Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-114/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 yanvar 2022-ci il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri Səbail rayonu M.Muxratov küçəsi ilə Əhməd Cavad küçələrinin kəsişməsində yeyləşən «Səadət sarayı»nın qarşısında olarkən sahibinin küçənin digər tərəfində «fotosesiya» işi ilə məşğul olduğunu görüb sarayın yan tərəfində, Əhməd Cavad küçəsində səkinin üzərində saxlanılan və içərisində zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 20 manat dəyərində mobil nömrə ilə işlədilən 1500 manat qiymətində **********24046 imei kodlu «İphone-ll» markalı və 20 manat dəyərində mobil nömrə ilə işlədilən 1850 manat qiymətində **********85060 imei kodlu «İphone-X» markalı mobil telefon cihazları və zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 170 manat dəyərində «YN-600» markalı fotoaparatın işıq fıləşi, 120 manat dəyərində «YN» markalı fotoaparatın işığının istifadəsi üçün olan avadanlığı, fotoaparatın 40 manat dəyərində «Eneloop» markalı 02 dəst batareyası, «Canon» markalı fotoaparatın 15 manat dəyərində «Lpe-6» markalı batareyası, «Ayfon-12» markalı mobil telefon cihazının 20 manat dəyərində 01 ədəd adapteri olan 50 manat dəyərində «Vanquard UP -RİSE 48» markalı fotokamera üçün çantanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3390 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs1 isə 415 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci il tarixdə, saat 15:30 radələrində «Səadət sarayı»nın qarşısında piyada hərəkətdə olarkən bəylə gəlinin fotosessiya etdiklərini, onlardan bir qədər aralıda zibil qutusu qoyulan yerin yaxınlılğında bir ədəd çantanın olduğunu görmüş və çantanı oradan götürərək uzaqlaşıb «Bulvar» istiqamətində hərəkət etmişdir. Bulvara çatdıqda çantanın böyük orta cibini açarkən, içərisində 1 ədəd fotoaparat üçün nəzərdə tutulmuş işıqlandırıcı və 2 ədəd həmin işıqlandırıcının batareyası olmasını görmüşdür. Sonra çanatnın digər ciblərinə baxdıqda sol yan cibində iki ədəd-birinin markası «İphone X», digərinin markası «İphone 11» olan mobil telefon cihazlarını aşkar etmişdir. Çanatadan götürdüyü mobil telefon cihazlarını cibinə qoymuş və 28 may metrostansiyası yaxınlığındakı telefon dükanları tərəfə getmişdir. Orada adını dəqiq bilmədiyi mobil telefon dükanında əvvəllər tanımadığı, satıcıya «İphone X» və «İphone 11» markalı mobil telefonlarını 250 manata satmışdır. Bundan sonra 28 May metrostansiyasının yaxınlığında, dəqiq ünvanını xatırlamadığı «foto aparat» dükanına gedərək çantadan aşkar etdiyi 1 ədəd fotoaparat işıqlandırıcısını və 2 ədəd həmin işıqlandırıcının batareyasını şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 25 manata satmış və əldə etdiyi ümumilikdə 275 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixdə oğurluq hadisəsində zərərçəkmiş şəxsə 3390 manat maddi ziyan dəyib. Zərərçəkmiş şəxs şikayətçidir, ziyanı ödənilməyib. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, foto çəkilişlə məşqul olur, Zərərçəkmiş şəxs2 hadisədən bir həftə əvvəl onunla danışaraq öz nikahı ilə bağlı çəkilişlər aparmasını demişdir. 22 yanvar 2022-ci ildə «Səadət sarayı»nın qarşısında olan zaman o özünə məxsus əl çantasına Mahmudun 2 ədəd mobil telefonlarını qoyub çantanı kənarda saxlamış və sonra Mahmudun nikah mərasimi ilə bağlı orada bir neçə dəfə fotoşəkillər çəkmişdir. Mahmudun fotoşəklini yolun əks tərəfində keçib çəkmək istədikdə, əl çantasının qoyduğu yerdə olmadığını görmüş və həmin vaxt ətrafda olan tanımadıqları şəxslərdən əl çantasını kim tərəfindən götürülməsi ilə bağlı soruşduqda orada olanlar bundan xəbəri olmadığını demişlər. Bu zaman «Sədət sarayı»na daxil olub çəkiliş kamerasına baxıb əl çantasının kim tərəfindən götürülməsini bilmək istədiklərini təklif etdikdə onlar bunu yalnız hüquq mühafizə orqanları edə biləcəyini demişlər. Bu səbəbdən də onlar Səbail RPİ-nin 9-cu Polis bölməsinə gedib bu barədə məlumat vermişlər. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 415 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilib, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 25 yanvar 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsində yerləşən «Səadət sarayı»nın inzibati binasının giriş qapısının qarşısında baş vermişdir. Hadisə yerinə zərərçəkmiş şəxsin iştirakı ilə baxış istintaq hərəkəti keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli “təqdim olunan maddi sübutların götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus iki ədəd mobil telefonları və zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus fotoaparata aid avadanlıqları oğurlayaraq satdığı ünvanlar müəyyən edilmiş və Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti-33 ünvanında fəaliyyət göstərən foto xidməti yerindən, həmin obyekti işlədən fiziki şəxs Şahid2 «Təqsirləndirilən şəxs Əzhliman oğlu özüm öz razılığımla YN 600 EX-RTfotoaparat spıçkasını 25 azn satdım heç bir narazılığım yoxdu özümə məxsusdu imza: imzanın özü tarix xx.xx.2022 il» sözləri əlyazma ilə yazılmış və bir tərəfində xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına olan AA******* nömrəli, 13L7NHB fərdi identifıkasiya nömrəli, xx.xx.2030-cu il tarixə qədər etibarlılığı olan şəxsiyyət vəsiqəsinin kserosurəti köçürülmüş vərəq, həmçinin «YN 600» markalı fotoaparatın 01 ədəd işıq fıkləşi götürülmüşdür. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli “təqdim olunan maddi sübutların götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus tünd boz rəngli «Vanquard UP -RİSE 48» markalı çantanı və çantanın içərisində olan istifadə olunmuş, üzərində «YONGNU YN600EX- RT» yazıları olan fotoaparatın qara rəngli işıq fıkləşini, 02 ədəd üzərində «YONGNU RF 603C 11» yazıları olan qara rəngli fotoaparat hissəsini, üzərində «Canon LP E6» yazıları olan 2 dəst batareyanı təqdim edərək həmin çantanı içində olan mobil telefon və fotoaparat avadanlıqları ilə birlikdə 22 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsində olan «Səadət sarayı»nın qarşısından səkidən götürdüyünü bildirmişdir. Həmin çanta ondan götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə, saat 21:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, 28 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 03 mart 2022-ci il tarixli “diskdəki görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə hadisə yerinə yaxınqlıqda quraşdırılmış kameradan götürülərək cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD-R diskdəki görüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ilkin səhifədəki görüntü 00:08 saniyə davam edir və sağ əlində tünd rəngli çanta, damağında siqaret, başında «çeçenka» papaq, yaşıl rəngə çalan kapşonkalı gödəkçə və göy rəngli cins şalvar olan Təqsirləndirilən şəxs oxşar şəxsin səki ilə qadınların sağ yanından keçməsi və piyada aşağı düşməsi görüntülənir, həmin vaxt onunla yanaşı sarı saçlı və əynində qara rəngli palto olan qadın da qarşıdan gedən qadıqların sol yanından keçib onunla eyni istiqamətdə gedir, onların getdikləri səki avtomobil yolu ilə qara rəngli dəmir hasarla çəpərlənmişdir; ikinci səhifə də 00:08 saniyə davam edir, 1-ci səhifədəki görüntüdəki geyimdə olan Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmış avtomaşınların yanı ilə küçə ilə aşağı düşür və sağ əlində tutduğu çantanın ciblərini üst hissədən sol əli ilə yoxlayır, 1-ci səhifədə olan sarı saçlı qadın da onunla görünür; üçüncü səhifə 00:29 saniyə davam edir, əvvəlki səhifələrdə olan geyim və çantada olan Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmış avtomaşınların yanından keçərək yolla aşağı düşür və gedə-gedə sağ əlində tutduğu həmin çantanın ciblərini sol əli ilə üstdən yoxlayır. Əvvəlki görüntülərdə olan sarı saçlı, qara paltolu qadın onun qarşısı ilə piyada eyni istiqamətdə düşür və görünüş vaxt bir dəfə çevrilib ona baxır, sonra da hərəkətini davam etdirir. Görüntülər başlayanda görüntünün yuxarı hissəsində vaxt 2022-01-22 03:45:50, görüntünün sonunda isə 03:46:07 görünür; dördüncü səhifədəki görüntülər 00:21 saniyə davam edir, əvvəlki görüntülərdə olan geyim və görkəmdə Təqsirləndirilən şəxs oxşar şəxs küçə ilə aşağı enərkən qarşıda gedən 2 qadının sağ yanlarından ötüb qabağa keçir, onunla eyni istiqamətdə gedən sarı saçlı, qara paltolu qadın da qadınların solundan keçib qabağa keçir və sonra hərəkət istiqamətində sağa dönür, təqsirləndirilən şəxs R.Ə,Novruzova oxşar şəxs də həmin qadının arxası ilə sağ dönüb kameranın görünüş bucağından itirlər; beşinci səhifədəki görüntülər 00:12 saniyə davam edir, ekranın yuxarı hissəsində qara hərflərlə 1-22-2022 04:03:07 PM vaxtı görünür, həmin görüntüdə Təqsirləndirilən şəxs oxşar şəxs əvvəlki geyim formasında kürəyində çanta yeraltı keçiddən çıxaraq pilləkənlərlə yuxarı qalxır və yuxarı çıxdıqdan sonra da sola dönüb kameranın görünüş bucağından itir; altıncı səhifədəki görüntülər 00:11 saniyə davam edir və orada da əvvəlki geyimdə olan Təqsirləndirilən şəxs oxşar şəxsin kürəyində çanta tutmaqla yeraltı keçidə pilləkənlərlə düşməsi görüntülənir. Görüntülərə baxış keçirdikdən sonra disk kompüterin disklər üçün yuvasından çıxarılıb öz qabına qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli “diskdəki görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə BNA "xxxx" MMC-dən götürülmüş və Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətdikdən sonra marşrut avtobusla getməsinin görüntüləri köçürülmüş 01 ədəd diskdəki görüntülərə keçirilmiş və müəyyən olunmuşdur ki, birinci səhifədə "xxxx" MMC-yə məxsus sərnişin avtobusunun yalnız qarşı hissəsinin görüntüləri göstərilir və 20 dəqiqə davam etməklə həmin səhifədə istintaq üçün maraqlı ola biləcək fakt aşkar edilməyib; ikinci səhifə 20 dəqiqə davam etməklə avtobusun qabaq qapı və sürücü əyləşən hissəni göstərir, ilk görünüşdə avtobus dayanacaqda dayanır və qabaq qapı açılmaqla xx/xx/2022, saat 16-75-07-ds dayanacaqdan qabaq qapıdan avtobusa iki kişi daxil olaraq kartlarını aparata göstərir və arxa tərəfə keçirlər, onlardan biri başında günlüklü papaq olmaqla nisbətən yaşlı şəxsdir, ikinci isə sol əlindəki xaki rəngli çanta tutan yaşıl rəngli kapşonkalı gödəkçə geyinmiş başı açıq və xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsdir, onlar avtobusun arxa tərəfinə keçdiklərindən qalan hərəkələri görünmür; -üçüncü səhifə avtobusun orta hissəsini göstərir, həmin görüntüdə saat 16:25:14-də əvvəlcə günlüklü papaqda olan şəxs, onun ardınca isə Təqsirləndirilən şəxs oxşar şəxs əlində həmin çanta avtobusun orta hissəsindən arxa hissəyə keçməsi görüntülənir, avtobusun arxa tərəfi görünmədiyindən şəxmin şəxsin hara keçməsi həmin səhifədə görünmür, avtobusun oturacaqlarında başqa sərnişinlər də vardır. Həmin səhifə də 20 dəqiqə davam edir; -dördüncü səhifə avtobusun orta qapıdan qabaq hissəsini göstərir, həmin səhifə də 20 dəqiqə davam edir və Təqsirləndirilən şəxs oxşar şəxsin əlində çanta, ağzında maska başı açıq halda qarşıdan orta hissənin görünüş bucağına qədər gəlməsi görüntülənir; -beşinci səhifə avtobusun salonunun arxadan orta və qabaq hissəsindəki görüntüləri göstərir, saat 16:25:20-də Təqsirləndirilən şəxs oxşar şəxs əlində çanta olmaqla avtobusun orta hissəsindən keçib arxa hissədə, sürücünün arxası tərəfdən iki nəfərlik oturacağın sağ hissəsində oturur, saat 16:29:25-də isə oturduğu oturacaqdan duruö həmin tuşda, orta qapı tərəfdə olan iki nəfərlik oturacağın sol tərəfində oturur, həmin çanta da əlindədir, saat 16:32:29-da həmin oturacaqdan durub ayaqüstə orta qapının qarşısında gözləyir və saat 16:32:40-da avtobus dayanacaqda dayananda o avtobusun orta qapısından düşür, düşərkən də çanta əlindədir; -altıncı səhifədə avtobusun keçdiyi yol arxa tərəfdən görüntülənir və görüntülərdə istintaq marağı kəsb edən görüntülər aşkar edilmədi; -yeddinci səhifədə avtobusun sağ tərəfdən orta və arxa qapıdan sərnişinlərin düşmələri görüntülənir, saat 16:32:40-da avtobus dayanacaqda dayanır və 16:32:43-də Təqsirləndirilən şəxs oxşar şəxs avtobusun orta qapısından düşərək əlində çanta dayanacağa tərəf gedir və daha sonra hara getməsi kameranın görünüş bucağına düşmədiyinə görə bilinmir; -səkkizinci səhifədə avtobusun sağ arxa tərəfi ilə hərəkət edən avtomaşınlar görüntülənir və həmin görüntülərdə istintaq marağı kəsb edən faktlar aşkar edilməyib. Görüntülərə baxış keçirdikdən sonra disk kompüterin disklər üçün yuvasından çıxarılıb öz qabına qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, «Səadət sarayı»nın giriş qapısının sol tərəfini, Əhməd Cavad küçəsinin səkisini göstərib 22 yanvar 2022-ci il tarixdə məhz həmin yerdə içərisində iki ədəd mobil telefonlar və fotoaparat ləvazimatları olan çantanı orada gördüyünü, həmin vaxt çanta və içindəkilərin məxsus olduğu şəxslər kənarda fotosesiya etdikləri üçün çantadan uzaq olduqlarından onu görmədiklərini bilib oğurladığını bildirmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 05 iyul 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Novruzov X3 rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı ilə 05 ay 13 gün vaxtından əvvəl şərti azad olunub və 25 avqust 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2022-ci il tarixli, 9/1201 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mallar: istifadədə olmuş, qara rəngli, təxminən 33x50sm ölçüdə, üzərində «Vanquard UP -RİSE 48» yazıları olan fotokasera üçün çanta 50 manat, istifadədə olmuş, üzərində «YONGNU YN600EX-RT» yazıları olan, Çin istehsallı, qara rəngli hər tərəfə dönə bilən başlıq 1 ədəd 120 manat; istifadədə olmuş, üzərində «YONGNU RF 603 C 11» yazıları olan, Çin istehsallı, qara rəngli fotoaparat hissəsi 2 ədəd(l cüt), biri 30 manatdan cəmi dəyəri 60 manat; istifadədə olmuş, üzərində «Canon LP E6» yazıları olan Çin istehsallı batareya 15 manat; nəzəri qaydada çantasının içərisində olan «YN 600» markalı fotoaparatın işıq fıkləşi, YN markalı aparatın işığını istifadəsi üçün avadanlıq aydın olmadığından qiymətsizdir; istifadədə olmuş «Eneloop markalı batareya 2 dəst cəmi qiyməti 40 manat; istifadədə olmuş «İppone-12» markalı mobil telefonun adapteri 1 ədəd 20 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş 04 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 245 manat müəyyən olunur. Nəzəri qaydada 02 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 60 manat müəyyən olunur. Digər 02 adda mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istismar müddəti, təyinatı və s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 30 mart 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş «Vanquard UP -RİSE 48» yazıları olan fotokasera üçün çanta, «YONGNU YN600EX-RT» yazıları olan, Çin istehsallı, qara rəngli hər tərəfə dönə bilən başlıq, 02 ədəd «YONGNU RF 603C 11» markalı, Çin istehsallı, qara rəngli fotoaparat hissəsi, «Canon LP E6» markalı Çin istehsallı batareya, görüntülərlə olan "xxxx"dan götürülmüş 01 ədəd disk, həmçinin Təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerindən uzaqlaşması görüntüləri ilə olan 01 ədəd «CD-R» diski maddi sübut hesab edilməsi, çanta və fotoaparat avadanlıqlarının zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması, disklərin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı Şəhər Səbail rayon məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(009)-114/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Həmin qərarın 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və 24 iyul 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 22 (iyirmi iki) gün müddət, yəni 01 (bir) ay 24 (iyirmi dörd) gün bir günə iki gün hesablanaraq 03 (üç) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq götürülmüş «Vanquard UP -RİSE 48» yazıları olan fotokasera üçün çanta, «YONGNU YN600EX-RT» yazıları olan, Çin istehsallı, qara rəngli hər tərəfə dönə bilən başlıq, 02 ədəd «YONGNU RF 603C 11» markalı, Çin istehsallı, qara rəngli fotoaparat hissəsi, «Canon LP E6» markalı Çin istehsallı batareyanın zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və 24 iyul 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 22 (iyirmi iki) gün müddət, yəni 01 (bir) ay 24 (iyirmi dörd) gün bir günə iki gün hesablanaraq 03 (üç) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan «Vanquard UP -RİSE 48» yazıları olan fotokasera üçün çanta, «YONGNU YN600EX-RT» yazıları olan, Çin istehsallı, qara rəngli hər tərəfə dönə bilən başlıq, 02 ədəd «YONGNU RF 603C 11» markalı, Çin istehsallı, qara rəngli fotoaparat hissəsi, «Canon LP E6» markalı Çin istehsallı batareyanın zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 252 (iki yüz əlli iki ) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-114/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-114/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver