Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-109/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmuş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan qrup şəxs halında tanışı X4 birlikdə xx.xx.2023-cü il tarixdə saat 16:39:09-da Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanda olan zaman sonuncuya məxsus "xxxx" ASC tərəfindən verilmiş 4127-2081-1102-4518 nömrəli hesab kartından istifadəsində olan Şahid məxsus "xxxx" ASC-ə tərəfindən verilmiş 4169-7388-0035-2399 nömrəli hesab kartına 633,15 manat pulu gizli köçürərək cinayəti başa çatdırıb elektron məlumat daşıyıcılarından istifadə etməklə özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 633,15 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək bildirdi ki, uzun müüdət Rusiya Federasiyasında yaşamış və usta kimi ev tikmişdir. X6 Rusiya Federasiyasında tanımış, özü 2018-ci ildə Rusiya Federasiyasından Azərbaycana deport olunmuşdu. 2023-cü ilin fevral ayı olardı ki, Rusiya Federasiyasının Saratov şəhərində yaşayan X9 adlı tanışı onunla əlaqə saxlayıb bildirmişdi ki, internet vasitəsi ilə müəyyən şəxsləri aldadaraq pul əldə edəcək, bununla əlaqədar etibarlı şəxs lazım olduğunu, adına Azərbaycanda bank hesabı olmasını, pulların hesabına yığılmasını və həmin şəxsin bütün pulları ona göndərməsini bildirmişdi. O, Vasiliyə köməklik edə biləcəyini demiş, sonuncu həmin pulun göndərilməsində köməklik edəcəyi halda hər köçürməyə görə ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdi. O, Belarusiyaya gedibgəldiyinə görə fikirləşmişdi ki, öz adına bank hesabı açar, həmin bank hesabına külli miqdarda pul gələr, həmin pulu Rusiyaya köçürər, sonradan sərhədi keçən zaman ona problem olar. Buna görə də qərara gəlmişdi ki, bank hesabını başqa şəxsin adına açsın. 2023-cü ilin mart ayının oratalarında tanışı Rahim Mahmudova bildirmişdi və Rahim ona bir nəfər Ramin adlı şəxsin və ya öz bacısının adına olan Kapital bank tərəfindən verilmiş 4169 7388 0035 2399 saylı kart vermişdi. Həmin karta hansı məbləğdə pul köçürülməsini dəqiq xatırlamır, lakin bilir ki, həmin kartdan 3-5 gün istifadə etmişdi. Sonradan Vasiliy ona demişdi ki, "xxxx" tərəfindən verilmiş kartlarda problem var, kartı dəyişsin. O, buna görə kartı dəyişmiş və kartdan istifadə etməmişdi. Həmin karta 19 mart 2023-cü il tarixdə köçürülmüş puldan səhv etmirsə 630 manat pul qalmışdır. Həmin 630 manat pulu o, çıxarıb üzərindən 30 manat götürüb qalan 600 manatını isə poçt vasitəsi ilə Vasiliyə göndərmişdi. X2 ona verdiyi Şahid məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 0035 2399 saylı karta gələn puldan Rahim Mahmudova və Şahid hər hansı məbləğdə pul verməmişdir. O, X7 600 manat pulu hansı yolla göndərdiyini dəqiq xatırlamır, ola bilsin kart hesabı və ya poçt vasitəsi ilə göndərmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs məhkəməyə bildirir ki, qardaşı X8 məxsus mopedi “tap.az”-da satışa qoymuş, 19 mart 2023-cü il tarixdə yaşadığı Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 26, mənzil 83-də olan zaman qardaşı Rafael ona bildirmişdi ki, mopedini almaq istəyirlər və bank kartını göndərmələrini bildiriblər. Həmin gün özünə məxsus "xxxx" bank tərəfindən verilmiş 5522 0993 5334 0151 saylı bank kartında olan 524 manat pulu "xxxx" bank tərəfindən verilmiş 4127 2081 1102 4518 saylı bank kartına köçürmüşdü. "xxxx" bank tərəfindən verilmiş 4127 2081 1102 4518 saylı bank kartında ümumilikdə 637 manat pul qalığı olmuşdu. Daha sonra "xxxx" bank tərəfindən verilmiş 5522 0993 5334 0151 saylı bank kartını qardaşına vermiş, qardaşı kartın nömrəsini +**********0 saylı mobil telefon nömrəsinin vatsapına göndərmişdi. Bundan sonra ona 070 *** ** ** saylı mobil telefon nömrəsindən bir nəfər qadın zəng vuraraq ilk olaraq onun şəxsiyyət vəsiqəsinin fin kodunu istəmişdi. O, fin nömrəni deməmiş, bundan sonra həmin qadın onun telefonuna gələn təhlükəsizlik kodunu istəmiş, təhlükəsizlik kodunu da verməmişdi. O, həmin qadınla danışan zaman sonuncu saat 16:37-də ona təhlükəsizlik kodunu göndərmişdi. Həmin vaxt onun mobil telefonunda istifadə etdiyi "xxxx" mobil tədbiqinə daxil olma bildirişi gəlmişdi. Qadınla danışığı yarımçıq saxlayıb, telefonda "xxxx"-nin mobil tədbiqinə daxil olmaq istəmiş, bu zaman istifadəsində olan 070 *** ** ** saylı mobil telefon nömrəsinə mesaj gəlmiş və mesaja baxan zaman ona məxsus "xxxx" bank tərəfindən verilmiş 4127 2081 1102 4518 saylı bank kartından 633 manat 15 qəpik pulun çıxarıldığını aşkar etmişdi. O, həmin vaxt telefonunda olan mobil tədbiqə daxil ola bilməmiş, dərhal "xxxx" banka zəng vurub hər iki kartları bloklamışdı. Daha sonra mobil telefonunda olan mobil tədbiqi pozub yenidən telefonuna yükləmişdi. Bundan sonra mobil tədbiqə daxil ola bilmiş, mobil tətbiqə daxil olan zaman 633 manat pulun "xxxx" ASC tərəfindən verilmiş 4169*******2399 saylı kartın hesabına köçürüldüyünü görmüşdür. Ona vurulmuş ziyan tam ödənilib, şikayətçi deyil. Məhkəmə istintaqında şahid qismində ifadə verən Şahid məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs X3 vasitəsi ilə tanımışdır. Rahim Məmmədov onun əsgər yoldaşı olmuşdur. O, Xaçmaz rayonunda meyvə alğı-satqısı ilə məşqul olur. Rahim Məmmədov ona Quba rayonundan alma gətirib satırdı. 2023-cü ilin mart ayında Rahim Məmmədov onun yanına gələn zaman Təqsirləndirilən şəxs ilə birlikdə gəlmiş, bir gün onun qonağı olmuşlar. Anar Türkiyədən meyvə tərəvəz gətirib Rusiyaya aparır. Anar ondan kartını istəmiş və demişdi ki, öz kartlarına pul çox gəlib-gedir, limiti keçəndə faiz tuturlar. O da Anara kömək etmək məqsədi ilə özünə məxsus "xxxx" tərəfindən verilmiş 4169 7388 0035 2399 saylı kartını ona vermişdi. Təxminən 5-6 gündən sonra Rahimlə danışan zaman ona məlum olmuşdu ki, Anar onun kartından istifadə edib başqa-başqa şəxslərdən pul ələ keçiribdir. O, Rahimlə danışıb Bakıya gəlmiş, Bakıda Rahim və Anarla görüşüb özünə məxsus kartını geri tələb etmişdi. Anar da kartın harada olduğunu xatılrlamadığını, tapıb geri qaytaracağını demişdi. O, sonuncuların hər ikisi ilə dalaşıb getmişdi. Anar onun kartını geri qaytarmamış, sonradan ona məlum olmuşdu ki, Anan tutublar. Təqsirləndirilən şəxs onun kartına göndərilmiş puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs kartından onun kartına pul köçürülməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 may 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və bank çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus 5522 0993 5334 0151 saylı plastik kartdan 524,14 manat məbləğində pul vəsaiti onun adına olan digər 4127 2081 1102 4518 saylı plastik karta köçürülmüş, sonuncu kartdan isə 633,15 manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə zəxsus 4169-7388-0035-2399 saylı plastik karta köçürülmüşdür. (630 manat köçürülmüş, 3,15 manat xidmət haqqına silinmişdir (c.i.v.39-41). İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və bank çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 630 manat vəsaitin köçürüldüyü 4169-7388-0035-2399 nömrəli plastik kart Şahid istifadəsindədir. Plastik karta köçürülən vəsait həmin tarixdə ünvan 2 ünvanda yerləşən bankomatdan nağdlaşdırılmışdır. Saxlama müddəti bitdiyinə görə görüntülərin təqdim edilməsi mümkün olmamışdır (c.i.v.94-95). İş materiallarında olan telefon çıxarışından da görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16.39-da 4127*****4518 saylı kartından 633 manat 15 qəpik pulunun silinməsi barədə ismarıc gəlmişdir (c.i.v.6). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 may 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.11). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (c.i.v.20). İş materiallarında olan “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (c.i.v.21). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.23). İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 5(010)-502/2024 saylı, 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 1 ay müddətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülmüşdür (c.i.v.51). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 14 iyul 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.26). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.34). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 20 iyun 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.43). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.49). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 16 iyul 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.52). İş materiallarında olan “təqsirləndirilən şəxsin məhkum qismində cəzaçəkmə müəssisəsində saxlanılmasını nəzərə alması və barəsində qətimkan tədbirinin seçilmasi haqqında” 19 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməsi nəzərə alınmışdır (c.i.v. 79). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.81). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.83). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.91). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.96). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.100). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.103). İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 5(010)-502/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 1 ay müddətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülmüşdür (c.i.v.131-133). İş materiallarında olan “ayrıca icraata cinayət işinin ayrılması barədə” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır (c.i.v.146-147). İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddədən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (c.i.v.150-151). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 18 dekabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur (c.i.v.136-137). İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 1(006)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, ona görə kartından pul oğurlayan Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur (c.i.v.160). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxsin, şahidin ifadələri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir; 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir; 26-cı bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CMin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin, beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, CM-in 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın CM-in 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olubolmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar; 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talamağa görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-36/2024 saylı, 23 aprel 2024cü il tarixli hökmü çıxdıqdan əvvəl törətmişdir. Belə olan halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-36/2024 saylı, 23 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırda təyin edilmiş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-36/2024 saylı, 23 aprel 2024-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 72 saat, 528 (beş yüz iyirmi səkkiz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Nəsimi Rayon Məhkəməsinin 1(006)-36/2024 saylı, 23 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-36/2024 saylı, 23 aprel 2024-cü il tarixli hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzasının əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməsi nəzərə alınsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 72 saat, 528 (beş yüz iyirmi səkkiz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-109/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-109/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver