Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-110/2023 23.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,361 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 24 noyabr 2022-ci il tarixdə həmin narkotik vasitəni üzərində daşıyaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 2 evin qarşısına gətirmiş və Təqsirləndirilən şəxsnm narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə həmin tarixdə saat 14:30-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, ünvan 2 evin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin, 8-ci Polis Bölməsinin, ünvan 1 ünvanında olan inzibati binasına gətirilib üzərinə keçirilən video baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,361 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 1 (bir) aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. Ümumilikdə narkotik vasitə olan heroini Bakı şəhərinin rayonlarından müxtəlif qiymətlərə alaraq öz şəxsi istifadəsi üçün əldə edir. Həmçinin heroindən istifadə etmədikdə bədənində küt ağrılar olur. Sonuncu dəfə 24 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanından üzdən tanıdığı, lakin şəxsiyyəti barədə tam məlumatı olmayan şəxsdən 10 (on) manat pulun müqabilində 1 (bir) büküm heroini əldə edərək üzərində saxlamaqla gəzdirmişdir. Həmin heroini üzərində daşıyaraq Bakı şəhəri, Səbail rayonu, ünvan 2 evin qarşısına gətirmişdir ki, daha sonra istifadə etsin. Beləliklədə 24 noyabr 2022-ci il tarixdə saat 14:30-də Bakı şəhəri, Səbail rayonu, ünvan 2 evin qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişdir. Həmin vaxt onun üzərində 01 (bir) büküm heroin olduğu üçün həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başlamışdır. Bundan sonra polis əməkdaşları onu 8-ci Polis Bölməsinə dəvət etmişdir. O polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlar ilə birlikdə 8-ci polis bölməsinə gəlmişdir. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə şəxsi axtariş və baxış keçirilməsinin zəruri olmasını ona izah edilmidşir. O, həmin zaman video çəkiliş aparılmasına etiraz etməmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmaqla, vəkili tərəfindən öz razılığı əsasında hüquqları müdafiə edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin, 8-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə video görüntü ilə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ilkin olaraq sual verilmişdir. Bundan sonra o, üzərində saxlamaqla daşıdığı özünə məxsus 01 (bir) ədəd bükümdə olan heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxarmaqla könüllü olaraq masa üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə az ağır cinayət əməlini törətməsini, yeni ailə həyatı qurmasını, həyat yoldaşının hal-hazırda hamilə olmasını, həmçinin səhhəti ilə bağlı anadan gəlmə döş qəfəsində deformasıyanın və onurğasında əyrilik olmasını, həmçinin anasının hal-hazırda “Hipertoniya” xəstyəliyindən əziyyət çəkməsini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu, ünvan 2 evin qarşısında narkotik vasitələrin qəbulu, gəzdirməsi barədə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət tərkibli əməllərini ifşa edilməsi, cinayət başında yaxalanması məqsədi ilə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edilmişdir. 24 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri Səbail rayonu, ünvan 2 evin qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq, həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə onlara ətraflı məlumat verilməsini xahiş etmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı onlar ilə bərəbar Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 8-ci Polis Bölməsinə getməsinə razılıq vermişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə X8 tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq vəzifələri təhqiqatçı X8 tərəfindən izah edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, daxil olmuş əməliyyat məlumat əsasında üzərində qanunsuz olan əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tözşəkilli maddəni çıxarıb masa üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli bükümü özü göstərərək həmin bükülünün el içində narkotik vasitə kimi tanınan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 (bir) ədəd bükülü olan heroini haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirildiyi sual edilən zaman, bildirmişdir ki, narkotik vasitəyə bənzər maddəni 24 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan küçəsi, 2 saylı evin qarşısından üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 10 (on) manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını qeyd etmişdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirdilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 1 (bir) ədəd şəffaf rəngli bükülü X8 tərəfindən zərfə qoyularaq zərfin ağzı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin zərflər üçün nəzərdə tutulmuş 52 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəmə təqdim olunmuş 5 nömrəli Tibbi şəhadətləndirilmə vərəqindən görünür ki, Təqsirləndirilən şəxs anadan gəlmə döş qəfəsində deformasiya, onurğa əyriliyi və tənginəfəslik vardır. Həmçinin Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X7 (təqsirləndirilən şəxsin anası) “Hipertoniya xəstəliyi İİ dərəcə risk, İV dərəcə xəstəliyindən əziyyət çəkir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2022-ci il tarixli 6/6728 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №-52” dairəvi möhür əksi “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilən götürülmüş narkotik vasitə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,361 qram qəhvəyi rəngli tözşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən markotik vasitələr”-in siyahısına daxildir. Aprılmış ekspertiza xərci 114 (yüz on dörd) manat təşkil edir. Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair 24 noyabr 2022-ci il tarixli akta əsasən, qəbul edilmişdir: heroin təmiz çəkisi “0,361 qram”, sərf edilmişdir “0,05 qram” qalıq qalmışdır “0,311 qram”. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. 24 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” protokoluna əsasən, Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tözşəkilli maddə kustar üsulla hazırlanmış 0,361 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. 24 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” qərarlara əsasən, 1 (bir) ədəd “CD” disk və 0,361 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmışr və qalıq 0,311 qram saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 oktyabr 2022-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 noyabr 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 şəxsi Ambulator X1 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, gənc olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, təqdim olunmuş tibbi sənədlərdən göründüyü kimi səhhəti ilə bağlı anadan gəlmə xəstəliyinin olmasını, həmçinin anasının “Hipertoniya” xəstəsi olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 Ekspertizasının 28 noyabr 2022-ci tarixli 7191 nömrəli rəyindən görünür ki, X6 opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına - 0.05 qram sərf edildikdən sonra qalan - 0,311 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X4 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Oğuz rayonu ərazisini tərk etməmək, Oğuz rayonu, Xaçmaz kəndində olan yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Oğuz Rayon İcra və Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,311 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC -nin Xətai rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-110/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-110/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver