Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-104/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-ci ildə Yevlax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş ,fərdi işlə məşğul olan, Yevlax rayonu, Mustafa sübhi küçəsi,ev-62-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanında yerləşən avtobus dayanacağının yaxınlığında Zərərçəkmiş şəxs onun həyat yoldaşı Solmaz Əsədullayeva ilə yaxın münasibətdə olması səbəbindən şəxsi münasibətlərin pozulması zəminində qisas almaq məqsədi ilə döyərək,sonuncuya burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sağ gözaltı nahiyənin və sol göz orbitası ətrafının qançırları, eləcə də sol gözün ağlı qişasına total qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o həyat yoldaşı X1 ilə rəsmi nikahdadır. Onların bu nikahdan iki övladı var. O özü Mehdiabad qəsəbəsində qaynaqçı işləyir. 2021-ci ilin avqust ayında qonşuluqda yaşayan Yaşar adlı şəxs ona yaxınlaşaraq evində kirayəşin üçün boş yerin olub-olmamasını soruşmuş o isə bir boş yer olduğunu demişdir. Yaşar bir nəfər şəxsin kirayə axtardığını bildirmişdir.O həmin şəxsi gördükdən sonra evinə buraxacağını bildirmişdir. O həmin şəxsin sonradan adının Orxan olduğunu öyrənmiş və həmin şəxs ilə görüşdükdən sonra onun zəhmətkeş olmasını görüb onu evinə buraxmışdır. Onunla hər ayı lOOAzn olmaqla kirayə məsələsində razılığa gəlmişdir. 16.09.2021-ci il tarixdə saat 02:00 radələrində yaşadığım evdə olan zaman həyətin qapılarını bağlamışdır. Kirayə verdiyi əlavə tikiliyə yaxınlaşıb pəncərəsindən baxan zaman Orxanın divanda alt paltarında oturub və həyat yoldaşı Solmaz ilə söhbət etdiyini görmşdür. O əsəbi halda evə daxil olmuş bu zaman Orxan alt paltarında şəxsi əşyaları və paltarlarını götürmədən evin qapısını sındıraraq evi qaçaraq tərk etmiş və o Solmazı döymüşdür. O 17.09.2021 -ci il tarixdə özünə məxsus “Hyunda Elantra” markalı avtomobilin şüşələrini sındırmış və evi dağıtmışdır. Bunu eləməyinə səbəb Orxanın şəxsiyyət vəsiqəsinin evdən yoxa çıxması olmuşdur.O şəxsiyyət vəsiqəsini tapa bilmədiyi üçün evi dağıdıb özünə məxsus avtomobilinin şüşələrini sındırmışdır. Həmin gündən o Orxanı görmürmüş. 15.02.2022-ci il tarixdə o Yasamalda yoldaşları ilə pivə içib evinə qayıdırmış. Bu zaman saat 21:00 raədlərində Səbail rayonu, Gülbala Əliyev küçəsində oğluma dönər almaq üçün dönərçiyə gedən zaman yanından bir oğlan keçmiş,o həmin oğlanı Orxana oxşatmış, onun arxası ilə gedib dəqiqləşdirmək üçün ona yaxınlaşanda həmin şəxsin Orxan olmasını görmüş və onu avtobus dayanacağının qarşısında saxlamışdır. O Orxana bacı dediyi adama nəyə gğrə göz dikdiyini soruşmum və bu sualı verən kimi onun üzünə yumruqla vurmuş və döyməyə başlamışdır. Daha sonra polis əməkdaşları onları 8-ci Polis Bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi alınan Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Səbail rayonu, Sahil m/s-sı tərəfində yerləşən 5 saylı MKİS-də işləyən zaman iş yoldaşından onun üçün kirayə ev tapmaqda köməklik göstərməsini ondan xahiş etmişdir. İş yoldaşı onu Aqil adlı şəxs ilə tanış etmişdir. O Aqil ilə görüşdükdən sonra onun yaşadığı Səbail rayonu, 20-ci sahə, Arif İsmayılov küçəsində yerləşən evində ayı lOOAzn olmaqla kirayə qalmağa başlamışdır. O 2021-ci ilin avqust ayında Aqilin evində kirayəşin olaraq qalırmış. Sentyabr ayının 16-da evdə olan zaman Aqilin həyat yoldaşı onun qaldığı otağa pəncərədən daxil olmuş, Aqilin yoldaşının ona qarşı olan niyyətini anladığı üçün onu özündən uzaqlaşdırmaq istədikdə evin pəncərəsindən Aqilin onlara baxmasını görmüşdür. Aqil qəfildən evə daxil olmuş. O Aqilin evə daxil olub öz həyat yoldaşı ilə mübahisə etdiyini görüb evi tərk etdmiş və o vaxtdan Aqilin evində qalmamışdır. Bu günə kimi Aqil ilə heç bir görüşü və təması olmamışdır. Lakin 15.02.2022-ci il tarixdə saat 21:00 raədlərində Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsi-2 ünvanında avtobus dayanacağında avtobus gözləyən zaman Aqil qəfildən ona yaxınlaşıb , nə üçün ondan qaçmağı barəsində soruşduqda o Aqilin sərxoş olmasını hiss etmiş və ona sakit tərzdə cavab vermişdir.Bu zaman Aqil qəfildən onun üzündən yumruq vurmuş və dayanmadan onu döyməyə başlamışdır.Lakin hadisə yerinə gələn polis əməkdaşları Aqilə müdaxilə etdikdən sonra onları ayırmışlar və yaxınlıqda yerləşən Polis Bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 15 fevral 2022-ci il tarixli “Sərxoşluq halklarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman “YÜNGÜL”dərəcəli sərxoşlu vəziyyətində olmuşdur. Məhkəmə iclasında video görüntüyə baxış keçirilmiş və Səbail rayonu, Bayıl qəsəbsəi, Əhəd Yaqubov küçəsində yerləşən “Soel Parfüm “mağazasının qarşısında iki nəfər şəxsin yol kənarında söhbət etməsi, bir neçə saniyə sonra qara rəngli gödəkçəsinin altında göy rəngli işçi geyimi olan şəxsin yəni Təqsirləndirilən şəxs qarşısında dayanmış şəxsə yəni Zərərçəkmiş şəxs qəfildən yumruq zərbələri endirməsi, sonuncunu isə ona müqavimət göstərmədən yerə yıxılması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının 18 fevral 2022-ci il tarixli 107 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burunun yumşaq toxumalarının şişkinliyi və qançırı,sağ gözaltı nahiyənin və sol göz orbitası ətrafının qançırları,eləcə də sol gözün ağlı qişasına total qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 15.02.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 iyun 2005-ci il təvəllüdlü X4 və 18 avqust 2014-cü il təvəllüdlü X6 adlı övladları var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilsə də, məhkumluğu qanunla müəyyə edilmiş qaydada ödənilmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmamasını, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 162 (yüz altmış iki) manat pul tutulub, "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-104/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-104/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver