Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-112/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X6, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, subay, işsiz, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 1(009)-122/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-747/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərarı ilə çəkilməmiş04 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə şərti olaraq olaraq vaxtından əvvəl azad edilmiş, Şamaxı şəhəri, Göylər kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə, xx xxxxxx 2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(060)-13/2020 saylı hökmü ilə 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddəti sınaq müddəti tətbiq edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxslə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş, həmçinin təkrarən qabaqcadan əlbir olan bir qrup şəxslə avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 24 sentyabr 2017ci il tarixdə saat 04.30 radələrində Zərərçəkmiş şəxs8 işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 2 ünvanda yerləşən «Bostan» meyvə-tərəvəz dükanının qapısını qırıb açma yolu ilə içəriyə qanunsuz daxil olub, kassa aparatının daxılından 270 (iki yüz yetmiş) manat pulu və 50 manat dəyərində yeyinti məhsullarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 15 oktyabr 2017-ci il tarixə saat 01.30 radələrində Zərərçəkmiş şəxs4 işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 3 ünvanda yerləşən «Artestetika» estetik salonunun alüminium qapısını vintaçanla basıb açaraq salona qanunsuz daxil olub, kassa aparatının aşağısında yerləşən siyirtmədən 200 (iki yüz) manat pulu və 300 manat dəyərində bir ədəd **********72944 və **********72942 imei kodlu «Samsung Galaxy J-2» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 25 oktyabr 2017-ci il tarixə saat 04.00 radələrində Zərərçəkmiş şəxs6 Mirbala qızının işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 4 ünvanda yerləşən «Fish Market» balıq dükanının qapısını qırıb açma yolu ilə içəriyə qanunsuz daxil olaraq kassa aparatının daxılından 557 (beş yüz əlli yeddi) manat pulu və 57 manat dəyərində bir ədəd **********71183 imei kodlu «Nokia 105» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 614 (altı yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 25 oktyabr 2017-ci il tarixdə saat 22.00 radələrində Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9 ünvanın qarşısında saxladığı, özünə məxsus «KİA Sportage» markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qapısının şüşəsini sındırmaqla sağ qabaq oturacağın ayaqaltısının üzərində olmuş, Zərərçəkmiş şəxs7 məxsus və içərisində 200 manat pulu, 25 manat dəyərində «İphone 6S» markalı mobil telefonunun səs qulaqcığı, 40 manat dəyərində 50 ml qadın ətri, 15 manat dəyərində kitab və dəftərlər olmuş 40 manat dəyərində qadın əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 10 sentyabr 2020-ci il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan Zərərçəkmiş şəxs5 məxsus “VAZ 21074” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun saxladığı ünvan 6 ünvanının qarşısından sürücü qapısının şüşəsinə fiziki qüvvə tətbiq edib açmaqla qanunsuz ələ keçirib, salonun saxlanc yerində olan açarla mühərriki işə salaraq hərəkətə gətirməklə qaçırmış, Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində avtomobili qəzaya uğradaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 2940 (iki min doqquz yüz qırx) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 sentyabr 2020ci il tarixdə saat 07:40 radələrində ünvan 7 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi, saxlanc yeri hesab edilən “Winetage” adlı restoranın giriş qapısının açar kilid sistemini sındırma üsulu ilə restorana qanunsuz daxil olaraq, mətbəx otağından Yaponiya istehsalı olan “Xition Precius 8” markalı bıçağı gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 170 (yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 sentyabr 2020-ci il tarixdə saat 07:47 radələrində bir qədər əvvəl “Winetage” adlı restorandan oğurladığı və özü ilə apardığı “Xition Precius 8” markalı bıçaqla, saxlanc yeri hesab edilən ünvan 8 ünvanda yerləşən, Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Love by veganazer” adlı ərzaq mağazasının giriş qapısınının açar kilid sistemini sındırma üsulu ilə mağazaya qanunsuz daxil olaraq dəmir qutunun içərisində olan 496 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 496 (dörd yüz doğsan altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talama məqsədilə 17 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi saxlanc yeri hesab olunan ünvan 9 ünvanında yerləşən qadın geyim və aksesuarları satılan “Look” adlı mağazanın qarşısına gələrək, aralarında əvvəlcədən olan razılaşmaya əsasən talamanın rahat həyata keçirilməsini təmin etməkdən, gələn olarsa məlumat verməkdən ötrü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 mağazanın qarşısında dayanıb ətrafın müşahidəsini aparmış, yetkinlik yaşına çatmayan X5 ilə birlikdə mağazanın qapısını özündə gəzdirdiyi ucu iti alətlə açdıqdan sonra mağazaya qanunsuz daxil olub, oradan 3000 (üç min) ABŞ dolları, AZN məzənnəsi ilə 5100 (beş min yüz) manat və 1000 (min) manat pulu oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 6100 (altı min yüz) manat, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxslə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxslə avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 10 sentyabr 2020-ci il tarixdə saat 02:00 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan Zərərçəkmiş şəxs5 məxsus “VAZ 21074” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun saxladığı ünvan 6 ünvanının qarşısından Təqsirləndirilən şəxs1 sürücü qapısının şüşəsinə fiziki qüvvə tətbiq edib açmaqla qanunsuz ələ keçirib, salonun saxlanc yerində olan açarla mühərriki işə salaraq hərəkətə gətirməklə qaçırmış, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində avtomobili qəzaya uğradaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 2940 (iki min doqquz yüz qırx) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talama məqsədilə 17 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi saxlanc yeri hesab olunan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6A ünvanında yerləşən, qadın geyim və aksesuarları satılan “Look” adlı mağazanın qarşısına gələrək, aralarında əvvəlcədən olan razılaşmaya əsasən talamanın rahat həyata keçirilməsini təmin etməkdən, gələn olarsa məlumat verməkdən ötrü mağazanın qarşısında dayanıb ətrafın müşahidəsini aparmış, Təqsirləndirilən şəxs1 isə yetkinlik yaşına çatmayan X5 ilə birlikdə mağazanın qapısını özündə gəzdirdiyi ucu iti alətlə açdıqdan sonra Təqsirləndirilən şəxs1 mağazaya qanunsuz daxil olub, oradan 3 000 (üç min) ABŞ dolları, AZN məzənnəsi ilə 5100 (beş min yüz) manat və 1000 (min) manat pulu oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 6100 (altı min yüz) manat, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailənin tək övladıdır, valideynləri ayrılmışlar. O, yeddi yaşından etibarən küçələrdə yaşamış, bəzi hallarda “Kəmalə-Azadə” sığınacağına getmişdir. Uşaq yaşlarından oğurluq etməyə başlamış, sonuncu dəfə 2020-ci ilin iyun ayında cəzaçəkmə müəsisəsindən çıxmışdır. Həbs edilməmişdən əvvəl anası X11 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4, ev 14 ünvanında kirayədə yaşamışlar. Heç bir yerdə işləməmişdir. Bakı şəhərinin müxtəlif yerlərində, o cümlədən Yasamal rayonu ərazisində bir sıra oğurluqlar etmişdir, 24 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu «Qızıl Şərq» küçəsində yerləşən «Bostan» adlı meyvə-tərəvəz satışı dükanının plastikdən olan qapısını özü ilə əvvəlcədən gətirdiyi vintaçanla basıb açaraq içəriyə daxil olmuş və kassa aparatının daxılını açarla açmış və müxtəlif 300 manata yaxın pulu oğurlamışdır. Bundan başqa o, tək 15 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində bir yaşayış binasının birinci mərtəbəsində, «24 saat» marketin yaxınlığında yerləşən «Artestetika» gözəllik salonundan oğurluq etmişdir. Həmin gözəllik salonun qapısının alüminium materialdan olduğunu və bir kilidlə bağlandığını görüb, özü ilə bir vintaçan da götürüb gecə saatlarında vintaçanla kilid olan yerdən basıb qapını geriyə aralamış və içəri daxil olmuşdur. Məqsədi pul oğurlamaq olmuşdur. Kassa aparatının aşağı hissəsində yerləşən siyirtmənin kilidlə bağlı olduğunu görüb vintaçanla basıb açmış və siyirtmədən ümumilikdə 200 manata yaxın pulu oğurlamışdır. Həmin siyirtmədə «Samsung J-2» markalı Mobil telefonu da görüb götürmüşdür. Növbəti gün Sabunçu bazarına gedib orada həmin telefonu tanımadığı bir nəfərə 150 manata satmış, həmin şəxsə telefonun özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa, o, tək pul oğurlamaq məqsədilə 25 oktyabr 2017-ci il tarixdə təxminən saat 04.00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsində «Favorit» marketin yaxınlığında yerləşən balıq satışı dükanına girib oğurluq etmişdir. Vintaçanla qapını açıb balıq dükanının içinə daxil olmuş və kassa aparatının yerləşdiyi piştaxtanın arxasına keçib kassanın altındakı siyirtmədən 500 manat yaxın pul tapıb götürmüşdür. Həmçinin kassanın yanında siyirtmənin üstündə bir ədəd qara rəngli «Nokia 105» markalı mobil telefonu götürmüşdür. Həmin telefonu satmamış, özü işlətmişdir. Bundan sonra o, tək pul oğurlamaq məqsədilə 25 oktyabr 2017-ci il tarixdə təxminən saat 22.00 radələrində Yasamal rayony İzmir küçəsində, «Solfegio» restoranının arxasında, yaşayış binasının qarşısında, metallik rəngli «KİA» markalı cip maşının yan şüşəni sındırıb maşının içindən bir qadın çantasını götürüb oradan uzaqlaşmışdır. Bir qədər aralaşıb çantanın içindən 200 manata yaxın pul tapıb götürmüş, çantanı isə qarajların qarşısında yerə atıb oradan çıxıb getmişdir. Oğurladığı bütün pulları öz ehtiyaclarına xərcləmişdir. Həmin oğurluqları tək etmiş və heç kimə bildirməmişdir. Təqsirləndirilən şəxs2la təsadüfən tanış olmuşlar və aralarında dostluq münasibətləri yaranmışdır. 10 sentyabr 2020-ci il tarixdə saat təxminən 02 radələrində Təqsirləndirilən şəxs2la gecə saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində piyada gəzirmişlər. Həmin vaxt fərdi yaşayış evlərinin birinin qarşısında dayanmış ağ rəngli “VAZ 21074” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətlərini cəlb etmişdir. Belə ki, gecə saatları olduğundan ətrafda heç kim olmamışdır. Həm o, həm də Fəridin avtomobillərə həvəsi olduğundan qaçırıb idarə etmək qərarına gəlmişlər. Əvvəlcə avtomobildə hər hansı mühafizə və siqnalizasiya sisteminin olub-olmamasını yoxlamışlar. Avtomobildə siqnalizasiya və ya hər hansı mühafizə sisteminin olmadığından əmin olduqdan sonra, həmin avtomobilin sürücü şüşəsini salonun daxilinə doğru sıxaraq aşağı endirmişlər. Sonra isə əlini avtomobilin salonuna doğru salaraq sürücü qapısını açmışdır. Həmin müddətdə də Fərid ətrafa baxırmış ki, kimsə gəldiyi təqdirdə ona xəbər etsin və yaxalanmasınlar. Sürücü qapısını açdıqdan sonra o, avtomobilə əyləşərək sərnişin qapısını da açmışdır. Bundan sonra Fərid avtomobilə əyləşmiş və avtomobilin mühərrikini necə işə salmağı fikirləşirmişlər. Avtomobildə açar olub-olmamasını öyrənmək məqsədi ilə avtomobili axtarmağa başlamışlar. Həmin vaxt görmüşlər ki, avtomobilin ön oturacaqlarının ortasında olan qoltuqaltı hissəyə quraşdırılmış saxlanc yerində bir ədəd açar vardır. Həmin açar da “VAZ 21074” markalı avtomobilin mühərrikini işə salma açarına oxşamışdır. Həmin açarı mühərriki işə salma kilidinə salmışdır. Həmin vaxt mühərrik işə düşmüşdür. Bundan sonra o, “VAZ 21074” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Fərid isə həmin vaxt yanında sərnişin oturacağında əyləşmişdir. O, avtomobili şəhər mərkəzi ilə idarə edərək Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. Orada M saat təxminən 03:00 radələri olarkən avtomobili idarə etdiyi vaxt idarəetməni itirmişdir. Nəticədə avtomobil yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən səkinin üzərinə qalxmış və orada olan yaşıllıq hissədəki ağaclara dəymiş, yenidən yolun hərəkət hissəsinə qayıtmışdır. O və Fərid avtomobilin yararsız hala düşməsini görüb avtomobildən enmiş və ara məhəllələri ilə qaçmışlar. 13 sentyabr 2020-ci il tarixdə o, yerdən tapdığı dəmir simi özü ilə götürmüş və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi istiqamətində gəzmişdir. Oğurluq etmək üçün yer axtarmışdır. Səməd Vurğun küçəsi ev 22 ünvanda “Winetage” adlı restoranın olduğunu görmüş və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi dəmir aləti çıxardıb giriş qapısının kilid sistemini aralamağa başlamışdır. Təxminən saat 07:40 radələrində plastik qapını açıb restoranın içərisinə girmişdir. Bar olan hissəyə yaxınlaşmış və orada pul axtarmağa başlamışdır. Lakin nə pul, nə də ki, dəyərli bir şey tapmadığı üçün barın yanından qapını açıb mətbəx otağına dəfələrlə girib çıxmışdır. Orada böyük və yaxşı bir bıçaq görmüşdür. Həmin bıçağı özü ilə götürmək və başqa bir obyektin qapısını həmin bıçaqla açıb oğurluq etmək qərarına gəlmişdir. Həmin bıçağı restorandan oğurlamış, restoranı tərk edib çıxıb getmişdir. Bıçaq onun üstündə olmuş və o, yenə də oğurlamağa obyekt axtarmışdır. Həmin küçə istiqaməti ilə hərəkət edib ünvan 8 ünvanına gəlmiş və yolun solunda “Love by veganazer” adlı ərzaq mağazanı görmüşdür. Mağazanın qapısının plastikdən olduğunu görmüş və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra oğurlamış olduğu, özü ilə gətirdiyi bıçağı çıxararaq qapının kilid sistemini aralayıb, killidini sındırmış və içəriyə daxil olmuşdur. Mağazaya saat 07:47-də daxil olmuşdur. Mağazanın içərisində stol olmuş və stolun altında taxtadan qutu olmuşdur. Həmin qutunun içərisinə baxmış və orada dəmir qabın olduğunu görmüşdür. Həmin dəmir qabın içərisinə baxmış və orada 496 manat pulun olduğunu görmüş və həmin pulu oğurlamışdır. Mağazadan çıxıb getmişdir. Mağazanın yaxınlığında olan zibil qutusuna bıçağı atmış və oranı tərk etmişdir. 496 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 16 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan” bağında Fəridlə və Baloğlanla görüşmüşlər. Gecə saatlarına qədər şəhəri gəzmişlər, Prezident Administrasiyasının arxasında olan daş saat yerləşən parka getmişlər. 17 sentyabr 2020-ci il tarixə keçən gecə saat 02 radələrinədək orada gəzmişlər, yolun qarşı tərəfində “Look” adlı mağazanı görmüş, ora yaxınlaşmışlar. Həmin mağazanın qapısı çərçivəli şüşədən ibarət olmuşdur. O, mağazaya girmək istədiyini bildirmiş və oradan dəmir parçası tapmışdır. Həmin vaxt Fərid ətrafda dayanaraq mağazanın ətrafına nəzarət etmişdir. Baloğlan isə onun yanında olmuşdur. O, dəmir parçasını mağazanın avtomatik açılıb-bağlanan qapısının arasına salmış, Baloğlanın köməkliyi ilə özü girəcək qədər qapını aralamış və mağazaya girmişdir. Girən kimi kassa tərəfə getmiş, kassanın altından düyməni basmış, kassa açılmışdır. Orada 10 ədəd 100 ABŞ dollarlıq əskinaz, yəni ümumilikdə 1000 ABŞ dolları və iki ədədi 50 manatlıq, digər 6 ədədi 100 manatlıq əskinaz, ümumilikdə 700 manat olmuşdur. O, pulu götürərək mağazadan çıxmışdır. Baloğlan və Fəridlə birlikdə mağazanın yanından binaların qarşı hisəsindən qalxmış, sonra oradan piyada aşağı düşmüşlər. “İçərişəhər” metrostansiyasından aşağıda olarkən, o, taksi saxlatdırmış, taksi ilə əvvəlcə 20 Yanvar metrostansiyası yaxınlığına getmişlər, sonra oradan başqa taksi ilə Masazır qəsəbəsində yerləşən adını bilmədiyi otelə getmişlər. 19 sentyabr 2020-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində Baloğlanla birlikdə olan zaman Fərid ona zəng vuraraq qolbağı ona aparmağını istəmiş, Fərid əvvəllər cinayət etdiyinə görə ayağına qolbağ vurulmuş və həmin qolbağı açmış və qolbaq onda olmuşdur. O, qolbağı Baloğlanla birlikdə aparıb Fəridə verəndə Sabunçu Rayon Polis İdarəsinin polis əməkdaşları onları tutmuşlar. Onlardan əvvəl isə Fəridi saxlamışlar. Təqsirləndirilən şəxs1 həmçinin göstərmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X21, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 ondan şikayət və tələblərinin olmamasını, dəymiş zərərin qismən ödənildiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda anası Fərqanə ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində ünvansız evdə yaşayırlar. Heç bir yerdə işləmir. Ailədə iki övladdırlar. 2019-cu ilin əvvəllərində oğurluqda iştirak etdiyinə görə məhkum olunmuşdur. Nuhanla təsadüfən tanış olmuşlar və aralarında dostluq münasibətləri yaranmışdır. 10 sentyabr 2020-ci il tarixdə saat təxminən 02 radələridə Nuhanla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində piyada gəzmişlər. Həmin vaxt fərdi yaşayış evlərinin birinin qarşısında dayanmış ağ rəngli “VAZ 21074” markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətlərini cəlb etmişdir. Belə ki, gecə saatları olduğundan ətrafda heç kim olmamışdır. Həm o, həm də Nuhanın avtomobillərə həvəsləri olduğundan qaçırıb idarə etmək qərarına gəlmişlər. Əvvəlcə avtomobildə hər hansı mühafizə və siqnalizasiya sisteminin olub-olmamasını yoxlamışlar. Avtomobildə siqnalizasiya və ya hər hansı mühafizə sisteminin olmadığından əmin olduqdan sonra Nuhan avtomobilin sürücü şüşəsini salonun daxilinə doğru sıxaraq azacıq aşağı endirmiş, sonra isə əlini aşağı enmiş hissədən avtomobilin salonuna doğru salaraq sürücü qapısını açmışdır. Həmin müddətdə o, ətrafa baxırmış ki, kimsə gəldiyi təqdirdə Nuhana xəbər etsin və yaxalanmasınlar. Sürücü qapısını açdıqdan sonra Nuhan avtomobilə əyləşərək sərnişin qapısını da açmışdır. Bundan sonra o, avtomobilə əyləşmiş və avtomobilin mühərrikini necə işə salmağı fikirləşmişlər. Avtomobildə açar olub-olmamasını öyrənmək məqsədi ilə avtomobili axtarmağa başlamışlar. Həmin vaxt görmüşlər ki, avtomobilin ön oturacaqlarının ortasında olan qoltuqaltı hissəyə quraşdırılmış saxlanc yerində bir ədəd açar vardır. Nuhan həmin açarı mühərriki işə salmış, mühərrik işə düşmüşdür. Bundan sonra Nuhan “VAZ 21074” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O isə həmin vaxt Nuhanın yanında sərnişin oturacağında əyləşmişdir. Nuhan avtomobili şəhər mərkəzi ilə idarə edərək Abşeron rayonu Xırdalan şəhərinə gəlmişdir. Orada saat təxminən 03:00 radələri olarkən, Nuhan avtomobili idarə etdiyi vaxt idarəetməni itirmiş, nəticədə avtomobil yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən səkinin üzərinə qalxmış, orada olan yaşıllıq hissədəki ağaclara dəymiş, yenidən yolun hərəkət hissəsinə qayıtmışdır. O və Nuhan avtomobilin yarasız hala düşməsini görüb avtomobildən düşmüş və ara məhəllələri ilə qaçmışlar. 19 sentyabr 2020-ci il tarixdə saat təxminən 19 radələri olarkən, Sabunçu rayonu ərazisində yerləşən bazarın yaxınlığında gəzdiyi vaxt polis əməkdaşları onu saxlayaraq 12-ci Polis Şöbəsinə gətirmişlər. Orada sorğu zamanı səmimi olaraq etiraf etmişdir ki, “VAZ 21074” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili onunla dostu Nuhan qaçırmışlar. 12-ci PŞ-də hadisə ilə bağlı onun izahatını almışlar. 2020-ci ilin avqust ayında Baloğlanla instaqram səhifəsində tanış olmuş, sonuncunun vasitəsi ilə Nuhanla tanış olmuşdur. 16 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Səbail rayonu ərazisində yerləşən “Malakan” bağında Nuhan və Baloğlanla görüşmüşlər. Gecə saatlarına qədər şəhəri gəzmişlər, Nuhan demişdir ki, «yer var gedək oradan pul götürəcəm» və onları Prezident Administrasiyasının arxasında olan daş saat yerləşən parka gətirmiş, orada Nuhan parkın yaxınlığında, yolun qarşı tərəfində olan “Look” adlı mağazadan oğurluq edəcəyini bildirmiş və onların köməklik etmələrini istəmişdir. 17 sentyabr 2020-ci il tarixə keçən gecə saat 02 radələri, Baloğlanla əvvəlcə etiraz etmişlər. Nuhan dostluqdan yoldaşlıqdan danışaraq kömək etmələrini istəmişdir. O, mağazaya getməyəcəyini bildirəndə, Nuhan demişdir ki, “sən çöldə nəzarət edərsən, Baloğlan da mənimlə gəlib qapını açmağa kömək edər”. O, oradan uzaqlaşmış, kənarda dayanaraq yola baxmış, Nuhanla Baloğlan getmişlər. Baloğlan, Nuhana qapını açmağa kömək etmiş, sonra onun yanına gəlmişdir. Bir neçə dəqiqədən sonra Nuhan gəlmiş, mağazanın yanından yuxarı hissəyə qalxmışlar, sonra oradan gəzərək aşağı, “İçərişəhər” metrosuna tərəf düşmüşlər. Nuhan taksi saxlatdırmış və oradan Masazıra, adını bilmədiyi otelə getmişlər. Orada yemək yemiş, yuyunmuş, sonra Bakı şəhərinə qayıtmışlar. 19 sentyabr 2020-ci il tarixdə saat 20 radələrində Sabunçu rayonu ərazisində yerləşən vağzalda görüşməli olmuşlar. O, Sabunçuya getmiş, görüş yerinə çatanda çox sayda adam olduğunu görmüş, yaxınlaşan zaman ondan bir nəfər adının Fərid olduğunu soruşmuş, o, təsdiqləmiş, onu, Nuhanı və orada olan Baloğlanı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları saxlayaraq polisə aparmışlar. Təqsirləndirilən şəxs2 əməlindən peşman olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6A ünvanında yerləşən “LOOK” adlı qadın geyim əşyaları və aksesuarları satılan mağazanı işlədir. 16 sentyabr 2020-ci il tarixdə saat 19:00 radələrində mağazanı bağlayıb evə getmişdir. O, mağazanı hər gün saat 11:00 radələrində açırmış. 17 sentyabr 2020-ci il tarixdə saat 10:40-da dostu Şahid1 onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, mağazanın qarşından keçən zaman mağazanın qapısıın açıq olduğunu görüb. O, dərhal mağazaya getmişdir. Mağazanın girişində yerləşən metal çərçivəli avtomatik açılıb bağlanan şüşədən olan qapının açıq olduğunu görmüşdür. Mağazaya daxil olan kimi ilkin olaraq satıcının masası üstündə olan kasssaya baxmış, orada olan 3000 ABŞ dolları və 1000 manat pulun yerində olmadığını aşkar etmişdir. Kassada o qədər məbləğdə pulu ona görə saxlaymışdır ki, əlavə mal gətirilməsi üçün sifariş verəcəkmiş və ona görə də həmin məbləği kassada saxlamışdır. Kassada o qədər məbləğdə pul saxladığını ondan başqa heç kim bilməmişdir. Mağazadan başqa heç bir əşya oğurlanmayıb və dəymiş zərərdən ona 100 ABŞ dolları qaytarılmış, qalan hissə ödənilməyib. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə 2008-ci ildən dostluq münasibəti saxlayır. Cəmilin işlətdiyi ünvan 13 ünvanda yerləşən «Look» adlı qadın geyimləri və aksesuarları satışı mağazasında tez-tez görüşürlər. Onun azyaşlı uşağı 6 №-li məktəbdə təhsil alır. 17 sentyabr 2020-ci il tarixdə səhər saatlarında uşağı məktəbə qoyduqdan sonra Prezident Administrasiyasının arxasındakı bağda gəzişmək üçün getmişdir. O, Cəmilin saat 11-dən tez mağazanı açmadığını bilirmiş, mağaza bağın yaxınlığındadır. O, mağazanın yaxınlığında olarkən qapının açıq olduğunu görmüş, yaxınlaşıb qapıdan Cəmili çağırmış, lakin səs gəlməmişdir. İçəri girib satıcı üçün masaya yaxınlaşmış, kassanın açıq vəziyyətdə olduğunu və içinin boş olmasını görmüşdür. Həmin vaxt qapıya diqqətlə baxanda rezin hissəsinin sallanan vəziyyətdə olmasını görmüş, mağazada oğurluq olmasından şübhələnərək, dərhal Cəmilin mobil telefonuna zəng vurmuşdur. Az sonra Cəmil gəlmiş, mağazadan oğurluq olması və Cəmilin deməsinə görə 3000 ABŞ dolları və 1000 AZN pulun oğurlanması məlum olmuşdur. Sonra Cəmil DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Etibar qızı ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayından ünvan 14 ünvanda yerləşən “Love by veganazer” adlı maqazini icarə əsasında işlədir. Həmin mağazanı özü saat 11-də işə gələrək açır və axşam saat 20 radələrində bağlayır. 13 sentyabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində o, işə gəlmiş, qapının açıq olduğunu, içəri daxil olduqda isə görmüşdür ki, pul qoyduğu qab açıq vəziyyətdə masanın üstündədir. Pul olan qabın içərisinə baxmış və orada 496 manat pulunun olmadığını aşkar etmişdir. Bundan başqa mağazadan heç bir əmlak oğurlanmamışdır. Həmin oğurluq baş verən zaman mağazada olan videokameraların qeydiyyatına düşmüşdür. Ona dəymiş 496 manat pul geri qaytarılmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 15 ünvanında qardaşı Şamil ilə birlikdə kirayədə yaşayırlar. Dolanışıq məqsədilə həm qardaşı Şamil, həm də o, fərdi olaraq fəhləlik edirlər. “VAZ 21074” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 2019-cu ilin oktyabr ayında almış və etibarnamə əsasında idarə edirdi. Kirayədə yaşadığı ev fərdi yaşayış evidir və o, qeyd olunan avtomobili evin həyətyanı sahəsinin qarşısında saxlayır. 09 sentyabr 2020-ci il tarixdə saat təxminən 19:00 radələrində qardaşı Şamil ilə birlikdə kirayədə yaşadıqları evə gəlmişlər. Həmin vaxt “VAZ 21074” markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobilini kirayədə yaşadığı fərdi yaşayış evinin qarşısında saxlamışdır. Avtomobilin qapılarını kilidləmiş və qardaşı Şamil ilə birlikdə kirayədə yaşadıqları ünvana getmişlər. 10 sentyabr 2020-ci il tarixdə saat təxminən 00:30 radələrində evdən çıxıb avtomobilə əyləşmişdir. Avtomobillə kirayədə yaşadığı evin yaxınlığında Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən aptekə getmişdir. Aptekdən lazımi tibbi ləvazimatları alıb təxminən 30 dəqiqə sonra yaşadığı ünvana qayıtmışdır. 10 sentyabr 2020-ci il tarixdə saat təxminən 01:00 radələrində avtomobilinin qapılarını bağlayıb kirayədə yaşadığı ünvana getmişdir. 10 sentyabr 2020-ci il tarixdə saat təxminən 07:00 radələrində yuxudan oyanmış, təxminən 5 dəqiqə sonra küçəyə çıxmış və avtomobilin saxladığı yerdə olmadığını və naməlum şəxslər tərəfindən qaçırıldığını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nə çağırılmışdır. Orada hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Bundan sonra polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər, bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Həmin avtomobili o, 5000 manat qiymətləndirir. Bundan başqa avtomobilinin arxa saxlanc yerində “Bosh” markalı, hər biri 245 manat dəyərində 4 ədəd, ümumi dəyəri 980 manat olan laqonda, hər biri 230 manat dəyərində 3 ədəd “Bosh” markalı, bir ədəd “Arges” markalı ümumi dəyəri 920 manat taxta kəsmək üçün makina, “Arges” makalı bir ədədi 90 manat, markalarını bilmədiyim 2 ədədinin hər birinin dəyəri 20 manat olmaqla ümumilikdə 130 manat dəyərində 3 ədəd pereforator (direl), 2,5x2 diametr ölçüdə 100 metr uzunluqda hər metri 80 qəpik olan ümumi dəyəri 80 manat, markasını xatırlamadığı mis kabel, hər biri 4 manat dəyərində 8 ədəd ümumi dəyəri 32 manat dəyərində markasını xatırlamadığı ölçü ölçmək üçün metrə, hər biri 15 manat dəyərində ümumi dəyəri 60 manat olan 4 ədəd markasını xatırlamadığı kəlbətin, 15 manat dəyərində markasını xatırlamadığı bir ədəd avtomobil açarı dəsti, 25 manat dəyərində markasını xatırlamadığı damkrat olmuşdur. Həmçinin avtomobilin salonunda elektrik panelində olan saxlanc yerində ona məxsus seriya nömrələrini xatırlamadığı şəxsiyyət vəsiqəsi və pasport, qardaşı X13 məxsus seriyasını xatırlamadığı hərbi bilet olmuşdur. Avtomobilə dəymiş ziyana görə şikayətçidir. Zərərçəkmiş şəxs4 məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 16 sentyabr 2017-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 12 saylı binanın birinci mərtəbəsində yerləşən «Artestetika» estetik salonunu işlədir. 14 oktyabr 2017ci il tarixdə saat 19.00 radələrində həmin estetik salonunun alüminium konstruksiyadan olan qapısının kilidini açarla bağlayıb evə çıxıb getmişdir. 15 oktyabr 2017-ci il tarixdə saat 09.30 radələrində işə gəldikdə salonun qapısını açmaq istədikdə aşkar etmişdir ki, həmin qapı açıq vəziyyətdədir. Salonun içinə daxil olduqdan sonra kassa aparatı olan yerə yaxınlaşmış və görmüşdür ki, siyirtmənin kilidi qırılmaqla açılıb və içindən bir ədəd 300 manat dəyərində «Samsung Galaxy J-2» markalı mobil telefonu və müxtəlif əskinazlarla 200 manata yaxın pul oğurlanıb. Salondan başqa heçnə oğurlanmamışdır. Ona görə də o, bu barədə polisə müraciət etmişdir. Bir neçə gün ərzində vətənlaşlara göstərilmiş xidmətə görə onların etdikləri ödəmələrə dair qəbzlərin əsasında ilkin müraciətində göstərmişdir ki, oğurlanmış pulu məbləği 200 manat olmuşdur, hazırda da bir daha bildirir ki, oğurlanmış pulun məbləği 200 manatdır. Oğurluq nəticəsində 2017-ci ilin yanvar ayında 300 manata aldığı «Samsung Galaxy J-2» markalı telefonu və 200 manat pulu oğurlanmışdır. Cinayət nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbinin olmadığını bildirmiş və növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 01 oktyabr 2017-ci il tarixdən ünvan 16 ünvanda yerləşən «Fish Market» balıq dükanını işlədir, VÖEN-i var və maliyyə hesablamaları öz adından aparılır. Dükanda müxtəlif çeşiddə balıq məhsulları satılır. Adətən dükanı saat 09.00-dan açır və saat 21.00-da bağlayır. Dükanın giriş qapısı alüminium kontsruksiyalıdır və bir kilidlə bağlanır. Qapının üzərində hər hansı əlavə dəmir barmaqlıq və ya jalüzi olmayıb. 24 oktyabr 2017-ci il tarixdə saat 21.00-da gün ərzində malların satışından əldə olunmuş 557 manat pulu kassanın daxılı kimi istifadə etdiyi siyirtmənin içinə qoyub kilidi ilə bağlamış, sonra dükanın giriş qapısını da kilidlə bağlıyıb, yaşadığı Sumqayıt şəhərinə getmişdir. Səhərisi günü, yəni 25 oktyabr 2017-ci il tarixdə saat 09.30 radələrində dükana, işə gəldikdə aşkar etmişdir ki, dükanın giriş qapısı açılmış vəziyyətdədir, lakin kilidi bağlı vəziyyətdə qalıb. İçəriyə daxil olub mallara baxmış, lakin nəyinsə götürüldüyünü aşkar etməmiş, bundan sonra kassa aparatının daxılı kimi istifadə etdiyi siyirtməyə baxanda aşkar etmişdir ki, orada qoyduğu müxtəlif əskinazlarla olmuş 557 manat pul və dükanda iş telefonu kimi istifadə etdiyi 57 manat dəyərində «Nokia 105» markalı **********71183 İMEİ kodlu mobil telefonu oradan götürülüb. Bundan sonra o, bu barədə polisə müraciət etmişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 614 manat dəyərində maddi ziyan vurulmuşdur. Oğurluq etmiş şəxsi tanımır, lakin dükanda videomüşahidə kameraları var və baxdıqda məlum olmuşdur ki, bir cavan oğlandır, sonra polis əməkdaşları bir göy göz oğlanı dükana gətirmişlər və həmin oğlan hər şeyi özü göstərməklə izah etmişdir və kameragörüntüsünə baxanda da tanıınmışdır ki, həmin oğlandır. Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş zərərin ona qaytarıldığını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ildən öz adına rəsmiləşdirmklə «KİA Sportage» markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobili alıb idarə edir. 25 oktyabr 2017-ci il tarixdə saat 20.00 radələrində həmin avtomobil ilə bacısının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 9 saylı binanın qarşısına gələrək maşını saxlayıb, qapılarını bağlamış və bacısının mənzilinə qalxmış, üç saat sonra, yəni saat 23.00 radələrində oradan çıxıb maşınına yaxınlaşanda aşkar etmişdir ki, avtomobilinin sağ qabaq qapısının şüşəsi sındırılıb və sağ qabaq oturacağın ayaqaltısında olmuş ona məxsus qəhvəyi rəngdə parçadan olan qadın əl çantası oğurlanıb. Həmin əl çantasının içində ona məxsus 200 manat pul, işlənmiş vəziyyətdə 50 ml qadın ətiri, dəftər və kitab, qızı X7 adına olan tələbə bileti olmuşdur. Bunu gördükdən sonra bu barədə polisə məlumat vermiş və ərizə yazmışdır. 28 oktyabr 2017-ci il tarixdə 27-ci Polis Bölməsinin işçiləri tərəfindən qəhvəyi rəngli parçadan olan oğurlanmış əl çantası və qızının adına olan tələbə bileti ona qaytarılmışdır. Oğurluq nəticəsində 200 manat pulu, işlənmiş vəziyətdə olmuş təxminən 25 manat dəyərində “İphone 6S” markalı mobil telefonun səs qulaqcığı, 15 manat dəyərində kitab və dəftər və yarısından çoxu işlənmiş vəziyyətdə 40 manat dəyərində 50 ml qadın ətri oğurlanmışdır. 40 manat dəyərində qadın əl çantası oğurlansa da, qızının tələbə bileti ilə birlikdə tapılıb özünə qaytarılmışdır. Maşınının sağ qabaq şüşəsinin təmirinə isə 80 manat xərci çıxmışdır. Zərərçəkmiş şəxs X22 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs1 heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X22 qızı ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onun atasıdır. Atası mağazada işləmişdir, 26 mart 2019-cu il tarixdə vəfat etmişdir.2009-cu ildən etibarən ünvan 17 ünvanda yerləşən «Bostan» adlı meyvə-tərəvəz mağazasını atası Zərərçəkmiş şəxs8 işlətmişdir. 24 sentyabr 2017-ci il tarixdə səhər saatlarında atası dükana gələn zaman qapının dəmir qoruyucusunun və plastik qapısının açıq olduğunu aşkar etmiş, dükana baxan zaman kassada saxladığı 270 manat pulun və dükandan 50 manat dəyərində yeyinti məhsullarının naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Zərərçəkmiş şəxs2 oğlu məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın qaytarılmadığını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 oğlu qızı ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayından ünvan 18 ünvanda yerləşən “Winetage” adlı suşi restoranını icarə əsasında işlədir. Bu hadisə ilə bağlı onu deyə bilər ki, həmin restoranı özü saat 12-də işə gəlib açır və axşam saat 19 radələrində bağlayır. 13 sentyabr 2020-ci il tarixdə saat təxminən 12 radələrində o, işə gəlmiş, qapının açıq olduğunu görmüş, içəri daxil olub kafenin içərisi stol, stul və digər aksesuarlarının yerində dağınılmamış vəziyyətdə olmasını aşkarlamış, sonra kafenin bar olan hissəsinə yaxınlaşmış, orada olan soyuducunun qapısının açıq olduğunu görmüş, bu onu çox şübhələndirmiş, kafedə olan nəzarət kameralarına baxmış, orada olan görüntüdən ona bəlli olmuşdur ki, naməlum şəxs kafenin giriş qapısını əlində olan küt bir alətlə açıb içəri daxil olur və mətbəxdə olan Yaponiya istehsalı olan bir ədəd “Xition Precius 8” markalı bıçağı oğurlayıb kafeni tərk edib çıxır gedir. Bu hadisə nəticəsində ona 170 (yüz yetmiş) manat maddi ziyan dəymişdir. Kafedən başqa əmlak oğurlanmamışdır. Cinayət işində olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6A ünvanda yerləşən «Look» mağazasında quraşdırılmış kameranın görüntülərini əks edildiyi diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, kamera görüntülərində saat 03:18:13-də «Look» mağazasının metal çərçivəli şüşədən olan qapısının iki nəfər arıq bədənli, 1,75 sm boyünda , əynində ağ zolaqları olan qara köynək, qara şalvar geyinmiş, 18-20 yaşlarında olan oğlanla , əynində qırmızı rəngli köynək, qara şalvar olan oğlan yaxınlaşır. Ağ zolaqları olan qara köynək geyinmiş oğlan əlində olan əşyanı qapının arasına salır, digər əli il əvə yanında olan oğlan hər iki əli ilə dartması nəticəsində qapı açılır, ağ zolaqları olan qara köynək geyinmiş oğlan əlində olan əşyanı qırmızı köynəkli oğlana verərək mağazaya daxil olur. Ağ zolaqları olan qara köynək geyinmiş şəxsin Təqsirləndirilən şəxs1 olduğu, qırmızı köynəkli şəxsin X5 olduğunu təsdiq edilmişdir. Cinayət işində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 22 ünvanda yerləşən “Winetage” adlı restoranından və ünvan 8 ünvanda yerləşən “Love by veganazer” adlı ərzaq mağazadan videomüşahidə qurğularından videogörüntülər yazılmış 1 ədəd CD disk baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 “Love by veganazer” adlı ərzaq mağazanın açarkən aydın seçilən görüntülər müşahidə olunur. Cinayət işində olan ünvan 20 ünvanda fəaliyyət göstərən «Fish» balıq dükanında quraşdırılmış təhlükəsizlik videomüşahidə kameraları tərəfindən çəkilmiş videogörüntülər yazılmış 1 ədəd DVD disk baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 25.10.2017-ci il tarixdə saat 04.56.00-dən saat 05.09.75-dək müddətində davam edir, saat 04.58.35-dən saat 05.00.00-dək müddəti ərzində başında idman papağı olan arıq bədənli və zəif cüssəli oğlan masanın arxasına keçərək döşəmədə oturub masanın siyirtmələrinin içini ardıcıllıqla yoxlayır və siyirmtlərin içindən nəsə götürüb cibinə qoyub ayağa qalxıb oradan uzaqlaşır. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, videogörüntüdə olan həmin oğlan odur və həmin anlarda siyirtmələrdən pul oğurlayır. «ch02_**********5600» adlı videoyazı 2 №-li video kamera tərəfindən 25.10.2017-ci il tarixdə saat 04.56.01-dən başlayaraq 14 dəqiqə davam edir, saat 05.00.12-dən saat 05.00.27-dək müddəti ərzində başında idman papağı olan arıq bədənli və zəif cüssəli oğlan balıq məmulatların qoyulduğu vitrinlərin yerləşdiyi işıqlı otağa daxil olur üzü kameraya tərəf gəlir, bir anlıq kameranın arxasına düşən yerə keçir və geriyə qayıdaraq oranı tərk edir, həmin şəxsin zahiri əlamətlrinə və sifət cizgilərinə görə Təqsirləndirilən şəxs1 oxşarlığı aşkar görünür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin videogörüntüdə olan oğlan odur. «ch03_**********5600» adlı videoyazı 3 №-li video kamera tərəfindən 25.10.2017-ci il tarixdə saat 04.56.01-dən başlayaraq 14 dəqiqə davam edir, dükanın giriş qapısı ilə üzbəüz yerdən çəkilib. Saat 04.58.30-da başında idman papağı olan arıq bədənli və zəif cüssəli oğlan giriş qapısını açaraq içəriyə daxil olur, sola çönüb masanın arxasına keçib döşəməyə oturur və masanın arxasında fəaliyyət göstərir, saat 05.00.00-da masanın arxasından çıxıb giriş qapısının sağ tərəfi istiqamətində digər tərəfə keçir, saat 05.00.30-da həmin şəxs giriş qapısından çıxıb dükanı tərk edir. DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 23 sentyabr 2020-ci il tarixli, 011-9259-1220 saylı məktubuna əsasən 17.09.2020-ci il tarixdə ünvan 21 ünvanında yeləşən “LOOK” geyim mağazasında baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerindən götürülmüş əl-barmaq izləri KTİ-nin ADİS-nin bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərinin 02 ədəd əl barmaq izi xx.xx.2001-ci ildə Şamaxı şəhərində anadan olan Təqsirləndirilən şəxs1 sol əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik təşkil edir. DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 24 oktyabr 2017-ci il tarixli, 011-6293-1717 nömrəli məktubunda ünvan 22 ünvanda yerləşən «Artestetika» gözəllik salonunda baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı əl izləri götürülmüş, müqayisəli tədqiqat nəticəsində əl izlərinin 1 ədəd əl-barmaq izi 01.11.2001-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 əlinin çeçelə barmağının, 01 ədəd əl-barmaq izi xx.xx.2001-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin böyük barmağının əksləri ilə eynilik təşkil etdiyi qeyd olunur. 22 sentyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilən MB seriyalı, 59907907M nömrəli 100 ABŞ dollarlıq əskinas maddi sübut hesab edilmişdir. İş materiallarına əlavə edilən 22 sentyabr 2020-ci il tarixli qəbzə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilən MB seriyalı, 59907907M nömrəli 100 ABŞ dollarlıq əskinaz Zərərçəkmiş şəxs3 tərəfindən qəbul edilmişdir. 05 oktyabr 2021-ci il tarixli əşyaların tanınmaya təqdim edilməsi barədə protokollara əsasən bir ədəd laqunda, bir ədəd elektron mişar, 30 metr uzunluğunda kabel, bir ədəd domkrat, bir ədəd qutuda avtomobil açar dəsti və bir ədəd perforatorun tanınması üçün Zərərçəkmiş şəxs5 təqdim edilmiş, sonuncu həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmişdir. 05 oktyabr 2020-ci il tarixli maddi sübut kimi tanıma barədə qərara əsasən bir ədəd laqunda, bir ədəd elektron mişar, 30 metr uzunluğunda kabel, bir ədəd damkrat, bir ədəd qutuda avtomobil açar dəsti və bir ədəd perforator maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs5 qaytarılması qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş qəbzə əsasən bir ədəd laqunda, bir ədəd elektron mişar, 30 metr uzunluğunda kabel, bir ədəd damkrat, bir ədəd qutuda avtomobil açar dəsti və bir ədəd perforator Zərərçəkmiş şəxs5 tərəfindən qəbul edilmişdir. Məhkəmə-trasoloji ekspertizasının 02 dekabr 2020-ci il tarixli 3/1823 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 2, 8, 9, 10 saylı daktilolentlərin səthindəki ovuc izləri, 4,7 saylı daktilolentin səthindəki «a» əl-barmaq izləçri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1,3,5.6 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri, 4,7 saylı daktilolentlrin səthindəki digər yayılmış əl-barmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş daktilolentlərin səthindəki izlər bir və ya bir neçə şəxs tərəfindən qoyula bilər. Tədqiqata təqdim olunmuş 7 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin orta barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 2,8,9,10 saylı daktilolentlərin səthindəki ovuc izləri, 4 saylı daktilolentin səthindəki «a» əl-barmaq izi Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qoyulmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 146 (yüz qırx altı) manatdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2020-ci il tarixli 9/5408 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 4200 manat olduduğu, 1997-ci il buraxılış, VAZ 21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələrinin dəyəri nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına nəzəri qaydada təxminən 2940 (4200m-30%) manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 31 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 A ünvanında yerləşən, qadın geyim və aksesuarları satılan “Look” adlı mağazandan video müşahidə qurğusundan video görüntülər yazılmış 1 ədəd DVD disk, həmin mağazadan götürülmüş əl-barmaq izlərini saxlanılan Ədliyyə Nazirliyinin Ekspertiza X16 №8 mətninə malik ştampla möhürlənmiş zərf, ünvan 19 ünvanda yerləşən “Winetage” adlı restoranından və ünvan 23 ünvanda yerləşən “Love by veganazer” adlı ərzaq mağazadan video müşahidə qurğularından video görüntülər yazılmış 1 ədəd CD disk, ünvan 24 ünvanda fəaliyyət göstərən «Fish» balıq dükanında quraşdırılmış təhlükəsizlik videomüşahidə kameraları tərəfindən çəkilmiş videogörüntülər yazılmış 1 ədəd DVD disk, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 12-də yerləşən Zərərçəkmiş şəxs4 məxsus «Estetika» gözəllik salonundan götürülmüş 01 ədəd əlbarmaq izi qablaşdırılmış zərf maddi sübut hesab edilməklə cinayət işində saxlanılması qərara alınmışdır. 18 sentyabr 2020-ci il tarixdə naməlum şəxslər naməlum şəxs (şəxslər) tərəfindən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6A ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus olan qadın geyimləri və aksesuarları satılan “Look” adlı mağazanın avtomatik açılıb-örtülən qapısının ucu iti alətlə açma yolu ilə daxil olaraq mağazada olan kassadan 3000 (üç min) ABŞ dolları və 1 000 ( bir min) manat pul oğurlanması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 18 sentyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 19 sentyabr 2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilən 100 ABŞ dolları Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı Şəhriyar Hacıyev tərəfindən qablaşdırılaraq götürülmüşdür. 22 sentyabr 2020-ci il tarixli qərarla Azərbaycan Respubliksı CM-nin ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1, X3 və Təqsirləndirilən şəxs2 əməli qeyd olunan maddədən CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 22 sentyabr 2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə X5 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 22 sentyabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə X9 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində təyin edilmişdir. 22 sentyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Eyni tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. 22 sentyabr 2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 24 sentyabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 4(009)-485/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 18 dekabr 2020-ci il tarixdək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin 22 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-620/2020, 14.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 ay, yəni 18 fevral 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsindən 27.01.2021-ci il tarixli 83 №-li məktubla istintaq orqanına məlumat verilmişdir ki, 2003-cü il təvəllüdlü X5 14.01.2021-ci il tarixdə Şöbə tərəfindən hərbi xidmətə göndərilmişdir. 01 fevral 2021-ci il tarixli 2021-ci il tarixli qərarla X3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən barəsində ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır. 13 sentyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 oğlunun icarə müqavilə əsasında istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 22 ünvanda yerləşən “Winetage” adlı restoranın giriş qapısını dəmir parçası ilə açıb içəriyə qanunsuz daxil olaraq, mətbəx otağında olan 170 (yüz yetmiş) manat dəyərində olan 01 ədəd “Xition Precius 8” markalı Yaponiya ölkəsinin istehsalı olan bıçağı gizli yolla talanması barədə sonuncunun müraciətinə əsasən fakt üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ********* nömrəli cinayət işi başlanılmışdır. 28 noyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi Səbail RPİ-nin İstintaq şöbəsində istintaqı aparılmış ********* saylı cinayət işinə bir icraatda birləşdirilməsi üçün Səbail RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 02 dekabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilmiş, cinayət işinin istintaqı ********* sayı ilə davam etdirilmişdir. 200070362 nömrəli cinayət işi üzrə 23 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 200070362 nömrəli cinayət işi üzrə 26 noyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. 15 sentyabr 2020-ci il tarixli qərarla 10.09.2020-ci il tarixdə saat 01:00 radələrindən 07:05 radələrinədək olan müddətdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs(şəxslər) tərəfindən Zərərçəkmiş şəxs5 məxsus “VAZ 21074” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, ev 24/46 mənzil 3A ünvanının qarşısından talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirilməsi ilə bağlı Zərərçəkmiş şəxs5 müraciətinə əsasən fakt üzrə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 200050494 nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 15 sentyabr 2020-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. 19 sentyabr 2020-ci il tarixli qərarla CM-nin 185.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 185.2.1-ci maddəsinə tövsif edilmişdir. 19 sentyabr 2020-ci il tarixli protokola əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 19 sentyabr 2020-ci il tarixli protokola əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 21 sentyabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 21 sentyabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-552/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Sabunçu rayon prokurorunun təqdimatı təmin edilməmiş və o məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-551/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətiman tədbirinin seçilməsinə dair Bakı şəhər Sabunçu rayon prokurorunun təqdimatı təmin edilməmiş və o məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. 21 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. 23 noyabr 2020-ci il tarixdə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi ********* saylı cinayət işinə birləşdirilməsi üçün Səbail RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 05 dekabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi icraata qəbul edilərək icraatda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir. 02 noyabr 2017-ci il tarixli qərarla 14.10.2017-ci il tarixdən 15.10.2017-ci il tarixə keçən gecə ərzində vətəndaş Zərərçəkmiş şəxs4 işlətdiyi ünvan 22 ünvanda yerləşən «Artestetika» gözəllik salonunun qapısını qırıb açma yolu ilə içəriyə qanunsuz daxil olaraq kassa aparatının daxılından 200 manat pulu və 300 manat dəyərində bir ədəd **********78663 və **********78661 imei kodlu «Samsung Galaxy J-2» markalı mobil telefonu gizli olaraq talanması faktı ilə bağlı Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Belə ki, 03 noyabr 2017-ci il tarixli qərarla 25.10.2017-ci il tarixə təxminən saat 04.00 radələrində vətəndaş Zərərçəkmiş şəxs6 Mirbala qızının işlətdiyi ünvan 26 ünvanda yerləşən «Fish Market» balıq dükanının qapısını qırıb açma yolu ilə içəriyə qanunsuz daxil olaraq kassa aparatının daxılından 557 (beş yüz əlli yeddi) manat pulu və 57 manat dəyərində bir ədəd **********71183 imei kodlu «Nokia 105» markalı mobil telefonu gizli olaraq talaması faktı ilə bağlı toplanmış material Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Eyni tarixli qərarla 25.10.2017-ci il tarixdə təxminən saat 22.00 radələrində vətəndaş Zərərçəkmiş şəxs7 ünvan 5 ünvanın qarşısında saxladığı özünə məxsus «KİA Sportage» markalı ** OV *** d.q. nişanlı avtomobilin qabaq sağ yan qapısının şüşəsini sındırmaqla sağ qabaq oturacağın ayaqaltısının üzərində olmuş Zərərçəkmiş şəxs7 məxsus və içərisində 200 manat pulu, 25 manat dəyərində «İphone 6 S» markalı mobil telefonun səs qulaqcığı, 40 manat dəyərində 50 ml qadın ətiri, 15 manat dəyərində kitab və dəftərlər olmuş qadın əl çantasını gizli olaraq talanması faktı ilə bağlı toplanmış material Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 28.10.2017-ci il tarixli qəbzdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs7 məxsus olan avtomobildən 26.10.2017-ci il tarixdə oğurlanmış qəhvəyi rəngli əl çantası və tələbə bileti ünvan 27 ünvanının qarşısında tapılaraq Zərərçəkmiş şəxs7 təhvil verilmişdir. 07 noyabr 2017-ci il tarixli qərara əsasən 24 sentyabr 2017-ci il tarixdə saat 04.30 radələrində vətəndaş Zərərçəkmiş şəxs8 işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 28 ünvanda yerləşən «Bostan» meyvə-tərəvəz dükanının qapısını qırıb açma yolu ilə içəriyə qanunsuz daxil olub, kassa aparatının daxılından 270 (iki yüz yetmiş) manat pulu və 50 manat dəyərində yeyinti məhsullarını gizli olaraq talanması faktı ilə bağlı toplanmış material əlavə araşdırma aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 20 noyabr 2017-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. 27 noyabr 2017-ci il tarixdə həmçinin ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. 18 yanvar 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə X22 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. 15 noyabr 2017-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərara əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 170090532 saylı cinayət işi üzrə 15 noyabr 2017-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Eyni tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 02 yanvar 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (CPM-nin 53.1.2) 10 fevral 2018-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 15 fevral 2018-ci il tarixli qərarla ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 barəsində Nəsimi RPİ İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Nəsimi RPİ-yə göndərilmişdir. 13 avqust 2018-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 və digərləri barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. 20 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ayrılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. 06 oktyabr 2018-ci il tarixdə ********* saylı cinayət işi ərazi aidiyyatı üzrə Nəsimi RPİ-yə göndərilmiş, 17 oktyabr 2018-ci il tarixdə icraata qəbul edilərək istintaqı aparılmışdır. 24 dekabr 2018-ci il tarixdə Yasamal RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işindən ayrılaraq müvafiq istintaq hərəkətlərinin davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Yasamal RPİ-yə göndərilmiş, 03 yanvar 2019-cu il tarixdə isə ********* saylı cinayət işi icraata qəbul edilərək Yasamal RPİ-nin İŞ-də istintaqı davam etdirilmişdir. 03 yanvar 2019-cu il tarixdə ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM 53.4-cü maddəsinə əsasən dayandırılmışdır (CPM-nin 53.4) 17 noyabr 2020-ci il tarixdə isə cinayət işi üzrə icraat təzələnmişdir. 17 noyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsriləndirilməsinə dair ********* nömrəli cinayət işi Səbail RPİnin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaqının aparılması üçün Səbail RPİ-yə göndərilmişdir. 12 dekabr 2020-ci il tarixdə qərarla Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaqı ********* sayı ilə davam etdirilmişdir. 01 fevral 2021-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. 02 fevral 2021-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 150090453, 150090234, 150090375, 150090855, 160090047, 150090872, 150090917, 150090938, 170080535, 150090731, ********* nömrəli cinayət işləri üzrə icraata 01.10.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.2, 29, 177.2.3, 177.2.3 təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş, 01.06.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə qeyd edilən hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.07.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.2-ci, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş, CM-nin 66.5-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.07.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Quba Rayon Məhkəməsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə şərti sınaq müddəti təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsrili bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına təyin edilmiş, CM 67-ci maddəsinə əsasən 03 il 02 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmçinin CM-70-ci maddəsi tətbiq olunmaqla 02 il 06 ay sınaq müddəti müəyyən edilməklə cəza şərti tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-25/2018 saylı, 29 mart 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.2, 29, 177.2.3, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-122/2018, 03.07.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respubliksı CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 25/2018 saylı, 29 mart 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-747/2020 saylı, 23.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 04 ay 22 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(060)- 13/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 68.1.3-cü maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-301/2019 saylı, 16.10.2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 il müddətinə islah işləri cəzası, 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin CM-nin 71.5-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67-ci maddəsinə əsasən cəzaları qismən birləşdirməklə üzərində 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay sınaq müddəti təyin olunmaqla şərti tətbiq olunmuşdur. Zərərçəkmiş şəxs2 ərizəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş zərər ödənilməmiş və şikayətçidir. Zərərçəkmiş şəxs6 ərizəsinə əsasən Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 məhkəməyə ünvanladığı teleqramdan müəyyən olunur ki, dəymiş zərər ona qaytarılmışdır və onun Təqsirləndirilən şəxs1 heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs X14 məhkəməyə ünvanladığı teleqramdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qarşı onun heç bir şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, şahidin ifadəsi, ekspert rəyi, işin digər halları ilə ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsini, yəni Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6A ünvanında yerləşən qadın geyim və aksesuarları satılan “Look” adlı mağazadan 3000 ABŞ dollarının və 1000 manat olmaması, 1000 ABŞ dolları və 700 manat olduğu və bu məblğdə pulu oğurladığını işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onların - özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə X5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 17 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi saxlanc yeri hesab olunan ünvan 9 ünvanında yerləşən qadın geyim və aksesuarları satılan “Look” adlı mağazadan oğurluq etməsi etməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ittihamda qeyd olunmuş X5 gələcəkdə ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədi ilə həmin şəxsin adı ilə bağlı hissə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmununda “digər şəxs” kimi oxunmalıdır. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2-ci və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 aid hissədə sonuncuya qarşı irəli sürülmüş ittihamdan zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus avtomobili qaçırma ilə bağlı epizod üzrə “təkrarən” ifadəsi və CM-nin 185.2.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 aid hissədə sonuncuya qarşı irəli sürülmüş ittihamdan zərərçəkmiş Zərərçəkmiş şəxs3 olunun əmlakını oğurlaması ilə bağlı epizod üzrə “təkrarən” ifadəsi və CM-nin 177.2.2-ci maddəsi ittihamdan xaric edilməlidir. İstintaq orqanı təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 CM-nin 185.2.2-ci maddəsində, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham təqsirləndirilən şəxslərə nisbətdə müvafiq olaraq əvvəl törətmiş olduqları avtomobil qaçırma və oğurluq cinayətlərinə görə irəli sürülmüşdür. Halbuki, Azərbaycan Respublikası CM-nin talama cinayətlərindən hesab olunan 177-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən həmin Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş talama məqsədi olmadan avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə cinayətinin törədilməsi cinayətin təkrar törədilməsi hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2-ci və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 aid hissədə sonuncuya qarşı irəli sürülmüş ittihamdan zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus avtomobili qaçırma ilə bağlı epizod üzrə “təkrarən” ifadəsi və CM-nin 185.2.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 aid hissədə sonuncuya qarşı irəli sürülmüş ittihamdan zərərçəkmiş Zərərçəkmiş şəxs3 olunun əmlakını oğurlaması ilə bağlı epizod üzrə “təkrarən” ifadəsi və CM-nin 177.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə:
1. 24 sentyabr 2017-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs8 işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 29 ünvanda yerləşən «Bostan» meyvə-tərəvəz dükanının qapısını qırıb açma yolu ilə içəriyə qanunsuz daxil olması, kassa aparatının daxılından 270 (iki yüz yetmiş) manat pulu və 50 manat dəyərində yeyinti məhsullarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi;
2. Təkrarən özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 15 oktyabr 2017-ci il tarixə saat 01.30 radələrində vətəndaş Zərərçəkmiş şəxs4 işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 30 ünvanda yerləşən «Artestetika» estetik salonunun alüminium qapısını vintaçanla basıb açaraq salona qanunsuz daxil olub, kassa aparatının aşağısında yerləşən siyirtmədən 200 (iki yüz) manat pulu və 300 manat dəyərində bir ədəd **********72944 və **********72942 imei kodlu «Samsung Galaxy J- 2» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi;
3. Təkrarən özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 25 oktyabr 2017-ci il tarixə saat 04.00 radələrində vətəndaş Zərərçəkmiş şəxs6 Mirbala qızının işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 31 ünvanda yerləşən «Fish Market» balıq dükanının qapısını qırıb açma yolu ilə içəriyə qanunsuz daxil olaraq kassa aparatının daxılından 557 (beş yüz əlli yeddi) manat pulu və 57 manat dəyərində bir ədəd **********71183 imei kodlu «Nokia 105» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 614 (altı yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi;
4. Təkrarən özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 25 oktyabr 2017-ci il tarixdə saat 22.00 radələrində vətəndaş Zərərçəkmiş şəxs7 ünvan 32 ünvanın qarşısında saxladığı, özünə məxsus «KİA Sportage» markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qapısının şüşəsini sındırmaqla sağ qabaq oturacağın ayaqaltısının üzərində olmuş, Zərərçəkmiş şəxs7 məxsus və içərisində 200 manat pulu, 25 manat dəyərində «İphone 6 S» markalı mobil telefonun səs qulaqcığı, 40 manat dəyərində 50 ml qadın ətiri, 15 manat dəyərində kitab və dəftərlər olmuş 40 manat dəyərində qadın əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodoları ilə bağlı qeyd edir ki, ittihamın qeyd edilən epizodları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin cinayətlərin təsnifatına görə az ağır cinayətlərə aid olduğundan hesab edir ki, həmin ittiham üzrə cəlb etmə müddəti keçmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Belə ki, təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Qeyd etmək lazımdır ki, təkrarlıq, cinayətlərin real məcmusu və davam edən cinayətlər anlayışları ilə müəyyən qarşılıqlı əlaqədədir. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında müraciətdə qaldırılan məsələ üçün böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə hər bir əməli digər əməlləri ilə faktiki əlaqədə olmadığından, vahid niyyət və ümumi məqsədlə birləşmədiyindən qeyd edilən epizodlar üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Hazırki işdən görünür ki, Təqsirləndirilən şəxs1 24 sentyabr 2017-ci il tarixdə, 15 oktyabr 2017-ci il tarixdə, 25 oktyabr 2017-ci il tarixlərdə yuxarıda qeyd edilən epizodlar üzrə cinayət əməllərini törətmişdir. Bununla da saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, həmçinin təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etməklə nəzərdə tutan cinayət əməlini, törətdiyi vaxtdan dörd ildən artıq müddət keçmişdir. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs1 özünü təqsirli bildiyindən məhkəmə hesab edir ki, qeyd edilən epizodlar üzrə (24 sentyabr 2017-ci il tarixdə, 15 oktyabr 2017-ci il tarixdə, 25 oktyabr 2017-ci il tarixlərdə törədilmiş cinayət əməlləri) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, sözügedən epizodlar üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X14, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs7 ondan şikayət və tələbinin, eləcə də mülki iddiasının olmamasını, cinayətlərin törədilərkən yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-25/2018 saylı, 29 mart 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəzaya ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-747/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o çəkilməmiş 04 (dörd) ay 22( iyirmi iki) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (CM 67.4-cü maddəsi). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 747/2020 saylı 23 iyul 2020-ci il tarixli tarixli qərarına əsasən təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, çəkilməmiş 04(dörd) ay 22(iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 19 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 22 sentyabr 2020ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayətlərin törədilərkən yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və cəza təyin edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(060)-13/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 68.1.3-cü maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 301/2019 saylı, 16.10.2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 il müddətinə islah işləri cəzası, 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin CM-nin 71.5-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67-ci maddəsinə əsasən cəzaları qismən birləşdirməklə üzərində 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il 06 ay sınaq müddəti təyin olunmaqla şərti tətbiq olunmuşdur. Lakin Təqsirləndirilən şəxs2 oğlu sınaq müddəti ərzində, yəni 2020-ci ilin sentyabr ayında yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(060)-13/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş 02 (iki) il 6 (altı) ay müddətinə şərti məhkum etmə ləğv edilməli, hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(060)-13/2020 saylı hökmü ilə çəkilməmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 19 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 17 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 A ünvanında yerləşən, qadın geyim və aksesuarları satılan “Look” adlı mağazandan oğurladığı, saxlanılarkən könüllü təqdim etdiyi MB59907907M №-li 100 ABŞ dolları əskinazının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21074” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 sentyabr 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi, yolun hərəkət hissəsinin kənarında aşkar edilib nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin arxa yük yerində aşkar edilmiş bir ədəd laqunda, bir ədəd elektron mişar, 30 metr uzunluğunda kabel, bir ədəd domkrat, bir ədəd qutuda avtomobil açar dəsti və bir ədəd perforatorun Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 A ünvanında yerləşən, qadın geyim və aksesuarları satılan “Look” adlı mağazandan video müşahidə qurğusundan video görüntülər yazılmış 1 ədəd DVD disk, həmin mağazadan götürülmüş əl-barmaq izlərinin saxlandığı Ədliyyə Nazirliyinin Ekspertiza X16 № 8 mətninə malik ştampla möhürlənmiş zərf cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış ünvan 33 ünvanda yerləşən “Winetage” adlı restoranından və ünvan 23 ünvanda yerləşən “Love by veganazer” adlı ərzaq mağazadan videomüşahidə qurğularından videogörüntülər yazılmış 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış ünvan 34 ünvanda fəaliyyət göstərən «Fish» balıq dükanında quraşdırılmış təhlükəsizlik videomüşahidə kameraları tərəfindən çəkilmiş video görüntülər yazılmış 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 12-də yerləşən Zərərçəkmiş şəxs4 məxsus «Estetika» gözəllik salonundan götürülmüş 01 ədəd əl-barmaq izi qablaşdırılmış zərf cinayət işi materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının xərci – 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1 -ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-747/2020 saylı 23 iyul 2020-ci il tarixli tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 22(iyirmi iki) gün hissəsi hazırkı hökmə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə ibtidai istintaq dövründə 19 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 22 sentyabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 24 sentyabr 2017-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs8 işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 29 ünvanda yerləşən «Bostan» meyvə-tərəvəz dükanının qapısını qırıb açma yolu ilə içəriyə qanunsuz daxil olması, kassa aparatının daxılından 270 (iki yüz yetmiş) manat pulu və 50 manat dəyərində yeyinti məhsullarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodü üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. 15 oktyabr 2017-ci il tarixə saat 01.30 radələrində vətəndaş Zərərçəkmiş şəxs4 işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 30 ünvanda yerləşən «Artestetika» estetik salonunun alüminium qapısını vintaçanla basıb açaraq salona qanunsuz daxil olub, kassa aparatının aşağısında yerləşən siyirtmədən 200 (iki yüz) manat pulu və 300 manat dəyərində bir ədəd **********72944 və **********72942 imei kodlu «Samsung Galaxy J-2» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodü üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. 25 oktyabr 2017-ci il tarixə saat 04.00 radələrində vətəndaş Zərərçəkmiş şəxs6 Mirbala qızının işlətdiyi, saxlanc yeri hesab edilən ünvan 31 ünvanda yerləşən «Fish Market» balıq dükanının qapısını qırıb açma yolu ilə içəriyə qanunsuz daxil olaraq kassa aparatının daxılından 557 (beş yüz əlli yeddi) manat pulu və 57 manat dəyərində bir ədəd **********71183 imei kodlu «Nokia 105» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 614 (altı yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodü üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. 25 oktyabr 2017-ci il tarixdə saat 22.00 radələrində vətəndaş Zərərçəkmiş şəxs7 ünvan 32 ünvanın qarşısında saxladığı, özünə məxsus «KİA Sportage» markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan qapısının şüşəsini sındırmaqla sağ qabaq oturacağın ayaqaltısının üzərində olmuş, Zərərçəkmiş şəxs7 məxsus və içərisində 200 manat pulu, 25 manat dəyərində «İphone 6 S» markalı mobil telefonun səs qulaqcığı, 40 manat dəyərində 50 ml qadın ətiri, 15 manat dəyərində kitab və dəftərlər olmuş 40 manat dəyərində qadın əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodü üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus avtomobili qaçırma ilə bağlı epizod üzrə “təkrarən” ifadəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4ci maddələri ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırlması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(060)-13/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş 02 (iki) il 6 (altı) ay müddətinə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 (bir) il azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 1(060)-13/2020 saylı hökmü ilə çəkilməmiş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə ibtidai istintaq dövründə 19 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 03 (üç ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan zərərçəkmiş Zərərçəkmiş şəxs3 əmlakını oğurlaması ilə bağlı epizod üzrə “təkrarən” ifadəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda qeyd olunmuş X3 adı ilə bağlı hissə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmununda “digər şəxs” kimi oxunsun. İş üzrə maddi sübut kimi tanınmış 17 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 A ünvanında yerləşən, qadın geyim və aksesuarları satılan “Look” adlı mağazandan oğurladığı, saxlanılarkən könüllü təqdim etdiyi MB59907907M №-li 100 ABŞ dolları əskinazının Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21074” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 sentyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsi, yolun hərəkət hissəsinin kənarında aşkar edilib nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin arxa yük yerində aşkar edilmiş bir ədəd laqunda, bir ədəd elektron mişar, 30 metr uzunluğunda kabel, bir ədəd damkrat, bir ədəd qutuda avtomobil açar dəsti və bir ədəd perforatorun Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 A ünvanında yerləşən, qadın geyim və aksesuarları satılan “Look” adlı mağazandan video müşahidə qurğusundan video görüntülər yazılmış 1 ədəd DVD disk, həmin mağazadan götürülmüş əl-barmaq izlərinin saxlandığı Ədliyyə Nazirliyinin Ekspertiza X16 № 8 mətninə malik ştampla möhürlənmiş zərf cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ünvan 7 ünvanda yerləşən “Winetage” adlı restoranından və ünvan 8 ünvanda yerləşən “Love by veganazer” adlı ərzaq mağazadan videomüşahidə qurğularından video görüntülər yazılmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ünvan 20 ünvanda fəaliyyət göstərən «Fish» balıq dükanında quraşdırılmış təhlükəsizlik videomüşahidə kameraları tərəfindən çəkilmiş video görüntülər yazılmış 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 12-də yerləşən Zərərçəkmiş şəxs4 məxsus «Estetika» gözəllik salonundan götürülmüş 01 ədəd əl-barmaq izi qablaşdırılmış zərf cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının xərci – 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 432 (dörd yüz otuz iki) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 432 (dörd yüz otuz iki) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova