Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-116/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Avaran ərazi dairəsi, Avaran kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 19 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq yolla ələ keçirmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən “Real” marketin qarşısı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxasınca piyada getməyə başlamış, Neftçi Qurban küçəsi 29 ünvanında yerləşən 5 saylı Doğum Evinin qarşısına çatdıqda sonuncuya arxadan gizlincə yaxınlaşaraq Zərərçəkmiş şəxs sağ əlində saxladığı içərisində 260 manat, Azərbaycan manatına məzənnəsi ilə 50,6 manat təşkil edən 2.200 rus rublunu, mənzilinin açarlarını, şəxsiyyəti vəsiqəsini, ümumivətəndaş pasportunu, 1 ədəd “xxxxxxxxxxxx”, 1 ədəd “AG Bank”, 1 ədəd “Bank of Baku” plastik kartlarını, 1 ədəd tibbi müayinə kartını, 1 ədəd “xxxxxxxx” ASC-nin ödəniş kartını, içərisindəki ***-***-**-** saylı mobil nömrə ilə birlikdə ümumi dəyəri 30 manat olan “Samsung S6102” markalı mobil telefonu olan daşıdığı 25 manat dəyərində əl çantasını dartıb ələ keçirmiş, daha sonra Zərərçəkmiş şəxs onu təqib etməsinə baxmayaraq hadisə yerindən uzaqlaşmaqla sonuncuya məxsus ümumilikdə 365,6 (üç yüz altmış beş manat 60 qəpik) manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, orta məktəbi 10-cu sinifə qədər Qusar rayonunda 3 saylı orta məktəbdə oxumuşdur. Uşaq olarkən anası və atası boşanmışdır. Ailədə tək övladdır. 10-cu və 11-ci sinifləri Bakı şəhərində yerləşən 8 saylı orta məktəbdə oxumuşdur. 2011-ci il tarixdə orta məktəbi bitirmiş və Ukrayna Respublikasında Xarkov şəhərində Karazin adına Universitetdə hüquq fakültəsinə daxil olub orada təhsil almışdır. 2017-ci il tarixdə o, həmin Universiteti bitirib Azərbaycana qayıtmış və həmin ilin oktyabr ayında hərbi xidmətə getmişdir. 2018-ci ilin oktyabr ayında hərbi xidmətdən qayıtdıqdan sonra xalasının yaşadığı ünvan 2 mənzil 19 ünvanında yaşamağa başlamışdır. Bu müddətdə o, müxtəlif kafelərdə xidmətçi işləmişdir. Sonuncu dəfə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində kafedə işləmişdir. Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq kafelər bağlanmış və o, işsiz qalmışdır. xx xxx 2020-ci il tarixdə axşam saatlarında o, yaşadığı ünvandan çıxaraq yaxınlıqda yerləşən “Real” marketin arxa hissəsində oturub siqaret çəkirdi. Onun başqa şəxsə borcu olmuş və həmin pulu necə qaytaracağını düşünmüşdür. Bu zaman “Real” marketin qarşısı ilə bir nəfər kişinin getdiyini görmüşdür. Həmin kişinin əlində sellofan torba və kiçik əl çantası olmuşdur. O, həmin çantada pul ola biləcəyini düşünmüş və borclarını qaytarmaq üçün həmin çantanı kişinin əlindən alıb qaçmaq qərarına gəlmişdir. Buna görə də həmin kişinin arxasınca piyada getməyə başlamışdır. 5 saylı Doğum Evinin qarşısına çatdıqda o, kişiyə arxadan yaxınlaşmış və əlində olan çantanı dartıb kişinin əlindən alaraq qaçmışdır. Həmin kişi onun arxasınca qaçmağa başlamışdır. O, pilləkənlərlə Xanlar küçəsinə qalxmış və oradan binaların arasına girmişdir. Sonra binanın arxa hissəsinə keçmiş və əl çantasının içərisinə baxmışdır. Çantanın içərisində müxətlif sənədlər və plastik kartlar, ətir və rus pulu olmuşdur. O, pulu çantadan götürüb cibinə qoymuşdur. Çantanı isə sənədlərlə birlikdə binanın həyətinə atmışdır. O, həmin yerdən uzaqlaşdıqdan sonra pulu sayıb 2200 rus rublu olduğunu bilmişdir. Bundan sonra o, yaşadığı həyətə getmişdir. Həyətdə bir qədər dayandıqdan sonra o, rus pulunu Azərbaycan manatına çevirmək məqsədi ilə banka getmək qərarına gəlmişdir. O, bilirmiş ki, “Azneft” dairəsi yaxınlığında yerləşən “Bank Respublika” gecə saatlarında işləyir. Bu məqsədlə o, yola çıxdıqda polis əməkdaşları ona yaxınlaşmış və onu tutaraq polis bölməsinə aparmışlar. Bölmədə o, törətdiyi cinayəti etiraf etmişdir. Həmçinin o bildirmişdir ki, çantada həmin vətəndaşa məxsus 2200 rus rublu, açarlar, plastik kartlar və sənədlər olmuş, çantada mobil telefon və Azərbaycan manatı olmamış, o, çox surətlə qaçmış və yol boyu kartlar çantadan yerə düşmüşdür. Həmçinin o, qaçarkən bir dəfə yerə yıxılmış və çanta əlindən yerə düşmüşdür. Sonra yenidən qalxaraq yoluna davam etmişdir. Buna görə də ola bilsin ki, həmin vaxt mobil telefon və 260 manat pul yerə düşmüşdür. O, çantanı açdıqda çantada mobil telefon və Azərbaycan manatı ilə pul olmamışdır. Onun 300 manat borcu olmuş və işsiz olduğundan həmin pulu qaytara bilməmişdir. Buna görə də borcu qaytarmaq üçün cinayət hadisəsi törətmişdir. Zərərçəkmiş şəxsdə pulun olub-olmaması ona məlum olmamış, o, ehtimal etmişdir ki, çantada pul ola bilər. Çantanı götürərkən zərərçəkmiş şəxsə hər hansı zor tətbiq etməmiş və hədə-qorxu gəlməmişdir. Çantanı həmin şəxsin əlindən alaraq qaçmışdır. Çantada olan plastik kartları və sənədləri talamaq niyyəti olmamış, ona ancaq pul lazım olmuş, buna görə də o, pulu götürüb, çantanı plastik kartlar və sənədlərlə birlikdə yerə tullamışdır. Zərərçəkmiş şəxsin çantasında Azərbaycan manatı ilə 260 manat pul və mobil telefon olmadığına və o, 260 manat pulu və mobil telefonu götürmədiyinə görə özünü qismən təqsirli bilir. Azərbaycan manatı ilə 260 manat pul və mobil telefonu götürməsə də həmin ziyanı ödəməsinin səbəbini onunla izah etmişdir ki, həmin şəxsin ona qarşı hər hansı şikayət və tələbi olmasın. O, həmçinin əməlindən peşman olmasını, eləcə də zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında “Belarus” ərzaq mağazasında xəzinədar vəzifəsində işləyir. Bazar günü istisna olmaqla həftənin digər günlərində səhər saat 10-dan axşam saat 9-a kimi işdə olur. xx xxx 2020-ci il tarixdə o, həmişəki kimi axşam saat 9 radələrində işdən çıxıb evinə gəlirmiş. O, “Sahil” metrosundan çıxaraq 125 saylı avtobusa minmişdir. Avtobusla gələrək Səbail rayonu, Neftçi Qurban küçəsində “Real” market”in yanında dayanacaqda düşmüşdür. O, Neftçi Qurban küçəsi ilə piyada hərəkət edib, əvvəlcə mağazaya daxil olub sonra isə evinə gedəcəkmiş. Bu zaman sağ əlində özünə məxsus əl çantası, sol əlində isə sellofan torba olmuşdur. O, həmin küçə ilə hərəkətdə olarkən 5 saylı Doğum Evinin qarşısına çatdıqda arxa tərəfdən ona naməlum şəxs yaxınlaşmış, çiyninə vuraraq əlində olan çantanı dartaraq alıb qaçmışdır. O, həmin şəxsin arxasınca qaçmış, lakin həmin şəxsə çata bilməmiş, həmin şəxs binaların arasına daxil olaraq gözdən itmişdir.Bu zaman onun həyat və ya sağlamlığı üçün hər hansı zor tətbiq edilməmişdir. Bundan sonra DİNin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermişdir. Ona məxsus əl çantasının içərisində 260 manat, təxminən 2200 rus rublu, evinin açarları, plastik kartlar, özünə məxsus şəxsiyyət vəsiqəsi və ümumi vətəndaş pasportu, içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung S6102” markalı mobil telefon olmuşdur. Onun övladı autizm xəstəsidir. O, 2019-cu ilin iyun ayında övladının müalicəsi üçün “xxxxxxxxxxxx” dan 5000 manat kredit götürmüşdür və hər ayın 20-də banka 300 manat kredit ödəyir. Buna görə də onun çantasında həmişə 300 manat pul olur. Hadisə günü isə o, marketə gedəcəyi üçün 300 manat puldan 40 manat götürüb cibinə qoymuşdur. Qalan 260 manat isə çantada qalmışdır. Həmçinin o, övladını müalicə etdirmək üçün 2019-cu ilin dekabr ayında X3 şəhərinə getmişdir. Rus pullarını da oradan gəldikdə gətirmiş və Azərbaycan manatına çevirməmişdir. Rus pulları həmin Sankt Peterburdan gəldiyi vaxtdan onun çantasında olmuşdur.Çantasında 1 ədəd “xxxxxxxxxxxx”a məxsus, 1 ədəd “AG Bank”a məxsus, 1 ədəd “Bank of Baku”ya məxsus plastik kartlar, 1 ədəd tibbi sığorta kartı və 1 ədəd “xxxxxxxxx” ASC-yə məxsus ödəniş kartları olmuşdur.Plastik kartların, açarların və şəxsiyyət vəsiqəsi ilə ümumivətəndaş pasportunun talanması nəticəsində ona maddi ziyan dəyməmişdir. Ona məxsus əl çantasının dəyərinin 45 manat olduğunu, bildirsə də məhkəmə əmtəəşünaslıq ekspertizasının onun çantasına verdiyi 25 manat dəyərlə razı olduğunu bildirmişdir. Ona məxsus olan “Samsung S6102” markalı mobil telefonun qiyməti 30 manat olmuşdur. Ona məxsus olan ***-***-**-** saylı mobil nömrəni “Samsung S6102” markalı mobil telefonla birlikdə almışdır. O, mobil nömrəyə ayrılıqda pul verməmişdir. Nömrəni mobil telefonla birlikdə 30 manata almışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1360 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların (nəzəri qaydada) istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi olmuşdur: Təqdim edilmiş 1 ədəd üzərində “Giorgio Armani” yazıları olan, qara rəngli, zəncirbəndlə açılıb-bağlanan, 23x15 sm ölçülü, istifadədə olmuş, qara rəngli, kişi üçün nəzərdə tutulmuş əl çantası – 25 manat, 1 ədəd istifadədə olmuş “Samsunq S6102” markalı mobil telefon nəzəri qaydada – 25 manat təşkil etmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(009)-251/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(009)-276/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə yenidən itttiham elan olunmuşdur. xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 2.200 rus rublu, mənzlinin açarları, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu, 1 ədəd “xxxxxxxxxxxx”, 1 ədəd “AG Bank”, 1 ədəd “Bank of Baku” plastik kartları, 1 ədəd tibbi müayinə kartı, 1 ədəd “xxxxxxxx” ASC-nin ödəniş kartı və əl çantası maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. Zərərçəkmiş şəxs oğlnun istintaqa təqdim etdiyi ərizədən görünür ki, soyğuncluq hadisəsi nəticəsində ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək taladığı çantada mobil telefon və 260 manat pulun olmadığını bildirməsi işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək,yəni 23 gün müddətində həbsdə olması, eləcə də xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 3 ay 17 gün müddətində ev dustaqlığında olması, cəmi 4 (dörd) ay 10 (gün) müddətinin nəzərə alınaraq Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 08 (səkkiz) ay 20 (iyirmi) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 1 mənzil 19 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 2.200 rus rublu, mənzlinin açarları, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu, 1 ədəd “xxxxxxxxxxxx”, 1 ədəd “AG Bank”, 1 ədəd “Bank of Baku” plastik kartları, 1 ədəd tibbi müayinə kartı, 1 ədəd “xxxxxxxx” ASC-nin ödəniş kartı və əl çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə etmiş Müdafiəçi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs hüquqlarını ibitidai istintaq zamanı müdafiə etmiş X1 dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Lakin təqdim edilmiş hesabatda göstərilən məbləğ məhkəmə tərəfindən ağlabatan hesab edilmədiyindən, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində vəsaitin ayrılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsxx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 23 (iyirmi üç) gün müddətində həbsdə olması, eləcə də xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 3 (üç) ay 17 (on yeddi) gün müddətində ev dustaqlığında olması, cəmi 4 (dörd) ay 10 (gün) müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 08 (səkkiz) ay 20 (iyirmi) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 mənzil 19 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 2.200 rus rublu, mənzlinin açarları, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu, 1 ədəd “xxxxxxxxxxxx”, 1 ədəd “AG Bank”, 1 ədəd “Bank of Baku” plastik kartları, 1 ədəd tibbi müayinə kartı, 1 ədəd “xxxxxxxx” ASC-nin ödəniş kartı və əl çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X2 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun (“xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (bir yüz əlli) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-116/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-116/2020
21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver