Məhkəmə qərarları › İş №1(009)-112/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-112/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-112/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, avtoservisdə usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 08 iyun 2022-ci il tarixdə saat 10.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində Neapol dairəsi yaxınlığında yerləşən ünvan 3 ünvanda Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla ümumi çəkisi 0,174 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından az miqdarda 0,065 qram çəkidə kustar üsulla hazırlanmış qəhvəyi rəngdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 26 noyabr 2021-ci il tarixdə, saat 00.27-də ünvan 4 ünvanda saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinə gətirilmiş, şəxsi axtarış və götürməsi zamanı əynində olan göy rəngli gödəkcənin sağ iç cibində saxladığı “Sobraniye” markalı siqaret qutusunun içərisindən bir bükümdə şəxsi istehlak miqdarından artıq olmaqla ümumi çəkisi 0,174 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir bükümdə şəxsi istehlak miqdarından az miqdarda 0,065 qram çəkidə kustar üsulla hazırlanmış qəhvəyi rəngdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayından etibarən psixotrop maddə metamfetamindən mütəmadi olaraq qəbul edir. Sonuncu dəfə 25 noyabr 2021-ci il tarixdə psixotrop maddə metamfetamin qəbul etmişdir. 25 noyabr 2021-ci il tarixdə saat 17:00 radələridə özünün istifadəsi üçün Xətai rayonu, Neapol dairəsinə gedərək oradan, əvəllər tanıdığı, avtomobilini mütəmadi olaraq təmir etdiyi “Məhərrəm” adlı şəxsdən, avtomobilinin təmirindən ona borclu qaldığı 20 manat müqabilində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin almışdır. İki ədəd kiçik bükülüdə olan metamfetamini və heroini “Sobraniye” adlı siqaretin qutusunun içinə qoyaraq gödəkcəsinin cibinə qoyub üzərində saxlamışdır. 26 noyabr 2021-ci il tarixdə saat 00.27 radələrində Səbail rayonu, Axundov Bağının yanındakı avtobus dayanacağında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini tədim edib, onu narkotik vasitələrin qəbulunda və saxlanmasında şübhəli bilib Səbail Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş edərək onun üzərinə baxış keçirilmişdir. O, üzərindəki “Sobraniye” markalı bir qutu siqareti və onun içərisində saxladığı iki ədəd ayrı-ayrı ağ kağızlarda, bükülü vəziyyətdə olan psixotrop maddə metamfetamini və heroini çıxarıb təqdim etmişdir. Bu barədə vəkilin və iştirakçıların iştirakı ilə protokol tərtib olunmuş, o da həmin protokolu imzalamışdır. Üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini 25 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsinin yaxınlığında, avtomobil təmiri emalatxanası olan iş yerində, yəni ünvan 6 ünvanda əvəllər tanıdığı Məhərrəm adlı şəxsdən, sonuncunun ona avtomobilinin təmirindən borclu qaldığı 20 manata almışdır. Əldə etdiyi narkotik vasitə və psixotrop maddələri yalnız öz istifadəsi üçün əldə edir, heç kimə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-39/2021 saylı, 19 fevral 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş X5 ifadəsində göstərmişdir ki, Məhkəmə iclasında şahid Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-847/2022 saylı, 13 may 2022-ci il tarixli hökmü ilə məhkum edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci il tarixdə saat 18 radələridə “Xırdalan dairəsi” deyilən yerdə tanımadığı şəxslə görüşərək kiçik ölçülü selofan torbada içərisində 21 bükümdə narkotik vasitə olan heroini öz istifadəsi üçün almışdır. 01 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Şıxlinski küçəsinin kəsişdiyi yerdə mülki geyimdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu deyərək onu Səbail Rayon Polis İdarəsinə gətirmişlər. Orada vəkil təyin edilmiş, videogörüntü ilə üzərinə baxış keçirilən zaman ona üzərində qanunsuz nə varsa təqdim etməsi bildirilmişdir. O, əynində olan qolsuz gödəkcəsinin cibindən kiçik selofan torbada, içərəsində 21 bükümdə narkotik vasitə heroini çıxarıb masanın üstünə qoymuş və həmin narkotik vasitəni öz istifadəsi üçün “Xırdalan dairəsi” deyilən yerdə tanımadığı şəxdən aldığını bildirmişdir. O, şübhəli şəxs qismində dindirilən zaman ona məxsus olan “Mersedes” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomaşınında, saxlanc yerində bir neçə büküm narkotik vasitə olduğunu bildirmişdir. Bu səbəbdən ona məxsus olan avtomaşına vəkilin iştirakı ilə, videogörüntü ilə baxış keçirilmiş və üç büküm olan narkotik vasitəni çıxarıb təqdim etmiş, bükümlərin birində heroin, digər ikisində metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs maşın ustası işləyir. O, Anarı bir ildən artıq müddətdir ki, tanıyır, davamlı maşınını Anar təmir edib. Anar onun maşınını təmir etmişdi pul qarşılığında da, o, həmin narkotik vasitə və psixotrop maddələri Anara vermişdir. Təqsirləndirilən şəxs onun maşınımın şaravoyunu dəyişibmiş, o da verəcəyi 20 manat qarşılığında həmin narkotik vasitə və psixotrop maddələri Anara vermişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 26 noyabr 2021-ci il tarixdə Cinayət axtarışı şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz üzərində gəzdirməsi və qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. 26 noyabr 2021-ci il tarixdə saat 00.27 radələrində Səbail rayonu Axundov Bağının yanındakı avtobus dayanacağında olan zaman Təqsirləndirilən şəxs bütün əlamətləri ilə oxşar şəxsi görərək yaxınlaşmışlar və özlərini təqdim edərək Səbail Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla Səbail Rayon Polis İdarəsinə gəlmişdir. İdarədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzrəinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın olub-olmamsı, varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu ağ rəngli “Sobraniye” markalı 1 ədəd siqaret qutusunun içərisində saxladığı iki bükümdə psixotrop maddə metamfetamin, digər kiçik bükümdə isə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitə və psixotrop maddəni “Məhərrəm” adlı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş maddələr zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı üzrə kiçik inspektoru Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan DVD-R formatlı diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail Rayon Polis İdarəsinin inzibati binasında Təhqiqat şöbəsinin təhqiqatçısı X10 Məmmədova üzərində olan əşyaları çıxararaq masanın üstünə qoyması təklif edilir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sağ cibindən bir ədəd ağ rəngli siqaret qutusu çıxararaq masanın üstünə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu ağ rəngli siqaret qutusunun qapağını açır, orada olan 5 ədəd siqareti masanın üstünə qoyur, sonra siqaret qutusunun içində olan iki bükümü çıxararaq masanın üstünə qoyur. Təqsirləndirilən şəxs həmin bükümlərin birində “şüşə”, yəni psixotrop madə olan metamfetamin, digər bükülüdə isə “kokos”, yəni narkotik vasitə olan heroin olduğunu deyir. Əməliyyat müvəkkili tərəfindən bükümlər açılır, birində kiçik ölçülü kristal şəkildə olan maddələrin “şüşə” olduğunu, ikinci bükümdə olan qəhvəyi rəngə oxşar maddənin “kokos” olduğunu deyir. Qeyd olunan bükümlər masanın üzərində olan tərəzidə ayrı-ayrılıqda çəkilir və zərfdə qablaşdırılır. Təqsirləndirilən şəxs qeyd olunan hər iki bükümü saxlanıldığı tarixdə 25 manata Məhərrəm adlı şəxsdən aldığını bildirir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 26 noyabr 2021 -ci il tarixli 6/5247 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 51» möhür əksi, «Təqsirləndirilən şəxs..» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,174 qram ağ rəngli kristallik maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,065 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmişsiyahılar üzrə: Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1), Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı 1) daxildir. Heroinin təmiz çəkisi 0,065 qr, tədqiqata sərf edildi 0,04 qram, qalıq- 0,025 qr Metamfetaminin təmiz çəkisi 0,174 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq- 0,124 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2021ci il tarixli 6/5437 N°-li ekspert rəyinin sürətinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «6/5326 ... «2» dekabr 2021-ci il ... Şahid1» sözləri, soyad və imza qeyd edilmiş zərfdəki 1 ədəd zərfdə olan 21 (iyirmi bir) ədəd bükümlərdəki, 1 ədəd zərfdə olan 1 (bir) ədəd bükiimdəki və üzərində «6/5247 ... «26» noyabr 2021 -ci il ... Vət. Təqsirləndirilən şəxs aşk. olunmuş» sözləri, soyad və imza qeyd edilmiş zərfdəki 1 ədəd zərfdə olan 1 (bir) ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində «6/5326 ... «2» dekabr 2021-ci il ... Şahid1» sözləri, soyad və imza .qeyd edilmiş zərfdəki 1 ədəd zərfdə olan 2 (iki) ədəd bükümlərdəki və üzərində «6/5247 ... «26» noyabr 2021-ci il ... Vət. Təqsirləndirilən şəxs aşk. olunmuş» sözləri, soyad və imza qeyd edilmiş zərfdəki 1 ədəd zərfdə olan 1 (bir) ədəd bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroinin təmiz çəkisi 0,025 qr, tədqiqata sərf edildi 0,01 qram, qalıq- 0,015 qram Metamfetaminin təmiz çəkisi 0,124 qram, tədqiqata sərf edildi 0,015 qram, qalıq- 0,109 qram 26 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna əsasən barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Sobraniye” markalı siqaret qutusundan içərisində 5 ədəd siqaret və 2 ədəd narkotik vasitə olan kağız bükümü çıxarıb təqdim etmişdir. Bükümün birinin içərisində qəhvyi rəngə çalan, spesifik iyə malik olan narkotik vasitəyə oxşar kütlə, digər kağız bükülünün içərisində isə şəffaf rəngli kristall formalı spesifik iyə malik olan narkotik maddəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kağız bükümdə olan maddələrin narkotik vasitə olan heroin və digərinin isə metamfetamin olduğunu, həmin maddələri özü istifadə etmək üçün 25 manata tanıdığı Məhərrəm adlı şəxsdən aldığını bildirmişdir. 09 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,109 qram olan (ilkin təmiz çəki 0,174 qram) psixotrop maddə-metamfetamin və 0,015 qram heroin (ilkin təmiz çəkisi 0,065 qram) maddi sübut kimi tanınmış və saxlanılması ücün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 ədəd disk maddi sübut kimi tanınmışdır. Respublika Narkoloji Mərkəzinin 10 dekabr 2021-ci il tarixli 5025 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:20-də şübhəli şəxs qismində tutulmuşdur. 27 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 27 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerindən azad edilmişdir. 27 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( saat 12:30) 02 dekabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. 03 dekabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Şahid1 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 04 mart 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiallar ayrıca icraata ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilməklə istintaqı davam etdirilmişdir. 09 mart 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 dekabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var – xx.xx.2011-ci il təvəllüdlü X8. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdən 27 noyabr 2021-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 10 dekabr 2021-ci il tarixli 5025 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,109 qram olan (ilkin təmiz çəki 0,174 qram) psixotrop maddə-metamfetamin və 0,015 qram heroin (ilkin təmiz çəkisi 0,065 qram) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-348, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 26 noyabr 2021-ci il tarixdən 27 noyabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,109 qram olan (ilkin təmiz çəki 0,174 qram) psixotrop maddə-metamfetamin və 0,015 qram heroin (ilkin təmiz çəkisi 0,065 qram) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk (şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən) cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ**********0000056944, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar