Məhkəmə qərarları › İş №1(009)-108/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-108/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-108/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək əlavə olaraq göstərmişdir ki, sonuncu dəfə 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Səbail rayonu, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında özünə məxsus “X4 Rover” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 4.000 (dörd min) manatı Şahid2 götürmüş və həmin gün qeyd edilən yerdə onun tərəfindən göndərilmiş taksi sürücüsü tərəfindən 1.000 (bir min) manat məbləğində pul vəsaiti Şahid2 alınaraq Suraxanı rayon İcra Hakimiyyətinə gedən yolda olan tikilidə ona təhvil verilmişdir. Belə ki, o həmin vaxt tikilidə sənədləşmə işləri aparmış və taksi sürücüsü də məhz həmin ünvanda, Suraxanı rayonu ərazisində 1000 manat məbləğində vəsaiti ona vermişdir. Sürücünü taksi şirkətindən sifariş vermişdir. Sifariş onun köhnə nömrəsi vasitəsi ilə verilmişdir. Həmçinin qeyd etmişdir ki, Şahid2 onun tərəfindən vurulmuş zərərin 15000 manatının verilməsinə dair səsyazılar mövcuddur. Lakin Şahid2 həmin məbləğin ona qaytarılmasını təkzib edir. Təqsirləndirilən şəxs cinayət işinin aidiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ilə əlaqədar alınmış son məbləğin taksi sürücüsü vasitəsi ilə təqsirləndirilən şəxsə Bakı şəhəri Suraxanı rayonu ərazisində çatdırılmasını nəzərə alaraq həmin cinayət işinin aidiyyətı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs məhkəməyə verilməsini, işin məhkəmə baxışına təyin edilməsini, barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbirinin ləğv edilməsini və həbs qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı şəhəri Səbail Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, cinayət işinin materallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə vahid niyyətlə qeyrisini təhrik etmişdir. Belə ki, o, özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-in 178.3,2-ci maddəsi ilə təqsirləndirilən, arvadı X2 həbsdən azad edilməsində köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin iyul ayında özünə müraciət etmiş Bakı şəhər sakini Şahid2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək prokurorluq orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Roza Qədirovanın barəsində seçilmiş həbs qətimkan tədbirini həbslə bağlı olmayan digər qətimkan tədbiri ilə əvəz etmək imkanına malik olduğunu Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Kiçik Qala küçəsində yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Roza Qədirovanın xeyrinə edəcəyi hərəkətə, yəni həbs qətimkan tədbirinin həbsə alternativ qətimkan tədbiri ilə əvəz olunmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında özünə məxsus “X4 Rover” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 20.000 (iyirmi min) manat Şahid2 məxsus pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, cinayət əməllərini davam etdirərək, 2020-ci ilin avqust ayının ortalarında 5.000 (beş min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində əlavə olaraq verilməsinin zəruri olmasını Şahid2 Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən M.Ə.Sabir adına parkın qarşısında görüşləri zaman aldatmaqla ona bildirərək, onun razılığını almaqla sövdələşib, eyni niyyətlə, 2020-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında özünə məxsus “X4 Rover” markalı, 99- TT-654 dövlət qeydiyyat nişanlı avtomobildə 5.000 (beş min) manat məbləğində Şahid2 məxsus pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, cinayət əməllərini davam etdirərək, 2021-ci ilin yanvar ayında 5.000 (beş min) manat məbləğində pul vəsaitinin də rüşvət qismirdə əlavə olaraq verilməsinin zəruri olmasını Şahid2 Bakı şəhəri Nərimanov rayonu ərazisində Nərimanov rayon polis idarəsinin inzibati binasının yaxınlığında görüşləri zaman aldatmaqla ona bildirərək razılığını almaqla sövdələşib, eyni niyyətlə, 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Səbail rayonu, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında özünə məxsus “X4 Rover” markalı, **-TT- *** dövlət qeydiyyat nişanlı avtomobildə 4.000 (dörd min) manat və həmin gün qeyd edilən yerdə istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsilə 1.000 (bir min) manat olmaqla, cəmi 5.000 manat məbləğində Şahid2 məxsus pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada aidatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus cəmi 30.000 (otuz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Roza Qədirovanın xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 vahid niyyətlə təhrik etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2 cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Təqsirləndirilən şəxs verilmiş ittihamdan sonuncu dəfə cinayətdən xəbərsiz taksi sürücü vasitəsi ilə 1000 manat məbləğində vəsaitinin təqsirləndirilən şəxs tərəfindən hansı ərazidə təhvil alması əksini tapmamış, lakin məhkəmə hazırlıq iclasında müəyyən olunmuşdur ki, onun vahid niyyətlə törətdiyi əməl Suraxanı rayonunun inzibati ərazisində başa çatmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs son əməlin törədildiyi, cinayətin başa çatdığı yeri araşdırmadan, pul vəsaitinin Səbail rayonu, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında verilməsinə istinad edərək Bakı şəhəri Səbail rayonunun inzibati ərazisində törədilməsi ilə kifayətlənmişdir. Belə ki, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəməyə aid olub-olmaması barədə məsələyə baxılır. (CPM-nin 299.3.1) Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, sonuncu dəfə 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Səbail rayonu, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında özünə məxsus “X4 Rover” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 4.000 (dörd min) manat Şahid2 götürmüş və həmin gün qeyd edilən yerdə onun tərəfindən göndərilmiş taksi tərəfindən 1.000 (bir min) manat məbləğində pul vəsaiti Şahid2 alınaraq Suraxanı rayon İcra Hakimiyyətinə gedən yolda olan tikilidə ona təhvil verilmişdir. Belə ki, o həmin vaxt tikilidə sənədləşmə işləri aparmış və taksı sürücüsü də məhz həmin ünvanda, Suraxanı rayonu ərazisində 1000 manat məbləğində vəsaiti ona vermişdir. Göründüyü kimi məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməli Bakı şəhəri Suraxanı rayonu ərazisində başa çatmışdır. Məhkəmə qeyd edir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 4-cü bəndi). Hazırki iş üzrə Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ələ keçirdiyi pul vəsaitinə dair sərəncam və ya ondan istifadə etmək hüququ həmin əmlakın ona təhvil verildiyi anda yaranmışdır. Yəni, onun tərəfindən törədilməsi ehtimal olunan əməl Şahid2 məxsus pul vəsaitinin sonuncu dəfə ona təhvil verildiyi yerdə, yəni Suraxanı rayonunun inzibati ərazisində başa çatmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin əməli Bakı şəhəri Suraxanı rayonu ərazisində başa çatdığından və qeyd edilən cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə cinayətin başa çatdığı yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. CPM-nin 299.4.1-ci maddəsinə əsasən hazırlıq iclasında verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Müdafiəçi2 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmədir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin 15 mart 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilənə və hazırlıq iclasının qərarı qəbul edilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 299 və 300.1.4 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar