Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-107/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 24 iyun 2021-ci il tarixdə saat 12:00-da xx xxxxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, məhkumluğu ödənmiş, subay, orta təhsilli, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 129 inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsi, 3-cü döngə, ev 16-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, bir ədəd bükümdə təmiz çəkisi 0,077 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,112qram və 0,072 qram, ümumi təmiz çəkisi 0,184 qram ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, başına geyindiyi qəhvəyi rəngli papağının içərisində daşıyaraq üzərində saxlamış, 11 noyabr 2020-ci il tarixdə, saat 05:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, “Milli Məclisin” inzibati binasının qarşısındakı avtobus dayanacağında Təqsirləndirilən şəxs dayandığı zaman, Bakı şəhəri, Səbail RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, ünvan 1 ünvanda yerləşən Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, başına geyindiyi qəhvəyi rəngli papağının içərisində həmin bir ədəd bükümdə təmiz çəkisi 0,077 qram narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,112 qram və 0,072 qram,ümumi təmiz çəkisi 0,184 qram psixotrop maddə metamfetamini aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təsqirli bilərək göstərmişdir ki, o, 11 noyabr 2020-ci il tarixində səhərə yaxın saat 05 radələrində dostu Şahid1la birlikdə, Bakı şəhəri, Səbail rayonu, “Milli Məclisin” inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında dayanıb evlərinə getmək üçün taksi gözləyərkən, bir nəfər polis əməkdaşı yaxınlaşıb hərbi vəziyyət ilə əlaqədar rejim qaydalarını pozmalarını bildirib hər ikisini 9-cu PB-nə dəvət edib patrul avtomobili ilə aparmış, PB-də onun üzərində qanunsuz əşya və ya predmet olub-olmaması dair sorğular apararkən, o, səmimi etiraf edib üzərində narkotik vasitə olduğunu bildirmişdir. Sonra polis əməkdaşları oraya onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edib təqdim etmiş, Azərbaycan Respublikası CM-nin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, hüquqlarını izah edib üzərində şəxsi axtarış aparılması barədə qərarla tanış etmiş, müdafiəçinin iştirakı ilə video çəkiliş apararaq üzərinə şəxsi axtarışa başlamazdan əvvəl, üzərində saxladığı qanunsuz əşya və maddə varsa təqdim etməsini təklif etmiş, o, da başıma geyindiyi qəhvəyi rəngli papağını çıxarıb içərisində özü çəkərək qəbul etmək üçün saxladığı cəmi üç ədəd bükümü təqdim edib,həmin bükümlərin birində “kakos” adlanan narkotik vasitə heroin, digər iki ədəd bükümdə isə “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını bildirərək təqdim etmiş,polis əməkdaşı həmin narkotik vasitə və psixotrop maddənin bükümlərini zərfə qoyub möhürləmiş və götürülməsi barədə protokol tərtib etmiş,həmin prootokol və möhürlənmiş narkotik vasitələrin bükümləri olan zərf onun,orada olan müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşı üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin bükümləri barədə sorğular apararkən, o, həmin narkotik vasitəni və psixotrop maddəni iki gün əvvəl yəni 09 noyabr 2020-ci il tarixində, axşam tərəfi Bakı şəhərinin “Sovetski” adlanan ərazisində tanımadığı şəxsdən cəmi 25 manata almasını, özü qəbul etməsi üçün üstündə gəzdirərək saxlamasını, satmaq fikiri olmamasını, əvvəllər heç bir zaman narkotik vasitə satmamasını, saxlanılarkən yanında olan tanışı Rasim onun üzərində narkotik vasitə və psixotrop maddənin bükümləri olmasını bilməməsini,həmin vaxt Şahid1 üzərində iki büküm narkotik vasitə olmasını, həmin bükümlər polisdə aşkar edilib götürüldükdən sonra bilməsini, Rasim narkotik maddə qəbul edən olmasını bilsə də, sonuncunun kiməsə narkotik vasitə satmasını, narkotik vasitələrin satışı ilə məşğul olmasını görmədiyini, etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, gənc olmasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 11 noyabr 2020-ci il tarixdə, səhər saat 07 radələrində, o, Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-də xidmətdə olduğu zaman, oraya Bakı şəhəri, Səbail RPİ-nin PPXB-nün əməkdaşları polis nəfərləri Şahid4 və Şahid6 tərəfindən xidmət etdikləri ərazidə, Bakı şəhəri, Səbail rayonu, “Şəhidlər Xiyaba”-nın qarşısında, Parlament prospektinin başlanğıcındakı yol dairəsi yaxınlığında, “Milli Məclis”-in inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında dayanmış iki nəfər şəxsi, özlərini Şahid1 və Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsləri qüvvədə olan “komendant saatı”-nın tələblərini pozduqları üçün 9-cu PB-nə gətirilərkən, həmin şəxslərin üzərində narkotik vasitələrin saxlamaları və gəzdirmələrinə dair şübhə yarandığı üçün Şahid1 və Təqsirləndirilən şəxs PB-nin növbətçi hissəsinə təhvil verib, barələrində müvafiq araşdırma aparılmasına dair 9-cu PB- nin rəhbərliyinə raportla məruzə etmişlər. Şahid1 və Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması PB-nin rəisi tərəfindən ona həvalə edildiyindən, əvvəlcə Şahid1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə şübhəli şəxs qismində tutub, üzərində şəxsi axtarış və götürmə aparılarkən iki ədəd büküm narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, həmin fakt bağlı ayrıca icraatda araşdırma tərəfindən aparılmışdır. Bundan sonra o, Şahid1la birlikdə 9-cu PB-nə gətirilmiş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim edilmiş, qanunsuz olaraq üzərində narkotik tərkibli maddələrin saxlayaraq daşımasında, Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə şübhəli şəxs qismində tutub, hüquq və vəzifələri izah etmiş, Təqsirləndirilən şəxs və Müdafiəçi, şəxsi axtarış və götürmə aparılmasına dair qərarla tanış etmiş, o, xidməti otağında “İphone XS” markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılaraq Səbail RPİnin 9-cu PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, PB-nin sahə inspektoru Şahid5, Müdafiəçi iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs bir daha özünü təqdim etməsi təklif etmiş, sonuncu özünü Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra o, axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üstündə qeyri qanuni əşya varsa könüllü surətdə təqdim etməsini təklif etmiş,bu zaman sonuncu üzərində narkotik vasitənin bükümləri olmasını bildirərək, başındakı qəhvəyi rəngli papağı çıxardıb içərisindən üç ədəd siqaretin gümüşü kağız bükümlərini götürüb masanın üzərinə qoymuş,həmin bükümlərin birində narkotik vasitə heroinə bənzər,digər iki ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütkələr olması,həmin maddələri iki gün əvvəl yəni 09 noyabr 2020-ci il tarixdə,Bakı şəhəri,“Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən cəmi 25 manata almasını,özü qəbul etməsi üçün üzərində gəzdirərək saxlamasını bildirmişdir.Sonra o, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış aparmış və qeyri qanunu heç bir əşya aşkar etməmiş,sonuncunun təqdim etdiyi cəmi üç ədəd bükümləri bir ədəd zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib etmiş,pprotokol və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs,müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tərəfindən götürülmüş maddə üzrə müvafiq məhkəməkimyəvi ekspertizası təyin etmiş,həmin üç ədəd bükümdəki maddənin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasına dair müvafiq rəy alındıqdan sonra,Təqsirləndirilən şəxs narkotik tərkibli maddənin saxlnaması və gəzdirilməsi faktına görə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə cinayət işi başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-nə göndərilməsinə dair qərar qəbul etmişdir. Həmçinin ilkin təhqiqat zamanı Şahid1 və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda onun tərəfindən sorğular aparılan zamanı bir-birilərində narkotik maddələrin bükümlərinin olmasını bilmədiklərini, hər biri ayrı-ayrılıqda üzərində gəzdirdikləri narkotik tərkibli maddələr olan bükümləri özlərinə məxsus olmasını və özləri qəbul etmək üçün üzərində gəzdirmələrini etiraf etməsini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 11 noyabr 2020-ci il tarixdə,s əhər saat 07 radələrində, o, Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-də xidmətdə olarkən, oraya Səbail RPİ-nin PPXB-nün əməkdaşları polis nəfərləri Şahid4 və Şahid6 tərəfindən xidmət etdikləri ərazidə, Bakı şəhəri, Səbail rayonu, “Şəhidlər Xiyabam”-nın qarşısında, Parlament prospektinin başlanğıcındakı yol dairəsi yaxınlığında, “Milli Məclis”-in inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında dayanmış iki nəfər şəxsi, özlərini Şahid1 və Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsləri qüvvədə olan “komendant saatı”-nın tələblərini pozduqları üçün 9-cu PB-nə gətirərkən, həmin şəxslərin üzərində narkotik vasitələrin saxlamaları və gəzdirmələrinə dair şübhələri yarandığı üçün Şahid1 və Təqsirləndirilən şəxs PB-nin növbətçi hissəsinə təhvil verib, barələrində müvafiq araşdırma aparılmasına dair 9-cu PB-nin rəhbərliyinə raportla məruzə etmişdilər. Şahid1 və Təqsirləndirilən şəxs barələrində müvafiq araşdırma aparılması PBnin rəisi tərəfindən, növbətçi təhqiqatçısı polis kapitanı Bəhram Qasımzadəyə həvalə edilmişdir. Sonra təhqiqatçı tərəfindən əvvəlcə Şahid1 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim etmiş, onun, vəkil S.Əliyeva və 9-cu PB-nin sahə inspektoru Şahid5 iştirakı ilə video çəkiliş aparmaqla Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılarkən, üzərindən iki ədəd bükümdə narkotik vasitə olan heroin bənzər kütlə aşkar edilib protokolla götürülərək müvafiq sənədləşdirmə aparılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Şahid1la birlikdə 9-cu PB-nə gətirilmiş Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim etmiş, qanunsuz olaraq üzərində narkotik tərkibli maddələrin saxlayaraq daşımasında şübhəli bilindiyindən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə şübhəli şəxs qismində tutmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək təhqiqatçı xidməti otağında video çəkiliş apararaq Müdafiəçi, onun və 9-cu PB-nin sahə inspektoru polis leytenantı Şahid5 iştirakları ilə üzərində şəxsi axtarış və götürmənin aparılmasına başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinə, şəxsi axtarış və götürmənin aparılmasına dair qərar elan etmiş şübhəli şəxsə özünü təqdim etməsi təklif olunmuş, sonuncu özünü- Təqsirləndirilən şəxs olmasını bildirmişdir.Sonra təhqiqatçı B.Qasımzadə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşya varsa könüllü surətdə təqdim etməsini təklif etmiş,bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin bükümləri olmasını bildirərək,başındakı qəhvəyi rəngli papağı çıxardıb içərisindən üç ədəd siqaretin gümüşü kağız bükümlərini götürüb masanın üzərinə qoymuş,həmin bükümlərin birində narkotik vasitə heroinə bənzər,digər iki ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütkələr olmasını,həmin maddələri iki gün əvvəl yəni 09 noyabr 2020-ci il tarixdə,Bakı şəhəri,“Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən cəmi 25 manata almasını, özü qəbul etməsi üçün üzərində gəzdirərək saxlamasını bildirmişdir.Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış aparılmış və üzərində qeyri qanunu heç bir əşya aşkar edilməmiş,şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi cəmi üç ədəd narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr olan bükümləri bir ədəd zərfə qoyulub möhürlənmiş, şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib etmiş,həmin protokol və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs,müdafiəçisi,o,və digər iştirakçılar tərəfindən imzalanmış-dır.Sonra təhqiqatçı B.Qasımzadə tərəfindən Şahid1 və Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş maddələrinin narkotik vasitə və psixotrop maddə olmasına dair müvafiq ekspert rəyi alınmış,həmin faktlar üzrə təhqiqatçı tərəfindən ayrı-ayrılıqda Şahid1 və Təqsirləndirilən şəxs barəsində cinayət işləri başlanaraq istintaq aparılması üçün aidiyyəti üzrə Səbail RPİnin İŞ-nə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid3 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 11 noyabr 2020-ci il tarixdə,səhər saat 05:30 radələrində, o, tək Bakı şəhəri, Səbail rayonu ərazisində, “Şəhidlər Xiyabanı”nın qarşısında xidmət apardığı zaman, xiyabanın qarşısında, Parlament prospektinin başlanğıcındakı yol dairəsi yaxınlığında, “Milli Məclis”in inzibati binası qarşısında yerləşən avtobus dayanacağında iki nəfər naməlum, mülki qeyimli kişinin dayandıqlarını görüb yaxınlaşaraq,orada nə etmələrini və “komendant saatı”- nın tələblərini pozduqlarını bildirmiş, həmin şəxslərə şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini bildirdikdə, həmin şəxslərdən birinin başında papaq olduğundan və hava da qaranlıq olduğu üçün sifəti tam görünmədiyindən, başındakı papağını çıxarmasını demiş, həmin şəxs özünü şübhəli apararaq sənədi olmadığını deyib, papağını çıxartmaqdan imtina etmişdir. Bu zaman o, yaxınlıqda 6652 saylı avtopatrul avtomobili ilə xidmət aparan iş yoldaşı polis serjantı Şahid6 məlumat verərək oraya çağırmış və birlikdə həmin iki nəfəri Səbail RPİ-nin 9-cu PB-nə dəvət edib avtopatrul avtomobilinə əyləşdirib, nəzarətləri altında 9-cu PB-nə aparmış,PB-də həmin iki nəfərin şəxsiyyətini müəyyənlədirərkən, özlərini biri Şahid1,digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etmiş,sorğular zamanı hər ikisi üzərində narkotik vasitə gəzdirdiklərini etiraf etdikdə, o, iş yoldaşı Şahid6 birlikdə Şahid1 və Təqsirləndirilən şəxs barələrində müvafiq yoxlama aparılması üçün PB-nin rəhbərliyinə raportla məruzə edib,növbətçi hissəyə təhvil verərək xidmətlərini davam etdirilməsi üçün xitməti əraziyə qayıtmışlar. Sonralar ona məlum olmuşdur ki, 9-cu PB-də növbətçi təhqiqatçı tərəfindən ayrı- ayrılıqda Şahid1 və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış aparılması zamanı Şahid1in üzərində iki ədəd bükümdə narkotik vasitə heroin,Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamin aşkar edilib protokollarla götürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş X4 ifadəsində Şahid4 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, 11 noyabr 2020-ci il tarixində, səhər saat 05 radələrində, dostu Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Səbail rayonu,“Milli Məclisin”inzibati binasının qarşısında yerləşən avtobus dayanacağında dayanıb evlərinə getmək üçün taksi gözləyərkən,onlara bir nəfər polis əməkdaşı yaxınlaşıb hərbi vəziyyət ilə əlaqədar rejim qaydalarını pozmalarını bildirməklə, hər ikisini 9-cu PB-nə dəvət edib aparmışdır.PB-də onun üzərində qanunsuz əşya və ya predmet olub-olmaması dair sorğular apararkən,o,səmimi etiraf edib üzərində narkotik vasitə olduğunu bildirmişdir.Sonra polis əməkdaşları oraya onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edib təqdim etmiş, Azərbaycan Respublikası CM-nin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, hüquqlarını izah edib üzərində şəxsi axtarış aparılması barədə qərarla tanış etmiş,müdafiəçinin iştirakı ilə video çəkiliş apararaq üzərinə şəxsi axtarışa başla¬mazdan əvvəl,üzərində saxladığı qanunsuz əşya və maddə varsa təqdim etməsini təklif etmiş,o, da əynindəki göy rəngli şalvarın arxa sağ cibində saxladığı iki ədəd bükümdə,çəkərək qəbul etməsi üçün saxladığı “kakos” adlanan narkotik vasitənin iki ədəd bükümü çıxarıb təqdim etmiş, həmin iki ədəd bükümləri zərfə qoyulub möhürlənmiş,bu haqda protokol tərtib edilmiş, həmin protokol və möhürlənmiş zərf o,müdafiəçisi, polis əməkdaşları tərəfindən imzalanmışdır.Sorğular zamanı o,həmin iki ədəd narkotik vasitələrin bükümlərini 10 noyabr 2020-ci il tarixində,günün günorta saatlarında Bakı şəhəri,“Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən cəmi 30 manata almasını,özü qəbul etməsi üçün üstündə gəzdirərək saxlamasını,satmaq fikiri olmamasını, əvvəllər heç bir zaman narkotik vasitə satmamasını, saxlanılarkən yanında olan tanışı Bəşir onun üzərində narkotik vasitənin bükümləri olmasını bilməməsini.həmin vaxt Təqsirləndirilən şəxsda üzərində üç büküm narkotik tərkibli kütlələr olmasını, həmin bükümlər polisdə aşkar edilib götürüldükdən sonra bilməsini,Bəşirin narkotik maddə qəbul edən olmasını bilsə də, sonuncunun kiməsə narkotik vasitə satmasını, narkotik vasitələrin satışı ilə məşğul olmasını görmədiyini bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin Təhqiqat şöbəsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, bir ədəd bükümdə təmiz çəkisi 0,077qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin,iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,112qram və 0,072qram, ümumi təmiz çəkisi 0,184qram ağ kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 noyabr 2020-ci il tarixli 6/2452 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,077qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2(iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,112qr və 0,072qr, ümumi təmiz çəkisi 0,184qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər.Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 01.07.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 70-ci maddəsi ilə təqsirləndirilərək barəsində N ay intizam xarakterli hərbi hissədə saxlama, N ay şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında protokoldan və şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, 12 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunmuş və o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. Səbail Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən həbsdə saxlanılmanın bir gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesablanmaqla Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdən 12 noyabr 2020-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu, həmçinin 01 may 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək, 01 (bir) ay 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəmə-narkoloji ekspertizasının 13 yanvar 2021-ci il tarixli 78 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi)aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını, maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan aparılmış ekspertiza nəticəsində qalıq çəkisi tədqiqatdan sonra çəkisi 0,027 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və ümumi təmiz çəkisi 0,184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” formatlı “CD” diskin iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdən 12 noyabr 2020-ci il tarixədək, həmçinin 01 may 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək, yəni 01 (bir) ay 24 (iyirmi dörd) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) günü azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 03 (üç) ay 18 (on səkkiz) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsi, 3-cü döngə, ev 16-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan aparılmış ekspertiza nəticəsində qalıq çəkisi tədqiqatdan sonra çəkisi 0,027 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,184 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 426 (dörd yüz iyirmi altmış) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-107/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-107/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver