Məhkəmə qərarları › İş №1(009)-108/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-108/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-108/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan və barəsində ünvan 3 fevral 2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf salafanda təmiz çəkisi 5,204 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 01 yanvar 2023-cü il tarixdə müvəqqəti yaşadığı ünvan 4 ünvanda yerləşən “Tarqovıy” otelində tanışı Şahid1 əldə edib üzərində saxlamış, 01 yanvar 2023-cü il tarixdə DİN-in Baş Narkotikllərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” otelində saxlanılaraq həmin idarəyə dəvət edilmiş, idarədə həmin tarixdə saat 17:40-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 5,204 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanna aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-ci il tarixdə saat 13:00 radələrində ünvan 5 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində Şahid2, Şahid10 və Şahid1 ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, onlarla sorğu aparmağa başlamışlar. Bundan sonra o və tanışları Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onların və otelin işçisinin iştirakı ilə müvəqqəti tutduqları otelin 117 saylı otağına baxış keçirməyə başlamışlar. Baxış zamanı Eldar yaşadıqları otağın çarpayısının altından bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbadada ona məxsus olan 2 ədəd preqebalin həblərini o, özü baxış keçirən təhqiqatçıya təqdim etmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, üzəri o, tanışları və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onların hər birinin üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada müdafiəçilərlə təmin olunub hüquq və vəzifələrimi izah oundundan sonra üzərlərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş maddəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobii telefon aşkar edilərək götürülmüşdür. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təhqiqata təqdim etdiyi narkotik vasitə olan marexuana içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi" markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüşdür. Oteldəki müvəqqəti qaldıqları otaqdan aşkar edilmiş 2 ədəd preqebalin və üzərindən aşkar olunmuş marexuana özünə məxsusdur. Həmin vasitələri tanışı Şahid1 hədiyyə kimi Bakı şəhəri Səbail rayonu ərazisindən öz istifadəsi üçün ona verib, heç kimə həmin vasitələrdən satmamış, başqa heç yerdə saxlamamışdır. Şahid1 əvvəllər pul qarşılığında narkotik vasitə, yaxud psixotrop madə almamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki yaxud psixoloji təzyiqlər olmayıb. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını və buna dair medalla təltif olunduğunu, anasının ankoloji xəstəlikdən əziyyət çəkməsini eyni zamanda, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-ci il tarixdə, saat 13:00 dəqiqədə Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində tanışları Şahid10, Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmiş, sorğu aparmağa başlamışar. Bundan sonra o və tanışları Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onların, otelin işçisinin iştirakı ilə müvəqqəti qaldıqları, həmin otelin 117 nömrəli otağında axtarış və götürmə aparmışlar. O, yaşadıqları otaqda olan çarpayının altından içərisində narkotik vasitələr və psixotrop maddələr olan 1 (bir) ədəd sellofan torbanı çıxararaq polislərə təqdim etmişdir. Həmin torbadan özünə aid 3(üç) ədəd exstazy, 1 (bir) ədəd sellofan bükümdə metanfatimini, 1 (bir) ədəd bükümdə marixuananı, 3(üç) ədəd bükümdə marixuananı, 1 (bir) ədəd elekrton tərəzini, 1 (bir) ədəd plastik bank kartını, 175 dənə preqebalin həblərini təqdim etmiş, həmin mədələrdən həblər olanları istisna olmaqla digər kütlələr elektron tərəzidə çəkilmiş, sonra elektron tərəzi də daxil olamqla, sellofanda olan digər əşyalarla birlikdə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, üzəri onun, tanışlarının və təhqiqatçının özü tərəfindən imzalanmışdır. Sonra onların hər birinin üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin İdarədə müdafiəçilərlə təmin olunub hüquq və vəzifələri izah oundundan sonra üzərlərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş maddəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində 050- ***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 4098-5844-6505-2130 nömrəli 1 (bir) ədəd plastik bank kartı, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, zərfin üzəri onun özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi izah verildikdən sonra ondan götürülmüşdür. Qyd olunan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri onlayn vasitəsi ilə tanımadığı şəxsin vasitəsi ilə "zakladka” deyilən qaydada, yəni hansısa məkana qoyulur və oradan deyilən yerə gedərək götürmə üsulu ilə əldə etmişdir, etiraf edir ki, həmin maddələrin satışı ilə məşğul olur. “Tarqovu” adlanan otelin otağında aparılan video çəkiliş zamanı etdiyi əməli etiraf etmişdir və indidə bildirir ki, Zeygəmə sonuncuda aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni pul qarşılığında vermiş, Təqsirləndirilən şəxs isə hədiyyə kimi vermişdir. Oteldə otaq kirayə tutmağının da səbəbi bu olmuşdur. Aldığı narkotik vasitənin pulunu tanımadığı şəxsə ona verilən hesab nömrəsinə köçürməklə ödəyir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki, yaxud psixoloji təzyiqlər olmayıb. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində Şahid10, Təqsirləndirilən şəxs və Şahid1 ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, onlarla sorğu aparmağa başlamışlar. Bundan sonra o, və tanışları Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra onlar, otelin işçisi və polis işçiləri ilə yaşadıqları mənzilə baxış keçirməyə başlamışlar. Baxış zamanı Eidar yaşadıqları otaqda çarpayının altından bir ədəd sellofan torbanı təqdim etmişdir. O, həmin torbadan özünə məxsus 4(dörd) ədəd bükümdə marixuananı təqdim etmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, tanışları və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onları hər birinin üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə mübarizə İdarəsinə dəvət etmişlər. Orada müdafiəçilərlə təmin olunub hüquq və vəzifələri izah ounduqdan sonra üzərlərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan, qanunla qadağan edilmiş maddəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Üzərinə şəxsi axtarış davam etdirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və metamfetaminin kütləsinin 1,5 qram olduğu bildirilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Onda aşkar edilmiş həmin kütləni 1 (bir) sosial şəbəkə vasitəsi ilə tanıdığı “Anar” adlı şəxsdən Bakı şəhəri Yasamal rayonu ərazisindən öz istifadəsi üçün 50(əlli) manata əldə etmiş, heç kimə narkotik vasitə satmamış, başqa heç yerdə narkotik vasitə saxlamır. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə Səbail rayon məhkəməsi tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilərək azadlığın məhdudlaşdırılması hökmü çıxarılmışdır. 01 yanvar 2023-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” otelinin dəhlizində Şahid2 Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə olarkən 5 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, qanunsuz claraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, onlarla sorğu aparmağa başlamışlar. Bundan sonra o, və tanışları Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” otelin mənzilində narkotik vasitələr saxladıqlarını etiraf etmişlər. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onların və otelin işçisinin iştirakı ilə müvəqqəti qaldıqları otelin 117 saylı otağında baxış və götürmə aparmışlar. Baxış zamanı Eldar yaşadıqları otağın çarpayısının altından bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbadan ona məxsus olan 10 ədəd preqebalin həblərini o, özü təqdim etmişdir. Sonra aşkar olunmuş həblər boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, tanışları və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onların hər birinin üzərinə şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada müdafiəçilərlə təmin olunub hüquq və vəzifələri izah oundundan sonra üzərlərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş maddəni təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən üzərində 050-969-73- 87 simkart nömrəsi olan 1 (bir) ədəd “Poco” markalı mobil telefon, 1 (bir) ədəd özümə məxsus olan şəxsiyyət vəsiqəsi, həmin şalvarın arxa sağ cibindən 1 (bir) ədəd azadlığın məhdudlaşdırma qurğusu aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi marixuana içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, möhürləndi, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd azadlığı məhdudlaşdıran cihaz isə özünə qaytarılmışdır. Ondan aşkar olunmuş həblər və marexuananı tanışı Şahid1 Bakı şəhəri Səbail rayonu ərazisindən öz istifadəsi üçün 20 (iyirmi) manata əldə etmişdir. O, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamır. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından etibarən ünvan 6 ünvanda yerləşən oteldən qeydiyyatçı (resepşen) işləmişdir. 01 yanvar 2023-cü il tarixdə saat 13 radələrində otelə mülki geyimdə 6 nəfər şəxs yaxınlaşmış. Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ona 31 dekabr 2022ci il tarixdən otelin 117 saylı otağını bir günlük kirayə götürmüş Şahid1 və dostlarında narkotik vasitə olması barədə məlumat aldıqlarını, məlumatın yoxlanılması üçün otağa baxış keçirmək istədiklərini bildirmiş, onun razılığını soruşmuş, razıdırsa bu barədə ərizə ilə müraciət etməli olduğunu izah etmişlər. O, razı olduğunu bildrmiş və bu barədə tərtib edilmiş ərizəni imzalamışdır. Otaqda qalanlardan Şahid1 otaqlarına baxış keçirilməsi barədə təklifə tərəddüd etsə də, sonra razılaşmış və bu barədə tərtib edilmiş ərizəni imzalamışdır. Sonra o, Şahid1 və 3 dostu otelin dəhlizində dayanmış, özünü təhqiqatçı adlandıran şəxs onlara hüquq və vəzifələrini izah edib, videoçəkiliş aparılmaqla otelin 117 saylı otağına baxış keçiriləcəyini bildirmişdir. Edilən təklifdən sonra Şahid1 yataq dəstinin altından sellofan torbanı çıxarıb masanın üzərinə qoymuş, torbanın içərisində dərmanlar, narkotik vasitələr aşkar edilmişdir. Otaqda qalanlardan hansında nə qədər narkotik vasitə olmasını xatırlamır. Amma sellofan torbadan çıxan vasitələrin çox hissəsi Şahid1 məxsus olmuşdur. Lakin digər üç nəfər də, özlərinə məxsus dərman, narkotik vasitə olmasını bildirmişlər. Üç nəfərdən biri narkotik vasitəni Eldardan aldığını, digəri Eldarın ona hədiyyə verdiyini bildirmişdir. Bunları Eldar da etiraf etmişdir. Aşkar edilmiş vasitələr qablaşdırılmış, möhrlənmişdir. Bundan sonra Eldarla birlikdə digər 3 nəfər şəxs üzərlərində narkotik vasitə olub-olmamasının aydınlaşdırılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə Şahid1, Şahid2 Xanoli oğlu, Şahid10 və Təqsirləndirilən şəxs birlikdə müvəqqəti yaşadıqları Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” adlı otelin 117 saylı otağında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı məqsədi ilə əldə edərək saxlamaları barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumata əsasən raport tərtib edilmiş, bu barədə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna daxil edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri - Şahid6, Şahid5, Şahid4 və Şahid9, eyni zamanda BNM İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Anar Aslanovun iştirakı ilə Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” adlı otelə gəlmişlər. Qeyd olunan otelin işçisi Şahid8 həmin otelin 117 saylı otağına baxış keçirilməsi barədə edilən təklifə heç bir etirazı olmamadığını bildirmiş və etirazının olmaması barədə ərizə ilə müraciət etməyə razılaşmışdır. Şahid1 Cambuiat oğlu, Şahid2, Şahid10 və Təqsirləndirilən şəxs iştirakı ilə qeyd olunan otelin 117 saylı otağına videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Şahid1, Təqsirləndirilən şəxs, Şahid10 və Şahid2 qeyd olunan otaqda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1, Təqsirləndirilən şəxs, Şahid10 və Şahid2 mənzildə olan çarpayının alt hissəsindən 1 (bir) ədəd sellofan torbalar çıxararaq təqdim edib, masanın üzərinə qoymuşlar. Şahid1 1 (bir) ədəd sellofandan özünə aid 3 (üç) ədəd “ekstazy” həblərinə bənzər, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd plastik bank kartı, 3 (üç) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 175 dənə üzərində preqebalin yazısı olan həbləri, Şahid2 özünə aid olduğunu bildirərək 4 (dörd) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, Şahid10 özünə aid olduğunu bildirərək 11 (on bir) ədəd “preqebalin”-ə bənzər həbləri, Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirərək 2(iki) ədəd preqabalin həblərinə bənzər həbləri masanın üzərinə qoymuşlar. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Şahid1 təqdim etdiyi marixuanaya bənzər 3 (üç) ədəd bükümün çəkisi 1 (bir) qram, 1 (bir) ədəd marixuanaya bənzər bükümün çəkisi 2,1 (iki tam onda bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 9,6 (doqquz tam onda altı) qram müəyyən edilmişdir. Daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfimdən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, narkotik vasitəni aşkar edilən gün Bakı şəhəri Səbail rayonu ərazisindən öz istifadəsi üçün əldə etdiyini bildirdi. Axtarış və götürmədə iştirak edən Şahid8 ona verilən suallara cavab olaraq Bakı şəhəri Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Tarqoviy” otelində inzibatçı işlədiyini, həmin otelin 117 saylı otağının Şahid1 tərəfindən icarəyə götürüldüyünü, Şahid10, Təqsirləndirilən şəxs və Şahid2 həmin otağa Şahid1 yanına gəldiklərini bildirmişdir. Axtarış və götürmə istintaq hərəkəti bitdikdən sonra tərəflərindən Şahid1, Zeyğəm Əmrahov, Təqsirləndirilən şəxs və Şahid2 üzərlərində narkotik vasitə olmasında şübhəli bilinərək Baş Narkotikıərlə Mübarizə İdarəsinə dəvət edilərək aparılmışlar. BNM idarəsində adları qeyd edilən şəxslərin üzərinə şəxsi axtarış və götürmə aparılması üçün təhqiqatçı tərəfindən hər biri üçün vəkil təyin edilmiş və hüquqları izah edildikdən sonra üzərlərində qanunsuz sənəd, əşya varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və marixuanaya bənzər kütlənin çəkisinin 5,9 (beş tam onda doqquz) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid5 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X7 eyni məzmunlu ifadələr verərək digər Şahid7 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş “məhkəmə-bioloji” ekspertizasının 02 yanvar 20232-oü il tarixli 7/05 Ns-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 5,204 qram və üzərində “Şahid10 üzərindən aşkar edilmiş...”sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 5,381 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şahid1...yaşadıqları otelin otağından aşkar edilmiş...” sözləri yazılmış Kağız paketdə skoçla bağlanmış bir ədəd şəffaf sellofanda təmiz çəkisi 0,457 qram və üç ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,234qram, 0,353qram, 0,246qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 1,29 qramdır. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim olunmuş üzərində ‘‘Şahid2 yaşadığı...” sözləri yazılmış kağız paketdə 03 (üç) ədəd kağız bükülüdə və bir ədəd açıq vəziyyətdə ayrıayrılıqda təmiz çəkiləri: 1,49 qram, 1,75 qram, 1,82 qram, 0,39 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 5,45 qramdır. Tədqiqata təqdim olunmuş marexuanalar (dörd ədəd kağız paketdə olan) tərkibinə görə eynidirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş “məhkəmə-narkoloji” ekspertizasının xx.xx.2023-cü il tarixli 7394 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürməni özündə əks etdirən videogörüntüyə baxış keçirlmiş və müəyyən olunmuşdur ki, həmin baxış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, Anar Aslanov tərəfindən 01 yanvar 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbiri olaraq icra edilmiş, bunun üçün təhqiqatçı tərəfindən qərarlar qəbul edilərək, baxış və götürmədə iştirak edən şəxslərə elan edilmiş, həmçinin barələrində şübhə edilən və götürmə aparılacaq şəxslərin və otelin adminstratorunun yaşayış yerinə baxış keçirilməsinə dair razılıqları barədə ərizələri alınaraq materiallara əlavə edilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxslər Şahid1, Təqsirləndirilən şəxs, Şahid10 və Şahid2 bu barədə qərarla tanış edərək sözü gedən otaqda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1, Təqsirləndirilən şəxs, Şahid10 və Şahid2 mənzildə olan çarpayının alt hissəsindən 1 (bir) ədəd sellofan torbanı təqdim edərək stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs da öz növbəsində bu torbadan özünə aid 2(iki) ədəd preqebalin həblərinə bənzər həbləri təqdim edərək masanın üzərinə qoymuşlar. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Şahid1 adlı şəxsdən bu gün Bakı şəhəri Səbaii rayonu ərazisində öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 yanvar 2023-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Şahid10 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. İlk olaraq şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzər: şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və şəxçsiyyət vəsiqəsi bu barədə şəxsi axtarışı aparılan şəxsə izah verildikdən sonra götürülmüş, azadlığın məhdudlaşdırıimasına nəzarət cihazı qaytarılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdə, 13:00-dan şübhəli şəxs qismində tutulmuş hesab olunmuş, 03 yanvar 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-108/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, “həbs” qətimkan tədbiri seçilmiş və o, tapılanadək iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin 16 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail rayon ərazisində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. ünvan 3 fevral 2024-cü il tarixli hazırlıq qərarına əsasən, müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti təmin edilərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin- Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 şəxsi Ambulator X1 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki: - Stimul Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs sağ ağciyərin və qaraciyərin exinokokkektomiyası əməliyyatı icra edilmişdir. - Milli Onkologiya Mərkəzindən verilmiş epikrizdən görünür ki, anası X4 cərrahi əməliyyat və şüa terapiyası tətbiq edilmişdir. - N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş fəxri fərman və təşəkkür məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirdiyinə görə fəxri fərmanla təltif olunmuş və eyni zamanda ailəsinə təşəkkür məktubu verilmişdir. - 21 aprel 2022-ci il tarixli İ-5393 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, vətən müharibəsi iştirakçısı olmasını və buna dair medalla, hərbi hissənin komandiri tərəfindən verilmiş fəxri fərman və təşəkkür məktubu ilə təltif olunmasını, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsini və seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 03 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 13 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı və 27 fevral 2023-cü il tarixdən 17 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “məhkəmə-narkoloji” ekspertizasının 14 noyabr 2023-cü il tarixli 7394 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 58 (əlli səkkiz) manat 50 (əlli) qəpiyin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qsimində tanınmış və Səbail Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutada 1 ədəd ağ rəngli kapsulu, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Preqabalin Krka 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsul, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,204 qram narkotik vasitə olan qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 02 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 03 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 13 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı və 27 fevral 2023-cü il tarixdən 17 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 09 (doqquz) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 2 ünvanında olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut qsimində tanınmış və Səbail Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlanılması yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Alyse 150 mg capsule Pregabaline” əmtəə göstərici ilə konvalyutada 1 ədəd ağ rəngli kapsulu, üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr güclü təsir edən maddə preqabalin olmaqla üzərində “Preqabalin Krka 300” əmtəə göstəriciləri olan konvalyutada 1 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsul, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış çəkisi 5,204 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 58 (əlli səkkiz) manat 50 (əlli) qəpik, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 408 (dörd yüz səkkiz) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC -nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar