Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-113/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu. Füzuli şəhəri, İnşaatçılar küçəsi ev 2-də qeydiyyatda olan, ünvan 2-də yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cu maddələri ilə təqsirləndirilməsinə, xx xxxx 1987-ci ildə Şəmkir rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəmkir rayonu,Çinarlı qəsəbə ərazi dairəsində qeydiyyatda olan, ünvan 3-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 dekabr 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinmişdirlər ondan ötrü ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 fevral 2022-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus beton zavodun saxlanc yeri kimi istifadə olunan həyətinə daş hasardan qanunsuz olaraq daxil olub oradan 1 (bir) metrəsinin dəyəri 10 (on) manat olmaqla ümumi dəyəri 200 (iki yüz) manat olan qara rəngli, 4 damarlı, 2 sm diametrli mis tərkibli 20 metr uzunluğunda naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 200 (iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 fevral 2022-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus beton zavodun saxlanc yeri kimi istifadə olunan həyətinə daş hasardan qanunsuz olaraq daxil olub oradan 1 (bir) metrəsinin dəyəri 10 (on) manat olmaqla ümumi dəyəri 200 (iki yüz) manat olan qara rəngli, 4 damarlı, 2 sm diametrli mis tərkibli 20 metr uzunluğunda naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 200 (iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, “Tap.az” saytı vasitəsi ilə tanış olduğu Gülnarə adlı qadından “Daevo Gentra” markalı **-CS-*** d.q.n-lı avtomobili bir aydır ki, günü 25 manatdan icarəyə götürmüşdür. O, hər gün ödənişini etsədə son 4 gündür imkanı olmadığı üçün ödənişi edə bilmirmiş. O, bu səbəbdən Səbail rayonu 20-ci sahə dairəsindən Qaradağ rayonu Lökbatan dairəsinə 1 manatdan sərnişin daşıyırmış. O, tanışı Vüsalın vasitəsi ilə tanış olduğu Vasif kimi tanıdığı sonradan adının Əli olduğunu bildiyi Təqsirləndirilən şəxs2 ilə mütəmadi olaraq görüşürmüş. Sonuncu dəfə görüşərkən xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində 20-ci Sahə dairəsində olan zaman Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə əyləşmiş və bu zaman o H.Əliyə avtomobilin icarə haqqını ödəmədiyi üçün avtomobili onun əlindən alacaqlarını və pula ehtiyacı olduğunu demişdir. Bu zaman Əli ona köməklik edəcəyini kabel oğurlamaq istədiyini bildirmiş və avtomobilini Səbail rayonu, Elçin Əzizov küçəsində yerləşən “Qurman” restoranı yaxınlığındakı beton zavodun qarşısına sürməyi xahiş etmişdir. O, avtomobili beton zavodun hasarına yaxın yol kənarında saxlamışdır. Onlar birlikdə zavodun hasarından içəri daxil olmuş, zavodun həyatində təxmini saat 7ə kimi kabelləri toplamışlar. Onlar təxmini hər biri 10 metr olmaqla ümumilikdə 20 metr uzunluqda iki top kabeli toplamışlar. Daha sonra kabelləri daş hasardan avtomobilin yanma atmış və avtomobilə qoyub oradan uzaqlaşmışlar. O isə həmin kabelləri yaşadığı evin həyətinə gətirmişdir. Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə olaraq az ağır cinayət törətməsinin, zərərçəkmiş şəxslə barışmasının, ona vurulmuş ziyanının tam ödənildiyinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonunda yaşayır. Orada iş tapmaqda çətinlik çəkdiyi üçün Bakı şəhərinə gəlməli olmuşdur. Bakı şəhəri, Səbail rayonunda onun əmisi oğlu olan X3 qalırmış. O, Vüsalın kirayə yaşadığı, 51 saylı orta məktəbin yaxınlığına yerləşən evə getmişdir. O, həmin evdə iki gün qaldıqdan sonra evin yaxınlığında ayı 100 AZN olan kirayə ev tutmuş və orada qalmışdır. O, Vüsalın vasitəsi ilə ağ rəngli “Daevo” markalı avtomobili olan Asəf adlı şəxs ilə tanış olmuşdur. O, həmin şəxsi bir neçə dəfə görmüşdür. Asəf ona Vasif deyə müraciət edirmiş. xx.xx.2021-ci il tarixdə Səbail rayonu 20-ci sahədə o Asəflə görüşmüşdür. O, Asəfə yaxınlqda yerləşən beton zavodu olduğunu və oradan kabel oğurlamaq istədiyini demişdir. Asəf də ona avtomobilinin icarədə olduğunu gecikməsi olduğunu deyib pul lazım olduğu üçün onunla razılaşmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Asəf öz avtomobili ilə onu da götürərək Səbail rayonu, 20-ci sahə Elçin Əzizov küçəsində yerləşən beton zavoda getmişdir. O, avtomobili beton zavodun daş hasarın yaxınlığında saxlamış və hər ikisi hasardan zavodun həyətinə daxil olmuşdur. Zavodun həyətində təxmini saat 7ə kimi kabelləri toplamış və təxmini hər biri 10 metr olmaqla ümumilikdə 20 metr uzunluqda iki topa kabelləri götürmüşlər. Daha sonra kabelləri daş hasardan avtomobilin yanına atmış və avtomobilə qoyub oradan uzaqlaşmışlar. Daha sonra o evinə qayıtmışdır. Kabellər isə Asəfin avtomobilndə qalmışdır .Asəf onları satıb aldığı pulu aralarında bölüşdürəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, zərərçəkmiş şəxslə barışmasının, ona vurulmuş ziyanının tam ödənildiyinin, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs icraçı direktor vəzifəsində 2021- i ildən işləyir.X4 Bakı şəhəri, Səbail rayonu, Elçibn Əzizov küçəsində yerləşən betron zavodun nəzarətçisi işləyir. 11 fevral 2022-ci il tarixdə Qarayev Zakir ona zəng edərək beton zavodda olan kabellərin oğurlanması barədə məlumat vermişdir.Həmin yerə o baxış keçirtmiş bu zaman təxmini 20 metr uzunluğda olan 2 top kabelin oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənilməsini və onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən cinayət əməlləri özlərinin etiraf edici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, götürmə protokolları, ekspertiza rəyi, maddi sübut və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 09 mart 2022-ci il tarixli 9/1249 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsində göstərilmişdir ki, Ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş üzəri izolyasiyalı,qara rəngli,4 damarlı 54 sm uzunluğunda,ümumi damteri 2 sm diametrli,mis tərkibli naqil nümunəsinin 1 metrinin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 10,0 manat,20 metri 200,00 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus 20 metr uzunluğunda naqil maddi sübut kimi tanınmış və Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 04 mart 2022-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə 6 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və 09 fevral 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 fevral 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 fevral 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-113/2022-ci il, 09 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin 15 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, 14 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əmələ görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanını tam ödənildiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş ziyanının tam ödənildiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək tutulduğu, 14 oktyabr 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş 20 metr uzunluqda olan naqil Zərərçəkmiş şəxs MMCyə qaytarılmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 feval 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cu maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cu maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək tutulduğu, 14 oktyabr 2022-ci il tarixdən 27 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 3 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs1 25 (iyirmi beş)manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş 20 metr uzunluqda olan naqil Zərərçəkmiş şəxs MMCyə qaytarılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 132 (yüz otuz iki) manat pul tutulub, “Access Bank”-ın 12 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-113/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-113/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver