Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-115/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-205/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək üzərində qəti olaraq 01 il 07 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(009)-94/2021 saylı qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş 01 il 04 ay 04 gün hissəsi 01 il azaldılmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) ay 09 ( doqquz) gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılması cəzasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2irayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 avqust 2022-ci il tarixdə saat 12:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 24 dekabr 2021-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi. 12\ 18 saylı binanın qarşısından Zərərçəkmiş şəxs məxsus 850(səkkiz yiiz əlli) manat dəyərində “Trek" markalı “Marlin 6" modelli velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və ilkin olaraq xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Axundov Bağının yaxınlığına gəlmiş və orada piyada gəzişmişdir. Saat təxminən 23:50 radələrində tanımadığı kürəyində “Wolt” şirkətinin çantası olan bir nəfər velosipedli kuryer gəlmişdir. Kuryer veloseipedi ilə hərəkət edib onunla üz- üzə gəlib yanından keçib gedərək yaxınlıqdakı binanın həyətinə daxil olmuşdur. O kuryerin arxasınca binanın həyətinə daxil olmuşdur. Bu zaman kuryer velosipeddən düşmüş, velosipedi blokun qarşısında nəzarətisiz və heç yerə bağlamadan qoyub getmişdir. O kuryerinin bloka daxil olmasını gözləmiş və kuryer binaya daxil olan kimi o, dərhal üzərində “Trek” sözləri yazılmış velosipedə yaxınlaşıb əli ilə götürürək sürüb binanın həyətindən çıxıb uzaqlaşmışdır. Bir qədər sürdükdən sonra velosipeddən yıxılmış və velosipedin sepi çıxmışdır. O ayaq üstə qalxıb velospedi əli ilə sürüb Şüşəli keçidin yanına gəlmişdir. Əvvəllər o bir dəfə velosiped oğurlayıb “3cü mikrorayon dairəsi” adlanan yerdə oğurladığı velosipedi satdığı üçün yenidən ora getmək məqsədi ilə taksi axtarmağa başlamışdır. Bu zaman yoldan keçən qırmızı rəngli “Prius” markalı taksini saxlamış və velosipedi həmin taksiyə yerləşdirməyə çalışsa da, velosiped avtomobilə yerləşməmişdir. Bir neçə dəqiqə sonra “London Taksi”ni saxlatmış və velosipedi avtomobilə yerləşdirib Bakı şəhəri, Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi" adlanan yerə gəlmişdir. 25 dekabr 2021-ci il tarixdə saat 01:30 radələrində avtomobildən düşüb velospedi də endirərək körpünü altına keçmişdir. Orada tanımadığı bir nəfər şəxs görüb ona yaxınlaşmışdır. Həmin şəxslə salamlaşıb ona velosipedi göstərərək satmaq istədiyini demiş və velosipedi almağı ona təklif etmişdir. Həmin şəxs də onun təklifi ilə razılaşmış və velospedi almaq istədiyini ona demişdir. O həmin şəxsə velosipedi 50 manata satdığını, velosipedin özünə məxsus olduğunu pula ehtiyacı olduğunu demişdir. Həmin şəxs velosipedin oğurluq olub-olmadığını ondan soruşmuş, o isə velosipedin özünə məxsus olduğunu, oğurlamadığını bildirmişdir. Həmin şəxs də ona inanmış və 50 manat pulu ona vermiş, o da əvəzində velosipedi həmin şəxsə vermişdir. O pulu götürüb yaşadığı ünüvana qayıtmış və həmin məbləği şəxsi məsrəflərinə sərf etmişdir. 12 yanvar 2022-ci il tarixdə saat 23:30 radələrində yaşadığı ünvanda olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq onu Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dəvət etmişlər və birlikdə həmin bölməyə gəlmişdirlər. “Trek” sözləri yazılmış göy rəngli velosipedi oğurlayıb satdığını etiraf etmişdir. Dəymiş ziyanın 40 manat hissəsini məhkəmə iclasında Zərərçəkmiş şəxs ödəmiş və ziyanın qalan hossəsini ödəmək üçün məhkəmədən vaxt istəmişdir. 13 iyun 2022-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, cinayət hadisəsini o törətməmişdir. DVD diskdə olan videogörüntülərdəki şəxs o deyil. Həmçinin məhkəmənin təşəbbüsü ilə əldə olunmuş videogörüntüyə baxış keçirilərkən videogörüntüdəki şəxsin o olmadığını, qasidən siqarət alaraq çəkən şəxsin özü olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Wolt” şirkətində özünə məxsus olan “Trek Marline 6” markalı velosipedlə kuryer kimi fəaliyyət göstərmişdir. 24 dekabr 2021-ci il tarixdə saat 23:20 radələrində o, Fəvvarələr Meydanının yaxınlığında olarkən “Wolt” şirkətinin mobil tətbiqi vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, S.Rüstəm küçəsi, ev 12 ünvanına yemək aparmaq üçün sifariş gəlmişdir. O həmin sifarişi qəbul edib yeməyin hazırlanmasını gözləmişdir. Bir neçə dəqiqə sonra sifariş hazır olmuş və yemək paketini götürüb “Trek Marline 6” markalı velosipedlə ünvan 4 ünvana saat 23:50 radələrində çatıb binanın həyətinə daxil olmuş və sifarişi aparacağı mənzilin yerləşdiyi binanın girişinə velosipedini sürüb dayanmışdır. Sonra isə velosipeddən enib sifarişi görürərək velosipedi heç yerə bağlamadan, girişin qarşısında qoyub binanın ikinci mərtəbəsində yerləşən mənzilə qalxmışdır. Təxminən 2 dəqiqə ərzində mənzilə sifarişi verib aşağı düşmüş və girişin qarşısında saxladığı velosipedinin yerində olmadığını görmüşdür. O, bir neçə dəqiqə ətrafa baxıb velosipedini tapamağa çalışsa da, tapa bilməmiş və velosipedinin oğurlandığını başa düşmüşdür. Bundan sonra yaxınlıqda yerləşən 9-cu Polis Bölməsinə gedib bu barədə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. O, “Trek Marline 6” markalı velosipedi 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “2 Təkər” mağazasından 1200 manata almışdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus “Trek Marline 6” markalı velosipedin oğurlanması ilə bağlı daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsi yaxınlığında saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilmişdir. Daxil olmuş əməliyyat məlumatı və təhlükəsiz şəhər kameralarından götürülmüş videogörüntülərlə hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs hadisə yerinə necə gəlməsi, həmçinin oğurlanmış velosipedlə görüntüləri müəyyən edilmiş və müvəqqəti yaşadığı X.Mustafayev küçəsində saxlanılmışdır. Hadisənin baş verdiyi ərazi şəhər mərkəzinə yaxın olduğundan bir neçə kameradan görüntü əldə olunmuşdur. Saxlanılarkən şəxs əməlini etiraf etmişdir. Həmçinin məhkəmə qərarı ilə axtarış edildikdən sonra ikinci dəfə Təqsirləndirilən şəxs onun tərəfindən saxlanılmış, saxlanılarkən əməlini yenidən etiraf edərək zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmiş, dəymiş zərəri ödəmək istəyində olmasını bildirmişdir. İlk dəfə saxlanılarkən velosipedi tanımadığı şəxsə “3-cü mikrorayon dairəsi" adlanan yerdə satdığını bildirmişdir. Həmin ərazidə qasidə yaxınlaşaraq siqarət yandırması barədə videogörüntülər də obyektdə quraşdırılmış təhlükəsizlik kameralarından əldə olunmuşdur. Kamera görüntüləri ilə şəxsin müvəqqəti yaşadığı X.Mustafayev küçəsinə daxil olması müəyyən edilmiş və həmin ünvanda da saxlanılmışdır. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntülərə baxış keçirilərkən 1-ci videofaylda başında geyindiyi gödəkçənin papağını olan piyada hərəkət edən arıq bədən quruluşlu üzü saqqallı şəxsi, 2-ci videofaylda 24 dekabr 2021-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu. Süleyman Rüstəm küçəsindən oğurlanmış Zərərçəkmiş şəxs məxsus olan göy rəngli “Trek" markalı velosipedi əli ilə sürərək keçən başında geyindiyi gödəkçənin papağı yəni kapişonu olan şəxsi, 3-cü video faylda Zərərçəkmiş şəxs məxsus olan “Trek Marin 6” markalı velosipedi idarə edərək keçən və sürüşərək velosipeddən yıxılan başında geyindiyi gödəkçənin papağı olmayan şəxsin görünür. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş cinayət hadisəsinin törədildiyi tarixə təsadüf edən təhlükəsizlik kamerasından götürülmüş DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş və həmin DVD diskdə olan videogörüntüdə başında geyindiyi gödəkçənin papağı olan piyada olan şəxsin qasidə yaxınlaşdığı və oradan siqaret alaraq yandırdığı görünür. xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi. 12\18 saylı binanın qarşısından Zərərçəkmiş şəxs məxsus 850 manat dəyərində “Trek" markalı “Marlin 6" modelli velosipedi gizli olaraq talanması faktı əsasında CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 yanvar 2022-ci il tarixli 9/286 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Trek” markalı “ Marlin 6”modelli, 29 ölçülü, əl ilə işləyən sürətlər qutusu olan tünd göy rəngli velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təminən 850,00 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50,00 (əlli) manatdır. xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 13:00da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 177.1-maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci tarixdə Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan 1-ci videofayl açılaraq baxılan zaman Təqsirləndirilən şəxs bildirdi ki, başında geyindiyi gödəkçənin papağı yəni kapişonu olan piyada hərəkət edən arıq bədən quruluşlu üzü saqqallı şəxs özüdür. 2-ci videofayl açılıb baxılan zaman Təqsirləndirilən şəxs bildirdi ki, 24 dekabr 2021ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu. Süleyman Rüstəm küçəsindən oğurladığı Zərərçəkmiş şəxs məxsus olan göy rəngli "Trek” markalı velosipedi əli ilə sürərək keçən başında geyindiyi gödəkçənin papağı yəni kapişonu olan şəxs özüdür, həmin velosiped 24 dekabr 2021-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, S. Rüstəm küçəsindən oğurladığı Zərərçəkmiş şəxs məxsus olan göy rəngli “Trek" markalı “Marlin 6" modelli velosipeddir, videonun qeydə alındığı yer isə Nizami küçəsində quraşdırılmış "qış yarmarkasının” ətrafıdır. 3-cü videofayl açılıb baxılan zaman Təqsirləndirilən şəxs bildirdi ki, oğurladığı Zərərçəkmiş şəxs məxsus olan " Trek Marlin 6" markalı velosipedi idarə edərək keçən və sürüşərək velosipeddən yıxılan başında geyindiyi gödəkçənin papağı olmayan şəxs özüdür, həmin yer Mərkəzi Univermağa yaxın ərazidə Nizami küçəsində yerləşən kafelərdən birinin qarşısıdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 aprel 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: - Yasamal Rayon Polis İdarəsində CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2015-ci il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. - Nəsimi Rayon Polis İdarəsində CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2019-cu il tarixdə CPM-nin 40.2-ci (CM-nin 73.1) maddəsinə əsasən xitam verilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək üzərində qəti olaraq 01 il 07 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş 01 il 04 ay 04 gün hissəsi 01 il azaldılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-205/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 07 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(009)-94/2021 saylı qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş 01 il 04 ay 04 gün hissəsi 01 il azaldılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru Tamela Rüstəmovanın məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə dair təqdimatı təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-205/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) ay 09 ( doqquz) gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılması cəzasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında tutulmuş, cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-139/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 ay müddətinə inzibati həbs tətbiq edilmiş, həbsetmənin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə portret ekspertizasının 05 avqust 2022-ci il tarixli 3/1056 saylı rəyinə əsasən videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün müqayisəli tədqiqat üçün zəruri olan bir sıra element və əlamətlərinin tam və aydın əks olunmadığı müəyyən olundu, bu da eyniləşdirmə tədqiqatı zamanı qəti nəticəyə gəlməyə imkan vermir. Qismən əks olunmuş element və əlamətlərin məcmusu eyniləşdirmə tədqiqatı zamanı yalnız ehtimal formada nəticəyə gəlməyə imkan verir. Tədqiqata təqdim edilmiş videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün qismən əks olunmuş element və əlamətləri müqayisəli material qismində təqdim edilmiş 06 ədəd fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlir. Tədqiqata əqdim edilmiş videogörüntüdən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş 06 ədəd fotoşəkillərdə eyni bir şəxsin əks olunması istisna olunmur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 64,00 (altmış dörd) manat müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək cinayət hadisəsini törətməməsi, DVD diskdə olan videogörüntülərdəki şəxsin o olmaması, həmçinin məhkəmənin təşəbbüsü ilə əldə olunmuş videogörüntüyə baxış keçirilərkən videogörüntüdəki şəxsin o olmaması, qasiddən siqarət alaraq çəkən şəxsin özü olmadığını bildirməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlar, məhkəmə, iş materiallarında mövcud obyektiv sübutların məcmusu ilə təkzib edildiyi səbəbindən həqiqətə uyğun olmadığı qənaətinə gəlir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul etsə də, həmin dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ilkin ifadəsi, dəymiş ziyanı hissəvi ödəməsini, zərərçəkmiş şəxsin, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğunu, bundan əvvəl talama cinayətləri (CM_NİN 177) törətdiyini, məhkəmə hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasında mütəmadi olaraq boyun qaçırdığını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-26/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyini, məhkumluğu ödənilmədən yenidən talama cinayətini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 24 may 2022-ci il tarixdən icra edildiyi təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq və məhkəmə portret ekspertizaları tədqiqatlarının xərci, ümumilikdə 114,00 (bir yüz on dörd manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış 17 yanvar 2022-ci il tarixli, 9/286 saylı məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə aparılmış 05 avqust 2022-ci il tarixli, 3/1056 saylı məhkəmə portret ekspertizası tədqiqatının xərci 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-115/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-115/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver