Məhkəmə qərarları › İş №1(009)-106/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-106/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-106/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləmə-yən, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, Bakı şəhəri,Yasamal rayonu, Ə.Salamzadə küçəsi 5, İnzibati binada qeydiyyatda olan, ünvan 5da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib satış məqsədi olmadan üzərində saxlamış və daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,311 qram və 0,308 qram, ümumi təmiz çəkisi 0,619 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, əynindəki göy rəngli cins şalvarının sağ arxa cibində daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 05:30 radələrində, Bakı şəhəri,Səbail rayonu, Milli Məclisin inzibati binasının qarşısındakı avtobus dayanacağında dayandığı zaman Bakı şəhər Səbail rayon Polis İdarəsinin Post—patrul xidməti bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, ünvan 1 ünvanda yerləşən Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki göy rəngli cins şalvarının sağ arxa cibində həmin iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,311 qram və 0,308 qram, ümumi təmiz çəkisi 0,619 qram narkotik vasitə heroini aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixində səhərə yaxın saat 05 radələrində dostu Şahid1la birlikdə Bakı şəhəri, Səbail rayonu, Milli Məclisin inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında dayanıb evlərinə getmək üçün taksi gözləyərkən, bir nəfər polis əməkdaşı yaxınlaşıb hərbi vəziyyət ilə əlaqədar rejim qaydalarını pozmalarını bildirib hər ikisini Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət edib patrul avtomobili ilə aparmışdır. Polis bölməsində onun üzərində qanunsuz əşya və ya predmet olub-olmamasına dair sorğular apararkən, o, səmimi etiraf edib üzərində narkotik vasitə olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edib təqdim etmişlər. Azərbaycan Respublikası CM-nin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, hüquqlarını izah edib üzərində şəxsi axtarış aparılması barədə qərarla tanış etmişlər. Müdafiəçinin iştirakı ilə videoçəkiliş apararaq üzərinə şəxsi axtarışa başlamazdan əvvəl, üzərində saxladığı qanunsuz əşya və maddə varsa təqdim etməsini təklif etmiş, o, da əynindəki göy rəngli şalvarın arxa sağ cibində saxladığı “kakos” adlanan narkotik vasitəninin iki ədəd bükümü çıxarıb təqdim etmişdir. O, həmin narkotik vasitənin iki ədəd bükümü xx xxxxxx 2020-ci il tarixidə Bakı şəhəri “Kubinka” adlanan ərazisində tanımadığı şəxsdən 30 manata öz istifadəsi üçün almışdır, satmaq niyyəti olmamışdır. Saxlanılarkən yanında olan tanışı Bəşir onun üzərində narkotik vasitənin bükümləri olmasını bilməmişdir. Həmin vaxt Şahid1 onun üzərində üç büküm narkotik vasitə və psixotrop maddə olmasını, həmin bükümlər polisdə aşkar edilib götürüldükdən sonra bilmişdir. Bəşir, onun narkotik maddə qəbul edən olmasını bilsə də, sonuncunun kiməsə narkotik vasitə satmasını, narkotik vasitələrin satışı ilə məşğul olmasını görməmişdir. Törətdiyi əməldən peşmandır, ailəli olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixində, səhər saat 05 radələrində, dostu Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Səbail rayonu, Milli Məclisin inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında dayanıb evlərinə getmək üçün taksi gözləyərkən, onlara bir nəfər polis əməkdaşı yaxınlaşıb hərbi vəziyyətlə əlaqədar rejim qaydalarını pozmalarını bildirib, hər ikisini Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət edib aparmışlarr. Bölmədə onun üzərində qanunsuz əşya və ya predmet olub-olmaması dair sorğular apararkən, o, səmimi etiraf edib üzərində narkotik vasitə olduğunu bildirmişdir. Sonra polis əməkdaşları oraya onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edib təqdim etmişlər. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, hüquqlarını izah edib üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. O, da başına geyindiyi qəhvəyi rəngli papağını çıxarıb içərisində öz istifadəsi üçün əldə etdiyi işində heroin və metamfetamin olan üç ədəd bükümü təqdim etmişdir. Həmin bükümlərin birində “kakos” adlanan narkotik vasitə, digər iki ədəd bükümdə isə “şüşə” adlanan psixotrop maddə olmuşdur. O üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddənin bükümlərini xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinin “Sovetski” adlanan ərazisində tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Saxlanılarkən yanında olan tanışı Rasim onun üzərində narkotik vasitənin bükümlərinin olmasını bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da üzərində iki büküm heroin olmuşdur. Həmin bükümlər polisdə aşkar edilib götürüldükdən sonra bilmişdir. Rasimin narkotik istifadəçisi olduğunu bilsə də, sonuncunun kiməsə narkotik vasitə satmasını, narkotik vasitələrin satışı ilə məşğul olmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin Post—patrul xidməti bölüyünün polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 05:30 radələrində, o, tək Bakı şəhəri, Səbail rayonu ərazisində, Şəhidlər Xiyabanının qarşısında xidmət apardığı zaman, Xiyabanın qarşısında, Milli Məclisin inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında iki nəfər naməlum, mülki qeyimli kişinin dayandıqlarını görüb yaxınlaşmışdır. Orada nə etmələrini və komendant saatının tələblərini pozduqlarını bildirmişdir. Həmin şəxslərə şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini bildirdikdə, həmin şəxslərdən birinin başında papaq olduğundan və hava da qaranlıq olduğu üçün sifəti tam görünmədiyindən, başındakı papağını çıxarmasını bildirmişdir. Həmin şəxs özünü şübhəli apararaq sənədi olmadığını deyib, papağını çıxartmaqdan imtina etmişdir. Bu zaman o, yaxınlıqda 6652 saylı avtopatrul avtomobili ilə xidmət aparan iş yoldaşı polis serjantı Şahid6 məlumat verərək oraya çağırmış və birlikdə həmin iki nəfəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət edib avtopatrul avtomobilinə əyləşdirmişlər. Nəzarətləri altında 9-cu PB-nə aparmış, bölmədə həmin iki nəfərin şəxsiyyətini müəyyənlədirərkən, özlərini biri Təqsirləndirilən şəxs, digəri isə Şahid1 kimi təqdim etmişlər. Sorğular zamanı hər ikisi üzərində narkotik vasitə gəzdirdiklərini etiraf etdikdə, o, iş yoldaşı Şahid6 birlikdə Təqsirləndirilən şəxs və Şahid1 barələrində müvafiq yoxlama aparılması üçün polis bölməsinin rəhbərliyinə raportla məruzə edib, növbətçi hissəyə təhvil verərək xidmətlərini davam etdirilməsi üçün xitməti əraziyə qayıtmışlar. Sonralar ona məlum olmuşdur ki, 9-cu PB-də növbətçi təhqiqatçı tərəfindən ayrı-ayrılıqda Təqsirləndirilən şəxs və Şahid1 uzərlərində şəxsi axtarış aparılması zamanı Təqsirləndirilən şəxs üzərində iki ədəd bükümdə narkotik vasitə heroin, Şahid1 üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamin aşkar edilib protokollarla götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Bakı şəhər Səbail rayon Polis İdarəsinin Post—patrul xidməti bölüyünün polis nəfəri X7 ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu PB-nin təhqiqatçısı Şahid2 istintaq zamanı ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 07 radələrində, o, Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-də xidmətdə olduğu zaman, oraya Bakı şəhəri, Səbail RPİ-nin PPXB-nün əməkdaşları polis nəfərləri Şahid4 və Şahid6 tərəfindən xidmət etdikləri ərazidə, Bakı şəhəri, Səbail rayonu, Şəhidlər Xiyabanının qarşısında, Parlament prospektinin başlanğıcındakı yol dairəsi yaxınlığında, Milli Məclisin inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında dayanmış iki nəfər şəxsi, özlərini Təqsirləndirilən şəxs və Şahid1 kimi təqdim edən şəxsləri qüvvədə olan komendant saatının tələblərini pozduqları üçün 9-cu PB-nə gətirilərkən, həmin şəxslərin üzərində narkotik vasitələrin saxlamaları və gəzdirmələrinə dair şübhə yarandığı üçün Təqsirləndirilən şəxs və Şahid1 PBnin növbətçi hissəsinə təhvil verib, barələrində müvafiq araşdırma aparılmasına dair 9-cu PBnin rəhbərliyinə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 barəsində müvafiq araşdırma aparılması PB-nin rəisi tərəfindən ona həvalə edildiyindən, əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim edilmiş, qanunsuz olaraq üzərində narkotik tərkibli maddələrin saxlayaraq daşımasında, Azərbaycan Respublikası CMnin 234.1 maddəsi ilə şübhəli şəxs qismində tutub,hüquq və vəzifələri izah etmiş,Təqsirləndirilən şəxs və müdafiəçi Səyyarə Əliyeva,şəxsi axtarış və götürmə aparılmasına dair qərarla tanış etmiş,o,xidməti otağında “İphone XS” markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılaraq Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3,PB-nin sahə inspektoru Şahid5,müdafiəçi S.Əliyevanın iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs bir daha özünü təqdim etməsi təklif etmiş,sonuncu özünü-xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olan və ünvan 5-da yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra o, axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üstündə qeyri qanuni əşya varsa könüllü surətdə təqdim etməsini təklif etmiş, bu zaman sonuncu üzərində narkotik vasitənin bükümləri olmasını bildirərək, əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan iki ədəd şəffaf selofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq, həmin narkotik vasitənin bükümləri özünə məxsus olmasını, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən cəmi 30 manata almasını, özü qəbul etməsi üçün üzərində gəzdirərək saxlamasını bildirmişdir. Sonra o, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış aparmış və başqa qeyri qanunu heç bir əşya aşkar etməmişdir. Sonuncunun təqdim etdiyi cəmi iki ədəd bükümləri bir ədəd zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib etmiş, protokol və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tərəfindən götürülmüş maddə üzrə müvafiq məhkəməkimyəvi ekspertizası təyin etmiş, həmin iki ədəd bükümdəki maddənin narkotik vasitə heroin olmasına dair müvafiq rəy alındıqdan sonra, Təqsirləndirilən şəxs narkotik tərkibli maddənin saxlnaması və gəzdirilməsi faktına görə toplanmış material üzrə Azərbaycan Respublikası CMnin 234.1 maddəsi ilə cinayət işi başlanması və ibtidai istintaq aparılması üçün aidiyyatı üzrə Səbail RPİ-nin İŞ-nə göndərilməsinə dair qərar qəbul etmişdir. Bundan başqa Təqsirləndirilən şəxsla birlikdə 9-cu PB-nə gətirilmiş Şahid1 ayrıca vəkillə təmin edilib üzərinə şəxsi axtarış və götürmə keçirilməklə barəsində ayrıca icraatda material toplanaraq araşdırma aparılmış və tərəfindən Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılması üçün Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. Həmçinin ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs və Şahid1 ayrı-ayrılıqda onun tərəfindən sorğular aparılan zamanı bir-birilərində narkotik maddələrin bükümlərinin olmasını bilmədiklərini, hər biri ayrı-ayrılıqda üzərində gəzdirdikləri narkotik tərkibli maddələr olan bükümləri özlərinə məxsus olmasını və özləri qəbul etmək üçün üzərində gəzdirmələrini etiraf etməsini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə,səhər saat 07 radələrində, o, Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-də xidmətdə olarkən, bölməyə Səbail RPİ-nin PPXB-nin əməkdaşları polis nəfərləri Şahid4 və Şahid6 tərəfindən xidmət etdikləri ərazidə, Bakı şəhəri, Səbail rayonu, Şəhidlər Xiyabanının qarşısında, Parlament prospektinin başlanğıcındakı yol dairəsi yaxınlığında, Milli Məclisin inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında iki nəfər şəxsi, özlərini Təqsirləndirilən şəxs və Şahid1 kimi təqdim edən şəxsləri qüvvədə olan komendant saatının tələblərini pozduqları üçün 9-cu PB-nə gətirərkən, həmin şəxslərin üzərində narkotik vasitələrin saxlamaları və gəzdirmələrinə dair şübhələri yarandığı üçün Təqsirləndirilən şəxs və Şahid1 PB-nin növbətçi hissəsinə təhvil verərək, barələrində müvafiq araşdırma aparılmasına dair 9-cu PB-nin rəhbərliyinə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 barələrində müvafiq araşdırma aparılması PB-nin rəisi tərəfindən, PB-nin təhqiqatçısı polis kapitanı Şahid2 həvalə edilmişdir. Sonra təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim edərək, onun qanunsuz olaraq üzərində narkotik tərkibli maddələrin saxlayaraq daşımasında şübhəli bilindiyindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələri izah edərək xidməri otağında video çəkiliş apararaq müdafiəçisi Səyyarə Əliyevanın, onun və 9-cu PB-nin sahə inspektoru polis leytenantı Şahid5 iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparmış, şəxsi axtarış və götürməyə başlamazdan əvvəl şübhəli şəxsə və müdafiəçiyə bu haqda qərar qərar elan edilmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif olunduqda, sonuncu özünü- xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olmamış, ünvan 3 ünvan-da qeydiyyatda olan və ünvan 4 ev 19-da yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra təhqiqatçı Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşya varsa könüllü surətdə təqdim etməsini təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını bildirərək, əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan iki ədəd şəffaf selofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq, həmin narkotik vasitənin bükümləri özünə məxsus olmasını, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən cəmi 30 manata almasını, özü qəbul etməsi üçün üzərində gəzdirərək saxlamasını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış aparılmış və üzərində qeyri qanunu heç bir əşya aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd narkotik vasitə heroinə bənzər maddənin bükümlərini bir ədəd zərfə qoyulub möhürlənmiş, həmin zərf üzərinə şübhəli şəxs özü, vəkili və digər iştirakçılar tərəfindən imza edilmişlər. Bundan sonra təhqiqatçı Şahid2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunduqdan sonra, düzgünlüyünü şübhəli şəxs Təqsirləndirilən şəxs,müdafiəçisi, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin günü təhqiqatçı Şahid2 tərəfindən onun, sahə inspektoru Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxsla birlikdə 9-cu PB-nə gətirilmiş digər şəxs Şahid1 üzərinə hüquqlarını müdafiə etməsi üçün dəvət edilmiş vəkil Aqil Azadovun iştirakı ilə videoçəkiliş aparılaraq şəxsi axtarış və götürülmə aparılmış, həmin vaxt Şahid1 başına geyindiyi qəhvəyi rəngli papağın içərisindən üç ədəd siqaretin gümüşü kağız bükümləri, birinin içərisində narkotik vasitə heroinə bənzər, iki ədədinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin bükümləri aşkar edilib protokolla götürülmüşdür. Bundan sonra təhqiqatçı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 aşkar edilib götürülmüş maddələrinin narkotik vasitə və psixotrop maddə olmasına dair müvafiq rəy alınmış, həmin faktlar üzrə təhqiqatçı tərəfindən ayrı-ayrılıqda Təqsirləndirilən şəxs və Şahid1 barəsində cinayət işləri başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru Şahid5 ibtidai istintaqa eyni məzmunlu ifadə verərək Şahid3 qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan DVD formatlı CD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin təhqiqatçısı Şahid2 Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Səyyarə Əliyevanın iştirakı ilə Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid3, Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru Şahid5 tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan “heroin” olduğunu bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman onun üzərində əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan 02 ədəd şəffaf selofan büküm aşkar olunaraq götürüldü. Axtarış zamanı aşkar edilmiş narkotik vasitənin bükümlərini zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020ci il tarixli 6/2451 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazısı olan zərfdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qr və 0,308 qr, ümumi təmiz çəkisi 0,619 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. ( ümumi təmiz çəkisi 0,619 qr, sərf edildi 0,1 qr, qalıq 0,519 qr) Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 114,00 (yüz on dörd) manat müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram və 0,308 qram, ümumi təmiz çəkisi 0,619 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza keçirildikdən sonra qalıq qalmış 0,519 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin saxlanılması üçün Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 77 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Qasımov X4 Saxlama Yerindən həbsdən azad olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 noyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Elektron məhkəmə portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı vardır – 02 sentyabr 2008-ci il tarixdə anadan olmuş X13 qızı. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 01 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli 77 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,519 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,519 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114,00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar