Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-11/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Nümayəndə, Müdafiəçi1, Təqsirləndirilən şəxs X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Almaniya Federativ Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, “Şıxov” çimərliyinin sahilində yerləşən “Qağayı” istirahət mərkəzində olarkən, onunla birlikdə istirahətə gəlmiş tanışı Zərərçəkmiş şəxs həmin vaxt onun mobil telefonunda digər xanımla sevgi ismarıclarının olduğunu görərək buna irad bildirməsini cüzi səbəb kimi bəhanə edib, bunu özü üçün qəbul olunmaz hal hesab edib heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və ayaqla zərbələr vurmaqla xuliqanlıq niyyəti ilə sonuncuya alın sümüyünün burun çıxıntısının, burun sümüyünün yan divarlarının aralanma xarakterli (yerdəyişən) sınığı, burnun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı, üst dodağın sağ yarısının bayır səthinin, alın səthinin sol yarısının, sol gözaltı nahiyənin, sağ saidin aşağı 1/3-nin ön səthinin, sağ budun orta 1/3-nin ön səthinin, sol budun aşağı 1/3-nin ön bayır səthinin, hər iki baldırın orta 1/3-nin arxa səthlərinin sıyrıqları, eləcə də sol yanaq nahiyəsinin, sağ bazunun yuxarı 1/3-nin ön səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları kimi ümumilikdə dərəcəsinə görə şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, o Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2021-ci ilin may ayından tanımış, onların sevgili münasibətləri yaranmış və Kamilla onun kirayə tutduğu mənzildə onunla birlikdə yaşamağa başlamışdır. 03 iyul 2022-ci il tarixdə, saat təxminən 13 radələrində o, Kamilla və dostu Şahid1 ilə birlikdə istirahət məqsədi ilə Bakı şəhərində yerləşən Şıxov çimərliyinə getmişlər və bir neçə saat birlikdə dənizdə çimib “viski” içmişlər. Qız tanışının onun mobil telefonuna yazdığına görə Kamilla qısqanclıq zəminində onunla mübahisəyə başlamış və qumu üzünə atmışdır. O, Kamillanı özündən uzaqlaşdırmaq üçün onu itələmiş, bu zaman əlinin üst hissəsi Kamillanın burnuna dəymiş və burnundan qan gəlməyə başlamışdır. O və dostu Rüfət Kamillaya yardım edərək, onun burnunun qanını kəsmişlər. Bundan sonra Kamilla yol kənarına qaçıb taksi saxlamağa çalışmış və yol kənarında dayanmış tanımadığı oğlandan mobil telefonunu alıb öz anası Gülnarəyə zəng edib onunla mübahisə etdiyini demişdir. Sonra Kamilla yolda saxladığı taksiyə tək minib çıxıb getmişdir. O, Kamillanı döyməmiş, onu qəsdən vurmamış, xəsarət yetirməmişdir. Kamilla bu hadisədən bir müddət əvvəl burnunda plastik əməliyyat keçirmiş, burnunda olan sınıq əməliyyat sonrası olan sınıqdır. Kamillanın onun barəsində göstərdikləri tamamilə yalandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Belarus Respublikasının Minsk şəhərində psixolojı müalicə alır. Təqsirləndirilən şəxs ilə sevgili olmuş, onlar Mikinin kirayə tutduğu mənzildə birlikdə yaşamışlar. 2022-ci ilin iyul ayında o, Miki və Mikinin dostu Rüfət ilə birlikdə Şıxovda yerləşən çimərliyə getmişlər. Orada Miki və Rüfət “viski” içmişlər. O, Mikinin mobil telefonuna baxan zaman, onun keçmiş sevgilisindən mesajları görmüş və bu barədə Mikiyə demişdir. Bundan sonra o, şəxsi əşyalarını toplayıb oradan çıxıb getmək istəmiş, yerdə oturub əşyalarını toplayan zaman isə Miki əsəbi vəziyyətdə onun və anasının ünvanına nalayıq ifadələr işlədərək kolanı başına tökmüşdür. Sonra o, Mikinin üzünə qum atmış və yerə oturaraq ayaqqablarını geyinməyə başlamış, Miki də yerə oturub qəflətən əli ilə onu sifətindən vurmuşdur. Bu zərbədən onun burnundan qan gəlmişdir. Miki onun qolundan tutub yerə yıxmış, sonra başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Həmin zaman Rüfət, eləcə də çimərlikdə olan digər insanlar onların ətraflarına yığışmış Miki isə ətrafdakılara mübahisəyə qarışmamağı demişdir. O, çimərlik paltarında oradan qaçmış, əsas yola çıxaraq təsadüfi taksiyə minərək sürücünün telefonundan anasını yığmışdır. Taksidə olarkən burnu çox ağrıyırdı, odur ki, bir il hadisədən əvvəl burnundan plastik əməliyyat keçirmişdir. Taksi sürücüsü öz gödəkçəsini ona vermiş və anasının yanına aparmışdır. Anası onun vəziyətini gördükdə onu polisə yox xəstəxanaya aparmışdır. Xəstaxanada anası onun foto şəkillərini çəkmiş, orada ona tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Miki qızı Zərərçəkmiş şəxs dəfələrlə döymüş, bu barədə o 102 xidmətinə dəfələrlə məlumat vermişdir. 03 iyul 2022-ci il tarixdə, evdə olduğu zaman Kamilla ona tanımadığı nömrədən zəng etmiş və ağlayaraq Mikinin onu çimərlikdə döydüyünü, burnundan qan gədiyini və hal hazırda vəziyyətinin pis olduğunu bildirmişdir. O, qızına Yasamal rayon polis idarəsinin qarşısına gəlməsini bildirmiş və təxminən 20 dəqiqə sonra qızı Kamilla taksi ilə Yasamal rayon polis idarəsinin qarşısına gəlmişdir. O, qızının yarıçılpaq vəziyyətdə üzü və burnu qan içində görəndən sonra dərhal özünə məxsus avtomobilə mindirib 1 saylı KTM-ə aparmışdır. Xəstəxanada Kamilla müayinə olunmuş, ona ilkin tibbi yardım göstərilmiş, daha sonra o, DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanımışdır. Tanışlıq dövründə Miki ilə sevgili münasibətində olduğu Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. İstintaqa verdiyi ifadəsini müstəntiqin təziqi altında verərək imzalamışdır. İfadəni imzalamadığı halda isə müstəntiq onu Cinayyət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə hədələmişdir. 2022-ci il iyul tarixdə, günorta saatlarında Miki və Kamilla ilə birlikdə istirahət məqsədi ilə Bakı şəhərində yerləşən “Şıxov” çimərliyinə getmiş və bir neçə saat birlikdə dənizdə çimib “viski” içmişlər. Mikinin qız tanışının onun mobil telefonuna yazdığına görə Kamilla qısqanclıq zəminində Miki ilə mübahisəyə başlamış, qışqıraraq qumu Mikinin üzünə atmışdır. Miki Kamillanın uzaq durması üçün onu itəliyərək kənara çəkilməsini istəmiş, bu zaman əlinin üst hissəsi Kamillanın burnuna dəymişdir. Zərbədən Kamillanın burnu zədələnərək burnundan qan gəlməyə başlamışdır. Miki ilə Kamillaya yardım edərək, onun burnunun qanını kəsmişlər. Bundan sonra Kamilla yol kənarına qaçıb taksi saxlamağa çalışmış, bu zaman Kamilla yol kənarında dayanmış tanımadığı oğlandan mobil telefonunu alıb öz anası Gülnarəyə zəng edib Miki ilə mübahisə etdiyini demişdir. Sonra Kamilla yolda saxladığı taksiyə tək minib çıxıb getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 18 oktyabr 2022-ci il tarixli T 483/2022 saylı ekspertiza rəyini müdafiə edərək ifadəsində Zərərçəkmiş şəxs Birliyin təkarar ekspertizalar şöbəsində canlı müayindədən 08 oktyabr 2022-ci il tarixdə keçdiyini bildirmişdir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli Şahid1 Səbail RPİ-nin 41-ci Polis bölməsində hadisə barədə verdiyi ilkin izahatında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməməsini bildirmişdir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli 3606 saylı “X11" X12 məktubundan görünür ki, Zərərçəkmiş şəxs baş-beyin KT müayinəsi olunmuşdur, diaqnoz-burun nahiyəsi yumşaq toxumaların əzilməsi, sağ gicgah nahiyəsi yumşaq toxumaların əzilməsi, boyun nahiyəsi, əzələ bağ gərilməsi, sol dirsək nahiyəsi, sağ bud nahiyəsi, sol topuq nahiyəsi sıyrılmış yaraları, qarın nahiyəsi küt travması. İş materiallarında olan 16 iyul 2022-ci il tarixli № 458 saylı Azərbaycan Respublikası Məhkəmə-X13 Pataloji Anatomiya Birliyi X12 rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burunun yumşaq toxumaları şişkinliyi fonunda qançır və sıyrığı, üst dodağın sağ yarısının bayır səthinin, alın nahiyəsinin sol yarısının, sol gözaltı nahiyənin, sağ saidin aşağı 1/3-nin ön səthinin, sağ budun orta 1/3nün ön səthinin, sol budun aşağı 1/3-nin ön-bayır səthinin, hər iki baldırın orta 1/3-nin arxa səthərinin sıyrıqları, eləcə də, sol yanaq nahiyəsinin, sağ bazunun yuxarı 1/3-nin ön sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli T 483/2022 saylı Azərbaycan Respublikası Məhkəmə-X13 Pataloji Anatomiya Birliyi X12 təkrar məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 12 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Birliyin təkarar ekspertizalar şöbəsində müayinədən keçirilmişdir, Zərərçəkmiş şəxs təkrari məhkəmə tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət və onların izləri aşkar olunmadı. Lakin onun xx.xx.2022-ci il tarixdə ilkin məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- rentgenoloji və KT müayinəsi ilə təstiq olunmuş alın sümüyünün burun çıxıntısının, burun sümüyünün yan divarlarının aralanma xarakterli (yerdəyişən) sınığı, aralanma xarakterli (yerdəyişən) sınığı, burunun yumşaq toxumalarının şişkinlik fonunda qançır və sıyrığı, üst dodağın sağ yarısının bayır səthinin, alın nahiyəsinin sol yarısının, sol gözaltı nahiyənin, sağ saidin aşağı 1/3-nin ön səthinin, sağ budun orta 1/3- nin ön səthinin, sol budun aşağı 1/3-nin ön-bayır səthinin, hər iki baldırın orta 1/3-nin arxa səthlərinin sıyrıqları, eləcə də sol yanaq nahiyəsinin, sağ bazunun yuxarı 1/3-nin ön səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfinədn qeyd olunan nahiyələrə əl və ayaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddir. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxsnin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası DİN BƏSİİdən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 14 mart 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, cinayət işi üzrə ilkin məhkəmə tibbi, əlavə məhkəmə tibbi, kompleks məhkəmə tibbi ekspertizasının rəyləri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu, sübut kimi qiymətləndirilmiş, cinayət işi üzrə bir ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması nəzərə alınmışdır. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli 3-38-33/2-4986/23 saylı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhad Nəzarətinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs Nadır qızının 07 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından çıxışı qeydə alınmışdır. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli ********** saylı "X11" X12 bir proeksiyalı burun sümüyünün rentgenoqrafiyasının protokolundan görünür ki, burun sümüklərinin r-da burun sümüyünün əsasının bitişməkdə olan sınığı və distal hissəsində sümük deffekti əməliyyatdan sonrakı vəziyyət olduğu qeyd edilmişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli “X11" X12 Radiologiya şöbəsinin “Gündüz” qeydiyyat kitabına baxış protokolundan görünür ki, xx.xx.2022-ci il tarixli, 58 saylı qeyd: 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs - burun sümüklərinin r-da burun sümüyünün əsasının bitişməkdə olan sınığı və distal hissəsində sümük deffekti əməliyyatdan sonrakı vəziyyət. İş materiallarında olan "xxxx" MMC-dən əldə olunan tibbi sənədlərdən görünür ki, 17 mart 2021-ci il tarixdə Zərərçəkmiş şəxs “rinoseptoplastika” əməliyyatı keçirmişdir. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli 18-1-2/2-353/2024 saylı Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "X11" X12 məktubundan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixində X10 Təcili Təxirəsalınmaz və Tibbi Yardım şöbəsinə müraciət etmişdir. Xəstə həkim Osmanlı Bayram tərəfindən müayinə edilmiş, ona burun sümüyünün rentgenoqrafiyası edilmiş və radiloq Zümrüd Axundzadə tərəfindən rəy verilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 e-tabib qeydiyyat sistemində xx.xx.2022-ci il tarixində qeydiyyatı aparılan xəstə Zərərçəkmiş şəxs radioloji məlumatları “radioloji modulun” tam işlək vəziyyətdə olmaması səbəbindən xx.xx.2022-ci il tarixində yükləndiyi qeyd edilmişdir. İş materiallarında olan 27 fevral 2024-cü il tarixli 18-1-2/2-1112/2024 saylı Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "X11" X12 məktubundan görünür ki, Bakı Şəhəri 19 saylı Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli 19VB-70/24 saylı məktubuna cavab olaraq bildiririk ki, sığortaolunanlara göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi, - ailə həkimi tərəfindən tibbi göstəriş olduğu hallarda müəssisələrdə Təcili Təxirəsalınmaz və Tibbi Yardım şöbəsi istisna olmaqla göndəriş vərəqəsinin verilməsi qaydalarına əsasən “Xidmətlər Zərfi” çərçivəsində həyata keçirilir. Xəstə şəxsiyyətini təsdiq edən sənədi, yaşadığı ünvan üzrə qeydiyyatına dair sənədi göndəriş vərəqəsi ilə birgə tibb müəssisəsinin qeydiyyat şöbəsinə təqdim edir. Təcili, təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün pasiyentin istənilən dövlət tibb müəssisəsinə birbaşa müraciət etmək hüququ vardır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14ə tabeli tibb müəssisələri vətəndaşa göstərilən tibbi xidməti yalnız e-tebib portalı üzərindən verilən və möhürü ilə təsdiqlənmiş göndərişlə göstərilir. İş materiallarında olan elektron daşıcıya (diskə) məhkəmə istintaq zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus rengenoqrafik şəkilləri telefon vasitəsi ilə çəkilərək WhatsApp proqramı ilə göndərilmiş və elektron daşıcıya (diskə) yüklənilmişdir. İş materiallarında olan mülki iddiaçı qismində tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat maddi və 10000 (on min) manat mənəvi ziyanın tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı Təqsirləndirilən şəxs isə cavabdeh qismində tanınmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qəsdən sağlamlığa az ağır zərər vurulması mübahisə doğuran haldır. Həmin hal üzrə ziddiyyətli və şübhəli məqamlar mövcuddur. İstintaq orqanı tərəfindən toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə ittihamın elan edilməsi üçün kifayət etmir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsinin təzyiq və hədələr altında verdiyini bildirmiş, onun Səbail RPİ-nin 41-ci Polis bölməsində hadisə barədə verdiyi ilkin izahatında və məhkəmə istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməməsini göstərmişdir. Şahid1 15 iyul 2022-ci il tarixli Səbail RPİ-nin 41-ci Polis bölməsinə hadisə barədə verdiyi ilkin izahatı məhkəməyə verdiyi ifadə ilə eynilik təşkil edir. Bu səbəbdən məhkəmə şahidin dediklərini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini daha mötəbər və işin hallarına uyğun hesab edir. Bundan əlavə, əsas sübutlardan biri olan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasını müəyyən edən 18 oktyabr 2022-ci il tarixli T 483/2022 saylı təkrar məhkəmətibbi ekspertizasının rəyində Zərərçəkmiş şəxs 07 oktyabr 2022-ci il tarixdən ölkə xaricində olmasına baxmayaraq, onun 12 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Məhkəmə-X13 Pataloji Anatomiya Birliyinin təkarar ekspertizalar şöbəsində müayinədən keçdiyi, habelə müayinə keçirən ekspertin məhkəməyə verdiyi ifadəsində müayinənin 08 oktyabr 2022-ci il tarixdə keçirildiyinin göstərilməsi bu sübutun mötəbər olmamasını əks etdirir. Məhkəmə, Zərərçəkmiş şəxs “X11" X12 Radiologiya şöbəsində və ekspertiza aparılan Azərbaycan Respublikası Məhkəmə-X13 Pataloji Anatomiya Birliyi X12də burun sümüyünün rengenoqrafik şəkillərinin əsillərinin olmaması halını şübhəli və ziddiyətli hesab edir. Məhkəmə bir sıra tibbi sənədlərdə, ələlxüsus "X11" X12 15 yanvar 2024-cü il tarixli ********** saylı tibbi protokolunda Zərərçəkmiş şəxs burun sümüyünün sınığının əməliyyatdan sonrakı vəziyyət olduğunun qeyd edilməsini, “X11" X12 Radiologiya şöbəsinin “Gündüz” qeydiyyat kitabının 05 oktyabr 2022-ci il tarixli, 58 saylı qeydində Zərərçəkmiş şəxs burun sümüyünün əsasının bitişməkdə olan sınığı və distal hissəsində sümük deffekti -əməliyyatdan sonrakı vəziyyət qeyd edilməsini, habelə “X11" X12 15 iyul 2022-ci il tarixli 3606 saylı məktubunda göstərilən Zərərçəkmiş şəxs baş-beyin KT müayinəsinin nəticəsində burun sümüyünün sınığının müəyyən olunmamasını, habelə Azərbaycan Respublikası Məhkəmə-X13 Pataloji Anatomiya Birliyi X12 16 iyul 2022-ci il tarixli № 458 saylı rəyində Zərərçəkmiş şəxs sağlamlığına zərərvurmayan xəsarətlərin yetirildiyinin müəyyən edilməsini təqsirləndirilən şəxsin leyhinə olan faktlar kimi qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, üzərində ittiham qurulmuş əsas sübütların mötəbər olmaması, çoxsaylı ziddiyətli və şübhə doğuran halların mövcud olması, həmçinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutların kifayət qədər toplanılmaması, ona verilmiş ittihamın əsassız olduğunu əks edir. Yuxarıda qeyd olunanlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyinə dəlalət edir. Cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq deyil, həmin şübhələri və ziddiyyətli məqamları şəxsin xeyrinə həll etməli olmasını müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 73-cü maddəsinə görə, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə əsasən, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 142.2-ci maddəsinə əsasən mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əməlin törədilməsində təqsirliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. “Məhkəmə Hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarının 74-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verildiyindən iş üzrə verilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.2, 42.1.4, 42.2.4, 344- 350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-11/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-11/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver