Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-108/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Cəbrayıl rayonunun Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt Şossesi 7 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə 04 avqust 2020-ci il tarixdə, saat 17:50 radələrində Bakı şəhəri Səbail rayonu “Badamdar” qəsəbəsi Ə.Nəzərov küçəsində yerləşən 5 saylı evin həyətinə gəlib orada Zərərçəkmiş şəxs məxsus, lakin sonuncunun xx.xx.2008-ci il təvəllüdlü azyaşlı oğlu Şahid1 Pencalı oğlu tərəfindən sürülən velosipedi ələ keçirmək məqsədilə sonuncudan həmin velosipedi sürmək adı ilə alıb aldadaraq 699 manat dəyərində «Vilano» markalı, 29 ölçülü velosipedini alıb sürüb uzaqlaşaraq ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul-avqust aylarında Bakı şəhəri ərazilərində küçə və məhlələrdə hava şarı satışı ilə məşğul olmuşdur. Badamdar qəsəbəsi ərazisində məhlələri gəzib hava şarı sata-sata əvvəllər olmadığı, parkın yanında olan məhləyə gəlmişdir, həmin məhlədə iki uşaq velosiped sürürmüş, o həmin iki nəfər uşaqlara pulsuz hava şarı vermiş və sonra onlardan birindən, velosipedini sürməyi xahiş etmişdir. Uşaq heç bir söz demədən öz velosipedini sürmək üçün ona vermiş və o hava şarlarını da orada qoyub həmin velosipedə minib sürərək oradan uzaqlaşmışdır. O, «Milli park»ın yanı ilə Babək prospektinə çıxıb oradan da Qaraçuxur qəsəbəsinə getmişdir. Qaraçuxur qəsəbəsində «Bakı-Star»-dan bir az qabaqda velosiped satışı dükanını görüb həmin dükana girmişdir, orada tanımadığı satıcıya velosipedi 235 manata satmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Velosiopedi satan zaman özündə olan şəxsiyyət vəsiqəsinin surətini çıxarıb üzərində velosipedin özünə məxsus olmasını, pula ehtiyacı olduğu üçün satdığını yazıb altından imza edərək tarixi və mobil nömrəsini qeyd edib velosipedi ondan alan şəxsə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid1 kiçik oğludur. Raufun istəyi ilə o «Velolider» adlı dükandan 699 manat ödəniş etməklə «Vilano» markalı, 29 ölçülü velosiped alıbmış, həmin velosiped qırmızı-qara rənglərdə olmuş və 00944338 nömrəli idi. Rauf həmin velosipedi yaşadıqları evin həyətində, məhlələrində sürürdü. 04 avqust 2020-ci il tarixdə o şəxsi işi ilə əlaqədar getmiş, oğlu Rauf isə velosipedi sürmək üçün məhləyə çıxmış və öz yoldaşları ilə məhlədə velosiped sürürmüş, saat 17:51 dəqiqədə Rauf ona zəng edib bildirdi ki, yaşadıqları məhlədə velosiped sürərkən məhləyə gəlmiş səyyar şəkildə hava şarı satan şəxs onu aldadaraq sürmək adı ilə ondan velosipedini almış və sürərək gedib geri qaytarmamışdır. Ona vurulan ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış xx xxxxxx 2008-ci il təvəllüdlü azyaşlı Şahid1 Pencalı oğlu bildirmişdir ki, 04 avqust 2020-ci il tarixdə, saat 17:00 radələrində valideyinlərinin icazəsi ilə velosiped sürmək üçün həyətə düşmüş və məhlələrində velosipedi sürürmüş, təxminən saat 17:50 radələrində onun yanına hava şarı satan oğlan yaxınlaşmışdır, həmin oğlan onun velosipedini sürmək istədiyini demiş, o da heç bir əvəz istəmədən velosipedini sürmək üçün ona vermişdir, həmin oğlan əlində olan hava şarlarını və çantasını onun yanında qoyub velosipedi minib sürərək binaların arası ilə sürüb getmişdir, o həmin vaxt məhlədə dayanıb kənarda oynayan tanımadığı uşaqlara baxırmış, bir müddət gözləmiş, lakin velosipedini sürmək adı ilə alan oğlan qayıtmamış və velosipedini qaytarmamışdır.Sonra atasına zəng edib hadisə barədə məlumat vermişdir. Bir müddət sonra atası ilə onu Səbail RPİ-nin İstintaq şöbəsinə çağırmışlar və o müstəntiqin otağında həmin velosipedi ondan sürmək adı ilə alan oğlanı görüb tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir Qaraçuxur qəsəbəsində evinə yaxın olan yerdə «Bayram uşaq aləmi» adlı mağazada işləyir. Mağazada velosipedlərin təmiri və satışı ilə məşğul olur və orada tək işləyir. Hərdən atası mağazaya gəlir. 04 avqust 2020-ci il tarixdə, saat 17:00 radələrində atası ilə birlikdə mağazada olan zaman bir nəfər velosipedi sürüb işlətdiyi mağazaya gələrək pula ehtiyacı olduğunu deyib sürdüyü velosipedin özünə məxsus olduğunu bildirərək satmaq istədiyini demişdir. O, həmin velosipedi 235 manata almışdır və bir neçə gün sonra tanımadığı şəxsə satmışdır. Velosipedi ona satan şəxs şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram göndərərək istintaqda iştirak etdiyini və ifadə verdiyini bildirərək göstərmişdir ki, hazırda səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Pəncalı Vəliyevi əvvəldən tanımamış, onunla aralarında heç bir ədavət olmamışdır, Pəncalınm oğluna məxsus velosipedi dələduzluq edərək ələ keçirmiş Təqsirləndirilən şəxs da əvvəldən tanımamış, onunla aralarında heç bir ədavət olmamışdır. Oğlu Əli ailəni dolandırmaq üçün Cəbrayıl rayonundan Bakı şəhərinə gəldikdən sonra yaşadıqları Qaraçuxur qəsəbəsində evlərinə yaxın olan bir yerdə «Bayram uşaq aləmi» adlı mağazada işləyir. Həmin mağazanın VÖEN-i onun adınadır. Oğlu Əli həmin mağzanı onun adma olan vöen əsasında işlədir. Həmin mağazada velosipedlərin təmiri, işlənmiş velosipedlərin alışı və satışı ilə məşqul olur. Oğlu Əli qazanc məqsədi ilə işlədiyi mağazada işlənmiş velosiped də alıb ondan az baha qiymətə satıraaq qazanc əldə edir. Əli işlətdiyi həmin mağazanı səhər saat 09 radələrində açır, axşam saat 23 radələrində bağlayıb evə gəlir. Əli özü həmin mağazada tək olaraq işləyir. Hərdən bir də o elə-belə mağazaya gedir. 04 avqust 2020-ci il tarixdə, saat 17 radələrində o həmişə olduğu kimi Əlinin işlədiyi mağazada olanda bir nəfər sonradan adını bildikləri Təqsirləndirilən şəxs adlı bir oğlan tək olaraq velosipedi sürüb mağazaya gələrək pula ehtiyacı olduğunu deyib sürdüyü velosipedin özünə məxsus olduğunu bildirərək satdığını demişdir. Əli də onun yanında onunla söhbət edən zaman Azadın Cəbrayıl rayonundan olduğunu bilmişlər və satdığı velosipedin oğurluq və sair yolla əldə edib-etməməsi ilə bağlı suallar verdikdə Azad and içərək satdığı həmin velosiopedin özünə məxsus olmasını və oğurluq olmamasını demişdir. Bu zaman Əli Azadın satdığı velosipedə baxdıqda velosipedin qara-qırmızı rəngli «Vilano» markalı olduğunu görmüşlər. Əli Azadla aralarında olan söhbətə görə razılaşaraq Azaddan həmin velosipedi 250 manata almışdır. Əli Azaddan həmin velosipedi alan zaman onun üzərində olan şəxsiyyət vəsiqəsini alıb surətini çıxarıb üzərinə Azad özü qələmlə pula ehtiyacı olduğu üçün satdığını yazmış və imza edərək altında da 04.08.2020-ci il tarixini göstərmişdir. Bundan sonra Əlinin deməsinə görə Azadda aldığı həmin velosipedi tanımadığı başqa bir şəxsə satdığını demişdir. Bundan bir neçə müddət keçdikdən sonra polislər Azadla gələrək Azadın ona dələduzluqla ələ keçirdiyi velosiped satdığını soruşduqda Əli polislərə həmin velosipedin Azad tərəfindən satıldığını bildirib Azadın üstündə qeydləri ilə olan şəxsiyyət vəsiqəsinin surətini polislərə təqdim etmişdi. İş materiallarında olan 15 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd olunmasına dair qərarın ləğv olunması və cinayət işinin başlanması barədə Qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan 04 avqust 2020-ci il tarixli iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs və azyaşlı oğlu Şahid1 Pencalı oğlunun iştirakları ilə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində yerləşən 5 nömrəli evin qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Abşeron RPİ tərəfindən 29.09.2019-cu il tarixdə CM-nin 180.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, 01.10.2019-cu il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 30 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs götürülmüş dələduzluq yolu ilə ələ keçirilmiş velosipedin «ZƏMANƏT TALONU»ndan görünür ki, həmin talonda malın adı qrafasında əlyazma ilə «Vilano 29 PRO», sayı qrafasında «1», qiyməti qrafasında «699 AZN», seriya nömrəsi qrafasında «00944338», zəmanət müddəti qrafasında «12 ay» sözləri yazılmış, malın satıldığı «VELOLİDER» dükanı və «16 iyul 2020» ştampla qeyd edilmişdir, talonda zəmanət müddətləri, zəmanət şərtləri, geri qaytarılma, zəmanət şərtlərinin hansı hallarda tətbiq olunması çap üsulu ilə qeyd edilmiş və satış məsləhətçisinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-575/2019 saylı, 12 dekabr 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon İHB-nin B.Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu və ailəsini mənfi cəhətdən xarakterizə edən hər hansı əlamət və ya hal müəyyən olunmamışdır. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Qərar ona 27 yanvar 2021-ci il tarixdə saat 10:20-də elan edilmişdir İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2021-ci il tarixli 9/333 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Vilano 29 PRO» markalı velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 550.0 manat müəyyən edilir. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin 28.01.2021-ci il tarixli, 17/68- 91/5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Abşeron rayon məhkəməsinin 1(012)-575/2019 saylı, 12.12.2019-cu il tarixli hökmü 22.01.2020-ci il tarixdə Binəqədi rayon İcra şöbəsinin icraatına daxil olmuş, məhkum qeydiyyata götürülmüş və ona 20.02.2020-ci il tarixdə elektron nəzarət qurğusu tətbiq edilmişdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəza müddəti 20.02.2021-ci il tarixdə bitir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 09.07.2021-ci il tarixli 21- 1/3-4093-12 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin (012)-575/2019 saylı, 12.12.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün 20.02.2021-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(009)-108/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 22 iyun 2021-ci il tarixli 065- 17642-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə yaxalanaraq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməməsini, əvvəllər də dəfələrlə məsuliyyətə cəlb olunmasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Səbail Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(009)-108/2021 saylı qərarı 21 iyun 2021ci il tarixdə icra edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 576 (beş yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-108/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-108/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver