Məhkəmə qərarları › İş №1(009)-106/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-106/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-106/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda,. 2 (iki) ədəd bükümdə heroinə bənzər, qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış 0.860 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 17 avqust 2023-cü il tarixdə saat 21:45 radələrində, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 2 ünvanının qarşısında Səbail RPİ-nin 9-cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin ünvan 4 ünvanında olan inzibati binasına gətirilib həmin gün saat 22:45-dən etibarən üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı və əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş 02(iki) ədəd bükümlərdə, birinci bükümün içərisində təmiz çəkisi 0,470 qram, ikinçi bükümün içərisində təmiz çəkisi 0,390 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 0.860 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. O uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Ümumillikdə narkotik vasitə heroini Bakı şəhərinin rayonlarından müxtəlif qiymətlərə alaraq öz şəxsi istifadəsi üçün əldə edir. Həmçinin heroindən istifadə etmədikdə bədənində küt ağrılar olur. Sonuncu dəfə 3-4 gün əvvəl narkotik vasitə heroindən istifadə etmişdir. Nəticə etibari ilə 16 avqust 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında “Ruslan” adlı şəxsdən öz istifadəsi üçün 25 manat pulun müqabilində 2 (iki) büküm heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Beləliklə də 17 avqust 2023-cü il tarixdə saat 21:45-də Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 2 ünvanının qarşısında olduğu zaman özlərini polis əməkdaşı kimi ona təqdim edib xidməti vəsiqələrini göstərərək, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 olduqlarını bildirdilər. Həmin vaxt onun üzərində 2 (iki) büküm heroin olduğu üçün həyəcanlandı və polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başladılar. Həmin vaxt o özünü polis əməkdaşlarına xx xxxxx 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olaraq təqdim etdi. Bundan sonra polis əməkdaşları onu 9-cu Polis Bölməsinə dəvət etdilər. O polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlar ilə birlikdə 9-cu polis bölməsinə getdi. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etdilər. O həmin zaman video çəkiliş aparılmasına etiraz etmədi. Bundan sonra Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Səbail rayon 3 saylı hüquq məsləhətxanasının vəkili X9 tərəfindən öz razılığı əsasında hüquqları müdafiə edilməklə şübhəli şəxs qismində tutuldu. Daha sonra 9-cu Polis Bölməsinin ünvan 4 ünvanında üzərinə video görüntü ilə baxış keçirildi. Baxış zamanı ona üzərində .hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ilkin olaraq sual verildi. Bundan sonra o üzərində saxlamaqla daşıdığı özünə məxsus, sellofana bükülmüş, 2 (iki) ədəd bükümdə olan heroini əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxararaq könüllü olaraq masanın üzərinə qoydu. Sorğu-sual zamanı o bildirdi ki, ondan aşkar edilmiş heroini 16 avqust 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında “Ruslan” adlı şəxsdən 25 manat pulun müqabilində 2 (iki) büküm heroini öz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamaqla daşımışdır. Sonra o sol yan cibindən qohumu Orucəliyə məxsus, qara rəngli, qoruyucu üzlüyün içərisində olan “Samsunq A10” markalı mobil telefonu cıxardaraq təqdim etdi. Orucəlidən telefonu 16 avqust 2023-cü il tarixdə istifadə etmək üçün götürmüş, lakin telefonun kodunu və içindəki mobil telefon nömrəsini bilmir, daha doğrusu Orucəli ona desədə o yadında saxlaya biləmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırıldı, qablaşdırılmış zərf 166 saylı möhürlə möhürləndi, bu barədə protokol tərtib edildi, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildi. Beləliklə də vəkili X2 iştirakı ilə aparaılan videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Son olaraq bildirir ki, əvvəlcədən onun özü bildirdi ki, onun üzərində olan narkotik vasitə olan heroindir. Hazırda etdiyi cinayət əməlimdən peşmandır. Həmçinin o Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq hərəkətləri olmamışdır. 16 avqust 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında “Ruslan” adlı şəxsdən 25 manat pulun müqabilində 2 (iki) büküm heroini öz şəxsi istifadəm üçün alsamda “Ruslan” adlı şəxlə həmin vaxtı orada tanış olmuşdur, onun haqqında heç bir məlumatı yoxdur. Üzərində olan narkotik vasitə olan heroindən başqa heç bir ünvanda hər hansı bir növ narkotik vasitə saxlamır. Narkotik vasitə olan heroindən istifadə etməyəndə bədənində küt ağrılar olur və hazırda asılı bir vəziyyətə düşmüşdür. O heç bir psixi xəstəlikdən əziyyət çəkmir bununla bağlı olaraq heç bir psixi xəstəxanada qeydiyyatda deyildir. O başqa yerlərdən oğurluq etmyib. Saxlanılan zamanı polis əməkdaşları tərəfindən heç bir psixi və ya zorakılıq olmayıb, həmçinin döyülməmiş, onun üzərində olan narkotik vasitə heroin ona məxsudur. Üzərimdən aşkar edilən narkotik vasitə olan heroin ona məxsusdur və öz şəxsi tələbatlarını ödəmək məqsədi ilə üzərində gəzdirmişdir. Hazırda etdiyi cinayət əməlimdən peşmandır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdən X10, 2023-cü il tarixdən Səbail RPİ-nin 9-cu PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Hazırda xüsusi rütbəsi polis leytenantıdır. Cinayət işinin mahiyyəti üzrə göstərir ki, 17 avqust 2023-cü il tarixdə saat 21:45 radələrində polis baş leytenantı Şahid1 ilə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 2 ünavnında 1 (bir) nəfər şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrin istifadəsində özünü şübhəli aparması ilə bağlı ona yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqələrini təqdim edib ondan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etdilər. Həmin şəxs özünü xx xxxxx 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olaraq özünü təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs xahiş etdilər ki, özünü narkotik vasitələrin istifadəsində şübhəli aparması ilə bağlı onlarla bərəbar Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 4 ünvanda yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs bizə heç bir etiraz etmədən könüllü olaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə getməsinə razlıq verdi. Beləliklə də o və baş leytenantı Şahid1 Səbail Rayon polis İdarəsinin 9-cu polis Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Müşfiq Gözəlovun adına raport tərtib etdilər ki, bölməyə narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli şəxs qismində dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə göstəriş versin. Nəticə etibari ilə həmin raportun araşdırılması Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı, polis mayoru X4 həvalə edildi. Beləliklədə Bakı şəhəri, Səbail rayonu 9-cu Polis Bölməsinin ünvan 4 ünvanda yerləşən inzibati binanın xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması haqqında baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən protokol tərtib edildi. Həmin zaman Təqsirləndirilən şəxs baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən hüquq və vəzifələri izah edildi. Həmçinin Təqsirləndirilən şəxs 3 saylı vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edildi. Həmin siyahıya əsasən Təqsirləndirilən şəxs hüquqlarının X8 tərəfindən müdafiə edilməsini xahiş etdi. Bundan sonra şəxsi axtarış və götürülmə aparılan zaman Təqsirləndirilən şəxs izah edildi ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq masa üzərinə qoymaqla təqdim etsin. Həmçinin Səbail RPİ-nin 9-cu PB-nin CA üzrə əməliyyat müvəkkili baş leytenantı Şahid1 tərəfindən mobil telefondan istifadə edilməklə video çəkiliş həyata keçirilməyə başlanıldı. Beləliklə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 3 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümü çıxarıb xidməti otaqda olan masa üzərinə qoymaqla təqdim etdi, bundan başqa onun sol yan cibindən "Samsung A10” markalı mobil telefon aşkar edildi. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı. İlk öncə onun əynində olan paltarlarına baxıldı, lakin hər hansı bir qanunsuz əşya aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükülünü göstərərək el içində narkotik vasitə olan heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 2 (iki) ədəd bükülünü hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirildiyi sorğu-sual edilən zaman, Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik vasitəni Yasamal rayonu, Elmlər Akademiyası adlanan ərazi yaxınlığında “Ruslan” adlı şəxsdən 25 (iyurmi beş) manata aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükülünün ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən zərfə qoyularaq qablaşdırılacağını bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi.Bundan sonra içərisində narkotik vasitə olan heroinə bənzər 2 (iki) ədəd bükülü zərfə qoyularaq Səbail RPİ-nin 9-cu PB- nin zərflər üçün nəzərdə tutulmuş 166 nömrəli möhür ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Nəticə etibari ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin narkotik vasitə heroin olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən kimyəvi ekspertiza təyin edilməsi barədə qərar qəbul edilərək rəy alındı. Həqiqətəndə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əynində olan göy rənli şalvarın sol yan cibindən 2 (iki) ədəd bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış 0,860 qram narkotik vasitə heroin olması ekspertiza rəyi ilə bir daha öz təsdiqini tapdı. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində tərəflərindən zəruri əməliyyat axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə olan 0,860 qram narkotik vasitə heroini satmaq niyyəti olmamışdır. Belə ki, həmin narkotik vasitəni tanımadığı şəxsdən 25 manat pulun müqabilində öz şəxsi istifadə etmək üçün alaraq üzərində saxlamaqla daşımasını tərəflərindən müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmənin aparılması haqqında” 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən kompakt diskə 1 ədəd fayl var. Həmin fayl 05 dəqiqə 10 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş 2 (iki) ədəd bükümləri çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, üzərinə şəxsi axtarış aparılan həmin şəxs onun özüdür, həmin görüntülər 17 avqust 2023-cü il tarixdə Səbail RPİ-nin 9-cu PBnin inzibati binasında üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmişdir, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən çıxarıb təqdim içərisində tünd qəhvəri rəngli maddə kütləsi olan sellofana bükülmüş iki ədəd bükümlərdə olan maddə narkotik vasitə heroindir, həmin heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Daha sonra aşkar edilmiş 2(iki) ədəd büküm zərfə qoyulub qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4423 N°-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N° 166..” dairəvi möhür əksi və “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza,...iştirakçılar: üç-imza, Təhqiqatçı:B.Qasımzadə- imza...” sözləri olan zərfdəki 02(iki) ədəd bükümlərdəki təmiz çəkiləri-0,470qram, -0,390 qram, ümumi təmiz çəkisi-0,860 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış 0, 860 qram narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən markotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,860 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 0.780 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 X15-narkoloji X6 19 avqust 2023-cü tarixli 5341 Ns-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlələrin geri qaytarılmasına dair 18 avqust 2023-cü il tarixli aktdan görünür ki, 0,860 qram qəbul olunmuş, 0,08 qram nümunə götürülmüş və 0.780 qram heroin geri qaytarılmışdır. İş materialalrında görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan çibindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd bükümlərdə ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,780 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materialalrında görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi - 0,860 qram., tədqiqata sərf edildi - 0,08 qram., qalıq - 0,780 qram narkotik vasitə heroin cinayət işi materialları ilə tanış olduqdan sonra saxlanılması məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə, 21:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhə edilən şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbiri seçilməsi haqqında 18 avqust 2023cü il tarixli qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Qərar Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə, saat 16:00-da elan olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş, 02 dekabr 2023cü il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-106/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, o, tapılanadək iş üzrə icraat dayandırılmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və tutulduqdan sonra Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-31/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Polis İdarəsinin 09 fevral 2024-cü il tarixli məktubundan görünür ki Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutu və video görüntünü sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib özündə saxlayaraq daşıması cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş məhkumluq haqqında arayışdan görünür görünür ki, Təqsirləndirilən şəxs, Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 yanvar 2022-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən hökmlə təyin edilmiş və çəkilməmiş cəzası 06 ay azaldılmış və 22 dekabr 2022-ci ildə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Hazırki cinayət hadisəsinin 17 avqust 2023-cü il tarixində baş verdiyini və Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci ildə cəzasının sonu ilə cəzadan azad olunduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər digər cinayət əməlinin törədilməsinə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və halhazırda əməlində residivinin müəyyən olunmasını, cəzasının fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəlinin tutulduğu vaxtdan yəni 17 yanvar 2024-cü ildən hesablanmasını və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün ilə hesablanır Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixədək və 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək, 04 (dörd) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 X15-narkoloji X6 19 avqust 2023-cü tarixli 5341 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10 və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,780 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356 cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdən 19 avqust 2023-cü il tarixədək və 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək, 04 (dörd) gün müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,780 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına ödəniləcək – 92 (doxsan iki) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 234 (iki yüz otuz dörd) manat pul tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar