Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-111/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X7, Müdafiəçilər Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxx 1998-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Təzə məhəllə nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X3 xx xxxxxx 1996-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Qubadlı rayonu, Təklə Mirzəbala kəndində qeydiyyatda olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Təzə məhəllə, Ə.Cavad küçəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən təqsirləndirilən şəxs X8 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, X8 özgənin əmlakını talama məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 17 yanvar 2022-ci il tarixdə, saat 23:30 radələrində ünvan 1 ünvanda yerləşən Nəbatət Bağının hasarı ilə avtomobil yolu arasında olan səkidə qoyulmuş Bakı şəhəri Səbail Rayon Mənzil X5 məxsus hər birinin qiyməti ayrı-ayrılıqda 524 manat olan ümumi qiyməti 1572 manat olan 3 ədəd zibil qutusunu, həmçinin 18 yanvar 2022-ci il tarixdə saat 00:45 radələrində ünvan 1 ünvanda yerləşən Nəbatət Bağının hasarı ilə avtomobil yolu arasında olan səkidə qoyulmuş Bakı şəhəri Səbail Rayon Mənzil X5 məxsus hər birinin qiyməti ayrı-ayrılıqda 524 manat olan ümumi qiyməti 1048 manat olan 2 ədəd zibil qutusunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Bakı şəhəri Səbail Rayon Mənzil X5 ümumilikdə 2620 (ikmin altı yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə qohumu X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 17 yanvar 2022-ci il tarixdə, saat 23:30 radələrində ünvan 1 ünvanda yerləşən Nəbatət Bağının hasarı ilə avtomobil yolu arasında olan səkidə qoyulmuş Bakı şəhəri Səbail Rayon Mənzil X5 məxsus hər birinin qiyməti ayrı-ayrılıqda 524 manat olan ümumi qiyməti 1572 manat olan 3 ədəd zibil qutusunu və həmçinin 18 yanvar 2022-il tarixdə saat 00:45 radələrində ünvan 1 ünvanda yerləşən Nəbatət Bağının hasarı ilə avtomobil yolu arasında olan səkidə qoyulmuş Bakı şəhəri Səbail Rayon Mənzil X5 məxsus hər birinin qiyməti ayrı-ayrılıqda 524 manat olan ümumi qiyməti 1048 manat olan 2 ədəd zibil qutusunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Bakı şəhəri Səbail rayon Mənzil X5 ümumilikdə 2620 (ikmin altı yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. 17 yanvar 2022-ci il tarixdə axşam saatlarında Mirseyidə bildirmişdir ki, «bir iş olsaydı pul qazanardıq». Həmçinin o, Mirseyidə bildirmişdir ki, «dəmir yeri bilirəm, gedək aparaq təhvil verib pul qazanaq». Bundan sonra Mirseyid ilə birlikdə Mirseyidin idarə etdiyi «Toyota Corolla» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili lə təxminən saat 23:30 radələrində ünvan 2 ünvanda yerləşən Nəbatət Bağının divarı ilə avtomobil yolunun arasında olan səki üzərində qoyulmuş dəmir zibil qutularının olduğunu görmüş və gizli yolla oğurlamaq qərarına gəlmişlər. Həmin vaxtı Mirseyid ilə o, avtobus dayanacağının arxasında olan 3 ədəd dəmir zibil qutusunun götürüb idarə etdiyi avtomobilə yükləyərək Mirseyidin yaşadığı Mehdiabad qəsəbəsinə aparmışdır. Bundan sonra 18 yanvar 2022-ci il tarixdə, təxminən saat 00:45 radələrində yenidən Mirseyid ilə birlikdə Mirseyidin idarə etdiyi avtomobil ilə həmin əraziyə qayıtmışdır. Bu dəfə də orada olan qalan 2 ədəd zibil qutusunu gizli yolla oğurlayıb həmin avtomobilə yükləyib yenə də Mirseyidin yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsinə aparmışdır. Bundan sonra o, öz yaşadığı evə getmişdir. Səhəri gün, yəni 18 yanvar 2022-ci il tarixdə, səhər saatlarında o, Mirseyidin yaşadığı ünvana getmiş və birlikdə oğurladığı dəmir zibil qutularını doğrayıb Mirseyidin idarə etdiyi avtomobilə yükləyərək «Dərnəgül» deyilən ərazidə yerləşən metal əritmə zavoduna apararaq tanımadığı şəxsə 150 manata satmışlar. Əldə etdiyi pulu yarı bölməklə adam başına 75 manat pul dümüşdür. 22 yanvar 2022-ci il tarixdə, təxminən saat 23:30 radələrində o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Pullman» otelin qarşısında olarkən tanımadığı polis əməkdaşları ona yaxınlaşıb oğurluq cinayəti törətməkdə şübhəli bilindiyi üçün onu Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə yollanmış və orada izahat verərək xalası oğlu Mirseyid ilə birlikdə törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, Vətən Müharibəsinin iştirakçısı olmasını, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 onun xalası oğludur. O, fərdi qaydada, müxtəlif ərazilərdə aparılan tikintilərdə bənna işləyir. 17 yanvar 2022-ci il tarixdə axşam saatlarında Talıb ona bildirmişdir ki, «bir iş olsaydı pul qazanardıq». Həmin vaxtı Talıb ona bildirmişdir ki, «dəmir yeri bilirəm, gedək aparaq təhvil verib pul qazanaq». Bundan sonra o, Talıb ilə birlikdə özünə məxsus «Toyota Corolla» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən saat 23:30 radələrində ünvan 2 ünvanda yerləşən Nəbatət Bağının divarı ilə avtomobil yolunun arasında olan səki üzərində qoyulmuş dəmir zibil qutularının olduğunu görmüş və gizli yolla oğurlamaq qərarına gəlmişdir. Həmin vaxtı Talıb ilə o, avtobus dayanacağının arxasında olan 3 ədəd dəmir zibil qutusunun götürüb idarə etdiyi avtomobilə yükləyərək yaşadığı Mehdiabad qəsəbəsinə aparmışlar. Bundan sonra 18 yanvar 2022-ci il tarixdə, təxminən saat 00:45 radələrində yenidən idarə etdiyi avtomobil ilə birlikdə həmin əraziyə qayıtmışlar. Bu dəfə də orada olan qalan 2 ədəd zibil qutusunu gizli yolla oğurlayıb idarə etdiyi avtomobilə yükləyib yenə də yaşadığı Mehdiabad qəsəbəsinə aparmışlar. Səhəri gün, yəni 18 yanvar 2022-ci il tarixdə, səhər saatlarında Talıb onun yaşadığı ünvana gəlmiş və birlikdə oğurladığı dəmir zibil qutularını doğrayıb idarə etdiyi avtomobilə yükləyərək «Dərnəgül» deyilən ərazidə yerləşən metal əritmə zavoduna apararaq tanımadığı şəxsə 150 manata satmışlar. Əldə etdiyi pulu yarı bölməklə adam başına 75 manat pul düşmüşdür. 22 yanvar 2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində o, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən «Tosoil» yanacaqdoldurma məntəqəsinin qarşısında olarkən tanımadığı polis əməkdaşları ona yaxınlaşıb oğruluq cinayəti törətməkdə şübhəli bilindiyi üçün onu Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə yollanmış və orada izahat verərək xalası oğlu Talıb ilə birlikdə törətdiyi oğurluq cinayətini etiraf etmişdir. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, Vətən Müharibəsi iştirakçısı olmasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə almasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X13 ifadəsində göstərmişdir ki, 2017-ci ilin avqust ayından Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Badamdar qəsəbə üzrə sahə rəisi vəzifəsində işləyir. Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 4 ünvanında yerləşən Nəbatət Bağının hasarı ilə avtomobil yolu arasında olan səki üzərinə zibil tullantılarının atılması üçün zibil qutuları qoyulmuşdur. 21 yanvar 2022-ci il tarixdə tərəfindən həmin əraziyə baxış keçirilən zaman həmin əraziyə qoyulmuş 5 ədəd zibil qutusunun oğurlandığını aşkar etmişdir. Zibil qutuları dövlət əmlakı olmaqla Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus olmuş, həmin zibil qutularının hamısı oğurlanmışdır. Yalnız 2 ədəd zibil qutusunun içinin vedrəsi qalmışdır. İlkin olaraq ona məlum olmuşdur ki, oğurluq nəticəsində Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə 750 manat maddi ziyan dəymişdir. Lakin sonradan araşdırma nəticəsində ona məlum olmuşdur ki, hər birinin qiyməti 524 manat olan 5 ədəd zibil qutusuna oğurlanması nəticəsinədə Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ümumilikdə 2620 manat maddi ziyan dəymişdir. Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ümumilikdə 2620 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi həmçinin məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışıq əldə olunduğunu, eləcə də onlardan şikayət və tələbinin olmadığını bildirmişdir. 23 yanvar 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs1 23 yanvar 2022-ci il tarixdə saat 02:45-də şübhəli şəxs qismində tutulmuşdur. X8 23 yanvar 2022-ci il tarixdə saat 03:55-də şübhəli şəxs qismində tutulmuşdur. 24 yanvar 2022-ci il tarixdə X8 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorluğunun 24 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. Səbail rayon prokurorluğunun 24 yanvar 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. 24 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 fevral 2022-ci il tarixli 9/595 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 4 ədəd diametri 34 sm olan dəmir zibil qutuların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 240,00 (4x60m) manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. 11 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsus 4 ədəd zibil qutusunun beton içliyi maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin nümayəndəsi X10 qaytarılması qərara alınmışdır. 12 mart 2022-ci il tarixli qərarla təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. 12 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Talıb oğluna Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzə əsasən zərərçəkmiş şəxsin nümayəndəsi X13 tərəfindən 4 ədəd zibil qutusunun beton içliyi qəbul edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 yanvar 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1996-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 yanvar 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X8 barəsində CM-nin 263.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 320/2021 saylı, 24.11.2021-ci il tarixli qərarı ilə X3 barəsində “8 Noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilmiş, MəhərrəmovTalıb Səlim oğlu cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 27 yanvar 2022-ci il tarixli Bakı şəhəri Zərərçəkmiş şəxs məktubuna əsasən oğurluq nəticəsində dəymiş ziyan (2620 manat dəyərində 5 ədəd zibil qutusu) Təqsirləndirilən şəxs1 və X3 qohumları tərəfindən yenisi alınaraq yerinə qoyulmuşdur. Səbail MKTB-nin heç bir şikayəti yoxdur. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfiindən verilmiş 01.02.2022-ci il tarixli arayışa əsasən Ağayev X6 rayonu, Mehdiabad qəsəbəsi Ə.Cavad küçəsi nömrəsiz evdə ailəsi –atası X14, anası X9 və həyat yoldaşı X12 ilə birlikdə yaşayır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə X17 üzrə nümayəndəliyi tərəfiindən verilmiş 01.02.2022-ci il tarixli xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs1 barəsində Mehdiabad qəsəbə İƏD nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhdətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı övladı var– 30.06.2021-ci il təvəllüdlü X11 Zərərçəkmiş şəxsin nümayəndəsi X7 ərizəsindən görünür ki, hadisə nəticəsində vurulmuş ziyan ödənilmişdir,təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus hərbi biletin surətindən müəyyən olunur ki, o Vətən Müharibəsinin iştirakçısıdır. İş materiallarına əlavə edilmiş X4 məxsus hərbi biletin surətindən müəyyən olunur ki, o Vətən Müharibəsinin iştirakçısıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi və iş materiallarına əlavə edilmiş işin digər halları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, X3 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, X1 peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin nümayəndəsinin şikayət və tələbinin olmamasını, Vətən Müharibəsinin iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X3 23 yanvar 2022-ci il tarixdə 03:55-dən 24 yanvar 2022-ci il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. X3 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Təzə məhəllə nömrəsiz fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. X3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, dəymiş zərərin ödənilməsi və zərərçəkmiş şəxsin nümayəndəsinin şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını, Vətən Müharibəsinin iştirakçısı olmasını, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 23 yanvar 2022-ci il tarixdə 02:45-dən 24 yanvar 2022-ci il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – Abşeron rayonu Mehdiabad qəsəbəsi, Təzə məhəllə, Ə.Cavad küçəsi nömrəsiz fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd zibil qutusunun beton içliyinin zərərçəkmiş şəxsin nümayəndəsi X10 qaytarılması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 fevral 2022-ci il tarixli 9/595 nömrəli rəyi təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1 münasibətdə verildiyindən məhkəmə ekspertizası tədqiqatının xərci 50,00 (əlli) manat X8 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər bir şəxsdən 25,00 (iyirmi beş) manat ) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1nın hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 23 yanvar 2022-ci il tarixdə 03:55-dən 24 yanvar 2022-ci il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Təzə məhəllə nömrəsiz fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. MəhərrəmovTalıb Səlim oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 yanvar 2022-ci il tarixdə 02:45-dən 24 yanvar 2022-ci il tarixədək, 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Abşeron rayonu Mehdiabad qəsəbəsi, Təzə məhəllə, Ə.Cavad küçəsi nömrəsiz fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd zibil qutusunun beton içliyinin zərərçəkmiş şəxsin nümayəndəsi X10 qaytarılması nəzərə alınsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 fevral 2022-ci il tarixli 9/595 nömrəli rəyi üzrə tədqiqatı xərcinin 50,00 (əlli) manat hissəsi MəhərrəmovTalıb Səlim oğlu və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər bir şəxsdən 25,00 (iyirmi beş) manat ) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən MəhərrəmovTalıb Səlim oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-111/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-111/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver