Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-117/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirlİ bilinmişdir ondan ötrü ki, o, insanın həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1339 c ünvanın qarşısında əlində “Redmi MİA2” markalı telefon tutmuş 2012-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs əlindən həmin mobil telefonu çəkib almaq istəyərkən, sonuncu telefonu əlində bərk sıxıb saxladığından, sinəsindən yumruqla vurub həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə döş qəfəsinin ön səthinin qançırı kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarəti yetirərək, üzərində 5 manat dəyərində mobil nömrə olan 40 manat dəyərində “Redmi MİA2” markalı M1805D1SG modelli **********77697/**********77705 İMEİ lcodlu mobil telefonu açıq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 45 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli öz etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanması, götürmə, əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkətinin protokolları, məhkəməəmtəəşiinaslıq və məhkəmə-tibb ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlilidir, 3 övladı var. ünvan 4 ünvanda yaşayır. 15 gün olar ki, Bakı şəhərinə işləmək üçün gəlmişdir, Badamdar qəsəbəsi 3-cii yaşayış massivi ərazisində yerləşən avtoyuma sexində maşın yuyurmuş. 06 noyabr 2022-ci il tarixdə saat 17 radələrində hava yağışlı oldğundan avtoyuma sexində müştəri olmamışdır. Düşünmüşdür ki, 3-cü massiv ərazisində gəzib biraz dəmir yığıb aparıb satsın. 3-cü massivdə gəzən zaman orada olan hərbi hissənin yaxınlığında bir nəfər təxminən 10 yaşlarında olan oğlan uşağının əlində qara rəngdə mobil telefonu tutduğunu görmüşdür. Bir anlıq həmin telefonu uşağın əlindən alıb qaçmaq qərarına gəlmişdir. Uşağa yaxınlaşmış, telefonu əlindən alan zaman uşaq telefonu əlindən verməyərək dizlərini yerə qoyub qışıqıraraq anasını çağırmış, o, qonşuların çıxmasından narahat olaraq çəkib uşağın əlindən telefonu alaraq qaçmışdır. Həmin telefon qara rəngli “Redmi 2” markalı telefon olmaqla, üzərindəki şüşəsi çatlamış vəziyyətdə olmuşdur. Həmin gün telefonu aparıb Yasamal rayonu ərazisində yaşayan tanıdığı Mübariz adlı oğlana 15 manata satmış, pulu öz ehtiyacları üçün xərcləmişdir. Telefonu uşağın əlindən alan zaman uşaq ona müqavimət göstərmiş, telefonu əlində bərk tutmuş, vermək istəmirmiş, dizlərini yerə qoyaraq qışqırmışdır. O da telefonu çəkib uşağın əlindən alaraq qaçmışdır. Uşağı vurmamış, sinəsindən kənara itələyərək əlindən telefonunu alaraq qaçmışdır. Telefonu satdığı Mübariz adlı şəxsə hansı formada telefonu əldə etdiyini deməmiş, Mübariz ondan sənəd istəməmişdir, çünki o, demişdir ki telefon özünündür, pula ehtiyacı olduğu üçün təcili satır. Təqsirləndirilən şəxs son sözündə, törətmiş olduğu əməldən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı övladının olmasını, gənc olmasını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə ifadə vermiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 6 ünvanında valideyinləri ilə birlikdə yaşayır. 06 noyabr 2022-ci il tarixdə saat 16:50 radələrində anası onun mobil telefonuna zəng vuraraq əlində yük ilə gəldiyini bildirmiş, ondan kömək üçün qarşılamasını istəmişdir. O, yaşadıqları Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cii yaşayış massivi 1339 C ünvanından özünə məxsus olan “Redmi MİA 2” markalı mobil telefonu götürmüş və evin qarşısında yol tərəfə çıxmış, anasının gələcəyi tərəfə gedən zaman, qara rəngli paltar geyinmiş, başında papaq olan arıq bədənli oğlan yanından keçən zaman ona baxaraq keçmişdir. Bu şəxsin mağaza tərəfə qaçdığını görmüş və elə düşünmüşdür ki. mağazada nəyisə qalıbsa həmin istiqamətə gedir. O, yoluna davam etmiş, həmin vaxt əlində tutuduğu telefonun zəng yerinə girmiş, həmin vaxt yanından keçən oğlan arxadan gələrək onun qolundan tutmuş və onu yaxınlıqda olan gölməçəyə atmış, sonra telefonu əlindən almağa cəhd edən zaman, o, anasına zəng vurmuş və ekranı söndürmüşdür. Həmin şəxs əlindən telefonunu almaq istəyəndə o, telefonun kabura hissəsini sıxmış, telefon əlinə düşmüş, kabra həmin şəxsin əlində qalmışdır. Bu şəxs əlindəkinin telefon deyil kabura olmasını bilib, yenidən onun üstünə gələrək sinəsindən yumruqla vurmuş və əlindən telefonu almışdır. O. yenə də həmin şəxsi tutub saxlamağa cəhd etsə də. gücü çatmamış və həmin şəxs telefonu götürərək qaçmışdır. Hadisə baş verən zaman ətrafda başqa şəxslər, heç kim olmamış, hətta o, həmin vaxt qışqırsa da səsə heç kim gəlməmişdir. Qeyd etdiyi şəxs sinəsindən yumruqla vurması ilə əlaqədar gözlə görünən xəsarəti yoxdur, biraz sinəsi ağrımışdır. Ona məxsus olan "Redmi MİA 2" markalı mobil telefon işlənmiş telefon olmuş, qiymətinin 120 manat olmasını düşünür. Ona məxsus olan mobil telefonun üzlük şüşəsində çat hissələri əvvəldən olmuşdur. Mobil telefonunda olan mobil nömrənin qiyməti 10 manat olardı. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəsi X5 övladının baş vermiş hadisədən ciddi sarsıntı və qorxu hissi keçirtdiyini, onun psixoloji problemlərinin yaranmasını və hal-hazırda da psixoloq tərəfindən müalicə almasını bildirərək Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. 06 noyabr 2022-ci il tarixdə saat 16:50 radələrində o, avtobusdan düşmüş, əlində bazarlıq etdiyi əşyaları olduğu üçün evdə olan 2012-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs zəng vuraraq köməklik etməsi üçün onu qarşılamasını istəmişdir. O, ev istiqamətində gedən zaman ona oğlunun telefonundan zəng gəlmiş, telefonu açan zaman telefondan külək səsi kimi bir səs gəlmiş, o, biraz təccüblənsə də yoluna davam etmişdir. Bir neçə dəqiqədən sonra onların məhəlləsinə gedən yolda olan pilləkənlərlə qalxan zaman, arıq bənli, əyində qara paltar olan bir oğlanın pilləkənlər tərəfə tullanaraq qaçdığını görmüşdür. Başında papağı olduğundan və gödəkcəsinin yaxalığını qaldırdığına görə bu şəxsin üzünü görməmişdir. Həmin vaxt başqa bir nömrədən zəng gəlmiş, telefonu açan zaman oğlu marketdən zəng vurduğunu bildirərək, naməlum şəxsin onun telefonunu əlindən alıb qaçdığını bildirmişdir. O, dərhal başa düşmüşdür ki, həmin hadisəni törətmiş şəxs yanından qaçıb gedən şəxs olmuşdur. O, yoluna davam etmiş, Vahidlə görüşmüş, sonuncudan nə hadisə baş verdiyini soruşanda Vahid ona bildirmişdir ki, əynində qara paltar, arıq bədənli şəxs əlindən mobil telefonunu alaraq qaçmış, həmin vaxt tanımadığı şəxsi saxlamağa çalışmış, lakin gücü çatmamışdır. O, özü həmin şəxsin arxasıca qaçmaq istəyəndə Vahid qoymamış və o, həyat yoldaşının dayısı Elşad Nəbiyevə zəng vurub baş verənləri bildirmiş, Elşad isə bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Oğlu Zərərçəkmiş şəxs bədənində gözlə görünən xəsarət izi olmamış, lakin səhəri gün sinəsində ağrılar olduğunu Vahid ona bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda ailəsi ilə birlikdə yaşayır. 06 noyabr 2022-ci il tarixdə axşam saatlarında o, məhlədə olan zaman orada tanışı Təqsirləndirilən şəxs görmüş, Cavid ona yaxınlaşaraq satlıq “Redmi A2” markalı telefonu olduğunu bildirmiş və həmin telefonu ona 15 manata sata biləcəyini demişdir. O, telefona baxmış, qara rəngli üzlüyündə çat olan telefon olmasını görmüşdür. O, razılaşmış və həmin telefonu Caviddən 15 manata almışdır. 09 noyabr 2022-ci il tarixdə yaşadıqları məhəllədə olan zaman ona mülkü qeyimdə polis əməkdaşları yaxınlaşmışlar, özlərini təqdim etmişlər və ona Cavidin telefon satıb satmadığını soruşmuşlar. O, hazırda ifadəsində qeyd etdiklərini həmin polslərə bildirmişdir. Onu izahatının alınması üçün bölməyə dəvət etmişlər, o, polis bölməsində izahat vermiş və Cavidin ona 15 manata satdığı qara rəngli, qara qablı, üzlüyündə çat olan “Redmi A2” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs ona telefonu necə əldə etməsi barədə deməmişdir. Cavid ona telefonun özünə məxsus olmasını və ehtiyacı olduğu üçün satdığını demişdir. Təqsirləndirilən şəxs sənəd tələb etməmişdir. Cavid onu elə inandırmışdır ki. o, Caviddən sənəd tələb etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki. Ədliyyə Nazirliyinin Ekspertiza X1 şöbəsinin baş eksperti vəzifəsində 1997-ci ildən çalışır. Tərtib etdiyi məhkəmə-əmtəəşiinaslıq ekspertizasının 08 dekabr 2022-ci il tarixli 9/8196 N-li ekspert rəyi ilə bağlı bildirmişdir ki. ekspertiza tədqiqatına təqdim edilmiş “Redmi MİA2” markalı mobil telefonun şüşəsi və gövdəsi sınıq vəziyyətdə olduğundan, həmin mobil telefonun digər detallarının ümumilikdə ehtiyat hissələri kimi orta bazar qiyməti təxminən 40 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında görünür ki: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 may 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 66.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 17 dekabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xızı Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Götürlümə aparılması haqqında protokoldan və qərardan görünür ki, Şahid2 09 noyabr 2022ci il tarixdə “Redmi MİA2” markalı qara rəngli mobil telefonu təhqiqat orqanına könüllü olaraq təqdim etmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan və Səbail Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 4(009)-489/2022 nömrəli qərarından görünür ki, 09 noyabr 2022-ci il tarixdə saat 18:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş və barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsiləndirilən şəxsə ittiham elan edilməsi haqqında qərardan görünür ki, 10 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir. 21 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəməyədək icaat dövründə keçirilmiş və məhkəmə istintaqında tədiqiq olunmuş “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokolundan görünür ki, “Redmi MİA2” markalı M1805D1SG modeli, ekranı və korpusu zədələnmiş vəziyyətdə olan **********77697/**********77705 İMEİ kodlu mobil telelefon tanınması üçün Zərərçəkmiş şəxs təqdim edilmiş və o, həmin telefonu tanıyaraq, bu telefonun ona məxsus olduğunu təsdiq etmişdir. Məhkəməyədək icaat dövründə keçirilmiş və məhkəmə istintaqında tədiqiq olunmuş “məhkəmə-əmtəəşünaslıq ekspertizasının” 08 dekabr 2022-ei il tarixli 9/8196 N-li ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çində istehsal olunmuş “Redmi MİA2” markalı M1805D1SG modeli, ekranı və korpusu zədələnmiş vəziyyətdə olan mobil telefonun normal vəziyyətdə 2022-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 200.0 manat, hazırda qırıq vəziyyətdə olan kauçuk qabın normal vəziyyətdə orta bazar qiyməti təxminən 5,0 manat, Mobil nömrənin orta bazar qiyməti təxminən 5,0 manat olmaqla ümumilikdə dəymiş ziyan 210,0 manat müəyyən edlir. “Redmi MİA2” markalı telefonun hazırki vəziyyətdə istifadəyə hansı dərəcədə yararlı olduğunu müəyyən etmək mümkün olmadığından qiymətsiz müəyyən olunur. Aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Məhkəməyədək icaat dövründə keçirilmiş və məhkəmə istintaqında tədiqiq olunmuş “məhkəmə-tibb ekspertizasının” 11 noyabr 2022-ci il tarixli 798 nömrəli ekspert rəyindən görünür ki, 2012-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - döş qəfəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 06 noyabr 2022ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. 17 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan “Redmi MİA2” markalı telefonun işlək vəziyyətdə qaytarılmasını təsdiq etmişdir. Sübutların qiymətləndirilməsi barədə 19 yanvar 2023-cü il tarixli qərarı “Redmi MİA2” markalı M1805D1SG modelli, ekranı və korpusu zədələnmiş vəziyyətdə olan **********77697/**********77705 İMEİ kodlu mobil telelefon maddi sübut hesab edilərək sahibinə - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 mart 2017-ci il təvəllüdlü X6, 13 may 2015-ci il təvəllüdlü X8 və 20 fevral 2020-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1 ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124 cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, habelə təqsirləndirilən şəxs tərəfindən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı olan şəxsə qarşı törədilməsində ittiham olunub cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin hal-hazırda şikayətçi olmalarını, hadisə nəticəsində zərərçəkmiş yetkinlik yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs psixoloji travma almasını və hal-hazırda da müalicə almasını nəzərə alıb belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də onun şəxsiyyətinə uyğundur və islah olunmasına təsir edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, mobil telelefonun zərərçəkmiş şəxsə qaytarılmasının və gənc olmasını cəzasını yüngülləşdirən, cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı olan şəxsə qarşı törədilməsini isə cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınmasını məqsədəuyğun hesab edir. Həmçinin, Təqsirləndirilən şəxs cəzasının əvvəlinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 4(009)-489/2022 nömrəli qərarına uyğun olaraq 09 noyabr 2022-ci il tarixindən hesablanmasını və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış “Redmi MİA2” markalı M1805D1SG modeli, ekranı və korpusu zədələnmiş vəziyyətdə olan **********77697/**********77705 İMEİ kodlu mobil telelefonun zərərçəkmiş şəxsə qaytarılmasını və eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 09 noyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan “Redmi MİA2” markalı M1805D1SG modelli, ekranı və korpusu zədələnmiş vəziyyətdə olan **********77697/**********77705 İMEİ kodlu mobil telelefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-117/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-117/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver