsus “Bianco” markalı velosipedin saxlanıldığı yer ünvan 4 ünvanın 7-ci mərtəbəsinin dəhlizidir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir Məhkəməyədək icraat dövründə təyin olunmuş və məhkəmə istintaqında tədiqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 26 oktyabr 2020-ci il tarixli, 6/2281 saylı rəyində göstərilmişdir ki, “Saxlanılan şəxs...Təqsirləndirilən şəxs...” və s. yazılar olan 01 ədəd zərfdəki üzərində ”Aluse...Pregabalin...l50 mg” yazısı olan 03 blister kəsiyində ümumilikdə ağ rəngli 08 kapsulda dərman preparatının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1.2 qram (01 kapsulda 0.15 qram) olan güclü təsir edən maddə - preqabalin müəyyən edildi; 01 ədəd açıq qəhvəyi rəngli üçkünc formalı həbin tərkibində 0.16 qram MDMA (metilendioksimetamfetamin) təsiredici maddəsi müəyyən edildi. Preqabalin 18 mart 2016cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir; MDMA (metilendioksimetamfetamin, ekstazi) Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının əraziisndə dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə təyin olunmuş və məhkəmə istintaqında tədiqiq edilmiş məhkəmə-bioloji ekspertizanın 26 oktyabr 2020-ci il tarixli, 7/751 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 6,409 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəməyədək icraat dövründə təyin olunmuş və məhkəmə istintaqında tədiqiq edilmiş məhkəmə-trasoloji ekspertizanın 27 oktyabr 2020-ci il tarixli, 3/1344 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında 25 oktyabr 2020-ci il tarixli Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis baş leytenantı Elmar Məmmədov tərəfindən aparılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 25 oktyabr 2020-ci il tarixdə saat 23:30 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş əşya və predmet olduğunu bildirərək 08 ədəd ağ rəngli həb, içərisində 01 ədəd qəhvəyi rəngli həb və tünd yaşıl rəngli kütlə narkotik vasitə olan marixuanaya bənzər kütlə olan 01 ədəd sellofanı və 01 ədəd bıçağı könüllü təqdim etmiş, şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış və istintaq əhəmiyyəti kəsb edən digər heç bir qeyri- qanuni əşya, predmet və ya maddə aşkar edilməmişdir. İş materiallarından görünür ki, Yasamal RPİ-nin İstintaq şöbəsinin sabiq müstəntiqi polis kapitanı Ceyhun Mahmudov tərəfindən Səfər-X7 məxsus “Kross-Evado” markalı, Zərərçəkmiş şəxs2 qızma məxsus “Bianco” markalı və Zərərçəkmiş şəxs1 məxsus “Salcano”markalı velolsipedlər maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,162 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq hissəsi 07 kapsul preqabalin, qalıq çəkisi 0,168 qram MDMA (metilendioksimetamfetamin) və bir ədəd bıçaq maddi sübui kimi tanınmış, cinayət işinə əlavə edilmiş və iş üzrə yekun qərar qəbul edilənədək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 228.4 və 234.1ci maddələri ilə ittiham irəli sürülmüşdür və əməl həmin maddələrlə düzgün tövsüf olunmuşdur Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nörməli qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, o cümlədən, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, cinayətin açılmasına fəal kömək etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, gənc olmasını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 228.4 və 234.1ci maddələrinin sanksiyalarında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edərəkən onun 25 oktyabr 2020-ci il tarixdən 27 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin nəzərə almasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəməyədək icraat dövründə təyin olunmuş və məhkəmə istintaqında tədiqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 04 noyabr 2020-ci il tarixli, 3093 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından, psixotrop maddələrdən və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatlarından periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səfər-X7 məxsus “Kross-Evado” markalı, Zərərçəkmiş şəxs2 məxsus “Bianco” markalı və Zərərçəkmiş şəxs1 məxsus “Salcano” markalı velolsipedlərin sahiblərinə qaytarılmasının nəzərə alınmasını, iş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,162 qram narkotik vasitə qurudulmuş marixuananın, qalıq hissəsi 07 kapsul preqabalinin, qalıq çəkisi 0,168 qram MDMA (metilendioksimetamfetamin) və bir ədəd bıçağın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 25 oktyabr 2020-ci il tarixdən 27 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 5 ünvanındakı yaşayış yerini hər gün saat 23- 00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış Səfər-X7 məxsus “Kross-Evado” markalı, Zərərçəkmiş şəxs2 qızma məxsus “Bianco” markalı və Zərərçəkmiş şəxs1 məxsus “Salcano” markalı velolsipedlər sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,162 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq hissəsi 07 kapsul preqabalin, qalıq çəkisi 0,168 qram MDMA (metilendioksimetamfetamin) və bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 312 (üç yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 570 (beş yüz yetmiş) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “xxxx” QSCnin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar