Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-106/2022 25.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşın üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 05.12.2021-ci il tarixdə saat 23 radələrində sərnişin qismində əyləşdiyi, Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsindən “28” may metrostansiyası istiqamətində hərtəkətdə olan “Toyota Pirus” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı UBER taksi avtomobilində olarkən, həmin avtomobilin sürücüsünün 4 zolaqlı yolda hərəkət etməklə manevr edərək yolun digər zolağı ilə avtomobilləri ötüb keçmək imkanı olduğu halda, qarşısında hərəkətdə olan Mersedes markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobili onların qarşısında asta sürətlə sürməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan və avtomobillərin digər sürücülər tərəfindən idarə olunmaqla ona heç bir aidiyyatı olmadığı halda bunu sürücü Zərərçəkmiş şəxs irad bildirməklə əsassız mübahisə yaratdıqdan sonra, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, sonuncudan avtomobili qarşıda saxlamasını tələb etmiş, bundan sonra ünvan 3 ünvanda yerləşən «Carpets» X5 mağazasının qarşısında, yolun hərəkət hissəsində, insanlar arasında bərqərar olunmuş birgəyayşayış qaydalarına məhəl qoymadan, cəmiyətə qarşı açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlərlə ictimai yerdə digər vətəndaşların da narahatçılığına səbəb olan və Zərərçəkmiş şəxs ailəsinin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq sonuncunun sifət nahiyyəsindən yumruq zərbələri vurub üst dodağın bayır səthinin sol yarısının əzilmiş-cırılmış yarası, eləcə də selikli qişasının əzilmiş yarası kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə, vətəndaşın üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Həmin hərəkətlərilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05.12.2021-ci il tarixdə gecə saatlarında dostu Fərhadın idarə etdiyi “Toyota Pirus” markalı avtomobillə Üzeyir Hacıbəyov küçəsindən Rəşid Behbudov küçəsi istiqamətinə tərəf hərəkət edərkən qarşılarında gedən “Mersedes” markalı avtomobilin sürücüsü Cəmil avtomobili aşağı sürətlə idarə etdiyindən dostu Fərhad onu ötüb keçmək istəmişdir. Cəmil isə onlara yol verməmişdir. Fərhad Cəmilə səs siqnalı verib yol istəməsinə baxmayaraq, Cəmil onlara yenə də yol verməmiş, sonra Fərhad yolun boşaldığını görüb Cəmili keçmişdir. Həmin vaxt Cəmil əlini avtomobilin pəncərəsindən çıxarıb nalayiq sözlər demişdir. Cəmilin avtomobilində qadın olduğunu görüb Cəmilə sürüb getməsini demiş, lakin onlar Cəmilin arxasınca avtomobili sürməmiş və onun yolunu kəsməmişlər. Cəmil isə avtomobili onların arxasınca sürmüş və Ü.Hacıbəyov küçəsindən R.Behbudov küçəsinə dönüb gedərkən Cəmil avtomobili onların qarşısına sürüb yenə də onlara yol verməmiş və onlardan nə etdiklərini soruşmuşdur. Onlar Cəmilə qarşıda solda saxlamağını bildirmişlər. Saxlayandan sonra Cəmil maşından düşüb nalayiq sözləri istifadə etdiyi üçün Cəmili vurmuş, lakin vurmamalı idi. Bu zaman Cəmil avtomobilindən plastik boru götürüb onun üstünə gəlmək istəyəndə plastik borunu Cəmilin əlindən almışlar. Bütün bunlar videogörüntülərdə əks olunub. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05.12.2021-ci il tarixdə saat təxminən iyirmi üç radələrində idarə etdiyi “Mersedes” markalı, avtomobillə Ü.Hacıbəyov küçəsində, sağ zolaqla “28 may” metrostansiyası istiqamətinə tərəf hərəkətdə olarkən, arxadan gələn “Toyota Pirus” markalı avtomobilin sürücüsü ondan yol istəmişdir. Həmin vaxt avtomobilində körpə, 4 aylıq uşağı və həyat yoldaşı olduğu üçün, 45-50 km/saat sürətlə maşını idarə edirmiş və həmin sürətlə hərəkətini davam etdirmişdir. Qarşıda işıqaforun qırmızı işığının yandığını görüb hərəkət sürətini aşağı salmış və bu zaman həmin avtomobilin sürücüsü işıq və səs siqnalı verərək ona narazılığını bildirmişdir. Sonra sürətini azaldıb, həmin şəxsdən pəncərəni açıb nə istəməsinin səbəbini soruşmuş, həmin vaxt avtomobildə olan sərnişin kobud şəkildə ona «sür də» demişdir. Həmin vaxt o, avtomobildə körpə uşaq olduğunu demiş, daha sonra Ü.Hacıbəyov küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində həmin avtomobilə yaxınlaşıb sürücüyə “tələsirsənsə sol zolaqla hərəkət edə bilərsən” sözünü demiş, sözünü eşidən sərnişin “sən ailələnləsən maşınını sür get” deyə cavab vermişdir. O, R.Behbudov küçəsində həmin avtomobilin qarşısından sağa dönərkən, istəmədən həmin avtomobilin qarşısını kəsməli olmuş, taksidə oturan sərnişin, sonradan adını bildiyi Ramin qışqıraraq maşını qarşıda saxlamağını tələb etmişdir. O avtomobili saxlamış və arvadı qorxmasın deyə avtomobildən düşüb Toyota Prius markalı avtomobilə yaxınlaşmışdır. Bu zaman digər avtomobildə sərnişin qismində olan Ramin avtomobildən düşüb, ona onların yolunu kəsməyilə bağlı etiraz etmişdir. O, həmin şəxsə sağa dönməyini bildirdikdə aralarında qısa bir söz mübahisəsi olmuşdur. Mübahisə zamanı Ramin onun sifət nahiyyəsindən yumruq zərbəsi vurmuşdur. Bundan sonra o, maşınından təxminən 30-40 sm uzunluğunda olan boz rəngdə plasmas su borusunu götürərək Ramini vurmaq istəyəndə Toyota Prius markalı taksinin sürücüsü plastik borunu onun əlindən almışdır. Nalayiq sözü ancaq ona yumruq vurandan sonra istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Qəmbərovna ifadəsində göstərmişdir ki, 05.12.2021-ci il tarixdə saat təxminən iyirmi üç radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes” markalı avtomobildə gedərkən o, qucağında uşaq arxada oturmuşdur. Həyat yoldaşı maşında uşaq olduğu üçün avtomobili aşağı sürətlə idarə etmişdir. Arxadan gələn avtomobil-taksi həyat yoldaşının yol verməsi üçün işarə vermişdir. Ü.Hacıbəyov küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində həyat yoldaşı taksiyə yaxınlaşaraq sürücünün yanında oturan sərnişinə demişdir ki, «tələsirsinizsə sol zolaqla hərəkət edə bilərsiniz», həmin vaxt taksidə oturan sərnişin yenə onun həyat yoldaşına demişdir ki, “sən ailənləsən maşınını sür get”. Həyat yoldaşı R.Behbudov küçəsində sağa dönərkən taksinin qarşısından dönmüş, taksi sürücüsü çox güman ki, elə başa düşmüşdür ki, Cəmil qəsdən onun qarşısını kəsdi, taksi sürücüsü səs siqnalı vermiş, taksidə oturan şəxs onun həyat yoldaşı ilə mübahisə edərək avtomaşını qarşıda saxlamasını bildirmişdir. Cəmil maşını saxlayaraq düşmüşdür. Taksi də arxada saxlamışdır. Cəmil maşından düşəndə taksidə oturan sərnişin də düşmüş və onların maşınının arxasına keçmişdir. O, mübahisə səsi eşitmiş və maşına kiminsə dəydiyini hiss etmişdir. O, Cəmilin kimləsə dalaşdığını hiss edərək ağlamış və Cəmili çağırmışdır. Sonra Cəmil maşının yanına keçəndə Cəmillə taksidə olan sərnişinin dalaşdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05.12.2021ci il tarixdə saat təxminən 23:00-da idarə etdiyi “Toyota Pirus” markalı avtomobillə, dostu Ramin ilə birlikdə Üzeyir Hacıbəyov küçəsi ilə R.Behbudov küçəsi istiqamədinə hərəkət edərkən qarşısında gedən “Mersedes” markalı, avtomobilin sürücüsüsü, Cəmil avtomobili təxminən saatda 20-30 km sürətlə sürürürmüş. O, Cəmilə bir neçə dəfə siqnal verib yol istəmiş, lakin Cəmil ona yol verməyərək, əksinə əyləci basdığını görmüş, maşınını Cəmilin idarə etdiyi Mersedes markalı avtomaşının yanına sürərək Cəmilə iradını bildirmiş və bu zaman Cəmil kobud şəkildə “keç get” deyərək onun üstünə qışqırmışdır. Bu zaman onlar Cəmilin avtomobilində qadın olduğunu görüb, Cəmilə əhəmiyət verməyib ötüb keçmişlər. Ü.Hacıbəyov küçəsindən R.Behbudov küçəsinə tərəf dönərkən “Mersedes” markalı avtomobilin sürücüsü Cəmil işıqforda avtomobili onun qarşısına sürərək əyləci basmış, həmin vaxt dostu Ramin Cəmilə demişdir ki, “avtomaşınında ailən var çıx get”. Cəmil əlini avtomobildən çıxarıb nalayiq sözlər demiş və Ramil Cəmilə qarşıda avtomobili saxlamasını bildirmiş, eyni zamanda Cəmil də ona avtomobili saxlamağı üçün işarə vermişdir. Mersedes markalı avtomaşının sürücüsü Cəmil yolun solunda maşını saxlamış, o da həmin avtomaşının arxasında maşını saxlamışdır. Həmin vaxt Ramin maşından düşmüş, Cəmil də öz maşınında düşüb Raminə tərəf gəlmiş və Raminə təhqiramiz ifadələr işlətmişdir. O, avtomaşınından düşüb onlara yaxınlaşana qədər Ramin Cəmilin sifət nahiyyəsindən yumruq zərbələri vurmuş, Cəmil maşınına tərəf istiqamətdə yerə yıxılanda o, dərhal onları aralaşdırmağa çalışmışdır. Sonra Cəmil maşınına tərəf gedərək oturduğu sükan tərəfdən plastik boru götürüb Raminin üstünə gəlmək istəyəndə, o, dərhal Cəmili tutub saxlamış, həmin vaxt Ramin plastik borunu Cəmilin əlindən almışdır. O, Cəmili sakitləşdirməyə çalışırmış, lakin Cəmil heç cür sakitləşmirdi. Orada olan tanımadığı şəxslərin köməkliyi ilə Cəmili və Ramini aralaşdırmışlar. O, Ramini idarə etdiyi maşına otuzdurub oradan aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05.12.2021ci il tarixdə saat təxminən 23:00-da o, özünə məxsus avtomaşınla Rəşid Behbudov küçəsi ilə hərəkətdə olarkən «Axundov» parkının yaxınlığında gümüşü rəngdə Mersedes markalı avtomaşının yolun solunda dayandığını görmüşdür. Maşınının şüşəsi biraz aşağı olduğundan maşından ağlayan qadın səsi eşitmişdir. O, yolun soluna baxanda münaqişə olduğunu görmüş və maşınını Mersedes markalı avtomaşının qarşısına verib saxlayaraq maşından düşmüşdür. Mersedes markalı avtomaşının yanında iki nəfər şəxsin dalaşdığını görmüş və onların birini aralaşdırıb Mersedes markalı avtomaşının arxasında dayanmış qara rəngli Toyota Prius markalı avtomaşına apararaq, orada bu şəxsi sakitləşdirməyə çalışmış və həmin şəxsin Prius markalı avtomaşına oturmasına nail ola bilmişdir. Mersedes markalı avtomaşının sürücüsünün ağzının ətrafında qan görmüşdür. İki nəfər şəxs Toyota Prius markalı avtomaşına oturub gedəndən sonra, o, Mersedes markalı avtomaşının sürücüsünü sakitləşdirmiş, maşınından salfetka götürüb ağzının qanını silməsi üçün ona vermişdir. O, isə təşəkkür edərək maşınına oturub getmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsinin yaxınlığında yerləşən «Carpets» X5 mağazasının qarşısıdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 08.12.2021-ci il tarixli 791 №-li rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər üst dodağın bayır səthinin sol yarısının əzilmiş-cırılmış yarası, eləcə də selikli qişanın əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstəriən müddətdə və şəraitdə, yəni 05.12.2021-ci il tarixdə kənar şəxs tərəfindən dodaq nahiyyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, təhqiqat araşdırması zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs idarə etdiyi Mersedes markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomaşınında quraşdırılmış videoreqstratr tərəfindən qeydə alınan səsli videogörüntü yazılaraq təqdim edilmiş diskinə baxış keçirilmişdir. 01 ədəd diskdə 9 ədəd videofayl müəyyən edilmişdir. Hər bir faylda 1 dəqiqəlik səsli videogörüntü mövcuddur. 1-ci videofayl- saat 23:09:35-də başlayır. Videogörüntüdə videoreqstrator avtomaşının “Cavanşir” körpüsü üzərindən yolun sağ dördüncü zolağı ilə hərəkətdə olduğunu göstərir. Maşının içərisində Qadın səsi- atasının evindən o hər ay (söz eşidilmir) gedə bilməyəcək, -(söz eşidilmir) gedə bilməyəcək. Bu sözləri rus dilində də təkrar edir. Zərərçəkmiş şəxs səsi- rus dilində deyir: «nə bilim e, insanlar qəribədi, bəlkə nə vaxsa gedəcəm, amma indi getmirəm, başqa taktika seçirəm, o qadını bezdirmək taktikasını». Bu vaxt Zərərçəkmiş şəxs «Də nədi e, nədi yenə» dediyi eşidilir.Qadın səsi- rus dilində: «Cəmil uşaq var ha». Zərərçəkmiş şəxs səsi- rus dilində: «işığını yandırıb-söndürür», azərbaycan dilində «a bu özünü göstərməkdi e», rus dilində «bir neçə dəfə əyləci basacam», azərbaycan dilində «indi sakitcə». (həmin vaxt yanından maşın siqnal verir), Zərərçəkmiş şəxs deyir «nədir ey nədi». 2-ci fayl 23:10:35-də başlayır. Üzərində “Uber” yazılmış qara rəngli Toyota Prius markalı avtomaşının sol tərəfindən maşına yaxınlaşdığı müşahidə olunur. Zərərçəkmiş şəxs maşının içindən deyir:- «nolubey, nolub nə marqatdıyırsan? Nədi ey nolub». “Uber” taksidən gələn kişi səsi- «deyirəm sür də sür». Cəmilin səsi- «hara sürüm ey qabaxda maşın var, vertalyot sürmürəm ey». Zərərçəkmiş şəxs sağda 4-cü zolaqdan maşının sürətini artıraraq ondan solda hərəkətdə olan “Uber” taksinin qarşısı ilə sürətlə sürüb getməsi müşahidə olunur. Həmin vaxt maşından qadın səsi gəlir, lakin səs aydın eşidilmir. Bu vaxt Zərərçəkmiş şəxs astadan nə isə deyir, qadın “nə?” deyə soruşanda, Zərərçəkmiş şəxs rus dilində deyir- «emosiya qalxır, mən hirslənirəm». Qadın səsi- rus dilində: «sən uşağı fikirləş, sənin maşında uşağın var». Zərərçəkmiş şəxs- rus dilində- «mən bilmirəm neyləyirəm, tamam özümdən çıxdım?». Qadın səsi- «iş bir dəfə olur». Zərərçəkmiş şəxs səsi - rus dilində- «Mən bilirəm neyləyirəm, həyacanlanma». Qadın səsi- rus dilində: «Özün barədə düşünməyə bilərsən, mən uşağı düşünməyini deyirəm». Zərərçəkmiş şəxs- «Gəl sözüvü denən də eşşək» (maşın hərəkətdə olan zaman maşının içində öz-özünə deyir). Qadın səsi- «eşşəkdi də eşşək», rus dilində -«sən ki, eşşək deyilsən, tərbiyəli normal insansan». 3-cü fayl 23:11:35-də başlayır. Qadın səsi- rus dilində «o, eşşəkdi, eşşəklə eşşəklik etməzlər, uşaq yatıb, qorxar». Zərərçəkmiş şəxs Ü.Hacıbəyov küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində olan işıqforda, yolun solunda 3-cü zolaqda dayanmış qara rəngli, Torota Prius markalı Uber taksinin yanına maşını sürməsi müşahidə olunur, açıq pəncərədən Zərərçəkmiş şəxs digər avtomobilin sürücüsünə deyir:- «ə tələsirsən çıx yola sür də, maşında uşaq var altmışnan gedirəm də». Uber taksidən gələn səs- «ə tələsmirəm altmışnan getmirdin». Zərərçəkmiş şəxs- «ə 40-50-nən olsun». Həmin vaxt işıqforun yaşıl işığı yanır hər iki avtomobilin hərəkətə başlaması müşahidə olunur. Digər maşından gələn səs-rusca «ay qardaş». Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə Uber taksinin qarşı tərəfindən R.Behbudov küçəsinə dönməsi müşahidə olunur. Zərərçəkmiş şəxs maşında öz-özünə deyir- «a bax indi başa düşdün». R.Behbudov küçəsi ilə hərəkətdə olan zaman Uber taksi onun yaxınlığı ilə sürərək maşından kimsə deyir- «saxla qaqaş, saxla, saxla sən». Həmin vaxt yaxınlaşan maşından kiminsə düşdüyü, açılan qapı səsindən hiss olunur. Gələn səs- «na ğayrırsan ki?». Zərərçəkmiş şəxs deyir- «neynirəm ki?». Digər maşından qapının örtülməsi səsi gəlir, çöldən həmin səs deyir- «na ğayrırsan?». Zərərçəkmiş şəxs deyir- «neynirəm ki?». Gələn səs- «üstümüzə niyə sürürsən ki, maşını? Sənə dedim ki, ailən var maşında sür get». Zərərçəkmiş şəxs hündür səslə- «saxla qabaxda, saxla qabaxda». Digər səs- «saxlayıram gəl sür saxla qıraxda». Zərərçəkmiş şəxs- «gəl, gəl» dedikdən sonra maşını yolun solu ilə sürməsi müşahidə olunur. Qadın səsi- rus dilində -«Cəmil uşaq burdadı, Cəmil mən qorxuram». C.Hüsynov- «ə qorxma, sakitləş». Qadın səsi- «Cəmil». Zərərçəkmiş şəxs -«ə qorxma da». 4-cü fayl 23:12:35-də başlayır. Qadın səsi- «Cəmil, Cəmil». Zərərçəkmiş şəxs-yarı rus, yarı azərbaycanca «indi geri çəkiləcək». Qadın səsi- «Cəmil». Zərərçəkmiş şəxs- rusca -«ə sakitləş də». Qadın səsi- «Cəmil». Zərərçəkmiş şəxs - rusca «əşi sakitləş də, sakitləş deyirəm». Bundan sonra Zərərçəkmiş şəxs maşını saxlayır, maşından düşür, 4 saniyədən sonra qapı açılır. Münaqişənin başladığı vaxt: 23:12:52 olaraq qeydə alınır. Qadın səsi- qışqıraraq «Cəmil, Cəmil», (ağlayaraq) rus dilində «rica edirəm, rica edirəm, lazım deyil» (deyə qışqırır). Çöldən tam eşidilməyən münaqişə səsləri gəlir. Qadın səsi-«Cəmil, Cəmil» (deyərək qışqırıb ağlayır). Münaqişə səsləri artır. Qadın səsi-qışqırıb ağlayaraq «Cəmil, Cəmil» deyir. Həmin vaxt qarşıda ağ rəngdə Yaquar markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşın dayanır maşından qırmızı köynəkli bir nəfər oğlan düşməsi, səs gələn tərəfə yaxınlaşması müşahidə olunur. Qadın səsi «Cəmil, Cəmil» deyərək qışıqrıb ağlayır. Çöldən söyüş səsləri gəlir, kimsə söyüş söymə deyir. Münaqişə səsləri davam edir, maşının qapısı açılır. Zərərçəkmiş şəxs səsi eşidilir - «Gözdə da bir dəqiqə» deyir. Münaqişə davam edir. 5-ci fayl 23:13:35-də başlayır. Qadın səsi qışqırıb ağlayaraq- «Cəmil, Cəmil» deyir. Zərərçəkmiş şəxs- «özüvə gəldə, özüvə gəl deyirəm» deyərək qışqırıq səsi gəlir. Qadın səsi, ağlayaraq- rus dilində «Cəmil Cəmil yalvarıram bəsdir». Qapının örtülmə səsi gəlir, reqstrator yalnız qarşı tərəfi çəkdiyi üçün hadisə yeri görünmür, çöldən qarışıq səslər gəlir, maşında yalnız qadının ağlamaq səsi gəlir. 6-cı fayl 23:14:35-də başlayır. Maşından qadın ağlamaq səsi gəlir, maşının sol qarşı tərəfindən əynində qara rəngdə gödəkcə ağ köynək geyinmiş saçı seyrək olan bir şəxs “başımı xarab eləmə mənim, başımı xarab eləmə” deyir, qırmızı köynəkli bir şəxs onu kənara çəkməyə çalışır, sonra onlar avtomaşının sol tərəfinə keçdiyi üçün heç nə görünmür, sonra yenə də münaqişənin davam etməsi kimi səslər gəlir, qadın qışrqıraraq «Cəmil, Cəmil» deyir. Maşının sol yan tərəfində əynində tünd yaşıl rəngdə köynək olan bir şəxs sanki dalaşırmış kimi görünür, fayl bitir. 7-ci fayl 23:15:35də başlayır. Maşında qadının ağlamaq səsi gəlir, maşının sol yan tərəfindən əynində qırmızı köynək olan şəxs, əynində tünd yaşıl köynək geyinmiş şəxsi qucaqlayaraq Yaquar maşınından qarşıda dayanmış maşına tərəf aparır, onların arxasıca əynində qara gödəkcə, ağ köynək geyinmiş şəxs gedir, həmin vaxt solda C.Hüsenovun əlində telefona oxşar əşyanı Yaquar maşınından qarşıda dayanmış maşın istiqamətində tutduğu görünür, həmin vaxt əynində ağ köynək, qara gödəkcə olan şəxs dərhal geri qayıdaraq C.Hüsenovun əlində olan əşyanı almağa çalışır. Bir neçə saniyədən sonra qırmızı köynəkli oğlan qayıdır, əynində tünd yaşıl köynək geyinmiş şəxs onun ardınca gəlmək istəyəndə onu sakitləşdirməyə çalışdığı görünür. Sonra həmin şəxs maşının sol tərəf istiqamətinə gələrək əli ilə əynində ağ köynək, qara gödəkcə olan saçı seyrək şəxsə gəldiyi istiqəmətə, yəni Tünd yaşıl köynək geyinmiş şəxsin yanına getməsini işarə verir, həmin şəxslər gedir. Zərərçəkmiş şəxs onların ardınca getmək istəyəndə, qırmızı köynəkli şəxs onun qolundan tutaraq saxlayır, həmin vaxt sol tərəfdən əynində ağ köynək olan bir nəfər oğlan da Zərərçəkmiş şəxs saxlamağa çalışır və əlində olan telefona oxşar əşyanı Zərərçəkmiş şəxs əynində olan gödəkcənin cibinə qoyur. 8-ci fayl 23:16:35-də başlayır. Qırmızı köynəkli şəxs Yaquar markalı avtomaşının qapısını açaraq oradan kağız dəsmal çıxarır, Zərərçəkmiş şəxs ağız hissəsini həmin dəsmalla silir, həmin vaxt onların yanında ağ köynəkli bir şəxs, onun yanında daha bir nəfər dayanıb. 9-ci fayl 23:17:35-də başlayır. Maşının qarşısında yolun solunda dayanmış ağ köynək geyinən oğlanla yanında qara gödəkcə geyinmiş şəxs Yaquar markalı avtomaşının qarşısında dayanmış, Zərərçəkmiş şəxsun ağzını dəsmalla silməyə kömək edən qırmızı köynəkli oğlana nə isə deyir və həmin iki şəxs gedir. Qırmızı köynəkli oğlan maşından kağız dəsmal götürərək Zərərçəkmiş şəxs verir, sonuncu minnətdarlıq əlamətinə oxşar işarə ilə qırmızı köynəli şəxslə sağollaşıb maşına qayıdır. Qırmızı köynəkli şəxs idarə etdiyi Yaquar maşınına oturaraq sürüb gedir. Zərərçəkmiş şəxs da öz maşınını sürüb gedir. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 1-004 və TŞ 1-010 nömrəli kameralarının 05.12.2021-ci il tarixdə saat 23:00dan 23:20-dək qeydə aldığı görüntüləri özündə əks etdirən 01 ədəd diskdə 6 (altı) ədəd videofayl vardır. 1-ci videofayl Ü.Hacıbəyov küçəsi ilə R.Behbudov küçəsinin kəsişdiyi yerdə quraşdırlmış TŞ 1-004-1 nömrəli kamera tərəfindən qeydə alınmış videoyazı 20:01 dəqiqədir. Görüntüdə yalnız maşınların hərəkəti qeyd edilmişdir. 2-ci videofayl - TŞ 1-004-2 nömrəli kamera tərəfindən qeydə alınmışdır. 20 dəqiqəlik görüntü R.Behbudov küçəsində, “Sahil” bağının yaxınlığından keçən mərkəzi yolu göstərir. Yolun “28 may” metrosu istiqamətinə olan hissəsində maşınlar hərəkətdədir. 11:40 saniyədə Ü.Hacıbəyov küçəsindən yolun Rəşid Behbudov küçəsi istiqamətinə dönən metal rəngdə görünən Mersedes markalı avtomaşın 4 zolaqlı yolun soldan üçüncü zolağından ikinci zolağına dönərək maşınların arasından yaxınlaşır. Arxadan gələn qara rəngli “Uber” taksi Mersedes markalı avtomaşının yanında 12:05 saniyədə saxlayır. “Uber” takisinin qarşı sərnişin hissəsindən bir nəfər düşərək Mersedes markalı avtomaşına yaxınlaşır, nə isə deyir, sonra taksiyə oturur. Mersedes markalı avtomaşın yolun Xaqani küçəsi ilə kəsişən hissəsini keçərək qarşıda saxlayır, arxasıca maşınlar dayanır. Məsafə uzaq olduğu üçün yalnız işıqlar görünür. 3-cü videofayl - Ü.Hacıbəyov küçəsi ilə R.Behbudov küçəsinin kəsişdiyi yerdə quraşdırlmış TŞ 1-004-3 nömrəli kamera tərəfindən qeydə alınmışdır. Videoyazı 20:01 dəqiqədir. Görüntüdə yalnız maşınların hərəkəti qeyd edilmişdir. 4-cü fayl - TŞ 1-010-1 nömrəli, 180 dərəcəli bucaq altında hərəkətdə olan kamera tərəfindən qeydə alınmışdır. Videoyazı 20:01 dəqiqədir. Kamera “28 may” istiqamətinə dönən zaman yolun «Axundov kitabxanası»nın yanında olan hissəsində, hərəkət hissəsinin solunda qara rəngli Toyota Prius markalı, üzərində “Uber” yazılmış taksi gümüşü rəngdə görünən Mersedes markalı avtomaşından təxminən üç metr yaxın məsafədə, arxada dayandığı, 12:33 saniyədə Mersedes markalı avtomaşının sükan olan qapısının qarşısında bir nəfər qara rəngdə paltarda, başı seyrək tüklü şəxsin bir nəfər qara rəngdə papaqlı jempir geyinmiş şəxsin əlindən tutduğu, sonra bir nəfər tünd yaşıl rəngdə görünən gödəkcə geyinmiş arıq bədənli 175-180 sm boylarında olan bir nəfər şəxsin yaxınlaşaraq qara rəngdə papaqlı gödəkcəyə oxşar paltar geyinmiş ağ saçları olan şəxsin əlindən ağ rəngdə boruya oxşar əşyanı alaraq əvvəl kənarlaşdığı, sonra yenidən saçı seyrək olan şəxsin qarşısını alaraq saxladığı şəxsə yaxınlaşdığı, Mersedes markalı avtomaşının qarşısında ağ rəngdə Yaquar markalı maşının saxladığı, maşından qırmızı rəngli köynək geyinmiş şəxsin onlara yaxınlaşdığı görünür. Sonra kamera hərəkətdə olduğu istiqamətə dönür, əks istiqamətə qayıdan zaman saçı seyrək olan qara gödəkcə geyinmiş şəxsin Mersedes markalı avtomaşının yanında saxlamağa çalışdığı papaqlı gödəkcə geyinmiş ağ saçlı şəxsi Mersedes markalı avtomaşına oturtmağa çalışdığı, sonuncu şəxsin maşına oturmayaraq kənarlaşdığı, qırmızı köynəkli oğlanın digər şəxsi “Uber” taksi istiqamətinə apardığı, taksinin arxasına keçərərək hər iki əli ilə həmin şəxsin çiyinlərindən tutaraq sanki onu sakitləşdirməyə çalışdığı görünür. Kamera yenidən öz istiqəmətində hərəkət edir. Xaqani küçəsini qeydə alır, yenidən əks istiqamətə dönür, «Axundov kitabxanası»nın yaxınlığında üç nəfər şəxsin dayanaraq R.Behbudov küçəsi istiqamətində baxdığı görünür. 14:41 saniyədə Mersedes markalı avtomaşının piyada keçid olan hissəsində üç nəfər şəxsin kənarda dayandığı, qırmızı köynəkli şəxsin qara papaqlı gödəkcəyə oxşar paltar geyinmiş ağ saçlı şəxsi, sonuncu ilə qarşı-qarşıya dayanmış qara gödəkcə geyinmiş saçı seyrək olan şəxsdən və sonuncunun yanında olan tünd yaşıl rəngdə gödəkcə geyinmiş şəxsdən uzaqlaşdırmağa çalışdığı görünür. Kamerə hərəkətdə olduğu istiqamətə dönür, dayanır, sonra əks istiqamətə dönür, əynində tünd yaşıl rəngdə gödəkcə olan oğlan geri qayıdaraq ağ saçlı şəxslə dalaşmaq istəyir, lakin saçı seyrək olan və qırmızı köynək geyinmiş şəxs onları aralaşdırmağa çalışırlar. Bu zaman kənarda dayanıb baxan şəxslərdən biri də dalaşmaq istəyən şəxsləri aralaşdırmağa kömək edir. Qırmızı köynək geyinmiş şəxs dalaşmağa çalışan tünd yaşıl gödəkcə geyinmiş şəxsi aralaşdıraraq qarşıda dayanmış “Uber” takisiyə tərəf aparır, kamera hərəkətdə olduğu istiqamətə dönür, dayanır. Sonra yenidən əks istiqamətə dönərək hərəkət edir. 16:48 də Mersedes markalı avtomaşının qarşısında qırmızı rəngdə köynək geyinmiş şəxsin papaqlı gödəkcə geyinjniş şəxsin ağız hissəsini əlində tutduğu ağ rəngli əşya ilə sildiyi görünür. 17:10-da onların yanında dayanmış, kənardan hadisəyə baxan biri ağ köynəkdə digəri boz gödəkcədə olan şəxslər oradan uzaqlaşır. Kamera öz istiqəmətində hərəkət edir. Xaqani küçəsini görüntüləyir, əks istiqamətə qayıdır, hadisə yerində qeyd olunan şəxslərin olmadığı görünür. 5-ci fayl - TŞ 1-010-2 nömrəli kamera tərəfindən 20:01 dəqiqə müddətində qeydə alınmış videogörüntüdə 12:07 saniyədə R.Behbudov küçəsindən keçən yolun «Axundov kitabxanası»nın yanında olan hissəsində gümüşü rəngli Mersedes markalı avtomaşının qəza işıqlarını yandıraraq yolun sol kənar zolağında dayandığı görünür. Ondan 4 saniyə sonra qara rəngli, Toyota Prius markalı, üzərində “Uber” sözü yazılmış taksi Mersedes markalı avtomaşından təxminən üç metr məsafədə, arxasında saxlayır. Həmin anda Uber taksinin qarşı sərnişin qapısını açaraq əynində tünd yaşıla oxşar rəngdə gödəkcə olan arıq bədənli 175-180 sm boylarında olan oğlan dərhal maşından düşürək, Mersedes markalı avtomaşından düşərək ona yaxınlaşan, əynində qara gödəkcə olan, ağ saçlı oğlana əl hərəkəti ilə nə isə deyərək yaxınlaşır, iki saniyədə sonra ağ saçlı oğlanın sifət nahiyyəsindən əvəlcə sağ, sonra sol əli ilə biri-birinin ardıca iki yumruq zərbəsi vurur. Zərbədən yerə yıxılan ağ saçlı oğlan yerindən qalxmaq istəyəndə sağ əli ilə bir zərbə də vurur. Həmin vaxt Uber taksinin sürücü olan qapısından düşən, əynində qara rəngli gödəkcə olan, saçları seyrək olan şəxs dərhal ağ saçlı oğlanı kənara çəkir. Mersedes markalı avtomaşından düşən həmin ağ saçlı şəxs maşının sürücü oturan hissəsindən qapını açır, əlini içəri aparır, nə isə götürəndə saçı seyrək olan şəxs onun əlindən tutur, həmin şəxsin əlində ağ rəngdə təxminən 80 sm uzunluğunda olan boruya oxşar əşya görünür, tünd yaşıl rəngli gödəkcədə olan şəxs onlara yaxınlaşaraq saçı seyrək olan şəxsin köməkliyi ilə ağ rəngli əşyanı ağ saçlı oğlanın əlindən alır, saçları seyrək olan qara gödəkcəli şəxs ağ saçlı oğlanı kənara çəkməyə çalışır. Həmin vaxt Mersedes markalı avtomaşının yanından keçən ağ rəngli Yaquar markalı avtomaşın Mersedes markalı avtomaşının qarşısında saxlayır. Maşından düşən əynində qırmızı rəngdə köynək olan şəxs onlara yaxınlaşaraq əlində ağ rəngdə boruya oxşar əşyanı tutmuş tünd yaşıl rəngdə gödəkcə geyinmiş şəxsi kənarlaşdıraraq Uber taksiyə tərəf aparır, həmin şəxs əlində olan əşyanı Uber taksinin qarşı sərnişin oturacağı istiqamətində maşının içinə atır. Saçı seyrək olan qara gödəkcə geyinmiş şəxsin Mersedes markalı avtomaşının yanında saxlamağa çalışdığı, papaqlı gödəkcəyə oxşar paltar geyininmiş ağ saçlı şəxsi Mersedes markalı avtomaşına oturtmağa çalışdığı, sonuncu şəxsin maşına oturmayaraq kənarlaşdığı, qırmızı köynəkli oğlanın əynində tünd yaşıl gödəkcə olan şəxsi “Uber” taksi istiqamətinə apardığı, taksinin arxasına keçərək hər iki əli ilə həmin şəxsin çiyinlərindən tutaraq sanki onu sakitləşdirməyə çalışdığı görünür. 13:58- də qırmızı rəngdə köynək geyinmiş şəxs, sakitləşdirməyə çalışdığı tünd yaşıl gödəkcə geyinmiş şəxsi Ubar taksiyə oturdur, maşına oturan şəxs Uber taksini sürür, qırmızı köynəkli oğlan Mersedes markalı avtomaşının yanında olan ağ saçlı və saçları seyrək olan qara gödəkcə geyinmiş oğlana yaxınlaşır. Əynində qara papaqlı geyim olan ağ saçlı oğlan gödəkcəsinin sağ cibindən nə isə götürərək Mersedes markalı avtomaşının qarşı istiqamətində dayanmış maşına tərəf tutur, saçları seyrək olan şəxs onun əlindən tutaraq hərəkətinin qarşısını almağa çalışır, mübahisə zamanı 14:41 saniyədə yolun sağından iki nəfər, sol tərəfindən bir nəfər şəxs onlara yaxınlaşaraq baxırlar. Qırmızı köynəkli şəxsin qara papaqlı gödəkcə geyinmiş ağ saçlı şəxsi sonuncu ilə qarşı-qarşıya dayanmış qara gödəkcə geyinmiş saçı seyrək olan şəxsdən və sonuncunun yanında olan şəxsdən uzaqlaşdırmağa çalışdığı görünür. Əynində tünd yaşıl rəngdə köynək olan oğlan geri qayıdaraq papaqlı geyim geyinmiş ağ saçlı şəxslə dalaşmaq istəyir. Lakin saçı seyrək olan və qırmızı köynək geyinmiş şəxs onları aralaşdırmağa çalışırlar. Bu zaman kənarda dayanıb baxan şəxslərdən biri də dalaşmaq istəyən şəxsləri aralaşdırmağa kömək edir. Saçı seyrək olan qara rəngli gödəkcə geyinmiş şəxs tünd yaşıl gödəkcə geyinmiş şəxsi oradan uzaqlaşdırıb aparır. 16:48-də Mersedes markalı avtomaşının qarşısında qırmızı rəngdə köynək geyinmiş şəxsin papaqlı gödəkcə geyinmiş ağ saçlı şəxsin ağız hissəsini əlində tutduğu ağ rəngli əşya ilə sildiyi görünür. 17:10-da onların yanında dayanmış, kənardan hadisəyə baxan biri ağ köynəkdə, digəri boz gödəkcədə olan şəxslər oradan uzaqlaşır. 6-cı videofayl -TŞ 1-010-3 nömrəli kamera tərəfindən 20:01 dəqiqə müddətinə qeydə alınmış videogörüntüdə yalnız maşınların hərəkəti qeyd edilir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 03 mart 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Təhlükəsizlik Şəhər Xidmətinin TŞ 1-004 və TŞ 1-010 nömrəli kameralarının 05.12.2021-ci il tarixdə saat 23:00-dan 23:20-dək qeydə aldığı görüntüləri özündə əks etdirən 01 ədəd disk, Zərərçəkmiş şəxs idarə etdiyi Mersedes markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomaşınında quraşdırılmış videoreqstratr tərəfindən qeydə alınan səsli videogörüntü yazılaraq təqdim edilmiş disk maddi sübut hesab edilməklə, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nizami rayon məhkəməsinin 29 yanvar 2021-ci il il tarixli 3(007)-831/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı TSSK-nın arayışından və Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, X3 Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar güllə yaralanmasından sonra müddətsiz ikinci qrup əllildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərtəqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını və atasının Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı ikinci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 220020040 saylı cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-106/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-106/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver