Məhkəmə qərarları › İş №1(009)-115/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-115/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-115/2020 20.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə saat 10:35-də xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənmiş, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəb dalanı ev 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, bir ədəd səffaf selofan bükümdə təmiz çəkisi 6,110 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və bir ədəd şəffaf seloffan paketdə təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, bir ədəd bükümdəki narkotik vasitə tiryəki əynindəki qara rəngli şalvarının sağ yan cibində,bir ədəd paketdəki narkotik vasitə qurudulmuş marixuananı əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mubarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Səbail rayonu ərazisində, Bakı-Salyan şossesində, Bibiheybət məscitinin yaxınlığında, yol kənarında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb, DİN-in Baş Narkotiklərlə Mubarizə İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibində həmin bir ədəd səffaf selofan bükümdə təmiz çəkisi 6,110 qram olan maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və əynindəki qara rəngli gödəkçənin sol iç cibində həmin bir ədəd şəffaf seloffan paketdə təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 2014-cü ilin sentyabr ayında Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib bitirdikdən sonra azadlıqda olarkən hərdən narkotik vasitə çəkərək qəbul edib, qəbul etdiyi narkotik vasitələri tanımadığı şəxslərdən müxtəlif qiymətə almışdır. xx xxxx 2020-ci il tarixdə səhər üstü o, şəxsi işi ilə əlaqədar olaraq Sabirabad rayonu getmiş, həmin günü saat 14 radələrində Bakı şəhərinə dönmək üçün rayonun şəhər istiqamətində gedən avtobus dayanacağında olarkən, orada təsadüfən bir nəfər orta yaşlı ilk dəfə gördüyü bir oğlanla tanış olmuş, həmin şəxslə söhbət zamanı sonuncu narkotik maddələr, təxminən 120 qram çəkidə marixuana və təxminən 6-7 qram çəkidə tiryək olmasını, həmin narkotik vasitələri birlikdə cəmi 1200 manata satmasını bildirərək ona təklif etmiş, o, narkotik vasitə qəbul edən olduğu üçün həmin şəxslə razılaşıb bir selofan torbada marixuananı və bir büküm tiryəki alaraq avtobusla Bakı şəhərinə dönmüşdür. Sonra xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Bakı-Salyan şossesində yol kənarı ilə Bibiheybət məscidinin yaxınlığında olub piyada evinə tərəf gedərkən, ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşıb özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib vəsiqələrini təqdim etməklə, onu keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin İdarədə xidməti otaqda ona hüquq və vəzifələrini izah etməklə hüquqlarıı müdafiə etmək üçün vəkillə təmin etdikdən sonra, onun narkotik vasitələrin saxlaması və daşımasında şübhəli bilərək şübhəli şəxs qismində tutmaqla, onun üstünə video çəkiliş aparmaqla vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirməklə, üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması haqda soruşaraq, belə əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir büküm tiryəki, daha sonra əynindəki qara rəngli gödəkçənin sol yan iç cibində, şəffaf selofanda olan bir büküm marixuananı, həmçinin üstündə gəzdirdiyi özünə məxsus ***-***-**-** və ***-***-**-** nömrələrlə istifadə etdiyi “Samsung” markalı mobil telefonu və adına olan şəxsiyyət vəsiqəsini, özünə aid 30 manat pulu təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükümdəki tiryək və bir büküm marixuana olması müəyyən edilmiş, sonra həmin narkotik maddələr olan hər iki büküm zərfə qoyulub möhürlənmişdir. Üzərində aşkar edilmiş “Samsunq”markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün protokolla götürülmüş, 30 manat pul isə ona qaytarılmışdır. Sorğular zamanı o, polis əməkdaşlarına aşkar edilmiş narkotik tərkibli maddələrin bükümləri özünə aid olmasını həmin günü yəni xx xxxx 2020-ci il tarixdə, Sabirabad rayonunda üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə tiryəki və marixuananı cəmi 1200 manat pul verib almasını bildirmişdir. Polis əməkdaşları üstünə əlavə baxış keçirərkən,onun təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir.Sonra polis əməkdaşı onun üzərində şəxsi axtarış aparılması, narkotik tərkibli tiryək və marixuana kütləsini aşkar edib qablaşdıraraq götürülməsi barədə protokol tərtib etmiş, protokolun düzgünlüyünü o, müdafiəçi və digər polis əməkdaşları tərəfindən imza edilmişdir. Etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətinaçılmasındafəalköməketməsinin, himayəsində iki azyaşlı uşağınınolmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1‑ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, BNMİ-nə Bakı şəhəri,Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, ev 8-də qeydiyyatda olan və yaşayan, xx xxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu ərazisində narkotik tərkibli maddələrin qanunsuz əldə edib üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs müəyyən edib ifşa etmək məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün xx xxxx 2020-ci il tarixdə,DİN-nin BNMİ-nin rəisi polis polkovniki İslam Hümbətov tərəfindən onun rəhbəliyi ilə və Baş İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupunun yaradılması barədə əmr imzalamış, həmin əmr əsasında onun tərəfindən eyni tərkibdə əməliyyat-qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar İdarə rəisi tərəfindən təsdiq edilmişdir. Sonra onun rəhbərlik etdiyi əməliyyat qrupu xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət məscidin yaxınlığında, Bakı-Salyan soşesi 4 saylı ünvanın qarşısında, zahiri görünüşü əvvəlcədən əməliyyat qrupuna məlum olan Təqsirləndirilən şəxs müəyyən edib yaxalanılmış, həmin şəxs özünü Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli küçəsi dalanı, ev 8-də qeydiyyatda olmaqla yaşayan, xx xxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını təsdiq etmiş, bu zaman o, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhə edilməsi və bununla bağlı əməliyyat tədbiri keçirilməsini bildirib, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, sonuncu etiraz etmədən BNMİ-nin inzibati binasına gəlmişdir. Baş İdarədə o, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə raportla məruzə etmiş, fakla bağlı müvafiq araşdırma və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair müvafiq qərar qəbul edilməsi İdarənin təhqiqat qrupunun təhqiqatçısı polis baş leytenantı Şahid3 tapşırılmışdır. Bundan sonra təhqiqatçı Şahid3 Təqsirləndirilən şəxs hüquqla-rını müdafiə etməsi üçün vəkillə təmin edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmaqla, hüquq və vəzifələri izah etmiş, sonra isə əməliyyat-axtarış tədbirinin iştirakçılarının əməliyyat müvəkkili Şahid2 və Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi İlqar Musayevin iştirakları ilə videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılmasına dair qərar qəbul etmiş, həmin qərarla Təqsirləndirilən şəxs və müdafiəçini tanış edilmiş, sonra da Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə tiryəkə oxşar maddəni, daha sonra üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf selofan paketdə narkotik tərkibli maddə marixuanaya bənzər kütləni, üzərində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung A10" markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki şalvarın arxa cibindən isə 30 manat pulu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə əlavə şəxsi axtarış aparıldıqda əhəmiyyət kəsb edən əşya, predment və maddə aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş 30 manat pul özünə geri qaytarılmışdır. Sonra təhqiqatçı Şahid3 bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryəkə oxşar maddə bir ədəd şəffaf selofan paketdə olan narkotik tərkibli maddə marixuanaya bənzər kütlə müəyyən edilmiş, həmin iki ədəd büküm çəkildikdən sonra zərfə qoyulub möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Sorğular zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd paketdəki marixuanaya bənzər və bir bükümdəki tiryəkə bənzər kütlələrin özünə məxsus olmasını, kütlələri həmin günü yəni xx xxxx 2020-ci il tarixdə Sabirabad rayonu ərazisində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən cəmi 1.200 manata almasını bildirmişdir. Sonra narkotik maddələrə oxşar kütlələrin və mobil telefonun götürülməsi barədə təhqiqatçı N.Abuşurlu tərəfindən protokol tərtib edilmiş və protokol ucadan oxunmuş, protokolun düzgünlüyü Təqsirləndirilən şəxs, müdafiəçisi, onun və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra faktla bağlı toplanmış material aidiyyətiı üzrə istintaqa göndərilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməkdaşı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, o, Baş İdarədə xidmətdə olarkən, Baş İdarənin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli dalan,ev 8-də qeydiyyatda olan və yaşayan, xx xxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri,Səbail rayonu ərazisində narkotik tərkibli maddələrin qanunsuz əldə edib üzərində gəzdirməsi və istifadə etməsi barədə əldə etdikləri əməliyyat məlumatı əsasında, Baş İdarənin rəisinin təsdiq etdiyi qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılıb İdarəyə gətirilərək rəhbərliyə raportla məruzə edilmişdir. Baş İdarənin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, faktla bağlı müvafiq material toplanması qərar qəbul edilməsi İdarənin rəisi tərəfindən ona həvalə edilmiş, xidməti otaqların birində orada şəxsiyyəti Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, ev 8-də qeydiyyatda olmaqla yaşayan, xx xxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş şəxsə tərəfindən hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edib təqdim etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tərəfindən tutulmuş, Təqsirləndirilən şəxs, vəkil İ.Musayev, baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və əməliyyat müvəkkili Şahid4 iştirakları ilə “Samsung galaxsy” markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla, hüquq və vəzifələri izah etmiş, üzərində şəxsi axtarış aparıl-masına dair qərarla Təqsirləndirilən şəxs və vəkilini tanış etmiş, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bü-kümdə narkotik vasitə tiryəkə oxşar maddəni, daha sonra üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf selofan paketdə narkotik tərkibli maddə marixuanaya bənzər kütləni, üzərində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung A10" markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki şalvarın arxa cibindən isə 30 manat pulu çıxarıb təqdim etmiş, sonra o, əlavə olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı davam etmiş və üzərində başqa heç bir əşya və ya predmet aşkar etməmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 30 manat pul özünə geri qaytarmışdır. Sonra o, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə tiryəkə oxşar maddə bir ədəd şəffaf selofan paketdəki narkotik tərkibli maddə marixuanaya bənzər kütlə müəyyən edilmiş, həmin iki ədəd büküm çəkildikdən sonra tərəfindən zərfə qoyulub möhürlənmiş, həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Sonra sorğular zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdəki marixuanaya bənzər və bir bükümdəki tiryəkə bənzər kütlələrin özünə məxsus olmasını, aşkar edilmiş kütlələri həmin günü yəni xx xxxx 2020‑ci il tarixdə Sabirabad rayonu ərazisində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən cəmi 1.200 manata almasını bildirərək izahat vermişdir. Bundan sonra onun tərəfindən götürülmüş maddələr üzrə müvafiq ekspertizalar təyin edilib həmin bükümlərdə olan maddələrin tiryək və qurudulmuş marixuana olması ekspert rəyi ilə təsdiq olunduqdan sonra, narkotik tərkibli maddələrin saxlnaması və gəzdirilməsi faktına görə tərəfindən toplanmış material istintaq aidiyyəti üzrə Bakı şəhəri, Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid DİN-nin BNMİ-nin əməkdaşı Şahid4 Nürəddin oğlu ifadəsində göstərmişdir ki, BNMİ-nə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli dalanı, ev 8-də qeydiyyatda olan və yaşayan, xx xxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri,Səbail rayonu ərazisində narkotik tərkibli maddələrin qanunsuz əldə edib üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs müəyyən edib ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün xx xxxx 2020-ci il tarixdə, DİNnin BNMİ-nin rəisi polis polkovniki İslam Hümbətov tərəfindən onun rəhbəliyi ilə və Baş İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupunun yaradılması barədə əmr imzalamış, həmin əmr əsasında onun tərəfindən eyni tərkibdə əməliyyat-qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar İdarə rəisi tərəfindən təsdiq edilmişdir. Sonra onun rəhbərlik etdiyi əməliyyat qrupu xx xxxx 2020ci il tarixdə, saat 19 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət məscidin yaxınlığında, Bakı-Salyan soşesi 4 saylı ünvanın qarşısında, zahiri görünüşü əvvəlcədən əməliyyat qrupuna məlum olan Təqsirləndirilən şəxs müəyyən edib yaxalanılmış, həmin şəxs özünü Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, 2-ci Məktəbli küçəsi dalanı,ev 8-də qeydiyyatda olmaqla yaşayan, xx xxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını təsdiq etmiş, bu zaman o, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhə edilməsi və bununla bağlı əməliyyat tədbiri keçirilməsini bildirib, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş, sonuncu etiraz etmədən BNMİ-nin inzibati binasına gəlmişdir. Baş İdarədə o, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə raportla məruzə etmiş, fakla bağlı müvafiq araşdırma və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair müvafiq qərar qəbul edilməsi İdarənin təhqiqat qrupunun təhqiqatçısı polis baş leytenantı Şahid3 tapşırılmışdır. Bundan sonra təhqiqatçı Şahid3 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkillə təmin edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmaqla, hüquq və vəzifələri izah etmiş, sonra isə əməliyyat-axtarış tədbirinin iştirakçılarının əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi İlqar Musayevin iştirakları ilə videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılmasına dair qərar qəbul etmiş, həmin qərarla Təqsirləndirilən şəxs və müdafiəçini tanış edilmiş, sonra da Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə tiryəkə oxşar maddəni, daha sonra üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf selofan paketdə narkotik tərkibli maddə marixuanaya bənzər kütləni, üzərində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung A10" markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini,əynindəki şalvarın arxa cibindən isə 30 manat pulu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə əlavə şəxsi axtarış aparıldıqda əhəmiyyət kəsb edən əşya, predment və maddə aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş 30 manat pul özünə geri qaytarılmışdır. Sonra təhqiqatçı Şahid3 bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryəkə oxşar maddə və bir ədəd şəffaf selofan paketdə olan narkotik tərkibli maddə marixuanaya bənzər kütlə müəyyən edilmiş,həmin iki ədəd büküm çəkildikdən sonra zərfə qoyulub möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Sorğular zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd paketdəki marixuanaya bənzər və bir bükümdəki tiryəkə bənzər kütlələrin özünə məxsus olmasını, kütlələri həmin günü yəni xx xxxx 2020-ci il tarixdə Sabirabad rayonu ərazisində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən cəmi 1.200 manata almasını bildirmişdir. Sonra narkotik maddələrə oxşar kütlələrin və mobil telefonun götürülməsi barədə təhqiqatçı Şahid3 tərəfindən protokol tərtib edilmiş və protokol ucadan oxunmuş, protokolun düzgünlüyü Təqsirləndirilən şəxs, müdafiəçisi, onun və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra faktla bağlı toplanmış material aidiyyətiı üzrə istintaqa göndərilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə və CD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, xx xxxx 2020-ci il tarixdə əynindəki qara rəngli şalvarının sağ yan cibində həmin bir ədəd səffaf selofan bükümdə təmiz çəkisi 6,110 qram olan maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və əynindəki qara rəngli gödəkçənin sol iç cibində həmin bir ədəd şəffaf seloffan paketdə təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı aşkar edilib götürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdəki təmiz çəkisi 6,110qram maddə,xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəktir.Ekspertin rəyi istintaqda təhlil edilmiş,düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Aparılmış təhqiqatın dəyəri 108 (yüz səkkiz) 46 (qırx altı) manatdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/74 №-li rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs aşkar olunan təmiz çəkisi 100,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannadis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Aparılmış təhqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail rayon prokuroru vəzifəsini icra edən Rəşad Mansurovun xx xxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən bir ədəd kompakt diskin iş materiallarında, tədqiqat üçün sərf olunduqdan sonra qalıq qalmış 6.010 qram narkotik vasitə olan tiryək və 99.98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana Səbail RPİ-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixdə cəzasını çəkib qurtardığına görə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx xxxx 2020‑ci il tarixdə törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmışdır və məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Elektron Portal Çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2009‑cu il təvəllüdlü X5 və xx xxxx 2013-cü il təvəllüdlü X4 var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X2 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X6 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub‑olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət‑Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət‑Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124‑cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayətinaçılmasındafəalköməketməsini, himayəsində iki az yaşlı uşağın olmasını,nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımındanTəqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmənarkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 929 №-li rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya,inoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq,narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 6.010 qram narkotik vasitə olan tiryək və 99.98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “CD-R” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351‑356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1‑ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, ünvan 3 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 7‑00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 6.010 qram narkotik vasitə olan tiryək və 99.98 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “CD- R” diskin iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 180 (yüz səksən) manat, 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Səbail rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutulub, “xxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar