Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-109/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxxxx 1991-ci ildə Şəmkir şəhəri, Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 2 qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 20 sentyabr 2023-cü il tarixdə, saat 11.00-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özügənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncunun ətrafı müşahidə edib gələn olarsa, məlumat verəcəyi, özünün isə özgənin əmlakını gizli olaraq talayacağı barədə qabaqcadan razılaşmış, 01 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsində fəaliyyət göstərən «İdea» çimərliyində olarkən o, ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs4 qızma məxsus, üzərində 15 (on beş) manat dəyərində 070 *** ** ** nömrə sim kartı olan, 900 (doqquz yüz) manat dəyərində 01 ədəd «Samsung A 51» markalı mobil telefonunu, üzərində 12 (on iki) manat dəyərində 055 *** ** ** və 10 (on) manat dəyərində 070 *** ** ** nömrə sim kartları olan 400 (dörd yüz) manat dəyərində 01 ədəd Viyetnam istehsalı «SM- A525F/DS» model, 3547xx/xx/013695/5 i-mei kodlu «Samsung Galaxy A 52» markalı mobil telefonunu, 01 ədəd dəyəri 20 (iyirmi) manat olan sarafanı, içərisində 300 (üç yüz) manat nağd pul olan 01 ədəd 10 (on) manat dəyərində pul kisəsini, 01 ədəd dəyəri 25 (iyirmi beş) manat olan qətifəni, 01 ədəd dəyəri 50 (əlli) manat olan xakki rəngli idman çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 1742 (bir min yeddi yüz qırx iki) manat məbdəğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncunun ətrafı müşahidə edib gələn olarsa, məlumat verəcəyi, özünün isə özgə əmlakını gizli talayacağı barədə qabaqcadan razılaşmış, 01 sentyabr 2022-ci il tarixdə saat 23:30 radələrində Dənizkənarı Milli Parkda, «Park Bulvar» ticarət mərkəzinin arxasında olarkən o, ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə oturacağın üzərindən X3 məxsus 01 ədəd Viyetnam istehsalı, «SM-5908B/DS» model, 350048/157306/5 İMEİ kodlu «Samsung Galaxy S22 Ultra» markalı mobil telefonunu, üzərində olmuş 25 (iyirmi beş) manat dəyərində 070 *** ** ** nömrə sim kartı ilə birlikdə gizli olaraq talamaqla zərərçəkmiş şəxs Çingiz Abdıyevə ümumilikdə 1725 (bir min yeddi yüz iyirmi beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncunun ətrafı müşahidə edib gələn olarsa, məlumat verəcəyi, özünün isə özgə əmlakını gizli talayacağı barədə qabaqcadan razılaşmış, 03 sentyabr 2022-ci il tarixdə saat təxminən 19:30 radələrində Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsində fəaliyyət göstərən «İdea» çimərliyində Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etmiş, o özü isə, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qiyməti 300 (üç yüz) manat olan «Xiaomi 8 Lite» markalı mobil telefonu üzərində olan 15 (on beş) manat dəyərində 077 *** ** ** nömrə sim kartı ilə birlikdə, 01 ədəd dəyəri 25 (iyirimi beş) manat təşkil edən üzərində «Tommy» yazısı olan zoğalı rəngli idman çantasını, 01 ədəd dəyəri 10,0 (on) manat olan şalvarı, 01 ədəd dəyəri 10,0 (on) manat olan köynəyi, 01 ədəd dəyəri 15 (on beş) manat olan pul kisəsini içərisində olan 15 (on beş) manat nağd pul ilə birlikdə və dəyəri 10 (on) manat olan plastik bank kartını, eləcə də, Zərərçəkmiş şəxs1 məxsus olmuş çantada saxlanılmış və Zərərçəkmiş şəxs3 qızma məxsus 01 ədəd dəyəri 400 (dörd yüz) manat olan, Çin istehsalı, «2109119DG» modelli «Xiaomi 11 Lite 5G NE» markalı mobil telefonu üzərində olan 10 (on) manat dəyərində 051 *** ** ** nömrə sim kartı ilə birlikdə, 01 ədəd dəyəri 252 (iki yüz əlli iki) manat olan, 2,97 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qırmızımtıl sarı rəngli kulonlu boyunbağını, 01 ədəd dəyəri 10 (on) manat olan şalvarı, 01 ədəd dəyəri 15 (on beş) manat olan köynəyi, 01 ədəd dəyəri 15(on beş) manat olan pul kisəsini, 20 (iyirimi) manat məbləğdə nağd pulu, 01 ədəd dəyəri 10 (on) manat olan "xxxx" ASC-yə aid «Umico» plastik bank kartını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 400 (dörd yüz) manat və Zərərçəkmiş şəxs3 ümumilikdə 732 (yeddi yüz otuz iki) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, özünün ətrafı müşahidə edib gələn olarsa, məlumat verəcəyi, Təqsirləndirilən şəxs2 isə özgənin əmlakını gizli olaraq talayacağı barədə qabaqcadan razılaşmış, 01 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsində fəaliyyət göstərən «İdea» çimərliyində olarkən o, ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs4 qızma məxsus, üzərində 15 (on beş) manat dəyərində 070 *** ** ** nömrə sim kartı olan, 900 (doqquz yüz) manat dəyərində 01 ədəd «Samsung A 51» markalı mobil telefonunu, üzərində 12 (on iki) manat dəyərində 055 *** ** ** və 10 (on) manat dəyərində 070 *** ** ** nömrə sim kartları olan 400 (dörd yüz) manat dəyərində 01 ədəd Viyetnam istehsalı «SM- A525F/DS» model, 3547xx/xx/013695/5 i-mei kodlu «Samsung Galaxy A 52» markalı mobil telefonunu, 01 ədəd dəyəri 20,0 (iyirmi) manat olan sarafanı, içərisində 300 (üç yüz) manat nağd pul olan 01 ədəd 10,0 (on) manat dəyərində pul kisəsini, 01 ədəd dəyəri 25 (iyirmi beş) manat olan qətifəni, 01 ədəd dəyəri 50 (əlli) manat olan xakki rəngli idman çantasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 1742 (bir min yeddi yüz qırx iki) manat məbdəğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, özünün ətrafı müşahidə edib gələn olarsa, məlumat verəcəyi, Təqsirləndirilən şəxs2 isə özgə əmlakını gizli talayacağı barədə qabaqcadan razılaşmış, 01 sentyabr 2022-ci il tarixdə saat 23:30 radələrində Dənizkənarı Milli Parkda, «Park Bulvar» ticarət mərkəzinin arxasında olarkən o, ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə oturacağın üzərindən X3 məxsus 01 ədəd Viyetnam istehsalı, «SM-5908B/DS» model, 350048/157306/5 İMEİ kodlu «Samsung Galaxy S22 Ultra» markalı mobil telefonunu, üzərində olmuş 25 (iyirmi beş) manat dəyərində 070 *** ** ** nömrə sim kartı ilə birlikdə gizli olaraq talamaqla zərərçəkmiş şəxs Çingiz Abdıyevə ümumilikdə 1725 (bir min yeddi yüz iyirmi beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özünün ətrafı müşahidə edib gələn olarsa, məlumat verəcəyi, Təqsirləndirilən şəxs2 isə özgə əmlakını gizli talayacağı barədə qabaqcadan razılaşmış, 03 sentyabr 2022-ci il tarixdə saat təxminən 19:30 radələrində Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsində fəaliyyət göstərən “İdea” çimərliyində Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etmiş, o özü isə, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qiyməti 300 (üç yüz) manat olan «Xiaomi 8 Lite» markalı mobil telefonu üzərində olan 15 (on beş) manat dəyərində 077 *** ** ** nömrə sim kartı ilə birlikdə, 01 ədəd dəyəri 25 (iyirimi beş) manat təşkil edən üzərində «Tommy» yazısı olan zoğalı rəngli idman çantasını, 01 ədəd dəyəri 10 (on) manat olan şalvarı, 01 ədəd dəyəri 10 (on) manat olan köynəyi, 01 ədəd dəyəri 15 (on beş) manat olan pul kisəsini içərisində olan 15 (on beş) manat nağd pul ilə birlikdə və dəyəri 10 (on) manat olan plastik bank kartını, eləcə də Zərərçəkmiş şəxs1 məxsus olmuş çantada saxlanılmış və Zərərçəkmiş şəxs3 qızma məxsus 01 ədəd dəyəri 400 (dörd yüz) manat olan, Çin istehsalı, «2109119DG» modelli «Xiaomi 11 Lite 5G NE» markalı mobil telefonu üzərində olan 10 (on) manat dəyərində 051 *** ** ** nömrə sim kartı ilə birlikdə, 01 ədəd dəyəri 252 (iki yüz əlli iki) manat olan, 2,97 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qırmızımtıl sarı rəngli kulonlu boyunbağını, 01 ədəd dəyəri 10,0 (on) manat olan şalvarı, 01 ədəd dəyəri 15 (on beş) manat olan köynəyi, 01 ədəd dəyəri 15 (on beş) manat olan pul kisəsini, 20 (iyirimi) manat məbləğdə nağd pulu, 01 ədəd dəyəri 10 (on) manat olan "xxxx" ASC-yə aid «Umico» plastik bank kartını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 400 (dörd yüz) manat və Zərərçəkmiş şəxs3 ümumilikdə 732 (yeddi yüz otuz iki) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsində fəaliyyət göstərən “İdea” çimərliyinə oğurluq etmək məqsədi ilə getmiş, Təqsirləndirilən şəxs1 onun oğurluq edəcəyindən xəbəri olmamışdır. O, özü isə qumluğun üzərinə qoyulmuş tanımadığı şəxsə məxsus bir ədəd qırmızı rəngli idman çantasını və taxçanın (şezlonq) yanında kişi şalvarı görmüş, ətrafda heç kəsin olmadığından istifadə edərək çantanı götürüb oğurlayaraq oradan uzaqlaşmışdır. Kişi şalvarının cibində bir ədəd “Samsung A51” markalı mobil telefon olmuşdur O, paltarları həmin ərazidə atmış, ancaq telefonu götürmüşdür, çantanın içərisində 300 manat olmamışdır. Təqsirləndirilən şəxs1 həmin vaxtı dənizdə çimirdi, onun oğurluq etməsindən xəbəri yox idi. Özünü qismən təqsirli bilməsini onunla izah edir ki, ona verilmiş ittihamda onun idman çantasının içərisindən iki ədəd “Samsung A51”və “Samsung A52”, markalı telefonu oğurladığı qeyd edilsə də, o, kişi şalvarının cibindən götürdüyü bir ədəd mobil telefonu, yəni “Samsung A51” markalı mobil telefonu oğurlamışdır. Çantada telefon –“Samsung A52” markalı telefon olmamışdır, həmçinin ona verilmiş ittihamda onun çantanın içərisindən 300 manat oğurladığı qeyd edilsə də, bildirmişdir ki, çantanın içərisində 300 manat pul olmamışdır. Bundan sonra, o, yenidən həmin gün saat təxminən 23:30 radələrində Təqsirləndirilən şəxs1 ilə Dənizkənarı Milli Parkda gəzişirdi. Əmrah su içmək üçün ondan kənarlaşıb yaxınlıqda olan su krantının yanına getmiş və o, orada olan oturacağa yaxınlaşanda, oturacağın üzərində qara rəngli üzü üstə qoyulmuş 01 ədəd mobil telefon görmüşdür. O, oturacağa yaxınlaşmış, ətrafda heç kimin olmadığından istifadə edib həmin telefonu oturacağın üstündən götürəndə görmüşdür ki, “Samsung S22 Ultra” markalı mobil telefondur və həmin telefonu şalvarının cibinə qoymuşdur. Sonra o, Əmrahla birlikdə kirayədə yaşadıqları evə qayıtmışlar. O, ertəsi gün, yəni 02 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən lombarda getmiş, orada telefonu tanımadığı bir nəfər şəxsə verib girov qoyaraq, lombarddan pul götürmüş, pulun bir hissəsi ilə evin kirayə haqqını vermiş, qalan məbləği isə, yemək və digər ehtiyacları üçün xərcləmişdir. O, lombarda gedəndə Təqsirləndirilən şəxs1 bilmişdir ki, telefonlar oğurluqdur. O, telefonları lombarda verəndən sonra Təqsirləndirilən şəxs1 demişdir ki, telefonlar oğurluqdur. Dövlət ittihamçısının sualına cavab olaraq bildirmişdir ki, dənizdən qayıdarkən yolda Təqsirləndirilən şəxs1 ilə birlikdə gedərkən onun əlində apardıqlarını Əmrah görməmişdir, bu səbəbdən də onun orada telefonları oğurladığını bilməmişdir. Bundan sonra 03 sentyabr 2022-ci il tarixdə saat 23-24 radələrində o, yenidən Təqsirləndirilən şəxs1 ilə birlikdə Səbail rayonu Şıxov qəsəbəsində yerləşən çimərliyə getmişdir. O, çimərlikdə qumluğun üzərində idman çantası görmüş, çantanı götürmüş, bir az kənara aparmış, çantanı açmış və içində şəxsiyyət vəsiqəsi, bank kartları, geyim əşyaları, bir ədəd kulonlu qızıl boyunbağı, iki ədəd “Xiaomi Mi” markalı mobil telefonlar olduğunu görmüşdür. Sonra Aybəniz adlı qadına məxsus şəxsiyyət vəsiqəsini, qızıl boyunbağını və mobil telefonları götürmüş, çantanı isə oralarda atmışdır. Əmrah bu zaman dənizdə çimirdi, onun etdiklərindən xəbəri olmamışdır. Sonra Əmrahı çağırmış və onlar çimərlikdən uzaqlaşmışlar. Ertəsi gün, yəni 04 sentyabr 2022-ci il tarixdə o, əvvəl telefonları girov qoyduğu Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən lombarda getmiş, orada kulonlu qızıl boyunbağını və 01 ədəd “Xioami Mi” markalı mobil telefonu girov qoymuş, lombard ona pul vermiş, həmin pulu şəxsi ehtiyaclar üçün Əmrahla birlikdə xərcləmişlər. O, oğurluqlar zamanı əldə etdiyi puldan Təqsirləndirilən şəxs1 verməmişdir. Birlikdə yaşadıqları üçün evin kirayə pulunu vermiş, qalan pulları ümumi ehtiyacları üçün xərcləmişdir. Ehtiyacdan oğurluq etmək qərarına gəlmişdir. İstintaq zamanı müstəntiqlə lombarda getmiş, lombarda qoyduğu telefonlar zərərçəkmiş şəxslərə qaytarılmışdır. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, dəymiş ziyanın zərərçəkmiş şəxslərə qaytarıldığının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsində “İdea” çimərliyinə getmişlər. O, dənizdə çimirdi, Tural qumluqda oturmuşdur. Turalın etdiklərindən xəbəri olmamışdır, həmin vaxtı o, dənizdə çimirdi. Zərərəkmiş şəxslərdən nələr oğurlandığı barədə məlumatı yoxdur. O, heçnə oğurlamamışdır. Tural oğurluq edəndə o, dənizdə çimirdi. Lombarda gedəndə bilmişdir ki, telefonlar oğurluqdur. Tural oğurladıqları əşyaları lombarda verəndən sonra ona demişdir ki, onları oğurlamışdır. Tural oğurluqlar zamanı əldə etdikləri puldan ona heç nə verməmiş, onlar birlikdə yaşadıqları üçün evin kirayə pulunu vermiş, qalan pulları ümumi ehtiyacları üçün birlikdə xərcləmişlər. Nəzərə alınmasını xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü i tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə tanışı ilə birlikdə Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsində fəaliyyət göstərən “İdea” çimərliyinə gəlmişdir. Paltarlarını dəyişdikdən sonra üzərində olan pulunu, geyim və şəxsi əşyalarını idman çantasına yığaraq sahildə qoyub dənizə girmişlər. Sahilə çıxdıqda, üzərində mobil nömrə sim kartı olan bir ədəd “Samsung A51” markalı mobil telefon, üzərində mobil nömrə sim kartları olan bir ədəd “Samsung A52” markalı mobil telefonun, bir ədəd sarafanın, bir ədəd içərisində 300 manat olan pul kisəsinin, bir ədəd qətifənin, bir ədəd idman çantasının oğurlandığını görmüşdür. Çantanın içərisində yeyilmiş, artıq qalmış yeməklərə qədər oğurlanmışdır. Paltarları oğurlandığından həmin gün polisə müraciət edə bilməmiş, sonra səhəri gün Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gedib baş vermiş hadisə barəsində məlumat verərək ərizə yazmışdır. Telefonlardan biri - “Samsung A51” markalı mobil telefon ona qaytarılmış, digəri isə qaytarılmamışdır. Təqsirləndirilən şəxslərə qarşı şikayəti vardır. Məhkəmə xx.xx.2023-cü il tarixli iclasında iştirak edən zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində ailəsi ilə birlikdə Səbail rayonu ərazisində yerləşən Dənizkənarı bulvara getmişlər və bir qədər gəzdikdən sonra saat 23:30 radələrində “Park Bulvar” ticarət mərkəzinin yaxınlığına gedərək oturacaqda əyləşmişlər. O, su almaq məqsədi ilə arvadı Şahid1 ilə birlikdə yaxınlıqda olan köşkə getmiş, həmin vatı uşaqları da onun yanında olmuşdur və geri qayıdarkən oturacağın üzərində qoyub getdikləri və ona məxsus olan qara rəngli “Samsung S22 Ultra” markalı mobil telefonun oğurlandığını görmüşdür. Onunla skamya arasında təxminən 20 metr məsafə olardı. O, həmin telefona proqram qoşmuş idi. Belə ki, evində olan telefonla həmin telefonu izləyə bilirdi. O, əvvəlcə özü telefonu axtarmış, lakin axtarışlar nəticə verməmişdir. “Park Bulvar” ticarət mərkəzinin ətrafında mobil telefonun sim kartı telefondan çıxarıldığından tapa bilməmişdir.Bundan sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslərlə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində o, həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə Səbail rayonu Şıxov qəsəbəsindəki “İdea” çimərliyinə gəlib paltarlarını dəyişdikdən sonra pullarını, geyim və şəxsi əşyalarını idman çantasına yığaraq sahildəki qumluğun üzərində qoyub dənizə girmişlər. Dənizdə olarkən iki nəfər şəxsin onların yerində oturduğunu görmüş, lakin qaranlıq olduğundan üzlərini görə bilməmişdir. Onların oturduqları yerdə kimsə telefonun işığını yandırmış, lakin həmin şəxslərin tam olaraq onların yerində oturduqlarından əmin olmamışdır. Daha sonra həyat yoldaşı ona həmin şəxslərin onların yerində oturduqlarını demiş və onlar sahilə çıxmışlar. Sahilə çıxdıqda ona məxsus bir ədəd “XİAOMİ 11 LİTE” markalı mobil telefonun, bir ədəd üzərində ürək formalı kulon olan qızıl zəncirin, bütün ona məxsus geyim əşyalarının oğurlandığını görüb baş vermiş hadisə barəsində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona məxsus geyimlərin qiyməti təxminən 50 manat olardı. “XİAOMİ 11 LİTE” markalı mobil telefon və qızıl zəncir ona qaytarılmışdır, lakin həyat yoldaşına məxsus “XİAOMİ 8 LİTE” markalı mobil telefon qaytarılmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı şikayəti vardır. Məhkəmə xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə Səbail rayonu Şıxov qəsəbəsində fəaliyyət göstərən “İdea” çimərliyinə gedib paltarlarını dəyişdikdən sonra pullarını, geyim və şəxsi əşyalarını idman çantasına yığaraq sahildəki qumluğun üzərində qoyub dənizə girmişlər. Dənizdə olarkən uzaqdan çantanı müşahidə edirdilər. Onların yerində telefon işığı yandığını uzaqdan görmüşlər, lakin düşünməmişlər ki, kimsə onların yerində oturar. Sahilə çıxdıqda bir ədəd “XİAOMİ 8 LİTE” markalı mobil telefonu, bir ədəd idman çantası, ona məxsus şəxsi əşyalarının oğurlandığını görüb baş vermiş hadisə barədə zəng edərək, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir, “XİAOMİ 8 LİTE” markalı mobil telefon ona qaytarılmamışdır. Təqsirləndirilən şəxslərə qarşı şikayəti var. Məhkəmə xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə saat təxminən 19 radələrində ailəsi ilə birlikdə Səbail rayonu ərazisində yerləşən Dənizkənarı bulvara getmişlər və bir qədər gəzdikdən sonra saat 23:30 radələrində “Park Bulvar” ticarət mərkəzinin yaxınlığına gedərək oturacaqda əyləşmişlər. O, su almaq məqsədi ilə yoldaşı X4 ilə birlikdə yaxınlıqda olan köşkə getmiş və geri qayıdarkən oturacağın üzərində qoyub getdikləri və yoldaşına məxsus “Samsung S22 Ultra” markalı mobil telefonun oğurlandığını görüb Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişlər. Məhkəmə xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Şahid2 ifadəsində göstərmişdir ki, bir müddətdir ki, ünvan 5 ünvanında lombard fəaliyyəti ilə məşğul olur və qızılzinət əşyaları ilə, yanaşı mobil telefonları da girov kimi qəbul edir. Təqsirləndirilən şəxs2 onun müştərisi olmuşdur, Təqsirləndirilən şəxs1 isə görməmişdir, tanımır. Təqsirləndirilən şəxs2 onun iş yerinə gəlib yoldaşı xəstə olduğu üçün birinci dəfə onun yanına gəlmişdir, ikinci dəfə gələndə isə o, işdə olmamış, iş yoldaşı ondan gətirdiyi malları qəbul etmişdir. Təqsirləndirilən şəxs2 ümumilikdə üç ədəd telefon, bir ədəd qızıl gətirmişdir. Təqsirləndirilən şəxs2 gətirdiyi malları təhvil alarkən onun şəxsiyyət vəsiqəsini götürmüşdür. Təqsirləndirilən şəxs2 telefonun ekran kodunu açmış və telefonun ona məxsus olduğunu bildirdikdən sonra telefonların ona məxsus olduğuna əmin olmuşdur. O, Təqsirləndirilən şəxs2 dörd ədəd girov bileti vermişdir, bundan əlavə kitabında müvafiq qeydlər apararaq sənədləşdirmişdir. Ona 1500 manat ziyan dəymişdir, o, telefonları qaytarmış, lakin ona pul verilməmişdir. 21 sentyabr 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
177. 1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 04 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. 04 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. 05 oktyabr 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli bilinən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir Səbail rayon prokurorluğunun 06 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. Səbail rayon prokurorluğunun 06 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 06 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının 05 noyabr 2022-ci il tarixli 6/5886-9/7356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən əşyaların istifadə olması, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. 1) 2,97 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, qırmızımtıl sarı rəngli 01 ədəd kulonlu boyunbağı - 252,00 manat 2) 1 ədəd Viyetnam istehsalı, “Samsung Galaxy S22 Ultra” markalı,”SM-5908B/DS” model, 350048/157306/5 mobil telefonun (qoboru iləbirlikdə) satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla - 1700,00 manat 3) 1 ədəd Viyetnam istehsalı, “Samsung Galaxy A52” markalı, “SM-A525F/DS” model, 3547xx/xx/013695/5 İMEİ kodlu mobil telefonun (qoboru ilə birlikdə) satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla - 400,00 manat 4) 1 ədəd Çin istiehsalı, “Xiaomi 11 Lite 5G NE” markalı, “2109119DG” model, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla - 400,00 manat. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 140 (bir yüz qırx) manatdır. 22 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus və oğurlanmış bir ədəd “Samsung Galaxy A 52” markalı mobil telefon, zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus və oğurlanmış bir ədəd “Samsung Galaxy S 22” markalı mobil telefon, zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus və oğurlanmış bir ədəd “Xiaomi Mi 11 Lite 5G Ne” markalı mobil telefon, 01 ədəd kulonlu qızıl boyunbağı və şəxsiyyət vəsiqəsi maddi sübut qismində tanınmış və qəbzlə sahiblərinə təhvil verilməsi qərara alınmışdır. 23 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. 23 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-109/2023 saylı qərarı ilə xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barələrində seçilmiş “başqa yerə getmmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2: - Qazax Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.3cü maddəsi ilə təqsirli bilinərək 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 76-cı maddəsinə müvafiq olaraq 01 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuşdur. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü i tarixdə Ali Məhkəməni qərarına əsasən cəza müddəti 06 il 06 aya endirilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 70.5 və 76.2-ci maddələrinə əsasən cəzasının çəkilməmiş hissəsindən 01 il 01 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkməsinin qərarı ilə 03 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 1(076)- 12/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 232.2.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 01 ay 15 gün hissəsinə, Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 232.2.1-ci maddələri ilə qəti olaraq təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 01 ay 15 gün hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli 03 aprel 2019-cu il tarixdən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 1(076)-12/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2013-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2012-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 232.2.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs2 etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi və iş materiallarına əlavə edilmiş işin digər halları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özügənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsi, yəni Zərərçəkmiş şəxs4 məxsus bir ədəd “Samsung A52” markalı mobil telefonu və bir ədəd içərisində 300 manat olan pul kisəsini oğurlamaması iş materiallarında olan sənədlər, ekspert rəyi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Təqsirləndirilən şəxs2 belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özigənin əmlakını gizli olaraq talayıb oğurluq etməməsi iş materiallarında olan sənədlər, ekspert rəyi, şahid ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Təqsirləndirilən şəxs1 belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 səmimi peşmançılıq çəkməsini, eləcə də dəymiş zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 232.2.1 maddələri ilə təqsrili bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 01 il 01 ay 15 gün vaxtından əvvəl şərti azad edilmişdir. Lakin 06 il keçmədən 01 sentyabr 2022-ci il tarixdə, sonra təkrarən 03 sentyabr 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də bu növ cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 04 oktyabr 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (gün) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq 04 may 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 dəymiş zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Mehdiyeva Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 04 oktyabr 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (gün) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 04 may 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi “Samsung Galaxy A 52” markalı mobil telefonun Zərərçəkmiş şəxs4, bir ədəd “Samsung Galaxy S 22” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 , bir ədəd “Xiaomi Mi 11 Lite 5G Ne” markalı mobil telefon, 01 ədəd kulonlu qızıl boyunbağı və şəxsiyyət vəsiqəsinin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının 05 noyabr 2022-ci il tarixli 6/5886-9/7356 nömrəli rəyi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə verildiyindən məhkəmə ekspertizası tədqiqatının xərci 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər bir şəxsdən 70 (yetmiş) manat ) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nın hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq dövründə 04 oktyabr 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 04 oktyabr 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Materialların məhkəmə ekspertizası və məhkəmə iqtisad ekspertizasının 05 noyabr 2022ci il tarixli 6/5886-9/7356 nömrəli rəyi üzrə tədqiqatı xərci- 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər bir şəxsdən 70 (yetmiş) manat) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy A 52” markalı mobil telefonun Zərərçəkmiş şəxs4, bir ədəd “Samsung Galaxy S 22” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 , bir ədəd “Xiaomi Mi 11 Lite 5G Ne” markalı mobil telefon, 01 ədəd kulonlu qızıl boyunbağı və şəxsiyyət vəsiqəsinin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB**********3500216105, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova