Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-105/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsində tanışları olduğunu bildirib sonuncunun Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində alacağı torpaq sahəsininin 4,5 sotunun sənədləşdirilməsinə köməklik edəcəyinə dair yalan vədlər verib aldadaraq ilk dəfə 2021-ci ilin yanvar ayının axırlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivində milli manat məzənnəsi ilə 13.600 manat təşkil edən 8.000 ABŞ dolları, daha sonra 2021-ci ilin iyul ayının əvvəllərində həmin ünvanda milli manat məzənnəsi ilə 8.060 manat təşkil edən 4.000 avro, daha sonra 2021-ci ilin iyul ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən “Azərbaycan” kinoteatrının yaxınlığında 2.000 manat və sonuncu dəfə 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 7 ünvanda yerləşən “Gəlin Qaya” restoranının binasında milli manat məzənnəsi ilə 11.900 manat təşkil edən 7.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 35.560 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsində tanışları olduğunu bildirərək onun qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair çıxarış alacağına dair yalan vədlər verib ilk dəfə 2022-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 7 ünvanda yerləşən “Gəlin Qaya” restoranının binasında 7.500 manat və sonuncu dəfə 2022-ci ilin iyun ayının ortalarında ünvan 5 ünvanda yerləşən 236 saylı orta məktəbin qarşısında 8.000 manat məbləğində pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 15.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bağlı 2000 manat götürüb. O gəlib bildirdi ki, torpaq axtarır. Məndə ona köməklik göstərib torpaq tapdım. O özü ev sahibi il danışıb razılaşdılar. Sonra isə torpaq sahibi evlər ilə razılaşmadı. 8000 manat bir verilmişdi, sonra da 2000 manat. Pul veriblər o da maşına qoyub gəlmişdir. Əliisa ilə məsələyə gəldikdə isə 27500 manat məbləği qəbul edir. 14000 sərəncama, 6000 manat cizgilərə vermişdi. 1-ci epizod üzrə özümü qismən təqsirli bilirəm, 2-ci epizod üzrə özümü təqsirli bilirəm. Əliisa ilə bağlı ümumi 27500 manatdan 15500 manat şəxsi xərcləri üçün götürmüş,10000 manat söz verildiyi kimi torpaq sahibinə göndərmişdir. Yerdə qalan 2000 manatdan 1000 mant yenə şəxsi xərclərinə, digər 1000 manat başqa maklerə verilmişdi. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, bu adam özünü makler kimi təqdim etmişdi. 2021-ci ildə Badamdar qəsəbəsində torpaq axtarırdı. Makler kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs torpağı tapmışdır və onu Elşad adlı şəxs ilə görüşdürdü. Təqsirləndirilən şəxs o yerdə düz deyir ki, ona bu məsələ alındığı halda 100000 manatdan 10000 manat çatmalıydı. Səf etmirəmsə ümumi məbləğ 100000 manat idi. Ərazinin ümumi sahəsi 12 sot-dur. O ərazidə yerlər var ki, 500-600 min manata,sotu 50 minə. Nərimanov rayonunda 3 otaqlı ev var idi, 100 min manat bura idi. 90000 manat ev sahibinin olacaqdı, digəri isə bu adama. Ev sahibi kolyaskada gəldi,15-20 ildir ki şikəst olan bir adam idi. Söhbət zamanı biz razılaşdıq lakin müəyyən olundu ki 04 sot yarımda problem var idi, sənədləşmə aparılmalı idi. Danışanda 12 sot danışılmışdı. Sənədləşməyə gəldikdə isə, şikəst adam idi, onun nəyisə həll edə biləcəyinə inanmırdı. Adamı gücnən maşına qoyub gətirmişdilər. Mən dedim ki, 90000 pul verəcəm, sənədləşmə üçün də pul verəcəyəm. Razılaşdıq. Bildirildi ki, bu məsələni həll edə biləcək adam var. 8000 dolları orada evin sahibi Elşada vermişəm. Pulu verərkən Fəxri yanımızda idi. Üstündən demək olar 5 il keçib tam yadında deyil. Bu zəng etdi ki, 20000 manatı tamamlamaq lazımdır, məndə 4000 avro, yəni 8000 manat pul Fəxriyə göndərdim. 8000 dolları ev sahibinə vermişəm. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Elçin Allahverdiyev adlı maklerlik edən tanışına müraciət etmişdir. Həmin vaxt Elçin Allahverdiyev ona demişdi ki, onun bir nəfər tanışı var, adı Təqsirləndirilən şəxsdur həmin işləri bacarır, elə işlərlə məşğul olur. Həmin torpaq sahəsinə çıxarış almaqda yaxından köməklik göstərə bilər. Bundan sonra Elçin Allahverdiyev onu Təqsirləndirilən şəxsla tanış etmiş, söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, heç bir problem yoxdur elə işlərlə məşğul olur. Bundan bir müddət sonra Fəxri bildirmişdi ki, həmin çıxarış almaq istədiyi evin yaxınlığında başqa şəxsə məxsus torpaq sahəsi var, həmin tanımadığı şəxsin adından ona etibarnamə verəcək ki, guya ev həmin torpaq sahəsinin üstündə yerləşir və sonra həmin torpaq sahəsinə çıxarış düzəldəcək. Bu məqsədlə onlar 2021-ci ilin dekabr və ya 2022-ci ilin yanvar ayında Fəxri ilə 53 saylı Notariat kontoruna getmiş, orada tanımadığı 3 nəfər şəxs də olmuş, həmin şəxslərdən biri onlarla notariusun yanına daxil olmuş və orada etibarnaməyə imza etmişlər, lakin həmin etibarnaməni o, oxumamış və sonradan Fəxri də həmin etibarnaməni ona verməmişdi. Fəxri əvvəlcədən ona demişdi ki, bu iş üçün 12.000 manat pul verilməlidir və o da özü ilə həmin pulu götürmüşdü. Notariat kontorunda Təqsirləndirilən şəxs ondan 12.000 manat pulu almış, lakin pulu həmin tanımadığı şəxsə verib-vermədiyini bilməmişdi. 2022-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdi ki, iş düzəlir, qaydasındadır, təcili 7.500 manat pul lazımdır, sənədləri hazırlamışdır Əmlak Komitəsinə verəcək, ona görə də ora pul ödəmək lazımdır. O, həmin Badamdar qəsəbəsində yerləşən “Gəlin Qaya” restoranında makler Elçin Allahverdiyevin yanında 7.500 manat pulu Fəxriyə vermişdir. 2022-ci ilin iyun ayının ortalarında Fəxri ona zəng edərək Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin qarşısına çağırmış, orada makler Elçin Allahverdiyevin yanında Fəxri demişdi ki, artıq bütün işlər həll edilib, sənədlər hazırdı və sənədləri götürmək üçün əlavə 8.000 manat məbləğində pul vermək lazımdır. Yenə də Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin qarşısında makler Elçin Allahverdiyevin yanında Fəxriyə 8.000 manat məbləğində pul vermişdi. Lakin Fəxri onu aldatmış, həmin torpaq sahəsinə dair çıxarışı əldə etməmişdir, hər dəfə pulunu tələb etdikdə isə tezliklə verəcəyini deyərək vaxtı uzatmışdır. Bütün bu proseslərin səs yazıları da var, təqdim eləmişdi. Pulları alandan sonra 1-2 il keçəndən sonra hər gün danışırdıq, verdiyi sənədləri, pulları qaytar deyirdi. Söz verirdi ki hər şey həll olunub. Qardaşı demişdir ki, siz onu tutdursanız, savab qazanarsınız, əlindən bezmişik. Tutulmasını yox sadəcə pulun geri qaytarmasını istəyirəm. Yenə də söz verdi amma əməl etmədi. Hal-hazıra qədər də Təqsirləndirilən şəxs aldığı 27.500 manat pulu geri qaytarmamışdır. Hadisə nəticəsində ümumilikdə 27.500 (iyirmi yeddi min beş yüz) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, bir nəfər adam işləyirdi Elçin adında rəhmətlik. 2022-ci ilin söhbətidir. Mənə zəng elədiki onun bir yaxın adamı var torpağına sənəd lazımdır. Danışdıım onunla sora mənə zəng etdi ki, sən satıcını gətir məndə alıcını notarusda görüşək. Gələndə gördüm ki Fəxridir. Elçinə dedimki bəs sən hardasan dedi ki mən xəstəyəm gələ bilmirəm. Fəxri və Elçin birlikdə işləyirdilər. Çatanda adamla tanış elədim. Satan Bəylər adlı şəxs idi, o da kimdənsə almışdı sənədi. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, mənim adıma olan etibarnaməyə görə burdayam. Təxminən 2022-ci ildə Əsgərov Elşad adlı şəxsin anası Əsgərova Ofeliya var idi və onun adına olan sənəd olub. Şahid5 mənə borclu olduğuna görə anasının adına olduğu sənədi mənə pul əvəzinə vermək istədi. Etibarnamə gətirdi ki, bu mənim sənədimdir əvəzləşdir. Sənədə baxdım gördüm ki sənədin çıxarışı yoxdur. Hesab elədim ki, bu sənədi götürmək mənə sərf etmir qaytardım özünə verdim. Sonradan isə fikirləşdi ki, nə ola bilər qolu və ya rəyi olmasa,heçnə etmək mümkün olmayacaq və sənəd qaldı onda. Üstündən təxminən 5-6 ay keçdi. Həmin dövrdə bel qrijasından əziyyət çəkirdi və evdə istirahət edirdi. Şahid5 mənə zəng elədi dedi ki, anamı tanıyırsan yaşlı adamdı ayaqları tutulub tərpənə bilmir. Etibarnamə verim get başqa adamın adına qol çəkdir. Mən etiraz elədim dedim mən ağrıyıram. Mən iki dəfə belimdən əməliyyat olunmuşam və həmin müddət müalıcə olunurdum güclü ağrılarım var idi. Mənə dəfələrlə zəng edib xahiş etdi səni evindən götürüb aparacaqlar notariusa səndən heçnə getdmir. Mənim razılığımı aldı dedim məni evimə gətirəcəksən. Avtomobil ilə gəldi mən düşdüm. Sənədlər Bəylər adlı şəxsdə idi. Notariusda 10 dəqiqə keçəndən sonra etibarnamə yazıldı. Ancaq sənədi görmüşəm. Sənəd mənə vermişdi çünki mənə borcu var idi. Çıxarış gördüm yoxdu qaytardım ona. Badamdar qəsəbəsində torpağım var. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.17). İş materiallarında olan 11 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v. 107). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v. 58-59). İş materiallarında olan xx.xx.2022-ci il tarixli AR-İ № 827885 saylı etibarnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat ofisində X1 Şahid4 adına rəsmiləşdirdiyi etibarnaməyə dair səlahiyyətlər sonuncu tərəfindən Zərərçəkmiş şəxs2 ötürülmüşdü. İş materiallarında olan “şübhəli şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi” haqqında 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.29). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.32). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 47/2-589 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində saxlanılaraq Səbail RPİnə gətirilərək İŞ-nə təhvil verilmişdir (c.i.v.35). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.36). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.68-69). İş materiallarında olan “qətimkan tədbirinin şərtlərini pozduğu üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.71). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.73). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 11 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.75). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.120). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.124). İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 06 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (c.i.v. 137-138). İş materiallarında olan “qətimkan tədbirinin şərtlərini pozduğu üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.149). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.151). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.154). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.194). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.197). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v. 206-207). İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (c.i.v. 229-230). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-105/2025 saylı, 22 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir (c.i.v.273). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nə gətirilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-105/2025 saylı, 24 iyul 2025-ci il tarixli qərarı ilə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-105/2025 saylı, 11 avqust 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanskiyası dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələriilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin olunması məqsədəuyğundur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-322/2025 saylı, 21 may 2025-ci il tarixli hökmü ilə X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 27 dekabr 2024-cü il tarixdən 21 may 2025-ci il tarixədək həbsdə olduğu ümumilikdə 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmağının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2(iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-322/2025 saylı, xx.xx.2025ci il tarixli hökmü çıxdıqdan əvvəl törətmişdir. Belə olan halda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası hazırda təyin edilmiş cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai istintaq dövründə 04 (dörd) ay 24 (iyirmi dörd) gün, hazırki iş üzrə 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək, yəni ümumilikdə 04 (dörd) ay 26 (iyirmi altı) gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş vahid cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 396 (üç yüz doxsan altı) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-322/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına 02 (iki) günə 01 (bir) gün hesablamaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanılsın və ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət ümumilikdə 02 (iki) gün, həmçinin Binəqədi rayon Məhkəməsinin 1(001)- 322/2025 saylı hökmü ilə həbsdə olduğu 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş vahid cəzadan çıxılsın və ona qəti olaraq 03 (üç) il 10 (on) ay 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 396 (üç yüz doxsan altı) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-105/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-105/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver