Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-114/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs X12 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, X1, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, həmçinin özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət prospektində yerləşən “Favorit” internet klubunda yeni tanış olduğu X19 ilə birlikdə bir qədər vaxt keçirdikdən sonra həmin tarixdə internet klubundan çıxıb saat 19 radələrində ünvan 4 saylı binanın qarşısına gələrək orada X15 məxsus içərisində 15 manat dəyərində olan ***-***-**-** GSM kartı ilə işləyən və cinayətin törədildiyi tarixdə Azərbaycan Respublikasının məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dollara alınmış «İphone 7» markalı, **********78395 İMEİ kodlu mobil telefon aparatını danışmaq adı ilə alaraq həmin ünvanda yerləşən binanın girişinə daxil olub həmin binanın digər girişındən çıxıb getməklə aldatma yolu ilə «İphone 7» markalı mobil telefonu ələ keçirməklə ümumilikdə zərərçəkmiş şəxs Circs Həddada 1035 (bir min otuz beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birgə yaşadığı ünvan 2 saylı ünvanda yerləşən 3 №-li mənzildə anası Zərərçəkmiş şəxs2 yataq otağının qapısının açıq olmasından və orada heç kimin olmamasından istifadə edərək, oraya daxil olaraq həmin otaqda yerləşən dolabda olan anası Zərərçəkmiş şəxs2 məxsus 2500 manata alınmış bir ədəd qara rəngli qolsuz, təbii xəzdən hazırlanmış «Simpatiya» markalı gödəkcəni gizli talayaraq Zərərçəkmiş şəxs2 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində ailə üzvləri ilə birgə yaşadığı ünvan 2 saylı ünvanda yerləşən 3 №-li mənzildə olarkən bacısı Zərərçəkmiş şəxs1 yataq otağının qapısının açıq olmasından və orada heç kimin olmamasından istifadə edərək, oraya daxil olaraq həmin otaqda yerləşən çarpayının yaxınlığında quraşdırılmış rəfin üzərinə qoyulan bacısı Zərərçəkmiş şəxs1 məxsus 350 manata alınmış bir ədəd « Airpods » markalı qulaqcığını gizli talayaraq, zərərçəkmiş şəxs X3 350 ( üç yüz əlli ) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 17saylıünvandayerləşən 3 №-limənzildə yaşamışdır. Təxminən 3 il ərzində müxtəlif narkotik vasitələri və psixotrop maddələri müxtəlif üsullarla könüllü olaraq qəbul etmişdir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyinə görə keçirdiyi əsəb pozuntuları ilə əlaqədar olaraq Respublika Bərpa Mərkəzində və Narkoloji Dispanserdə müalicə aldıqdan sonra qeydiyyata alınmışdır. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət prospektində yerləşən «Favorit» internet klubunda olarkən orda əvvəllər tanımadığı Circs adlı bir şəxslə tanış olmuşdur. Circs adlı şəxs ilə birlikdə bir qədər vaxt keçirdikdən sonra ordan çıxıb təxminən saat 19 radələrində ünvan 4 saylı ünvanda yerləşən binanın qarşısına gəlmişdir. Həmin ünvanda olarkən yeni tanış olduğu Circsdən sonuncuya məxsus olan mobil telefon aparatını danışıb qaytarmaq adı ilə istəmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 19 radələrində Circs özünə məxsus içərisində GSM kartı olan «İphone 7» markalı mobil telefon aparatını danışmaq üçün ona vermişdir. O, həmin mobil telefon aparatı ilə danışaraq binanın girişinə daxil olub digər girişdən çıxıb getmişdir. Bundan sonra həmin mobil telefonda olan GSM kartını cihazdan çıxarıb xatırlamadığı yerdə tullamışdır. Pula ehtiyacı olduğuna görə niyyəti Circs adlı cavan oğlanın etibarından istifadə edərək sonuncuya məxsus mobil telefonu ələ keçirib satmaq olmuşdur. Həmin tarixdə “20 Yanvar” metrostansiyasına gedib həmin ünvanın yaxınlığında yerləşən mobil telefonların alış-verişi ilə məşqul olan dükana daxil olaraq özünə məxsus şəxsiyyət vəsiqəni təqdim etməklə yeni tanış olduğu Circs adlı şəxsin etibarından istifadə edərək ələ keçirdiyi «İphone 7» markalı mobil telefon aparatını 200 manata satmışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 17 saylı ünvanda yerləşən 3 nömrəli mənzildə olarkən anası Zərərçəkmiş şəxs2 yataq otağının qapısının açıq olduğunu və həmin otaqda heç bir şəxsin olmadığını görüb oraya gizli daxil olmuşdur. Həmin otaqda girişdən solda yerləşən şüşəli dolabı açıb anası Ülviyyəyə məxsus olan təxminən 2000-2500 manat civarında bir neçə il əvvəl alınmış bir ədəd qara rəngli qolsuz təbii xəzdən hazırlanmış gödəkçəni götürüb otaqdan çıxmışdır. O, həmin gödəkçəni otaqda yerləşən dolabdan oğurladıqda anasının bu hadisədən xəbəri olmamışdır. Həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzinə gedib orada bir qədər gəzdikdən sonra həmin ticarət mərkəzində yerləşən «Adelina» adlanan dükana daxil olmuşdur. Həmin dükana daxil olduqdan sonra gödəkçəni orada olan şəxsə təklif edərək anasına məxsus olmasını və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Dükanda olan şəxs həmin gödəkçəyə baxdıqdan sonra 400 manata ala biləcəyini ona demişdir. O, həmin şəxsin təklifi ilə razılaşaraq yaşadıqları mənzildən oğurladığı anasına məxsus gödəkçəni 400 manata özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməklə satmışdır. Həmin gödəkçəni satarkən oğurluq yolu ilə əldə olması barədə alıcıya məlumat verməmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 17 saylı ünvanda yerləşən 3 nömrəli mənzildə bacısı Zərərçəkmiş şəxs1 yataq otağının qapısının açıq olduğunu və həmin otaqda heç kimin olmadığını görüb otağa gizli daxil olmuşdur. Həmin otaqda girişdən sağda yerləşən çarpayının yaxınlığında quraşdırılmış rəfin üzərindən bacısı Ləmana məxsus olan bir ədəd «Airpods» markalı qulaqcığı icazəsiz götürüb otaqdan dəhlizə çıxmışdır. Bundan sonra yaşadığı mənzildən özünə məxsus şəxsiyyət vəsiqəsini götürüb “28 May” metrostansiyasının yaxınlığına getmişdir. Orada bir qədər gəzib Azərbaycan Dövlət Neft Akademiyası ilə üz-üzə yerləşən mobil telefonların alqı-satqısı dükanına daxil olmuşdur. Dükana daxil olduqdan sonra pula ehtiyacı olduğuna görə özünə məxsus olan qulaqcığı 100 manata satmaq istədiyini bildirmişdir. Dükanda olan əvvəllər tanımadığı bir nəfər şəxs qulaqcığı yoxladıqdan sonra həmin qulaqcıqda nasazlıq olduğuna görə 50 manata ala biləcəyini ona demişdir. O, həmin şəxsin təklifi ilə razılaşmamışdır. Bundan sonra dükanda olan şəxs qulaqcığı ondan 55 manata ala biləcəyini demişdir. O, təkliflə razılaşaraq yaşadığı mənzildən oğurladığı bacısı Ləmana məxsus olan bir ədəd «Airpods» markalı qulaqcığı şəxsiyyət vəsiqəni təqdim etməklə 55 manata satmışdır. Həmin qulaqcığı satdıqda oğurluq olmadığı barədə alıcıya məlumat verməmişdir. Sonradan öyrənmişdir ki, bacısı Zərərçəkmiş şəxs1 xx xxxxxx 2020-ci il tarixdə onun barəsində polisə şikayət edib. Əlavə etmişdir ki, narkotik maddələrin aludəçisi olduğuna görə heç bir yerdə işləmədiyi üçün pula ehtiyacı olduğından dələduzluq və oğurluq əməllərini törətmişdir. Törətdiyi əməllərdən səmimi olaraq peşman olduğunu, anası Zərərçəkmiş şəxs2 və bacısı Zərərçəkmiş şəxs1 dəymiş ziyanın aradan qaldırıldığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X12 nümayəndəsi Nümayəndə bildirmişdir ki, xx xxxxxx 2000-ci il təvəllüdlü X19 onun doğma oğludur. Hazırda oğlu C.N.X7 Rostov şəhərində yaşayır və «Covid 19» epidemiyası ilə əlaqədar qəbul olunmuş karantin tədbirləri ilə əlaqədar olaraq Bakı şəhərinə geri qayıda bilmir. X19 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət prospektində yerləşən «Favorit» internet klubunda bir nəfər şəxslə tanış olmuşdur. Həmin tarixdə «Favorit» internet klubunda bir qədər vaxt keçirdikdən sonra oğlu Circs yeni tanış olduğu şəxslə birlikdə oradan çıxıb Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Axundov bağı adlanan yerə yaxınlığına təxminən saat 19 radələrində getmişdir. Həmin ünvanda olarkən oğlu Zərərçəkmiş şəxs3 ilə yeni tanış olmuş Təqsirləndirilən şəxs oğluna məxsus olan mobil telefon aparatını danışıb qaytarmaq adı ilə ondan istəmişdir. Oğlu Zərərçəkmiş şəxs3 özünə məxsus ***-***-**-** GSM kartı ilə işləyən «İphone 7» markalı, **********78395 İMEİ kodlu mobil telefon aparatını danışmaq üçün Farizə vermişdir. Təqsirləndirilən şəxs telefonla danışaraq Axundov bağının yaxınlığında yerləşən binanın girişinin daxil olmuşdur. Bir neçə dəqiqə keçdikdən sonra oğlu Circs binanın girişinə daxil olduqda yeni tanış olduğu şəxsin orada yerləşən ikinci çıxışdan istifadə edərək çıxıb getdiyini aşkar etmişdir. Bundan sonra oğlu Zərərçəkmiş şəxs3 başa düşmüşdür ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət prospektində yerləşən «Favorit» internet klubunda yeni tanış olduğu şəxs onun etibarından sui-istifadə edərək ona məxsus üzərində ***-***-**-** GSM kart olan «İphone 7» markalı mobil telefon aparatını ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Oğlu Zərərçəkmiş şəxs3 istifadəsində olan « İphone 7 » markalı mobil telefon aparatını 2018-ci ilin axırlarında X8 şəhərində 600 ABŞ dollara, həmin cihazın üzərində olan ***-***-**-** GSM kartı isə 2019-cu ilin yanvar ayında 15 manata alınmışdır. Oğluna 1035 manat məbləğində ziyan dəymişdir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.1995-ci il tarixdə X10 ilə ailə həyatı qurmuşdur. Birgə nigahdan iki oğlu və iki qız övladları olmuşdur. Övladları Zərərçəkmiş şəxs1, X9, X4 və Təqsirləndirilən şəxsdur. Həyat yoldaşı Vəfadar arxitektor, o, isə kosmetoloq işləyir. Keçmiş əri Vəfadar Hüseynovun ikinci ailə saxladığını öyrəndikdən sonra boşanma ilə əlaqədar məhkəməyə müraciət edərək xx xxxxxx 2017-ci il tarixində rəsmi qaydada ərindən ayrılmışdır. Həyat yoldaşından ayrıldıqdan sonra övladları ilə birgə Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 17 saylı ünvanda yerləşən 3 №-li mənzildə yaşayırlar. Təqsirləndirilən şəxs onlarla bir mənzildə yaşayırdı. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadıqları mənzilin ona məxsus olan yataq otağında olarkən özünə məxsus olan 2500 manata alınmış bir ədəd qolsuz qara rəngli təbii xəzdən hazırlanmış «Simpatiya» markalı gödəkcəsini otaqda olan dolabdan oğurlandığını aşkar etmişdir. Həmin gödəkçənin oğlu Fariz tərəfindən oğurlanmasına əmin olmuşdur. Çünki oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğu üçün yaşadıqları mənzildən ayrı-ayrı vaxtlarda məişət və müxtəlif ev əşyasını oğlulayıb ucuz qiymətə tanımadığı şəxslərə satmışdır. xx xxxxxx 2020-ci il tarixdə oğurluq hadisəsi baş verdiyi an o, da mənzildə olmuşdur. Sadəcə yatdığına görə mənzilin və onun yataq otağının qapıları açıq qalmışdır. Fariz bundan istifadə edərək mənzilə gələrək onun otağına gizli daxil olub orada yerləşən dolabdan gödəkçəni oğurlamışdır. Həmin vaxt o, otaqda olmağına baxmayaraq yatdığı üçün oğurluq hadisəsini görməmiş və hiss etməmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə oğlu Fariz bacısı Zərərçəkmiş şəxs1 350 manat dəyərində olan qulaqçığını oğurlamışdır. Bununla bağlı Zərərçəkmiş şəxs1 da ərizə ilə polis bölməsinə müraciət etmişdir. Oğlu Farizin oğurladığı təbii xəzdən hazınlanmış qısa qol gödəkçəni 2016-cı ilin qış ayında «Simpatiya » dükanından 2500 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2500 manat məbləğində maddi ziyan dəymiş, gödəkçə ona qaytarılmışdır. Fariz əvvəllər də evdən oğurluq edərək, əldə etdiyi pula narkotik vasitə alıb istifadə edirdi. Oğlunun narkomaniya xəstəliyi ilə əlaqədar dəfələrlə müalicə etdirməsinə baxmayaraq Fariz narkotik vasitə və psixotrop maddələri qəbul etməkdə davam edirdi, bu səbədən də oğurluq edərək narkotik alırdı. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini müxtəlif yerlərə girov qoyub pul götürürdü, o da sonradan oğlunun götürdüyü pulu qaytararaq şəxsiyyət vəsiqəsini geri alırdı. Fariz ona islah olunduğunu bildirsə də, bu cür əməllərindən əl çəkmirdi. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.1995-ci il tarixdə anası Zərərçəkmiş şəxs2 atası X10 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan iki oğlan və iki qız övladları dünyaya gəlmişdir. 2017-ci ildə valideynləri boşanmışdır. Valideyinləri ayrıldıqdan sonra onlar anaları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 17 saylı ünvanda yerləşən 3 №-li mənzildə yaşayırlar. Təqsirləndirilən şəxs onun qardaşıdır. Fariz də onlarla bir mənzildə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə o, səhər saat 09 radələrində yataq otağının qapısını açıq qoyub hamama getmişdir. Qardaşı Təqsirləndirilən şəxs narkoman olduğuna görə o, adətən otağın qapısını açarla bağlayır. Bu dəfə qapını bağlamağı unutmuşdur. O, hamamdan çıxdıqdan sonra qulaqcığın yerində olmadığını aşkar etmişdir. Hər yeri axtarıb qulaqcığı tapa bilməmiş və sonradan Farizin şəxsiyyət vəsiqəsilə yaşadıqları mənzildən çıxdığını biləndə fikirləşmişdir ki, qulaqcığı qardaşı Təqsirləndirilən şəxs oğurlayıb və şəxsiyyət vəsiqəsini götürərək satmağa aparıb. O «Airpods» markalı qulaqcığı 2019-cu ilin noyabr ayında «İrşad Telecom»dan 350 manata almışdır. «Airpods» markalı qulaqcığı yaşadıqları mənzilin özünə məxsus olan yataq otağında yerləşən rəfin üzərindən qardaşı Təqsirləndirilən şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə oğurlamasını görməmişdir. Həmin vaxt o, otaqda olmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində 350 manat məbləğində maddi ziyan dəymişdir. Yaşadıqları Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 17 saylı ünvanda yerləşən, 3 №-li mənzildə rəsmi qaydada hər hansı bir bölgü aparılmamışdır. Qardaşı Təqsirləndirilən şəxs yaşadıqları mənzildə yerləşən ona məxsus olan otağına onun icazəsi olmadan daxil olmasına o, qadağa qoymuşdur. Ona görə ki, qardaşı Təqsirləndirilən şəxs bir neçə dəfə xırda oğurluqlar etdiyinə görə yaşadıqları mənzildən çıxdıqda özünə məxsus olan yataq otağının qapısını kilidə daimi bağlayırmış. «Airpods» markalı qulaqcıq ona qaytarılsa da, qardaşı Təqsirləndirilən şəxs şikayətçidir. Çünki Fariz narkomaniyadan əziyyət çəkir, bu səbəbdən də oğurluqlar edərək əldə etdiyi pula narkotik alır. Anası Zərərçəkmiş şəxs2 Farizi bir neçə dəfə də müalicə etdirsə də, Fariz islah olunmayaraq əməllərini davam etdirir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzində yerləşən «Adelina» adlanan təbii xəzdən hazırlanmış üst geyim əşyalarının alqısatqısı ilə məşqul olan dükanı icarəyə götürüb işlədir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında dükanda olarkən satıcı işləyən Şahid4 ona yaxınlaşıb bir nəfər cavan oğlanın içəriyə daxil olub həyat yoldaşına məxsus bir ədəd qolsuz, qara rəngli, təbii xəzdən hazırlanmış gödəkçəni 700 manata satmaq istədiyini bildirmişdir. O, həmin şəxsi yanına dəvət edib satmaq istədiyi gödəkçəyə baxıb yoxladıqda həmin gödəkçənin geyinilmiş olduğunu görüb 400 manata ala biləcəyini demişdir. Təqsirləndirilən şəxs onun təklifini əvvəl qəbul etməmiş, lakin sonradan onun təklifi ilə razılaşmışdır. O, Təqsirləndirilən şəxs həmin gödəkçənin kimə məxsus olmasını soruşanda Təqsirləndirilən şəxs həmin gödəkçənin həyat yoldaşına məxsus olduğunu və pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxararaq özündə müvafiq qeydlər aparıb həmin gödəkçəni 400 manata almışdır. Bu hadisədən bir neçə gün keçdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun işlədiyi dükana gələrək Təqsirləndirilən şəxs tərəfindən satılan bir ədəd qolsuz, qara rəngli, təbii xəzdən hazırlanmış qadın gödəkçəsinin oğurluq yolu ilə əldə olması barədə ona məlumat vermişdirlər. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə aldığı qadın gödəkçəsi dükana gələn polis əməkdaşına könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs 400 manata aldığı gödəkçənin oğurluq olduğu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 qeyd etdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində menecer işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41 A saylı ünvanda yerləşən «By Telecom» dükanında olarkən bir nəfər cavan oğlan içəriyə daxil olub özünə məxsus olan bir ədəd «Airpods» markalı, qulaqçığı ona təqdim edərək həmin qulaqçığı 100 manata satmaq istədiyini bildirmişdir. O, tanımadığı şəxs tərəfindən təqdim edilmiş qulaqçığa baxıb yoxladıqda sağ qulaqçığın zəif işlədiyini aşkar edib həmin cihazı 50 manata ala biləcəyini sonuncuya bildirmişdir. Həmin şəxs onun təklifini ilkin olaraq qəbul etməmiş, lakin sonradan 55 manat təklif olunduqdan sonra qulaqçığı satmağa razılıq vermişdir. O, sonradan adını bildiyi Təqsirləndirilən şəxs həmin qulaqçığın kimə məxsus olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin qulaqçığın ona məxsus olmasını və pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxararaq özündə müvafiq qeydlər aparıb həmin cihazı 55 manata almışdır. Bu hadisədən bir neçə gün keçdikdən sonra polis əməkdaşları onun menecer işlədiyi dükana gələrək Təqsirləndirilən şəxs tərəfindən ona satılmış « Airpods » markalı qulaqçığın oğurluq yolu ilə əldə olması barədə məlumat vermişdirlər. Həmin tarixdə Təqsirləndirilən şəxs aldığı «Airpods» markalı qulaqçığı polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. xx xxxxxx 2020-cu il tarixdə menecer işlədiyi dükanda Təqsirləndirilən şəxs 55 manata aldığı bir ədəd «Airpods» markalı qulaqçığın qanunsuz yolla əldə olunması barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən « Park 20 Şopinq » ticarət mərkəzində yerləşən «Nokia Star» adlanan dükanda olarkən bir nəfər cavan oğlan içəriyə daxil olub özünə məxsus olan bir ədəd « İphone 7» markalı mobil telefon aparatını 250 manata satmaq istədiyini bildirmişdir. O, tanımadığı şəxs tərəfindən təqdim edilmiş mobil telefon aparatına baxıb yoxladıqdan sonra həmin cihazı 200 manata ala biləcəyini bildirmişdir. Həmin şəxs onun təklifini qəbul edərək dediyinə görə özünə məxsus olan «İphone 7» markalı **********78395 imey kodlu mobil telefon aparatını 200 (iki yüz) manata satmışdır. O, adını bildiyi Təqsirləndirilən şəxs həmin mobil telefonun kimə məxsus olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs həmin mobil telefon aparatını özünə məxsus olmasını və pula ehtiyacı olduğuna satdığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxararaq özündə müvafiq qeydlər aparıb həmin telefonu almışdır. Bu hadisədən təxminən beş gün keçdikdən sonra yəni xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşı işlədiyi dükana daxil olub özünü Səbail Rayon Polis darəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Süleymanlı kimi təqdim etmişdir. Həmin müstəntiq icarə əsasında işlətdiyi dükana xx xxxxxx 2019-cu il tarixdə ona mobil telefon aparatını satan Təqsirləndirilən şəxs ilə birlikdə gəlmişdir. Dükanda olarkən polis əməkdaşı ona məlumat vermişdir ki, mobil telefon aparatı Təqsirləndirilən şəxs tərəfindən qanunsuz yolla əldə olunaraq ona satılmışdır. Bundan sonra həmin polis əməkdaşı dükanda olan alış-veriş dəftərinə baxış keçirib orada sadə əl yazma formada yazılmış səhifənin surətini çıxartmışdır. Bundan başqa ona 200 manata « İphone 7 » markalı **********78395 imey kodlu mobil telefon aparatını xx.xx.2019cu il tarixdə satan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini də çıxarıb özü ilə götürmüşdür. O, həmin polis əməkdaşından yuxarıda qeyd olunan mobil telefonun aqibəti barəsində soruşduqda sonuncu ona gözləməyini bildirmişdir. Bunu əlavə etmişdir ki, son zamanlara kimi o, yuxarıda qeyd olunan « İphone 7 » markalı **********78395 imey kodlu mobil telefon aparatını işlətmədən özündə saxlamışdır. Lakin bir neçə ay bundan öncə yuxarıda qeyd olunan mobil telefon aparatı naməlum şəraitdə icarə əsasında işlətdiyi dükandan itmişdi. O, bu hadisəyə ciddi əhəmiyyət vermədiyi üçün bu barədə hüquq mühafizə orqanlarına itki barəsində məlumat verməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs « İphone 7 » markalı mobil telefonu satdıqda həmin cihazın qanunsuz yolla əldə olunması barədə məlumatı olmamışdır. Əgər onun bu barədə məlumatı olsaydı o, həmin mobil telefon aparatını əldə etməzdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4377 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş malların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədədistifadə olunmuş üzərində «Simpatiya Made in Greece» yazıları olan, qolsuz qara rəngli, təbii xəz dəri materialından hazırlanmış gödəkçə 250,0 manat və 1 ədəd istifadə olunmuş « Airpods » markalı simsiz qulaqcıq 150,0 manatmüəyyənolunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/1085 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd istifadə olmuş «İphone 7» markalı mobil telefonun orta bazar qiyməti nəzəri qaydada təxminən 350.00 manat, üzərində olan ***-***-**-** saylı GSM danışıq kartı 4,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 20002038 saylı cinayət işi başlanılmışdır. xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 20002038 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 20002038 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(009)-79/2020 saylı qərarından görünür ki, 20002038 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, 20002038 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən, həmin Məcəllənin 178.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qolsuz qara rəngli təbii xəzdən hazırlanmış “Simpatiya” markalı 2500 manata alınmış gödəkcə və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 350 manata alınmış “Airpods” qulaqcıq iş üzrə maddi sübut kimi tanınmış və müvafiq qaydadada sahibi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1152 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu “Narkomaniya xəstəliyi” aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alnması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2020-ci il tarixli xx/xx-4418 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xxxx-2019-xx.xx.2019-cu il tarixlərdə “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə müalicədə olmuşdur. Kompeks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 508 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs cinayət hadisələrini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, V.Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müəlicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntudan əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, 20002038 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən, həmin Məcəllənin 178.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 177.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və dəymiş ziyanın qismən aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 177.2.2 və 178.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzəaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs faktiki tutulduğu vaxtdan, xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X5 ekspert komissiyasının xx xxx 2020-ci il tarixli 1152 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, məhkəmə ekspertizasının xərcləri ümumilikdə 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd«Simpatiya »markalı qolsuz, qara rəngli, təbii xəzdən hazırlanmış gödəkçənin zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs2 və 1 ədəd «Airpods» markalı simsiz qulaqçığın zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 348-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci iltarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd«Simpatiya» markalı qolsuz, qara rəngli, təbii xəzdən hazırlanmış gödəkçənin zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Airpods» markalı simsiz qulaqçığın zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılmas ınəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X20 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-114/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-114/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver