Məhkəmə qərarları › İş №1(009)-110/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-110/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-110/2022 02.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 28, mənzil 2 ünvanında qeydiyyatda olmaqla, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,203 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 1 ünvanın qarşısına daşımış, 31 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Səbail RPİ- nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq 9-cu Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, PB-nin inzibati binasında olan xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçənin sağ cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində, satış məqsədi olmadan, əldə edib özündə saxlayaraq daşıdığı, bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,203 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2 aydır ki, narkotik vasitələrin istifadəçisi və aludəçisidir. Narkotik vasitələri tanımadığı və şəxsiyyətləri haqında heç bir məlumatı olmayan şəxslərdən alır. Əvvəllər bur cür əməllərə görə məhkum olunmayıb. Arada bədənində olan ağrılara görə narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə 26 yanvar 2022- ci il tarixdə hər zaman olduğu kimi narkotik vasitəni iki bükümdə, yəni bir ədəd qara rəngli siqaret kağızma bükülmüş və 01 ədəd sellofan bükümdə Bakı şəhəri. Yasamal rayonu, 5 mərtəbə deyilən yerdən tanımadığı şəxsdən alıb cibində olan “Kent” markalı siqaret qutusunun içərisinə qoyub. Bundan sonra həmin bükümlərdən sellofana bükülmüş bükümdəki narkotik vasitəni istifadə edərək bükümü cibindəki siqaret qutusunun içərisinə qoyub. 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində gəzişən zaman Post Patrul Xidmətinin polis əməkdaşları ona yaxınlaşaraq Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə dəvət ediblər. Polis Bölməsində xidməti otaqlardan birində vəkilin və polis əməkdaşlarının iştirakı və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilib. Bu zaman əynində olan göy rəngli gödəkçənin sağ cibindən “Kent” markalı siqaret qutusunun içərisindən içərisi boş olan 01 ədəd şəffaf sellofana bükülmüş bükülü və içərisində tünd rəngli toz halında maddə olan 01 ədəd qara rəngli büküm götürülüb və həmin bükümlər müvafiq rəy alınması üçün zərfiəşdirilib. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsinin, cinayətin açılmasında fəal kömək etməsinin, atasının xəstə olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda DİN-in Səbail rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis sıravisi rütbəsindədir. 31 yanvar 2022ci il tarixdə, saat 00:30 radələrində Səbail RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati ərazisində xidmət apararkən ünvan 1 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb ilkin olaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etdikdən sonra həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşublar. Bu zaman həmin şəxs üzərində şəxsiyyəti təsdiq edən heç bir sənədinin olmadığını bildirərək suallara qeyri-adekvat cavablar verib. Həmin şəxsi Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə yollanıb. Polis Bölməsində həmin şəxsin xx xxxxxxxx 1994-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunub. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X3 dəvət olunaraq şübhəli şəxsə təqdim olunub. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirib və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılıb. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilib, həmçinin ona hüquq və vəzifələri izah edilib. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilib. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirib. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilib. Şəxsi axtarış və götürmə 31 yanvar 2022-ci il tarixdə saat 01:25-də “İphone” markalı mobil telefon vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılıb. Təqsirləndirilən şəxs təklif edilib ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədə “Kent” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoyub. Siqaret qutusunun içərisinə baxan zaman oradan 01 ədəşəffaf sellofan kəsiyinə bükülmüş bükülü və 01 ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülü aşkar edilərək götürülüb. Aşkar edilmiş bükülülər açılan zaman qara rəngli siqaret kağızma bükülmüş bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzə maddənin olması və digər şəffaf sellofan kəsiyinə bükülmüş bükümün isə içərisinin boş olması aşkar edilib. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və kimdən əldə etməsi soruşulduqda o, bildirib ki, həmin bükülünün içərisində olan maddə narkotik vasitə hesab edilən “kakosdur” və həmin narkotik vasitəni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Daxili işlər Nazirliyinin “Zərflər üçün” 166 saylı möhürü ilə möhürlənərək götürülüb. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməyib. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış 31 yanvar 2022-ci il tarixdə saat 01:40-da başa çatıb. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunub, protokol iştirakçılara ucadan oxunub, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunub. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmayıb. Bundan başqa, Şahid1 ona Təqsirləndirilən şəxs saxlanılan və Səbail RPİ-nin 9cu Polis Bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməsi barədə verilmiş suala, Təqsirləndirilən şəxs saxlanılan və Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir cavabını vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid3 ifadəsində göstərmişdir ki, hazırda DİN-in Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin təhqiqatçısı vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. 30 yanvar 2022-ci il tarixdə xidmət etdiyi Polis Bölməsinin aylıq növbətçilik cədvəli üzrə növbədə olub. Növbədə olan zaman 31 yanvar 2022-ci il tarixdə, saat 00:30 radələrində Səbail RPİ-nin PPXB-nin polis nəfəri, polis sıravisi Şahid2 və Səbail RPİ-nin PPXB-nin polis nəfəri, polis sıravisi Şahid1 bir nəfər şəxsin özünü şübhəli apardığına, üzərində şəxsiyyəti təsdiq edən heç bir sənədinin olmadığına və suallara qeyri- adekvat cavablar verdiyinə görə onu ünvan 1 ünvanın qarşısında saxlayaraq 9-cu Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində həmin şəxsin 05 sentyarb 1994-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X3 dəvət olunaraq tərə!indən ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə tərəfindən onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxsə tərəfindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə 31 yanvar 2022-ci il tarixdə saat 01:25-də “İphone” markalı mobil telefon vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən təklif edilib ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoyub. Siqaret qutusunun içərisinə baxan zaman oradan 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülü və 01 ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülü aşkar edilərək götürüldü. Aşkar edilmiş 01 ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülü açılaraq içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzə maddənin olması və digər 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülünün isə içərisini boş olması aşkar edilib. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və kimdən əldə etməsi soruşulduqda o, bildirib ki, həmin bükülünün içərisində olan maddə narkotik vasitə hesab edilən “kakosdur” və həmin narkotik vasitəni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb, Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 166 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış 31 yanvar 2022-ci il tarixdə saat 01:40-da başa çatdı. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair tərəfindən protokol tərtib olundu, protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Bundan başqa, Şahid3 ona ifadəsində qeyd etdiyi kimi axtarış və götürmə protokolunda da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəşəffaf sellofan kəsiyinə bükülmüş və 01 ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülülərə baxış keçirilən zaman həmin bükülülərdən qara rəngli siqaret kağızma bükülmüş bükülünün içərisindən tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilməsi, lakin axtarış və götürmə protokoluna əlavə edilmiş CD diskə baxış keçirilən zaman onun həmin vaxt aşkar edilmiş iki bükülünün də içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğunu bildirməsinin müəyyən olunması barədə verilmiş suala, Şahid3 növbədə olan zaman icraatında olan işlərin çoxluğu səbəbindən axtarış və götürmə aparan zaman texniki səhvə yol verərək iki bükülünün də içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğunu bildirdiyini, lakin həmin 02 bükümdən yalnız qara siqaret kağızma bükülmüş bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu, digər sellofan bükümün içərisinin isə boş olduğunu, həmin sellofan bükümün içərisində qalıq və ya izlərin olmasını müəyyənləşdirmək üçün müvafiq ekspert rəyi alınması məqsədilə tərəfindən qablaşdırılaraq ekspertizaya göndərildiyini, qeyd etdiklərinin ekspert rəyində də öz əksini tapdığını cavabını vermişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, X4 31 vanvar 2022-ci il tarixdə, saat 00:30 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılaraq. Polis Bölməsinə dəvət edilmiş və həmin gün saat 01:25-dən etibarən üzərinə səxsi axtarış keçirilən zaman əvnində olan göv rəngli gödəkcənin sağ cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu çıxararaq təqdim etmis. siqaret qutusunun içərisinə baxan zaman oradan 01 ədəd şəffaf sellofan kəsivinə bükülmüş bükülü və 01 ədəd qara rəngli siqaret kağızma bükülümüs bükülü aşkar edilərək götürülmüş, aşkar edilmiş bükülülər acılan zaman 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümün içərisində tünd qəhvəyi rəngli, toz-kristal şəkilli, sepsifik qoxuva malik narkotik vasitə heroinə bənzər maddənin və digər 01 ədəd şəffaf sellofan bükümün isə içərisinin boş olması aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş iş üzrə məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31.01.2022-ci il tarixli, 6/615 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №166" dairəvi möhür əksi və “imzalar...Təqsirləndirilən şəxs -imza: təhqiqatçı Şahid3-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,203 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’in İ siyahısına daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,203 qram narkotik vasitə heroin maddi sübut hesab edilməli və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,153 qram heroin saxlanılması üçün maddi sübut kimi tanınması və Səbail RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərarı ilə 10 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 28.04.2021-ci il tarixli qərarına əsasən 09.02.2021-ci il tarixli qərar ləğv edilərək qəti olaraq cəza 10 ay 29 gün təyin edilmişdir. 23.11.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 03 mart 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarın qüvvəyə mindiyi gündən hesablanmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunmayan şəxs hesab olunmalı və cinayət işi üzrə residiv kimi müəyyən edilməməlidir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 fevral 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, atasının xəstə olmasını və gənc olmasını olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 07.03.2022-ci il tarixli 1144 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,153 qram heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “CD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 28, mənzil 2 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,153 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 123 (yüz iyirmi üç) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar