Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-107/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləmiyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qızılı rəngli siqaretin qızılı kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdardan artıq miqdarda təmiz çəkisi 0,253 qram olan ağ rəngli kristalik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib əynində olan göy rəngli idman şalvarın sağ yan cibində saxlayaraq daşımış, Səbail Rayon Polis idarəsinin 41-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesində saxlanılıb, Səbail RPİ-nin 41-ci PB-nə gətirilərək, həmin tarixdə saat 23:30 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,253 qram olan ağ rəngli kristalik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 il olar ki, narkotik vasitə qəbul edir. 17 oktyabr 2023-cü 1 tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka deyilən ərazidə :anımadığı şəxsə 10 manat pul verməklə həmin şəxsdən öz şəxsi istifadəsi üçün psixatrop maddə olan ‘Metanfetamin” almış və əynində olan göy rəngli idman şalvarının sağ qabaq cibinə qoyaraq öz şəxsi stifadəsi üçün üstündə saxlamışdı. 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Səbail rayonu, 3adamdar qəsəbəsi Badamdar şossesi ünvanında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu Səbail RPİ-nin 41-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Səbail RPİ-nin 41-ci PB-nə getmişdi. Ona vəkillərini siyahısından müdafiəçi kimi X5 təqdim edilmiş, o, Zakir Kazımovun onun hüquqlarını müdafiə etməsini istəmişdi. Videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdu. O, yenə də etiraz etməmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarımın sağ yan cibindən içərisində 01 ədəd qızılı kağıza bükülmüş içərisində ağ rəngli, kristalşəkilli psixatrop maddəyə oxşar kütlə, 01 ədəd limon duzu, 01 ədəd iynə və 01 ədəd sınıq şüşə parçası olan “Kingston” markalı siqaret qutusunu çıxarıb təhvil vermiş və həmin bükümün içərisində olan maddənin psixatrop maddə metamfetamin olduğunu bildirmişdi. Onun polis əməkdaşlarına təqdim etdiyi bükümün içərisindəkinin ağ rəngli, kristalşəkilli psixatrop maddəyə metamfetaminə bənzər kütlə olduğunu polis əməkdaşları aşkar etmişlər. Üzərinə şəxsi axtarış zamanı isə əlavə olarq qanunla qadağan olunmuş hər hansı bir əşya şakar olunmamışdı. Ondan psixatrop maddəni haradan əldə etməsi ilə bağlı polis əməkdaşları soruşduqda o, həmin psixatrop maddəni 17 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka deyilən ərazidə tanımadığı şəxsə 10 manat pul verməklə aldığımı bildirmişdi. Bütün proseslər kameraya çəkilmişdi. Şəxsi axtarış barədə polis işçiləri tərəfindən ərotokol tərtib olunmuş, ucadan oxunmuş, o da həmin protokola imza etmiş, həmçinin 1 ədəd siqaretin kağızma bükülmüş büküm qablaşdırılmış və üzərinə o, müfadiəçisi Zakir Kazımov və polis əməkdaşları qablaşdırılmış zərfin üzərinə imza etmişlər. O, narkotik vasitənin satışı ilə məşğul olmamış və hazırda da olmur. Yalnız özü istifadə edir, əldə etdiyi psixatrop maddə metamfetamindən heç kimə verməmiş, heç kimlə birlikdə psixatrop maddə metamfetamin istifadə etməmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə az ağır cinayət əməlini törətməsini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 oktyabr 2023-cü il tarixdə xidmət etdiyi Səbail RPİ-nin 41-ci PB-də olan zaman ona ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında tədbir keçirilməsi barədə Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 bildirmişdi. Bu barədə rəhbərliyə məruzə edildikdən həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdi. 17 oktyabr 2023-cü il tarixdə saat 22:50 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində olması barədə təkrar məlumat daxil olmuşdu. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin küçəyə getmiş və məlumatda göstərilən əlamətlərə bənzər şəxsin həmin yerdə olduğunu görmüşlər. Həmin şəxsə yaxınlaşıb saxlamış və özlərini təqdim edərək özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirmşdi. Sonuncuya qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib Səbail RPİ-nin 41-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla polis bölməsinə getmişdi. Onlar keçirdikləri əməliyyat tədbiri barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra araşdırmanın aparılması növbətçi təhqiqatçıya həvalə edilmihdi. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edərək Təqsirləndirilən şəxs bu hərəkətə dair etirazının olub-olmaması soruşulmuşdu. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmiş, Təqsirləndirilən şəxs bu zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızma bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdu. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər, ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdi. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, özü şəxsi istifadə üçün Kubinka adlanan ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd siqaretin qızılı kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdı. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə, eyni zamanda əldə edilməsində vasitəçilik etməsi ilə bağlı onlarda əməliyyat məlumatı olmamışdır. İbitidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş digər şahid Səbail RPİ-nin 41-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, Şahid2 oğlunun ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 6/5532 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,253 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,253 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,203 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaitələr”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair 18 oktyabr 2023-cü il tarixli akta əsasən, qəbul edilmişdir: ağ rəngli kustar üsullu maddə “0,253 qram”, sərf edilmişdir “0,05 qram” qalıq qalmışdır “0,203 qram”. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması barədə” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin günü günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində Papanin adlanan yerdə tanımadığı şəxsdən 10 manat ödəyərək aldığını bildirdiyi və şəxsi istifadəsi üçün əynində olan göy rəngli idman şalvarın sağ yan çibində gəzdirdiyi bir ədəd siqaretin qızılı kağızma bükülmüş bükülünü çıxarıb təqdim etmişdi. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristalik şəkilli psixatrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdi. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, həmin üstündən aşkar edilmiş siqaretin qızılı rəngli kağızma bükülmüş bükümdə olan maddə psixotrop maddə metamfetamindir, həmin metamfetamini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır, həmin maddə də ona məxsusdur və həmin psixotrop maddə metamfetamini həmin günü günorta saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində Kubinka adlanan yerdə tanımadığı şəxsdən 10 manat ödəyərək almış və öz şəxsi istifadəsi üçün üzərində gəzdirir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı Fərid Rzayev tərəfindən boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən üzərinə şəxsi axtarış və götürmə zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, şəxsi axtarış və götürmə Səbail RPİ-nin 41-ci PB-nin xidməti otağında aparılmış və şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan video görüntüyə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 06 dəqiqə 56 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən içərisindən ağ rəngli kristalik maddə olan siqaretin kağızma bükülmüş bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, üzərinə şəxsi axtarış aparılan həmin şəxs onun özüdür, həmin görüntülər 17 oktyabr 2023cü il tarixdə Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasında üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmişdir, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli idman şalvarın sağ yan çibindən çıxarıb təqdim etdiyi ərisində ağ rəngli kristalik olan kütləsi olan siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə olan addə psixotrop maddə metamfetamindir, həmin metamfetamini şəxsi istifadəsi üçün əldə edib nərində saxlamışdır. Daha sonra aşkar edilmiş 1 ədəd büküm zərfə qoyulub qablaşdırılmış, üzəri tirakçılar tərəfindən imzalanmışdır. Videogörüntü həmin anda başa çatır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 oktyabr 2022-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə, saat 22:50-də şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və həmin qətimkan tədbiri Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə, saat 17:00-da elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı etiraf edici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin- Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 şəxsi Ambulator X1 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın 19 oktyabr 2023-cü il tarixli, 6839 saylı ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına - 0.05 qram sərf edildikdən sonra qalan - 0,203 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X4 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi ev Ö/T 41-də olan yaşayış yerini hər gün saat 23-00-dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,203 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC -nin Bakı şəhər 03 saylı Vəkil Bürosunun Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-107/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-107/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver