Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-114/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 17 avqust 1990-cı ildə Şuşa şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsili, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, hal-hazırda barəsində Suraxanı rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, ibtidai istinaq zamanı toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, elektron məlumat daşıyıcısı olan bank kartının məlumatlarından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərəçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 17 noyabr 2021-ci il tarixdə saat 17 radələrində “Tap.az” internet saytında telefon satmaq üçün elan yerləşdirmiş Şahid2 zəng vuraraq ondan telefonu almaq istədiyini və telefonun pulunu kart vasitəsi ilə ödəyəcəyini demiş, sonuncu tələbə yoldaşı Şahid1 atası Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan Azərbaycan Kapital Bankına aid **********573672 nömrəli plastik kartın fərdi məlumatlar olan fotoşəklini “Whatsapp” tətbiqi proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdikdən sonra sonuncu öz mobil telefonunda “E-pul.az” saytı vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus kartın hesabından vahid niyyətlə hissə-hissə olmaqla ümumilikdə 3120 (üç min yüz iyirmi) manat pulu istintaqla müəyyən edilməyən tanışına məxsus "xxxx" ASC-yə aid kartın hesabına köçürmüş, sonra həmin pul vəsaitini ünvan 5 ünvanında olan Azərbaycan Beynəlxalq bankına məxsus bankomatdan çıxarıb nağdlaşdıraraq ələ keçirib Zərərçəkmiş şəxs 3120 (üç min yüz iyirmi) manat miqadarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə Binəqədi rayonunda hosteldə çay içərkən öz mobil telefonu ilə internetdəki alqı-satqı elan saytlarından birində elanlara baxırmış. Həmin vaxt “Tap.Az” internet saytında mobil telefonun satıldığı elanına rast gəlmişdir. O, həmin elanda olan hazırda xatırlamadığı mobil nömrəyə zəng edərək tanımadığı bir nəfər oğlanla danışmış və mobil telefonu almaq istədiyini bildirmişdir. Lakin onun məqsədi mobil telefonu almaq deyil, göndərəcəyi bank kartının şifrəsini öyrənməklə həmin kartın hesabından pulu çıxarmaq olmuşdur. Belə ki, həmin vaxt pula ehtiyacı olduğu üçün bu cür fikirləşmişdir. O, həmin şəxsdən harada olduğunu soruşduqda Şəki şəhərində olduğunu bildirmişdir. O, həmin şəxsə Bakı şəhərində olduğunu və pulu onun bank hesabına yükləyəcəyini bildirmişdir. Daha sonra demişdir ki, pulu göndərdikdən sonra aldığı mobil telefonu Bakı şəhərinə göndərsin. Həmin şəxs isə razılaşmışdır.Daha sonra o, həmin şəxsdən pul yükləyə biləcəyi bank kartının ön və arxa hissələrinin şəklini çəkib ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə göndərməsini xahiş etmiş, həmin şəxs razılaşmışdır. Daha sonra həmin şəxs ona "xxxx" ASC-yə aid kartın şəkillərini göndərmişdir. O, həmin kartın məlumatlarından istifadə edərək hesabdan 10 manat məbləğində pul çəkib istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin balansına kontur yükləmişdir.Daha sonra göndərdiyi həmin kartda pul olmadığı üçün o, həmin şəxsə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə səsli mesaj ataraq həmin kartın işləmədiyini bildirib, başqa bank kartı göndərməsini xahiş etmişdir. Bundan sonra o, artıq hosteldən çıxmış və kirayə yaşadığı Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsindəki ünvana gəlmişdir. Sonra həmin şəxs dostunun atasına məxsus "xxxx" ASC-yə aid bankomat kartının hər iki tərəfinin şəklini çəkib ona göndərmişdir. Bundan sonra o, “E-pul” saytına daxil olmuş və həmin şəxsdən təhlükəsizlik kodunu öyrəndikdən sonra həmin saytda platforma vasitəsi ilə bank kartının balansından hissə-hissə olmaqla ümumilikdə 3120 manat məbləğində pulu həmin vaxt müvəqqəti tanış olduğu və hazırda anket məlumatlarını xatırlamadığı xanıma məxsus "xxxx" ASC-nin kartına köçürmüşdür. Belə ki, həmin kart onun özündə olmuşdur. Bir neçə dəqiqə sonra yaşadığı ünvan 5 ünvanının yaxınlığında yerləşən marketin yanında quraşdırılmış "xxxx" ASC-nin terminalına kartı daxil etməklə birdəfəyə həmin pul məbləğini əldə edib şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu Şahid1 2021-ci ilin sentyabr ayından Şəki şəhərində yaşayır və X7 Kollecinin 1 -ci kursunda təhsil alır. xx.xx.2021-ci il tarixdə saat təxminən 17:00 radələrində ünvan 7 ünvanındakı yaşadığı mənzildə olan zaman oğlu Şahid1 ona zəng etmiş və ona tələbə yoldaşının qohumunun həmin tələbə yoldaşına pul verməsindən ötrü onun istifadəsində olan bank kartından istifadə etdiyini və onun mobil telefonuna bank tərəfindən ismarıcla göndəriləcək kodu deməyini xahiş etmişdir. Bundan bir qədər sonra onun ***-***-**-** saylı mobil nömrəsinə "xxxx" ASC tərəfindən ismarıcla hazırda xatırlamadığı kod gəlmiş və o, Cahangirə zəng edib həmin kodu demişdir. Bir neçə dəqiqə sonra onun ***-***-**-** saylı mobil nömrəsinə ona məxsus "xxxx" ASC plastik kartından pul çıxarılması barədə ismarıc gəlmişdir. Beləliklə də o, mobil telefonuna gələn ismarıcların məzmunundan müəyyən etmişdir ki, ona məxsus "xxxx" ASC-nə aid plastik kart hesabından bir neçə dəfəyə olmaqla ümumi 3120 manat pul talanıb. Həmin vaxt o, Cahangirə zəng etmiş və bu barədə bildirmişdir. Sonra oğlu Şahid1 Şəki RPŞ-yə ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ona məxsus olan və balansından pul çıxarılan kart "xxxx" ASC-yə aid **********573672 nömrəli plastik kart olmuş və hesabında ümumilikdə 3855 manat məbləğində pul olmuşdur. Həmin puldan yalnız 735 manatını oğlu Şahid1 çıxarmışdır. O, kartından 3120 manat pul çıxarılmasını 17 noyabr 2021 -ci il tarixdə yaşadığı ünvan 7 ünvanında olan zaman mobil telefonuna gələn ismarıcla aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021 -ci ilin sentyabr ayından Şəki şəhərində yaşayır və X7 kollecinin 1-ci kursunda təhsil alır. Şahid2 ilə bir qrupda oxuyur və kollecdə təhsil almağa başladığı vaxtdan bir birlərini tanıyırlar.Münasibətləri həmişə mehriban olub. 17 noyabr 2021 -ci il tarixdə təxminən saat 13:00 radələrində Şahid2 ona yaxınlaşıb boş, yəni hesabında pul olmayan Bank kartı olub- olmadığını soruşmuşdur. O, da boş kartı olduğunu bildirmiş və Ağayara tələbə təqaüd kartını vermişdir. Təxminən 2 saat keçdikdən sonra Ağayar onun yaşadığı evə gəlib bildirmişdir ki, onun verdiyi kart aktiv deyil, başqa boş kartının olub-olmamasını soruşmuşdur. O, da bildirmişdir ki, var ancaq atasının kartıdır. Ağayar özünə pul yollayacaqlarını bildirib buna görə Bank kartının şəkilini çəkib göndərmək lazım olduğunu demişdir. Həmin vaxt o, kömək etmək məqsədi ilə atası Zərərçəkmiş şəxs məxsus olan Bank kartını Ağayara vermiş, Ağayar həmin kartın hər iki üzünün şəkilini çəkib onun telefonu ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə özünün tanışı olduğunu bildirdiyi, tanımadığı şəxsin ***-***-**-** saylı nömrəsinə göndərmişdir. Ağayar onun telefonu ilə həmin tanımadığı şəxsə Whatsapp sosial şəbəkəsində yazaraq, həmin karta pul yükləməsini xahiş etdikdə, həmin şəxs səs yollayaraq Ağayardan kartın təsdiq kodunu istəmişdir. Həmin danışıqlar Whatsapp sosial şəbəkəsi vasitəsilə olduğu üçün o, səsləri eşidirmiş. Həmin vaxt o, atasına zəng edib mobil telefonuna gələn ismarıcda qeyd edilən, Kapital Banka aid olan plastik kartıyla bank əməliyyatı edilməsinə icazə verən təsdiq kodunu istəmişdir. Atası da telefonda həmin kodu ona demişdir. O, kodu Ağayara demişdir. Ağayar da həmin kodu Whatsapp vasitəsilə yazaraq həmin tanışına göndərmişdir. Həmin şəxs səs yollayaraq Ağayardan başqa kod istəmiş və bildirmişdir ki, göndərilən kod ilə pul göndərmək olmur. Həmin vaxt atası Seymur ona zəng edib demişdir ki, “siz nə iş görmüsüz mənə meşajlar gəlir ki, kartımdan pul çıxır”. Həmin vaxt Ağayar onun mobil telefonu ilə həmin şəxsə zəng etmək istədikdə, həmin şəxsin ***-***-**-** saylı nömrəsinə zəng çatmadığından danışa bilməmişlər. UMİCO mobil tətbiqi vasitəsi ilə plastik kartın hesabına baxdıqda 2.000 min manatın olduğunu görmüşlər və qalıq pulu çıxarmaq üçün dərhal Kapital Bank terminalına getmişlər. Həmin vaxt terminala çatanda kartda cəmi 735 (yeddi yüz otuz beş) manat pulun qaldığını görmüşlər və həmin pulu çıxarmışlar. Sonra kart hesabının sıfır olmasını görmüşlər. O, Ağayardan nə etdiyini soruşduqda, Ağayar heç bir söz deməmiş və həmin şəxsin telefonunu yığmışdır, lakin həmin nömrəyə zəng çatmamışdır. Daha sonra atası zəng edib bildirmişdir ki, özündə olan plastik kartın hesabındakı pulun 2.000 manatı onun istifadəsində olan plastik karta köçürülüb, həmin puldan 1.855 manatı isə öz istifadəsində olan kart hesabından çıxarılıb və o, hesabladıqda görmüşdür ki, atası Zərərçəkmiş şəxs məxsus plastik kartdan ümumilikdə 3.120 manat məbləğində pul çıxarılıb. Bundan sonra o, X8 ərziə ilə müraciət etmişdir Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin sentyabr ayından Şəki şəhərində yaşayır və X7 kollecində 1-ci kurs tələbəsidir. Şahid1 ilə bir qrupda oxuyur və həmin vaxtdan bir birlərini tanıyırlar. Münasibətləri həmişə yaxşı olmuşdur. 17 noyabr 2021 -ci il tarixdə onunla bir qrupda oxuyan Şahid1 yaxınlaşmış və boş bank kartı olub-olmadığını soruşmuşdur. Ona görə ki, o, internetdə telefon satmaq üçün elan yerləşdirmiş və bir nəfər şəxs onunla danışıb telefonu almaq istədiyini və pulu karta yükləyəcəyini demişdi. Cahangir də olduğunu bildirmişdir. O, Cahangirdən boş tələbə kartını almış, internetdə tanış olduğu özünü Qazi Yusif kimi təqdim edən şəxsə göndərmişdir. Həmin şəxs ona telefon vasitəsilə bildirmişdir ki göndərdiyi kart aktiv deyil başqa kart varsa göndərsin. O, da başqa kartı olmadığını bildirmişdir. Sonra o, Cahangirin tələbə kartını qaytarmağa getmişdir. O, Cahangirdən başqa kartın olub olmamasını soruşmuş, Cahangir ona başqa kartın olduğunu və atasına məxsus olduğunu bildirmişdir. O, həmin vaxt Cahangirdən Bank kartını alıb Cahangirin telefonu ilə kartın şəklinin hər iki üzünü çəkib internetdə tanış olduğu Qazi Yusif kimi tanıdığı şəxsə göndərmişdir. Qazi Yusif kimi tanıdığı şəxs ona demişdir ki, pulu göndərir, təsdiq kodu gələcək və ondan telefon nömrəsi istəmişdir. O, da demişdir ki, göndərdiyi kart onun dostunun atasının adınadır. Həmin şəxs bildirmişdir ki, kartın sahibi ilə əlaqə saxlayar, təsdiq kodunu ona deyər . Həmin vaxt onun yanında olan Cahangir onun telefonu ilə atası Seymura zəng etmişdir ki, kartın kodunu istəsin. Seymur da kartın kodunu vermiş və kartın kodunu həmin şəxsə göndərmişdir. Sonra ona demişdir ki, pul göndərirəm lakin pul köçmür yenidən kodu göndərin. Həmin vaxt Cahangirin atası Seymur zəng etmişdir ki, ona mesaj gəlib ki kartdan pul çıxarılıb. O, Cahangirdə olan atasına məxsus olan karta baxdıqda görmüşdür ki, boş karta 3800 manat pul yüklənmişdir. Sonra UMİCO proqram vasitəsilə o, karta daxil olduqda görmüşdür ki, kartda olan məbləğ çıxarılıb. Sonra Cahangirin atası Seymur zəng etmişdir ki, siz nə iş görmüsüz pullar kartdan çıxarılır. Təzədən proqrama daxil olub yenilədikdə kartda 2000 manat pulun olduğunu görüb dərhal "xxxx" ASC-yə aid olan Bankomata getmiş və Bankomata kartı salıb baxdıqda 735 manat pulun qaldığını görmüşlər və həmin məbləği çıxarmışlar. Sonra internetdə tanış olduğu Qazi Yusifə səsli zəng etmiş və pulun harada olmasım soruşmaq istəsə də nömrənin bağlı olduğu müəyyən olunmuş və onlar aldandıqlarını bilib X8 müraciət etmişlər. O, həmin şəxslə heç vaxt üz-üzə görüşməmiş yalnız internet vasitəsilə tanış olmuşdur. Həmin şəxs özünü Qazi Yusif kimi təqdim etmişdir. Həmçinin Şahid2 məhkəməyə teleqram ilə müraciət edərək, tələbə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş “ambulator məhkəmə psixiatrik” ekspertizanın 05 yanvar 2023-cü il tarixli 4806 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Resublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş 16 noyabr 2022-ci il tarixli maddi ziyanın könüllü ödənilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs atası X3, istintaqa maddi ziyanın ödənilməsi üçün 3120 manat pul vəsaitini təqdim etmiş və həmin pul vəsaiti Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. “Şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 noyabr 2022-ci il tarixli qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 14 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİnin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq Binəqədi RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. 16 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan seçilməsi” haqqında qərarlara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış Təqsirləndirilən şəxs barəsində məhkumluq haqqında arayışdan görünür ki: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 160 saat ictimai işlər cəzasına məhkum olunmuş və xx.xx.2008-ci il tarixdə həmin cəzanı çəkib qutarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022ci il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-51/2023, 04 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Maddi ziyanın könüllü ödənilməsi haqqında 16 noyabr 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs atası X3 istintaqa maddi ziyanın ödənilməsi üçün 3120 manat pul vəsaitini təqdim etmiş və həmin pul vəsaiti Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı 01 fevral 2023-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, hazırda barəsində elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talaması ilə bağlı cinayət işinin olması və həmin iş üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs gənc olmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını və vurmuş olduğu ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bakı Probasiya İdarəsinin 05 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər məhkəməsinin 14 dekabr .2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası, Təqsirləndirilən şəxs tərəfindən İdarəyə gəlib qeydiyyatdan keçilmədiyi üçün hələ də icra olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu səbəbdən, məhkəmə, Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək, 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəlinin 01 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-51/2023, 04 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçildiyi nəzərə alınmalı və hökm qanuni qüvvəyə mindiyi günədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.31-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 66.5-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün azadlıqdan məhrum etmə cəzası bərabər tutulmaqla hazırki hökmlə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək, 14 noyabr 2022ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 avqust 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-51/2023, 04 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri "xxxx"-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-114/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-114/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver