Məhkəmə qərarları › İş №1(009)-107/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-107/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-107/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxin nümayəndəsi Nümayəndə, Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Ağdam rayonu Zəngişalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, 2- ci korpus fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, yaşayış və saxlanc yerlərinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və saxlanc yerlərinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ehtiyacı olduğu pulu əldə etmək üçün 2021-ci ilin may ayının əvvəllərindən başlayaraq sürücüsü işlədiyi Türkiyə Respublikasının vətəndaşı X6 yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə iş vaxtı qurtardıqdan sonra hasardan aşma yolu ilə qanunsuz olaraq yaşayış sahəsi hesab olunan evə daxil olub qonaq otağında olan, sonuncuya məxsus əl çantasının içərisindəki pulun bir hissəsini yəni, 420 manat, təxminən 15 gündən sonra 2021-ci ilin may ayının ortalarında öz cinayətkar əməlini davam etdirib həmin ünvanda yerləşən evə eyni üsulla qanunsuz daxil olaraq qonaq otağında X11 məxsus əl çantasının içərisində olan pulun bir hissəsini yəni, 700 manat, 2021-ci ilin iyun ayının əvvəllərində öz cinayətkar əməlini davam etdirib həmin ünvanda yerləşən evə eyni üsulla qanunsuz daxil olaraq qonaq otağında X11 məxsusu əl çantasının içərisində olan pulun bir hissəsini yəni, 500 manat, 20 gündən sonra 2021-ci ilin iyun ayının sonlarında öz cinayətkar əməlini davam etdirib həmin ünvanda yerləşən evə eyni üsulla qanunsuz daxil olaraq qonaq otağında X11 məxsus əl çantasının içərisində olan pulun bir hissəsini yəni, 500 manat, 16 iyul 2021-ci il tarixdə saat 17:00 radələrində öz cinayətkar əməlini davam etdirib həmin ünvanda yerləşən evə eyni üsulla qanunsuz daxil olaraq qonaq otağında X11 məxsus əl çantasının içərisindən 1700 manat və milli manat məzənnəsi ilə dəyəri 1530 manat təşkil edən 900 ABŞ dolları nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs X12 ümumilikdə 5350 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə istintaqa şəxsiyyəti məlum olmayan Tural adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X7 yaşadığı evdən pulu birgə ələ keçirmələri üçün 02 avqust 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi adlanan ərazidə yerləşən “Mars” mareketin yaxınlığında görüşərək öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün Turalla birlikdə özünün idarə etdiyi “Daevvo Gentra” markalı ** NS *** d.q.n avtomobillə sürücüsü işlədiyi Türkiyə Respublikasının vətəndaşı X8 yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yanına gələrək, avtomobili həmin evdən bir qədər aralı saxladıqdan sonra, xx.xx.2021-ci il tarixdə saat 06:30 radələrində özü ətrafı müşahidə etmək üçün avtomobilin içərisində qalmış, Tural isə onunla aralarında qabaqcadan əldə edilmiş razılığa əsasən avtomobildən düşərək X7 yaşadığı evin hasarından aşma yolu ilə qanunsuz olaraq yaşayış sahəsi hesab olunan evə daxil olub qonaq otağında olan, sonuncuya məxsus əl çantasının içərisindən 6.000 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs X11 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl taksi fəaliyyəti ilə məşğul olarkən Badamdar qəsəbəsində yaşayan və “Dünya göz” klinikasında həkim işləyən Türkiyə vətəndaşı Mehmet Şerefi işə aparıb gətirərkən tanış olmuşdur. Mehmet Şeref bir müddət sonra yaşadığı evin həyətinə qulluq etmək lazım olduğunu bildirərək evinin giriş darvazasının və evin açarlarını bir kopyasını ona vermişdir. Bir müddət evin həyətinə baxdıqdan sonra 2021-ci ilin may ayından başlayaraq hərdən Mehmet Şeref evə sərxoş vəziyyətdə gəlməsindən istifadə edib onun yatmasını gözləmiş və o, yatandan sonra onun divanın üstündə qoyduğu pul qabından müxtəlif vaxtlarda 300, 400 və 500 manat olmaqla pul oğurlamışdır. X23 yuxuda olduğuna görə bunu görməmişdir. xx.xx.2021-ci il tarixdə o, Mehmet Şerefi işdən evə gətirdikdən sonra onun sərxoş olduğunu bildiyi üçün saat 24 radələrində onun yaşadığı evə gəlib, özündə olan açardan istifadə etməklə evə daxil olmuşdur. Mehmet Şeref həmin vaxt qonaq otağında divanda yatmışdır. O, divanın üzərindən ona məxsus içərisində 2500-3000 manat olan pul qabından 900 manat pul götürmüş və onun xəbəri olmadan otaqdan çıxıb oradan getmişdir. xx.xx.2021-ci il tarixdə Mehmet Şeref ona zəng vurub arvadının Türkiyədən gəldiyini, Mingəçevir şəhərinə getmək istədiyini, onu Mingəçevir şəhərinə aparmasını bildirmişdir. O, oğurluq etməsindən Mehmet Şerefin xəbərinin olduğunu bilib yalandan ona gələcəyini demiş, lakin getməmişdir. 02 Avqust 2021-ci il tarixdə əvvəllər tanıdığı Turala zəng edərək bir nəfər türk olduğunu onun evindən oğurluq etmək istədiyini demiş, Tural da oğurluq etməyə hazır oldğunu bildirmişdir. Həmin günü saat 19 radələrində Xırdalan dairəsinin yaxınlığına gedərək Turalla görüşmüş və onlar birlikdə onun idarə etdiyi avtomobillə Badamdar qəsəbəsində yerləşən Mehmet Şerefın evinə getmişlər. Avtomobili aralıda saxlamış, hər ikisi avtomobildən düşmüş və Mehmet Şerefın hasarından həyətə keçmişlər. O,Turala evin arxa tərəfində olan daim açıq qalan qapını göstərib, həmin yerdən evə keçə biləcəyini, qonaq otağında divanın üzərində pul qabının olacağını, həmin pul qabının içərisindən 1000 manatdan artıq olmayan məbləğdə pul götürməsini demişdir. O, Turala 1000 manatdan artıq pul götürəcəyi halda türkün məlumatı olacağını və tutsalar onu polisə verəcəyini bildirmişdir. Tural da razılaşmışdır. O, Turala hər şeyi izah etdikdən sonra hasarın üzərindən keçib küçəyə düşmüş və avtomobilə oturub gözləmişdir. Bir müddət sonra Tural geri qayıdaraq 1100 manat pul götürdüyü demişdir. Bundan sonra onlar birlikdə oradan gedərək avtomobilə yanacaq doldurmaq üçün Bakı şəhəri, Şamaxinka adlanan ərazidə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə girmişdir. Orada Tural ona 900 manat pul vermiş və avtomobildən düşüb getmişdir. O, da oradan yaşadığı evə getmişdir. Bir müddət sonra isə Mehmet Şerefin evindən onun oğurluq etməsi barədə şikayət etdiyini və onu polislərin axtardığını bilmişdir. Sonradan onu tutub Səbail polis idarəsinə apardıqda ona məlum olmuşdur ki, X22 evindən 1100 manat deyil 6000 manat pul oğurlayıb və onu da aldadıb. O, Turalı axtarsa da tapa bilməmişdir. O, özü tək Mehmet Şerefin evindən 2021-ci ilin may ayının əvvəlində 420 manat, təxminən 15 gündən sonra 2021-ci ilin may ayının sonlarında 700 manat, 2021-ci ilin iyun ayının əvvələrində 500 manat, təxminən 10 gündən sonra iyun ayının ortalarında 500 manat, xx.xx.2021ci il tarixdə 900 manat oğurlamışdır. Tofiqin oğurluqdan heç bir məlumatı olmamışdır. O, oğurladığı pulları öz təlabatlarına xərcləmiş, heç kimə heç nə verməmişdir. O, oğurladığı pullardan X13 5000 manat maddi ziyan ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Mehmet Şeref ifadəsində göstərmişdir ki, o, 3 ilə yaxındır ki Badamdar qəsəbəsi 1-ci massiv ev 4 D ünvanında tək yaşayır. Arada həyət yoldaşı qonaq gəlib qalır və bir neçə gündən sonra Türkiyəyə qayıdır. Dünya Göz klinikasında göz həkimi işləyir. Üç il əvvəl Elşən adlı taksi sürücüsü ilə tanış olmuş, onu bir neçə dəfə işə aparıb gətirdikdən sonra onun etibarını qazanmışdır. Ona görə də həyətə baxmaq üçün evin açarının bir nüsxəsini ona vermişdir. 18 iyul 2021-ci il tarixdə Qurban bayramı ilə əlaqədər olaraq o, qonaq gələn yoldaşı ilə evin həyətində oturarkən həmin vaxtı Elşən də onlarda olmuş və tez tez evə girib-çıxmışdır. Səhəri günü əl çantasında olan dolları dəyişmək üçün işlədiyi klinikaya gəlmiş və əl çantasını açıb dolları götürmək istəyəndə içində saxladığı 2000 dollar və 1700 manat puldan yalnız 1100 dollar pulun olduğunu görmüşdür. Həmin günü o, həyət yoldaşı ilə birlikdə dincəlmək məqsədi Qubaya getmişlər. Səhəri günü qayıtdıqdan sonra o, Elşənə zəng edərək gəlib onu işə aparsın demiş, lakin Elşən gəlməmiş, daha sonra isə ümumiyətlə mobil telefonunu söndürmüşdür. Bundan sonra o, Elşəndən şübhələnməyə başlamış və bu barədə bir tanışına bildirmişdir. Tanışı Elşənə zəng edib onunla danışdıqdan sonra Elşən həmin günü axşam vaxtlarında ona zəng edərək üzürxaqlıq edib 3500 manata yaxın pulu əl çantasından oğurladığını etiraf edib yaxın günlərdə evini sataraq onun ziyanını ödəyəcəyinə söz vermişdir. O, Elşənə inanıb polisə şikayət etməmişdir. 02 Avqust 2021-ci il tarixdə saat 17:00 da dostları ilə dincəlməyə getmiş və axşam saat 19:00 radələrində dostları ilə öz evinə qayıdan zaman evinin dəmir hasarının başında evinin bəzi təmir işlərini görən Tofiqi, darvazanın qarşısında isə öz avtomaşının yanında dəyanmış Elşəni görmüşdür. O, Tofiqdən hasarın başında nə etdiyini soruşduqda Tofiq, bildirmişdir ki guya Elşənin ona olan 50 manat borcunu gətirib ki, ona versin. Onun yanında tanışları olduğundan onlara baş qoşmamış və onlara çıxıb getmələrini demişdir. Dostları getdikdən sonra o, sərxoş olduğundan qonaq otağında yerləşən çarpayıda yatmışdır. Səhəri günü, yəni 03 avqust 2021-ci ildə o, Türkiyəyə getmək üçün hazırlıq görən zaman əl çantasını açdıqda içində saxladığı 6000 manatın əl çantasının içində olmadığını aşkar etmişdir. O, Elşəndən şübhələndiyindən ona zəng etmiş və yanına çağırmışdır. O, gələcəyini desə də telefonunu söndürmüşdür. Bundan sonra o, Tofiqə zəng etmiş və evinə çağırmışdır. Tofiq gəldikdən sonra onu sorğu-sual etmiş və sonuncu 02 avqust 2021-ci il tarixdə saat təxminən 22:00 radələrində Elşənlə birlikdə Xırdalan şəhərinə getdiyini, Elşənin də oradan bir tanışını götürüb birlikdə yenidən onun yaşadığı evə qayıtdıqlarını və gəldiyi tanışı ilə hasardan aşaraq evin həyətinə düşdüklərini görüb onların hərəkətlərindən şübhələndiyindən oradan uzaqlaşdığını bildirmişdir. Oğurluq nəticəsində ona 11350 manat maddi ziyan dəymişdir. Elşən ona vurulmuş ziyandan 2000 və 3000 olmaqla cəmi 5000 manat ziyan ödəmişdir. O, qalan ziyani tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o, Kucukalı Hüseyin vasitəsi ilə Mehmet Şeref ilə tanış olmuşdur. Mehmetin Badamdar qəsəbəsində yerləşən evinin tavanını təmir etmişdir. O, Mehmetin evində işləyən zaman orada Elşənlə tanış olmuşdur. Mehmetin evində işləyən zaman həyətdə qabyuyan maşını görmüş və Elşəndən qabyuyan maşının qiymətini soruşduqda, Elşən Mehmetin qabyuyanı 200 manata satdığını bildirmişdir. O, Elşənə 150 manat verə biləcəyini demiş və həmin vaxt Elşən Mehmetə zəng edib bu barədə deyərkən Mehmet razılaşmışdır. Elşən müxtəlif vaxtlarda ona zəng edib Mehmetdən alacağı olduğunu, ondan 50 manat alıb ona verəcəyini, həmin pulu Mehmetdə qalan 100 manatın üstünə qoyub ondan qab yuyan maşını alacağı bildirmişdir. Elşən ona Xırdalanda tanışı olduğu Turaldan 30 manat alıb ona verə biləcəyini demişdir. 02 avqust 2021-ci il tarixdə saat təxminən 22 radələrində Elşənlə birlikdə Xırdalan şəhərinə getmiş və oradan bir tanışını götürüb birlikdə yenidən Mehmetin yaşadığı evə qayıtmışlar. Mehmetin evinin yanına gəldikdən sonra Elşənin gəldiyi tanışı ilə hasardan aşaraq evin həyətinə düşdüklərini görüb onların hərəkətlərindən şübhələndiyindən oradan getmişdir. 03 avqust 2021-ci il tarixdə saat 17 radələrində ona Hüseyinin dostu Zəfər zəng vurmuş və Mehmetin evindən oğurluq olduğunu onun da orda olub-olmadığını soruşmuş, o da orada olduğunu bildirmişdir. Saat 19 radələrində Mehmetin evinə gəlmiş və Mehmet ona evindən pul oğurlandığını dedikdə o, hər şeyi olduğu kimi danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kucukalı Hüseyin öz ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. 2021-ci ilin mart ayında xəstəxanada Tofiq adlı usta tərəfindən təmir işləri aparılmışdır. Mehmet Şeref onun rəhbərlik etdiyi xəstəxanada həkim işləyir və ona Badamdar qəsəbəsində kiayə tutduqları evin tavanında çökmə olduğu üçün təmirə ehtiyacı olmuşdur. O, bu məqsədlə X20 tanış etmişdir. X17 Tofiqi evin qapısının üstündə gördüyünü demiş və onun şikayət ərizəsi əsasında polis araşdırma aparan zaman Mehmet Şerefin xeyli miqdarda pulunun onun sürücüsü olmuş Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı və Tofiqin Elşənin istəyi ilə evin darvaza qapısını arxadan açmaq üçün evin qapısının üstünə çıxdığı, həmin vaxt Mehmet Şerefın onu və Elşəni görərək oradan qovduğu məlum olmuşdur. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanaraq icraata qəbul edilib istintaqı aparılmışdır. İş materiallarında olan 03 avqust 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs X9 iştirakı ilə hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin ünvan 1 ünvanının olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, X14 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 16 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə, saat 19:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 21 avqust 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında” 21 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 sentyabr 2021-ci il tarixli ziyanın ödənilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X11 2000 manat pul ödəmişdir. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan ğörünür ki, Azərfon MMC-də daxil olmuş Təqsirləndirilən şəxs istifadəsinə olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı qeyd olunmuş CD diskə baxış keçirilmiş və diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsinə olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək siyahısı təqdim olunmuş və siyahıda Təqsirləndirilən şəxs istifadəsində olan X3 adına qeydiyyatda olan 070 *** ** ** saylı mobil nömrədən X5 istifadəsində olan 070 *** ** ** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 21:47:55-də 16 saniyə və 21:48:55-də 36 saniyə, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan 070 *** ** ** saylı mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 19:33:29-da 69 saniyə telefon danışığı aparıldığı görünür. İş materiallarında olan 27 fevral 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azercell MMC-dən daxil olmuş Şahid1 istifadəsinə olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı qeyd olunmuş CD diskə baxış keçirilmiş və diskə baxış keçirilən zaman Şahid1 istifadəsinə olan 050 *** ** ** mobil nömrəsinə daxil olan və çıxan zənglərin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək siyahısı təqdim olunmuş və siyahıda Şahid1 istifadəsində olan 050 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə saat 09:ll:38-də 62 saniyə, 12:46:23-də 47 saniyə, 18:07:22-də 35 saniyə, xx.xx.2021-ci il tarixdə saat 1l:14:10-da 94 saniyə Təqsirləndirilən şəxs istifadəsində olan digər 055 *** ** ** saylı mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 15:55:28-də 30 saniyə, 16:31:07-də 21 saniyə, 17:43:52-də 19 saniyə, 18:04:06- da 18 saniyə, 18:10:49-da 20 saniyə, xx.xx.2021-ci il tarixdə saat 19:55:51-də 18 saniyə, xx.xx.2021-ci il tarixdə saat 09:09:24-də 79 saniyə, 17:49:59-da 37 saniyə, 18:10:01-də, 25 saniyə, 18:27:10-da 37 saniyə, l9:12:56-da, 11 saniyə telefon danışığı aparıldığı görünür. İş materiallarından olan 02 mart 2022-ci il tarixli “ittiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə, saat 18:00 dəqiqədə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq, Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə” 09 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal Səbail RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 10 mart 2022-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in və 177.2.3, 177.2.4 və 177.2.3-1ci maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməli isə 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 12 mart 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanması zamanı əyani şəkildə bir daha göstərmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərfon və Azercell MMC-lərdən götürülmüş telefon danışıqlarına dair məlumatlar qeyd olunan 2 ədəd diskə baxış keçirilməklə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, vurulmuş ziyanın bir qisminin ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdən 21 avqust 2021-ci il tarixədək və 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək, yəni tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 06 (altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 03 ( üç) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 20 avqust 2021-ci il tarixdən 21 avqust 2021-ci il tarixədək və 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək, yəni tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 06 (altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 21 saylı vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar