Məhkəmə qərarları › İş №1(009)-117/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-117/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-117/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx xxxx 1985-ci ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Beyləqan rayonu Birinci Şahsevən Ərazi X7 kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 20 aprel 2023-cü il tarixə keçən gecə saat 02 radələrində ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısına gəldikdən sonra ətrafı müşayiət edərək heç kimin olmamasına əmin olub cinayətkar niyyətini həyata keçirərək həmin ünvanda park edilmiş vəziyyətdə olan, zərərçəkmiş şəxs Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs5 Safraza məxsus 1200 (bir min iki yüz) manat dəyərindəki bir ədəd qırmızı rəngli “Tufan N4-50' əmtəə nişanlı mopedi həmin ünvandan mopedin açarının üzərində olmaması səbəbindən əlləri ilə hərəkət etdirməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 Safraza 1200 (bir min iki yüz) manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 aprel 2023-cii il tarixə keçən gecə saat 02 radələrində ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısına gəldikdən sonra ətrafı müşayiət edərək heç kimin olmamasına əmin olub cinayətkar niyyətini həyata keçirərək həmin ünvanda park edilmiş vəziyyətdə olan, Zərərçəkmiş şəxs4 məxsus 2500 (iki min beş yüz) manat dəyərindəki bir ədəd göy rəngli "Jianshe N 49'' əmtəə nişanlı mopedi həmin ünvandan mopedin açarının üzərində olmaması səbəbindən əlləri də hərəkət etdirməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 2500 (iki min be yiiz) manat miqdarında ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 iyul 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Səbail rayonu Şıx qəsəbəsi Salyan şossesi 32 nömrəli ünvanda yerləşən "İdea” adlı ictimai çimərliyə gələrək həmin çimərliyə istirahətə gəlmiş şəxsləri əvvəlcədən planlaşdırdığı şəkildə müşahidə etməklə içərisində müxtəlif əmlaklar olan bir ədəd qara polietilen rəngli torbanın üç nəfər kişi cinsindən olan şəxslər tərəfindən orada yerləşən iaşə obyektinin işçisinə saxlanılması üçün verilməsini müşahidə edib həmin torbanın içərisində qeyd olunan şəxslərə məxsus əmlakların olmasına əmin olduqdan sonra ətrafı müşayiət edərək qeyd edilən torbanı verən şəxslərin çay evinin yanından uzaqlaşmasına əmin olub cinayətkar niyyətini həyata keçirərək iaşə obyektinin işçisinə yaxınlaşmış, ona özünü torbanı saxlanılması üçün ona verən şəxslərin tanışı kimi təqdim edib təhrif olunmuş, həqiqətəııyğun olmayan məlumatlar verərək inandırdıqdan sonra torbanın çay evinin işçisi tərəfindən ona təqdim edilməsinə nail olmaqla içərisində Zərərçəkmiş şəxs1 məxsus balansuukı 8 (səkkiz) manat danışıq dəqiqələri olmaqla 10 (on) manat dəyərindəki 055 *** ** ** GSM nömrəsi ilə istıladə olunan bir ədəd 1100 (bır min bir yüz) manat dəyərində olan **********63712 və **********42938 İMEİ şifrəli “Apple” əmtəə nişanlı “İphone 11 pro” modelli mobil telefon və 5 (beş) manat dəyərindəki əmtəə nişanı istintaqa məlum olmayan qobur, 300 (üç yüz) manat miqdarında pul vəsaiti əmtəə nişanı istintaqa məlum olmayan 40 (qırx) manat dəyərində kişi şalvarı, əmtəə nişanı istintaqa məlum olmayan 30 (otuz) manat dəyərində kişi üçün qısaqol yay könyəyi, əmtəə nişanı istintaqa məlum olmayan 30 (otuz) manat dəyərində bir cüt kişi idman ayaqqabası və sonuncuya məxsus olmaqla Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektini ehtiva cıməyəıı və törədilməsi ilə qeyd edilən cinayət əməlinin tərkibini yaratmayan, balanasında ümumilikdə cəmi 28 (iyirmi səkkiz) manat miqdarında pul vəsaiti olan Kapital Bank” AS C və "xxxx" ASC tərəfindən verilmiş nömrələri istintaqa məlum olmayan iki ədəd pul kartı, digər Zərərçəkmiş şəxs2 məxsus balansında 1 (biı) manat danışıq dəqiqələri olmaqla 10 (on) manat dəyərindəki 070 *** ** ** GSM nömrəsi ilə istifadə olunan bir ədəd 1200 (bir min iki yüz) manat dəyərində olan **********06062 və **********46829 İMEİ şifrəli “Apple" əmtəə nişanlı “İphone 11 pro max” modelli mobil telefon və 100 (bir yüz) manat miqdarında pul vəsaiti və sonuncuya məxsus olmaqla Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektini ehtiva etməyən və törədilməsi ilə qeyd edilən cinayət əməlinin tərkibini yaratmayan balanasında heç bir məbləğdə pul vəsaiti olmayan "xxxx" ASC tərəfindən verilmiş bir ədəd 4169 7413 3235 9619 nömrəli pul kartı və nömrəsi istintaqa məlum olmayan bir ədəd “Leobank” pul kartı, digər Zərərçəkmiş şəxs3 məxsus balansında 5 (beş) manat danışıq dəqiqələri olmaqla 15 (on beş) manat dəyərindəki 055 *** ** ** və 15 (on beş) manat dəyərindəki 070 24021 30 GSM nömrələri ilə istifadə olunan bir ədəd 400 (dörd yüz) manat dəyərində olan **********88000 İMEİ şifrəli “Redmi Mi 11 Lite 5 G” əmtəə nişanlı mobil telefon və 6 (altı) manat dəyərindəki əmtəə nişanı istintaqa məlum olmayan qobur, əmtəə nişanı istintaqa məlum olmayan 40 (qırx) manat dəyərində cins materiallı kişi şalvarı, əmtəə nişanı istintaqa məlum olmayan 35 (otuz beş) manat dəyərində kişi üçün qısaqol yay könyəyi, əmtəə nişanı istintaqa məlum olmayan 10 (on) manat dəyərində bir cüt makasin modelli kişi ayaqqabası və sonuncuya məxsus olmaqla Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektini ehtiva etməyən və törədilməsi ilə qeyd edilən cinayət əməlinin tərkibini yaratmayan balanasında 15 (on beş) manat miqdarında pul olan nömrəsi istintaqa məlum olmayan bir ədəd “Leobank" nul kartı olan qara rəgli poletilen torbanı vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 1551 (bir min beş yüz əlli bir) manat, Zərərçəkmiş şəxs2 1311 (bir min üç yüz on bir) manat və Şəmsəddinov Fərhad Saqir oğluna 541 (beş yüz qırx bir) manat miqdarında ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyul 2023-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri Səbail rayonu Şıx qəsəbəsi Salyan şossesi 32 nömrəli ünvana gələrək həmin tinvanda yolun kənarında nəzarətsiz qaydada park edilmiş, Zərərçəkmiş şəxs6 məxsus ** RG *** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes Benz G” markalı nəqliyyat vasitəsinə yaxınlaşdıqdan sonra ətrafı müşayiət edərək heç kimin olmamasına əmin olub cinayətkar niyyətini həyata keçirərək yerdən götürdüyü daş parçası ilə qeyd edilən nəqliyyat vasitəsinin sağ arxa şüşəsini sındırmaqla nəqliyyat vasitəsinin içərisinə daxil olmuş, nəqliyyat vasitəsinin arxa oturacağının üzərində olan kişi şalvarının sağ yan cibindən balansında 20 (iyirmi) manat danışıq dəqiqələri olmaqla 50 (əlli) manat dəyərindəki 050 *** ** ** GSM nömrəsi ilə istifadə olunan bir ədəd 2150 (iki min yüz əlli) manat dəyərində olan **********57587 İMEİ şifrəli “Apple” əmtəə nişanlı “İphone 14 pro max” modelli mobil telefonu 10 (on) manat, dəyərindəki əmtəə nişanı istintaqa məlum olmayan qoburu ilə birlikdə taladıqdan sonra cinayətkar niyyətinə davam edərək həmin şalvarın sol yan cibindən 870 (səkkiz yüz yetmiş) manat miqdarında pulu, daha sonra isə nəqliyyat vasitəsinin sürət qutusu linginin yanından balansında danışıq dəqiqələri olmayan 30 (otuz) manat dəyərindəki 050 *** ** ** GSM nömrəsi ilə istifadə olunan bir ədəd 700 (yeddi yüz) manat dəyərində olan İMEİ şifrəsi istintaqa məlum olmayan “Apple əmtəə nişanlı "İphone 8+” modelli mobil telefonu 5 (beş) manat dəyərindəki əmtəə nişanı istintaqa məlum olmayan qoburu ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 3835 (üç min səkkiz yüz otuz beş) manat miqdarında ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə saat 02 radələrində ünvan 1 ünvanda olan binanın blokunun qarşısında olan qırmızı rəngli Tufan markalı mopedi görərək həmin mopedi oğurlamaq qərarına gəlmişdir. Bu səbəbdən ətrafa göz gəzdirərək kimsənin olmadığını yəqin etdikdən sonra qırmızı rəngli Tufan markalı mopedi əli ilə sürərək məhəllədən çıxararaq işə salmaq üçün açarı olmadığına görə mexaniki işə salaraq oradan uzaqlaşmışdır. Sonra isə həmin mopedi də avtobusla Yevlaxa apararaq orada xalasının qonşusu Elçin adlı şəxsə 600 manata satmışdır. O, daha sonra göstərmişdir ki. Gündüz və Elçin adlı şəxslərin anket məlumatlarını bilmir. Bundan başqa göstərmişdir ki. 25 aprel 2023-cü il tarixdə saat təxminən 02 radələrində Bakı şəhəri Nəsimi rayonu R.Məmmədov küçəsi 17 nömrəli binanın qarşısında olan zaman bir ədəd göy rəngli Jianshe N-49 markalı moped görmüşdür. Həmin moped binanın blokunun yaxınlığında olmuşdur. O, ətrafa baxaraq kimsənin olmadığını yəqin etdikdən sonra həmin mopedi oğurlamaq qərarına gəlmişdir. Bir müddət də gözlədikdə kimsənin olmadığını yəqin etmiş və həmin mopedə yaxınlaşaraq mopedi saxlayan ayağını qatlayaraq mopedi əli ilə sürərək məhəllədən çıxartmışdır. Bir az kənarda isə mopedi açarsız olaraq mexaniki yəni ayağı ilə pedala təzyiq göstərərək işə salmışdır. Oğurladığı göy rəngli Jianshe N-49 markalı mopedi işə saldıqdan sonra Qaradağ rayonu Lökbatan qəsəbəsi Sədərək ticarət mərkəzinə yola düşmüşdür. Orada gözləyərək səhər açıldıqdan sonra Gəncə avtobusunun dayanacağına gələrək oğurladığı Jianshe N- 49 markalı mopedi avtobusun yük yerinə yükləyib özü isə sərnişin yerinə minərək Yevlax şəhərinə yola düşmüşdür. Yevlax şəhərində düşərək mopedi də götürərək sürə-sürə Yevlax şəhərində yaşayan xalasının evinə getmişdir. Orada xalası qızının yoldaşı Gündüz mopedi gərərək ona 500 manata satmasım və yeni doğulmuş uşağın süd pulunu alan kimi pulu verəcəyini bildirmişdir. O, isə mopedi ona bağışlamış və pula ehtiyac olmadığım bildirmişdir. Bundan sonra Gündüz ailəsi ilə birlikdə Ağdaş şəhərinə getmişdir. Eıləsi gün o da oğurladığı moped ilə Ağdaş şəhərinə getmişdir. Ağdaş şəhərində Gündüzlə danışıdığı kimi mopedi ona bağışlamışdır. Sonra isə yenidən Yevlax şəhərinə qayıtmışdır. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, ona oğurluq etməkdə heç kim köməklik etməmişdir. Oğurluğu tək etmişdir. O, oğurladığı göy rəngli Jianshe N-49 markalı mopedi Gündüzə bağışlayarkən oğurluq olduğunu ona deməmişdir. Bundan başqa göstərmişdir ki, o, Zərərçəkmiş şəxs6 tanımır. 22 iyul 2023-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri Səbail rayonu Şıxov qəsəbəsində olarkən Bakı şəhəri Salyan şossesi 32 ünvanında yolun kənarında qara rəngli Mercedes G klass markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin ətrafında heç kimin olmadığından əmin olub avtomaşına yaxınlaşıb içəri boylandıqda avtomobilin salonunda sürətlər qutusunun rıçaqının yanında İphone 8+ mobil telefonu görmüşdür. Maddi sıxıntıları olduğuna görə həmin İphone 8+ mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra ətrafda kimsənin olmadığını görüb avtomobilin yaxınlığında yerdə olan çay daşı ilə avtomobilin sağ arxa yan şüşəsinə zərbə endirərək şüşəni sındırıb, avtomobilin qapısını açaraq içəri daxil olmuşdur. Avtomobilin içərisində oturacaqda olan kişi şalvarının sağ cibindən 01 ədəd İphone 14 Pro Max markalı mobil telefon, şalvarın sol yan cibindən isə 870 manatı pul götürmüş, avtomobilin salonunun sürətlər qutusunun rıçaqının yanında olan İphone 8+ markalı mobil telefonu oğurlayıb uzaqlaşmışdır. Bundan sonra o, oğurladığı İphone 14 Pro Max markalı mobil telefonu Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında telefon mağazası işlədən Fərhad adlı şəxsə 300 manata sataraq oğurluq nəticəsində əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, ona oğurluq etməkdə kimsə köməklik etməmiş, oğurluğu tək etmişdir. O, oğurladığı İphone 14 Pro Max markalı mobil telefonu satarkən oğurluq olduğunu deməmişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yolun kənarında qara rəngli “Mercedes G klass” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı İphone 8+ markalı mobil telefon kodda olduğuna görə alan olmadığından həmin telefonu Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı ünvanda tullamışdır. O, daha sonra göstərmişdir ki. Zərərçəkmiş şəxs1. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tanımır. O, Şıxov qəsəbəsində 18 iyul 2023-cü il tarixdə adları qeyd edilən şəxslərə məxsus qara bağlamanı və içərisində olan telefonları və pulları oğurlamamışdır. Bu barədə söylənilənlər doğru deyildir. O, Nəsimi Rayon Polis İdarəsində olan oğurluq hadisəsi zamanı saxlanılan zaman Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsinin əməkdaşları tərəfindən təzyiq olduğu üçün məlumatının olduğunu bildirmişdir. Əslində isə göstərilən əşyaları oğurlamamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, dəymiş ziyanı könüllü olaraq qismən ödədiyini və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 barışıq əldə etməsini, qeyri-rəsmi qaydada ailəli olduğunu və 6 yaşlı uşağının olduğunu, oğurlanmış mopedlərin bir hissəsini qaytarıldığını bildirərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs5 Sarfaz ifadəsində göstərmişdir ki, hazırda Rəssamlıq Akademiyasında ali təhsil alır. Təxminən 1 ildir ki, Bakı şəhərində yaşayır. 18 aprel 2023-cü il tarixdə 50 manat beh ödəməklə qırmızı rəngli Tufan markalı moped Ban nömrəsi R55PCBLS1Mİ1L32879, mühərrik nömrəsi 1P39FMBMHL32879 olan mopedi saxlayıb həmin binanın 1-ci bloku 5-ci mərtəbəsində kirayə yaşadığı mənzilə qalxmışdır. Həmin ay Ramazan ayı olduğundan o, oruc tutmuşdur. 20 aprel 2023-cü il tarixdə saat təxminən 04 radlərində qalxaraq imsak etmək üçün mağazadan ərzaq almaq məqsədi ilə binanın həyətinə düşdükdə həmin qırmızı rəngli Tufan markalı mopedin yerində olmadığını görmüşdür. Sonra ətrafa baxmışdır. Lakin mopedi tapa bilmədiyindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını anlamışdır. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, ona məxsus olan qırmızı rəngli Tufan markalı mopedin oğurlanması nəticəsində 1000 manat ziyan dəymişdir. Daha sonra izahatda göstərmişdir ki, o, oğurlanmış qırmızı rəngli mopedin qiymətini tam bilmədiyindən və həmçinin satan şəxslə dəqiqləşdirmədiyindən mopedi satan şəxsin mopedin oğurlanmasını nəzərə alaraq qiyməti aşağı edəcəyini düşündüyü üçün oğurluq nəticəsində 500 manat ziyan vurulduğunu göstərmişdir. O, oğurluqdan sonra mopedi satan şəxsə həmin moped üçün 1 000 manat verdiyindən, oğurluq nəticəsində ona 1000 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhərində şəxsi mopedi ilə “Wolt" çatdırılma xidmətində işləyərək daşıyıcı fəaliyyəti ilə məşğul olmuşdur. 24 aprel 2023-cü il tarixdə saat 23 radələrində özünə məxsus göy rəngli Jiansje N 49 markalı mopedi yaşadığı ünvan 7 binanın 4-cü blokunun qarşısında park edərək kirayə yaşadığı həmin binanın 55-ci mənzilinə qalxmışdır. Ertəsi gün, yəni 25 aprel 2023-cü il tarixdə saat 07:45 radələrində işə getmək üçün kirayə yaşadığı ünvan 7 binanın 4-cü blokunun qarşısında düşdükdə ona məxsus göy rəngli Jiansje N 49 markalı mopedin orada olmadığını görmüşdür. O, ətrafa göz gəzdirmişdir. Mopedin orada olmadığını yəqin etdikdən sonra mopedin oğurlanmasını zənn edərək DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra Nəsimi polis idarəsinin 19-cu PŞ-in əməkdaşları hadisə yerinə gəlmişlər. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, 24 aprel 2023cü il tarixdə göy rəngli Jiansje N-49 markalı mopcdi yaşadığı binanın qarşısında saxlayaraq mopedin oğurlanmasının qarşısını almaq iiçiin heç bir tədbir görməmişdir. Bircə mopedi açarsız aparanda onun sükanı kilidə düşün sağa sola dönməmişdir. Onu da sükana təzyiq göstərib sındırmaq asan olmuşdur. Daha sonra göstərmişdir ki, Jiansje N-49 markalı mopedin oğurlanması nəticəsində ona 2500 manat maddi ziyan dəymişdir. Həmçinin göstərmişdir ki, ona məxsus olan mopedin heç bir nasazlığı olmamışdır. Tam işlək vəziyyətdə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 iyul 2023cü il tarixdə saat 20 radələrində dostu Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 oğu ilə birlikdə dənizdə çimmək üçün Səbail rayonu Salyan şossesi 32 ünvanı Şıxovda yerləşən ictimai çimərliyə getmişlər. Onlar paltarlarını soyunmuş, o, özünə məxsus olan 2023-cü ilin yanvar ayında “Əli Telekom” adlı mağazadan 1100 manata aldığı “İphone 11 pro” markalı **********663712 və **********42938 İMEİ kodlu mobili telefonunu, 300 manat nağd pulunu və 2 ədəd bank kartlarını, yəni bir ədədi Kapital Banka məxsus və digəri isə Pashabanka məxsus bank kartlarını, sürücülük vəsiqəsini, ev açarlarını və paltarını, yəni 40 manatlıq şalvarını, 30 manatlıq qısaqol köynəyini, 30 manatlıq da idman ayaqqabısını qara rəngli sellofanın içərisinə qoymuşdur. Həmçinin, dostu Vüsal və Fərhad da öz əşyalarını həmin selofana qoymuşlar.Belə ki. dostu Vüsalın özünə məxsus olan “iphone 11 pro max” markalı mobil telefonunu. 100 manat nağd pulunu, 2 ədəd bank kartlarını və geyim əşyalarını həmin qara rəngli sellofana qoymasını bilmişdir. Bundan əlavə dostu Zərərçəkmiş şəxs3 da özünə məxsus “Xiomi 11 lite 5 G” markalı mobil telefonunu, bank kartı və geyim əşyasını da həmin qara rəngli sellofana qoymuşdur. Sonra onlar həmin sellofanı çimərlikdə yerləşən çay evini işlədən tanımadıqları oğlana saxlamaq üçün verib çimmək məqsədi ilə dənizə girmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra onlar çay evinə yaxınlaşıb saxlamaq üçün əşyaları verdikləri oğlandan qara rəngli sellofanı istədikdə həmin şəxs bir nəfərin onların adından həmin sellofanı gizli alıb apardığını bildirmişdir. Bununla da naməlum şəxs tərəfindən əşyalarının oğurlandığını aşkar etmişlər. Bundan sonra orada bir şəxsdən telefon tapıb bu hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, onun “İphone 11 Pro” markalı mobil telefonunun hazırki işlənmiş vəziyyətdə bazar dəyəri 1100 manat olmaqla, 300 manat nağd pulu və 100 manat paltarları olmaqla ümumilikdə 1500 manat, həmçinin bank kartlarında olan 28 manat pulu çıxarılmaqla ümumilikdə ona 1528 manat maddi ziyan dəymişdir. Onu da qeyd etmişdir ki, sürücülük vəsiqəsi hadisədən sonra başqa ərazidə polis tərəfindən tapılmışdır. Bundan başqa onunla istintaq zamanı mobil rabitə vasitə ilə əlaqə saxlanılan zaman protokol tərtib edilməklə müəyyən edilmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı Zərərçəkmiş şəxs1 məxsus olan “Apple" əmtəə nişanlı “İphone 11 pro” modelli mobil telefonun üzərində istifadə olunan 055 *** ** ** GSM nömrəsinin dəyəri 10 (on) manat, balansında 8 (səkkiz) manat danışıq dəqiqələri və əmtəə nişanını bilmədiyi qoburun dəyəri isə 5 (beş) manat təşkil etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdi və ona qaşı şikayətçi deyil. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə saat 20 radələrində dostu Zərərçəkmiş şəxs1 və iş yoldaşı Zərərçəkmiş şəxs3 oğu ilə birlikdə dənizdə çimmək üçün Səbail rayonu Salyan şossesi 32 ünvanı Şıxovda yerləşən ictimai çimərliyə getmişlər. Onlar paltarlarını soyunmuş, o, özünə məxsus olan 2023-cü ilin mart ayında “Avantaj” adlı mağazadan aldığı “İphone 11 pro max" markalı ******* 11506062 və **********46829 İMEİ kodlu mobili telefonunu, 100 manat nağd pulunu və 2 ədəd bank kartlarını, yəni bir ədədi Kapital Banka məxsus və digəri isə Leobanka məxsus bank kartlarını və paltarını qara rəngli sellofanın içərisinə qoymuşdur. Həmçinin, dostu Azər və Fərhad da öz əşyalarını həmin selofana qoymuşlar. Belə ki. dostu Azərin özünə məxsus olan “iphone 11 pro ” markalı mobil telefonunu, 300 manat nağd pulunu, 2 ədəd bank kartlarını və geyim əşyalarını həmin qara rəngli sellofana qoymasını bilmişdir. Bundan əlavə iş yoldaşı Zərərçəkmiş şəxs3 da özünə məxsus “Xiomi 11 lite 5 G” markalı mobil telefonunu, bank kartı və geyim əşyasını da həmin qara rəngli sellofana qoymuşdur. Sonra onlar həmin sellofanı çimərlikdə yerləşən çay evini işlədən tanımadıqları oğlana saxlamaq üçün verib çimmək məqsədi ilə dənizə girmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra onlar çay evinə yaxınlaşıb saxlamaq üçün əşyaları verdikləri oğlandan qara rəngli sellofanı istədikdə həmin şəxs bir nəfərin onların adından həmin sellofanı gizli alıb apardığını bildirmişdir. Bununla da naməlum şəxs tərəfindən əşyalarının oğurlandığını aşkar etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 orada bir şəxsdən telefon tapıb bu hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, onun “İphone 11 Pro” markalı mobil telefonunun hazırki işlənmiş vəziyyətdə bazar dəyəri 1200 manat olmaqla, 100 manat nağd pulu olmaqla ona ümumilikdə 1300 manat maddi ziyan dəymişdir. Həmin vaxt bank kartlarında olan heç bir pul vəsaiti talanmamışdır. Bundan başqa onunla istintaq zamanı mobil rabitə vasitə ilə əlaqə saxlanılan zaman protokol tərtib edilməklə müəyyən edilmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı Zərərçəkmiş şəxs2 məxsus olan “Apple” əmtəə nişanlı “İphone 11 pro max” modelli mobil telefonun üzərində istifadə olunan 070 *** ** ** GSM nömrəsinin dəyəri 10 (on) manat, balansında 1 (bir) manat danışıq dəqiqələri və bank kartlarında olan, lakin talanmayan pul vəsaitinin miqdarı isə 62(altmış iki) manat təşkil etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-eii il tarixdə saat 20 radələrində dostu Zərərçəkmiş şəxs1 və iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə dənizdə çimmək üçün Səbail rayonu Salyan şossesi 32 ünvanı Şıxovda yerləşən ictimai çimərliyə getmişlər. Onlar paltarlarını soyunmuş, o, özünə məxsus olan 2022-ci ilin mart ayında “Vorld Telekom” adlı mağazadan aldığı “İphone 1 l pro max” markalı **********88000 İMEİ kodlu mobili telefonunu, 85 manat dəyrində paltarlarını və içərisində 15 manat pul olan Leobanka məxsus pul kartını qara rəngli sellofanın içərisinə qoymuşdur. Həmçinin, dostu Azər və iş yoldaşı Vüsal da öz əşyalarını həmin selofana qoymuşlar. Belə ki. dostu Azərin özünə məxsus olan “iphone 11 pro ” markalı mobil telefonunu, 300 manat nağd pulunu. 2 ədəd bank kartlarını və geyim əşyalarını həmin qara rəngli sellofana qoymasını bilmişdir. Bundan əlavə iş yoldaşı Zərərçəkmiş şəxs2 da özünə məxsus “İphone 11 pro max” markalı mobil telefonunu. 100 manat pulu, bank kartı və geyim əşyasını da həmin qara rəngli sellofana qoymuşdur. Sonra onlar həmin sellofanı çimərlikdə yerləşən çay evini işlədən tanımadıqları oğlana saxlamaq üçün verib çimmək məqsədi ilə dənizə girmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra onlar çay evinə yaxınlaşıb saxlamaq üçün əşyaları verdikləri oğlandan qara rəngli sellofanı istədikdə həmin şəxs bir nəfərin onların adından həmin sellofanı gizli alıb apardığını bildirmişdir. Bununla da naməlum şəxs tərəfindən əşyalarının oğurlandığını aşkar etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs1 orada bir şəxsdən telefon tapıb bu hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, onun “Redmi Mi 11 Lite 5 G” markalı mobil telefonunun hazırki işlənmiş vəziyyətdə bazar dəyəri 400 manat olmaqla 35 manatlıq üç düymə qısaqol köynəyi, 40 manatlıq cins şalvarı və 10 manatlıq makasin ayaqqabı olmaqla ümumi 85 manat dəyərində paltarları, Leobank kartından isə 15 manat pulu gizli talanmaqla 100 ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Bundan başqa onunla istintaq zamanı mobil rabitə vasitə ilə əlaqə saxlanılan zaman protokol tərtib edilməklə müəyyən edilmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı Zərərçəkmiş şəxs3 məxsus olan “Redmi Mi i 1 Lite 5 G” əmtəə nişanlı mobil telefonun üzərində istifadə olunan 070 *** ** ** GSM nömrəsinin dəyəri 15 (on beş) 055 *** ** ** GSM nömrəsinin dəyəri 15 (on beş) manat, balansında 5 (beş) manat danışıq dəqiqələri və əmtəə nişanını bilmədiyi qoburun dəyəri isə 6 altı) manat təşkil etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərmişdir ki, 21 iyul 2023-cii il tarixdə saat 23:30 radələrində qohumu Rövşən Abdullayevlə birlikdə idarə etdiyi “Mercedes Benz G” markalı ** RG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Şıx çimərliyinə yaxın hissədə dəniz kənarında balıq tutmaq üçün gəlmişdir. Avtomobili nıaqistral yolunda üzü Bibiheybət qəsəbəsinə tərəf sağ tərəfdə saxlayıb lazım ləvazimatları götürüb qapıları kilidləyərək pilləkənlə dəniz kənarında enmiş və qırmaları suya atıb gözləməyə başlamışlar. Bir neçə saat onlar dəniz kənarında qalıb balıq tutmuş və 22 iyul 2023-cii il tarixdə saat 07:30 radələrində əşyalarını götürüb pilləkənlə qalxıb avtomobilin yanına gəldikdə ilk olaraq yük hissəni açıb ləvazimatları ora yığmışlar. Sonra o,sürücü qapısına yaxınlaşıb avtomobilə əyləşən zaman qabaq sağ tərəfdən minən qayını Rövşənin təəccüblə “bu nədir belə” deməsini eşitmiş və qayını ona arxa sağ qapının şüşəsinin yumruq formalı qırıq yerini göstərmişdir. Sonra o. arxa oturacaqda yumruq ölçüdə çay daşı və şüşə qırıntılarının olmasını görmüşdür. Başa düşmüşdür ki, kimsə oğurluq niyyəti ilə şüşəni sındırmışdır. İlk olaraq onlar görmüşlər ki. Rövşənin qoltuqaltı qutusunun yanında qoyduğu İphone 8 markalı mobil telefon götürülmüşdür. Sonra o, oturacağın üzərinə qoyduğu şalvara baxanda şalvarının sağ cibində qoyduğu 050 *** ** ** nömrə altında istifadə olunan İphone 14 pro max markalı mobil telefon və sol cibində olan 870 manat nağd pulun oğurlanmasını görmüşdür. Sonra o, ön panelin üzərində olan əşya qutusunu da açdıqda orada olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Lakin həmin yerdən heç nə götürülməmişdir. O, oğurluq barədə məlumat vermək üçün dəniz kənarına düşmüş və tanımadığı balıqçıların birindən telefon alıb polisin 102 xidmətinə müraciət etmişdir. Bundan sonra onları 41-ci polis bölməsinə dəvət etmişlər və onun iştirakı iiə hadisə baş verdiyi yerə baxış keçirilmişdir. Ona ünvanlanmış suala cavab olaraq göstərmişdir ki, İphone 14 pro max markalı mobil telefonu 1 il əvvəl BƏƏ-nin Dubay şəhərindən alıb Bakı şəhərinə gətirmişdir. Talanan anda onun dəyəri 2000 manat civarında olmuşdur. İçərisindəki GSM kartı o, 50 manata almış, balansında 20 manat olmuşdur. Bundan başqa onunla istintaq zamanı mobil rabitə vasitə ilə əlaqə saxlanılan zaman protokol təılib edilməklə müəyyən edilmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı Zərərçəkmiş şəxs6 məxsus olan “Apple” əmtəə nişanlı "İphone 8+” modelli mobil telefonun dəyəri 700 (yeddi yüz) manat, həmin mobil telefonun üzərində istifadə olunan 050 415 0? 20 GSM nömrəsinin dəyəri 30 (otuz) manat və əmtəə nişanını bilmədiyi qoburun dəyəri isə 5 (beş) manat təşkil etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar metroslansiyasının yaxınlığında yerləşən “Park 20 Shopping” ticarət mərkəzinin girişində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürüb orada təzə və işlənmiş mobil telefonlar və onların aksessuarlarınm alqı-satqısı ilə məşğul olur. Dükanda o, tək işləyir. 22 iyul 2023-cü il tarixdə o dükanda olan zaman əvvəldən qohumu ilə birlikdə dükana bir neçə dəfə gəlmiş 35-40 yaşında oğlan gələrək işlənmiş vəziyyətdə İplıone 14 pro max markalı bənövşəyi rəngli mobil telefonu göstərib onu satmaq istədiyini bildirmişdir. Telefon İcloud adlı kodla mühafizə olunduğu üçün o həmin telefonun təyinat üzrə istifadəyə demək olar ki, yararsız olduğundan ucuz qiymətə yalnız ehtiyat hissələrə bölmək üçün ala biləcəyini bildirmişdir. Həmin oğlan bir neçə gün əvvəl də həmin vəziyyətdə İphone 1 1 Pro markalı mobil telefonu satmışdır. O satdığı telefonların özünə məxsus olduğunu, lakin koda düşdüyü üçün satmaq istədiyini bildirdiyindən o almağa razılıq vermiş və onun şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb ona ad və soyadını, eləcədə telefonun ona məxsus olması barədə əlyazma yazdırıb telefonu ondan 300 manata almışdır. Səhərisi gün isə həmin telefonu tanımadığı müştəriyə 450 manata satmışdır. Təxminən bir neçə gün sonra telefonu ondan almış müştəri gələrək həmin telefonun oğurluq yolu ilə əldə olunduğunu deyib polisin bu işi araşdırdığını bildirərək telefonu satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini ondan alıb çıxıb getmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və ibtidai istintaq zamanı aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsini təsdiq edərək 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs o. işlədiyi mağazaya gələrək özününkü kimi təqdim etdiyi bir ədəd “Apple” əmtəə nişanlı "İphone 11 pro” modelli mobil telefonu 200 (iki yüz) manat müqabilində, bir ədəd “Apple” əmtəə nişanlı “İphone 11 pro max” modelli mobil telefonu isə 100 (bir yüz) manat müqabilində almasını, alqı-satqı zamanı Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətini əldə edib əlyazma yazdırdığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərmişdir ki, 2023-cü ilin iyun ayının ortalarından Bakı şəhəri Səbail rayonu Şıxov adlanan ərazidə yerləşən “İdea” çimərliyində olan kafedə ofisiant işləmişdir. 18 iyul 2023-cü il tarixdə saat 20 radələrində işlədiyi kafedə olan zaman iki nəfər cavan oğlan ona yaxınlaşıb üç dost olduqlarını, üçüncü dostlarının dənizdə çimdiyini deyib əllərində olan qara rəngli sellofan bağlamanı saxlamağı ondan xahiş etmişlər. O, həmin şəxslərin xahişini nəzərə almışdır. Onlar həmin sellofanın içərisində pal-paltarlarının, telefonlarının və pullarının olduqlarını bildirmişlər. Onlara həmin qara sellofanı yanında sağ tərəfdə qoymalarını bildirmişdir. Bundan sonra həmin şəxslər sellofanı onun yanında qoyub çimərliyə getmişlər. Bundan təxminən 10-15 dəqiqə sonra həmin sellofanda olan telefona zəng gəlmişdir. Bu zaman bir nəfər şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb guya həmin qara sellofanın ona aid olduğunu, yəni həmin torbanı verən şəxslərin üçüncü dostu olduğunu deyib onu inandıraraq həmin qara sellofanı götürmək istədikdə ona telefona zəng gəldiyi üçün heç bir etiraz etməmiş və Təqsirləndirilən şəxs sellofanı götürüb oradan uzaqlaşmışdır. Bundan 10-15 dəqiqə sonra qara sellofanı ona verən şəxslər onun yanma gəlib sellofanı götürmək istədikdə onlara digər dostlarının gəlib sellofanı apardığını bildirdikdə onlar təəccüblənmişlər. Həmin vaxt onların üçüncü dostu sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 onların yanına gəldikdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yalan danışmışdır. Bundan sonra Azərgil polisə şikayət etmişlər. Ona ünvanlanmış əlavə suala cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs fotoşəkilini polisdə olan zaman görüb tanımışdır. Həmin qara sellofanı çimərlikdə olan zaman yalan deməklə Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasında tədqiq olunmuş və ibtidai istintaq zamanı aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsini təsdiq edərək 18 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun yanına gələrək yalan danışıb inandırmaqla Zərərçəkmiş şəxs1 və tanışlarına məxsus əşyaların içərisində olduğu qara rəngli polietilen torbanı ondan alıb uzaqlaşmasını göstərmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvandır. Zərərçəkmişə şəxs Zərərçəkmiş şəxs4 məxsus olan “Jianshe N-49” markalı moped həmin ünvanda yerləşən binanın qarşısından Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 23 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvandır. Zərərçəkıuiş şəxsə Zərərçəkmiş şəxs5 Sal raza məxsus olan ‘Tufan M-50” markalı moped həmin ünvanda yerləşən binanın qarşısından Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Səbail rayonu Şıx qəsəbəsi Salyan şossesi 32 nömrəli ünvanda yerləşən “İdea” ictimai çimərliyidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus olan mobil telefonlar, pul vəsaitləri və geyim əşyaları həmin ünvanda Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. İfadələrin yerində yoxlanılması istintaq hərəkətinə dair haqqında 16 avqust 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək 25 aprel 2023-cü il tarixdə saat 02 radələrində ünvan 8 ünvanda yerləşən binanın qarşısında park edilmiş vəziyyətdə olan “Jianshe N-49” markalı mopedi gizli olaraq talayıb oğurladığını və həmin mopedi Yevlax şəhərində “Elçin” adlı şəxsə 600 manat müqabilində satmasını, 20 aprel 2023-cü il tarixdə saat 02 radələrində ünvan 1 ünvanda yerləşən binanın qarşısında park edilmiş vəziyyətdə olan “Tufan M-50” markalı mopedi gizli olaraq talayıb oğurladığını və həmin mopedi Ağdaş şəhərində yaşayan Gündüz adlı qohumuna bağışlamasını etiraf etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 9/6503 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd “Jianshe N -49” markalı mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1600,00 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə əmtəəşiinaslıq ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 9/6504 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 01 ədəd “Tufan M-50” markalı mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1200.00 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə əmtəəşiinaslıq ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 9/6829 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd 256 GB daxili yaddaşlı “İphone 14 Pro Max” markalı **********57587 və **********28210 İMEİ kodlu, mobil komplektləşdirilməsinə və aid olan aksesuaıiarın olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 2150,00 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə əmtəəşiinaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/6866 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd 256 GB daxili yaddaşı olan Ram 6 GB olan, 2021-ci il Çin istehsalı, əməliyyat sistemi “İOS 13” olan “İphone 11 Pro Max” markalı boz rəngli mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 950.00 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə əmtəəşiinaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/6865 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd 256 GB daxili yaddaşı olan Ram 6 GB olan, 2019-cu il Çin istehsalı, əməliyyat sistemi "İOS 13” olan “İphone 11 Pro” markalı qara rəngli mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 800.00 manat müəyyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 9/6863 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd 128 GB daxili yaddaşı olan Ram 8 GB olan, 2021-ci il Çin istehsalı, əməliyyat sistemi “Androin 13.0” olan “X11 5 G” markalı qara rəngli mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 400.00 manat müəyyən edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 20 aprel 2023-cü il tarixdə saat 04:47-də əynində tünd göy rəngli gödəkçə. göy rəngli cins şalvar və qara ayaqqabı, başında baş geyimi olan bir nəfərin (kişi) əli ilə qırmızı rəngli mopedi sürərək naməlum istiqamətdə aparması aydın şəkildə görüntüyə düşmüşdür. 25 aprel 2023-cü il tarixdə bir nəfərin (kişi) göy rəngli “Jianshe N 49” markalı mopedi idarə etməsi və yanacaqoldurma məntqəsində olması aydın görüntüyə düşmüşdür. Əşyanın tanınması istintaq hərəkətinə dair 04 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki. zərərçəkmiş şəxs Pakistan İslam Respublikası vətəndaşı X10 Safraz tanınmaya təqdim edilmiş bir ədəd qırmızı rəngli, ‘'Tufan M-50” markalı mopedi tanıyaraq mopedin ona məxsus olmasım göstərmişdir. Həmin “Tufan M-50" markalı moped zərərçəkmiş şəxs Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs5 Safraza təhvil verilməklə sonuncudan qəbz alınaraq cinayət işinə əlavə edilmişdir. Əşyanın tanınması istintaq hərəkətinə dair 07 sentyabr 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş bir ədəd göy rəngli, “Jianshe N-49" markalı mopedi tanıyaraq mopedin ona məxsus olmasını göstərmişdir. Həmin “Jianshe N-49" markalı moped Zərərçəkmiş şəxs4 təhvil verilməklə sonuncudan qəbz alınaraq cinayət işinə əlavə edilmişdir. Könüllü təqdim etmə barədə 14 avqust 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs Pakistan İslam Respublikası vətəndaşı X10 Safraza məxsus olan “Tufan M-50" markalı qırmızı rəngli moped Təqsirləndirilən şəxs tərəfindən Yevlax şəhəri 7-ci baza adlanan ərazidə təhqiqat orqanına təqdim edilmişdir. İş materiallarında olan qəbzlərdən və 14 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, zərərçəkmiş şəxs Pakistan İslam Respublikası vətəndaşı X1 məxsus bir ədəd “Tufan M-50” markalı moped, Zərərçəkmiş şəxs4 məxsus olan bir ədəd “Jianshe N-49” markalı moped, həmçinin, özündə 20 aprel 2023-cü il və 25 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin əlamətlərini ehtiva etdiyindən üzərində “Verbatim” yazısı həkk olunmuş iki ədəd CD-R formatlı disk Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və “Tufan M-50" markalı və “Jianshe N-49” markalı mopedlərin müvafiq olaraq mülkiyyətçiəri X9 Safraza və Zərərçəkmiş şəxs4 təhvil verilmiş, iki ədəd CD-R formalı disklərin isə cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə toplanmış istintaq materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə oğurladığı, zərərçəkmiş şəxs Pakistan İslam Respublikası vətəndaşı X10 Safraza məxsus olan “Tufan M-50” markalı və 25 aprel 2023-cü il tarixdə oğurladığı, Zərərçəkmiş şəxs4 məxsus olan “Jianshe N-49" markalı mopedi istintaq orqanına təqdim etmiş, istintaq orqanı tərəfindən isə həmin mopedlər mtivafıq olaraq mülkiyyətçilərinə qaytarılmışdır. Qeyd edilən faktlar cinayət işində olan dindirmə protokolları, qəbzlər və digər sənədlərlə təsdiq olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 16 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-414/2023 nömrəli, 16 avqust 2023cti il tarixli qərarına əsassən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 avqust 2023-cü il tarixdən, saat 20:00-dan hesablanmaqla 1 (ay) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Bayramov X4 Rayon Məhkəməsinin 24 yanvar 2000-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 oktyabr 2002-ci ildə cəzasını qurtardığına görə azad olunub; 20 mart 2003-cü il tarixdə oğurluğa görə cinayət məsuliyyətinə cəlb olunub, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2002-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Mclisinin 10 dekabr 1999-cu il tarixli amnisiya qərarına əsasn cinayət işinə xitam verilib, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 fevral 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2008-ci il tarixdə cəzasının sonu ilə azad olunub; Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 fevral 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunub; Beyləqan Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli hökmü ilə 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad olunub; Beyləqan Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 15 mart 2023-cü ildə cəza müddəti başa çatmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahləridin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəllər özgə əmlakını gizli talama cinayətinə görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq ona məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 14 avqust 2023-cü il tarixdən hesablanmasını, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12, 59.1.14 və 59.2ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, “Tufan M-50" markalı və “Jianshe N-49” markalı mopedlərin müvafiq olaraq mülkiyyətçiəri X9 Safraza və Zərərçəkmiş şəxs4 təhvil verilməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış “Tufan M-50" markalı və “Jianshe N-49” markalı mopedlərin müvafiq olaraq mülkiyyətçiəri X9 Safraza və Zərərçəkmiş şəxs4 təhvil verildiyinin nəzərə alınmasını, 02 ədəd “CD-R” formatlı diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 14 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd “Tufan M-50” markalı mopedin zərərçəkmiş şəxs X1 və “Jianshe N-49" markalı mopedin Zərərçəkmiş şəxs4 qaytarıldığı nəzərə alınsın. İş üzrə maddi sübut 02 ədəd CD-R diskin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri Təqsirləndirilən şəxs cəmi 350 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 216 (iki yüz on altı) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri "xxxx"-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar