Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-112/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Qazaxıstan Respublikası Cambul vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Masallı rayonu Ərkivan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-422/2024 saylı hökmünə əsasən cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 iyul 2023cü il tarixdə saat 20:30 radələrində ünvan 3 ünvanında yerləşən “Pizza Exspress” restoranına açıq vəziyyətdə olan qapısından daxil olaraq masanın üzərində olan və həmin restoranı icarəyə işlədən İran İslam Respublikasının vətəndaşı X3 məxsus işlənmiş vəziyyətdə, üzərində 128 db yaddaş kartı olan, 1700 manat dəyərində “İppone 13” markalı mobil telefonu içərisində 20 manata aldığı ***-***-**-** mobil nömrəni, telefonun 20 manata aldığı plastik qoruyucu üzlüyün gizli talayaraq zərərçəkmiş şəxs X3 ümumilikdə 1740 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən oğgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində ünvan 4 ünvanda yerləşən Kostitutsiya Məhkəməsinin yanında olan zaman sürücü Zərərçəkmiş şəxs2 Nazim oğlu tərəfindən orada dayanmış vəziyyətdə olan “Nissan Sunni” markalı, ** AN *** nömrəli avtomobilin qabaq aynalarının açıq vəziyyətdə olmasından istifadə edərək həmin avtomobilə yaxınlaşıb baxdıqda salonda əl əyləcinin yanında Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 400 manat dəyərindən “Samsung A52” markalı mobil telefonu və sürət ötürücüsün yanında olan 1800 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Nazim oğluna ümumilikdə 2200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək, yalnız Zərərçəkmiş şəxs1 Fərhad oğluna 1740 manat vurduğu ziyanı etiraf edərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 şikayətçi olduğunu bildirərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, özünə məxsus “Nissan Sanny” markalı, ** AN *** dövlət nömrə nişanlı avtomobili var və o həmin avtomobillə hadisə baş verən ərəfələrdə Azərbaycanda olan xarici vətəndaşlara taksi xidməti göstərib qazandığı pulla ailəsini dolandırır. Həmin “Nissan Sanny” markalı, ** AN *** dövlət nömrə nişanlı avtomobili lizinqlə aylıq 601 manat ödəniş etməklə istifadə edir. 14 sentyabr 2023-cü il ttarixdə DİNnə zəng edərək verdiyi məlumat və həmin gün 9-cu Polis bölməsinə verdiyi ərizə ona məxsusdur. Oğurluq baş verən müddətdə o xarici vətəndaşlar olan tanımadığı şəxsləri sifariş əsasında istifadəsində olan “Nissan Sanny" markalı, ** AN *** dövlət nömrə nişanlı avtomobilində gəzdirirmiş. Hadisə baş verən gün, yəni 28 avqust 2023-cü ildə idarə etdiyi “Nissan Sanny" markalı, ** AN *** dövlət nömrə nişanlı avtomobili ilə ərəb millətində olan bir qadın və bir kişini gəzdirirmiş. Ərəb qadını arxa oturacaqda əyləşibmiş, əri isə qabaq oturacaqda əyləşibmiş. 28 avqust 2023- cü il tarixdə, saat 20 radələrində idarə etdiyi ‘'Nissan Sanny" markalı, ** AN *** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri Səbail rayonu ərazisində olan Kostitutsiya Məhkəməsinin inzibati binasının yaxınlığında saxlamışdır, avtomobilin arxa oturacağında əyləşmiş ərəb xanımı yorğun olduğu üçün avtomobildə qalıb, o isə həmin xanımın əri ilə birlikdə bal almaq üçün “Şəki şirniyyat evinə” getmişlər. Həmin zaman hava isti olduğundan və avtomobilində ərəb qadın qaldığından maşınının qabaq qapılarının şüşələri açıq vəziyyətdə qalıbmış. Bundan təxminən 10 dəqiqə sonra avtomobilinə yaxınlaşan zaman avtomobilində əl tormozunun yanında olan özünə məxsus 400 manat dəyərində 01 ədəd "Samsung A52" markalı mobil telefonunun yerində olmadığını görüb maşına baxdıqda surət qutusunun yanında saxlaığı 1800 manat nəqd pulunun da yerində olmadığım aşkar etmişdir. Həmin zaman avtomobilini axtarsa da telefonunu və pulunu tapa bilməmiş və onların naməlum şəxs tərəfiondən oğurlanması qənaətinə gəlib. Bundan sonra o pulunun və mobil telefonunun oğurlanması ilə bağlı ailəsinin narahat olmaması üçün bu barədə həmin zaman polis orqanlarına məlumat verməmişdir. Sonradan polis orqanlarının köməyi olmadan mobil telefonunu və 1800 manat pulumu tapa bilməyəcəyini başa düşüb xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və 9-cu Polis bölməsinə gedərək ərizə yazıb həmin hadisə ilə bağlı məlumat vermişdir. Həmin hadisə ilə bağlı olaraq şübhələndiyi bir şəxs olmamışdr. Həmin oğurluq hadisəsi zamanı ona ümumilikdə 2 200 manat maddi ziyan dəymişdir. Belə ki, onun oğurlanmış «Samsung A52» markalı mobil telefonu işlənmiş vəziyyətdə imiş, onun hadisə baş verən zaman orta bazar qiyməti 400 manat olarmış, nəğd pulu isə 1 800 manat olmuşdur. İdarə etdiyi həmin avtomaşınla Bakı şəhəri ərazisində xarici vətəndaşlara taksi xidməti göstərirəm, ona görə də taksi şirkətlərinə xarici vətəndaş müraciət etdikdə onlara taksi xidməti göstərilməsini ona yönləndirirlər, həmin ərəb millətindən olan şəxsi və xanımını Bakı şəhəri ərazisində bir neçə ünvana aparıbmış və Səbail rayonu ərazisində olan Konstitusiya Məhkəməsi binasının yanında «Şəki şirniyyat evi»nə bal almaq məqsədiilə həmin ərəblərin sifarişi ilə gəlibmiş, onların adlarını, kimliklərini bilmir, bal alıb gəldikdən sonra avtomaşınından mobil telefonunun və 1 800 manat pulunun oğurlanmasını onlara ərəb dilində bildirib, onlar bildirdilər ki, kim oğurlamasını bilmirlər. «Samsung A52» modelli mobil telefon cihazını o təxminən 4-5 il əvvəl Rusiyadan gələndə alıbmış və idarə etdiyi avtomaşında xarici vətəndaşları gəzdirərkən onlara mobil telefon lazım olanda həmin mobil telefonu onlara verirmiş və onlar öz mobil nömrələri ilə lazım olan ünvanlara zəng edib danışırmışlar. Oğurlanmış həmin mobil telefonda hadisə vaxtı mobil nömrə olmamışdır. Telefonun İMEİ kodunu bilmir, onu Rusiyada tanışı ona hədiyyə etmişdir, işlək və saz vəziyyətdə olub, hər hansı zədəsi olmamışdır və Bakı şəhərində həmin mobil telefon cihazının orta bazar satış qiyməti təxminən 400 manat imiş. Sonradan ona göstərilən və mobil telefonunu və 1 800 manat pulunu oğurladığı deyilən Renat Şahbaqzov adlı şəxsi tanımamış və onunla da onun arasında əvvəldən heç bir ədavəti olmamışdır. Avtomobilindən oğurlanmış 1800 manat pulu o xarici vətəndaşlara göstərdiyi taksi xidmətindən qazanıbmış və həmin puldan da idarə etdiyi avtomobilin lizinq pulunu ödəməli imiş, ona görə də maşında saxlamışdır ki, ödənişi etsin, pulun maşında olmasını ancaq özü bilirmiş. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Səbail RPİ-nin İŞ-də zərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 11 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Fərhad oğlunun icarə ilə işlətdiyi «Pizza Ekspress» restoranı ünvan 7 ünvanında yerləşir. Hadisə yerinə baxış zamanı iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs1 Fərhad oğlu ona məxsus mobil telefonun olduğu restoranda olan masanı göstərib həmin masa üzərindən ona məxsus «İPhone 13» markalı mobil telefonun oğurlandığını bildirdi. Baxış zamanı restoranda nəzarət-müşahidə kameralarının olduğu müəyyən edildi, hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan 10 avqust 2023-cü zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın sonu ilə azad edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1, 69.3-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətinə islah işləri cəzası təyin edilmiş xx.xx.2022-ci il tarixdə zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında qərara əsasən islah işləri cəzasından azad edilmiş və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 vı 178.2.2-ci maddələri ilə başlanmış cinayyət işinin icraatına xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 67.1, 68.1.1-1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 06 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6613 saylı Ekspert rəyindən görünür ki, Analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən mallar orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1014,00 manat müəyyən olunur. O cümləden 01 ədəd “İphone 13” markalı, 128 GB yaddaş tutumlu, bir il əvvəl mağazadan təzə vəziyyətdə alınmış, tünd yaşıl rəngli, üzərində zədə, cızıq olmayan, tam işlək vəziyyətdə olan mobil telefon - 1000,00 manat; 01 ədəd 050 *** ** ** saylı GSM nömrə (dublikat) - 4,00 manat; 01 ədə plastik qoruyucu qabur (üzlük) -10,00 manat. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 avtomaşınından mobil telefon cihazının və 1 800 manat pulunun oğurlandığı ünvan Bakı şəhəri Səbail rayonu Ə.Əliyev küçəsində yerləşən Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısıdır, Zərərçəkmiş Zərərçəkmiş şəxs2 «Nissan Sunny» markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomaşını Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısında saxlamış və oğurlanmış mobil telefon və 1 800 manat pul avtomaşının sürətlər qutusunun yanında olmuşdur. Avtomaşın olan yerdə «Təhlükəsiz şəhər» xidmətinə məxsus kameralar mövcud olmuş, hava qaranlıq, süni işıqlandırma ilə aydınlaşdırılmışdır, baxış zamanı sübut əhəmiyyətli dəlil aşkar edilməmişdir. Hadisə yerinin və avtomaşının fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan 17 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 17 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkar tədbiri seçilmişdir. İş materiallarında olan 17 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-də azad edilmişdir. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli AR DİN SƏBAİL RPİ-nin 9-cu PB-sinin məktubundana görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 25 sentyabr 2023-cü zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 01 oktyabr 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə yeni məzmunda təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilmişdir. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o Səbail rayonu, Ə.Əlizadə küçəs 11 ünvanında yerləşən «Pizza Ekspress» restoranı göstəribə xx.xx.2023-cü il tarixdə həmin restoranın zalında olan masa üzərindən bir ədəd mobil telefon aparatının qoyulduğunu görüb orada adam olmadığından həmin mobil telefonu oğurladığı masanı, bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri Səbail rayonu «Gənclər meydanı 1 ünvanında. Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısına gəlib orada saxlanılan avtomaşından avtomaşının qapısının açıq şüşəsindən əlini salıb sürətlər qutusunun yanında qoyulmuş mobil telefon aparatını oğurladığı ünvanı göstərdi. Hər iki ünvanda fotoşəkillər çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs cinayətini qismən etiraf etməklə bildirmişdir ki, həqiqətən xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Səbal rayonu Ə.Əliyev küçəsində olan Konstitusiya Məhkəməsinin inzibati binasının qarşısında saxlanılmış «Nissan Sunny» markalı, ** AN *** dövlət nömrə nişanlı avtomaşının qabaq qapılarının şüşələrinin endirildiyini görüb avtomaşına yaxınlaşaraq qabaq sol qıpının şüşə yerindən əlini içəri salıb sürətlər qutusunun yanında olan bir ədəd «Samsung A52» markalı mobil telefon aparatını götürərək oradan uzaqlaşmışdır. Telefonu götürəndən sonra görmüşdür ki, avtomobilin arxa oturacağında qadın əyləşmişdir. Sonra o «Koroğlu» mmetrostansiyasma gedib üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə həmin telefonu 20 manata satmışdır. Oğurladığı «Samsung A52» markalı telefon qara rəngli imiş, içərisində mobil nömrə olmamışdır və telefonun qara rəngi üzlüyü var imiş. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 noyabr 2023-cü il tarixli AR DİN SƏBAİL RPİ-nin 9-cu PBsinin məktubundana görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 18 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 noyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin içində müxtəlif saniyyələr müddətində «01» ədəd videogörüntü aşkar olundu. Həmin diskdə olan fayıllara baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntüdə özünün əksi olmasını, “Pizza Ekspress" restoranına daxil olaraq oradan zərərçəkmiş şəxs İran İslam Respublikası vətəndaşı X3 məxsus 01 ədəd “İppone 13" markalı mobil telefonu oğurlamasının əksi olmasını təsdiq etdi. Video-diskdə olan video-faylları açılaraq baxılan zaman 11 iyul 2023-cü il tarixdə, saat 19:19 radələrində Təqsirləndirilən şəxs tərəfindən ünvan 12 ünvanında yerləşən “Pizza Ekspress" restoranından masanın üzərindən 01 ədəd “İppone 13" markalı mobil telefonun oğurlanması ilə bağlı həmin hadisəni əks etdirən 14 saniyəlik video görüntü aşkar olunur. Belə ki həmin diskdə olan birinci faylı açıb baxdıqda olan 01 ədəd 14 saniyəlik görüntüdə təqsirləndirilən Təqsirləndirilən şəxs “Pizza Ekspress" restoranına açıq vəziyyətdə olan şüşə qapısından daxil olması və restoranda olan masanın üzərindən 01 ədəd mobil telefonu oğurlayaraq gəldiyi yolla qayıdıb oradan uzaqlaşması görüntülənir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/9054 saylı Ekspert rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd heç bir zədəsi olmayan işlək vəziyyətdə “Samsung A52” markalı məbil telefonun orta istismar müddəti və orta istismarintensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin avqust ayına olan orta bazar giyməti nəzəri hesablama yolu ilə təxminən 250,00 manat müəyyən edilir. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs etirafedici ifadələri, ifadələrinin yerində yoxlanması protokolları və həmin istintaq hərəkətinin fotocədvəlləri, zərərçəkmiş Zərərçəkmiş şəxs1 Fərhad oğlunun, Zərərçəkmiş şəxs2 ifadələri, zərərçəkmiş Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə protokolu, hadisə yerlərinə baxış protokolu və foto cədvəllər, hadisə yerindən götürülmüş video görüntülərə baxış protokolu, hadisə yerinin videogörüntüləri köçürülmüş 01 ədəd diskin maddi sübut hesab edlməsi qərarı ********* nömrəli cinayət işi üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 30 iyul 2024-cü il tarixli, 1(007)-422/2024 saylı Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllə inin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismin təqsirli bilməsi, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi sübutların məcmusu ilə təkzib olunur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli 30 iyul 2024-cü il tarixli, 1(007)-422/2024 saylı Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmü çıxarılmazdan əvvəl, yəni 11 iyul 2023-cü ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(007)-422/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(007)- 422/2024 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-422/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)- 422/2024 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 16 sentyabr 2023-cü il tarixdən 17 sentyabr 2023cü il tarixədək, 10 oktyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək, 16 noyabr 2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 04 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-422/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 312 (üç yüz on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-112/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-112/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver