Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-11/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasmm vətəndaşı, orta təhsilli, himayəsində yetkinlik yaşına çatmamış övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 32-də yaşayan, barəsində “həbs qətimkan tədbiri” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, o, 18 fevral 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İçəri Şəhər” metrostansiyasının yaxınlığında tanışı X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,212 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda olmayan, yəni təmiz çəkisi 0,093 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, həmin tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin X5 və 9-cu polis bölməsinin əməkdaşları tərəfiındən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, İçərişəhər metrostansiyasının yaxınlığında saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilmiş və orada həmin tarixdə saat 19:28-dən başlanmaqla keçirilən şəxsi axtarış və götürmə zamanı təmiz çəkisi 0,212 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin bir ədəd bükümdə, təmiz çəkisi 0,093 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin bir ədəd bükümdə onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublıkası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. Heroinin və metamfetamini iki bükümdə İçərişəhər metrostansiyasının yanında 20 manata tanımdığı şəxsdən almışdır. Həmin tarixdə, yəni 18 fevral 2021-ci il tarixdə saat 18:50 radələrində Səbail rayonu, İçərişəhər metrostansiyasının yaxınlığında olarkən ona mülki geyimdə olan şəxslər yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin istifadəsində və qəbulunda şübhəli olduğunu deyərək onu Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə dəvət etmişlər. Orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd bükümdə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş heroin və metamfetamin qablaşdırılaraq götürülmüşdür. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin X5 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsi və narkotiklərlə mübarizə bölməsinə “Nurlan” adlı şəxsin Səbail rayonu ərazisində narkotik vasitə və psixotrop maddələri qanunsuz saxlanılması, daşınması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və qrupun üzvü olmuşdur. 18 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında müşahidə aparıldıqda həmin tarixdə saat 18:50 radələrində “Nurlan” adlı şəxs həmin ünvanda müəyyən edilmiş və saxlanılaraq Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasma aparılmışdır. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsində Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman o, 02 ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra, təhqiqatçı tərəfındən Təqsirləndirilən şəxs əynində olan paltarlarına şəxsən axtarış aparılmış, başqa bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bükümdə olan maddələrin nə olduğu soruşulanda o, narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd bükümdə olan kütlələr ekspertizaya təqdim edilməsindən ötrü içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfındən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərdikləri xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişlər. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli “cinayət işinin materiallarından ayrıca cinayət işi ayrııması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 18 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin X5 və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, İçərişəhər metrostansiyasının yaxınlığında saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilmiş və orada həmin tarixdə saat 19:28dən başlanmaqla videokameradan istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və keçirilən şəxsi axtarış və götürmə zamanı təmiz çəkisi 0,212 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin bir ədəd bükümdə, təmiz çəkisi 0,093 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin bir ədəd bükümdə onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2021-ci il tarixli 6/743 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0,212 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) bükümdə təmiz çəkisi 0,093 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasmm Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasınm ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildirlər. Tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 19 fevral 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən təmiz çəkisi 0,212 qram heroin qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0.162 qram maddə geri qaytarılmış, 0.093 qram metamfetamin qəbul edilmiş, 0,02 qram nümunə götürülmüş, 0.073 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2021-ci il tarixli 6/744 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, N.İmanquliyevdən aşkar edilərək götürülmüş heroin, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlə (6/743 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərinddəki komponentlərə görə eynidirlər. N.İmanquliyevdən aşkar edilərək götürülmüş metamfetamin, vət. Təqsirləndirilən şəxs aşkar edilrək götürülmüş metamfetaminlə (6/743 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərinddəki komponentlərə görə eynidirlər. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 19 fevral 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən təmiz çəkisi 0.162 qram heroin qəbul edilmiş, 0,02 qram nümunə götürülmüş, 0.142 qram maddə geri qaytarılmış, 0.073 qram metamfetamin qəbul edilmiş, 0,02 qram nümunə götürülmüş, 0.053 qram maddə geri qaytarılmışdır. İş materiallarında 20 fevral 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilmiş, şəxsi axtarış və götürmə zamanı tərtib edilən protokolda göstərilənlər bir daha öz təsdiqin tapmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, 20 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 20 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2021-ci il tarixli 6/825 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X6 üzərindən aşkar edilərək götürülmüş 8 ədəd bükümdəki metamfetaminlər, vət. bir ədəd bükümdəki metamfetaminlə (6/743 saylı ekspert rəyi) və N.İmanquliyevdən götürülmüş metamfetaminlərlə (6/744 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, X6 yaşadığı evindən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli əl çantasında olan bir ədəd bükümdəki açıq boz rəngli metamfetamin, onun üzərindən götürülmüş 8 ədəd bükümdəki metamfetaminlərlə, eləcədə Təqsirləndirilən şəxs və N.İmanquliyevdən götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə fərqlidir. Həmin rəyin qeyd hissəsindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.142 qram heroin qəbul edilmiş, 0,01 qram nümunə götürülmüş, 0.132 qram qalıq qalmış, 0.053 qram metamfetamin qəbul edilmiş, 0,01 qram nümunə götürülmüş, 0.043 qram maddə qalıq qalmışdır. İş materiallarında olan əşyaın maddi sübut hesab edilməsi və həlli barədə 07 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,132 qram çəkidə narkotik vasitə heroin və 0,043 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 6,022 qram çəkidə narkotik vasitə heroin və 2,904 qram çəkidə psixotrop maddə metamfetamin, sonuncunun yaşadığı evindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 2009,78 qram çəkidə narkotik vasitə heroin, eləcə də, X6 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 4,846 qram çəkidə narkotik vasitə heroin və 0,421 qram çəkidə psixotrop maddə metamfetamin, sonuncunun yaşadığı evindən aşkar edilərək götürülmiiş psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,077 qram çəkidə psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 4999,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 14 may 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olrnuş bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşına “m_SMS məzmun (qarşı abunə ilə)_**********06”, “m_SMS məzmun (qarşı abunə ilə)_**********71”, “Məxsusluq”, “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_B-S yer d_yi_dirm_(Ham_s_ - abun_ il_) _**********06”, “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_B-S yer d_yi_dirm_(Ham_s_ - abun_ il_) _**********71”, “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_SMS Statistika (qar abun_il_)_**********06”, “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_SMS Statistika (qar_ abun_ il_)_**********71 ”, “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_Z_ng statistika (qar abun_ il_)_**********06” və “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_Z_ng statistika (qar abun_ il_)_**********71” adlı 9 ədəd fayl əlavə edilmişdir. “m_SMS məzmun (qarşı abunə ilə)_**********06” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 20.01.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədən olan müddət ərzində X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında olan sms mətnləri yerləşdirilmişdir. X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasmda dəfələrlə sms əlaqəsi olmuş, sonuncu dəfə 18 fevral 2021-ci il tarixdə saat 16:22-də 070-344- 03-71 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “gəlirsən?” məzmunda mesaj göndərilmişdir. Bundan başqa, X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasmda narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı müxtəlif məzmunda sms mətnləri müəyyən edildi. Eyni zamanda, X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X6 istifadəsində olan ***-***-**-** saylı mobil nörnrə arasmda 1710 dəfə mesajlaşma olmuşdur. Həmin mesajlarm mətnlərinə nəzər saldıqda narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı müxtəlif məzmunda sms mətnləri müəyyən edilmişdir. “m_SMS məzmun (qarşı abunə ilə)_**********71” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 04.01.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədən olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasmda olan sms mətnləri yerləşdirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasmda dəfələrlə sms əlaqəsi olmuş, sonuncu dəfə 18 fevral 2021-ci il tarixdə saat 16:22-də ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “gəlirsən?” məzmunda mesaj göndərilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan 070-344- 03- 71 saylı mobil nömrə ilə X6 istifadəsində olan 077-474- 79-99 saylı mobil nömrə arasmda dəfələrlə müxtəlif məzmunda mesajlaşma olmuşdur. “Məxsusluq” adlı faylda baxış keçirdikdə müəyyən edilmişdir ki, ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələrin məxsus olduğu şəxslərin siyahısı qeyd edilmişdir. “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_B-S yer d_yi_dirm_(Ham_s_ - abun_ il_) _**********06” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 01.01.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədən olan müddət ərzində X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin qeydiyyata almdığı anten dairələrinin siyahısı qeyd edilmişdir. ***-***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18.02.2021-ci il tarixdə saat 18:50 və 19:50 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_B-S yer d_yi_dirm_(Ham_s_ - abun_ il_) _**********71” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 01.01.2021-ci il tarixdən 18.02.2021 -ci il tarixədən olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. ***-***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18.02.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_SMS Statistika (qar abun_ il_)_**********06” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 01.01.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədən olan müddət ərzində X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə və həmin nömrə ilə SMS əlaqəsi saxlayan digər nömrələrin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. ***-***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18.02.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. Eyni zamanda, X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X6 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında dəfələrlə mesajlaşma olması müəyyən edilmişdir. “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_SMS Statistika (qar abun_ il_)_**********71” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 01.01.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədən olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə və həmin nömrə ilə SMS əlaqəsi saxlayan digər nömrələrin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. ***-***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18.02.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X6 istifadəsində olan ***-***-**-** və X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında dəfələrlə mesajlaşma olması müəyyən edilmişdir. “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_Z_ng statistika (qar abun_ il_)_**********06” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 01.01.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədən olan müddət ərzində X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə və həmin nömrə ilə telefon əlaqəsi saxlayan digər nömrələrin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. ***-***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18.02.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. Eyni zamanda, X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X6 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında çoxlu sayda telefon danışığı olması müəyyən edilmişdir. “S_bail RP_ (M_hk_m_ Q_rar_) 2024(qm)_Z_ng statistika (qar abun_ il_)_**********71” adlı fayla baxış keçirdikdə müəyyən edilmişdir ki, 01.01.2021-ci il tarixdən 18.02.2021-ci il tarixədən olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə və həmin nömrə ilə telefon əlaqəsi saxlayan digər nömrələrin qeydiyyata alındığı anten dairələrinin siyahısı qeyd edilmişdir. ***-***-**-** saylı mobil nömrə müxtəlif anten dairələrində, 18.02.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində olan anten dairələrində qeydə alınmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X6 istifadəsində olan ***-***-**-** və X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında çoxlu sayda telefon danışığı olması müəyyən edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə” 02 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 14 iyun 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” 16 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 16 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilmədən rədd edilmiş və Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 iyun 2021-ci il tarixli 1925 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 16 iyun 2021-ci il tarixli 1289 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək, barəsində aparılan istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarmda olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 dekabr 2010-cu il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 25 avqust 2021-ci tarixli, 1(009)-193/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2021-ci il tarixdə saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmamış övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, 16 iyun 2021-ci il tarixdə tutulduğu cəmi 01 (bir) gün müddət, 03 dekabr 2021-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 01(bir) ay 16 (on altı) gün müddət, yəni cəmi 01 (bir) ay 19 (on doqquz) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,132 qram çəkidə narkotik vasitə heroin və 0,043 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, 16 iyun 2021-ci il tarixdə tutulduğu cəmi 01 (bir) gün müddət, 03 dekabr 2021-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 01(bir) ay 16 (on altı) gün müddət, yəni cəmi 01 (bir) ay 19 (on doqquz) gün bir günə iki gün hesablanaraq 03 (üç) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 210020128 saylı cinayət işi üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 210020128 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,132 qram çəkidə narkotik vasitə heroin və 0,043 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-11/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-11/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver