Məhkəmə qərarları › İş №1(009)-11/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-11/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-11/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarindan artıq miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşimişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan,qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,984 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanın qarşısına daşımış, 14 mart 2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Səbail RPİ-nin NMB-nin və CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına dəvət olunmuş, RPİ-nin inzibati binasında olan xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan “Davidoff” markalı siqaret qutusunun içərisində, satış məqsədi olmadan, əldə edib özündə saxlayaraq daşıdığı, bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,984 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,444 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 1,325 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, barəsində olan cinayət işi üzrə axtarışda olması ilə bağlı 25 may 2022-ci il tarixdə saat 11:00 radələrində Səbail RPİ- nin NMB-nin və CAŞ-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, 3-cü Buxta döngəsində tutulduqdan sonra Səbail RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları” haqqında Azərbaycan Respublikasının Qanununun 2.12-ci bəndində əsasən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən üzəri yoxlandığı zaman əynindəki gödəkçənin sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,444 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd gümüşü siqaret kağızı bükümündə təmiz çəkisi 0,248 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynindəki tünd boz rəngli şalvarın arxa sağ cibindən 01 ədəd 2 ml-lik şprisdə 1,2 ml həcmində açıq qəhvəyi rəngli məhlulun tərkibində təmiz çəkisi 0,055 qram narkotik vasitə heroin, əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən uc hissəsi sınıq vəziyyətdə olan 01 ədəd şüşə dərman ampulunda təmiz çəkisi 1,022 qram narkotik vasitə heroin olmaqla ümumi təmiz çəkisi 1,325 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM- nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 mart 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, lakin 27 may 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmir. Təxminən 3 ildir ki, heroin və metamfetamindən istifadə edir. Həmin narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxslərdən almışdır. 13 mart 2022-ci il tarixdə “şüşə” adlandırılan metamfetamini Bakı şəhəri, “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 14 mart 2022-ci il tarixdə Bakı şəhəri, “Bayıl bazarı” adlanan yerin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, onu Səbail rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin cibindəki siqaret qutusunu çıxarıb içərisindən 01 ədəd bükümdə olan metamfetamini masanın üzərinə qoymuşdur. 25 may 2022-ci il tarixdə saat 13 radələrində tanışının yaşadığı ünvanda 3 həftə əvvəl narkotik vasitə qəbulunda istifadə etdiyi içərisində adi su olan üç ədəd şprisi və iki ədəd sınıq vəziyyətdə olan boş ampulanı zibil qutusuna atmaq üçün cibinə qoyub küçəyə çıxmışdır. Həmin vaxt dörd nəfər polis əməkdaşı ona yaxınlaşmış və axtarışda olduğunu bildirərək onu Səbail rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində sənədləşmə olduqdan sonra onu Səbail rayon polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verdilər. Müvəqqəti saxlama yerində saxlanma otağına getmək üçün polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymağını təklif etdilər. O, həmin zaman əynində olan gödəkçənin sol yan cibindən 03 ədəd bükümləri, əynindəki şalvarın arxa sol yan cibindən 01 ədəd şprisi və arxa sağ yan cibindən sınıq vəziyyətdə olan 01 ədəd şüşə ampulanı, sol ayağındakı corabın boğaz hissəsindən 01 ədəd şprisi, sağ ayağındakı corabın boğaz hissəsindən 01 ədəd şprisi, digər 01 ədəd şüşə ampulanı və əlavə pul əskinası, yandıran çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən çıxan əşyalardan ancaq ampulalar və şprislər ona məxsus olmuşdur. Bütün üzərindən çıxan əşyalar zərfə qoyularaq qablaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 14 mart 2022-ci il tarixdə X3 Rəşad adlı şəxsin narkotik vasitələrin qəbulu, qanunsuz saxlanılması və alqısatqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış əməliyyat məlumatının yoxlanılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə X2 rəisi, X6 rəhbərliyi ilə o, və Səbail RPİ-nin CAŞ-nın kiçik inspektoru, Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və həmin gün saat 14:30 radələrində qrup üzvləri ilə birlikdə ünvan 4 ünvanının yaxınlığında narkotik vasitələrin qəbulu, qanunsuz saxlanılması və satışı ilə məşğul olmasında şübhəli bilinən və zahiri əlamətləri alınmış məlumata uyğun gələn Rəşad adlı şəxs tərəflərindən müəyyən edilərək üzərinə şəxsi axtarış keçirilməsi üçün Səbail RPİ-nə dəvət edilmişdir. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən o, əynindəki qara rəngli gödəkçənin sol cibindən siqaret qutusunun içərisində 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf sellofan bükümdə olan maddənin metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Büküm sübut əhəmiyyətinə malik olduğundan kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilərək, iştirakçılar protokolun və zərfin üzərinə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin MSY-nin polis nəfəri vəzifəsində xidmət edən, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 25 may 2022-ci il tarixdə Səbail RPİ-nin MSY-nin manqa komandiri, polis baş serjantı Şahid3 ilə Səbail RPİ-nin MSY-də xidmətdə olan zaman axtarışda olan İbadov X9 RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq saat 14:20 radələrində Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İbadov X8 Əliyev tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları” haqqında Azərbaycan Respublikasının Qanununun 2.12-ci bəndində əsasən Təqsirləndirilən şəxs üzərini yoxlayacağını bildirib, könüllü şəkildə üzərində olan bütün əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs onun və Şahid3 iştirakı ilə əynindəki gödəkçənin sol yan cibindən 03 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri, əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd şprisi, sol ayağındakı corabın boğaz hissəsindən 01 ədəd şprisi, sağ ayağındakı corabın boğaz hissəsindən 01 ədəd şprisi, 02 ədəd ampulanı və digər əşyaları (pul əskinası, yandıran və s.) çıxarıb təqdim etmişdir. Bundan sonra aşkar edilmiş bükümlər tərəflərindən açılıb içinə baxılarkən içlərində qəhvəyi və şəffaf rəngli maddələr olması müəyyən edilmişdir. Bu barədə MSY-nin növbətçisi polis serjantı Orxan İsmayılova məlumat verilmiş, Orxan İsmayılov da öz növbəsində onun, Şahid3 və Təqsirləndirilən şəxs iştirakı ilə bu barədə akt tərtib etmiş və onlar öz imzaları ilə aktı imza etmişdirlər. Həmçinin aşkar edilmiş bükümlər və digər əşyalar zərfə qoyularaq qablaşdırılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin MSY-nin manqa komandiri, polis baş serjantı Şahid3 iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 15 mart 2022-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 14 mart 2022-ci il tarixdə, saat 14:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhə edilən şəxs qismində tutulmuşdur. İş materiallarında olan 14 mart 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə, saat 14:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Polis İdarəsinə dəvət edilmiş və orada “Panasonic” markalı video aparatdan istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,984 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf sellofan bükümdə olan maddənin metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Aşkar olunmuş ampula, işıq lampası, iynə başlığı, pul əskinasını metamfetamin qəbul edən zaman istifadə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizanın 15 mart 2022-ci il tarixli, 6/1494 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 51” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,984 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 110 (bir yüz) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 15 mart 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ tərəfindən 01 ədəd şəffaf polietilen bükümdə 0,984 qram ağ kristal maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,934 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl təhqiqatçı özünü və iştirakçıları təqdim edir, şəxsi axtarışı aparılacaq Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etdikdən sonra onun üzərində şəxsi axtarış aparılmasının səbəbini izah edir, sonra ona hüquq və vəzifələri izah edilir, şəxsi axtarışa başlanması elan olunur. Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çıxardığı üzərində “DAVİDOFF” yazısı olan siqaret qutusunun və 01 ədəd “Xiomi” markalı mobil telefonu çıxarıb təqdim edir. Həmin siqaret qutusunun içindən 03 ədəd şprisin iynə başlığı, 01 ədəd sınıq vəziyyətdə olan şüşə ampul, 01 ədəd 10 Rus rublu nominalında kağız əsginaz, 01 ədəd lampa və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilir. Şəffaf rəngli sellofan büküm açıldıqda içərisində ağ qəhvəyi rəngli, kristalşəkillimaddənin olması müşahidəedilir. Sorğu zamanı 01 ədəd sellodana bükülmüş bükümün içərisindəkinin isə psxiotrop maddə olan metamfetamin (şüşə, patı) olduğunu bildirir. Həmin maddəni Bakı şəhəri, Nəsimi Rayonu, “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirdi. Üzərindən aşkar olunmuş sınıq vəziyyətdə olan şüşə ampulanı, 01 ədəd lampanı, 03 ədəd şpris iynə başlığını, 01 ədəd 10 rus rublu pul əskinasını metamfetamin qəbul edən zaman istifadə etməsini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalar və mobil telefon zərfə qoyulub qablaşdırılaraq möhürlənir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 16 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, onun dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16 mart 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş-təmiz çəkisi 0,984 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 28 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 08 fevral 2021-ci il tarixdə cəzası başa çatmış və qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan 19 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 25 may 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə Səbail RPİ-nin ÇAŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-yə təhvil verilmişdir. İş materiallarında olan 25 may 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə, saat 14:20 radələrində Səbail RPİ-nin ÇAŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynindəki gödəkçənin sol yan cibindən 03 ədəd büküm, əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd şpris, sol ayağındakı corabın boğaz hissəsindən 01 ədəd şpris, sağ ayağındakı corabın boğaz hissəsindən 01 ədəd şpris, 02 ədəd ampula və digər əşyalar (pul əskinası, yandıran və s. aşkar edilmişdir. Həmin bükümlər açılaraq baxılan zaman içərisində narkotik maddəyə bənzər kütlələr olması müəyyən edilmiş və həmin bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2022-ci il tarixli, 6/2965 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd p/e torbada 01 ədəd gümüşü siqaret kağızı bükümündə təmiz çəkisi 0,444 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd gümüşü siqaret kağızı bükümündə təmiz çəkisi 0,248 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd gümüşü siqaret kağızı bükümündə heç bir maddə müəyyən edilmədi, 01 ədəd 2 ml-lik şprisdə 1,2 ml-lik həcmində açıq qəhvəyi rəngli məhlulun tərkibində təmiz çəkisi 0,055 qram narkotik vasitə heroin müəyyən edildi; uc hissəsi sınıq vəziyyətdə olan 01 ədəd şüşə dərman ampulunda təmiz çəkisi 1,022 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd uc hissəsi sınıq şüşə dərman ampulunda narkotik vasitə heroinin izləri müəyyən edildi. 02 ədəd 2 ml-lik şprisdə olan ümumilikdə 4 ml həcmində şəffaf rəngsiz mayenin tərkibində nəzarətdə olan maddələr müəyyən edilmədi. 01 ədəd bükümdə, 01 ədəd şüşə ampulda və 01 ədəd şprisdə heroinin ümumi təmiz çəkisi 1,325 qram təşkil edir. Şprisdəki məhlunun tərkibində olan heroin kütləsi məhlul vəziyyətinə salınmaqla, ampuldakı heroin kütləsi isə qızdırılmaqla kimyəvi tərkibləri dəyişildiyi üçün təqdim edilmiş gümüşü siqaret bükümündəki heroin kütləsi ilə eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 110 (bir yüz) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 26 may 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ tərəfindən 01 ədəd gümüşü bükümdə təmiz çəkisi 0,444 qram ağ rəngli, kristalşəkilli kütlə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,394 qram maddə geri qaytarılmış, 01 ədəd gümüşü bükümdə 1,270 qram qəhvəyi rəngli maddə qəbul edilmiş, 0,1 qram nümunə götürülmüş, 1,170 qram maddə geri qaytarılmış, 1,2 ml məhlul qəbul edilmiş, 0,6 qram nümunə götürülmüş, 0,6 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs MSY-nə gətirilib yoxlama otağında ona MSY-nin polis nəfəri, polis serjantı Şahid4 tərəfindən üzərində olan bütün əşyaları çıxarıb təqdim etməsi təklif olunur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 03 ədəd bükümü, əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd şprisi, sol ayağındakı corabın boğaz hissəsindən 01 ədəd şprisi, sağ ayağındakı corabın boğaz hissəsindən 01 ədəd şprisi, 02 ədəd ampulanı və digər əşyaları(pul əskinası, yandıran və s.) çıxarıb təqdim edir. Bundan sonra MSY-nin polis nəfəri, polis serjantı Şahid4 və MSY-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən aşkar edilmiş bükümlər açılaraq baxılır, sonra MSY-nin polis nəfəri, polis serjantı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs video müşahidə kamerası göstərilərək bütün hərəkətlərin qeydə alındığı izah edilir və görüntü sona çatır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 27 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaəqdar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan 31 may 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş - təmiz çəkisi 0,444 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalıq 0,394 qram hissəsi, təmiz çəkiləri 1,270 qram narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonrakı qalıq 1,170 qram hissəsi, 1,2 ml həcmində heroin məhlulunun ekspertiza tədqiqatından sonrakı qalıq 0,6 ml hissəsi və həmin zərfdə olan içərisində ümumilikdə 4 ml həcmində şəffaf rəngsiz maye olan iki ədəd 2 ml-lik şpris maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin xx.xx.2022-ci il tarixli 2807 nömrəli ambulator məcburi məhkəmənarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təmiz çəkisi 0,984 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalıq 0,934 qram hissəsinin və həmin zərfdə bir ədəd qırıq vəziyyətdə olan ampulanın, bir ədəd lampanın, üç ədəd iynə başlığının, bir ədəd bükülmüş vəziyyətdə olan 10 rubl kağız əsginasının və təmiz çəkisi 0,444 qram psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonrakı qalıq 0,394 qram hissəsinin, təmiz çəkiləri 1,270 qram narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonrakı qalıq 1,170 qram hissəsinin, 1,2 ml həcmində heroin məhlulunun ekspertiza tədqiqatından sonrakı qalıq 0,6 ml hissəsinin və həmin zərfdə olan içərisində ümumilikdə 4 ml həcmində şəffaf rəngsiz maye olan iki ədəd 2 ml-lik şprisin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin Növbətçi hissəsinə təhvil verilməsi nəzərə alınmış, 02 ədəd CD disk sübut növü kimi qəbul edilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi şahidlərin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə,onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təkrarən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırma növündə cəza təyin edilməsinə baxmayaraq islah olunmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək, 25 may 2022-ci il tarixindən 27 may 2022-ci il tarixinədək tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir . Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını və ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,984 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalıq 0,934 qram hissəsi və həmin zərfdə olan bir ədəd qırıq vəziyyətdə olan ampula, bir ədəd lampa, üç ədəd iynə başlığı, bir ədəd bükülmüş vəziyyətdə olan 10 rubl kağız əsginas və təmiz çəkisi 0,444 qram psixotrop maddə metafetamin ekspertiza tədqiqatından sonrakı qalıq 0,394 qram hissəsi, təmiz çəkiləri 1,270 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonrakı qalıq 1,170 qram hissəsi, 1,2 ml həcmində heroin məhlulunun ekspertiza tədqiqatından sonrakı qalıq 0,6 ml hissəsi və həmin zərfdə olan içərisində ümumilikdə 4 ml həcmində şəffaf rəngsiz maye olan iki ədəd 2 ml-lik şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 220 manat (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353,358, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək, 25 may 2022ci il tarixindən 27 may 2022-ci il tarixinədək tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. 220020076 saylı cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 220020076 saylı cinayət işi üzrə maddi sübut olan – Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş- təmiz çəkisi 0,984 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalıq 0,934 qram hissəsi və həmin zərfdə olan bir ədəd qırıq vəziyyətdə olan ampula, bir ədəd lampa, üç ədəd iynə başlığı, bir ədəd bükülmüş vəziyyətdə olan 10 rubl kağız əsginası və təmiz çəkisi 0,444 qram psixotrop maddə metafetamin ekspertiza tədqiqatından sonrakı qalıq 0,394 qram hissəsi, təmiz çəkiləri 1,270 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonrakı qalıq 1,170 qram hissəsi, 1,2 ml həcmində heroin məhlulunun ekspertiza tədqiqatından sonrakı qalıq 0,6 ml hissəsi və həmin zərfdə olan içərisində ümumilikdə 4 ml həcmində şəffaf rəngsiz maye olan iki ədəd 2 ml-lik şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 220 manat ( iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar