Məhkəmə qərarları › İş №1(009)-117/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-117/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-117/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və X5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki yekinlik yaşına çatmayan övladı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış masivi fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədilməklə, yaşayış sahəsinə - saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakmı gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə, qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Səbail rayonu, N.Paşayev küçəsi 15 saylı fərdi yaşayış evinin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan razılaşmaya əsasən evin qarşısında dayanaraq digər şəxslər gələcəyi halda məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, o isə yaşayış sahəsi hesab olunan həmin həyətə qanunsuz daxil olaraq həyətdə olan 180 manat dəyərində bir ədəd «Wolf» markalı «TCR-680» model velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə, qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 noyabr 2021-ci il tarixdə saat 03:10 radələrində əvvəlcədən gəldikləri Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan razılaşmaya əsasən evin qarşısında dayanaraq digər şəxslər gələcəyi halda məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, o, isə qanunsuz daxil olduğu həmin həyətdən 1 ədəd 100 manat dəyərində “Salut” markalı və 1 ədəd 80 manat dəyərində markası bilinməyən uşaq velosipedlərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə, qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 13 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Səbail rayonu 3-cü massiv 50-ci küçədə yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 əvvəlcədən aralarında olan razılaşmaya əsasən evin qarşısında dayanaraq digər şəxslər gələcəyi halda məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, o isə yaşayış sahəsi hesab edilən ünvanın həyətinə qanunsuz daxil olaraq həyətdə olan 100 manat dəyərində bir ədəd «Bramo» cinsli xoruzu, bir ədədinin dəyəri 40 manat olan 9 ədəd «Bramo» cinsli fərələri, bir ədədinin dəyəri 10 manat olan 5 ədəd adi cinsli toyuqları, bir ədədinin dəyəri 10 manat olan 12 ədəd göyərçinləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 630 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 yanvar 2022- ci il tarixdə saat 23:30 radələrində ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evinin zirzəmisinə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1 ədəd 150 manat dəyərində istifadə olunmuş «Bosch» markalı böyük ölçülü qırıcıdağıdıcı perforatoru, 1 ədəd 100 manat dəyərində istifadə olunmuş «Rubin» markalı, «KHE-26» model, 105W orta ölçülü qırıcı-dağıdıcı perforatoru, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi 10 manat dəyərində 2 ədəd istifadə olunmuş böyük perforatorda istifadə edilən deşici ucluğu (zubil), bir ədədinin qiyməti 2 manat olmaqla cəmi 8 manat dəyərində 4 ədəd istifadə olunmuş kiçik ölçülü perforatorda istifadə edilən deşici ucluğu (zubil), 1 ədəd 1,5 manat dəyərində istifadə olunmuş, perferatorda istifadə edilən sverlonu, bir ədədinin qiyməti 0,50 manat olmaqla cəmi 4 manat dəyərində 8 ədəd istifadə olunmuş, perferatorda istifadə edilən sverloları, bir ədədi 1 manat olmaqla cəmi 2 manat dəyərində, 2 ədəd istifadə olunmuş, üzərində «TomaxcoMade 14» və «13P6M5» yazıları olan perforatorda istifadə edilən sverloları, bir ədədi 0,80 manat olmaqla cəmi 4,80 manat dəyərində 6 ədəd istifadə olunmuş, perforatorlarda istifadə edilən orta ölçülü sverloları, 5 manat dəyərində, istifadə olunmuş, üzərində «Gold M-42» yazıları olan, qırmızı rəngli plastik boruların kəsilməsində istifadə edilən 1 ədəd qayçını, bir ədədi 5 manat olmaqla cəmi 15 manat dəyərində, istifadə olunmuş, üzərində «Master Tool», «Multi Tacker» və «CS» yazıları olan 3 ədəd skop vuranları (mebel düzəldilən zaman parçaların taxtaya vurulması üçün istifadə olunur), bir ədədi 0,12 manat olmanqla, cəmi 5,64 manat dəyərində, istifadə olunmamış, künclüklü (uqolnik) 47 ədəd plastik muftaları (dirsək 90°), 0,90 manat dəyərində istifadə olunmamış iç yivli 1 ədəd muftanı, bir ədədi 0,20 manat olmaqla cəmi 2 manat dəyərində istifadə olunmamış, iki tərəfli düz plasmas 10 ədəd muftaları, bir ədədi 0,20 manat olmaqla cəmi 1,60 manat dəyərində, istifadə olunmamış, üç tərəfli plasmas 8 ədəd muftaları, bir ədədi 1,5 manat olmaqla, cəmi 6 manat dəyərində, istifadə olunmamış, üç tərəfli, bir tərəfi boltla bağlanmış filtirli plasmas 4 ədəd muftaları, bir ədədi 0,20 manat olmaqla cəmi 0,60 manat dəyərində, istifadə olunmamış 3 ədəd plasmas tıxaçları, bir ədədi 1,25 manat olmaqla cəmi 2,50 manat dəyərində, istifadə olunmamış, bir tərəfi dəmir rezba olan künclüklü (uqolnik) 2 ədəd plasmas muftaları (dirsək çöl yivli), 4 manat dəyərində, istifadə olunmamış, narıncı rəngdə üzərində «Türkey» yazılı krantı olan 1 ədəd muftanı, 5 manat dəyərində, istifadə olunmamış, narıncı rəngdə krantı olan 1 ədəd muftanı, 1,25 manat dəyərində, istifadə olunmamış, üç tərəfli , bir tərəfi dəmir rezba olan 1 ədəd muftanı, 400 manat dəyərində 1 ədəd hava kompressorunu, 150 manat dəyərində Rusiya Federasiyası istehsalı olan 1 ədəd böyük ölçülü laqondanı, 300 manat dəyərində «Bosch» firmasına məxsus olan 1 ədəd böyük ölçülü laqondanı, 150 manat dəyərində «Bosch» firmasına məxsus olan 1 ədəd balaca ölçülü laqondanı, 300 manat dəyərində «Əloğlu» firmasına məxsus olan 1 ədəd benzinlə işləyən ağac kəsən mişarı, 300 manat dəyərində 1861-ci il istehsalı olan 1 ədəd oduncaqlı samovarı, 30 manat dəyərində 4 ədəd vint açan açarları, 100 manat dəyərində 1 ədəd sarı rəngli böyük ölçülü fonarı, 50 manat dəyərində 1 ədəd ağac kəsən əl mişarını, 50 manat dəyərində 1 ədəd polad baltanı gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 2167,89 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədilməklə, yaşayış sahəsinə - saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə, qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 noyabr 2021 -ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Səbail rayonu, N.Paşayev küçəsi 15 saylı fərdi yaşayış evinin qarşısına gəlmiş, o, əvvəlcədən aralarında olan razılaşmaya əsasən evin qarşısında dayanaraq digər şəxslər gələcəyi halda məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə yaşayış sahəsi hesab olunan həmin həyətə qanunsuz daxil olaraq həyətdə olan 180 manat dəyərində bir ədəd «Wolf» markalı «TCR-680» model velosipedi gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə, qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 noyabr 2021-ci il tarixdə saat 03:10 radələrində əvvəlcədən gəldikləri Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olduqdan sonra, o, əvvəlcədən aralarında olan razılaşmaya əsasən evin qarşısında dayanaraq digər şəxslər gəldikdə məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə qanunsuz daxil olduğu həmin həyətdən 1 ədəd 100 manat dəyərində “Salut” markalı və 1 ədəd 80 manat dəyərində markası bilinməyən uşaq velosipedlərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə, qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 13 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Səbail rayonu, 3-cü massiv, 50-ci küçədə yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, o, əvvəlcədən aralarında olan razılaşmaya əsasən evin qarşısında dayanaraq digər şəxslər gələcəyi halda məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 yaşayış sahəsi hesab edilən ünvanın həyətinə qanunsuz daxil olaraq həyətdə olan tikilidən 100 manat dəyərində bir ədəd «Bramo» cinsli xoruzu, bir ədədinin dəyəri 40 manat olan 9 ədəd «Bramo» cinsli fərələri, bir ədədinin dəyəri 10 manat olan 5 ədəd adi cinsli toyuqları, bir ədədinin dəyəri 10 manat olan 12 ədəd göyərçinləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 630 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 zəng edərək Bakı şəhəri, Səbail rayonu, N.Paşayev küçəsindən üç ədəd velosiped oğurlamağı ona təklif etmişdir. Səbuhi onunla razılaşaraq qeyd etdiyi ünvana gəlmiş və çöldə dayanaraq digər şəxslər gələcəyi halda məlumat vermək üçün ətrafı müşahidə etmişdir. O, isə iki həyətdən velosipedləri oğurlayaraq onları sıra ilə həyətdən çıxartmış və velosipedlərdən böyük olanı aparması üçün Səbuhiyə vermişdir. Digər iki velosipedi isə yaşadığı evin həyətinə gətirmişdir. Sonra o, iki ədəd kiçik ölçülü velosipedləri Murad adlı şəxsə birini 20 manata, digərini isə 30 manata satmışdır. Əldə etdiyi gəliri isə öz tələbatlarına xərcləmiş və əmisi oğlu Səbuhiyə həmin puldan heç nə verməmişdir. 13 noyabr 2021-ci il tarixdə gecə saat 04 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2la 3-cü massiv 50-ci küçədə yerləşən həyət evinin qarşısından keçən zaman həmin həyət evinin qapısının açıq olduğunu və həyətdəki yardımçı tikilidə çox sayda göyərçin olduğunu görmüşdür. Səbuhiyə həmin göyərçinləri birlikdə oğurlamağı təklif etmişdir. Səbuhi onunla razılaşmış və bayırda onu gözləmiş o, isə həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra əlavə yardımçı tikilidə çox sayda toyuq-cücə olduğunu görmüşdür. Həmin tikilidən üç ədəd “Bramo” cinsli toyuğu, göyərçinlər olan tikilidən isə 10 ədəd adi cinsli göyərçinləri oğurlayaraq onları kisələrə yığmışdır. Həyətdən çıxıb əlindəki kisələrdən birini Səbuhiyə vermiş və onlar oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs1 on ildən artıq müddətdir ki, tanıyır, Zaurun yaşadığı evdə iki dəfə olmuşdur. 08 yanvar 2022-ci il tarixdə saat 23:30 radələridə Zaurun yaşadığı Badamdar qəsəbəsində yerləşən evinə getmiş, evin həyətinə girişdə qoyulmuş darvazanın qapısı açıq olduğundan həyətə girmişdir. Zaurun yaşadığı evin birinci mərtəbəsində yerləşən zirzəminəsinə daxil olmuş və oradan bir ədəd böyük ölçülü və bir ədəd kiçik ölçülü deşici-qırıcı alət olan pereferator, pereferatorda istifadə edilən ucluqlar, plastik borularda istifadə edilən künclüklər, su kranı və başqa əşyaları torbaya yığmış, sonra oradan çıxmışdır. Hazırda etdiyi oğurluq nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilib. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində əmisi oğlu Elvin ilə sonuncunun yaşadığı evin yaxınlığında görüşmüş və Elvin ona Badamdar qəsəbəsində yerləşən həyət evindən oğurluq etməyi təklif etmişdir. O, Elvinin bu təklifi ilə razılaşmış və birlikdə dediyi həyət evinin qarşısına getmişlər. Darvazanın qarşısında Elvin ona həyətə oğurluq etmək məqsədilə girəcəyini, ona isə küçədə dayanıb gələn olarsa işarə ilə xəbərdarlıq etməyini bildirmişdir. Gecə saat 03 radələrində Elvin həmin həyətə daxil olmuş, o isə küçədə gözləmişdir. Təxminən 5-10 dəqiqədən sonra Elvin həyətdən bir ədəd göy rəngdə, böyüklər üçün velosiped çıxarıb, hasarın dibinə qoymuşdur. Bir qədər, sonra Elvin iki ədəd, rənglərini xatırlamadığı velosipedləri gətirərək gəlmişdir. Elvin birinci çıxardığı velosipedi aparmaq üçün ona vermiş, sonradan çıxardığı iki ədəd uşaq velosipedlərini isə özü götürmüş və onlar oradan uzaqlaşmışlar. Bundan başqa, oğurluq edəndən sonra Elvin bir daha ona toyuq və göyərçin lazım olduğunu, oğurluq etmək üçün 3-cü massiv, 50-ci küçədə yerləşən həyət evi tanıdığını bildirərək, oradan oğurluq etməyi təklif etmişdir. 13 noyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində Elvinin ona dediyi ünvana getmişdir. Darvazanın qarşısında o, Elvini gözləmişdir. Təxminən 10 dəqiqə sonra Elvin həmin həyətdən çıxmış və içərisində göyərçinlər olan kisəni ona vermiş, içərisində toyuqlar olan kisəni isə özü aparmışdır. Oradan 10 ədəd cinsini bilmədiyi göyərçin və 3 ədəd Bramo cinsli toyuq götürmüşlər. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilib. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsində olan zirzəmidə inşaat alətləri saxlayır. Zirzəminin qapısının kilidini bağlamır, qapı sadəcə örtülü vəziyyətdə qalır. 9 yanvar 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evin zirzəmisinə girən zaman orada olan əşyaları dağınıq vəziyyətdə görmüşdür. Baxan zaman əşyaların arasından on il bundan əvvəl 400 manata aldığı 1 ədəd hava kompressorunun, beş il bundan əvvəl 1200 manata aldığı “Bosch” firmasına məxsus olan 1 ədəd pereferator aparatının, beş il bundan əvvəl aldığı 2 (iki) ədəd balaca ölçülü, bir ədədi 100 manat olan “Rubin” firmasına məxsus, digəri 150 manat qiyməti olan “Bosch” firmasma məxsus olan dağıdıcı pereferatorların, 2019-cu ildə 150 manata aldığı Rusiya Federasiyası istehsalı olan 1 ədəd böyük ölçülü laqondanın, beş il bundan əvvəl 300 manata aldığı “Bosch” firmasına məxsus olan 1 ədəd böyük ölçülü laqondanın, beş il bundan əvvəl 150 manata aldığı “Bosch” firmasına məxsus olan 1 ədəd balaca ölçülü laqondanın, iki il bundan əvvəl 300 manata aldığı “Əloğlu” firmasına məxsus olan 1 ədəd benzinlə işləyən ağac kəsən mişarın, 2005-ci ildə 300 manata aldığı 1861-ci il istehsalı olan 1 ədəd odunla işləyən samovarın, 2018-ci ildə birini 30 manata aldığı 4 ədəd vint açan açarların, 1999-cu il tarixdə 100 manata aldığı 1 ədəd sarı rəngli böyük ölçülü fanarın, 50 manat dəyərində olan 1 ədəd ağac kəsən əl mişarının, on il bundan əvvəl 50 manata aldığı 1 ədəd polad baltanın oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 2167.89 manat dəyərində maddi ziyan dəymişdir. Ziyan ona ödənilib. Şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs1la barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə, təxminən günorta vaxtlarında Şirvan şəhərinə getməli olmuşdur. Həmin vaxt qonşuluqda yaşayan dayısıoğlu Arif onun həyətinə gəlib, öz uşağının velosipedlərinin yerində olmamasını aşkar etdiyini ona demişdir. Evinə qayıdıb özü də həyətdə velosipedləri saxladığı yerə baxarkən, iki velosipedin yerində olmadığını aşkar etmişdir. Həmin velosipedlərin oğurlanması nəticəsində ona 180 manat ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 12 noyabr 2021-ci il tarixdə axşam saatlarında həyət evinə baş çəkəndə bütün toyuq və göyərçinlər yerində olmuşlar. Toyuq və göyərçinləri yemləyib yaşadığı evə qayıtmışdır. 13 noyabr 2021-ci il tarixdə səhər saatlarında isə 15 ədəd toyuq və 12 ədəd göyərçinlərinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 630 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Şikayəti və tələbi yoxdur. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli «götürmə aparılması haqqında» protokoldan görünür ki, Səbail RPİ-nin 41-ci PB-yə ezam edilmiş təhqiqatçı, polis mayoru Mehman Dolxanov tərəfindən 1 ədəd «Bosch» markalı böyük ölçülü qırıcı-dağıdıcı perforator, 1 ədəd istifadə olunmuş «Rubin» markalı, «KHE-26» model, 105W orta ölçülü qırıcı-dağıdıcı perforator, 2 ədəd istifadə olunmuş böyük perforatorda istifadə edilən deşici ucluq (zubil), 4 ədəd istifadə olunmuş kiçik ölçülü perforatorda istifadə edilən deşici ucluq (zubil), istifadə olunmuş, perferatorda istifadə edilən 1 ədəd sverlo, 8 ədəd istifadə olunmuş, perferatorda istifadə edilən sverlo, 2 ədəd istifadə olunmuş, üzərində «TomaxcoMade 14» və «13P6M5» yazıları olan perforatorda istifadə edilən sverlo, 6 ədəd istifadə olunmuş, perforatorlarda istifadə edilən orta ölçülü sverlolar, istifadə olunmuş, üzərində «Gold M-42» yazıları olan, qırmızı rəngli plastik boruların kəsilməsində istifadə edilən 1 ədəd qayçı, istifadə olunmuş, üzərində «Master Tool», «Multi Tacker» və «CS» yazıları olan 3 ədəd skop vuranlar (mebel düzəldilən zaman parçaların taxtaya vurulması üçün istifadə olunur), künclüklü (uqolnik) 47 ədəd plastik muftalar (dirsək 90°), iç yivli 1 ədəd mufta, iki tərəfli düz plasmas 10 ədəd muftalar, üç tərəfli plasmas 8 ədəd muftalar, üç tərəfli, bir tərəfi boltla bağlanmış filtirli plasmas 4 ədəd muftalar, 3 ədəd plasmas tıxaclar, bir tərəfi dəmir rezba olan künclüklü (uqolnik) 2 ədəd plasmas muftalar (dirsək çöl yivli), narıncı rəngdə üzərində «Türkey» yazılı krantı olan 1 ədəd mufta, narıncı rəngdə krantı olan 1 ədəd mufta, üç tərəfli, bir tərəfi dəmir rezba olan 1 ədəd mufta, 1 ədəd üzərində “Lensi” yazılmış samovar və 1 ədəd üzərində kəsici diski olan böyük ölçülü laqonda götürülmüşdür. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 yanvar 2022-ci il tarixdə, saat 22:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 16 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 16 yanvar 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və onun dərhal həbsdən azad edilməsi, barəsində həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi 19 noyabr 2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Səbail rayonu N.Paşayev küçəsi 15 saylı fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Səbail rayonu 3-cü massiv 50-ci küçədə yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 noyabr 2021-ci il tarixdə, saat 21:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 20 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 21 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 21 noyabr 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, Səbail RPİnin MSY-dən azad edilmişdir. İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli «baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, ünvan 8 ünvanı həyət evidir. Həyətdə bir mərtəbəli yaşayış evi və yardımçı tikililər inşa edilmişdir. Həyətdəki tikilidən göy rəngli, 26 ölçülü, «Wolf» markalı velosiped aşkar edilərək götürülmüşdür. Evin sahibi Şahid2 bildirmişdir ki, həmin velosipedi oraya onun qardaşı oğlu Təqsirləndirilən şəxs2 gətirib qoymuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 23 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli «götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 evində saxladığı 2 ədəd «Bramo» cinsli toyuqları və 10 ədəd göyərçinləri, həmçinin bir ədəd velosipedi könüllü təqdim etmiş, həmin quşlar və velosiped götürülmüşdür. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli «mobil telefon aparatına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Fly» markalı mobil telefonuna baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, «Tap.az» İnternet saytında 050- ***-**-** mobil nömrəsi ilə 14 noyabr 2021-ci il tarixdə 29300328 nömrəli elan yerləşdirilmiş, bu elanda «Wolf» markalı, 26 ölçülük, göy rəngli velosipedin 170 manata satışa qoyulması qeyd edilmişdir, elanda velosipedə aid yerləşdirilmiş iki ədəd fotoşəklin də olması müəyyən edilmişdir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, 2 ədəd «Bramo» cinsli toyuqları və 10 ədəd göyərçinlər tanınması üçün Zərərçəkmiş şəxs4 təqdim edilmiş, o, həmin quşların ona məxsus olduqlarını tanıyaraq bildirmişdir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma barədə” qərardan görünür ki, 2 ədəd «Bramo» cinsli toyuq və 10 ədəd göyərçin iş üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, 2 ədəd «Bramo» cinsli toyuq və 10 ədəd göyərçin sağlam vəziyyətdə Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, göy rəngli, 26 ölçülü, Volf markalı velosiped tanınması üçün Zərərçəkmiş şəxs3 təqdim edilmiş, o, həmin velosipedin ona məxsus olduğunu tanıyaraq bildirmişdir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma barədə” qərardan görünür ki, 1 ədəd «Wolf» markalı velosiped iş üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, «Wolf» markalı, 26 ölçülü, göy rəngli velosiped saz vəziyyətdə Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 noyabr 2021-ci il tarixdə, saat 19:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 26 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 26 noyabr 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, Səbail RPİnin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 11 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 14 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3,177.2.4, 69.4-cü maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cərimə cəzası islah işləri cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səbail rayon icra hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, qəsəbədə yaşadığı müddətdə onun haqqında nümayəndəliyə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səbail rayon icra hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində qəsəbədə yaşadığı müddətdə nümayəndəliyə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 15 yanvar 2022-ci il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 yanvar 2022-ci il tarixli 9/8986 nömrəli rəyindən görünür ki, ekspertizanın təyin edilməsi haqqında qərarda və fotoşəkildə göstərilən 1 ədəd «Wolf» markalı «TCR-680» model, göy-qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 180, 00 manat müəyyən olunur. Digər iki adda mallar (toyuqları və göyərçinlər) haqqında kifayət qədər məlumat (çəkisi, növü, cinsi və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan “ittiham elan edilməli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 yanvar 2022-ci il tarixdə, saat 10:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilməsi üçün tutulmuşdur. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, araşdırma zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 ifadəsi Bakı şəhəri, Səbail rayonu,Badamdar qəsəbəsi, 1-ci yaşayış masivi, 7-ci döngə ünvnında yoxlanılmış, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət hadisəsini yerində göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, 1 ədəd «Bosch» markalı böyük ölçülü qırıcı-dağıdıcı pereferator, 1 ədəd «Rubin» markalı kiçik ölçülü qırıcı-dağıdıcı pereferator, 2 ədəd böyük pereferatorda istifadə edilən deşici ucluq (zubl), 4 ədəd kiçik ölçülü pereferatorda istifadə edilən deşici ucluq (zubl), 17 ədəd balaca pereferatorda istifadə edilən sverlo, 1 ədəd plastik boruların kəsilməsində istifadə edilən qayçı, 3 ədəd skop vuran (mebel düzəldilən zaman parçaların taxtaya vurulması üçün istifadə edilir) , 47 ədəd künclüklü (uqolnik) plastik mufta, 10 ədəd bir bir tərəfi dəmir dəmir rezba olan mufta, 10 ədəd iki tərəfli düz plasmas mufta, 8 ədəd üç tərəfli plasmas mufta, 4 ədəd üç tərəfli, bir tərəfi boltla bağlanmış fıltirli plasmas mufta, 3 ədəd plasmas tıxac, 2 ədəd , bir tərəfi dəmir rezba olan künclüklü (uqolnik) plastik mufta, 2 ədəd narıncı rəngdə krantları olan mufta, 1 ədəd üç tərəfli, bir tərəfi dəmir rezba olan mufta iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zaur Bədəlov təqdim edilmiş əşyaları nəzərdən keçirib bildirmişdir ki, həmin əşyalar ona məxsusdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 mart 2022-ci il tarixli 9/492 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 21 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 337,89 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Belə ki, 1) İstifadə olunmuş «Bosch» markalı böyük ölçülü qırıcı-dağıdıcı perforatorun üzərində istismar xarakteri qüsurlar (cızıqlar, rəng qopuqları və s.) - 1 ədəd - 150 manat; 2) İstifadə olunmuş «Rubin» markalı, «KHE-26» modeli, 105W orta ölçülü qırı-dağıdıcı perforatorun üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və s.) - 1 ədəd 100 manat; 3) İstifadə olunmuş böyük perforatorda istifadə edilən deşici ucluq (zubil) - 2 ədəd, bir ədədinin qiyməti 5 manat olmaqla cəmi 10 manat; 4) İstifadə olunmuş kiçik ölçülü perforatorda istifadə edilən deşici ucluq (zubil) - 4 ədəd, bir ədədinin qiyməti 2 manat olmaqla cəmi 8 manat; 5) istifadə olunmuş, perferatorda istifadə edilən sverlo - 1 ədəd 1,5 manat; 6) istifadə olunmuş, perferatorda istifadə edilən sverlolar - 8 ədəd, 1 ədədinin qiyməti 0,50 manat olmaqla, cəmi 4 manat; 7) İstifadə olunmuş, üzərində «TomaxcoMade 14» və «13P6M5» yazıları olan perforatorda istifadə edilən sverlolar - 2 ədəd, 1 ədədi 1 manat olmaqla cəmi 2 manat; 8) İstifadə olunmuş, perforatorlarda istifadə edilən orta ölçülü sverlolar - 6 ədəd, 1 ədədi 0,80 manat olmaqla cəmi 4,80 manat; 9) İstifadə olunmuş, üzərində «Gold M-42» yazıları olan, qırmızı rəngli plastik boruların kəsilməsində istifadə edilən qayçının üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəg qopuqları və s.) 1 ədəd 5 manat; 10) İstifadə olunmuş, üzərində «Master Tool», «Multi Tacker» və «CS» yazıları olan skop vuranlar (mebel düzəldilən zaman parçaların taxtaya vurulması üçün istifadə olunur) - 3 ədəd, 1 ədədi 5 manat olmaqla cəmi 15 manat; 11) İstifadə olmamış, künclüklü (uqolnik) plastik muftalar (dirsək 90°) - 47 ədəd, 1 ədədi 0,12 manat olmanqla, cəmi 5,64 manat; 12). İstifadə olmamış iç yivli mufta -1 ədəd, 0,90 manat; 13) İstifadə olmamış, iki tərəfli düz plasmas muftalar -10 ədəd, 1 ədədi 0,20 manat olmaqla cəmi 2 manat; 14) İstifadə olunmamış, iki tərəfli düz plasmas muftalar - 10 ədəd. 1 ədədi 0,20 manat olmaqla cəmi 2 manat; 15) İstifadə olmamış, üç tərəfli plasmas muftalar - 8 ədəd, 1 ədədi 0,20 manat olmaqla cəmi 1,60 manat; 16). İstifadə olmamış, üç tərəfli, bir tərəfi boltla bağlanmış filtirli plasmas muftalar - 4 ədəd, 1 ədədi 1,5 manat olmaqla cəmi 6 manat; 17) İstifadə olmamış plasmas tıxaçlar - 3 ədəd, 1 ədədi 0,20 manat olmaqla cəmi 0,60 manat; 18) İstifadə olmamış, bir ədəd dəmir rezba olan künclüklü (uqolnik) plasmas muftalar (dirsək çöl yivli) -2 ədəd, 1 ədədi 1,25 manat olmaqla cəmi 2,50 manat; 19) İstifadə olmamış, narıncı rəngdə üzərində «Türkey» yazısı olan, krantı olan mufta -1 ədəd 4 manat; 20) İstifadə olmamış, narıncı rəngdə krantı olan mufta - 1 ədəd 5 manat; 21) İstifadə olunmamış, üç tərəfli, bir tərəfi dəmir rezba olan mufta- 1 ədəd 1,25 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 28 mart 2022-ci il diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş (055) ***-**-** mobil nömrəsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Kriminalistika idarəsindən alınmış məlumatlar yazılmış kompakt diskə baxışla müəyyən edilmişdir ki, diskdə Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş (055) ***-**-** mobil nömrəsinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan məlumatlar yerləşdirilmişdir. Fayllardan birində (055) ***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilməsi öz təsdiqini tapır. Baxışla müəyyən edilmişdir ki, (055) ***-**-** mobil nömrəsi xx.xx.2021-ci il tarixdə saat 00:47:48 göstəricisindən saat 06:18:24 göstəricisinədək və bundan sonra ünvan 9 ünvanda yerləşən antenanın xidmət dairəsində olmuşdur. (055) ***-**-** mobil nömrəsi xx.xx.2021-ci il tarixdə saat 01:17:27 göstəricisində saat 06:04:44 göstəricisinədək ünvan 10 ünvanda yerləşən antenanın xidmət dairəsində olmuşdur. Bu məlumatlara əlavə olaraq qeyd edilməlidir ki, diskdə sorğulanan (050) ***-**-** və (070) ***-**-** mobil nömrələrinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məlumatların olmadığı müəyyən edilmişdir. Nömrələr arasındakı istintaq üçün maraq doğuran əlaqələr barədə Təqsirləndirilən şəxs2 məxsus (070) ***-**-** mobil nömrəsinə dair məlumatlar baxış protokolunda qeydlər edilmişdir. İş materiallarında olan 28 mart 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 adınaa rəsmiləşdirilmiş (070) ***-**-** mobil nömrəsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Kriminalistika idarəsindən alınmış məlumatlar yazılmış kompakt diskə baxışla müəyyən edilmişdir ki, diskdə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş (070)-300-90-27 mobil nömrəsinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan məlumatlar yerləşdirilmişdir. Fayllardan birində (070) ***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilməsi öz təsdiqini tapır. Baxışla müəyyən edilmişdir ki, (070) ***-**-** mobil nömrəsi xx.xx.2021-ci il tarixdə saat 02:12:13 göstəricisindən saat 04:09:53 göstəricisinədək ünvan 11 ünvanda yerləşən antenanın xidmət dairəsində, saat 06:15:19 göstəricisindən sonra isə ünvan 12 ünvanda quraşdırılmış antennanın xidmət dairəsində olmuşdur. (070) ***-**-** mobil nömrəsi xx.xx.2021-ci il tarixdə saat 01:59:16 göstəricisində ünvan 9 ünvanda yerləşən antenanın xidmət dairəsində, saat 03:05:41 və 03:05:44 göstərilərilərində və saat 03:34:21 göstəricisinə qədər Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 607 №-li həyət evində quraşdırılmış antennanın xidmət dairəsində, saat 05:58:22 göstəricisindən sonra isə ünvan 9 ünvanda yerləşən antenanın xidmət dairəsində. xx.xx.2021-ci il tarixə (070) ***-**-** mobil nömrənin antenna göstəriciləri barədə məlumat müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 məxsus (070) ***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus olması məlumatlarda təsdiqlənən (055) ***-**-** mobil nömrəsi arasında 13.1 1.2021-ci il tarixdə saat 11:31:22-də, xx.xx.2021-ci il tarixdə saat 11:29:46-da, xx.xx.2021-ci il tarixdə saat 06:17:57-də, xx.xx.2021-ci il tarixdə saat 06:21:49-da, xx.xx.2021 -ci il tarixdə saat 06:09:44-də telefon əlaqəsinin olması müəyyən edilir. Təqsirləndirilən şəxs2 məxsus (070) ***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus olması məlumatlarda təsdiqlənən (070) ***-**-** nömrəsi arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək telefon əlaqəsinin olmadığı, xx.xx.2021-ci il tarixdə bu nömrələr arasında əlaqənin olması müəyyən edilmişdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanarkən, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi 3 ünvanında yerləşən binanın 4-cü mərtəbəsindən velosiped oğurladığı yeri göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən ünvan 13 ünvanının yaxınlığında əmisi oğlu Təqsirləndirilən şəxs1 velosiped oğurlayıb ona verdiyi yeri göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən Bakı şəhəri Badamdar qəsəbəsi, 3-ci yaşayış massivində yerləşən ünvanı göstərərək əmisi oğlu Təqsirləndirilən şəxs1la paslı qapısı olan fərdi yaşayış evindən xx.xx.2021-ci il tarixdə 3 ədəd «Bramo» cinsli toyuqları və 10 ədəd göyərçinləri oğurladığı yeri, yerində göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 30 mart 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən ünvan 15 ünvandan xx.xx.2021-ci il tarixdə saat 03:30 radələrində həmin ünvandan 1 ədəd ağ-qara rəngli və 1 ədəd qırmızı-qara rəngli velosipedləri oğurladığı yeri, yerində göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 30 mart 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən 2 ədəd velosipedi oğurladığı ünvan 15 ünvanını yerində göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 30 mart 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən toyuqları və göyərçinləri oğurladığı yeri, yerində göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 30 mart 2022-ci il tarixli “maddi sübut kimi tanınma barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış əmlak maddi sübut hesab edilməklə məhkəmənin yekun qərarına qədər saxlanılması üçün əmlakın sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan 30 mart 2022-ci il tarixli qəbzdən görünür ki, 1 ədəd «Bosch» markalı böyük ölçülü qırıcı-dağıdıcı pereferator, 1 ədəd «Rubin» markalı kiçik ölçülü qırıcı-dağıdıcı pereferator, 2 ədəd böyük pereferatorda istifadə edilən deşici ucluq (zubil), 4 ədəd kiçik ölçülü pereferatorda istifadə edilən deşici ucluq (zubil), 17 ədəd balaca pereferatorda istifadə edilən sverlo, 1 ədəd plastik boruların kəsilməsində istifadə edilən qayçı, 3 ədəd skop vuran (mebel düzəldilən zaman parçaların taxtaya vurulması üçün istifadə edilir) , 47 ədəd künclüklü (uqolnik) plastik mufta, 10 ədəd bir bir tərəfi dəmir dəmir rezba olan mufta, 10 ədəd iki tərəfli düz plasmas mufta, 8 ədəd üç tərəfli plasmas mufta, 4 ədəd üç tərəfli, bir tərəfi boltla bağlanmış fıltirli plasmas mufta, 3 ədəd plasmas tıxac, 2 ədəd , bir tərəfi dəmir rezba olan künclüklü (uqolnik) plastik mufta, 2 ədəd narıncı rəngdə krantları olan mufta, 1 ədəd üç tərəfli, bir tərəfi dəmir rezba olan mufta iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019cu il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, onlar istintaq zamanı verdikləri ifadələri üzləşdirmə zamanı biri-birinin üzünə qarşı bildirməklə ilkin ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, onlar istintaq zamanı verdikləri ifadələri üzləşdirmə zamanı biri-birinin üzünə qarşı bildirməklə ilkin ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli “cinayət işindən cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işindən ayrıca icraata ayrılmışdır. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli “yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan 02 aprel 2022-ci il tarixli “yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli ittiham aktı təsdiq edilmədən təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 təsdiqi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə ittiham aktı təsdiq edilmədən barəsində cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs1 1800 (bir min səkkiz yüz) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, cəmi 3800 (üç min səkkiz yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan teleqramdan görünür ki, Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulan maddi və mənəvi ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 10 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərər ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs4 10 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərər aradan qaldırıldığından, maddi ziyan ödənildiyindən, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 01 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ona dəymiş ziyan ödəmişdir, aralarında barışıq əldə olunmuşdur, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs1dur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini qismən təqsirli bilməsinə dair ifadələri zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən qaydada ifadə verməsini və özlərini onlara qarşı elan olunmuş ittihamda qismən təqsirli bilmələrini onların hüququ kimi qəbul edir və təqsirləndirilən şəxslərin dəlillərini əsaslı hesab etmir, onların həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxslərin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1a azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 istintaq dövründə 24 noyabr 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək, 14 yanvar 2022-ci il tarixdən 16 yanvar 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət, 17 yanvar 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay 19 (on doqquz) gün müddət, cəmi 05 (beş) ay 23 (iyirmi üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 11 (on bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalından həbsdən azad edilməli, onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 istintaq dövründə 19 noyabr 2021-ci il tarixdən 21 noyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə oğurlanmış əşyalar geri qaytarıldığından, dəymiş zərər ödənildiyindən və iddia tələbi olmadığı üçün mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd istifadə olunmuş «Bosch» markalı böyük ölçülü qırıcıdağıdıcı perforator, 1 ədəd istifadə olunmuş «Rubin» markalı, «KHE-26» modeli, 105W orta ölçülü qırıcı-dağıdıcı perforator, 2 ədəd istifadə olunmuş böyük perforatorda istifadə edilən deşici ucluq (zubil), 4 ədəd istifadə olunmuş kiçik ölçülü perforatorda istifadə edilən deşici ucluq (zubil), istifadə olunmuş, perferatorda istifadə edilən 1 ədəd sverlo, 8 ədəd istifadə olunmuş, perferatorda istifadə edilən sverlo, 2 ədəd istifadə olunmuş, üzərində «TomaxcoMade 14» və «13P6M5» yazıları olan perforatorda istifadə edilən sverlo, 6 ədəd istifadə olunmuş, perforatorlarda istifadə edilən orta ölçülü sverlolar, istifadə olunmuş, üzərində «Gold M- 42» yazıları olan, qırmızı rəngli plastik boruların kəsilməsində istifadə edilən 1 ədəd qayçı, istifadə olunmuş, üzərində «Master Tool», «Multi Tacker» və «CS» yazıları olan 3 ədəd skop vuranlar (mebel düzəldilən zaman parçaların taxtaya vurulması üçün istifadə olunur), künclüklü (uqolnik) 47 ədəd plastik muftalar (dirsək 90°), iç yivli 1 ədəd mufta, iki tərəfli düz plasmas 10 ədəd muftalar, üç tərəfli plasmas 8 ədəd muftalar, üç tərəfli, bir tərəfi boltla bağlanmış fıltirli plasmas 4 ədəd muftalar, 3 ədəd plasmas tıxaçlar, bir tərəfi dəmir rezba olan künclüklü (uqolnik) 2 ədəd plasmas muftalar (dirsək çöl yivli), narıncı rəngdə üzərində «Türkey» yazılı krantı olan 1 ədəd mufta, narıncı rəngdə krantı olan 1 ədəd mufta, üç tərəfli, bir tərəfi dəmir rezba olan 1 ədəd mufta Zərərçəkmiş şəxs1 tərəfindən təhvil alınması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan «Wolf» markalı «TCR-680» model, göy-qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin Zərərçəkmiş şəxs3 tərəfindən təhvil alınması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 2 ədəd «Bramo» cinsli toyuq və 10 ədəd göyərçinin Zərərçəkmiş şəxs4 tərəfindən təhvil alınması nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birindən 50 (əlli) manat) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 24 noyabr 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək, 14 yanvar 2022-ci il tarixdən 16 yanvar 2022-ci il tarixədək tutulduğu 04 (dörd) gün müddət, 17 yanvar 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay 19 (on doqquz) gün müddət, cəmi 05 (beş) ay 23 (iyirmi üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 11 (on bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq dövründə 19 noyabr 2021-ci il tarixdən 21 noyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada (hər birindən 50 (əlli) manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə dəymiş zərər ödənildiyi və iddia tələbi olmadığı üçün mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan 1 ədəd istifadə olunmuş «Bosch» markalı böyük ölçülü qırıcıdağıdıcı perforator, 1 ədəd istifadə olunmuş «Rubin» markalı, «KHE-26» modeli, 105W orta ölçülü qırıcı-dağıdıcı perforator, 2 ədəd istifadə olunmuş böyük perforatorda istifadə edilən deşici ucluq (zubil), 4 ədəd istifadə olunmuş kiçik ölçülü perforatorda istifadə edilən deşici ucluq (zubil), istifadə olunmuş, perferatorda istifadə edilən 1 ədəd sverlo, 8 ədəd istifadə olunmuş, perferatorda istifadə edilən sverlo, 2 ədəd istifadə olunmuş, üzərində «TomaxcoMade 14» və «13P6M5» yazıları olan perforatorda istifadə edilən sverlo, 6 ədəd istifadə olunmuş, perforatorlarda istifadə edilən orta ölçülü sverlolar, istifadə olunmuş, üzərində «Gold M- 42» yazıları olan, qırmızı rəngli plastik boruların kəsilməsində istifadə edilən 1 ədəd qayçı, istifadə olunmuş, üzərində «Master Tool», «Multi Tacker» və «CS» yazıları olan 3 ədəd skop vuranlar (mebel düzəldilən zaman parçaların taxtaya vurulması üçün istifadə olunur), künclüklü (uqolnik) 47 ədəd plastik muftalar (dirsək 90°), iç yivli 1 ədəd mufta, iki tərəfli düz plasmas 10 ədəd muftalar, üç tərəfli plasmas 8 ədəd muftalar, üç tərəfli, bir tərəfi boltla bağlanmış fıltirli plasmas 4 ədəd muftalar, 3 ədəd plasmas tıxaçlar, bir tərəfi dəmir rezba olan künclüklü (uqolnik) 2 ədəd plasmas muftalar (dirsək çöl yivli), narıncı rəngdə üzərində «Türkey» yazılı krantı olan 1 ədəd mufta, narıncı rəngdə krantı olan 1 ədəd mufta, üç tərəfli, bir tərəfi dəmir rezba olan 1 ədəd mufta Zərərçəkmiş şəxs1 tərəfindən təhvil alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan «Wolf» markalı «TCR-680» modeli, göy-qara rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin Zərərçəkmiş şəxs3 tərəfindən təhvil alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan 2 ədəd «Bramo» cinsli toyuq və 10 ədəd göyərçinin Zərərçəkmiş şəxs4 tərəfindən təhvil alınması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 336 (üç yüz otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 336 (üç yüz otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün.Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar