Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-108/2023 24.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs Əkbər qızının iştirakları ilə xx xxxxxxxx 1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsin mühasib vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmqla, həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əkbər qızının Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əkbər qızı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşın üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdə saat 11 radələrində keçmiş əri X6 yas mərasimi keçirilən və ictimai yer hesab olunan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 105 A ünvanda yerləşən “Bəyoğlu” restoranı ilə üzbəüz ünvanda fəaliyyət göstərən mərasim evində, mərhum V.Əsədovun qeyri-rəsmi nikahında olan ikinci arvadı Zərərçəkmiş şəxs məclisi idarə edən mollanın əyləşdiyi masada əyləşməsini özü üçün qəbuledilməz hal hesab edib bunu cüzi səbəb gətirərək, həmin yas mərasimində iştirak edən çoxsaylı insanların gözü qarşısında özünü digər şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, cəmiyyətə qarşı aşkar hörmətsizlik və laqeydlilik nümayiş etdirərək, ümumdavranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, habelə ictimai qaydanın kobud şəkildə pozulmasında ifadə olunan hərəkətlərlə məclisdə iştirak edən şəxlərin narahatçılığına səbəb olmaqla, məclisin normal gedişatım pozmuş, ictimai yerdə əsassız mübahisə yaratdıqdan sonra şəxslər üzərində zor təbiq edilməsi ilə müşayiət edilən hərəkətlərlərlə, xüliqanhq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs əli ilə fiziki ağrılar yetirdikdən sonra sonuncunun sağ qolundan tutub əyləşdiyi masadan çəkərək, yerə tərəf itələyib yerin bərk səthinə zərblə vurmaqla, Zərərçəkmiş şəxs sağlamlığına zərərvurmayan, dərəcələri təyin edilməyən hər iki budun ön səthinin qançırı, boyunun ön səthinin aşağı 1/3-nin sıyrığı və öz boyu hündürlüyündən sürətlənmiş yıxılma zamanı sağ bazu nahiyəsinin yerin bərk səthinə zərblə dəyməsi nəticəsində əmələ gəlmiş sağ bazu sümüyünün cərrahi boynunun, böyük qabarının qapalı sınıqları ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vuran xəsarət yetirməklə, xüliqanlıq etmişdir. Bununla, o Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə saat 10-12 radələrində o, mərhum keçmiş əri Vaqif Əsədovun yas mərasimi ilə əlaqədar, Badamdar qəsəbəsində yerləşən mərasim evinə getmişdir. Vaqifin qulluqçusu Firuzənin mərasim evində mollanın yanında oturduğunu görüb asta səslə baldızı Validəyə etiraz bildirmişdir. Sonra o, Firuzəyə asta səslə mollanın yanında oturmamasını demişdir. Bundan sonra qadın məclisə mərhumun qardaşı Vidadi və qardaşı İslamın oğlu Pərviz daxil olmuşlar. Həmin vaxtı Vidadi Firuzənin mollanın yanında oturmamasını tələb etmişdir. Firuzə masadan durub qadınların yanında dayanmış, Pərviz Firuzəyə məclisdən getməyi təklif etmiş, Firuzə isə, getməkdən imtina etdiyi üçün Pərviz arxa tərəfdən Firuzənin iki qoluna girərək, sonuncunu arxaya tərəf çəkib özü ilə sürüyə-sürüyə onu məclisdən çıxarmışdır. O, məclisdə olarkən əyləşdiyi yerdən durmamış ,heç vaxt Firuzəni vurmamış, heç bir xəsarət yetirməmişdir. Buna sübut mərasim zalında müşahidə kamera ilə çəkilmiş videogörüntüdür. Zərərçəkmiş şəxs lehinə ifadə verən şahidlər sonuncunun qohumlarıdır və onlar yalançı şahidlik etmişlər. Hətda şahidlərin verdiyi ifadələri bir birinə ziddir. Bunlar hamsı mülk məsələsinə görə onun üzərinə atılmış şər böhtandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 il bundan əvvəl X9 ilə molla kəbini ilə ailə qurmuşdur. 12 aprel 2022-ci ildə həyat yoldaşı Vaqif Əsədov vəfat etmişdir. Yoldaşının vəfatının 3-cü günü Badamdar qəsəbəsində yerləşən mərasim evində keçirmişlər. Həmin vaxt qadınlar ayrı, kişilər isə ayrı zallarda əyləşmişlər. Məclisdə molla mərhumun həyat yoldaşı kimi onu öz yanında əyləşdirmişdir. Bu zaman məclisə daxil olan mərhumun keçmiş arvadı Təqsirləndirilən şəxs onun mollanın yanında əyləşməsini görüb əsəbləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun qolundan, yaxasından tutmuş onu yerə yıxmış sürümüşdür. Bu zaman məclisdə olan qadınlar ayağa qalxıb onları ayırmışdır. Mərhumun qardaşının oğlu Pərviz və baldızı Xuraman onu evə aparmışlar. Hadisədən sonra qolu bərk ağrıdığından o, Badamdar qəsəbəsindəki poliklinikaya müraciət etmişdir. Poliklinikanın həkimi Şərəbanı onun qolunun rentqenini çəkmiş və 41 Polis bölməsinə döyülmə nəticəsində onun qolun sınması barədə məlumat vermişdir. Həmin günü axşam travmatoloqiya institutuna təcili tibbi yardımla getmiş və orada onun qoluna qips qoyulmuşdur. Şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X9 onun uzaq qohumu olmuşdur. 15 aprel 2022-ci il tarixdə səhər saatlarında mərhum X6 «üç» mərasimində iştirak etmək üçün Badamdar qəsəbəsində yerləşən mərasim evinə getmişdir. Mərasimdə mərhumun bacıları Validə və Xuraman iştirak etmişlər. Orada o, hadisənin şahidi olmuşdur. Təqsirləndirilən şəxs mərasim zalına gəlmiş və Zərərçəkmiş şəxs mollanın yanında oturmasına etiraz etmişdir. X10 qolundan tutduğunu, sonra Firuzənin yıxılmağını görmüşdür. Zalda olan qadınlar ayağa qalxmışdır. Hadisədən sonra Aygünün qayınları qadın məclis zalına gəlmişlər. Xuraman Firuzəni evə aparmışdı. Həmin gün axşam saatlarında Firuzənin qolun sınmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun qardaşı X9 12 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Firuzə neçə ildir ki, qardaşı ilə ailə qurmuşdur. Pis-yaxşı gündə əziyyətini çəkmişdir. 15 aprel 2022-ci il tarixdə mərhumun “üç” mərasimi Badamdar şossesində mərasim evində təşkil edilmişdir. Mərasim zalında mollanın sağında Zərərçəkmiş şəxs solunda isə o, oturmuşdur. Məclisdə qonuşular, qohumlar oturmuşdur. Təqsirləndirilən şəxs məclisə gəlmiş və Firuzəni mollanın yanından durmasını tələb etmişdir. Aygün ayağa durarak, Firuzənin qolundan tutmuş onu yerə yıxmışdır. Aygün Firuzəni vurmuş, böyrü üstə yerə yıxmışdır. Firuzənin bir topa saçı Aygünün əlində qalmışdı. Hamı onları ayırmağa çalışmışdır. Ofisiantlar mərhumun qardaşını İslamı çağırmışlar. Firuzə qolunun bərk ağrımasını və sınmasını ona demişdir. Qardaşı oğlu Pərviz və X8 maşınla evə aparmışlar. Bacısı Firuzənin qoluna ağrısını kəsmək üçün evdə buz qoymuşdur. Sonra Firuzəni poliklinikaya aparmışlar. Rentgendə olan həkim Şərəbanı Firuzəni qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə saat təxminən 09:30 radələrində qardaşı Vidadi ilə birlikdə mərhum qardaşı X6 “üç” mərasimində iştirak etmək məqsədi ilə Badamdar qəsəbəsində yerləşən mərasim evinə getmişlər. Kişi yas mərasimində o, molanın yanında oturmuşdu. Oğlu Şahid10 zala qaçaraq gəlmiş və Aygün Firuzəni yaman günə qoyduğunu bildirmişdir. Bundan sonra o, qadın zalının qapısına gəlmiş və Firuzəni qapıya tərəf gətirirdiyini görmüşdü. Bura yas olduğunu, dava nə üçün saldığını Firuzəyə bildirdikdə, Firuzə heçnə etmədiyini, Aygün tərəfindən yerə çırpıldığını, ağlayaraq ona demişdir. O, Firuzəyə baxdıqda onun boğazı cırıq-cırıq olduğunu görmüşdür. Dava Firuzə mollanın yanında oturduğu üçün baş vermişdir. X11 evə aparmasını demişdir. Oğlu Firuzənin qolundan tutanda Firuzə qolunda bərk ağrı olmasını ona bildirmişdir. Sonra Firuzəni poliklinikaya Şərəbanı həkimin yanına aparmışdılar. Orada Firuzənin qoluna rentqen eləmişdilər. Şərəbanı 41-ci Polis Bölməsiniə hadisə barədə məlumat vermişdir. Travmatologiyada Firuzəni qoluna qips qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə saat təxminən 10:30 radərində ailə dostu mərhum X6 «üç» mərasimində iştirak etmək məqsədi ilə Badamdar qəsəbəsində yerləşən mərasim evinə getmiş və qadınlar zalında əyləşmişdir. Mollanın yanında kimlər oturduğunu tam yadında düşmür. O, məclisdə yanında oturduğu qadınla söhbət edirmiş, birdən mərhumun keçmiş arvadı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum çəkərək yerə saldığını görmüşdür. Məclisdə dava düşmüşdür. Yerindən durmamış bu səbəbdən də başqa heçnə görməmişdir. Firuzəni oradan aparmışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə saat təxminən 11:30 radərində atasının «üç» mərasimində iştirak etmək məqsədilə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən mərasim evinə getmiş, orada bacısının əri Elnur və əmisi oğlu Pərviz ilə dəhlizdə dayanmışdı. Əmisi Vidadi onlara yaxınlaşaraq Firuzəni mollanın yanında qaldırılmasını və oradan uzaqlaşdırılmasını Pərvizə tapşırmışdır. Pərviz Firuzəni qolundan tutub sürüyüb zaldan çıxartmışdır. Orada heç bir hadisə, yəni dava-dalaş baş verməmişdir. Firuzə onu zaldan çıxardan Pərvizi az qalmışdı ki, boğmuşdur. Bu hadisə onun əmilərinin və bibilərinin mülk üstündə anasına- Təqsirləndirilən şəxs atılan şər, böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2015-ci ildən hal-hazıra kimi hüzr yerlərində qadın mollası kimi yas mərasimlərini idarə edir. 15 aprel 2022-ci il tarixdə saat təxminən 10:30 radələrində tanışı Validənin mərhum qardaşı X6 «üç» mərasimini idarə etmək üçün Badamdar qəsəbəsində yerləşən mərasim evinə getmişdir. Məclis apararkən o, söz-söhbət, səsküy eşitməmiş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında heç bir dava-dalaş olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə saat təxminən 11 radərində mərhum qardaşı X6 «üç» mərasimində iştirak etmək məqsədi ilə Badamdar qəsəbəsində yerləşən mərasim evinə getmişdir. Həmin vaxtı mərhumun keçmiş arvadı Təqsirləndirilən şəxs da məclisə gəlmişdir. Birdən qadınlar əyləşən zaldan dava-dalaş səsləri gəlmişdir. Bir qədər sonra onun bacısı Xuraman Zərərçəkmiş şəxs zaldan çıxararaq, qardaşı İslamın oğlu Pərvizin avtomobili ilə evlərinə aparmışlar. X8 evə aparıb ordan çıxıb getmişdir. Həmin günü Firuzənin evinə gedərək qolunun bərk ağrıdığını bilmişdir. Firuzə poliklinikada rentqen çəkdiyini və qolun sinmasını ona demişdir. Firuzəni qardaşı ilə birlikdə təcili tibbi yardım avtomobil ilə Firuzəni travmatoloqiyaya aparmışlar. Orada Firuzənin ürəyi getmişdir. Travmatoloqiyada Firuzənin qoluna qips qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, o, 15 aprel 2022-ci il tarixdə saat təxminən 10:30 radələrində qardaşı X6 «üç» mərasimində iştirak etmək üçün Badamdar qəsəbəsində yerləşən mərasim evinə getmişdir. Mərhumun keçmiş arvadı Təqsirləndirilən şəxs məclisə daxil olduqdan sonra molla yanında əyləşən Zərərçəkmiş şəxs üzərinə gedib yerə yıxmışdır. Bundan sonra o, məclis iştirakçılarının köməyilə Aygünlə Firuzəni sakitləşdirmiş və Firuzəni mərasim zalından çıxarıb digər qardaşı İslamın oğlu Pərvizin idarə etdiyi şəxsi avtomobil ilə evlərinə aparmışdır. Firuzənin evində buz olmadığı üçün soyuducudan donmuş əti götürərək Firuzənin qoluna qoymuşdur. Təziqi galxdığı üçün oradan getmişdir. Sonra Firuzənin poliklinikaya getməsini və qolun sınmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, mərhum X7 və sonuncunun ailə üzvlərini qonşu kimi tanıyır. 15 aprel 2022-ci il tarixdə saat təxminən 10:30 radələrində mərhum X6 «üç» mərasimində iştirak etmək üçün Badamdar qəsəbəsində yerləşən mərasim evinə getmişdir. Saat təxminən 11 radələrində Vaqif Əsədovun keçmiş arvadı Təqsirləndirilən şəxs məclisə daxil olduqdan bir neçə dəqiqə sonra məclisi idarə edən molla yanında əyləşən Zərərçəkmiş şəxs üzərinə gedib onu yerə yıxmışdır. Bundan sonra məclis iştirakçıları Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs sakitləşdirmişlər, mərhumun X8 mərasim zalından çıxarıb evlərinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, mərhum əmisi X9 12 aprel 2022-ci il tarixdə Koronavirusdan vəfat etmişdir. 15 aprel 2022ci il tarixdə o, atası İslam və əmisi Vidadi ilə birlikdə Badamdar qəsəbəsində yerləşən mərasim evində mərhum əmisi Vaqif Əsədov üçün “üç” mərasimi təşkil etmişlər. Mərasim evində qadınlar ayrı və kişilər ayrı oturmuşdur. Həmin gün saat 10:30 radələrində o, mərasim evində kişilər oturduğu məslicdə olduğu zaman qadınların olduğu məclisdə xidmət edən ofisiant yaxınlaşaraq, qadın məslicində səs-küy olduğunu bildirmiş və onu köməyə çağırmışdır. Həmin vaxtı o, qadın məclisinə yaxınlaşmış, bu zaman Zərərçəkmiş şəxs artıq ayaq üstə məclisin otrasında dayandığını və Təqsirləndirilən şəxs ilə sözlə mübahisə edərək, səs-küy salmağlarını görmüşdür. Zərərçəkmiş şəxs zaldan çıxararaq bibisi Xuraman ilə birlikdə Firuzəni evə aparmışlar. Firuzə qolunun ağrımasını və sındığını onlara demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 34 nömrəli şəhər poliklinakasında şüadiaqnostika şöbəsində həkimi işləyən X2 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs sağ qolunun rentgen müayinəsindən keçirilməsi üçün ona müraciət etmişdir. O, xəstəni rentgen aparatından keçirmiş və sağ qolunda bazu sümüyünün cərrahi boynunun sınığı izlənildiyindən, o, Zərərçəkmiş şəxs poliklinikada cərraha yönəltmiş, lakin cərraha iş yerində olmadığı üçün Zərərçəkmiş şəxs cərraha müraciət etməmişdir. O, Zərərçəkmiş şəxs rentgen müayinəsindən keçməsi və xəsarətin səbəbi ilə bağlı hər hansı jurnalda qeydiyyat aparmamışdır. Zərərçəkmiş şəxs müraciət edərkən, yas mərasimində tanışı tərəfindən döyülməsini bildirmişdir. O, həmin gün 41-ci PB-nə telefonla zəng edərək, xəstə Zərərçəkmiş şəxs sağ bazu sümüyünün sınığı xəsarəti ilə poliklinikaya müraciət etməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında ittiham tərəfin vəsatəsi əsasında əlavə şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixli hadisədən sonra ona Təqsirləndirilən şəxs kürəkıni zəng etmiş və bir yerdə görüşüb söhbət etməyə təklif etmişdir. O, etiraz edərək bacısı Firuzənin qolunu sındıran heç kəslə görüşməyəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs oğlu zəng etmiş və məsələni həll etmək məqsədi ilə halallıq mənasında, Firuzə üçün hər ay 300 manatlıq yemək məhsulları almağını təklif etmişdir.O, buna da etiraz etmişdir. Mərhumun evində Firuzəyə məxsus galan əşyaların götürülməsi üçün şərait yaradılmasına Aygünün oğlundan tələb etmişdir. Halallıq Firuzəyə bir və ya iki otaqlı ev alınarsa olacağını Aygünün oğluna bildirmişdir. Xəstəxanadan evə Firuzəni özü gətirmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəsi əsasında əlavə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə Badamdar qəsəbəsində yerləşən mərasim evin qadın zalında ofisiant kimi xidmət göstərmişdir. Məclisdə qadınlara podnosla çay gətirib aparmışdır. Məhkəmə zalında üzdən tanıdığı zərərçəkmiş şəxs mərasim evin zalında mollanın yanında, təqsirləndirilən şəxs isə zalda oturmuşdur. Sonra bu iki nəfər qadın sakitçə söhbət eləmişlər. Təqsirləndirilən zərərçəkmiş şəxsin mollanın yanında oturmamağını demişdir. Sonra zərərçəkmiş şəxs ayağa durmuş və öz yerindən durmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs isə sakitçə zalda oturmuşdur, onu yerindən qalxdığını görməmişdir. Sonra üç qadın zərərçəkmiş şəxsə yaxınlaşmışdır. Mərasim zalında dava-dalaşı görməmişdir. O, öz işini görmüş bu səbəbdən zaldan qısa müddətə çıxmışdır. Qayıdanda artıq zalda zərərçəkmiş şəxs olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəsi əsasında əlavə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə saat 11 radələrində mərasim zalına anası Təqsirləndirilən şəxs ilə gəlmişdir. Onlar mərasim evinə gələndə qapıda duranda mollanın yanında Firuzənin oturduğunu görmüşlər. Bu səbəbdən o, məclisə keçməmişdir. Anası isə gedib əyləşmişdi. Bu barədə əmisi Vidadiyə yığıb demişdir. Sonra o, gedib anasının yanında əyləşmişdir. Anası sakit bir şəkildə bibisi Validəyə Firuzənin niyə mollanın yanında əyləşdiyini soruşmuş,Validə Firuzəni ora onun tərəfindən əyləşdirməməsini demişdir. Sonra anası Firuzəyə xahiş edərək zalda əyləşməsini bildirmişdir. Firuzə buna razı olmamış və anasına kobudca reaksiya vermişdir. Bunları görən onun əmisinin yoldaşı, əmisinin baldızı, qonuşu qadınlar, qardaşının yoldaşı də ayağa qalxıb Firuzəyə zalda əyləşməsi üçün təzyiq göstərməyə başlamışlar. Bundan sonra Firuzə ayağa qalxıb aşağı düşmüşdür. Qadınlar Firuzəni zaldan çıxartmağa çalışmışlar. Sonra onun əmisinin oğlu Pərviz zala gəlmiş və Firuzəni sürüyərək zaldan çıxarmışdır. Firuzənin arxasınca bibisi Xuraman çıxıb getmişdir.Qolu sınann bir şəxsin mərasim zalından hansı səbəbdən çıxmaq istəməməsini və öz yerinə qayıtmaq istəməsini ağlabatan olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəsi əsasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə məhrum qaynatasının “üç” mərasiminə bir az gec təxminən səhər saat 12-yə qalmış getmişdir. Saat 12-yə işləmiş Firuzənin və Xuraman evə gəlməsini görmüşdür. Firuzə Pərviz və Vidadi tərəfindən məclisdən sürüyərək çıxarılmasını demişdir. Xuraman evdə ikinci mərtəbəyə qalxmadan pilləkandan qayıdıb getmişdi. Firuzə isə yuxarı qalxmışdır. Onlar gələndən 5- 10 dəqiqə sonra o, yas mərasiminə getmişdi. Yasda hər hansı bir hadisə baş verməsi barədə heç kim heç nə danışmamışdır. Uşağa görə çox otura bilməmiş, evə qayıtmışdı. Evə qayıtdıqda o, Firuzənin telefon ilə uca səslə danışmasını eşitmişdir. Firuzə belə bir şey uydurmağın onlar üçün problem ola biləcəyini telefon danışığında demişdir. Həmin gün Firuzə sağ və sol qolları ilə normal hərəkət etmişdir. Təcili tibbi yaradımının axşam saat 11-ə qalmış gəlməsini eşitmişdi. Həmin vaxt baldızı yaxınlaşıb Firuzədən nə olduğunu soruşmuş, Firuzə halsız olduğunu bildirmişdir. Qaynanası Təqsirləndirilən şəxs böhtan atıldığını səhəri günü bilmişdi. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəsi əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə mərhum X6 “üç” mərasiminə saat 13 radələrində gəlmişdi. Orada oturan qadınlardan Firuzənin zaldan Pərviz tərəfindən sürüyərək çıxarılmasını ona demişlər. Səbəbi də mollanın yanında oturması olmuşdur. Yasda hər hansı bir hadisə baş verməsi barədə heç kim heç nə danışmamışdır. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yas mərasimi keçirildiyi yer bir mərtəbəlidir, zala giriş həyətəndir, zal təxminən 150-200 nəfərlikdi. Hadisə zamanı mərasim zalında hər hansı bir əşya sındırılmamış, mərasim zalına heç bir maddi ziyan vurulmamışdır. Mərasim zalında 1 ədəd müşahidə videokamerası yerləşdirilmişdir. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli 243 №-li məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ bazu sümüyünün cərrahi boynunun və böyük qabarının qapalı sınıqları hər iki budun ön səthinin qançırı, boyunun ön səthinin aşağı 1/3-nn sıyrığı bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl və təpiklə vurduqdan sonra növbəti etapda itələyərək sağ bazu nahiyəsinin bərk sərt örtüyə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan 16 may 2022-ci il tarixli cinayət işinin başlanması və vəsatətin təmin edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınmaq barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli üzləşdirmə protokolunnan görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə -Nəsirovanın ona ucadan əxlaqsız və nalaiq ifadələr istifadə etməklə, ona niyə yuxarda oturduğunu, düşüb aşağı camaatla bir yerdə əyləşməyi deyərək, qışqıra-qışqıra gəlib saçından tutaraq onu yerə yıxıb sürüyərək xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzləşdirmə zamanı Zərərçəkmiş şəxs üzünə-Firuzəyə sakit şəkildə yaxınlaşıb qolundan tutaraq məclisin camaat əyləşən hissəsində oturmasını, ona heç bir xəsarət yetirmədiyini və onun həmin xəsarəti hansı şəraitdə almasını və hətta qolunda belə bir xəsarət olmasının inandırıcı olmadığını bildirmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli 788 №-li “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsin məktubdan görünür ki, vətəndaş 1968-ci i il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixində 6288 sıra sayı ilə institutun ambulator kitabında qeydə alinmışdır. Xəstə klinik-renteqenoloji müayinə edilmişdir və növbətçi həkimlər Hacıyev Ş. və Əkbərov Ə. tərəfindən “Sağ bazu sümüyünün cərrahi boynunun və böyük qabarının sınığı” diqnozu qoyulmuşdur.Xəstənin sözlərinı görə tanıdığı şəxs tərəfindən döyülmüşdür. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli 309 №-li “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik hüquqi şəxsin məktubdan görünür ki, 1968ci il təvəllüdü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 22:50 radələrində PHŞ-nin ambulator kitabında qeydə alınmış və özünün təqdim etdiyi rentgen şəklinə əsasən klinikrentgenoloji müayinədən sonra PHŞ-in həkimləri Ş.Hacıyev və Ə.Əkbərov tərəfindən “Sağ bazu sümüyünün cərrahi boynunun və böyük qabarının sınığı” diaqnoz qoyulmuşdur. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Əkbər qızı barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 14 iyul 2022-ci il tarixli T 271/2022 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs sağ bazu sümüyünün cərrahi boynunun və böyük qabarının qapalı sınıqları, hər iki budun ön səthinin qançırı, boyunun ön səthinin aşağı 1/3-nün sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, xəsarətin lokalizasiyası və xarakteri zərərçəkmişin öz boyu hündürlüyündən sürətlənmiş yıxılma zamanı sağ bazu nahiyəsinin yerin bərk səthinə zərblə dəyməsi nəticəsində qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə ilkin rəydə göstərildiyi kimi sağ bazu sümüyünün cərrahi boynunun və böyük qabarının qapalı sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, hər iki budun ön səthinin qançırı, boyunun ön səthinin aşağı 1/3-nün sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirə bilməsini inkar edir. İş materiallarında olan 11 oktyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi protokolunnan görünür ki, diskin yaddaşında “Новая Папка” adlı qovluq vardır. Qovluqda olan videogörüntüəyə baxış zamanı müəyyən edilir ki, videogörüntülər qapalı şəraitdə, yəni yas mərasimi evinin daxilində lentə alınmış, həmin məkanda üç sıra ilə masaların düzülməsi, orta və sağ sırada təxminən 12-13 nəfər qadının əyləşməsi və qəfildən bir neçə qadının əyləşdikləri masadan qalxaraq, videokameranın əks etdirə bilmədiyi istiqamətə, yəni geriyə tərəf yaxınlaşmaları, sonra Şahid3 və ardınca Şahid10 qadınların olduğu məkana daxil olmaları və qadınların toplaşdığı yerə tərəf hərəkət etmələri, bir neçə saniyə sonra Şahid10 müşayiəti ilə Zərərçəkmiş şəxs əli ilə sağ qolunu tutub, başqa bir qadınla birgə Şahid10 müqavimət göstərmədən, lakin geriyə qayıtmağa cəhd etməklə, birlikdə həmin məkandan çıxdıqları əks olunmuşdur. Digər videogörüntülərdə, Zərərçəkmiş şəxs sağ qolunu dirsək nahiyəsindən aşağıya, qatlanmış vəziyyətdə sol əli ilə tutub saxlayaraq evin içərisində və həyətyanı sahəsində hərəkət etməsi müşahidə olunmuşdur. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.1 və 221.1-ci maddələrinə tövsif edilməklə, iş üzrə ibtidai istintaq həmin maddələrlə davam etdirilmişdir. İş materiallarında olan 02 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəİb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 127.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 08 dekabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1 və 221.1-ci maddələrindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmiş, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, diskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-tibbi ekspertizanın 18 aprel 2022-ci il tarixli, 243 nömrəli və təkrar məhkəmə-tibbi ekspertizasının 14 iyul 2022-ci il tarixli T271/2022 nömrəli ekspert rəyləri, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu» Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 788 nömrəli və xx.xx.2022-ci il tarixli, 309 nömrəli məktubları iş üzrə sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan 08 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli cinayət işi üzrə qətimkar tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri dəyişdirilməklə, «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli X13 sağ çiyin oynağının KT tibbi raportundan görünür ki, Humerus baş-boyun hissəsində köhnə bitişmiş sınığa bağlı deformasiya qeyd olunmuşdur. Yeni sınıq xətti aşkar olunmamışdır. Ətraf yumşaq toxumalar nativ KT ilə normal dəyərləndirilmişdir. İş materiallarında olan mülki iddiaçı qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 7000 (yeddi min) manat maddi və 500 (beş yüz) manat mənəvi ziyanın tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin Plenumunun qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xulqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq-öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün istintaq zamanı verdiyi ərizədə Zərərçəkmiş şəxs xəsarət yetirilməsini, ilkin izahatında Zərərçəkmiş şəxs ilə onun arasında yas mərasimində mübahisənin yaranmasını, Zərərçəkmiş şəxs çiynindən itələməsini etiraf etməsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri, KT tibbi raportu, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Əkbər qızı özünü təqsirli bilməməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, üzləşdirmə protokolları, ekspertiza rəyləri, KT tibbi raportu və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrin ilə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi məsələsinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 09 noyabr 2004-cü il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, delikt öhdəliyi institutu səmərəli və effektiv mülki hüquqi müdafiə vasitəsidir və fərdin əvəz edilməz nemət kimi malik olduğu həyat və sağlamlığının qorunmasına və mühafizəsinə xidmət edir. Həyatına və sağlamlığına vurulan zərər nəticəsində fiziki şəxs bir tərəfdən həm fiziki həm də mənəvi iztirab, sarsıntı keçirir, digər tərəfdən isə əmlak itkisilə üzləşir. Göstərilənlərdən başqa belə şəxs sağlamlığının bərpası məqsədilə əlavə xərclərin çəkilməsinə də məruz qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əkbər qızının əməli nəticəsində Zərərçəkmiş şəxs sağlamlığa vurulmuş az ağır zərərin aradan galdırılması məqsədilə, yəni sağlamlığının bərpası məqsədilə və vurulmuş mənəvi zərər üzrə təzminatın ödənilməsi məqsədilə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Əkbər qızına qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilməlidir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Əkbər qızından Zərərçəkmiş şəxs sağlamlığının bərpasına görə 1500 (bir min beş yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat və 95 (doxsan beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2095 (iki min doxsan beş) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir.İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 17 (on yeddi) ədəd DVD disk və fotoşəkillərr cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Əkbər qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Əkbər qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əkbər qızının üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 22:00-dən səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Əkbər qızının üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Əkbər qızının barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Əkbər qızına qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Əkbər qızından Zərərçəkmiş şəxs sağlamlığının bərpasına görə 1500 (bir min beş yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat və 95 (doxsan beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2095 (iki min doxsan beş) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin.İddia qalan hissədə təmin edilməsin. İş üzrə 17 (on yeddi) ədəd DVD disk və fotoşəkillərr cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-108/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-108/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver