Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-111/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Xüsusi ittihamçı X4, Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5, Müdafiəçi Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyada olmaqla yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X17 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi nəzərdə tutulan cinayıt əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X17 onun tərəfindən verilmiş ittihamı müdafiə edərək ifadəsində göstərmişdir ki, X18 onun qardaşı X1 həyat yoldaşıdır. Onların xx.xx.2018-ci ildə toyları olub, lakin həmin dövrdə Ləman Vəliyevanın şəxsiyyət vəsiqəsi olmadığından rəsmi nikaha daxil olmayıblar. Daha sonra 2018-ci ilin dekabr ayında Ləman Vəliyeva ayrıldığını bildirərək evdən çıxıb getmişdir. X14 azad və rahat səbəb olaraq həyat yaşamaq istəyi olduğunu bildirmişdir. X18 məşhurlaşmaq və pul qazanmaq üçün məni və ailəsini "Tiktok" sosial şəbəkə platformasında nümayiş etdirərək, onu, qızını X6, anası X2 və qardaşı X15 heç bir səbəb olmadan ağır təhqirlər edərək şərəf və ləyaqətimizi alçatmışdır. Ləman Vəliyevanın onu mütamadi olaraq uzun illərdir etdiyi təhqirlər və barəsində yaydığı həqiqətə uyğun olmayan məlumatlar nəticəsində ətrafında heç bir kəsin qalmaması ondan ağır iztirablara yol açmışdır ki, bunun nəticəsi olaraq tək çıxış yolunu özünə qəsd etməkdə görmüşdü. Beləliklə, 2024-cü ilin sentyabr ayının 16-da hər şeydən ümidini kəsərək özünü öldürmək üçün boynuna ip salıb asmışdır ki, son anda qızımnn səsə gəlib onu qurtarması ilə yenidən həyata döndü. Həmin hadisədən sonra iki-üç gün Sabunçu Rayon Mərkəzi Xəstəxanasında reanimasiyada nəzərət altında qaldıqdan sonra qızına verdiyim sözə görə hüquqi müstəvidə mübarizəsini davam etdirməyə başladı. Halhazırda, həmin fakt üzrə də Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir. Möhtərəm hakim, video diskə əlavə etdiyi 13 ədəd video görüntüdən də aydın görünür ki, Ləman Vəliyeva onu qeyd edərək "qancıq baldızım, sıçım onların ağzına, cırıqlar, pox yeyərlər, qancığın dal ayağı, cırıq bibisi, peysər qardaşı, qancıqlar" kimi ifadələr işlədərək məni təhqir etmiş şərəf və ləyaqətimi alçatmışdır. Həmin video görüntülərdən də göründüyü kimi, Ləman Vəliyeva 10 minlərlə izləyicilərin qarşısında bu cinayət əməlini törətmişdir. Buna görə X18 barəsində qanunla nəzərdə tutulmuş cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs X18 məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 barəsində sosial şəbəkələrdə qeyri-etik, nalayiq ifadələr işlətmişdir. Lakin işlətdiyi ifadələri danmadığını, həyat yoldaşının ailəsinə qarşı olan kinindən qaynağlandığı və yaşadığı keçmişindən, eyni zamanda qeyri-etik ifadələrinin sırf ona aid olmadığını, bütün baldızlara və qaynanalara aid etdiyini və bunu sırf obraz üçün elədiyini bildirmişdir. Himayəsində tək başına böyütdüyü azyaşlı övladına görə barəsində yüngül cəza növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, illərdir Turə Nuriyeva ilə qonşudur. Tiktok sosial şəbəkəsində Ləmanın canlısında Turə barəsində nəlaiq ifadələr işlətdiyini, həqiqətə uyğun olmayan məlumatlar verirdiyini eşidərək Turəyə bu barədə xəbər vermiş, Turə Ləmanın onun barəsində belə sözlər danışdığını bilirmiş və aqlayaraq artıq ölum həddinə catdırıldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Aslan oğlu ifadəsində göstərmişdir ki, X17 onun keçmiş həyat yoldaşıdır. X25 ilə nikahı 2007-ci il tarixində pozulmuşdur. Lakin, birgə nikahdan olan bir qız övladları Ləman Nuriyevadan ötrü tez-tez bir araya gəlirlər. X9 isə iki dəfə Turəgilə gəldiyində görmüşdür. X30 Quliyev ilə ayrılandan sonra “Tiktok”, “Youtube”, “İnstagram” sosial şəbəkələrində paylaşdığı videolar ilə məşhurlaşmağa başladı. Belə ki, o, həqiqəti özündə əks etdirməyən, cəmiyyətin maraq nöqtəsinə toxunmaq üçün uydurma hekayələr danışmağa başlamışdır. Həmin sosial şəbəkələrdə olan video görüntülərdə, X22 rayonunda yaşayan keçmiş ərinin adının Anar olduğunu, meyvə tərəvəz işi ilə məşğul olduğunu, qaynanasının adının Yasəmən olduğunu, keçmiş baldızının isə adının Turə olduğunu deyirdi. Bununla yanaşı, Turə Nuriyevanın onkoloji xəstə olduğundan və Ləman Vəliyevə da öz videolarında baldızı Turənin onkoloji xəstəliyini lağa qoyduğundan, həmçinin baldızının qızının da adının Ləman olduğunu bildirdiyindən bütün faktlar bəhs edilən Turənin onun keçmiş yoldaşı X17 olmasına əsas vermişdir. Həmin videolara görə Turə Nuriyeva özünü öldürəcəyini də bildirmiş, o isə buna ehtimal verməmişdir. Daha sonra, Turə Nuriyevanın özünü öldürməyə cəhd etdiyinin də xəbərini almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X10 təxminən 10 ildir ki tanıyır. Belə ki onların tanışlığı, işgüzar münasibətlər əsasında olmuşdur. O, dərzi fəaliyyəti ilə məşğul olduğundan Turə xanımla da həmin fəaliyyət nəticəsində tanış olmuşdurlar. X19 ilə isə real həyatda tanışlığları yoxdur. Sadəcə olaraq, Ləman Vəliyevəm “Tiktok”, “Youtube”, “İnstagram” sosial şəbəkələrində paylaşdığı videolar ilə tanıyıb. Həmin sosial şəbəkələrdə olan video görüntülərdə, Ləman Vəİiyeva Sabunçu rayonunda yaşayan keçmiş ərinin adının Anar olduğunu, meyvə tərəvəz işi ilə məşğul olduğunu, qaynanasının adının Yasəmən olduğunu, keçmiş baldızının isə adının Turə olduğunu deyirdi. Bununla yanaşı, Turə Nuriyevanın onkoloji xəstə olduğundan və Ləman Vəliyeva da öz videolarında baldızı Turənin onkoloji xəstəliyini lağa qoyduğundan, həmçinin baldızının qızının da adının Ləman olduğunu bildirdiyindən bütün faktlar bəhs edilən Turənin onun tanıdığı X17 olmasına əsas vermişdir. İlk əvvəl Turə Nuriyevadan o soruşduğunda inkar etsə də, lakin hər kəsin bəhs edilən Turənin həmin Turə olduğunu başa düşdüyünü gördükdən sonra etiraf etmişdir. Eyni zamanda, həmin videolara görə özünü öldürəcəyini də bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, X10 2022-ci ilin dekabr ayından tanıyır. Belə ki, həmin vaxtlarda o Turə xanımın işlətdiyi obyektə (salona) getməyə başlamışdır. Bunun nəticəsində Turə Nuriyeva ilə tanış olmuşdur. X19 ilə isə real həyatda tanışlığı yoxdur. Sadəcə olaraq, Ləman Vəliyevəın “Tiktok”, “Youtube”, “İnstagram” sosial şəbəkələrində paylaşdığı videolar ilə tanıyıb. Həmin sosial şəbəkələrdə olan video görüntülərdə, X22 rayonunda yaşayan keçmiş ərinin adının Anar olduğunu, meyvə tərəvəz işi ilə məşğul olduğunu, qaynanasının adının Yasəmən olduğunu, keçmiş baldızının isə adının Turə olduğunu deyirdi. Bununla yanaşı, Turə Nuriyevanın onkoloji xəstə olduğundan və Ləman Vəliyevə da öz videolarında baldızı Turənin onkoloji xəstəliyini lağa qoyduğundan, həmçinin baldızının qızının da adının Ləman olduğunu bildirdiyindən bütün faktlar bəhs edilən Turənin onun tanıdığı X17 olmasına əsas vermişdir. İlk əvvəl Turə Nuriyevadan o soruşduğunda inkar etsə də, lakin hər kəsin bəhs edilən Turənin həmin Turə olduğunu başa düşdüyünü gördükdən sonra etiraf etmişdir. Eyni zamanda, həmin videolara görə özünü öldürəcəyini də bildirmişdir. İşə əlavə olunmuş və məhkəmə iclasında özündə video görüntüləri əks etdirən diskə baxış keçirilərkən X5 X17 barəsində “qancıq baldızım”, “sıçım onların ağzına”, “cırıqlar”, “pox yeyərlər”, “qancığın dal ayağı”, “cırıq bibisi”, “qancıqlar” və sair təhqiredici ifadələrinin işlətdiyini müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə elektron sisteminin çıxarışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X11 anası X12r. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tələbinə görə Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə araşdırılması nəticəsində təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olması öz təstiqini tapmışdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs X18 özünü qismən təqsirli bilsədə də, şahid ifadələri, videogörüntülər və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə X5 əvvəllər məhkum olunmamasını və himayəsində az yaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında X5 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, ailə vəziyyətini,habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 47-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş dörd saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkuma təyin olunmuş ictimai işlər cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 34.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 36-cı maddəsinə əsasən İctimai işlər növündə cəzanın müddəti saatla hesablanır. İctimai işlər növündə cəzanın müddəti, bir qayda olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə cəzanın müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Bu cəza növünün icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər. İş üzrə mülki iddia və ekspert xərcləri yoxdur. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 351-353, 356, 381, 383 və 384-cümaddələrini rəhbər tutaraq. H Ö K M E T D İ: X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 480 (dörd yüz səksən) saat müddətinə ictimai işlər cəzası təyin edilsin. X5 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. X13 təyin edilmiş cəzanın icrası və üzərinə qoyulmuş vəzivələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk işinin materiallarında saxlanılsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-111/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-111/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver