Məhkəmə qərarları › İş №1(009)-110/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-110/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-110/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 , Zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi ev 30/5-də qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, “Gülçülük Sovxozu”, ünvansız fərdi yaşayış evdə yaşayan, hazırda barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində etibarnamə əsasında idarə etdiyi “Khazar LX” markalı **-HY-*** dövlət qeydiyyat nişalı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, X8ndə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub hərəkət sürətin 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırıldığı halda, avtomobili 80-100 km/saat sürətlə hərəkət etdirərək, eyni zamanda həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanını nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu və bunlara əməl etməli olduğu halda, əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkətini davam etdirib həmin vaxt Bakı şəhəri, Səbail rayonu, X8ndə əks hərəkət zolağına keçmək üçün yolun solunda dayanmış sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı “Nissan Juke” markalı avtombili arxadan vurması nəticəsində, zərbənin təsirindən həmin avtomobilin qarşısmda dayanmış sürücü Şahid idarə etdiyi **-SE-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilə arxadan dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə“Khazar LX” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişinlərdən Zərərçəkmiş şəxs1 qapalı kəllə- beyin travması, baş beyin silkələnməsi və sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, çənə sümüyünün yerdəyişmiş qəlpəli sınıqları, sol almacıq və əng sümüklərinin yerdəyişmiş sınığı, sol göz yuvasının arxa-alt və bayır divarlarınm (göz yuvasımn bayır divarının almacıq və əsas sümüyünün böyük qanadlarının göz yuvası səthləri təşkil edir) yerdəyişmiş sınıqları, sol göz almasımn ağır dərəcəli kontuziyası və cırılmasının yaranmasına səbəb olan, ümumilikdə həyat üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs sərnişin Zərərçəkmiş şəxs1 sağlamlığına agır zərər vurub, bundan başqa avtomobildəki digər sərnişin Zərərçəkmiş şəxs2 Rafıq oğlunun sol bud sümüyünün orta 1/3-nin yerini dəyişmiş qapalı sınığının yaranmasına səbəb olan, dərəcəsinə görə sağlamlığm uzun müddətə pozulmasma səbəb olan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az agır zərər vurub, həmçinin **-CA-*** dövlət qeydiyyat nişanlı “Nissan Juke” markalı avtombilin sürücüsü Zərərçəkmiş şəxs3 baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, qaraciyərin sağ payının posttravmatik hematoması, sağ bel nahiyyəsinin qançırı, sağ budun orta 1/3-nin və sol diz oynağı nahiyəsinin bayır səthlərinin sıyrıqları, eləcə də, sol baldırın aşağı 1/3-nin iç səthinin əzilmiş yarasının yaranmasma səbəb olan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs3nm sağlamlığına yüngül zərər vurub, bu hərəkətləri ilə o, ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarına az ağır və ağır zərərin vurulması ilə nəticələn yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, “Bolt” taksi şirkətində sürücü kimi fəaliyyət göstərir. 23 iyun 2023-cü il tarixdə saat 15:20 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “MegaFun” obyektinin qarşısından müştəri qismində adlarının sonradan Zərərçəkmiş şəxs2 Rafıq oğlu və Zərərçəkmiş şəxs1 qızı olduğunu bildiyim şəxsləri, idarə etdiyi avtomobilinə mindirib onları sifariş etdikləri ünvana yəni, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə aparmaq üçün hərəkətə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs2 ön sağ sərnişin oturacağında, Zərərçəkmiş şəxs1 isə arxa sərnişin oturacağında solda, yəni onun arxa tərəfındə əyləşmişdir. O, hərəkətini davam etdirib, X8nə daxil olmuş və avtomobili 80-100 km\saat surətlə, yolun orta zolağında hərəkət etdirib yolun solunda yerləşən “Ramada” adlı otelin qarşısına çatan zaman gün işığı qəflətən ön şüşədən gözlərinə düşdüyünə görə gözlərini qıcıqlandırmış və həmin anda o, gözlərini yumduğu üçün fikirini yoldan ayırıb avtomobilin günlüyünü endirməyə başlayan zaman avtomobil orta zolaqdan sol zolağa doğru hərəkət zolağını dəyişməyə başlamış, lakin o, bu dəyişikliyi hiss etməmiş və günlüyü istədiyi vəziyyətə gətirib yola baxan anda qarşısında göy rəngli “Nissan” markalı avtomobil olduğunu görmüş, lakin həmin avtomobillə aralarında hər hansı məsafə qalmadığından o, tormoz pedalını sıxmaq üçün macal tapmamış və gəldiyi surətlə “Nissan” markalı avtomobilin arxasmdan öz avtomobili ilə vurmuşdur. Bu anda avtomobil hərəkətini dayandırmış və hava şarı açıldığı üçün üzü hava şarına dəymişdir. Bir neçə saniyə sonra o, özünə gəlmiş, sol qolunda və sağ dizində kəskin ağrılar hiss etməyə başlamışdır. Dərhal avtomobilin sol sərnişin oturacağında olan Anara baxmış, bu zaman Anar ayağını tutaraq ağrı olduğunu bildirmişdir. O da almış olduğu xəsarətlərə rəğmən gücünü toplayıb avtomobilin qapısınm pəncərsindən çıxmışdır. Sonra isə Esmiraya yaxılaşıb baxmış, bu zaman onun ağzından qan gəldiyini görmüşdür. Bir az sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. O dərhal vurmuş olduğu göy rəngli “Nissan Juke” markalı avtomobilə yaxınlaşıb sürücünün vəziyyətini öyrənməyə çalışmışdır. Avtomobilə çatan zaman sürücün qadın olduğunu üzündə və ya bədəninin başqa yerlərində qan olmadığınıı, lakin həmin qadının qarın nahiyyəsini tutaraq ağrısınm olduğunu dediyini görmüşdür. Bir az sonra hadisə yerinə təcili yardım avtomobilləri gəlmiş və onları xəstəxanaya aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə saat 15:20 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “MegaFun” obyektinin qarşısında bacısı oğlu Zərərçəkmiş şəxs2 Rafıq oğlu ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, “Sahil” qəsəbəsinə getmək üçün Anar “Bolt” taksi xidmətinə taksi sifariş vermiş və bir neçə dəqiqə sonra yanlarına sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin idarə etdiyi “Khazar” markalı göy rəngli avtomobil gəlmişdir. Anar avtomobili ön sağ sərnişin oturacağında, o isə sürücünün arxa hissəsindəki oturacaqda əyləşmişmişdir. Onlar hərəkətə başlayıb Bakı şəhəri, Səbail rayonu, “Şıxov” çimərliyi istiqamətində hərəkət edən zaman o yatmış, buna görə də hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Rafıq oğlu ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə saat 15:20 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “MegaFun” obyektinin qarşısında xalası Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, “Sahil” qəsəbəsinə getmək üçün Anar “Bolt” taksi xidmətinə taksi sifariş vermiş və bir neçə dəqiqə sonra yanlarına sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin idarə etdiyi “Khazar” markalı göy rəngli avtomobil gəlmişdir. O, avtomobilin ön sağ sərnişin oturacağında, xalası isə sürücünün arxa hissəsindəki oturacaqda əyləşmişdir. Onlar hərəkətə başlayıb Bakı şəhəri, Səbail rayonu, “Şıxov” çimərliyi istiqamətində hərəkət edən zaman sürücü idarəetməni itirmiş və qəflətən gəldiyi sürətlə yolun sol zolağında dayanıb dönmə əməliyyatı etmək üçün hazırlaşan avtomobilə arxadan dəymişdir. Bundan sonra o, bir neçə dəqiqə avtomobildə xəsarət almış halda gözləmiş, sonra isə təcili yardım avtomobili gəldi və tibbi işçiləri onu avtomobilə qoyub aparmışdırlar. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, X8 ünvanına sürücü Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi, fotoşəkilləri, həmçinin nəqliyyat vasitəsinin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli 2/19931 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı alkoqol sərxoşluğu vəziyyətinin ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli 383 №-li Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X5 X7 rayon şöbəsinin rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, qaraciyərin sağ paymın posttravmatik hematoması, sağ bel nahiyyəsinin qançırı, sağ budun orta 1/3-nin və sol diz oynağı nahiyəsinin bayır səthlərinin sıyrıqları, eləcə də, sol baldırm aşağı 1/3-nin iç səthinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli 390 №-li Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X5 X7 rayon şöbəsinin rəyindən görünür ki, vət.S.N. Rzayevin almış olduğu xəsarətlər sol mil sümüyünün tipik yerini dəyişən qapalı sınığı və sağ diz oynağı nahiyəsinin ön səthinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi, o, cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli 503 №-li Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X5 X7 rayon şöbəsinin rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - sol bud sümüyünün orta 1/3- nin yerini dəyişmiş qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixli yol- nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli 8/2126 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən, “Khazar LX” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlə¬rində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli 488 №-li Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X5 X7 rayon şöbəsinin rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, çənə sümüyünün yerdəyişmiş qəlpəli sımqları, sol almacıq və əng sümüklərinin yerdəyişmiş sınığı, sol göz yuvasmm arxa-alt və bayır divarlarının (göz yuvasmın bayır divarımn almacıq və əsas sümüyünün böyük qanadlarının göz yuvası səthləri təşkil edir) yerdəyişmiş smıqları, sol göz almasının ağır dərəcəli kontuziyası və cırılması bərk küt əşyanın(əşyaların) təsirindən onun tibbi yardım üçün X6 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1nm bədənində aşkar edilmiş xəsarətlərin xaraketrini və lokalizasiyasını nəzər alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif olunmuşdur. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan15 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarından görünür ki, 15 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 15 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatkartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs ya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 29 mart 2024-cü il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs ya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 29 mart 2024-cü il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs ya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli “sübutların qitmətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” markalı **- HY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cinayət işi üzrə maddi sübut kimi tanınmış və onun qəbzlə Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yol Hərəkəti və X1ydalarının Pozulmasına dair Cinayət İşləri Üzrə Məhkəmə Təcrübəsi haqqında 15 noyabr 2023-cü il tarixli, 05 saylı Qərarında qeyd olunmuşdur ki, Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və X3ı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırma görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət ərosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə nülki iddiaçı qismində tanına bilər. (Plenumun 18.02.22-ci il tarixli lərarı redaksiyasında). Biri biri ilə əlaqədar olmayan və müxtəlif vaxtlarda yol lərəkətinin və X3ı qaydalarının lozulması qeyd edilən maddələrdə nəzərdə tutulmuş eyni nəticələrə ;əbəb olduqda törədilmiş əməllər CM-nin həmin nəticəyə görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə, belə əməllərin hər birisi müxtəlif nətiəcələrə səbəb olduqda isə həmin əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir. Bununla da yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, itihamçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə ittihamın müdafiə edilməsindən imtinası qəbul edilməli və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 41.3.-cü maddəsinə əsasən Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və həmin Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bu səbəbdən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan “Khazar LX” markalı **-HY-*** dövlət qeydiyyat nişalı minik avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə 01 (bir) ədəd DVD disk və 12 (on iki) ədəd foto şəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İtihamçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə ittihamın müdafiə edilməsindən imtinası qəbul edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan “Khazar LX” markalı **-HY-*** dövlət qeydiyyat nişalı minik avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə 01 (bir) ədəd DVD disk və 12 (on iki) ədəd foto şəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar