Məhkəmə qərarları › İş №1(009)-105/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-105/2020

17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-105/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Bakı şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkilləri X18 və X2, PRO BONO Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 2020-ci il tarixdə saat 11:05-də, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olan və Goranboy rayonu, Börü qəsəbəsində məskunlaşan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, xx xxxxxx 1987-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Masiv küçəsində qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını açıq talama, yəni ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs Nərimanov rayonu ərazisində yerləşən bankomatdan pul çıxarmasını gördükdən sonra həmin pulu ələ keçirməyi Təqsirləndirilən şəxs2 təklif edərək onunla razılığa gəlib hər ikisi Zərərçəkmiş şəxs Səbail rayonu, Bayıl qəsəbəsi, F.Qurbanov küçəsinə kimi təqib etmiş, həmin küçənin girəcəyində Təqsirləndirilən şəxs1 yarana biləcək maneənin aradan qaldırılmasına Təqsirləndirilən şəxs2 söz verib, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs məxsus içərisində 535 manat məbləğində nəğd pul, 1 ədəd içərisində sim nömrə ilə birlikdə 300 manat dəyərində “Samsung S 6” markalı mobil telefon, 25 manat dəyərində olan şəxsiyyət vəsiqəsi və hər biri 30 manat dəyərində olmaqla ümumi dəyəri 60 manat olan iki ədəd eynək, dəyəri olmayan təqaüd kartı və 30 manat dəyərində olan çantasını dartıb açıq talamaqla ələ keçirmiş və hadisə yerindən qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 950 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2, tamah niyyəti ilə özgənin əmlakını açıq talama, yəni ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində vətəndaş Zərərçəkmiş şəxs Nərimanov rayonu ərazisində yerləşən bankomatdan pul çıxarmasını gördükdən sonra Təqsirləndirilən şəxs1 həmin pulu ələ keçirmək təklifini alıb onunla razılığa gəlib hər ikisi Zərərçəkmiş şəxs Səbail rayonu, Bayıl qəsəbəsi. F.Qurbanov küçəsinə kimi təqib etmiş, həmin küçənin girəcəyində Təqsirləndirilən şəxs1 yarana biləcək maneənin aradan qaldırılmasına Təqsirləndirilən şəxs2 söz vermiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs məxsus içərisində 535 manat məbləğində nəğd pul, 1 ədəd içərisində sim nömrə ilə birlikdə 300 manat dəyərində “Samsung S 6” markalı mobil telefon, 25 manat dəyərində olan şəxsiyyət vəsiqəsi və hər biri 30 manat dəyərində olmaqla ümumi dəyəri 60 manat olan iki ədəd eynək, dəyəri olmayan təqaüd kartı və 30 manat dəyərində olan çantasını dartıb açıq talamaqla ələ keçirmiş və hadisə yerindən qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 950 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, avtoyumada Elmanla işləmiş, həmin müddət ərzində aralarında yoldaşlıq münasibəti yaranmışdır. xx xxxx 2020-ci il tarixdə o Elmanla Nərimanov metrosu yaxınlığında dayanmışdır. Onlar ora gəlməmişdən əvvəl Nərimanovda yerləşən adını bilmədiyi kafedə yeyib içmişdirlər. Hər ikisi spirtli içki qəbul etmişdir. Metronun yaxınlığında duranda bir yaşlı qadının həmin yerin yaxınlığında yerləşən bankomatdan pul çıxardığını o görmüşdür. O Elmana demişdir ki, həmin qadın kartdan 500 manat pul çıxardıb onun yaxşı pulu var “gəl onu aparaq”. Elman onunla razılaşıb ona demişdir ki, “heçnə aparaq”. Onlar həmin qadını güdməyə başlamışdır. Həmin qadın avtobusa minmişdir. Onlarda həmin avtobusa onun arxası ilə minmişdir. Həmin qadın avtobusun orta hissəsində oturmuşdur onlar isə ondan bir qədər təxminən iki metr aralıda ayaq üstə dayanmışdır. Onlar həmin qadının düşdüyü yerdə yəni Bayıl qəsəbəsində ondan sonra avtobusdan yerə enmişdirlər. Həmin qadın avtobusdan düşüb orada olan adını bilmədiyi mağazaya girmiş, onlar həmin mağazanın çölündə qadının çıxmağını gözləmişdirlər. Qadın mağazadan çölə çıxmış, o və Elman onun arxası ilə getmişdir. Qadın işıqsıq dar küçəyə daxil olmuşdur. Elman ona yerində dayanmağını nəsə problem olarsa xəbər etməyini ona bildirmişdir. O yerində dayanıb Elmanın həmin qadının arxası ilə getməyini gözləmişdir. Elman qaçaraq geriyə qayıdanda o da arxası ilə qaçmağa başlamışdır. Onlar üzü “dvatsatı” adlanan yerə doğru istiqamət götürmüş, yolda tanımadıqları bir taksiyə əl edib saxlatmışdırlar. Hər ikisi həmin taksiyə əyləşib ona “dvatsatıya” sürməsini demişdirlər. Onların hər ikisi arxada oturmuşdur. Elman çantanı qarın hissəsində gödəkçənin altında gizlətmişdir. Onlar “dvatsatı’-nın kruqunda taksidən yerə enmiş, oradan piyada “avtoşkola” adlanan yerin arxasına keçmişdir. Çanta hələdə Elmanın əlində olmuşdur. Elman dayanıb çantanı eşməyə başlamış o da Elmanın yanında dayanıb ona nəzarət edirmiş. Elman çantanı eşəndə pulları sayması və saxlaması üçün ona vermişdir. Çantada dəyərli bir şeylərin olmadığına əmin olduqdan sonra Elman çantanı həmin yerə tullamışdır. O telefonu ayağı ilə əzib daşın altına atmış, pulları sayıb görmüşdür ki, pul 535 manatdır. O həmin puldan 270 manatını Elmana vermişdir. Onlar pulları böldükdən sonra yola çıxıb taksi ilə Nərimanov rayonuna geri qayıtmışdır. Onların hər biri Nərimanova çatdıqdan sonra evlərinə getmişdir. O səhəri gün pulu özü ilə götürüb müxtəlif yerlərdə xərcləməyə başlamışdır. Pulları o öz şəxsi xərclərinə sərf etmişdir. Həmin puldan onda artıq nəsə qalmamışdır. Bankomatın yaxınlıqda təsadüfən dayandıqlarını, istirahət etmək üçün orada olduqlarını, Zərərçəkmiş şəxs bankomatdan 500 manat çıxarmasını gördüyünü, hava qaranlıq olduğu üçün pulu tam seçə bilmədiyini, Zərərçəkmiş şəxs pulunun ələ keçirilməsi təklifinin onun tərəfindən Təqsirləndirilən şəxs2 bildirilməsini, Təqsirləndirilən şəxs2da onunla razılaşadığını, həmin fikrə gəlməyininin qadının bankomatdan pul çıxarmasını görməsindən sonra olduğunu, çantanı Təqsirləndirilən şəxs2 eşdiyi üçün onun içərisində olanları görmədiyini, çantadan mobil telefon və nəğd pulun olmasını gördüyünü, pulu ələ keçirməkdə məqsədinin pulsuz olduğunu və pula ehtiyacının olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözündə himayəsində iki az yaşlı uşağının olmasının, babası, nənəsi və əmisinin şəhid olmalarının, özünün və anasının xəstə olmasının, zərərçəkmiş şəxslə barışmasının, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, indiyədək bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. O, 5 ay əvvəl avtoyumada işləmişdir. O gündən bəri heç bir yerdə işləməmişdir. O Tural ilə bir moykada işləmiş, həmin müddət ərzində aralarında yoldaşlıq münasibəti yaranmışdır. xx xxxx 2020-ci il tarixdə o Tural ilə Nərimanov metrosu yaxınlığında dayanmışdır. Onlar ora gəlməmişdən qabaq Nərimanovda yerləşən adını bilmədiyi kafedə yeyib içmişdir. Hər ikisi spirtli içki qəbul etmişdir. Metronun yaxınlığında duranda bir yaşlı qadının həmin yerin yaxınlığında yerləşən bankomatlardan pul çıxardığını Tural görmüşdür. Tural ona demişdir ki, həmin qadın kartdan 500 manat pul çıxardıb onun yaxşı pulu var “gəl onu aparaq”. O Tural ilə razılaşmış, Turala demişdir ki, “heçnə aparaq”. Onlar həmin qadını güdməyə başlamışdır. Həmin qadın avtobusa minmış, onlarda həmin avtobusa onun arxası ilə minmişdir. Həmin qadın avtobusun orta hissəsində oturmuş onlar isə ondan bir qədər təxminən iki metr aralıda ayaq üstə dayanmışdır. Onlar həmin qadının düşdüyü yerdə yəni Bayıl qəsəbəsində ondan sonra avtobusdan yerə enmişdir. Həmin qadın avtobusdan düşüb orada olan adını bilmədiyi mağaza girmiş, onlarda həmin mağazanın çölündə qadının çıxmağını gözləmişdir. Qadın mağazadan çölə çıxmış, o və Tural onun arxası ilə getmişdir. Qadın işıqsıq dar küçəyə daxil olmuş, onlarda onun arxası ilə həmin küçəyə daxil olmuşdur. Bir qədər getdikdən sonra o Turala demişdir ki, “sən qal gözlə nəsə problem olsa mənə xəbər edərsən, gedim arvaddan çantanı götürüm”. Tural onunla razılaşıb yerində qalmışdır. O isə bir qədər irəliyə qadının olduğu yerə getmişdir. Qadına arxadan çatmış əlində olan çantanı əli ilə dartıb ondan götürmüşdür. Sonra o geriye qaçmağa başlamışdır. O sürətlə qaçmış qadının onun arxası ilə gəldiyini görə bilməmişdir. Tural durduğu yerdə onu görmüş o da onun arxası ilə qaçmağa başlamışdır. Onlar üzü “dvatsatı” adlanan yerə doğru istiqamət götürmüşdür. Yolda tanımadıqları bir taksiyə əl edib saxlatmışdır. Hər ikisi həmin taksiyə əyləşib ona “dvatsatıya” sürməsini demişdir. Onların hər ikisi arxada oturmuşdur. O çantanı qarın hissəsində gödəkçənin altında gizlətmişdir. Onlar “dvatsatı’-nın kruqunda taksidən yerə enmiş, oradan piyada “avtoşkola” adlanan yerin arxasına keçmişdirlər. Çanta hələdə onun əlində olmuşdur. O dayanıb çantanı eşməyə başlamış Turalda yanında dayanıb ona nəzarət edib. O çantanı eşəndə onun içərisində 535 manat nəğd pul və “Samsung” markalı mobil telefon olmuşdur. O çantanı eşəndə pulları sayması və saxlaması üçün Turala vermişdir. Çantada dəyərli bir şeylərin olmadığına əmin olduqdan sonra çantanı həmin yerə tullamışdır. O telefonuda pulla birlikdə Turala vermişdir. Tural o çantanı atandan sonra ona demişdir ki, çantada olan pulun ümumi dəyəri 535 (beş yüz otuz beş) manatdır. Tural “Samsung” markalı mobil telefonu ayaqı ilə əzib oradakı daşın altına qoymuşdur. Onlarda əldə etdiyi pulu bölməyə başlamışdır. Tural ona puldan 270 manat vermişdir. Ona verilən pul iki yüzlük, 1 dənə əllilik və bir ədəd iyirmilik şəklində olub. Turalda isə iki ədəd yüzlük qalanı isə xırda pullarimiş. Onlar pulları böldükdən sonra yola çıxıb taksi ilə Nərimanov rayonuna geri qayıtmışdır. Onların hər biri Nərimanova çatdıqdan sonra evlərinə getmişdirlər. O səhəri gün pulu özü ilə götürüb müxtəlif yerlərdə xərcləməyə başlamışdır. Pulları o öz şəxsi xərclərinə sərf etmişdir. Həmin puldan onda artıq nəsə qalmamışdır. Bankomatın yanında təsadüfən dayandıqlarını, həmin qadından pulların götürülməsi təklifinin Tural tərəfindən olunduğunu, özünündə Tural ilə razılaşıb belə bir şey etdiyini, pulsuzluq olduğu üçün belə bir şey etdiyini, çantada nəğd pul və mobil telefondan başqa eynəklərin, şəxsiyyət vəsiqəsinin və kartın olduğunu, onların onun üçün əhəmiyyətsiz olduğundan çanta ilə birlikdə atdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 son sözündə himayəsində iki az yaşlı uşağının olmasının, zərərçəkmiş şəxslə barışmasının, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Nərminaov rayonu ərazisində yaşayan rəfiqəsi Gülmiraya qonaq getmişdir. O rəfiqəsinin evindən təxminən saat 22 radələrində yaşadığı evə getmək üçün çıxmışdır. O Nərimanov parkı deyilən yerin yaxınlığında olan bankomatdan pensiya kartında olan 430 manat nağd pulu çıxartmışdır. Öz üzərində isə 230 manata yaxın nəğd pul olmuşdur. O bankomatdan çıxartığı pulu çantadakı 230 manat pulun üzərinə qoyub yaxınlığda olan dayanacaqdan 5 nömrəli avtobusla Bayıl qəsəbəsinə gəlmişdir. O avtobusdan Bayıl qəsəbəsində yerə enmişdir. O Bayıl bazarı adlanan yerdə “Proqres” marketə girib ərzaq məhsulları alıb həmin mağazanın sağ tərəfində yerləşən F.Qurbanov küçəsi ilə yaşadığı ev istiqamtinə getmişdir. Təxminən 300 metr küçə içərisinə doğru daxil olduqdan sonra arxadan kiminsə onun çantasını dartığını hiss etmişdir. O arxaya çevrilib nə baş verdiyini aydınlaşdırmağa çalışanda həmin şəxs içərisində nəğd pul, “Samsung-S6” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, pensiya kartı və iki ədəd eynək olan çantanı əlindən dartıb çantanı ondan alaraq həmin yerdən qaçaraq uzaqlaşmışdır. O həmin şəxsin arxası ilə qaçsada ona çata bilmədiyindən onun hara getdiyini görə bilməmişdir. Ümumilikdə ona 950 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini, onlara yüngül cəza verilməsini bildirmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə xx xxxx 2020-ci il tarixdə Nərimanov rayonu ərazisində olarkən Turalın qadının bankomatdan pul çıxardığını gördükdən sonra ona həmin pulu ələ keçirilməsi barədə təklif etdiyini, özünün həmin təkliflə razılaşdığını, həmin qadının arxası ilə Bayıl qəsəbəsinə kimi gedib onun pulunu ələ keçirdiklərini, qadının çantasında 535 manat pulun olduğunu, Turalın çantanın içərisindən çıxan mobil telefonu əzib daşın altına qoyuduğunu, Turalın 535 manat puldan ona 270 manat pul verdiyini bir daha təkrar etmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dediklərini həqiqət olduğunu, onunla razılaşdığını və əlavə sualının olmadığını üzləşdirmə zamanı ifadəsində bildirmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılmış və o, Zərərçəkmiş şəxs Nərimanov rayonu ərazisində pul çıxardığı yeri, onun arxası ilə Səbail rayonun getdiklərini, özünün onun arxası ilə getdiyi zaman Turalın onu gözlədiyi yeri, çantada olan pulu və telefonu götürdükləri yeri, Təqsirləndirilən şəxs1 mobil telefonu əzib atdığı yeri göstərərək törətdiyi soyğunçuluq hadisəsi barədə tam təfərrüatları ilə danışmışdır. Təqsirləndirilən şəxs1 oğlunun da ifadəsi yerində yoxlanılmış və o, Zərərçəkmiş şəxs Nərimanov rayonu ərazisində pul çıxardığı yeri, onun arxası ilə Səbail rayonun getdiklərini, Elmanın onun arxası ilə getdiyi zaman onu gözlədiyi yeri, çantada olan pulu və telefonu götürdükləri yeri, mobil telefonu əzib atdığı yeri göstərərək törətdiyi soyğunçuluq hadisəsi barədə tam təfərrüatları ilə danışmışdır. Məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş və ibtidai istintaq zamanı keçirilmiş DVD diskə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli və video görüntülərdən çıxarılmış foto şəkillərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nərimanov rayonu ərazisində Zərərçəkmiş şəxs küçə ilə hərəkət edir, ondan bir qədər arxada Təqsirləndirilən şəxs2 onun arxası ilə gedib dayanır və Təqsirləndirilən şəxs1 onun yanına gəlməsini gözləyir, Təqsirləndirilən şəxs1 gəldikdən sonra birlikdə Zərərçəkmiş şəxs arxası ilə gedirlər. Səbail rayon ərazisində S.Babayevə “Proqres” marketə daxil olur. “Proqres” marketin qarşısında iki nəfər kişi cinsli şəxs durur. Onlardan sağ tərəfdə kişi cinsli bir şəxsin əlində bir əşya ilə üzü 20-ci Sahə istiqamətində qaçır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10 aprel 2020-ci il tarixli 9/721 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “S6” medelli mobil telefon aparatının zədələnməmişdən əvvəl, istifadədə olmuş, normal vəziyyətdə satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə, alaraq 2020-ci il ilin mart ayına olan orta bazar qiyməti təxminən 180,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx xxxxxx 2014-cü il təvəllüdlü Paşayev Rövşən Tural oğlu və xx xxxxxx 2015-ci il təvəllüdlü X9 var. Ölüm haqqında şəhdətnamələrdən görünür ki, X4, X7 və X1 faciəsi zamanı həlak olmuşlar. Xocalı şəhər İ.Ə.D üzrə Nümayəndəliyin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Goranboy rayonu Börü qəsəbəsində məskunlaşmışdır. Vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx xxxx 2013-cü il təvəllüdlü X12 və xx xxxxx 2014-cü il təvəllüdlü X14 var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X17 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X22 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib- keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1- ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, özgə əmlakını açıq talamasını, pulu ələ keçirməyi digər təqsirləndirilən şəxsə təklif etməyini, yarana biləcək maneənin aradan qaldırılmasına söz verməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki az yaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, məcburi köçkün olmasını, qohumlarından şəhidlərin olmasını, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında, özgə əmlakını açıq talamasını, zərərçəkmiş şəxsin əlindən çantasını alıb qaçmasını, həmçinin ona münasibətdə cinayətin residivinin olmasını nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır İş materiallarında olan DİN-nin BAŞ ƏSİİ-dən verilmiş tələbnamədən və Göyçay Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2019cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırki cinayət hadisəsi Təqsirləndirilən şəxs2 cəzasının çəkib qurtardığı vaxtdan iki il keçmədən xx xxxx 2020ci ildə baş vermişdir. Göründüyü kimi təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Təqsirləndirilən şəxs2 cəzasının sonu ilə azad edildiyi xx xxxxxx 2019cu il tarixdən hazırki hökmün çıxdığı tarixədək Göyçay Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi cəzasından artıq 01 (bir) il 07 (yeddi) günü çəkilmiş hesab olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs2 təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi əlavə cəzasından 11 (on bir) ay 23 (iyirmi üç) günü çəkilməmiş qalır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi cəzasının 11 (on bir) ay 23 (iyirmi üç) gün çəkilməmiş hissəsi hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına birləşdirilməlidir. Eyni zamanda məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun himayəsində iki az yaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin136cı, 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübut olan “Samsung S6” markalı mobil Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərinməhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351- 356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi cəzasının 11 (on bir) ay 23 (iyirmi üç) gün çəkilməmiş hissəsi hazırki hökmlə təyin olunmuş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilsin. Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 11 (on bir) ay 23 (iyirmi üç) gün nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış “Samsung S6” markalı mobil telefonun Zərərçəkmiş şəxsnaya qaytarıldığı nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkilləri X15 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 600 (altı yüz) manat, X3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 600 (altı yüz) manat pul dövlət büdcəsindən tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkilləri X8 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 180 (yüz səksən) manat, X18 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar