Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-113/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Rüstəmova Çinarə Mübariz qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi Oqtay qızının, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi ev 104 A-da qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndiril-məsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, 162 saylı orta məktəbin yaxınlığında vətəndaş Zərərçəkmiş şəxs məxsus içərisində 350 manat nəğd pul, şəxsiyyət vəsiqəsi, dəyəri olmayan maaş kartı, dəyəri olmayan Yeni Azərbaycan partiya vəsiqəsi və 5 manat dəyərində olan pul kisəsini arxadan yaxınlaşaraq onun əlindən dartıb açıq talamaqla ələ keçirmiş və hadisə yerindən qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 355 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi imkanının ağır olması ilə əlaqədar pul əldə etmək üçün bankomatlardan pul çıxaran şəxsləri izləyib, həmin pulu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində Bayıl qəsəbəsi, 20-ci Sahə deyilən yerdə yerləşən “Araz” Supermarketin yaxınlığında quraşdırılmış bankomatın qarşısına gəlmiş və bankomatdan pul çıxaran şəxsləri güdməyə başlamışdır. Bir müddət sonra təxminən 30-35 yaşlarında bir qadının pul çıxarmasını görmüş və həmin qadının pulunu ələ keçirmək qərarına gəlmişdir. Qadını izləməyə başlamış, qadın əvvəlcə yaxınlıqda olan aptekə girmiş, sonra Araz marketdən alış-veriş etdikdən sonra çıxıb Badamdar yolu istiqamətində hərəkət etməyə başlamışdır. Qadın yaxınlıqda olan məktəbin qarşısındakı küçəyə dönmüş, o, da qadının arxasınca gedərək küçənin qaranlıq olmasından istifadə edib, arxadan qadına yaxınlaşmış qadının əlində tutduğu pul kisəsini dartıb almaq istəyərkən pul kisəsi yerə düşmüş, o, dərhal yerə düşmüş pul kisəsini götürüb oradan qaçmışdır. Biraz aralandıqdan sonra pul kisəsinin içərisinə baxmış, pul kisəsinin içərisində olan 350 manat pulu götürmüş, pul kisəsini içərisində olan digər əşyalarla birlikdə küçəyə tullamışdır. Narkotik vasitələr qəbul etdiyindən həmin pulların bir hissəsinə özünə narkotik vasitələr almış, qalan hissəsini isə öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Hadisə vaxtı qadına qarşı başqa hər hansı zorakı hərəkətlər etməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkir. Məhkəmədən ilk dəfə belə bir cinayət hadisəsi törətməsini, anasının xərçəng xəstəsi olmasını, bir az yaşlı övladının olmasını nəzərə alıb barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlar və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, o, 51 saylı orta məktəbdə müəllimə işləyir. xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı evdən maaş kartında olan pulu çıxarmaq məqsədilə evə ən yaxın olan 20-ci Sahədə yerləşən “Araz” maketin yaxınlığında olan bankomata getmiş, kartında olan 465 manat pulu çıxarmış, ilk öncə həmin ərazidə yerləşən Aptekdən özü üçün dərman almış, sonra “Araz” marketdən ev üçün ərzaq məhsulları almış, pulun bir hissəsi ilə kommunal ödənişlər etmişdir. Marketdən çıxıb evlərinə gedərkən, 162 nömrəli məktəbin tinindən sağa dönüb bir qədər getdikdən sonra kiminsə onun qoluna toxunduğunu hiss etmiş və o, dərhal arxaya dönüb görmüşdür ki, boyca ondan balaca bir kişi onunla üzbəüz dayanmışdır. Həmin şəxs əlində olan pul kisəsi və mobil telefonu almağa çalışmış, o, müqavimət göstərib əlindəkiləri ona vermək istəməmiş, bu zaman pul kisəsi və mobil telefon əlindən yerə düşmüş, o, kömək məqsədilə qışqırmağa başlamışdır. Həmin şəxs yerə düşən pul kisəsini götürüb qaçaraq həmin yerdən uzaqlaşmışdır. Pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsi, kommunal ödəniş kartı, maaş kartı və 350 manat nəğd pulu olmuşdur. Həmin şəxs ona xəsarət yetirməmiş, hava qaranlıq olduğundan və həmin şəxsin başında papaq olduğundan onun üzünü görə bilməmişdir. Hadisədən bir neçə gün sonra tanımadıqları qadın ona pul kisəsini içərisində olanlarla birlikdə vermiş, həmin qadın pul kisəsini yoldan tapdığını bildirmişdir. Ona ümumilikdə 355 manat ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, o, hamiləliyinin 8-ci ayında olduğundan məhkəmə iclaslarına gələ bilmir və bu hadisədən sonra böyük sarsıntı keçirmişdir. Həyat yoldaşı ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Onlar təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq, onu bağışladıqlarını, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını və təqsirləndirilən şəxsə həyatda bir daha şans vermək istədiklərini bildirərək, məhkəmədən bunları nəzərə almağı xahiş etdi. İş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan, fotoşəkillərədən və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı çəkilmiş video görüntünün əks olunduğu diskdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı törətdiyi cinayət əməlini ətraflı olaraq harada və necə törətməsini bir daha hadisə yerində göstərməklə etiraf etmişdir. (1-ci cild, İş vər. 132-136) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/767 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istehsal yerinə, istehsal ilinə markalanmasına dair heç bir məlumat olmayan 19sm x 10,5sm ölçüsü süni dəri materialdan hazırlanmış qəhvəyi rəngli pul kisəsinin 2020-ci il fevral ayına olan bazar qiyməti təxminən 5,0 manat müəyyən edilir. (2-ci cild, İş vər. 68-70) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1155 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınnması məsləhət görülür. (2-ci cild, İş vər. 100-101) İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3/254 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əlbarmaq izi, 2 saylı daktilolentin səthindəki “a,b,c” əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 3,4,5,6 saylı daktilolentinlərin səthlərindəki əlbarmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığından görə, habelə kifayət qədər xüsusi əlamətərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. - Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a, b, c” əl-barmaq izləri Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qoyulmuşdur. (2-ci cild, İş vər. 102-108) İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs və Səbail rayonu, Y.Mürsəlov küçəsi ev 238 ünvanından aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,015 qram narkotik maddə heroin və 7 ədəd 1-ml-lik şpris, 01 ədəd şprisdə 0.25ml həcmində təmiz çəkisi 0,028 qram heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.160qram və 0,537 qram narkotik maddə marixuana, 2 ədəd bükümdə Kannabis bitksinin toxumları, 2 ədəd üzərində narkotik maddə marxiuna izləri olan butulka ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış – heroinin 0,01qramı və 7 ədəd şpris, heroinin 0,15ml-i, marixuananın 0,657 qramı və üzərində marixuana izləri olan 2 ədəd butulka saxlanılmasından ötrü Səbail RPİ-nin MSK-na təhvil verilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus pul kisəsi maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. (2-ci cild, İş vər. 123-131) İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəlişəxsin tutulması barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. (1-ci cild İş vər. 71) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. (1-ci cild, İş vər. 151-152) İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayət və tələbləri yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə məhkəmə baxışı zamanı araşdırılmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini boynuna alıb, cinayətin açılmasına köməklik etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu – 09fevral2020-ciiltarixdənhesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin ibtidaiistintaqdavə məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmalıdır. Məhkəməyə təqdim edilmiş hesabatdan görünür ki, Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidaiistintaqda müdafiəsi zamanı 180 saat vaxt sərf edilmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş vaxt ağlabatan deyil və iş materialları ilə də uyğun gəlmir. Məhkəmə cinayət işinin ibtidai istintaq müddətini, müdafiəçinin iştirakı ilə aparılan istintaq hərəkətlərini nəzərə alır və hesab edir ki, müdafiəçi tərəfindən 90 saat vaxt sərf edilməsi ağlabatandır və vəkilə ödəniş bu vaxta görə həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı maddəsinə əsasən iş üzrə maddi sübut – Səbail rayon Polis İdarəsinin MSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış heroinin 0,01qramı və 7 ədəd şpris, heroinin 0,15ml-i, marixuananın 0,657 qramı və üzərində marixuana izləri olan 2 ədəd butulka məhv edilməli, işüzrəmaddisübut olan - pul kisəsinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə üzərinə həbs qoyulacaq əmlak və mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 898 (səkkiz yüz doxsan səkkiz)manat Təqsirləndirilən şəxs tutulub AzərbaycanRespublikasıMərkəziEkspertizaMərkəzininhesabınaköçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkməmüddətininəvvəlifaktikihəbsəalındığıgündən, 09fevral2020ciiltarixdənhesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddətdə Təqsirləndirilən şəxs nakomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 200020032 saylı cinayət işiüzrəmaddisübutolan- Səbail rayon Polis İdarəsinin MSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış heroinin 0,01qramı və 7 ədəd şpris, heroinin 0,15ml-i, marixuananın 0,657 qramı və üzərində marixuana izləri olan 2 ədəd butulka məhv edilsin. İşüzrəmaddisübut olan - pul kisəsinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 898 (səkkiz yüz doxsan səkkiz) manat eks--per-tiza xərci alınıb AzərbaycanRespublikasıMərkəziEkspertizaMərkəzinin (büdcətəsnifatınınkodu 142319, büdcəsəviyyəsininkodu 3, DövlətXəzinədarlığıAgent-liyiKodu 210005, VÖEN **********, MüxbirhesabAZ41NABZ ********************, SWİFT BİKÇTREAZ 22, MəhkəməEkspertizaMərkəziVÖEN **********, AZ34STRE********************) hesabınaköçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidaiistintaqda müdafiə edilməsinə görə dövlət büdcəsindən 540 (beş yüz qırx) manat pul tutulub, Bakı şəhəri 12 saylı vəkil bürosunun “xxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi Oqtay qızı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “KapitalBank” 1 saylıSəbail filialındakı hesabınakeçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(009)-113/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-113/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver