Məhkəmə qərarları › İş №1(009)-110/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-110/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-110/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Kəlbəcər rayonu İlyaslar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “AAS-ATE” BM-də nəqliyyat üzrə koordinator işləyən, Kəlbəcər rayonu İlyaslar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 263.1 və 263.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobil idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş, habelə ehtiyatsızlıqdan digər zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu 10 noyabr 2020-ci il tarixdə saat 20:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Kia Rio» markalı 99NU496 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə saatda 50-60 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda bu qaydaya əməl etməyərək Səbail rayonu ərazisində yerləşən «Park Bulvar» Ticarət Mərkəzinin qarşısında idarə etdiyi avtomobilin qabaq hissəsi ilə yolu keçən piyada Zərərçəkmiş şəxs2 və 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan vuraraq T.V.Alıyevin sol bazu sümüyünün diafizinin yerini dəyişən qapalı sınığı ilə müşayiət olunan, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarət alması, Zərərçəkmiş şəxs2 isə ölümünə səbəb olan alın sümüyünün sağ yarısının kəllə əsasına keçən xətti sınığı, baş beyinin yumşaq qişası altına geniş qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan kəllə-beyin travması, alın nahiyyəsinin sağ yarısının əzilmiş yarası, aralığın cırılması, sol bazu və sağ said sümükülərinin aşağı, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınıqları, gövdənin və ətrafların çoxsaylı sıyrıq və qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmaya aid xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu özünü ona elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, atasının adına qeydiyyatda olan və etibarnamə əsasında idarə etdiyi «Kia-Rio» markalı ** NU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə 10 noyabr 2020-ci il tarixdə saat 18:30 radələrində dostu ilə qələbə sevincini qeyd etdikdən sonra şəhərdə olan qardaşı oğlunu «Azneft» dairəsində götürərək evə getmək üçün Neftçilər prospektindən «Dəniz Vağzalı»na doğru hərəkəti davam etdirmişdir. Qələbə şənliyi ilə əlaqədər olaraq yolda həm nəqliyyat sıxlığı olmuş, eyni zamanda piyadalar piyada keçidi olmayan yerlərdən yolu keçirdilər. Neftçilər prospektində saatda 50-60 km/saat sürətlə hərəkət etdiyi zaman bir ağ rəngli yaxşı xatırlaya bilmədiyi markalı avtomaşın yan zolaqda ondan bir qədər irəlidə onun qabaq görüntüsünə mane olmuşdur. Saat 20:40 radələrində yolu qaçaraq keçməyə çalışan qoca bir qadın və azyaşlı uşaq həmin avtomaşının qarşısından keçərək qəfildən onun qarşısına çıxmış və həmin an onun hadisənin qarşısını almaq imkanı olmamışdı. Piyadaları görən zaman digər zolağa sürərək tormoz pedalını basmış, buna baxmayaraq, avtomaşına doğru qaçan yaşlı qadını və azyaşlı uşağı avtomaşının qabaq sağ küncü ilə vurmuşdur. Hadisə qısa zaman kəsiyində olmuş, adamları avtomaşının qabağında görməyi və vurmağı bir saniyədən çox çəkməmişdir. O, dərhal avtomaşını saxlamış və xəsarət yetirdiyi qoca qadın və azyaşlı uşağı xəstəxanaya çatdırmaq üçün cəhd göstərmişdir. Bu zaman Yol Patrul polisi əməkdaşları yaxınlaşaraq avtomaşını hadisə yerində saxlamağını və onların ambulans çağıracaqlarını bildirmişlər. X10 hadisə yerinə çatdığı zaman xəsarət alan qadının nəbzi vururmuş və o, qadını ambulansa yerləşdirməyə kömək etmişdir. Hadisə yerinə gələn polis əməkdaşları onun iştirakı ilə birlikdə istintaq hərəkətlərini aparmışlar. X10 hadisə yerindən çıxdıqdan sonra o, ailə üzvləri ilə əlaqə saxlayıb klinikaya getmələrini və lazımi xərclərin qarşılanmasını xahiş etmişdir. Hadisə anında idarə etdiyi avtomobilin sürəti saatda 50-60 km/saat olmuşdur. Hadisə zamanı avtomobildə qardaşı oğlu Şahid və onun 3 nəfər dostları olmuşdur. O və sərnişinlər heç bir xəsarət almamışdır. Onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyyətdə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun nənəsi olmuşdur. 10 noyabr 2020-ci il tarixdə nənəsi ilə Qələbə baryamı münasibəti ilə əlaqədar, Bakı şəhəri ərazisində keçirilən bayram şənliklərində iştirak etmək üçün Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Bulvar” milli parkında gəzintiyə getmişlər. Həmin gün axşam saat 20:00 radələrində o, mərhum nənəsi Məsmə ilə birlikdə evə getmək üçün avtobus gözləmək məqsədi ilə dayanacağa getmiş, sonra Bulvarda “Park Bulvar” adlı ticarət mərkəzinin qarşısında yolu keçərkən onları tanımadığı avtomobil vurmuş, nənəsi dünyasını dəyişmişdir. O, isə qol və bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər almışdır. Hadisədən sonra polis əməkdaşları onu qucağına alıb X10 avtomobilinə aparmışlar. Sonra nə baş verməsini xatırlamır və bu barədə başqa heç bir məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun anası olmuş, azyaşlı Zərərçəkmiş şəxs1 isə doğma oğludur. 10 noyabr 2020-ci il tarixdə mərhum anası Zərərçəkmiş şəxs2 azyaşlı oğlu Turan ilə Qələbə bayramı münasibəti ilə əlaqədar olaraq, bayram şənliklərində iştirak etmək üçün “Bulvar” milli parkında gəzintiyə getmişdilər. Həmin gün axşam saat 20:00 radələrində oğlu Teymur ona zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat vermiş və Bakı şəhər 3 saylı şəhər xəstəxanasına getməyini bildirmişdir. O, dərhal 3 saylı şəhər xəstəxanasına yollanmışdır. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, oğlu Turanın sol qolu sınmış və xəstəxana şəraitində müalicə almalıdır. Anası Zərərçəkmiş şəxs2 isə yol-nəqliyyat hadisəsi zamanı çoxsaylı bədən xəsarəti aldığına görə elə hadisə yerindən xəstəxanaya aparılarkən orada ölmüşdür. Yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs dəfn mərasimində və xəstəxana xərclərində maddi yardım göstərmiş, ziyanı ödəmiş və üzurxahlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir tələbi, iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 10 noyabr 2020-ci il tarixdə Qələbə bayramı münasibəti ilə əlaqədar olaraq, bayram şənliklərində iştirak etmək üçün dostları ilə birlikdə “Bulvar” milli parkında gəzintiyə getmişdilər. Saat 20:00 radələrində əmisi Təqsirləndirilən şəxs oğlu onu 3 dostu ilə birlikdə “Azneft” dairəsindən götürərək evə getmək üçün Neftçilər prospektindən «Dəniz Vağzalı»na doğru hərəkət etmişdir. Qələbə şənliyi ilə əlaqədər olaraq yolda həm nəqliyyat sıxlığı olmuş, eyni zamanda piyadalar piyada keçidi olmayan yerlərdə yolu keçirdilər. Neftçilər prospektində saatda 50-60 km/saat sürətlə hərəkət etdikləri zaman yolu qaçaraq keçməyə çalışan qoca bir qadın və azyaşlı uşaq yan zolaqda onlardan bir qədər irəlidə hərəkət edən avtomaşının qarşısından keçərək qəfildən onların qarşısına çıxmış və əmisi avtomobili saxlaya bilməyərək yaşlı qadını və azyaşlı uşağı avtomaşının qabaq sağ küncü ilə vurmuşdur. Hadisə qəfildən baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X9 Hüquqi Şəxsin 24 noyabr 2020-ci il tarixli 63 nömrəli rəyidən görünür ki, 1. Mərhum Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın sümüyünün sağ yarısının kəllə əsasına keçən xətti sınığı, baş beyinin yumşaq qişası altına geniş qansızmalar və beyin toxumasının əzilməsi ilə müşaiyət olunan kəllə-beyin travması, alın nahiyyəsinin sağ yarısının əzilmiş yarası, aralığın cırılması, sol bazu və sağ said sümükülərinin aşağı, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınıqları, gövdənin və ətrafların çoxsaylı sıyrıq və qançırları bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, həyatı əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqələri vardır, qərarın təsiviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 10 noyabr 2020-ci il tarixli avtomobil travması, o, cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli Ağır zərərvurmanın əlamələrinə malikdirlər. 2. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb alın sümüyünün kəllə əsasına keçən səthi sınığı, baş beyinin yumşaq qişası altına geniş qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs2 ölumu onun meyitinin meyitxanada müayinəsindən 12-14 saat əvvəl baş vermişdir. 3. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X9 Hüquqi Şəxsin Məhkəmə-tibbi ekspertizasının 14 yanvar 2021-ci il tarixli 660 nömrəli rəyidən görünür ki, 2009-cu il təvəllüdlü X4 almış olduğu xəsarət - sol bazu sümüyünün diafizinin yerini dəyişən qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsiviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 10 noyabr 2020-ci il tarixli avtomobil travması, o, cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2 fevral 2021-ci il tarixli 8/99 nömrəli rəyidən görünür ki, «Kia Rio» markalı 99NU496 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. İş materiallarında olan Azərbaycan Resapublikası DİN-nin X7 etmə xidmətinin 31 dekabr 2020-ci il tarixli ***-*******20 nömrəli məktubundan görünür ki, təhlükəsiz Şəhər xidmətinin TŞ 1-107 və TŞ 1-108 nömrəli kameraları 10 noyabr 2020-ci il tarixdə texniki nasazlıqlar səbəbindən işləmədiyinə görə müvafiq görüntülərin arxivləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan 2/11697 nömrəli 11 noyabr 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuş və alkoqol qəbulu əlamətləri yoxdur. İş materiallarında olan 2/18757 nömrəli 11 noyabr 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə Aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuş və alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan 10 noyabr 2020-ci il tarixli cinayət işin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi faktı ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, X8 yol-nəqliyyat hadisəsi zamanı ölmüş anası Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci və 263.2-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 03 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 263.1 və 263.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 20 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük hüququ vardır və sürücülük vəsiqəsi 27 yanvar 2028-ci ilədək etibarlıdır. İş materiallarında olan Azərbaycan Resapublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinin 74517 saylı arayışından görünür ki, Alıyev X6 rayonundan məcburi köçkündür, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi ev 196B ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 10 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi 99NU496 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ərazisində yolu keçərkən anası Zərərçəkmiş şəxs2 və azyaşlı övladı Zərərçəkmiş şəxs1 vurmuş və hadisə nəticəsində anası dünyasını dəyişmiş, oğlu isə xəsarət almışdır. Bununla əlaqədar bildirir ki, Təqsirləndirilən şəxs oğlu ilə hər hansı bir ədavəti olmamış ,eləcə də hadisəni qəsdən törətmədiyini, üzrxahlıq etdiyini, dəymiş ziyanı ödəməsini nəzərə alaraq onunla barışmış, ona qarşı hər hansı tələbi, iddiası yoxdur və bundan sonra da olmayacaq. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 263-cü maddəsinin qeydinə əsasən zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün isə əsaslar yoxdur. Buna görə, Təqsirləndirilən şəxs təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, hadisə nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin, tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar