Məhkəmə qərarları › İş №1(009)-109/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-109/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-109/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5, Müdafiəçilər Müdafiəçi2 Muğam oğlu və Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyinin Göyçay rayon şöbəsinə müdir vəzifəsinə işə qəbul etdirəcəyinə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün Zərərçəkmiş şəxs3 məxsus olan 5000 (beş min) manat miqdarında pul vəsaitini dəqiq tarixi istintaqla müəyyən edilməyən 2022-ci ilin yanvar ayında ünvan 4 ünvanda yerləşən “Kəhraba Ulus” adlı restoranda sonuncudan alıb vədinə əməl etmədən aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs3 5000(beş min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyinin Mingəçevir şəhər şöbəsinə müdir vəzifəsinə, daha sonra isə niyyətində dəyişiklik edərək Azərbaycan Respublikası Prezident Adminstrasiyasmm Protokol şöbəsinə işə qəbul etdirəcəyinə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün Zərərçəkmiş şəxs2 məxsus olan 10000 (on min) manat miqdarında pul vəsaitini dəqiq tarixi istintaqla müəyyən edilməyən 2023-cü ilin mart ayının əvvəllərində ünvan 4 ünvanda yerləşən “Kəhraba Ulus” adlı restoranda Zərərçəkmiş şəxs1 alıb vədinə əməl etmədən aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 10000 (on min) manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan suiistifadə etmə və aldatma yolu özgənin əmlakını təkrar ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Zərərçəkmiş şəxs4 Oqtay oğlunu əvvəllər işləyərək öz ərizəsi əsasında xaric olunduğu Göyçay rayonu Uşaq, Gənclər və İdman məktəbində müəllim vəzifəsinə işə bərpa etdirəcəyinə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün Zərərçəkmiş şəxs4 Oqtay oğluna məxsus olan 5000 (beş min) manat miqdarında pul vəsaitini dəqiq tarixi istintaqla müəyyən edilməyən 2022-ci ilin mart ayının əvvəllərində ünvan 4 ünvanda yerləşən “Kəhraba Ulus” adlı restoranda sonuncudan alıb vədinə əməl etmədən aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs4 Oqtay oğluna 5000(beş min) manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə X15 övladını Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin Göyçay şəhər şöbəsinə yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyinə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün X22 məxsus olan 7000 (yeddi min) manat miqdarında pul vəsaitini dəqiq tarixi istintaqla müəyyən edilməyən 2022-ci ilin aprel ayında ünvan 4 ünvanda yerləşən “Kəhraba Ulus” adlı restoranda sonuncudan alıb vədinə əməl etmədən aldadaraq ələ keçirmiş, sonradan həmin miqdarda pulu X22 öz şəxsi vəsaiti hesabına qaytaran Zərərçəkmiş şəxs1 7000(yeddi min) manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını təkrar ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Hüseynov AnarFeyruz oğlunu Azərbaycan Respublikası Strateji X7 X28 və X35 Təhlükəsizliyi İdarəsinə mühafizəçi vəzifəsinə işə qəbul etdirəcəyinə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün X16 məxsus olan 5000 (beş min) manat miqdarında pul vəsaitini dəqiq tarixi istintaqla müəyyən edilməyən 2022ci ilin aprel ayında ünvan 4 ünvanda yerləşən “Kəhraba Ulus” adlı restoranda sonuncudan alıb vədinə əməl etmədən aldadaraq ələ keçirmiş, sonradan həmin miqdarda pulu X16 öz şəxsi vəsaiti hesabına qaytaran Zərərçəkmiş şəxs1 5000(beş min) manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını təkrar ələ keçirmək məqsədilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə şəxsiyyəti istintaqla müəyyən edilməyən “Vüsalə” adlı qadına X29 tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu test imtahanında toplamış balların artırılmasına tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün şəxsiyyəti istintaqa məlum olmayan “Vüsalə” adlı qadına məxsus olan 5000 (beş min) manat miqdarında pul vəsaitini dəqiq tarixi istintaqla müəyyən edilməyən 2022-ci ilin aprel ayında ünvan 4 ünvanda yerləşən “Kəhraba Ulus” adlı restoranda Zərərçəkmiş şəxs1 alıb vədinə əməl etmədən aldadaraq ələ keçirmiş, sonradan həmin miqdarda pulu şəxsiyyəti istintaqa məlum olmayan “Vüsalə” adlı qadına öz şəxsi vəsaiti hesabına qaytaran Zərərçəkmiş şəxs1 5000(beş min) manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir.Bundan başqa o, qabaqcadan əlbir olduğu X25 ilə birlikdə bir qrup şəxs halında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə X26 arvadı X17 və qardaşı arvadı X4 üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzindən əlillik dərəcəsi təyin edilməklə təqaüdə çıxmasına və pensiya təşkil edəcəyinə Zərərçəkmiş şəxs7 vasitəsilə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib məqsədlər üçün vahid qəsdlə əhatə olunan niyyətlə hissə-hissə olmaqla Yavər Abışov tərəfindən 01 may 2022-ci il tarixdə saat 15:26:01-də Biləsuvar şəhəri H.Əliyev prospekti 28 nömrəli ünvanda yerləşən “Uğur” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə “S.A.A. Oru XXX Süle XXXX Qa XXX oğ XX adma olan 52********626019 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 3400 (üç min dörd yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Yavər Abışov tərəfindən 04 may 2022-ci il tarixdə saat 13:19:26-da Biləsuvar şəhəri H.Əliyev prospekti 28 nömrəli ünvanda yerləşən “Uğur” adlı marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə “Oru*** Süle**** Qa*** oğ** adma olan 52********626019 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına pul kartına 3400 (üç min dörd yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra yenidən cinayətkar əməllərinə davam edərək vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Yavər Abışov tərəfindən 18 may 2022-ci il tarixdə saat 19:10:02-də Biləsuvar şəhəri H.Əliyev prospekti 28 nömrəli ünvanda yerləşən “Uğur” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə “Oru*** Süle**** Qa*** oğ** adma olan 52********626019 nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına pul kartına 3400 (üç min dörd yüz) manat miqdarında pulun köçürülməsinə nail olub vədinə əməl etmədən aldadaraq ələ keçirməklə zərərçəkmiş şəxs X26 ümumilikdə 10200 (on min iki yüz) manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.Bundan başqa o, qabaqcadan əlbir olduğu X27 ilə birlikdə bir qrup şəxs halında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Zərərçəkmiş şəxs7 qardaşı Şahid4 "xxxx" ASC-in Biləsuvar rayon idarəsinə nəzarətçi vəzifəsinə işə qəbul etdirəcəyinə, həmçinin, anası X18 və arvadı X19 üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzindən əlillik dərəcəsi təyin edilməklə təqaüdə çıxmasına və pensiya təşkil edəcəyinə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib məqsədlər üçün vahid qəsdlə əhatə olunan niyyətlə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs7 tərəfindən 11 may 2022-ci il tarixdə saat 15:48:19-da Biləsuvar şəhəri H.Əliyev prospekti 36 nömrəli ünvanda yerləşən “Aran” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə X8 adma olan “64959004” nömrəli “Leobank” pul kartına 5000 (beş min) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək yenidən vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs7 tərəfindən 11 may 2022-ci il tarixdə saat 16:19:25-də Biləsuvar şəhəri H.Əliyev prospekti 28 nömrəli ünvanda yerləşən “Uğur” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə şəxsiyyəti istintaqla müəyyən edilməyən А***** A***** $***** adma olan “416974******4911” nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 1300 (bir min üç yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək vahid niyyətlə əhatə olunan qəsdlə eyni məqsədlə Zərərçəkmiş şəxs7 tərəfindən 28 iyun 2022-ci il tarixdə saat ll:08:40-da Biləsuvar şəhəri H.Əliyev prospekti 36 nömrəli ünvanda yerləşən “Aran” adlı marketdə quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsilə Şahid1 adma olan “4613******2461” nömrəli "xxxx" ASC tərəfindən verilmiş pul kartına 4250 (dörd min iki yüz əlli) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra yenidən eyni məqsədlə eyni qaydada 10 iyul 2022-ci il tarixdə saat 16:19:25-də Biləsuvar şəhəri H.Əliyev prospekti 28 nömrəli ünvanda yerləşən “Uğur” adlı marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə Şahid2 adma olan “462243278” nömrəli “’’Leobank” pul kartına 1500 (bir min beş yüz) manat miqdarında pulun köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək eyni məqsədlə vahid qəsdlə əhatə olunan niyyətlə sonuncu dəfə Zərərçəkmiş şəxs7 məxsus olan 3000 (üç min) manat miqdarında pul vəsaitini 15 avqust 2022-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “Pokrovka” adlı restoranda sonuncudan alıb vədinə əməl etmədən aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs7 ümumilikdə 15050 (on beş min əlli) manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, qabaqcadan əlbir olduğu X27 ilə birlikdə bir qrup şəxs halında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs5 xidmət etdiyi hərbi hissədən xəstəliklə əlaqədar təqaüdə çıxmasına köməklik edəcəyinə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün Zərərçəkmiş şəxs5 məxsus olan 6000 (altı min) manat miqdarında pul vəsaitini dəqiq tarixi istintaqla müəyyən edilməyən 2022-ci ilin sentyabr ayında ünvan 7 ünvanda yerləşən “Pokrovka” adlı restoranda sonuncudan alıb vədinə əməl etmədən aldadaraq ələ keçirdikdən bir neçə gün sonra cinayətkar əməllərinə davam edərək həmin məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 məxsus olan 6000 (altı min) manat miqdarında pul vəsaitini dəqiq tarixi istintaqla müəyyən edilməyən 2022-ci ilin sentyabr ayında yenidən ünvan 7 ünvanda yerləşən “Pokrovka” adlı restoranda sonuncudan alıb vədinə əməl etmədən aldadaraq ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 12000 (on iki min ) manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, qabaqcadan əlbir olduğu X27 ilə birlikdə bir qrup şəxs halında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Zərərçəkmiş şəxs6 qızma Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına laborant vəzifəsinə işə qəbul etdirəcəyinə sonuncunun qohumu Zərərçəkmiş şəxs5 vasitəsilə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan suiistifadə edib həmin məqsəd üçün Zərərçəkmiş şəxs6 qızma məxsus olan 5000 (beş min) manat miqdarında pul vəsaitinin dəqiq tarixi istintaqla müəyyən edilməyən 2022-ci ilin oktyabr ayında sonuncunun qohumu Zərərçəkmiş şəxs5 tərəfindən Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Gold Qayalı” adlı marketdə quraşdırılmış “E manat” elektron ödəmə sistemi vasitəsilə istintaqla müəyyən edilməyən pul kartına köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək eyni məqsədlə vahid qəsdlə əhatə olunan niyyətlə Zərərçəkmiş şəxs6 qızma məxsus olan 2000 (iki min) manat miqdarında pul vəsaitini həmin tarixdə yenidən ünvan 7 ünvanda yerləşən "Pokrovka” adlı restoranda sonuncunun qohumu Zərərçəkmiş şəxs5 alıb vədinə əməl etmədən aldadaraq ələ keçirməklə Zərərçəkmiş şəxs6 qızma ümumilikdə 7000 (yeddi min) manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, qabaqcadan əlbir olduğu X27 ilə birlikdə bir qrup şəxs halında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan, nüfuzlu şəxslərlə əlaqələri barədə həqiqətəuyğun olmayan və təhrif olunmuş məlumatlar verməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu X12 xidmət etdiyi hərbi hissədən başqa hərbi hissəyə xidmət yerinin dəyişdirilməsinə kömək edəcəyinə Zərərçəkmiş şəxs5 vasitəsilə vəd verib inandırdıqdan sonra bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı, həmçinin, verdiyi vədlə bağlı hər hansı bir iş görmək və ya vasitəçilik etmək arzusunda olmadığı halda ona olan etibardan sui-istifadə edib həmin məqsəd üçün X37 məxsus olan 2500 (iki min beş yüz) manat miqdarında pul vəsaitinin dəqiq tarixi istintaqla müəyyən edilməyən 2023-cü ilin yanvar-fevral aylarında istintaqla müəyyən edilməyən mobil tətbiqetmə vasitəsilə X9 məxsus rekvizitləri məlum olmayan pul kartına köçürülməsinə nail olub ələ keçirdikdən sonra cinayətkar əməllərinə davam edərək eyni məqsədlə vahid qəsdlə əhatə olunan niyyətlə X37 məxsus olan 7000(yeddi min) manat miqdarında pul vəsaitini həmin tarixdə yenidən ünvan 7 ünvanda yerləşən “Pokrovka” adlı restoranda sonuncunun tanışı Zərərçəkmiş şəxs5 alıb vədinə əməl etmədən aldadaraq ələ keçirmiş, sonradan həmin miqdarda pulu X13 öz şəxsi vəsaiti hesabına qaytaran Zərərçəkmiş şəxs5 9500(doqquz min beş yüz ) manat xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 qarşı dələduzluq əməlini törətmiş, lakin digər zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməli törətməmiş və özünü təqsirli bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, müharibə zamanı aldığı kəllə-beyin travması-kontuziya ilə əlaqədar hərbi hospitalda olan zaman onunla birlikdə Xalid Əliyev və Süleyman Orucov da müalicə almışdır. Bundan sonra onlarla bir neçə dəfə məclislərdə olmuş və onların vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Tanışlıq zamanı Emil özünün hazırki Prezident Təhlükəsizliyi Xidmətinin Şəxsi Mühafizə şöbəsində çalışmasını bildirmişdir. Dayısı oğlu Zərərçəkmiş şəxs2 işə düzəlmək istədiyini bildiyindən ona uyğun iş tapmasını Emildən xahiş etmişdir. Ondan Vüqarı Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Mingəçevir şəhər şöbəsinə müdir vəzifəsinə düzəlib-düzəldə bilməyəcəyini soruşmuş Emil Zərərçəkmiş şəxs2 CV, diplomların surətləri, fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, elmi dərəcələrinin surətlərini göndərilməsini ona demişdir. O, Vüqarın CV formasını, diplomların surətlərini, şəxsiyyət vəsiqəsinin surətinin fotoşəkillərini Emilə göndərmiş Emil növbəti danışıq zamanı ona Vüqarın bu cür elmi dərəcələrli ancaq Prezident Adminstrasiyasına layiq olduğunu demiş və X2 Protokol şöbəsinə düzəldə biləcəyəmi demişdir. Bunun üçün 10000 pul istəmiş o, da 10000 manat pulu Emilə əlbəəl vermişdir. Emil müxtəlif strukturlara işə adam düzəldə bildiyini ona demişdir. Bundan sonra tanışı Ayazın da işə düzəlmək istədiyini bildiyindən Emildən Ayazı işə düzəltməyi xahiş etmiş və Emil Ayazı Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Göyçay rayon şöbəsinə müdir vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bunun üçün 10000 manat lazım olduğunu demiş və Ayaz onun vasitəsilə Emilə 5000 manat vermişdir. Bundan sonra Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Göyçay şəhərinə yanğın söndürən kimi işə düzəlmək üçün Natiq adlı şəxsdən 7000 manat almışdır. Bundan başqa Ayazın tanışı olan Tural işə bərpa olunmaq üçün Ayaz Emilə müraciət etmişdir. Emil məsələni həll edəcəyinə dair söz verib bunun üçün 5000 manat lazım olmasını bildirmişdir. Tural və Ayaz görüşərək Emilə 5000 manat vermişlər. Bundan başqa digər tanışı X45 X5 işə düzəldəcəyinə dair söz verib Anardan onun vasitəsilə 5000 manat pul almışdır. Bundan başqa tanışı Vüsalə adlı şəxsin X23 müəllimə kimi imtahandan kifayət qədər bal toplamadığını Emilə demiş, Emil bal artıracağına dair söz verib 5000 manat pul istəmişdir. Vüsalə pulu onun vasitəsilə Emilə verilmişdir. Adlarını sadaladığı şəxslərin işləri deyilən vaxtda görülmədiyindən onların bəzilərinin pullarını şəxsən 17.000 manat özü qaytarmışdır.Ona ümümlikdə 17000 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, əvvəllər Göyçay rayon İcra Hakimiyyətinin Ərazi İdarə Etmə şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş, həmin ərəfələrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi yanında Sosial Xidmətlər Agentliyinin Göyçay rayon şöbəsinin rəisi vəzifəsinin boş olmasından məlumatı olmuşdur. Dostu Zərərçəkmiş şəxs1 ilə danışıq zamanı Emil İsmaylov adlı şəxsin Prezident Təhlükəsizliyi Xidmətində işlədiyini və onu həmin vəzifəyə düzəldə biləcəyini ona demişdir. Birlikdə o, Ramil və Emillə Bakı şəhərində görüşmüş, Emil ona bu məsələnin 2 ay ərzində həll olunacağı demiş və bunun üçün 10000 istəmişdir. 2022-ci ilin yay aylarında 5000 manatı əlbəəl Emilə vermişdir. Ondan pulu alan zaman Emil onun vəsiqəsinin surətini və diplomun surətini götürmüş, qalan sənədlərin işlədiyi yerdən götürəcəyini bildirmişdir. Bundan sonra deyilən vaxt tamam olmuş, Emil ona zəng vuraraq işlədiyi yerdən ərizə yazıb çıxmasını və işin bir həftəyə düzəlməsini bildirmişdir. O, da işlədiyi yerdən könüllü ərizə yazaraq çıxmışdır. Daha sonra göstərmişdir ki, o, Təqsirləndirilən şəxs pulu 2022-ci ilin may ayının sonlarında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi “Ulus” restoranının içində tanışı Zərərçəkmiş şəxs1 yanında əlbəəl 5000 manat pul vermişdir. Pulu verən zaman yanlarında tanışı Zərərçəkmiş şəxs1 olmuşdur. Ona ümümlikdə 5000 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası Gəncə şəhərində yerləşən Texnologiya Universitetində prorektor vəzifəsində 7 il çalışmış, səhhəti ilə bağlı 2022-ci ilin yanvar ayında çalışdığı vəzifədən öz könüllü ərizəsi ilə işdən çıxmışdır. 3-4 ay müalicə aldığı müddətdə işsiz qalmışdır. Həmin ərəfələrdə bibisi oğlu Zərərçəkmiş şəxs1 ilə danışıq zamanı iş düşsə ona deməsini xahiş etmiş, Ramil isə onunla birlikdə Qarabağda vuruşan Xalid və Süleymanın Təqsirləndirilən şəxs adlı ortaq tanışlarının olmasını, onun Prezident Təhlükəsizliyi Xidmətində çalışmasını demişdir. Ramil onu Təqsirləndirilən şəxsla tanış etmiş Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi yanında Sosial Xidmətlər Agentliyinin Mingəçevir şəhər şöbəsinin müdiri vəzifəsinə düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bunu bacaracağını demiş və ondan CV, şəxsiyyət vəsiqəsi, 3x4 formatlı şəkil, diplomların təsdiqlənmiş surətləri, elmi dərəcələrin sənədlərini istəmişdir. O, həmin sənədləri Təqsirləndirilən şəxs təqdim etmiş bundan bir neçə gün sonra Emil onun daha yüksək vəzifəyə layiq olduğuna ona demişdir. Onu Azərbaycan Respublikası X1 şöbəsinə düzəldə biləcəyini demiş və 10000 manat pul istəmişdir. Onun həmin vaxt pulu olmadığına görə onun yerinə bibisi oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul vermişdir. Təqsirləndirilən şəxs 2 ay müddətinə işin alınacağını bildirmiş dir. Bundan sonra müddət başa çatmış, Təqsirləndirilən şəxs onun və bibisi oğlu Ramilin zənglərinə cavab verməmişdir. Sonrada eşitmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğlu Ramilin müxtəlif tanışlarına bu cür yalan vədlər verərək müxtəlif ünvanlarda yalan vəd verib camaatın pullarını almışdır. Sonra isə həmin adamlar Ramili sıxışdırdıqlarına görə Ramil məcburi əmlak sataraq ziyana düşmüşdür. O bibisi oğlu Ramilə 10000 min manatı qaytarmışdır. Ona ümümlikdə 10000 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, əvvəllər Göyçay rayon Uşaq Gənclər və İdman məktəbində müəllim işləmiş və 2022-ci ilin fevral ayında ərizəsi əsasında işdən çıxmışdır. Sonradan işdən çıxmağına görə peşman olmuş və buna görə də işinə qayıtmaq istəmiş, lakin məktəbin yeni rəhbərliyi onu işə qəbul etməmişdir. O, bu barədə uşaqlıq dostu Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman Prezident Təhlükəsizliyi Xidmətində işləyən Təqsirləndirilən şəxs adlı şəxsin olmasını və onu işinə qaytara biləcəyini ona demişdir. 2022-ci ilin mart ayının əvvəllərində Ramillə birlikdə Bakı şəhərində Təqsirləndirilən şəxs ilə görüşmüş və işə düzəlmək istədiyini ona demişdir. Emil 2022-ci ilin sentyabr ayına kimi onu işə bərpa edəcəyini və bunun müqabilində 5000 manat istədiyini bildirmiş, o, da razılaşmışdır. Elə orada 5000 manat pulu Ramilin yanında sayıb Təqsirləndirilən şəxs vermişdir. Ona ümümlikdə 5000 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında onu Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən hərbi hissədən Bakı şəhəri Qaradağ rayonu Şubanı hərbi şəhərciyində yerləşən hərbi hissəyə göndərmişlər. 2022-ci ilin sentyabr ayının 13 və 15-də o, kursant yoldaşı Süleyman Orucovla Bakı şəhəri Əhmədli qəsəbəsində görüşüb söhbət edən zaman o, döyüşlərdə aldığı xəsarətlə bağlı Emil adlı şəxsin köməkliyi ilə təqaüdə çıxmış və hərbidən uzaqlaşmışdır. O, da döyüşlərdə çox saylı qəlpə yaraları aldığı və psixoloji problemləri olduğundan hərbidə xidmətdə çətinlik çəkdiyini Süleymana demişdir. Süleyman da onu Emil adlı şəxslə tanış edəcəyini və təqaüdə çıxmağa Emilin köməklik göstərəcəyini demişdir. Bir neçə gün sonra onlar Emillə görüşmüş Emil isə ona xəstəliyi ilə bağlı çıxmağa köməklik edəcəyini söz vermişdir. 2022-ci ilin sentyabr ayında o, Emil ilə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Pokrovka” kafesində görüşmüş Emilin əvvəlcədən ona dediyi tibbi sənədləri ona vermiş, Emil ona ilk görüşdə təqaüdə çıxması ilə bağlı 12000 manat verilməli olduğunu dediyi üçün özü ilə gətirdiyi 6000 manat pulu Emilə vermişdir. Bundan 3-4 gün sonra Emil ona zəng edib , təcili görüşərək əlavə 6000 manatı da verməli olduğunu demişdir. Onlar yenidən Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Pokrovka” adlanan kafedə görüşmüşlər və o, Emilə əlavə 6000 manatı da vermişdir. Emil isə bir neçə ay ərzində onu təqaüdə çıxaracağını söz vermişdir. 2022 -ci ilin noyabr ayında dayısıqızı Əfsanə ilə söhbət edən zaman o, tibb universitetini bitirdiyini lakin işsiz olduğunu ona demiş o,da bu barədə Emilə demişdir.Emil Əfsanəni hərbi hospitala işə düzəldə biləcəyini deyib bunun üçün 7000 manat pul istəmiş , o isə bu barədə Əfsanəyə demişdir. Əfsanə Emilin tələb etdiyi sənədləri və 7000 manat pulu ona vermiş, o da həmin pulun 5000 manatını 2022-ci ilin noyabr ayında Sumqayıt şəhərində “Gold Qayalı” marketdəki e-manat aparatı vasitəsilə Emilin ona göndərdiyi kart hesabına köçürmüş , həmin gün axşam saat 20 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Pokrovka” kafesində Emil ilə görüşüb , Əfsanənin verdiyi 2000 manat pulu da Emilə vermişdir. 2022-ci ilin noyabrdekabr aylarında hərbçi tanışı olan Oktay ilə görüşüb, söhbət edərkən Emil vasitəsilə təqaüdə çıxmağa hazırlaşdığını ona danışmışdır. Oktay da əslən Naxçıvan MR-dan olduğundan və ailəsinin Naxçıvanda olduğunu ,özünün isə Bərdə rayonunda yerləşən hərbi hissədə xidmət etməsini ona danışıb, Naxçıvan MR-da yerləşən hərbi hissələrdən birinə dəyişilməsi üçün Emil adlı şəxsin ona da köməklik etməsini xahiş etmişdir.O, bu barədə Emilə danışmış, Emil 9500 manat müqabilində Oktaya köməklik edəcəyinə söz vermişdir.2023-cü ilin təxminən yanvar-fevral aylarında Oktaydan hərbi sənədləri və 9500 manat pulu Oktaydan götürmüş Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Pokrovka” adlı kafedə Emilə vermişdir. Daha doğrusu , həmin pulun 2500 manatını onun xahişi ilə Samir adlı dostunun kartına atmış, Samir də həmin pulu Emilin hesabına göndərmişdir. Bundan sonra o dəfələrlə Emilə zəng edib , işlərlə bağlı məlumat almışdır.Emil hər dəfə müxtəlif bahanələr gətirib, onu aldatmışdır. O, Oktayın pulu öz hesabına qaytarmışdır. Bununla da Emil ümumilikdə ona 21500 manat ziyan vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 etibarnamə əsasında nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 hərbi hospitala işə düzəld biləcəyini vəd vermiş və bunun müqabilində 7000 manat pul almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 aldadaraq ona 7000 manat ziyan vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X34 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının sonlarında Biləsuvar şəhər sakini Zərərçəkmiş şəxs7 ona Təqsirləndirilən şəxs ilə tanış olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə ilk dəfə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi “Ulus” kafesində görüşmüşdür. Zərərçəkmiş şəxs7 ona anası, arvadı və qardaşının işləri ilə bağlı Təqsirləndirilən şəxs xahiş etməsini, Təqsirləndirilən şəxs ona köməklik edəcəyini və 3 ay müddətində həll edəcəyi barədə bildirmişdir. Zərərçəkmiş şəxs7 onunla söhbət zamanı həmin işlərə görə Təqsirləndirilən şəxs 15000 manat pul verəcəyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs7 vasitəçiliyi ilə Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayaraq arvadı X10 və qardaşı arvadı X3 xəstəliklə təqaüdə çıxarmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona telefonda heç bir prolem olmadığını və tez bir zamanda yaxınlarının təqaüdə çıxma məsələsini həll edəcəyini bildirmişdir. Bunun müqabilində Təqsirləndirilən şəxs ondan 10200 manat pul istəmiş və o, hissə-hissə karta köçürməklə Təqsirləndirilən şəxs 10200 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs telefon danışığında ona pulların çatdığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onu aldadaraq ümümlikdə ona 10200 manat ziyan vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ildə Xalid Əliyev vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə ilk dəfə 2022-ci ilin aprel ayında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi “Ulus” kafesində üzbəüz görüşmüşdür. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona istənilən şəxsin işə düzəldilməsində, təqaüdə çıxmasında, polis orqanlarında çalışmasında və sair işlər ilə bağlı olaraq özünün geniş əlaqələrinin olduğunu, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin vasitəsilə istənilən qeyd edilən məsələləri həll edə biləcəyini bildirmişdir. Həmçinin, özünün hazırda Prezident Aparatında xüsusi dövlət mühafizə xidmətinin zabiti olaraq çalışdığını və bir daha geniş əlaqələrinin olması barədə məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs anası X11 xəstəliklə təqaüdə çıxmasında, həmçinin, arvadı X6 xəstəliklə təqaüdə çıxmasında və qardaşı Şahid4 Biləsuvar rayonunda işıq idarəsində nəzarətçi vəzifəsinə düzəlməyində köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin məsələləri 3 ay ərzində müsbət şəkildə həll edəcəyini ona bildirmişdir. Bunun qarşılığında ondan 15000 manat nağd pul istəmiş və o, karta köçürməklə Təqsirləndirilən şəxs 10250 manat pul ödəmişdir. Bundan sonra “Pokrovka” restoranında Rəhim adlı tanışının yanında 3000 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs onu aldadaraq ümümlikdə ona 15050 manat ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 o oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. Təqsirləndirilən şəxs vətəndaşlardan pul almasının ona heç bir aidiyyəti olmamışdır. Ona məxsus plastik kartına bacanağı Təqsirləndirilən şəxs ondan istədiyi üçün 28 iyun 2022-ci il tarixdə ona vermişdir. Nəticədə Təqsirləndirilən şəxs ona məxsus olan kartdan 4207 manat pul çıxarmış və həmin pulun kartına köçürülməsi barədə onun məlumatı olmuşdur. İş materiallarında olan 18 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 22 may 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 24 iyun 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmişdir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələr ilə ********* cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 28 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələr ilə ********* cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli axtarış elan edilməsi və ittiham elan edilməsi üçün şəxsin tutulması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutularaq Səbail RPİ-nin İŞ-nə gətirilməsinin təmin edilməsi qərara verilmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli axtarış elan edilməsi və ittiham elan edilməsi üçün şəxsin tutulması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutularaq Səbail RPİ-nin İŞ-nə gətirilməsinin təmin edilməsi qərara verilmişdir. İş materiallarında olan 21 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, X34 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə qetməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 sentyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 02 sentyabr 2023-cü il tarixli cinayət işinin icraatın birləşdirilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi ********* cinayət işinə birləşdirilərək yekun olaraq ********* saylı cinayət işi ********* nömrəsi ilə cinayət işi istintaqı davam etdirilsin qərara verilmişdir. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələr ilə ********* cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs4 Oqtay oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutularaq Nərimanov RPİ-nin MSYnə təhvil verilməsi qərara verilmişdir. İş materiallarında olan 07 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, onlar istintaq zamanı verdikləri ifadələri üzləşdirmə zamanı biri-birinin üzünə qarşı bildirməklə ilkin ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN Nərimanov Rayon Polis İdarəsinin 2/2-12417 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saxlanaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin 47/2-22545 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saxlanaraq Səbail RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, onlar istintaq zamanı verdikləri ifadələri üzləşdirmə zamanı biri-birinin üzünə qarşı bildirməklə ilkin ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, onlar istintaq zamanı verdikləri ifadələri üzləşdirmə zamanı biri-birinin üzünə qarşı bildirməklə ilkin ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1508/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 12(on iki) gün müddətinə “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin saxlanıldığı yerdən başqa yerə keçirilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə Nərimanov rayon prokurorluğuna və Nərimanov rayon məhkəməsinə köçürülmüşdür. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokolundan görünür ki,Bkı şəhəri Səbai rayonu, A.Abbassazadə küçəsi yaxınlığında Baku Oxford məktəbinin yaxınlığı 8-ci döngə deyilən yerə “Kəhrəba-Ulus” restoranı deyilən yerə baxış keçirdərək, o ifadələrini yerində təstiq edərək, 2022-ci ilin may-sentyabr ayları ərzində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X25 adlı şəxslər bu kafedə görüşərək danışmışdırlar. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmişdir. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yenidən həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. -cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxsin qismən etiraf ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, ifadələrin yerində yoxlanılması protokolları, cinayət yolu ilə əldə edilmiş pulun bir hissəsinin qaytarılmasına dair ərizə və qəbzlər, istintaq hərəkəti protokolları və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilməklə cinayət işinə əlavə edilmiş pulların Təqsirləndirilən şəxs sərəncamına keçməsinə dair qəbzlərin isə maddi sübut kimi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaq materiallarından Azərbaycan Respublikası CPM-in 50 və 211- ci maddələrinə əsasən X20 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrı icraata ayrılmış, 07 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 225-ci maddəsinə əsasən tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yenidən həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 29 sentyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs2 notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 29 sentyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs1 notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 29 sentyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs6 notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 29 sentyabr 2024-cü il tarixli X14 notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 30 sentyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs4 Oqtay oğlunun notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam ödəmişdir, aralarında barışıq əldə olunmuşdur, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs7 notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli X24 notarial qaydada təstiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 02 oktyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs3 məhkəmədə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxslərin ifadələrilə, maddi sübutlar və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi zərərçəkmiş şəxslərin ifadələrilə, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və vurulmuş ziyanın tam ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü nin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsa azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsa təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutma və həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və 18 oktyabr 2023-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 11 (on bir) ay 14 (on dörd) gün müddət cəmi 11 (on bir) ay 16 (on altı) gün müddət bir günə iki gün hesablanaraq 01(bir) il 11(on bir) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad ediməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və 18 oktyabr 2023-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 11 (on bir) ay 14 (on dörd) gün müddət cəmi 11 (on bir) ay 16 (on altı) gün müddət bir günə iki gün hesablanaraq 01(bir) il 11(on bir) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar