Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-109/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 8, mənzil 10 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamış və daşımışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, dörd ədəd şəffaf selofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 13,181 qram,15,111qram,14,474 qram, 17,155 qram olan və bir ədəd gümüşü kağız paketə təmiz çəkisi 66,823 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmişdir. Dörd ədəd şəffaf selofan torbalarda ayrı-ayrılıqda 13,181 qram,15,111 qram,14,474 qram və 17,155 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı əynindəki tünd qara rəngli gödəkçənin sol iç cibindədaşıyaraq üzərində və bir ədəd gümüşü kağız paketdə olan təmiz çəkisi 66,823 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı kirayədə yaşadığı Bakı şəhəri,Səbail rayonu,Nizami küçəsi,ev 8, 10 saylı mənzilin yataq otağındakı seyfdə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə gecə saat 02:15-də Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mubarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı ünvan 3 saylı ünvanında Təqsirləndirilən şəxsşübhəli şəxs qismində saxlanılıb üzərinə şəxsi axtarış aparılmaqla baxış keçirilərkən,əynindəki tünd qara rəngli gödəkçənin sol iç cibində dörd ədəd şəffaf selofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 13,181 qram,15,111qram,14,474 qram və 17,155 qram çəkidə və yaşadığı Bakı şəhəri,Səbail rayonu,Nizami küçəsi,ev 8, 10 saylı mənzilin yataq otağındakı seyfdə bir ədəd gümüşü kağız paketə təmiz çəkisi 66,823 qram çəkidə bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,bir neçə aydır ki, tək kirayə tutduğu Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 8, mənzil 10-da yaşayır və rəsmi heç bir yerdə işləmir, əvvəllər müxtəlif otellərdə administrator kimi işləmişdir. Təxminən 6 ay olar ki,o,narkotik vasitə olan marixuananı çəkərək qəbul edir, çəkdiyi marixuananı cəmi iki dəfə Bakı şəhərində yerləşən kafelərində birində pivə içərkən tanış olduğu Sirac adlı şəxsdən, sonuncunun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 2-3 aydan bir əlaqə saxlayıb razılaşaraq, bir neçə büküm şəklində almışdır. Sonuncu dəfə o, Siracdan 4 büküm şəkildə təxminən 60 qram narkotik vasitə olan marixuananı 600 manata xx xxxx 2020-ci il tarixdə axşam saat 20 radələrində, Bakı şəhəri,Xətai rayonu ərazisində yerləşən “Fəridə”şadlıq sarayı yaxınlığında, yol kənarındakı Sıracın nişanəsini verdiyi ağacın dibində qoyulmuş bükümləri götürmüş və yerinə pulu qoymaqla almışdır. Sonra o, xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli küçəsində binanın qarşısında tək olduğu zaman, ona bir neçə mülki geyimdə şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, həmin şəxslərdən biri mobil telefon vasitəsi ilə çəkiliş aparmaqla, ona özünü təqdim etməsini, onun narkotik vasitələrin qanunsuz dövriyəsin-də şübhəli bilindiyini elan etmişlər. O,özünü təqdim edərək anket məlumatlarını, qeydiyyatda olduğu və kirayədə yaşadığı ünvanı bildirərək, üzərində olan şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sonra polis əməkdaşları onu əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarla tanış edib, üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqda,o,polis tərəfindən yaxalandığını başa düşüb, səmimi olaraq etiraf edib üzərində dörd büküm narkotik vasitə marixuana olmasını bildirmiş və əynindəki qara rəngli gödəkçənin sol iç cibində saxladığı həmin dörd ədəd selofan bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açdıqda işərisində marixuananı görüb həmin bükümləri bağlayıb zərfə qoymaqla möhürləmiş, həmin zərf onun tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı Sirac adlı şəxsdən 600 manat öz istifadəsi üçün aldığını, eyni zamanda kirayədə yaşadığı mənzildə, yataq otağındakı seyfdə Siracdan aldığı təxminən 50 qrama yaxın əlavə narkotik vasitə marixuana olmasını və bir ədəd elektron tərəzi olmasını bildirmişdir. Sonra o, polis əməkdaşları tərəfindən onun kirayədə yaşadığı evinə baxış keçirilməsinə razılıq verməsinə dair ərizə yazmış, sonra birlikdə videoçəkilişlə mənzilə daxil olaraq, mənzilin yataq otağındakı divarda yerləşən seyfə baxış zamanı içərisində bir ədəd gümüşü rəngli büküm və bir ədəd elektron tərəzi aşkar edilmiş, polis əməkdaşları həmin bükümü açdıqda içərisində marixuananı görmüşlər. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət edib, orada hüquqlarını müdafiə edilməsi üçün vəkillə təqdim edərək, hüquq və vəzifələrini izah etdikdən sonra, dəvət olunmuş vəkilin iştirakı ilə əməliyyat tədbirinin keçirilməsi, üzərindən və yaşadığı mənzildən videoçəkilişlə narkorik vasitənin bükümləri və tərəzinin götürülməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunduqdan sonra düzgünlüyünü o, vəkilin iştirakı ilə imza etmişdir. Eyni zamanda yaşadığı mənzildən aşkar edilmiş bir ədəd elektron tərəzini özü üçün narkotik vasitə alarkən çəkisini bilmək məqsədi ilə istifadə etdiyini bildirmişdir. Törətmiş olduğu əməldən səmimi peşman olduğunu, ali təhsilli və magistraturada olan təhsilini davam etdirmək üçün məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 8, mənzil 10 ünvanında kirayədə yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu ərazisində narkotik tərkibli maddələrin qanunsuz əldə edib üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs müəyyən edib ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün xx xxxx 2020-ci il tarixdə Səbail rayonunun ərazisində onun rəhbərliyi ilə BNMİ-nin əməkdaşları əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar BNMİ-nin rəisi tərəfindən təsdiq edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Bakı şəhəri, Səbail rayonu, İslam Səfərli küçəsi 13 ünvanına gəlib gecə saat 02:15-də Təqsirləndirilən şəxs müəyyən edib polis serjantı Şahid3 istifadə etdiyi “XİOMİ” markalı mobil telefonla videoçəkiliş apararaq həmin şəxsə yaxın-laşıb özlərini təqdim edərək polis vəsiqələrini göstərmiş,eyni zamanda həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş,həmin şəxs özünü xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş,Azərbay-can Respublikası vətəndaşı,əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, işləməyən, ünvan 1-da qeydiyyatda olan,Bakı şəhəri,Səbail rayonu, Nizami küçəsi,ev 8,mənzil 10-da kirayədə yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra o, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla Təqsirləndirilən şəxs tanış etmiş, əməliyyat tədbinin videoçəkilişlə aparılmasını qeyd etməklə, sonuncunun mütəmadi olaraq Bakı şəhəri,Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhə edildiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs səmimi etiraf edib üzərində dörd büküm narkotik vasitə marixuananın olmasını bildirərək bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdəki narkotik vasitə marixuananı Sirac adlı tanışından öz istifadəsi üçün 600 manata aldığını bildirmişdir. Əlavə sorğular zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan marixuanadan əlavə bir ədəd büküm və bir ədəd elektron tərəzinin kirayədə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 8,mənzil 10 ünvanın yataq otağında olmasını etiraf etmiş,o,əməliyyat qrupu ilə və Təqsirləndirilən şəxs ilə birlikdə həmin ünvana gəlmiş, sonuncu yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmış,sonra əməliyyat qrupu videoçəkilişlə və Təqsirləndirilən şəxs iştirakı ilə mənzilə daxil olmuş, mənzilin yataq otağının divarında yerləşən kilidi açıq seyfin qapağı açıldıqda içərisdində gümüşü kağızdan olan bir ədəd büküm və bir ədəd elektron tərəzi aşkar edilmiş,həmin gümüşü kağız bükümü onun tərəfindən açıldıqda içərisində tünd yaşıl rəngli,kəskin iyli marixuanaya oxşar ot kütləsi olması aşkar edilmişdir. Həmin bir ədəd gümüşü kağız bükümü və bir ədəd elektron tərəzi onun tərəfindən bir ədəd zərfə qoyulub möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs mənzildən aşkar edilmiş narkotik vasitə marixuananın bükümünüdə Sırac adlı tanışından aldığını, elektron tərəzidən isə özü üçün aldığı narkotik vasitənin çəkisini öyrənmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra əməliyyat tədbiri iştirakçıları Təqsirləndirilən şəxs ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmiş, o, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi məqsədi vəkil dəvət etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, üstünə və kirayədə yaşadığı mənzilə baxış zamanı mobil telefon vasitəsi ilə aparılmış videoçəkiliş diskə köçürülüb nümayiş etdirməklə onun tərəfindən bu barədə protokol tərtib edilmişdir. Sonra əməliyyat tədbiri zamanı aşkar edilib götürülərək qablaşdırılmaqla möhürlənmiş narkotik vasitəyə oxşar maddənin bükümləri və elektron tərəzi ekspertizaya göndərilmiş,həmin kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmasına dair müvafiq rəy alındıqdan sonra toplanmış material ərazi aidiyyətı üzrə Səbail RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 qeyd etdiyi xususatları təsdiq etdi. Şahid3 teleqramla məhkəməyə müraciət edərək xidməti zərurətlə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri Şahid3 eyni məzmunlu ifadə verərək şahidlər Şahid1 və Şahid2 qeyd etdiyi xususatları təsdiq etmişdir. Cinayət işində olan DVD diskdə videogörüntyüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli gödəkçənin sol iç cibindən dörd ədəd şəffaf selofan torbalarda narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmiş, sonra isə onun kirayədə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 8, mənzil 10 ünvanının yataq otağındakı seyfdə bir ədəd gümüşü rəngli kağız paketdə narkotik vasitə olan marixuanaya oxşar kütlə və bir ədəd elektron tərəzinin aşkar edib götürülməsi əks olunmuşdur. xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd “DVD” formatlı “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/13 №-li rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs götürülmüş 04 ədəd şəffaf selofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 13,181 qram,15,111 qram,14,474 qram, 17,155 qram və bir ədəd gümüşü kağız paketdə təmiz çəkisi 66,823 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Təqdim edilmiş bir ədəd elektron tərəzidə marixuananın cuzi miqdarda hissəcikləri vardır. Marixuananın ümumi təmiz çəkisi 126,744 qram, tədqiqata sərf edildi – 0,1 qram ( hər obyektdən 0,02 qram, qalıq 126,44 qramdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 72 (yetmiş iki) manat müəyyən edilmişdir. xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş 04 ədəd şəffaf selofan torbalarda ayrıayrılıqda təmiz çəkiləri 13,181 qram, 15,111 qram, 14,474 qram, 17,155 qram, kirayədə yaşadığı evdə aşkar edilib götürülmüş bir ədəd gümüşü kağız paketdə təmiz çəkisi 66,823 qram, ümumi təmiz çəkisi 126,744 qram, ekspert tədqiqatından sonra qalıq çəkisi 126,644 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin üzərində cuzi miqdarda marixuananın hissəcikləri olan bir ədəd elektron tərəzi iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Səbail RPİ-yə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli 776 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxsrkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:15-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxxx 2020-ci il tarixdə əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(009)-128/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirləndiriməsinə dair ********* №-li cinayət işindən X4 barəsində (narkotik vasitənin mənbə barədə) Azəraycan Respublikası CM-nın 234.2 maddəsi ilə ********* №li cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuşazadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxx 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsTəqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 776 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 126,644 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Səbail rayon polis idarəsində saxlanılan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs mənzilindən götürülmüş bir ədəd elektron tərəzi hökm qanuini qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 355, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci iltarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış –126,644 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Səbail rayon polis idarəsində saxlanılan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs mənzilindən götürülmüş bir ədəd elektron tərəzi hökm qanuini qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 320 (üç yüz iyirmi ) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-109/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-109/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver