Məhkəmə qərarları › İş №1(009)-105/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-105/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-105/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs buna hüququ olmadan kompüter məlumatlarını qəsdən təkrar dəyişdirməklə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə edərək əhəmiyyətli zərər vurulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Mənzil İnşaat Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək maddi maraq zəminində ona müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi proqram təminatları əldə edib və uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə "Güzəştli mənzil” informasiya sistemində kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil İnşaatı Dövlət Agentliyinin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün (cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin baxışa təyin edilməsini və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasını və işinin baxışa təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 bildirdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində onun ittiham olunduğu AR CM-nin 273.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi mövcud deyil. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hərkətlərində AR CM-nin 273.3.1-ci maddəsinin əlamətləri olmamış, həmin cinayət əməlini törətməmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs heç bir kompüter məlumatlarını dəyişdirməmiş, “Güzəştli mənzil" informasiya sisteminin kompüter məlumatlarının zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması hallarına yol verməmişdir. Təqsirləndirilən şəxs vətəndaşların ona verdikləri parol və asan imza məlumatları əsasında onların xahişi ilə həmin “Güzəştli mənzil” informasiya sistemindəki şəxsi kabinetə daxil olaraq sürətli seçim edilməsi üçün kompüterdə olan proqramdan istifadə etmişdir, hansı ki heç bir cinayət əməli sayılmır. Çünki, bu proqramdan istifadə edərkən “Güzəştli mənzil” informasiya sistemindəki kompüter məlumatlarının zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması hallarına yol verilməmişdir. Mənzil seçimi aparılarkən “Güzəştli mənzil” informasiya sistemi işlək vəziyyətdə olmuş, kompüter sisteminin normal fəaliyyəti pozulmamış, kompüter sisteminin sahibinin və ya istifadəçisinin bu sistemdən istifadə etmək və ya digər kompüter sistemləri ilə məlumatları mübadilə etmək imkanı məhdudlaşdırılmamışdır. Həmin informasiya sistemindəki kompüter məlumatlarının zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya bloklanması faktı aşkar edilməmişdir. Hər bir halda, belə faktlar cinayət işinin materiallarında öz əksini tapmamış və bu cür faktların olmasına dair cinayət işində heç bir sübut yoxdur. Ona görə də prosesin uzanmasının qarşısının alınması üçün işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasını və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilməsi və barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, bildirmişdir ki, vətəndaşların ona verdikləri parol və asan imza məlumatları əsasında onların xahişi ilə “Güzəştli mənzil” informasiya sistemindəki şəxsi kabinetə daxil olaraq sürətli seçim edilməsi üçün kompüterdə olan proqramdan istifadə etmişdir. İnternetin sürətli olması səbəbindən bütün işlərini, proqramın kompüterlərə yüklənməsi daxil olmaqla bütün prosesi iş yeri olan, Yasamal rayonu, H.Zərdabi 88a ünvanında yerləşən SOCAR “Neftqazelmitədqiqatlayihə” institutunun inzibati binasında həyata keçirmişdir. Təqsirləndirilən şəxs eyni zamanda bildirmişdir ki, “Mida”nın “Güzəştli mənzil” sisteminin “Yasamal-2” layihəsi üzrə keçirilən müsabiqədə ona yardım etməsini xahiş etdiyi şəxslərin əksəriyyəti onun iş yoldaşları olmuş və onlar da müsabiqəyə SOCAR “Neftqazelmitədqiqatlayihə” institutunun inzibati binası olan Yasamal rayonu, H.Zərdabi 88a ünvanından qoşulmuşlar. Təqsirləndirilən şəxs prosesin uzanmasının qarşısının alınması üçün işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmasını və barəsində olan cinayət işinin baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, cinayət işinin materallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror CPM-nin 74.4-cü maddəsinə, yəni ibtidai istintaqın Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarərəsində aparıldığına istinad edərək cinayət işini baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı və ilkin məhkəmə dindirməsi zamanı verdiyi izahatlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin hazırlıq hərəkətləri də daxil olmaqla, xüsusi robot proqramın onun istifadəsində olan kompüterə quraşdırılması və 30 mart 2022-ci il tarixdə "Güzəştli mənzil” informasiya sistemində kompüter məlumatlarına müdaxilə etməsi ilə əlaqədar bütün hərəkətlər Bakı şəhəri, Yasamal rayonu ərazisində baş vermişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi əməlin dəqiq hansı ərazidə baş verdiyini araşdırmadan həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer ilə kifayətlənmişdir. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəməyə aid olub-olmaması barədə məsələyə baxılır. (CPM-nin 299.3.1) Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət əməlini Bakı şəhəri Yasamal rayonu ərazisində törətmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs cinayət əməlini Bakı şəhəri Yasamal Rayon ərazisində başa çatdırdığından və qeyd edilən cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə cinayətin törədildiyi yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. CPM-nin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 299 və 300.1.4 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar