Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-116/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxslər Pakistan İslam Respublikasının vətəndaşları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3n, Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, X12 Respublikasının vətəndaşı Naz Zarminanın iştirakları ilə, 21 oktyabr 1993-cü ildə Pakistan İslam Respublikasının Bahawalnagar şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 28 sentyabr 1989-cu ildə Pakistan İslam Respublikasının Lahor şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, “Shere Punjab” hostelində menecer işləyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dadaş Bünyadzadə küçəsində kirayədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318- 1.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 04 iyun 2025-ci il tarixdə saat 09:30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə təkrarən əcnəbilərin Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, yəni qanunsuz miqrasiyanı təşkil etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Pakistan İslam Respublikasının vətəndaşı Rasheed X3ra qarşı yaranmış etibarından sui istifadə edib, sonuncuya Avropaya iş vizası düzəldəcəyinə dair yalandan vəd verib inandıraraq, 2024-cü ilin may ayının sonuundan həmin ilin iyun ayının sonundak olan müddət ərzində ünvan 5 ünvanında yerləşən “Shere Punjab” hostelində hissə-hissə olmaqla ümumilikdə 5000 ABŞ dolları ekvivalentində 8500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 onlara qarşı yaranmış etibarından sui- istifadə edib, sonuncuya təhsil vizası düzəltmək, Azərbaycan Respublikası ərazisində iş qurmaq və qalmaq üçün müvafiq icazə vəsiqələri alacağına dair yalandan vəd verib inandıraraq, 2024-cü ilin mart ayında 500 ABŞ dolları ekvivalentində 850 manatı onun Pakistandakı bank kartına göndərilməklə, 2024-cü ilin aprel ayında 1500 ABŞ dolları ekvivalentində 2550 manat, 2024-cü ilin iyun ayında isə 3000 ABŞ dolları ekvivalentində 5100 manat məbləğində pul vəsaitini yaşadığı ünvan 6 ünvanında almaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 5000 ABŞ dolları ekvivalentində 8500 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti başa çatmış Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün müvafiq icazəsi olmadığı halda ona guya tezliklə viza müddətinin uzadacağına inandırıb ölkəni vaxtında tərk etməsinə maneə yaradaraq 31 iyun 2024-cü il tarixdən etibarən yaşadığı Səbail rayonu, Bayıl qəsəbəsi, Fərman Qurbanov küçəsi ev 17 ünvanına yerləşdirilməsini həyata keçirmiş, bununla da Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını təmin etməklə qanunsuz miqrasiyanı təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2n onlara qarşı yaranmış etibarından sui istifadə edib, sonuncuya Azərbaycan Respublikası ərazisində iş vizası düzəldəcəyinə dair yalandan vəd verib inandıraraq, 2024-cü ilin iyul ayında 1000 ABŞ dolları ekvivalentində 1700 manatı sonuncunun tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə ünvan 7 ünvanında, 2024-cü ilin avqust ayında isə 2000 ABŞ dolları ekvivalentində 3400 manat məbləğində pul vəsaitini yuxarıda qeyd edilən həmin ünvanda vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 3000 ABŞ dolları ekvivalentində 5100 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş, habelə Zərərçəkmiş şəxs2n Azərbaycan Respublikasına gəlməsini təşkil etdikdən sonra həmin şəxsi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına X7rşlayıb qalması üçün yaşadığı Səbail rayonu Bayıl qəsəbəsi Fərman Qurbanov küçəsi ev 17 ünvanına yerləşdirilməsini həyata keçirmiş, bununla da Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını təmin etməklə təkrarən qanunsuz miqrasiyanı təşkil etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə, təkrarən əcnəbilərin Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını yəni, qanunsuz miqrasiyanı təşkil etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Pakistan İslam Respublikasının vətəndaşı Rasheed X3ra qarşı yaranmış etibarından sui istifadə edib, sonuncuya Avropaya iş vizası düzəldəcəyinə dair yalandan vəd verib inandıraraq, 2024cü ilin may ayının sonuundan həmin ilin iyun ayının sonundak olan müddət ərzində ünvan 8 ünvanında yerləşən “Shere Punjab” hostelində hissə-hissə olmaqla ümumilikdə 5000 ABŞ dolları ekvivalentində 8500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 onlara qarşı yaranmış etibarından sui istifadə edib, sonuncuya təhsil vizası düzəltmək, Azərbaycan Respublikası ərazisində iş qurmaq və qalmaq üçün müvafiq icazə vəsiqələri alacağına dair yalandan vəd verib inandıraraq, 2024-cü ilin mart ayında 500 ABŞ dolları ekvivalentində 850 manatı onun Pakistandakı bank kartına göndərilməklə, 2024-cü ilin aprel ayında 1500 ABŞ dolları ekvivalentində 2550 manat, 2024-cü ilin iyun ayında isə 3000 ABŞ dolları ekvivalentində 5100 manat məbləğində pul vəsaitini yaşadığı ünvan 7 ünvanında almaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 5000 ABŞ dolları ekvivalentində 8500 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti başa çatmış Zərərçəkmiş şəxs1m Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün müvafiq icazəsi olmadığı halda ona guya tezliklə viza müddətinin uzadacağına inandırıb ölkəni vaxtında tərk etməsinə maneə yaradaraq 31 iyun 2024-cü il tarixdən etibarən Khaliq Muhammadin yaşadığı Səbail rayonu Bayıl qəsəbəsi Fərman Qurbanov küçəsi ev 17 ünvanına yerləşdirilməsini həyata keçirmiş, bununla da Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını təmin etməklə qanunsuz miqrasiyanı təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2n onlara qarşı yaranmış etibarından sui istifadə edib, sonuncuya Azərbaycan Respublikası ərazisində iş vizası düzəldəcəyinə dair yalandan vəd verib inandıraraq, 2024-cü ilin iyul ayında 1000 ABŞ dolları ekvivalentində 1700 manatı sonuncunun tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə ünvan 6 ünvanında, 2024-cü ilin avqust ayında isə 2000 ABŞ dolları ekvivalentində 3400 manat məbləğində pul vəsaitini yuxarıda qeyd edilən həmin ünvanda vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxsə ümumilikdə 3000 ABŞ dolları ekvivalentində 5100 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş, habelə, Zərərçəkmiş şəxs2n Azərbaycan Respublikasına gəlməsini təşkil etdikdən sonra həmin şəxsi Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adma X7rşlayıb qalması üçün Khaliq Muhammadin yaşadığı Səbail rayonu Bayıl qəsəbəsi Fərman Qurbanov küçəsi ev 17 ünvanına yerləşdirilməsini həyata keçirmiş, bununla da Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını təmin etməklə təkrarən qanunsuz miqrasiyanı təşkil etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəlcə Zərərçəkmiş şəxs1 Pakistandan gəlmişdir. Hosteldə qalmaq üçün 500 ABŞ dolları məbləğində pul vermişdir. Daha sonra iş icazəsi almaq üçün 1500 ABŞ dolları almışdır. Ümumilikdə ondan 2000 ABŞ dolları almışdır. Həmin pulu Süleyman adlı şəxsə vermişdir ki, iş icazəsi alsın. Lakin alınmamışdır. Ev kirayə idi. Şəxsləri agent vasitəsilə tapmışdır və qanunsuz saxlamışdır. İşləri Təqsirləndirilən şəxs2 ilə birlikdə görmüşdür. Zərərçəkmiş şəxs2 2000 ABŞ dolları almışdır. Dəymiş zərəri ödəməyə hazırdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə Pakistanda qonşu idi. Ölkəyə gəlmək üçün biletini almış, vizasını Rasheed özü almışdır. Khaliqlə hosteldə tanış olmuşdur. Zərərçəkmiş şəxs3dən 5000 ABŞ dolları almışdır. Həmin pulu Khaliqə vermişdir ki, iş icazəsi alsın. Alınsa idi, 500-700 ABŞ dolları götürəcəkdilər. İşləri Təqsirləndirilən şəxs1 ilə birlikdə görmüşdür. Dəymiş zərəri ödəməyə hazırdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərərçəkmiş şəxs Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərlə hosteldə tanış olmuşdur. Viza alması üçün 5000 ABŞ dollarını Təqsirləndirilən şəxs2 vermişdir. Lakin alınmamışdır. Dəymiş zərərin ödənməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərərçəkmiş şəxs Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərlə hosteldə tanış olmuşdur. İlk dəfə tələbə vizası almaq üçün gəlmiş və Təqsirləndirilən şəxs1 2000 ABŞ dolları vermişdir. Sonra iş icazəsi alması üçün 3000 ABŞ dolları vermişdir. Ümumilikdə 5000 ABŞ dolları vermişdir. Lakin alınmamışdır. Dəymiş zərərin ödənməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərərçəkmiş şəxs Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərlə hosteldə tanış olmuşdur. İş icazəsi alması üçün Təqsirləndirilən şəxs1 3000 ABŞ dolları vermişdir. Lakin alınmamışdır. Dəymiş zərərin ödənməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid Pakistan İslam Respublikasının vətəndaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Digər şəxsləri hosteldən tanıyır. Muhin adlı şəxsin referansı ilə Zərərçəkmiş şəxs1 Pakistandan gəlmişdir. Muhin qardaşının dostudur, Pakistanda yaşayır. Usman gəlib 26 gün həmin hosteldə qalmışdır. Sonra Pakistana qayıtmış, sonradan Khaliq vasitəsilə yenidən Azərbaycana gəlmişdir. Qardaşı ilə Khaliq düşünürdü ki, hostel işinə baxsınlar. Şəxsləri qanunsuz olaraq hosteldə saxlayırdılar. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə rəsmi nikahdadır. Khaliq əvvəllər taksi işləyirdi. Şəxslər hosteldə qalırdılar. Khaliq həmin şəxslərin yaşadıqları yerlərinin olmadığını, kirayədə yaşadıqları evdə həmin şəxslərin qalmasını demişdir. Onlar qaldıqları üçün özü anasının evində yaşamışdır. Şəxslər 2-3 ay müddətində evində qalmışlar. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin yay aylarında Bakı şəhəri, Səbail rayonu, “Tarqovi” adlanan ərazidə tanış olmuş və bir müddət danışaraq aralarında yaxın münasibət yaranmışdır. Bir müddət sonra demişdir ki, yaşamağa ev lazımdır. Zabratda iki mərtəbəli evləri var idi, qardaşıgillə orada yaşayırdı. Həmin evin 1-ci mərtəbəsini 200 manat qarşılığında kirayə verə biləcəyini demişdir. Gəlib qalmış, lakin pul verməmişdir. Sonra polis əməkdaşları saxlayaraq aralarında müqavilə olub-olmadığını soruşmuş, olmadığını demişdir. Bundan sonra problem yaranmasın deyə getmələrini demişdir. Kirayədə Khaliq və digər şəxslər də yaşayırdı. Usman demişdir ki, Təqsirləndirilən şəxs1 ondan pul almışdır, Təqsirləndirilən şəxs2 ilə əlbirdir. 18 oktyabr 2024-cü il tarixli qərarla Pakistan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 Khalil barəsində qanunsuz miqrasiyanın təşkili əməllərinə dair faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. 29 oktyabr 2024-cü il tarixli qərarla Nəsimi rayon prokurorluğunda ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir. 06 noyabr 2024-cü il tarixli qərarla Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılan material Bakı şəhər Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318- 1.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə əlavə edilməsi və ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası CPM-nin 215-ci maddəsinə əsasən Bakı şəhər Səbail rayon prokurorluğu vasitəsi ilə Bakı şəhər Nəsimi rayon prokurorluğuna göndərilmişdir. 07 noyabr 2024-cü il tarixli qərarla Nəsimi rayon prokurorluğunda ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 13 noyabr 2024-cü il tarixli qərarla Nəsimi rayon prokurorluğunda ********* nömrəli cinayət işi üzrə X13 zərərçəkmiş şəxs qismində tanınmışdır. 16 noyabr 2024-cü il tarixli qərarla X16, X19 və X20 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi ibtidai araşdırmanın cinayətin baş verdiyi yer üzrə aparılması məqsədi ilə ərazi aidiyyətı üzrə Bakı şəhər prokurorluğu vasitəsi ilə Səbail rayon prokurorluğuna göndərilmişdir. 25 noyabr 2024-cü il tarixli qərarla Bakı şəhəri Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə rayon prokurorluğunun müstəntiqi Şakir Əliyevin cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 16 noyabr 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. 25 noyabr 2024-cü il tarixli qərarla Nəsimi rayon prokurorluğunda ********* saylı cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir. 01 dekabr 2024-cü il tarixli qərarla X16, X19 və X20 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi ibtidai araşdırmanın cinayətin baş verdiyi yer üzrə aparılması məqsədi ilə ərazi aidiyyətı üzrə Bakı şəhər prokurorluğu vasitəsi ilə Səbail rayon prokurorluğuna göndərilmişdir. 06 dekabr 2024-cü il tarixli qərarla Səbail rayon prokurorluğunda ********* saylı cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir. 16 dekabr 2024-cü il tarixli qərarla Səbail rayon prokurorluğunda ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. 27 dekabr 2024-cü il tarixli qərarla ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. 27 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 27 dekabr 2024-cü il tarixli qərarla ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. 27 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının vətəndaşı Şahid2 ilə nikaha daxil olmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 dekabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 dekabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Pakistan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara elan edilmiş ittihamda qismən təqsirli bilmələrini, yəni, zərərçəkmiş şəxs Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 5000 ABŞ dolları yox, 2000 ABŞ dolları almaları, zərərçəkmiş şəxs Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 3000 ABŞ dolları yox, 2000 ABŞ dolları almaları iş materiallarında olan sənədlər, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin belə məzmunda ifadə vermələrini və özlərini onlara qarşı elan olunmuş ittiham üzrə qismən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə şamil edilmir. Buna görə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma tətbiq edilmir. Məhkəmə, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Pakistan İslam Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinin əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi ) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Pakistan İslam Respublikasının vətəndaşı olduğundan təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinin əsasən məhkumluğu ödənilənədək və ya götürələnədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 ( dörd yüz iyirmi ) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-116/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-116/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver