Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-106/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmmdova Məryamxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla ünvan 2-də yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona yaranmış etibarından sui-istifadə edib sonuncunun oğlu X3 cəzaçəkmə müəssəsindən azad edilməsinə köməklik göstərəcəyini yalandan vəd verib xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanında yerləşən Milli Məclisin qarşısında Zərərçəkmiş şəxs 4500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs qızma 4500 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona yaranmış etibarından sui-istifadə edib sonuncunun oğlu X3 cəzaçəkmə müəssəsindən azad edilməsinə köməklik göstərəcəyini yalandan vəd verib xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 1 ünvanında yerləşən Milli Məclisin qarşısında Zərərçəkmiş şəxs 4500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs qızma 4500 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsinin qarşısında əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə söhbət edən zaman oğlunun 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bilmiş və oğlunun 4500 manat pul müqabilində oradan çıxarılması təklif etmişdir. Mirxanım bu təkliflə razılaşmışdı. xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Mirxanımla və Mirxanımın digər oğlu Elçinlə Milli Məclisin qarşısında görüşmüş onlardan 4500 manat pulu almışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 10 saylı cəzaçəkmə müəssəsinə oğlu Fizuli Quyliyevin yanına getmişdir. Qeyd olunan cəzaçəkmə müəssəsində oğlu Fizuli ilə görüşdükdən sonra cəzaçəkmənin qarşısında olduğu zaman bir nəfər şəxs yaxınlaşaraq Prezident aparatının işçisi kimi təqdim edib və oğlunu vaxtından əvvəl cəzadan azad edə biləcəyini bildirmişdir. Mayis təklifi ilə razılaşmış, lakin həmin vaxt Mayis bu işlərin görünməsi üçün 4500 manat ödəmək lazım olduğunu bildirimişdir. 15 sentyabr 2024-cü il tarixdə saat 11:30 radələrində digər oğlu Elçin ilə birlikdə Milli Məclisin qarşısına gəlib və orada olduğu zaman özünü İlham Əliyev kimi təqdim edən Təqsirləndirilən şəxs oğlu Elçin 4500 manat pulu həbsdə olan Fizuli oğlunu vaxtından əvvəl həbsdən azad etmək üçün vermişlər. Pulu verdidkən sonra Mayis şəxs 18 sentyabr 2024-cü il tarixdə oğlu Fizulinin həbsdən çıxacağını bildirmişdir. Lakin 16 sentyabr 2024-cü il tarixdə Mayisə yığıb iş ilə bağlı maraqlanmaq istədikdə Mayisa zəng çatmamışdır. Bundan sonra aldadıldığını başa düşüb DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona 4500 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə saat 19:00 radələrində anası Mirxanım qardaşı Fizuli ilə cəzaçəkmə müəssəsində görüşüb yaşadıqları evə gəlmiş. Evdə olduğu zaman anası Mirxanım bildirib ki, qardaşı Fizulini bir nəfər Prezident Aparatında işləyən şəxs amnisiya ilə həbsdən azad edə biləcəyini bildirmiş və bu işi görmək üçün 4500 manat istəmişdir.15 sentyabr 2024-cü il tarixdə saat 11:30 radələrində anası ilə birlikdə Milli Məclisin qabağına getmiş və orada olduğu zaman özünü Prezident Aparatının işçisi kimi təqdim edən İlham Əliyev adlı şəxsə 4500 manat pul vermişlər. Pulu verdiyi vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs qardaşı X4 18 sentyabr 2024-cü il tarixdə həbsdən azad olunacağını bildirmişdir. Lakin 16 sentaybr 2024-cü il tarixdə anası və o, Təqsirləndirilən şəxs iş ilə bağlı əlaqə yaratmaq istəsələr də, Mayisa zəng çatmamışdır. Anası aldadıldıqalrını görmüş bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 ZXM-nə etdiyi müraciəti əsasında icraata HK-1510 saylı təhqiqat materialı daxil olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Milli Məclisin qarşısı olduğu müəyyən edildi. Baxış zamanı iştirakçılar ilə birlikdə hadisə yerinə baxış keçirilmişdir, hadisə yerinin fotoşəkili cəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan 19 oktyabr 2024-cü il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Səbail RPİ-nin İŞ-də zərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 21 oktyabr 2024-cü zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci ilə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş 04 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs (lər) müəyyən edilənədək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 09 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail rayon Polis idarəsinin 09 dekabr 2024-cu il tarixli məktubdan görünür ki, X9 09 dekabr 2024-cu il tarixdə saxlanılaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, X6 barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və X1 Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 11 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs X10 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 dekabr 2024-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs X10 əvvələr məhkum olunub məhkumluğu ödənilmişdir. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, təqsirləndirilən şəxsə elan ediləcək ittihamın qanunu. əsəslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə ilkin araşdırma materialları, zərərçəkmiş şəxsin, şahidin dindirmə protokolları, hadisə yerinə baxış keçirilməsi barədə protokol və digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan 19 fevral 2025-ci il tarixli 1(009)-106/2025 Sabail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 mart 2025-ci il tarixli məktubdan görünür ki, X9 17 mart 2025-ci il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X5 tutularaq Zərərçəkmiş şəxs xeyrinə 4500 manat cinayət nəticəsində vurulmuş ziyanı, 550 manat mənəvi zərərin və nəqliyyat xərclərin ödəməyini zərərçəkmiş şəxs xahiş edilmişdir. İş materiallarında olan 02 iyul 2025-ci il tarixli mülki iddiaçı qismində tanınma barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı X10 isə mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan 02 iyul 2025-ci il Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs X7 qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, X6 əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin şikayətin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. X6 cəzanı ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs X10 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə təqsirləndirilən şəxs X7 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X7 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, X7 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 17 mart 2025-ci il tarixdən 02 iyul 2025-ci il il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay, 15 (on beş) gün müddət, cəmi 03 (üç) ay, 17( on yeddi) gün müddətinin bir günə iki gün hesablanaraq 07 (yeddi) ay, 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli X6 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, X10 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidi və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Törədilən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxsdən (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4571 (dörd min beş yüz yetmiş bir) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Cinayət işi üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, 17 mart 2025-ci il tarixdən 02 iyul 2025-ci il il tarixədək həbsdə saxlanıldığı 03(üç) ay, 15(on beş) gün müddət, cəmi 03(üç) ay, 17(on yeddi) gün müddətinin bir günə iki gün hesablanaraq 07(yeddi) ay, 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş, ödənilməmiş 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4571 (dörd min beş yüz yetmiş bir) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cinayət işi üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-106/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-106/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver